Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-123/2025 28.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2003-cü il tarixdə Qusar rayonu, Ləgər Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Qusar rayonu, Ləgər Qışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs, anası Şahid1 ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında yaranmış mübahisə zəmnində Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbəsi ilə vurması nəticəsində sonuncunun bədən səthinə alt dodağın selikli qişasının orta hissəsinin əzilmiş yarası, sağ əlin 3-cü barmağının arxa səthinin və sol baldırın 1/3 hissəsinin ön-yan səthinin iki ədəd sıyrıqı xəsarətləri yetirərək onun sağlamlığa qəsdən yüngül zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, yeznəsi Zərərçəkmiş şəxs ailəsi ilə 2023-cii ildən Qusar rayonu, Ləgər-qışlaq kəndində yerləşən fərdi yaşayış evində birlikdə yaşadıqlarını, yeznəsinin dəfələrlə onlardan torpaq sahəsi istədiyini, xx.xx.2025-ci il tarixdə dostları ilə yaşadığı kənd ərazisində söhbət etdikdən sonra saat 19:00 radələrində evə getdiyi zaman anası Şahid1, yeznəsi Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, yeznəsinin onun anasının ünvanına nalayiq ifadələr işlətdiyini, buna görə də Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə zəng edərək evə çağırdığını, təxminən saat 19:30 radələrində yeznəsi Zərərçəkmiş şəxs evə gəldiyini, aralarında mübahisə yarandığını, mübahisə zamanı Zərərçəkmiş şəxs yenidən onun anasının ünvanına nalayiq ifadələr işlətdiyini, bu səbəbdən onun üz nahiyəsinə evin 2-ci mərtəbəsində yumruqla zərbə yetirdiyini, zərbənin təsirindən onun evin 1-ci mərtəbəsinə pilləkənlər vasitəsilə yıxıldığını və sonra isə Zərərçəkmiş şəxs evdən çıxıb getdiyini bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, barəsində amnistiya aktının tədbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs, elan ounmuş şahid ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yaşayan qaynı Canmirzə Səmədovun həyat yoldaşı Simnarə Səmədovanın evə gələrək qaynanası ilə mübahisə etdiyini, səbəbi isə onun övladlarının Simnarə Səmədovanın cehizlik mebellərinə toxunması olduğunu, o getdikdən sonra qaynanası ilə mübahisə etdiyini, mübahisə zamanı bir-birlərinin ünvanlarına nalayiq ifadələr işlətdiklərini, sonra isə Xudat şəhərinə getdiyini, saat 19:30 radələrində qaynı Təqsirləndirilən şəxs mobil telefonla ona zəng edərək çağırması səbəbilə evə qayıtdığını, evdə qaynı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı bir-birlərinin ünvanlarına nalayiq ifadələr işlətdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs onun üz nahiyəsinə yumruqla zərbə yetirməsi nəticəsində evin 2-ci mərtəbəsindən pilləkənlər ilə 1-ci mərtəbəyə yıxılaraq düşdüyünü və sonra isə evdən çıxıb getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş “MTE və PA” Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 495 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alt dodağın selikli qişasının orta hissəsinin əzilmiş yarası, sağ əlin 3-cü barmağının arxa səthinin və sol baldırın 1/3 hissəsinin ön-yan səthinin iki ədəd sıyrıqı bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə nəticəsində əmələ gələ bilərdi və qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktı tədbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-123/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-123/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver