Məhkəmə qərarları › İş №1(029)-12/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-12/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-12/2024 23.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Əliyarov Tofik Səlim oğlunun iştirakları ilə, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, X17, ev 146, mənzil 29-da qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 310-cu maddələri ilə, xx.xx.1993-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək, vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Belə ki, o, Xaçmaz rayonu Yeni Həyat qəsəbə sakini olan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, aralarında olan danışığa əsasən tanışı, Qusar rayonu Əvəcuq kənd sakini Zərərçəkmiş şəxs1 ilə 09 yanvar 2023-cü il tarixdə, saat təxminən 18 radələrində Qusar şəhəri, H.Əliyev prospektində, “Edelveys” restoranın yanında yerləşən kafedə görüşərkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinin komandirinin sürücüsü vəzifəsində işlədiyini, hər gün hərbi hissə komandiri ilə oturub-durduğunu, sözünün ona keçdiyini bildirib Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət edən qardaşı X3 xidmət yerini 15 mart 2023-cü il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinə dəyişdirəcəklərinə yalandan söz verib inandıraraq, bu işi başqalarına 3.000-4.000 manata həll etdiklərini, lakin ona hörmət edərək tanışlıqla bu işi 2.500 manata həll edəcəklərini yalandan deyib özü və Təqsirləndirilən şəxs2 barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşmiş, bu adla hər üçü birlikdə həmin gün, yəni 09 yanvar 2023-cü il tarixdə, saat təxminən 19 radələrində pul çıxartmaqdan ötrü cinayətdən xəbərsiz, ağ rəngli “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Qusar şəhər sakini Şahid3 çağırıb, taksi avtomobili ilə birlikdə Qusar şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin yanına getmiş, orada Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin bankomatından çıxartdığı 2.500 manat məbləğində nağd pul vəsaitini alıb Təqsirləndirilən şəxs2 ilə birgə öz şəxsi ehtiyaclarına sərf edib xərcləmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 2.500 manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin yanvar ayının təxminən ortalarında Qusar rayonu Köhnə Xudat kənd sakini olan tanışı X16 vasitəsi ilə tanıdığı Qusar rayonu Xurel kənd sakini Zərərçəkmiş şəxs3 yalandan özünü Qusar rayon məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyən X2 təqdim edib onunla 050 *** ** ** saylı telefon nömrəsi ilə danışarkən barəsində Qusar rayon Polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə xitam verdirəcəyini yalandan söz verib, bu işin müsbət həlli üçün 350 manat məbləğində pul lazım olduğunu bildirib özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşmiş, 2023-cü ilin yanvar ayının təxminən ortalarında, saat təxminən 19 radələrində, şəxsiyyəti istintaqa məlum olmayan, cinayətdən xəbərsiz kişi cinsli şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs3 yaşadığı Qusar rayonu Xurel kəndində yerləşən evinin yaxınlığında ondan 350 manat məbləğində nağd pul almış, eyni niyyətlə 2023-cü ilin təxminən yanvar ayının sonlarında Zərərçəkmiş şəxs3 ilə 077 *** ** ** saylı telefon nömrəsi ilə danışarkən yalandan özünü Xaçmaz rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində işləyən vəzifəli şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs3 barəsində Qusar rayon Polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə xitam verdirəcəyini, Zeynəddin Bədəlovun bu işi həll etməsini ona tapşırdığını, aldığı 350 manat pulu da ona verdiyini, bu iş üçün əlavə pul lazım olacağını bildirib, özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşərək, bu adla 2023-cü ilin təxminən yanvar ayının sonlarında, saat təxminən 13 radələrində Qusar şəhəri, X17ndə yerləşən “Qusar” adlı restoranda onunla görüşmüş, görüş zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xidməti geyim formasını geyinməklə özünü Zərərçəkmiş şəxs3 bir daha Xaçmaz rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində işləyən vəzifəli şəxs kimi təqdim edərək onu aldadaraq inandırıb ondan 150 manat məbləğində pul almış, eyni niyyətlə həmin cinayət işinə xitam verdirmək adı ilə 2023-cü ilin təxminən fevral ayının əvvəllərində, saat təxminən 19:30 radələrində cinayətdən xəbərsiz, ağ rəngli “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Qusar şəhər sakini Şahid3 vasitəsi ilə Zərərçəkmiş şəxs3 yaşadığı Qusar rayonu Xurel kəndində yerləşən evinin yaxınlığında ondan 100 manat, bir neçə gün sonra, yəni 2023-cü ilin təxminən fevral ayının əvvəllərində, saat təxminən 20 radələrində Şahid3 vasitəsi ilə Zərərçəkmiş şəxs3 yaşadığı Qusar rayonu Xurel kəndində yerləşən evinin yaxınlığında 100 manat məbləğində pul almış, 2023-cü ilin fevral ayının təxminən ortalarında, saat təxminən 21 radələrində Qusar rayonu Xurel kəndinə gedib yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs3lə şəxsən görüşüb əlbəəl şəkildə ondan 100 manat, 2023-cü ilin təxminən fevral ayının sonlarında, saat təxminən 10 radələrində Qusar şəhəri Çingiz Qurbanov küçəsində, dairəvi yolun yaxınlığında yerləşən “Pioneer” adlı xırdavat mağazasının qarşısında Zərərçəkmiş şəxs3 qardaşı Romik Şixzadayev vasitəsi ilə ondan 50 manat məbləğində nağd pulları alıb öz şəxsi ehtiyaclarına sərf etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 850 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq edərək Zərərçəkmiş şəxs3 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qusar rayonu X21 kənd sakini olan tanışı Şahid5 vasitəsi ilə tanıdığı Qusar rayonu X21 kənd sakini Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin yanvar ayının təxminən sonlarında, saat təxminən 18 radələrində Qusar şəhər Avtovağzalının yaxınlığında yerləşən “Sərin” adlı kafedə görüşərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xidməti geyim formasını geyinməklə özünü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Xaçmaz rayonunda yerləşən Cəzaçəkmə müəssisəsində nəzarətçi vəzifəsində işləyən vəzifəli şəxs kimi təqdim edərək, sonuncunun oğlu Şahid6 “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞnə mühafizəçi işinə təyin etdirəcəyinə yalandan söz verib aldatmaqla, bu işin müsbət həlli üçün ilkin olaraq 2.600 manat məbləğində pul lazım olduğunu yalandan bildirib, özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşmiş, 03 fevral 2023-cü il tarixdə, saat təxminən 15 radələrində Qusar şəhəri ərazisində Zərərçəkmiş şəxs2 ilə görüşüb cinayətdən xəbərsiz Xaçmaz rayonu Yeni Həyat qəsəbə sakini Şahid7 məxsus ağ rəngli, **-XA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobil ilə “Qusar RMX” PHŞ-nin həyətinə gedib, orada avtomobilin içərisində Zərərçəkmiş şəxs2 2.000 manat məbləğində nağd pul alıb öz şəxsi ehtiyaclarına sərf etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 2.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq edərək Zərərçəkmiş şəxs2 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 310-cu maddələri ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, aralarında olan danışığa əsasən tanışı, Zərərçəkmiş şəxs1 ilə 09 yanvar 2023-cü il tarixdə, saat təxminən 18 radələrində Qusar şəhəri, H.Əliyev prospektində, “Edelveys” restoranın yanında yerləşən kafedə görüşərkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinin komandirinin sürücüsü vəzifəsində işlədiyini, hər gün hərbi hissə komandiri ilə oturub-durduğunu, sözünün ona keçdiyini bildirib Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət edən qardaşı X3 xidmət yerini 15 mart 2023cü il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinə dəyişdirəcəklərinə yalandan söz verib inandıraraq, bu işi başqalarına 3.000-4.000 manata həll etdiklərini, lakin ona hörmət edərək tanışlıqla bu işi 2.500 manata həll edəcəklərini yalandan deyib özü və Təqsirləndirilən şəxs2 barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşmiş, bu adla hər üçü birlikdə həmin gün, yəni 09 yanvar 2023-cü il tarixdə, saat təxminən 19 radələrində pul çıxartmaqdan ötrü cinayətdən xəbərsiz, ağ rəngli “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Qusar şəhər sakini Şahid3 çağırıb, taksi avtomobili ilə birlikdə Qusar şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin yanına getmiş, orada Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin bankomatından çıxartdığı 2.500 manat məbləğində nağd pul vəsaitini alıb Təqsirləndirilən şəxs2 ilə birgə öz şəxsi ehtiyaclarına sərf edib xərcləmiş, Zərərçəkmiş şəxs1 aldadaraq ona məxsus 2.500 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. 2023-cü ilin yanvar ayının təxminən ortalarında Zərərçəkmiş şəxs3 yalandan özünü Qusar rayon məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyən X2 təqdim edib onunla 050 *** ** ** saylı telefon nömrəsi ilə danışarkən barəsində Qusar rayon Polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə xitam verdirəcəyini yalandan söz verib, bu işin müsbət həlli üçün 350 manat məbləğində pul lazım olduğunu bildirib özü barəsində onda inam formalaşdırmış, 2023-cü ilin yanvar ayının təxminən ortalarında, saat təxminən 19 radələrində, Zərərçəkmiş şəxs3 yaşadığı Qusar rayonu Xurel kəndində yerləşən evinin yaxınlığında ondan 350 manat məbləğində nağd pul almış, eyni niyyətlə 2023-cü ilin təxminən yanvar ayının sonlarında Zərərçəkmiş şəxs3 ilə 077 *** ** ** saylı telefon nömrəsi ilə danışarkən yalandan özünü Xaçmaz rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində işləyən vəzifəli şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs3 barəsində Qusar rayon Polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə xitam verdirəcəyini, Zeynəddin Bədəlovun bu işi həll etməsini ona tapşırdığını, aldığı 350 manat pulu da ona verdiyini, bu iş üçün əlavə pul lazım olacağını bildirib, özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək razılaşmaqla sövdələşərək, bu adla 2023-cü ilin təxminən yanvar ayının sonlarında, saat təxminən 13 radələrində Qusar şəhəri, X17ndə yerləşən “Qusar” adlı restoranda onunla görüşmüş, görüş zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xidməti geyim formasını geyinməklə özünü Zərərçəkmiş şəxs3 bir daha Xaçmaz rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində işləyən vəzifəli şəxs kimi təqdim edərək onu aldadaraq inandırıb ondan 150 manat məbləğində pul almış, eyni niyyətlə həmin cinayət işinə xitam verdirmək adı ilə 2023-cü ilin təxminən fevral ayının əvvəllərində, saat təxminən 19:30 radələrində cinayətdən xəbərsiz, ağ rəngli “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Qusar şəhər sakini Şahid3 vasitəsi ilə Zərərçəkmiş şəxs3 yaşadığı Qusar rayonu Xurel kəndində yerləşən evinin yaxınlığında ondan 100 manat, bir neçə gün sonra, yəni 2023-cü ilin təxminən fevral ayının əvvəllərində, saat təxminən 20 radələrində Şahid3 vasitəsi ilə Zərərçəkmiş şəxs3 yaşadığı Qusar rayonu Xurel kəndində yerləşən evinin yaxınlığında 100 manat məbləğində pul almış, 2023-cü ilin fevral ayının təxminən ortalarında, saat təxminən 21 radələrində Qusar rayonu Xurel kəndinə gedib yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs3lə şəxsən görüşüb əlbəəl şəkildə ondan 100 manat, 2023-cü ilin təxminən fevral ayının sonlarında, saat təxminən 10 radələrində Qusar şəhəri Çingiz Qurbanov küçəsində, dairəvi yolun yaxınlığında yerləşən “Pioneer” adlı xırdavat mağazasının qarşısında Zərərçəkmiş şəxs3 qardaşı Romik Şixzadayev vasitəsi ilə ondan 50 manat məbləğində nağd pulları alıb öz şəxsi ehtiyaclarına sərf etmişdir.Özünü vəzifəli şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs3 aldadaraq ona məxsus cəmi 850 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin yanvar ayının təxminən sonlarında, saat təxminən 18 radələrində Qusar şəhər Avtovağzalının yaxınlığında yerləşən “Sərin” adlı kafedə görüşərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xidməti geyim formasını geyinməklə özünü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Xaçmaz rayonunda yerləşən Cəzaçəkmə müəssisəsində nəzarətçi vəzifəsində işləyən vəzifəli şəxs kimi təqdim edərək, sonuncunun oğlu Şahid6 “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə mühafizəçi işinə təyin etdirəcəyinə yalandan söz verib aldatmaqla, bu işin müsbət həlli üçün ilkin olaraq 2.600 manat məbləğində pul lazım olduğunu yalandan bildirib, özü barəsində onda yaratmış, 03 fevral 2023-cü il tarixdə, saat təxminən 15 radələrində Qusar şəhəri ərazisində Zərərçəkmiş şəxs2 ilə görüşüb cinayətdən xəbərsiz Xaçmaz rayonu Yeni Həyat qəsəbə sakini Şahid7 məxsus ağ rəngli, **-XA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobil ilə “Qusar RMX” PHŞ-nin həyətinə gedib, orada avtomobilin içərisində Zərərçəkmiş şəxs2 2.000 manat məbləğində nağd pul alıb öz şəxsi ehtiyaclarına sərf etmiş, özünü vəzifəli şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs2 aldatmaqla ona məxsus cəmi 2.000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, Qusar şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə aralarında olan danışığa əsasən Qusar rayonu Əvəcuq kənd sakini Zərərçəkmiş şəxs1 ilə 09 yanvar 2023-cü il tarixdə, saat təxminən 18 radələrində Qusar şəhəri, H.Əliyev prospektində, “Edelveys” restoranın yanında yerləşən kafedə görüşərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinin komandirinin sürücüsü vəzifəsində işlədiyini, hər gün hərbi hissə komandiri ilə oturub-durduğunu, sözünün ona keçdiyini deyəndə Təqsirləndirilən şəxs1 sözlərini təsdiq edərək həmin sözləri özü də demiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət edən qardaşı X3 xidmət yerini 15 mart 2023-cü il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinə dəyişdirəcəklərinə yalandan söz verib inandıraraq, bu işi başqalarına 3.000-4.000 manata həll etdiklərini, lakin ona hörmət edərək tanışlıqla bu işi 2.500 manata həll edəcəklərini yalandan bildirib özü və Təqsirləndirilən şəxs1 barəsində onda inam yaratmış, bu adla hər üçü birlikdə həmin gün, yəni 09 yanvar 2023-cü il tarixdə, saat təxminən 19 radələrində pul çıxartmaqdan ötrü cinayətdən xəbərsiz, ağ rəngli “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Qusar şəhər sakini Şahid3 çağırıb, taksi avtomobili ilə birlikdə Qusar şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin yanına getmiş, orada Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin bankomatından çıxartdığı 2.500 manat məbləğində nağd pul vəsaitini alıb Təqsirləndirilən şəxs1 ilə birgə öz şəxsi ehtiyaclarına sərf edib xərcləmiş, bu yolla Zərərçəkmiş şəxs1 məxsus 2.500 manat məbləğində pul vəsaitini ələ keçirmişlər.Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 310-cu maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri, həmçinin aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qardaşı X5 hərbçidir, 2021-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissədə, kiçik gizir rütbəsində xidmət edir, hal-hazırda hərbi xidmətini Cəbrayıl rayonunda davam etdirir. Təqsirləndirilən şəxs1 dayısı oğlu Şahid4 vasitəsi ilə tanımışdır. Rəşad ona özünü nüfuzlu adam kimi göstərib qardaşına yalandan hərbi xidməti ilə əlaqədar problemi olsa, xidmət yerini dəyişmək istəsə ona müraciət edə biləcəyini, tanışları vasitəsi ilə bu işdə ona kömək edəcəyini bildirmişdir. X9 xidmət yerinin yaşadıqları Qusar rayonuna yaxın əraziyə dəyişmək mümkün olarsa çox yaxşı olacağını demiş, Təqsirləndirilən şəxs1 da yalandan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinin komandirinin sürücüsü vəzifəsində işləyən Sərxan adlı şəxsin yaxın tanışı olduğunu, onunla danışaraq 1-2 gün ərzində xəbər verəcəyini demişdir. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs1 X9ə zəng edərək, onun işini Sərxan adlı şəxslə danışıb razılıq aldığını, bu məsələni başqa adamlara 3.000-4.000 manat pula həll etdiklərini, lakin qardaşına hörmət edərək tanışlıqla bu işi 2.500 manata saldığını bildirmişdir. X9 də bu məsələni valideynlərinə və ona danışıb, məsləhət edəndən sonra, Təqsirləndirilən şəxs1 2.500 manat pul verməyə razı olmuşlar. 09 yanvar 2023-cü il tarixdə, saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs1 zəng edərək Sərxan müəllimin qardaşının işin görə Qusar rayonuna gəldiyini, işlərinin çox olduğunu, hərbi hissəyə qayıtmalı olduğunu, tez yanlarına gedib onunla görüşməsini demişdir. Həmin gün saat təxminən 18 radələrində Qusar şəhəri, H.Əliyev prospektində, “Edelveys” adlı restoranın yanında yerləşən kafeyə gedib onlarla görüşmüşdür. Təqsirləndirilən şəxs1 Sərxan adlı şəxslə onu tanış edərək, Təqsirləndirilən şəxs2 olduğunu, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinin komandirinin sürücüsü işlədiyini, birbaşa hərbi hissə komandirinə sözünün keçdiyini, hər gün onunla oturub-durduğunu və nüfuzlu şəxs olduğunu deyib qardaşı Raciddinin işini də onunla danışıb həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də Rəşadın dediklərini təsdiqləyərək, 15 mart 2023-cü il tarixinə qədər qardaşının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinə gələcəyini demişdir. Həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 söhbət zamanı yalandan həmin hərbi hissəyə N nəfəri gətirəcəklərini, qardaşının da 9-cu adam olacağını, elə adamlar var ki, pul vermələrinə baxmayaraq 1 ildir gözlədiklərini deyib, onlara hörmət etdiklərinə görə qardaşının işini tez bir vaxtda həll edəcəklərinə söz verib onu inandırmışlar. Onların bu yalan sözlərinə inanmış və 2.500 manat pulu verməyə razı olmuşdur. Onlarla razılaşandan sonra Təqsirləndirilən şəxs1 Şahid3 adlı ağ rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobili idarə edən taksi sürücüsünə zəng edərək çağırmış və Şahid3 avtomobili ilə saat təxminən 19 radələrində Qusar şəhəri, H.Əliyev prospekti, "xxxx" ASCnin yanına getmişlər. Avtomobildən düşüb "xxxx" ASC-nin H.Əliyev prospektində yerləşən bankomatından 2.500 manat məbləğində pulu çıxardıb, bankomatın yanında Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 pulu sayaraq Təqsirləndirilən şəxs2 vermiş, Sərxan da pulu sayıb hər ikisi ona “işi həll olunmuş bil” deyib, bir daha arxayın etmişlər. Pulu alandan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə əyləşib getmişlər, özü də işə getmişdir. X6 xidmət yerinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinə dəyişiləcəyini gözləmiş, hər dəfə Təqsirləndirilən şəxs1la, Təqsirləndirilən şəxs2 ilə danışıb işlə maraqlananda, hər ikisi yalandan narahat olmamasını, yaxın vaxtlarda qardaşının işinin həll olunacağını deyib onu arxayın etmişlər. Onların dedikləri vaxt gəlib çatsa da, qardaşı Raciddinin xidmət yeri dəyişməmiş, bunu görüb narazılıq etməyə başlayanda, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 müxtəlif bəhanələrlə, bu gün-sabah edərək vaxt uzatmağa başlamışlar. 15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Xudat şəhərinə gedib hərbi hissənin yaxınlığında yerləşən parkda əyləşib Təqsirləndirilən şəxs2 zəng edib çağırmışlar. Sərxan da 15-20 dəqiqəyə gələcəyini bildirmiş, lakin bir müddət keçəndən sonra isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 gəlməyəcəyini, guya onu da aldatdığını bildirib qayıtmalarını, növbəti gün Qusar RPŞ-nə şikayət etməsini məsləhət görmüşdür. Qayıdarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəsinin girişinə yaxınlaşıb orada olan tanımadığı növbətçidən Təqsirləndirilən şəxs2 orada işləyib-işləmədiyini soruşanda, ona ümumiyyətlə Sərxan adlı şəxsin həmin hərbi hissədə işləmədiyini demişdir. 2023-cü ilin təxminən iyun ayının əvvələrində Təqsirləndirilən şəxs1 ona 1.000 manat pul qaytarmış, qalan pulları da Sərxandan götürməsini bildirib qaytarmaqdan yayınmışdır. Lakin qalan pulları nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs1 qaytarmamışlar, telefon zənglərinə cavab verməyərək onunla görüşməkdən yayınmışlar. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş olan maddi ziyan ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, X11 vasitəsi ilə tanımışdır. Qusar RPŞnin İstintaq Bölməsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin istintaqı zamanı 2023-cü ilin yanvar ayının təxminən ortalarında tanışı X13 zəng edərək ona məsələni danışıb, həmin cinayət işinin istintaqı zamanı kömək edə biləcək tanışının olub-olmasını soruşmuş, Seron Bəkərov da bu işlə bağlı maraqlanıb xəbər verəcəyini demişdir. Bir neçə gün sonra X24 rayon məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyən Zeynəddin Bədəlova məxsus olduğunu deyib 050 *** ** ** saylı mobil telefon nömrəsini verib, Z.Bədəlovun bu işdə ona köməklik edə biləcəyini demişdir. “Whatsapp” proqramı ilə həmin telefon nömrəsinə zəng edəndə, telefonu götürən şəxs özünü Qusar rayon məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyən Zeynəddin Bədəlov kimi təqdim etmişdir. Sonradan bilmişdir ki, onunla telefonda danışan bu şəxs Qusar rayon sakini Təqsirləndirilən şəxs1 olmuş, özünü yalandan Qusar rayon məhkəməsində işləyən Zeynəddin adlı vəzifəli şəxs kimi təqdim edərək, bu yolla etibarını qazanıb, inandırmaqla vəziyyətindən istifadə edərək, aldadıb dələduzluq yolu ilə pulunu ələ keçirmək məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs1 aldandığından ona telefonda barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində aparılan cinayət işi barəsində məlumat verib, həmin işə xitam verilməsinə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 da Qusar rayon məhkəməsində böyük məsləhətçi vəzifəsində işlədiyini, adının Zeynəddin olduğunu, Qusar rayon camaatının ona Zenik müəllim deyə müraciət etdiyini, barəsində istintaqı aparılan cinayət işindən xəbərdar olduğunu, narahat olmamasını, işə xitam verdirəcəyini, ən pis halda isə ona qolbaq cəzası veriləcəyini, bütün işi özünün həll edəcəyini deyərək onu inandırmışdır. Təqsirləndirilən şəxs1 Qusar rayon məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyən Zeynəddin Bədəlov kimi özünü təqdim edərək, barəsində istintaqı aparılan cinayət işinə xitam verdirmək üçün 350 manat məbləğində pul istəmişdir. Onun danışığından Qusar rayon məhkəməsində işləyən Zeynəddin adlı vəzifəli şəxs olduğuna, bu işdə köməklik edəcəyinə inandığına görə ona 350 manat məbləğində pul verməyə razı olmuşdur. Təqsirləndirilən şəxs1la danışandan sonra qardaşı Romik Şixzadayevə bu barədə məlumat verib, işləyib yığaraq evlərində saxladığı puldan 350 manat məbləğində pulu gətirməsini tapşırmışdır. Romik Şixzadayev evə qoyduğu puldan 350 manat pul götürüb ona vermişdir. “Whatsapp” vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edərək, pulun hazır olduğunu bildirib gəlib götürməsini demişdir. Elə həmin gün, yəni 2023-cü ilin təxminən yanvar ayının ortalarında, saat təxminən 19 radələrində, hava qaranlıq olarkən, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə 2 nəfər kişi cinsli şəxs yaşadığı evin qarşısına gəlmişdir. Onlar gəlməzdən əvvəl Rəşad özü zəng edərək pulu götürmək üçün adam göndərdiyini, pulu göndərdiyi şəxsə verməsini tapşırmışdır. Pulu götürməyə gələn avtomobildə olan şəxsləri tanımamış, onlardan biri avtomobili idarə etmiş, digəri isə onun yanında, avtomobilin qabaq oturacağında əyləşmişdir. Onlar yolda olarkən zəng edib Zeynəddinin göndərdiyini bildirib evinin yerini soruşmuşlar, o da yaşadığı evin ünvanını onlara başa salmış, lakin zəng etdikləri mobil telefon nömrəsini xatırlamadığından deyə bilməmişdir. Həmin şəxslər gəlib çatandan sonra özü onların avtomobilinə yaxınlaşmış, avtomobilin ön sərnişin oturacağında oturan təxminən 20 yaşlı cavan oğlan qapını açıb Zeynəddinin onu pulu götürmək üçün göndərdiyini demiş, dəqiqləşdirmək üçün özünü Zeynəddin Bədəlov kimi təqdim edən Təqsirləndirilən şəxs1 zəng vurub pul üçün göndərdiyi şəxsin gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da narahat olmamasını, onu özünün göndərdiyini pulu həmin şəxsə verməsini deyəndən sonra, pulun ona çatdırılması üçün həmin şəxsə təhvil vermişdir. Pul verdiyi şəxs öz adını deməmiş, özü də buna ehtiyac görməyib adını soruşmamış, hava qaranlıq olduğundan üzünü də yaxşı görməmişdir. Həmin şəxs 350 manat pulu alandan sonra gəldiyi avtomobillə qayıtmış, bir müddət sonra isə Təqsirləndirilən şəxs1 “Whatsapp” vasitəsi ilə ona zəng edərək pulun çatdığını, narahat olmamasını, işi tezliklə həll edəcəyini demiş və ona pul verməsi barədə nə Seron Bəkərova, nə də başqa bir şəxsə heç bir söz deməməsini, bu məsələni gizli saxlamasını tapşırmışdır. Təqsirləndirilən şəxs1 350 manat məbləğində pul verəndən bir neçə gün sonra, bu məsələ ilə maraqlanmaqdan ötrü Qusar rayon məhkəməsinə gedib orada böyük məsləhətçi vəzifəsində işləyən Zeynəddin Bədəlovla görüşüb, ondan barəsində olan cinayət işinin Qusar rayon məhkəməsinə gəlibgəlmədiyini soruşmuş, Zeynəddin Bədəlov isə belə bir cinayət işinin məhkəməyə gəlmədiyini demişdir. Zeynəddin Bədəlovla görüşərkən onun həqiqətən də telefonda danışdığı Zeynəddin adlı şəxs olduğunu, iş yeri olduğundan, həmçinin üz-üzə belə söhbətlər danışmaq istəmədiyinə görə üz vurmayıb, özünü o yerə qoymadığını, onunla bu məsələ ilə əlaqədar məsafə saxladığını, çəkindiyinə görə pul haqq-hesabı barədə heç bir söhbət etmədiyini fikirləşmişdir. Bu səbəbdən özü də aralarında olan pul söhbətini daha açmamış, məhkəmənin inzibati binasında olduqlarından çox dərinə getməmiş, həmçinin özü də utandığından ona pul verməsi ilə əlaqədar aralarında heç bir söhbət olmamışdır. Təqsirləndirilən şəxs1 yalan sözlərlə onu elə aldadıb inandırmışdır ki, onun həqiqətən Zeynəddin Bədəlov olmasına heç bir şübhə etməmiş, işinin həll olunacağından arxayın olmuşdur. Lakin cinayət işinin tez-bazar həll olunmasından ötrü bir neçə gün sonra ona “whatsapp” vasitəsi ilə zəng edərək, barəsində istintaqı aparılan cinayət işinə Qusar rayon Polis şöbəsində tez bir vaxtda xitam verə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 da bu məsələni Qusar rayon Polis şöbəsində həll etmək üçün guya özünün Rəşad adlı tanışının olduğunu, onun mobil telefon nömrəsini verəcəyini, aldığı 350 manatı da Rəşad adlı həmin şəxsə verəcəyini, bu məsələ ilə əlaqədar Rəşadın ola bilsin əlavə pul istəyə biləcəyini, nə qədər pul deyirsə, ona verməsini tapşıraraq özünün istifadəsində olan digər 077 300 40 60 saylı mobil nömrəni verib ona zəng etməsini bildirmişdir. Elə həmin gün “Whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 verdiyi mobil telefon nömrəsinə zəng etmiş, Təqsirləndirilən şəxs1 telefonda yalandan guya onu yenicə tanıyırmış kimi səsini dəyişdirib, Zenikin onun haqqında danışıb tapşırdığını, özünün də guya Xaçmaz Polis şöbəsində əməliyyatçı vəzifəsində işlədiyini, Qusar RPŞ-də barəsində istintaqı aparılan cinayət işindən xəbərdar olduğunu, Zeynəddin Bədəlovun 350 manat pulu ona verdiyini demişdir. Təqsirləndirilən şəxs1 bu işi necə həll edəcəyini soruşarkən dəqiq olaraq nə qədər pulun çıxacağını bilmədiyini, çünki bu məsələnin çox mürəkkəb və qarışıq iş olduğunu demişdir. Təqsirləndirilən şəxs1 ilkin olaraq ona verdiyi 350 manat məbləğində puldan əlavə özünü Xaçmaz rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində işləyən vəzifəli şəxs kimi təqdim edərək, 2023-cü ilin təxminən yanvar ayının sonlarından 2023-cü ilin təxminən fevral ayının sonlarınadək, müxtəlif vaxtlarda hissə-hissə olmaqla barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan cinayət işinə xitam verilməsi adı ilə ümumilikdə 500 manat məbləğində pulunu da aldadaraq ələ keçirtmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özünü Xaçmaz RPŞ-də əməliyyatçı vəzifəsində işləyən vəzifəli şəxs kimi təqdim edərək barəsində istintaqı aparılan cinayət işinə xitam vermək adı ilə ilkin olaraq daha 150 manat məbləğində pul istəmiş, onun bu yalan sözünə inanaraq, 2023-cü ilin təxminən yanvar ayının sonlarında, saat təxminən 13 radələrində Qusar şəhəri X17ndə yerləşən “Qusar” adlı restoranda onunla görüşmüş, bu görüş zamanı Təqsirləndirilən şəxs1 ondan 150 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs1 həmin görüşə hüquq-mühafizə orqanlarından birinə məxsus olan, leytenant rütbəsini bildirən paqonlar taxılmış xidməti geyim formasında gəlmiş, görüş zamanı bir daha özünü Xaçmaz rayon Polis şöbəsinin əməliyyatçısı vəzifəsində işləyən vəzifəli şəxs kimi təqdim edərək onu özünə inandırıb aldatmışdır. Sonradan maraqlananda öyrənmişdir ki, Təqsirləndirilən şəxs1 həmin görüş zamanı əyninə geyindiyi xidməti geyim forması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin geyim forması olmuş, başı çıxmadığından Təqsirləndirilən şəxs1 çiyinlərində leytenant rütbəli paqonu, əynində xidməti geyim formasını görüb onun polis olmasına inanmışdır. Təqsirləndirilən şəxs1 bir müddət sonra barəsində istintaqı aparılan cinayət işinə xitam verilməsindən ötrü həmin işlə əlaqədar tərtib olunmuş inzibati protokolu ləğv etmək adı ilə “Whatsapp” ilə ona zəng edib 100 manat pul istəmişdir. Onun sözünə inanıb etibar etdiyindən bu pulu ona verməyə razı olmuş, 2023-cü ilin təxminən fevral ayının əvvəllərində, saat təxminən 19:30 radələrində “Vaz 2107” markalı, ağ rəngli avtomobili idarə edən, əvvəllər tanımadığı taksi sürücüsü yaşadıqları evin qarşısına gəlib ondan 100 manat məbləğində pulu almışdır. Həmin şəxs pulu almağa gəlməzdən əvvəl Rəşad ona zəng edib pulu götürməyə adam göndərdiyini xəbər vermişdir. Bu pulu verəndən bir neçə gün sonra isə, 2023-cü ilin təxminən fevral ayının əvvəllərində, saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs1 yenə də yaşadıqları kəndə göndərdiyi həmin taksi sürücüsü vasitəsi ilə ondan daha 100 manat məbləğində pulu aldadıb almışdır. Rəşad bu pulu alarkən barəsində aparılan cinayət işinə xitam verilməsi üçün, “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən hansısa tibbi arayışı almaq lazım olduğunu, bu pulu da buna görə aldığını bildirmişdir. 2023-cü ilin fevral ayının təxminən ortalarında, saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs1 özü yaşadıqları kəndə gələrək, yaşadığı evin yaxınlığında onunla görüşüb, cinayət işinə xitam verilməsindən ötrü Narkoloji Dispanserdən də arayış almaq lazım olduğunu, bu işə görə də 100 manat məbləğində pul lazım olduğunu demişdir. Ona aldanıb inandığına görə, elə orada ona 100 manat məbləğində pul vermişdir. 2023-cü ilin təxminən fevral ayının sonlarında Təqsirləndirilən şəxs1 işin demək olar yekunlaşdığını, cinayət işinə xitam verilməsindən ötrü, Qusar RPŞ-nin əməkdaşları tərəfindən bağ sahələrinə baxış keçirilərkən çəkilmiş, özünün görüntüləri olan, “Youtube” sosial şəbəkəsində paylaşılan video görüntülərin sildirəcəyini bildirib, 50 manat məbləğində pul istəmişdir. Onun sözünə aldanıb razı olmuş, lakin xəstə olduğuna görə özü Rəşadla görüşə bilməmiş, qardaşı Romik Şixzadayev ilə birlikdə həmin pulu Rəşada göndərmişdir. Qardaşı R.Şixzadayev də 2023-cü ilin təxminən fevral ayının sonlarında, saat təxminən 10 radələrində, Qusar şəhəri Çingiz Qurbanov küçəsində, dairəvi yolun yaxınlığında yerləşən “Pioneer” adlı xırdavat mağazasının qarşısında Təqsirləndirilən şəxs1la görüşüb, ona verdiyi 50 manat pulu Rəşada çatdırmışdır. Beləliklə də Təqsirləndirilən şəxs1 özünü vəzifəli şəxs kimi təqdim edib, onu aldadaraq ümumilikdə 850 manat məbləğində pulunu alıb ələ keçirtmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş olan maddi ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə oğlu Şahid6 hərbi xidmətini başa vurub ehtiyata buraxıldıqdan sonra onun üçün münasib iş axtararkən, həmin vaxt qonşuluqda yaşayan, əvvəllər Qusar rayonunda yerləşən “Şahdağ” X10 və “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də mühafizəçi işləmiş İlkindən məsləhət almaq istəmişdir. Bu məqsədlə 2023-cü ilin yanvar ayının təxminən sonlarında İlkinə oğlu Əlipənahın hərbi xidmətdən yeni qayıtdığını, boş-bekar qalmaqdansa, onu işə düzəltmək istədiyini, tanışının olub-olmamasını soruşmuş, İlkin isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində leytenant rütbəsində xidmət edən Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, bu işi onunla maraqlanacağını deyib, onun yanında Təqsirləndirilən şəxs1 zəng etmişdir. İlkin Təqsirləndirilən şəxs1 məsələni danışıb, bu işdə kömək edə bilib-bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs1 da kömək edə biləcəyini deyib, həmin gün saat təxminən 18-19 radələrinə Qusar şəhər Avtovağzalının yaxınlığında yerləşən “Sərin” adlı kafedə görüş təyin etmişlər. Həmin gün saat təxminən 18 radələrində İlkinlə Qusar şəhər Avtovağzalının yaxınlığında görüşüb birlikdə “Sərin” adlı kafeyə gedib kabinetlərin birində əyləşmişlər, bir qədər sonra Təqsirləndirilən şəxs1 əynində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarına məxsus xidməti geyim formasında gəlmişdir. İlkin Təqsirləndirilən şəxs1 təqdim edib onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı olduğunu demiş, Təqsirləndirilən şəxs1 Ədliyyə orqanlarına məxsus xidməti geyimdə görüşə gəldiyindən onun vəzifəli şəxs olmasına inanmışdır. Təqsirləndirilən şəxs1 özü də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı olduğunu, leytenant rütbəsində xidmət etməklə, Xaçmaz rayonunda yerləşən Cəzaçəkmə Müəssisəsində hazırda nəzarətçi işlədiyini, Şimal zonasında, yəni Quba, Qusar, Xaçmaz rayonları ərazisində əksər dövlət orqanlarında, müəssisələrində tanışlarının olduğunu, çox yerdə sözünün keçdiyini deyib onun etibarını qazanmışdır. Rəşadın bu yalan sözlərindən sonra onun həqiqətən də vəzifəli, sözü keçən, hörmətli, tanışlı-bilişli, ətraflı adam olmasına inanmış, söhbət edərkən Təqsirləndirilən şəxs1 oğlu Əlipənahın hərbi xidmətdən yeni qayıtdığını, mümkün olsa onu mühafizəçi işinə düzəltmək istədiyini, iş yerinin də Qusar rayonu ərazisində olarsa, yaxşı olacağını, bu işlə əlaqədar köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 özündən əmin şəkildə oğlunun harada işləmək istədiyini soruşmuş, cavabında Qusar rayonu ərazisində yerləşən “Şahdağ” X15, “Park Qusar” istirahət mərkəzi və ya “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən birində mühafizəçi işinə qoymaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 yalandan növbəti gün gedib adlarını çəkdiyi müəssisələrin müdiriyyəti ilə danışacağını və tezliklə xəbər verəcəyini deyib, öz istifadəsində olan 077 300 40 60 saylı mobil telefon nömrəsini vermişdir. Bir neçə gün sonra, yəni 2023-cü ilin yanvar ayının təxminən 28-29-da Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 300 40 60 saylı mobil telefon nömrəsinə zəng edib ondan işin nə yerdə qaldığını soruşanda, Rəşad yalandan elə bu işlə məşğul olduğunu, danışıqlar apardığını, yarım saat sonra zəng edib məlumat verəcəyini demişdir. Təxminən yarım saat sonra yenidən Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsinə zəng edəndə, Rəşad “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə mühafizəçi vəzifəsinə 2 nəfər şəxs lazım olduğunu, bu iş üçün də 3.000 manat məbləğində pulu çıxacağını demişdir. Rəşadın bu sözündən sonra həmin pulu rüşvət qismində verməli olduğunu fikirləşdiyindən, ona oğlunu rüşvət verib işə qoymaq istəmədiyini demişdir. Təqsirləndirilən şəxs1 isə bu pulu rüşvət qismində verməyəcəyini, bu pulun sənədləşmə işlərinə, təxminən 400 manatını isə ona bu məsələlərdə ona kömək edəcək tanşılarına şirinlik kimi verəcəyini, hər hansı vəzifəli şəxslərə verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs1 heç kimə şirinlik verməyəcəyini, 2.600 manat pulu sənədləşmə işləri üçün verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da 2.600 manat pulu düzəldib ona xəbər verməsini, 400 manat şirinlik puluna isə ehtiyac olmadığını, oğlu Əlipənahın evdən hər hansı yerə getməməsini, onu “Qusar RMX” PHŞnin həkimləri tərəfindən çağrılacağını, oğlunun hərbi bilet və şəxsiyyət vəsiqəsini pul hazır olduğu vaxt gətirib ona verməsini tapşırmışdır. Onun ciddi bir orqanın işçisi olmasına inandığı üçün, sözlərinə şübhə ilə yanaşmayıb, oğlu Əlipənahın tezliklə “Qusar RMX” PHŞ-də mühafizəçi işinə düzələcəyinə ümid etmişdir. Bu barədə evdə ailə üzvlərinə də danışmış, arvadı Xəyalə Gülməmmədovaya da oğlu Əlipənahın dövlət işinə düzələcəyinə görə 2.600 manat pulu düzəltmək üçün kredit götürmələrini, sonradan xırda-xırda bu pulu qaytara biləcəklərini demişdir. 03 fevral 2023-cü il tarixdə arvadı Xəyalə Gülməmədovaya məxsus qızıl-zinət əşyalarını "xxxx" ASC-nin Qusar rayon şöbəsində girov qoyub onun adına 2.600 manat məbləğində kredit götürüb, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 300 40 60 saylı mobil telefon nömrəsinə zəng edib 2.000 manat pulu və sənədləri hazırladığını xəbər vermişdir. Elə həmin gün, yəni 03 fevral 2023-cü il tarixdə, saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs1 ağ rəngli “VAZ 2107” markalı avtomobil ilə gəlib Qusar şəhər avtovağzalında onunla görüşmüşdür. Onun avtomobili ilə birlikdə “RMX” PHŞ-nə getmişlər. Rəşada 2.000 manat pul düzəltdiyini, qalan 600 manat pulu da iş yekunlaşandan sonra verəcəyini bildirmiş, Rəşad da razı olmuşdur. “Qusar RMX” PHŞ-nə çatandan sonra, xəstəxananın həyətində, Acil şöbəsinin qarşısında, 03 fevral 2023-cü il tarixdə, saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs1 oğlu Şahid6 “Qusar RMX” PHŞ-nə işə düzəltmək adı ilə ondan həmin avtomobilin içərisində 2.000 manat məbləğində pul almışdır. Rəşad 2.000 manat məbləğində pulla birlikdə oğlu Əlipənaha məxsus hərbi bileti, həmçinin onun şəxsiyyət vəsiqəsini də götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 xalası oğlu olduğunu dediyi şəxs də avtomobilin içərisində olmuş, o da hər şeyi olduğu kimi görmüşdür. Təqsirləndirilən şəxs1 2.000 manat pulu və sənədləri də götürüb “Qusar RMX” PHŞ-nin Acil şöbəsindən içəri daxil olmuşdur. Onunla gəlmək istədiyini deyərkən, Təqsirləndirilən şəxs1 yalandan bu işi danışdığı şəxslərin yad adamın yanında bu söhbəti etməyəcəklərini dediyinə görə avtomobildə qalmışdır. Təqsirləndirilən şəxs1 bir müddət sonra qayıdıb avtomobilə əyləşmiş, yalandan işi həll etdiyini, oğlu Şahid6 10 fevral 2023-cü il tarixdə “Qusar RMX” PHŞ-də mühafizəçi kimi işə başlayacağını bildirib, qalan 600 manat pulu da işə başladığı gün ona çatdırmasını demişdir. Rəşad onu Qusar şəhər avtovağzalına çatdırmış, avtomobildən düşərkən ondan oğlunun hərbi bileti ilə şəxsiyyət vəsiqəsini istəyəndə, həmin sənədlərin guya xəstəxanada qaldığını, 2 gün sonra qaytaracağını demişdir. 05 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 həmin ağ rəngli “VAZ 2107” markalı avtomobillə tək yaşadığı kəndə gəlib sənədləri qaytarıb getmişdir. Bu işin üstündən 5 gün keçdikdən sonra, yəni 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 zəng edib oğlu Əlipənaha heç bir zəng gəlmədiyini, bir problem olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs1 isə yalandan narahat olmamasını, sənədləşmə işlərinə görə bu məsələnin yubandığını, maraqlanıb bu barədə xəbər verəcəyini deyib onu arxayın etmişdir. Lakin bu söhbətdən sonra Təqsirləndirilən şəxs1 nə ona zəng etməmiş, nə də oğlunu işə düzəltməmişdir. Təqsirləndirilən şəxs1 onu aldatdığını fikirləşib hər dəfə ona zəng edib məsələnin nə yerdə qaldığını soruşanda, Rəşad müxtəlif bəhanələrlə onu yola verib vaxt uzatmağa başlamışdır. Bir müddət sonra isə tam əmin olmuşdur ki, Təqsirləndirilən şəxs1 onu aldatmış, oğlunu işə düzəltmək adı ilə 2.000 manat məbləğində pulunu ələ keçirtmişdir. Bu pulu geri tələb edəndə isə Təqsirləndirilən şəxs1 hər dəfə bir bəhanə gətirib gah işlədiyi orqandan Bakı şəhərinə ezam olunduğunu, gah işinin çox olduğunu deyib onunla görüşməkdən yayınıb pulunu geri qaytarmamışdır. Sonradan isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 heç bir orqanda işləməyərək özünü ona yalandan vəzifəli şəxs kimi təqdim edib inandıraraq, etibarından sui-istifadə edib, qarşı fırıldaqçılıq edərək 2.000 manat məbləğində pulunu ələ keçirtmişdir. 2023-ü ilin may ayında onun barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Qusar rayon şöbəsinə şikayət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ondan şikayət etdiyini bilib məsuliyyətə cəlb olunacağından qorxaraq, 2023-cü ilin təxminən may ayının əvvələrində bu pulu gətirib qaytarmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş olan maddi ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus olan **-BF-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Vaz 2107” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 Qusar şəhəri, X17ndə, "xxxx" ASC-nin Qusar rayon filialının yaxınlığında yaşamış, o da taksi fəaliyyəti ilə məşğul olarkən müştəri gözləmək üçün həmin ərazidə avtomobili ilə dayandığından Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda onun taksi xidmətindən istifadə etmiş, mobil telefon nömrəsini götürüb özünə taksi lazım olanda onu çağırmışdır. 09 yanvar 2023-cü il tarixdə, saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Qusar şəhəri, H.Əliyev prospektində yerləşən “Edelveys” restoranının yanında olan kafedə olduğunu bildirib, gedib onu götürməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra taksi fəaliyyəti ilə məşğul olduğu ağ rəngli, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobil ilə həmin yerə gedib Təqsirləndirilən şəxs1 xəbər vermişdir. Təqsirləndirilən şəxs1 kafedən sonradan Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını öyrəndiyi 2 nəfərlə çıxıb gəlib avtomobilinə əyləşmişlər. Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sərnişin oturacağında, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 də arxa oturacaqlarda əyləşmişlər. Təqsirləndirilən şəxs1 avtomobili "xxxx" ASC-nin Qusar rayon şöbəsinin yanına sürməsini tapşırmışdır. Həmin yerə çatanda, hər üçü avtomobildən düşmüşlər. Orada Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin H.Əliyev prospektində yerləşən bankomatından 2.500 manat məbləğində nağd pulu çıxardıb, əlbəəl şəkildə Təqsirləndirilən şəxs1 vermiş, Rəşad da bu pulu sayaraq Təqsirləndirilən şəxs2 vermişdir. Həmin vaxt özü avtomobildə olmuş, onları görüb, söhbətlərini eşitmişdir. Həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 pulu Zərərçəkmiş şəxs1 alandan sonra ona “işi həll olunmuş bil, narahat olma” demişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 pulu alıb gəlib avtomobilə əyləşmişlər. Zərərçəkmiş şəxs1 də onlarla sağollaşıb getmişdir. Təqsirləndirilən şəxs1 tapşırığı ilə həmin yerin yaxınlığında yerləşən “Kristal” adlı kafeyə getmişlər. Təqsirləndirilən şəxs1 çay içməyi təklif etdiyinə görə, özü də onlarla birlikdə kafeyə getmişdir. Orada Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldıqları puldan ona 380 manat məbləğində pul verib borcunu qaytarmışdır. Kafedə çay içib vaxt keçirəndən sonra isə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların tapşırığı ilə Qusar rayonu, Qayakənd kəndində yerləşən “Qaya bulaq” adlı restorana çatdırmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlbir olaraq Zərərçəkmiş şəxs1 aldadıb, onun hərbçi qardaşının xidmət yerinin dəyişdirəcəklərinə yalandan söz verib 2.500 manat məbləğində pulunu ələ keçirmişlər. 2023-cü ilin fevral ayının təxminən əvvəllərində, saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs1 onun mobil telefon nömrəsinə zəng edərək Qusar rayonu Xurel kəndinə gedib, sonradan Zərərçəkmiş şəxs3 olduğunu bildiyi bir nəfər tanışından pul götürüb ona çatdırmaq lazım olduğunu demişdir. Taksi fəaliyyəti ilə məşğul olan adam kimi, əvvəllər də müxtəlif tanış müştərilərinin də bu cür tapşırıqlarını yerinə yetirdiyindən, ağlına pis fikir gətirməyib, bu işi görməyi Təqsirləndirilən şəxs1la 10 manat pula razılaşmışdır. Təqsirləndirilən şəxs1 telefonda ona 070 508 91 43 saylı mobil telefon nömrəsini verib, ona pulu çatdırmalı olan Elxan adlı tanışının mobil telefon nömrəsi olduğunu, Qusar rayonu Xurel kəndinə gedib həmin nömrə ilə əlaqə saxlamasını bildirmişdir. Rəşadla telefonla danışıb qurtarandan sonra özünə məxsus ağ rəngli, “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tək Qusar rayonu Xurel kəndinə getmiş, yolda olarkən Təqsirləndirilən şəxs1 verdiyi Zərərçəkmiş şəxs3 mobil telefon nömrəsinə zəng edib bu nömrəni Rəşadın verdiyini, ondan pul götürməli olduğunu deyib Xurel kəndində hara gəlməli olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs3 dediyi yerə gedib getmiş, Zərərçəkmiş şəxs3 tək həmin yerə gəlmiş, avtomobilə yaxınlaşaraq, çöldən onunla görüşüb, avtomobilə minmədən, pulu verib Təqsirləndirilən şəxs1 çatmalı olduğunu demişdir. Elxanı birinci dəfə həmin yerdə görüb onunla tanış olmuşdur. Elxandan pulu götürüb miqdarına baxmadan avtomobildə yanına qoymuş, sonra Təqsirləndirilən şəxs1 zəng edib pulu Elxandan aldığını və ona harada çatdırmaq lazım olduğunu soruşmuş, Rəşad da Qusar şəhəri, X17ndə yerləşən “LUKSOİL” adlı yanacaq doldurma məntəqəsinin qarşısına gəlməsini bildirmişdir. Həmin yerə gedib Təqsirləndirilən şəxs1la görüşüb pulu onun özünə vermişdir. Təqsirləndirilən şəxs1 pulu alandan sonra 10 manat pul taksi xidmətinin haqqını ödəmişdir. Bir neçə gün sonra, yəni 2023-cü ilin təxminən fevral ayının əvvəllərində, saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edib yenidən Qusar rayonu Xurel kəndinə gedib Elxan adlı həmin tanışından pulu götürüb ona çatdırmaq lazım olduğunu demişdir. Rəşadla taksi pulunu yenə də 10 manata danışmış, Təqsirləndirilən şəxs1 bir daha Zərərçəkmiş şəxs3 mobil telefon nömrəsini ona demişdir. Qusar rayonu Xurel kəndinə gedərkən Elxana zəng edib Rəşadın onu pul üçün göndərdiyini deyəndə, Elxan Rəşadın onunla danışdığını, keçən dəfə görüşdükləri yerdə onu gözləyəcəyini bildirmişdir. Qusar rayonu Xurel kəndinin mərkəzində, adını xatırlamadığı mağazanın qarşısına çatıb Elxana zəng edib xəbər vermiş, təxminən 5 dəqiqə sonra Elxan tək avtomobilinə yaxınlaşıb onunla görüşmüş, Təqsirləndirilən şəxs1 çatacağını deyərək ona pul vermişdir. Zərərçəkmiş şəxs3 pulu götürmüş, saymayıb avtomobilinin saxlanc yerinə qoymuşdur. Sonra isə Qusar şəhəri, X17ndə yerləşən "xxxx" ASC-nin Qusar rayon filialının qarşısında Təqsirləndirilən şəxs1la görüşüb Elxanın verdiyi pulu Rəşada çatdırmış, Təqsirləndirilən şəxs1 da 10 manat taksi xidmətinin haqqını ödəmişdir. Bir neçə gün sonra, yəni 2023-cü ilin fevral ayının təxminən ortalarında Təqsirləndirilən şəxs1 Qusar şəhəri X17ndə yerləşən "xxxx" ASC-nin Qusar rayon filialının yaxınlığında avtomobili ilə müştəri gözləyərkən Təqsirləndirilən şəxs1 avtomobilinə əyləşib Elxan adlı tanışı ilə görüşəcəyini deyərək, Qusar rayonu Xurel kəndinə sürməsini tapşırmışdır. Saat təxminən 21 radələrində Elxanla əvvəllər görüşüb pul aldığı Qusar rayonu Xurel kəndinin mərkəzində yerləşən mağazanın qarşısına çatanda, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 zəng edib həmin yerə çağırmış, bir neçə dəqiqə sonra isə Elxan gəlmişdir. Rəşad avtomobildən düşüb Elxanla mağazanın qarşısında görüşmüş, onlar bir neçə dəqiqə söhbət etmişlər. Özü isə avtomobildə əyləşib Rəşadı gözləmiş, onlarının yanına getməmişdir. Rəşadla Elxan söhbət edərkən Elxan cibindən pul çıxardıb Rəşada vermişdir. Lakin hava qaranlıq olduğundan Elxanın Rəşada nə qədər pul verdiyini görə bilməmiş, hava soyuq olduğundan avtomobilin pəncərələri bağlı olmuş, Rəşadla Elxanın söhbətini eşidə bilməmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 pulu götürəndən sonra qayıdıb avtomobilinə əyləşmiş və birlikdə Qusar şəhərinə qayıtmışlar. Rəşad Qusar şəhəri X17ndə yerləşən "xxxx" ASC-nin Qusar rayon filialının qarşısında avtomobildən düşmüş, ona göstərdiyi taksi xidmətinə görə 15 manat məbləğində pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 aldadaraq onun barəsində Qusar RPŞ-də istintaqı aparılan cinayət işinə xitam vermək adı ilə hissəhissə olmaqla onun 850 manat pulunu ələ keçirmişdir. Rəşad Zərərçəkmiş şəxs3 yalandan özünü Qusar rayon məhkəməsində və Xaçmaz rayon polis şöbəsində işləyən vəzifəli şəxslər kimi təqdim edərək Elxanı özünə inandırmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Qusar rayonu X21 kənd sakini Zərərçəkmiş şəxs2 da aldadaraq, onun oğlunu işə qoymaq adı ilə aldadıb 2.000 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 bibisi Şahid1 oğludur. Təqsirləndirilən şəxs1 ilə tanışlıqları belə olmuşdur ki, 2019-cu ilin oktyabr ayından 2021-ci ilin aprel ayına qədər hərbi xidmət keçdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin konvoy alayında, Qaradağ rayonunda yerləşən 12 saylı cəzaçəkmə müəssisəsində xidmət edərkən, Təqsirləndirilən şəxs1 da həmin cəzaçəkmə müəssisəsində nəzarətçi işləmişdir. Hər ikisi Qusar rayonundan olduqlarına görə aralarında tanışlıq yaranmışdır. Təqsirləndirilən şəxs1 özünü nüfuzlu, geniş əlaqələri olan, sözü hər yerdə keçən, hörmətli şəxs kimi təqdim etmişdir. Onun haqqında ailə üzvlərinə eləcə də, bibisi oğlu Raciddin və Taciddin Feyzullyevlərə danışmış, onlar da baş çəkmək üçün yanına gələndə, Təqsirləndirilən şəxs1la tanış olmuşlar, onunla maraqlanmaq üçün Rəşada zəng edib əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs1 onlara da özünü hörmətli, geniş əlaqələri olan şəxs kimi təqdim edərək etibarlı münasibətlər yaratmışdır. 09 yanvar 2023-cü il tarixdə, saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Qusar rayonu Qayakənd kəndində yerləşən “Qayabulaq” adlı restorana gəlmişlər. Onlar restorana ağ rəngli, “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə gəlmişlər. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə əlbir olub bibisi oğlu Zərərçəkmiş şəxs1 aldadaraq onun 2.500 manat məbləğində pulunu ələ keçirmişlər, sonra isə “Qayabulaq” adlı restorana gəlib onu aldadıb aldıqları pulla kef məclisi təşkil etmişlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunda hərbi xidmət keçən bibisi oğlu Raciddinə yalandan ona xidmət yerini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən hərbi hissəyə dəyişdirəcəyinə söz vermiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə plan qurub bu adla Zərərçəkmiş şəxs1lə görüşüb, 09 yanvar 2023-cü il tarixdə 2.500 manat məbləğində pulunu aldadıb almışlar. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 və Şahid6 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 uşaq vaxtından tanıyır, Təqsirləndirilən şəxs1 xalası oğlu Şamil Qasarayev onun qonşusu olmuş, onun vasitəsi ilə Rəşad ilə aralarında tanışlıq yaranmışdır. Təqsirləndirilən şəxs1la başqa heç bir qohumluq münasibətləri, aralarında narazılıq, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs1 deməsinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləmiş, özünü ona nüfuzlu, tanışlı-bilişli, iş həll edən insan kimi göstərmiş, hətta müxtəlif dövlət orqanlarına işə adam qoydurduğunu, bu məsələlərlə əlaqədar nə lazım olsa ona müraciət edə biləcəyini demişdir. 03 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onu Qusar şəhərinə dəvət edib görüşə çağırmışdır. Təqsirləndirilən şəxs1 bəzən Xaçmaz rayonuna gəlmiş, bəzən isə özü Qusar şəhərinə gəlib onunla görüşmüşdür. Həmin gün saat təxminən 15 radələrində özünə məxsus “Vaz 2107” markalı, ağ rəngli, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Rəşadla görüşmək üçün Qusar şəhərinə gəlib onu evindən götürmüşdür. Rəşad avtomobilə əyləşib əvvəlcə bir tanışı ilə görüşməli olduğunu, onunla görüşəndən sonra birlikdə gedib çay içməyi təklif etmişdir. Ondan nə məsələ olduğunu soruşanda kasıb bir tanışının oğlunu “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə mühafizəçi işinə düzəldəcəyini, 550 manat məbləğində əmək haqqı alacağını, bu işlə əlaqədar həmin şəxslə görüşəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bu sözlərinə inanıb onu da belə bir işə qoymasını xahiş etmiş, Təqsirləndirilən şəxs1 da əvvəlcə həmin şəxsin işini həll edəndən sonra ona belə bir işə düzəlməyə kömək edəcəyinə söz vermişdir. Qusar şəhər avtovağzalının yaxınlığına çatanda, Təqsirləndirilən şəxs1 avtomobili özü sürməsini xahiş etdiyinə görə, avtomobili idarə etmək üçün ona vermiş, özü də avtomobilin ön sərnişin oturacağında, Rəşadın yanında əyləşmişdir. Təqsirləndirilən şəxs1 Qusar şəhəri, Ç.Qubranov küçəsində yerləşən Qusar şəhər dairəsinin yanına çatıb avtomobili saxlamış və ona dediyi, sonradan ad və soyadının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi həmin tanışını gözlədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra isə Zərərçəkmiş şəxs2 gəlib avtomobilə əyləşmiş, Təqsirləndirilən şəxs1 yanında ona oğlunun işini danışıb razılıq aldığını, xəstəxanaya gedib oğlunun sənədlərini lazımi şəxslərə təqdim edəcəyini demişdir. Hər üçü birlikdə özünə məxsus avtomobillə “Qusar RMX” PHŞ-nə getmişlər, xəstəxananın həyətinə daxil olub, avtomobilin içərisində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 2.000 manat məbləğində pulu, həmçinin oğluna məxsus şəxsiyyət vəsiqəsini, hərbi bileti və digər sənədləri götürmüş, bu məsələni danışıb həll etmək adı ilə xəstəxananın inzibati binasından içəri daxil olmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs1 geri qayıdıb avtomobilə əyləşərək Zərərçəkmiş şəxs2 oğlunun işini düzübqoşduğunu, hər şeyin qaydasında olduğunu, narahat olmamasını, 10 fevral 2023-cü il tarixdə “Qusar RMX” PHŞ-də mühafizəçi kimi işə başlayacağını və 550 manat məbləğində əmək haqqı alacağını yalandan deyib, qalan 600 manat pulu da işə başladığı gün ona çatdırmasını tapşırmışdır. Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs1 təşəkkür edərək, oğlu işə başlayandan sonra onunla görüşəcəyini demişdir. Oradan Qusar şəhər dairəsinin yanına qayıtmışlar, Zərərçəkmiş şəxs2 avtomobildən düşüb onlarla sağollaşıb getmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 oğlunu işə qoymaq adı ilə aldadaraq yanında ondan aldığı 2.000 manat pulu ələ keçirib, ona söz verdiyi işi həll etməmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir, ümumiyyətlə aralarında belə bir danışıq olmamışdır. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında olan pul danışığından 03 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 özünə məxsus avtomobilin içərisində Zərərçəkmiş şəxs2la görüşüb yanında 2.000 manat məbləğində pul alarkən məlumatı olmuşdur. Buna qədər ümumiyyətlə bu söhbətdən xəbəri, bu məsələdə heç bir iştirakı, rolu, Təqsirləndirilən şəxs1la aralarında Zərərçəkmiş şəxs2 pul alması barədə heç bir danışıq, razılıq olmamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 aldadaraq pulunu ələ keçirmək niyyətini bilməmişdir. Təqsirləndirilən şəxs1 özünü nüfuzlu, tanışlı-bilişli şəxs kimi təqdim etdiyinə görə onun həqiqətən Zərərçəkmiş şəxs2 işini həll edəcəyini fikirləşmişdir. Hətta inanıb özünü də belə bir işə qoymasını ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında olan söhbət zamanı Təqsirləndirilən şəxs1 bu məsələni kiminlə həll edəcəyi, Zərərçəkmiş şəxs2 aldığı 2.000 manat pulu kiməsə verəcəyi barədə heç bir söz deməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında olan üzləşdirmələr zamanı da Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında olan üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında olan üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında olan üzləşdirmə üzləşdirmələr zamanı da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmələr zamanı Şahid3 ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahid X16 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə zamanı Seron Bəkərov ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid5 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə zamanı da Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 xx.xx.2023-cü il tarixli, 974 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Quba PNRM-nə müraciət etməmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 xx.xx.2023-cü il tarixli, 1372 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 Quba PNRM-nə müraciət etməmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası TƏBİB PHŞ “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, PHŞ-6-54/2-541/2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 “Qusar RMX” PHŞ-də psixiatrın qeydiyyatında yoxdur, xx.xx.2023-cü il tarixdən “Çətənə qəbulu” diaqnozu ilə həkim narkoloqun qeydiyyatındadır, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 isə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdurlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası TƏBİB PHŞ “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 18-1-43/2-2992/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 “Xaçmaz RMX” PHŞ-də stasionar müalicə almamışdır, həkim narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli, 3-16-17/3/2-7947/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə icra etmək imkanı olmayacağı təqdirdə borc üzrə götürdüyü öhdəlikləri müəyyən edilmiş şərtlərə uyğun icra etmədiyinə, eləcə də əmək intizamını pozaraq üzrsüz səbəbdən xidmətdən yayındığına görə Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası qanununun 40.1.11-ci maddəsinə əsasən Ədliyyə orqanlarından xaric edilmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi, Təqsirləndirilən şəxs1la “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılan səsli danışıqlar zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 özünü əməliyyatçı vəzifəsində işləyən şəxs kimi təqdim edib onun işini pul müqabilində həll edəcəyinə söz verməsinə dair danışıqlar müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 300 40 60 saylı mobil telefon nömrəsi ilə iş üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olan 077 519 27 05 saylı mobil telefon nömrəsi arasında 2023-cü ilin yanvar-fevral ayları ərzində, eləcə də xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə çoxsaylı telefon danışıqlarının olması, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 aldadaraq ondan 2.500 manat məbləğində pulu aldıqları gün, yəni xx.xx.2023-cü il tarixdə aparılan telefon danışıqları zamanı Təqsirləndirilən şəxs1 məxsus 077 300 40 60 saylı telefon nömrəsinin anten dairəsinin Qusar şəhəri ərazisində olması, həmçinin həmin gün Şahid3 məxsus 070 611 16 17 saylı mobil telefon nömrəsi ilə saat 18-19 radələrində aralarında telefon danışıqlarının olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 300 40 60 saylı mobil telefon nömrəsi ilə 2023-cü ilin yanvar-fevral ayları ərzində iş üzrə Zərərçəkmiş şəxs3 istifadəsində olan *** *** ** **, X7 istifadəsində olan 077 *** ** ** saylı mobil telefonlar arasında çoxsaylı telefon danışıqlarının olması, Təqsirləndirilən şəxs1 həmin nömrədən iş üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olan 055 906 06 38, 055 409 74 95 saylı mobil telefon nömrələrinə də 2023-cü ilin yanvar-fevral ayları ərzində, eləcə də onu aldadaraq 2.000 manat məbləğində pulunu aldığı xx.xx.2023cü il tarixdə də çoxsaylı telefon danışıqlarının olması və həmin telefon danışıqları zamanı Təqsirləndirilən şəxs1 məxsus 077 300 40 60 saylı telefon nömrəsinin anten dairəsinin Qusar şəhəri ərazisində olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 310-cu maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 310-cu maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının xx.xx.2021-ci il tarixli qərarın 41-ci bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Qusar rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışdığına, onlara dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2-ci təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə dair cinayət işinə xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun həmin epizod üzrə əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 310-cu maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 həmin maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs1 ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi, əməlindən peşman olmasını, səmimi ifadə verməsini isə şəxsiyyəti səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2, 178.2.2-ci maddəsinin dispozisiyasında göstərilir ki, eyni əməllər təkrar törədildikdə Göründüyü kimi, Təqsirləndirilən şəxs1 eyni əməli təkrar törətdiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirildiyinə görə və təkrarçılıq törədilmiş əməlin tərkib əlaməti olduğuna görə əməli təkrar törətməsi ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz. Məhkəmə, Azərbaycan Respublikası 61.1.12-ci maddəsinə əsasən cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimindən istifadə etməklə törədilməsi Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsini məqsədə müvafiq hesab etmir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 12 oktyabr 2023-cü il tarixdə “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi, barəsində “başqa yer getməmək haqqında iltizam tədbirinin dəyişdirilməsi və həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən hazırkı iş üzrə hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 12 oktyabr 2023-cü il tarixdə “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Qusar rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə dair cinayət işinə xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi qərara alındığına görə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılan səsli danışıqların yazılarının qeyd olunduğu, 01 ədəd “CD” diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 197,198, 321.2.1, 344-347, 346, 347, 349, 351-353, 356, 381, 384, 385, həmçinin CM-nin 73-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 09 dekabr 2023-cü il tarixdən həbsdə saxlama və ev dustaqlığında saxlanıldığı müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3– cü maddəsində əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzanı tam əhatə etdiyindən, cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Qusar rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışdığına, onlara dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə dair cinayət işinə xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılan səsli danışıqların yazılarının qeyd olunduğu, 01 ədəd “CD” diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar