Məhkəmə qərarları › İş №1(029)-13/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-13/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-13/2021 10.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1973-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, Azərbaycan Respubliaksı vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, 2-ci qrup müharibə əlili, əvvəllər məhkum olunmamış, Qusar şəhəri F.Musayev küçəsi ev 106-da qeydiyyatda olan və Qusar şəhəri Z.Bağışov küçəsi ev 9-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx xxxxxxxx 2020-ci il tarixdən həbsdə olan, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs AzərbayCan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayonu Nabran qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 70 manat müqabilində içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 kibrit qutusunu qanunsuz olaraq almış və 2020-ci ilin sentyabr ayın əvvəllərində Qusar şəhəri “Avtobaza” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 kibrit qutusunu qanunsuz olaraq əldə etmiş və hər ikisini qanunsuz olaraq daşımış və üzərində gəzdirmiş, həmçinin yaşadığı evdə saxlamış, 70 manat müqabilində əldə etdiyi narkotik vasitənin bir hissəsini özü üçün istifadə etmiş, qalan narkotik kütləni isə gələcəkdə satış məqsədilə 10 kağız bükümlərə qablaşdırmaqla qanunsuz olaraq saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Qusar şəhərin ərazisində yerləşən “X2” qarşısında 70 manat müqabilində əldə etdiyi narkotik vasitədən 5 bükümünü Qusar şəhər sakini Şahid1 cəmi 50 manata qanunsuz olaraq satmış, bununla əlaqədar o, saxlanılaraq RPŞ-də onun üstünə şəxsi axtarış keçirilən zaman onun tərəfindən qanunsuz olaraq 70 manat müqabilində əldə etdiyi narkotik vasitədən qalıq qalmış satış məqsədi ilə saxladığı 1 ədəd kibrit qutusuna qablaşdırılmış 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,56 qram, 0,54 qram, 0,556 qram, 0,469 qram və 0,598 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 2,723 qram olan narkotik vasitə qurudulmuş marixuana, Şahid1 saxlanıldığı yerə baxış keçirilən zaman isə Təqsirləndirilən şəxs ona qanunsuz olaraq satdığı 5 büküm narkotik vasitə olan qurudulmuş marixuanadan çəkisi 0,573 qram olan narkotik vasitə hesab edilən 1 büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra isə Qusar rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə onun yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evində xx xxxxxxxx 2020-ci il tarixdə axtarış aparılmış və oradan onun 2020-ci ilin sentyabr ayın əvvəllərində Qusar şəhəri “Avtobaza” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi və qanunsuz olaraq satış məqsədi ilə saxladığı 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 4,812 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun heç kimlə düşmənçilik münasibətləri olmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olaraq öz ailəsini dolandırmış, təxminən 1998-ci ildən etibarən narkotik vasitələrdən mütəmadi istifadə etmiş, son zamanlarda isə o, narkotik vasitələrdən istifadəsini kəskin azaltmışdır. Təxminən 2020-ci ilin sentyabr ayın əvvəllərində saat 11 radələrində o, idarə etdiyi “VAZ 2109” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri Avtovağzal dairəsi ərazisində hərəkətdə olan zaman yolun kənarında “PİONEER” mağazasının qarşısında dayanmış 3 nəfər 30-40 yaşlarında şəxslərdən biri, əvvəllər tanımadığı adını sonradan bildiyi və şəxsiyyəti istintaqa məlum olmayan “Azər” adlı şəxsin əl işarəsi ilə ondan maşını saxlamağı xahiş etmiş, o da həmin şəxslərin yanına yaxınlaşıb maşını saxlamışdır. Həmin vaxt “Azər”, “Eldar” və “Vasif” adlı şəxslər onun idarə etidyi atomobilə oturub, sonuncudan Qusar şəhərində yeyib-içmək və qalmaq üçün sakit, şəhərdən kənar yerə aparmalarını xahiş etmiş, o da öz razılığını verərərək, həmin şəxsləri Qusar rayonun ərazisində yerləşən “PARK QUSAR” istirahət mərkəzinə aparmışdır. Həmin vaxt həmin şəxslər onu da onlarla birlikdə yeyibiçməyə dəvət etmiş, sonuncu əvvəl razılaşmasa da, daha sonra öz razılığını verərək, onlarla birlikdə axşam raddələrinə kimi oturub yeyib-içib, söhbət etmişdir. Söhbət zamanı həmin 3 şəxs ondan narkotik vasitələrdən istifadə edib-etməməsini soruşmuş, sonuncu isə arada bir narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirdikdən sonra “Azər” adlı şəxs cibindən 01 ədəd büküm narkotik vasitə olan marixuana çıxarıb, siqaretə doldurub, növbə ilə həmin siqareti çəkmişlər. O, Qusar şəhəri “Avtobaza” adlanan ərazidə olan zaman Cəlil öz istifadəsində olan ***-***-**-** NAR nömrəsindən onun istifadəsində olan ***-***-**-** NAR nömrəsinə zəng edib, “mal”, yəni marixuana istədiyini bildimişdir. Həmin vaxt o, əvvəl bəhanə gətirib olmadığını bildirmiş, lakin Cəlil ondan əl çəkməyərək, təkrar ona zəng edərək, qonağları olduğunu bildirdikdən sonra o öz razılığını vermiş və Qusar şəhərin ərazisində yerləşən “Atlant” Ticarət Mərkəzinin qarşısına gəlməsini tapşırmışdır. Həmin gün saat 20 radələrində Cəlil, Qusar şəhərin ərazisində yerləşən “Atlant” Ticarət Mərkəzinin qarşısında idarə etidyi NİVA” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsus“VAZ 2109” markalı avtomobilin arxasınca saxlayıb, sonuncu ilə görüşmək üçün ona məxsus avtmobilin qabaq sərnişin yerinə oturub, onunla söhbət etməyə başlamışdır. Həmin vaxt Cəlil, ondan 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, o da cibindən içərisində 10 ədəd bükümü qurudulmuş marixuana olan kibrit qutusunu çıxardıb, Cəlilə 1 büküm qurudulmuş marixuana vermişdir. Cəlil həmin 1 büküm narkotik vasitənin müqabilində ona pul verməmişdir. Bundan sonra o, idarə etdiyi “VAZ 2109” markalı avtomobillə Qusar şəhərin ərazisində yerləşən “Avtobaza” adlanan əraziyə getmişir. Həmin gün saat 22:40 radələrində Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar şəhəri “Avtobaza” adlanan ərazidə o, saxlanılaraq polis şöbəsinə gətirilmiş və sonuncunun üstünə şəxsi axtarış keçirilən zaman onun tərəfindən qanunsuz olaraq satış məqsədi ilə saxlanıldığı 1 ədəd kibrit qutusuna qablaşdırılmış 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,56 qram, 0,54 qram, 0,556 qram, 0,469 qram və 0,598 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 2,723 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aşakar edilərək götürülmüş narkotik vasitələr ona məxsus deyildir. Bundan başqa Qusar rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə onun yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evində xx xxxxxxxx 2020-ci il tarixdə axtarış aparılmış, nəticədə onun evindən narkotik vasitə tapılmışdır, həmin narkotik vasitələrdən də onun xəbəri yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, taksi fəaliyyəti ilə məşğul olaraq öz ailəsini dolandırmış, təxminən 1998-ci ildən etibarən narkotik vasitələrdən mütəmadi istifadə etmiş, son zamanlarda isə o, narkotik vasitələrdən istifadəsini kəskin azaltmışdır. Təxminən 2020-ci ilin sentyabr ayın əvvəllərində saat 11 radələrində o, idarə etdiyi “VAZ 2109” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri Avtovağzal dairəsi ərazisində hərəkətdə olan zaman yolun kənarında “PİONEER” mağazasının qarşısında dayanmış 3 nəfər 30-40 yaşlarında şəxslərdən biri, əvvəllər tanımadığı adını sonradan bildiyi və şəxsiyyəti istintaqa məlum olmayan “Azər” adlı şəxsin əl işarəsi ondan maşını saxlamağı xahiş etmiş, o da həmin şəxslərin yanına yaxınlaşıb maşını saxlamışdır. Həmin vaxt “Azər”, “Eldar” və “Vasif” adlı şəxslər onun idarə etidyi atomobilə oturub, sonuncudan Qusar şəhərində yeyib-içmək və qalmaq üçün sakit, şəhərdən kənar yerə aparmalarını xahiş etmiş, o da öz razılığını verərərək, həmin şəxsləri Qusar rayonun ərazisində yerləşən “PARK QUSAR” istirahət mərkəzinə aparmışdır. Həmin vaxt həmin şəxslər onu da onlarla birlikdə yeyib-içməyə dəvət etmiş, sonuncu əvvəl razılaşmasa da, daha sonra öz razılığını verərək, onlarla birlikdə axşam raddələrinə kimi oturub yeyib-içib, söhbət etmişdir. Söhbət zamanı həmin 3 şəxs ondan narkotik vasitələrdən istifadə edibetməməsini soruşmuş, sonuncu isə arada bir narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirdikdən sonra “Azər” adlı şəxs cibindən 01 ədəd büküm narkotik vasitə olan marixuana çıxarıb, siqaretə doldurub, növbə ilə həmin siqareti çəkmişlər. Bundan sonra isə “Azər” adlı şəxs ona narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif edərək, ona Xaçmaz rayonu Nabran qəsəbəsində yaşayan narkotik vasitələrin satışı ilə məşğul olan tanışı olduğunu bildirmiş, o əvvəl öz razılığını verməmiş, daha sonra isə “Azər” adlı şəxs ona narkotik vasitələrin satışından yaxşı pul qazana biləcəyini bildirdikən sonra, o öz razılığını verib, istifadəsində olan mobil telefon nömrəsini gələcəkdə əlaqə saxlamaq məqsədi ilə “Azər” adlı şəxsə vermişdir. Həmin gün axşam raddələrində o, həmin 3 şəxslə sağollaşıb, idarə etdiyi“VAZ 2109” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz evinə qayıtmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində “Azər” adlı şəxs onun istifadəsində olan ***-***-**-** NAR nömrəsinə zəng edib, tanışlıq verdikdən sonra ona Xaçmaz rayonu Xudat şəhərində yaşayan tanışı ilə danışıb, onun üçün 70 manat müqabilində 01 ədəd kibrit qutusu narkotik vasitə olan marixuananı verəcəyini bildirmişdir. Həmin vaxt o əvvəl razı olmamış, lakin “Azər” adlı şəxs ona həmin şəxsi uzun müddət tanıdığını və heç bir problemin olmayacağına söz vermiş, o da “Azər” adlı şəxsə inanmışdır. Həmin gün təxminən günorta radələrində o, idarə etdiyi “VAZ 2109” markalı avtomobillə tək başına Qusar şəhərindən çıxıb, Xaçmaz rayonun Xudat şəhərinə getmək üçün yola çıxmış və sonuncu yolda olan zaman “Azər” adlı şəxs ona təkrar zəng edib, yolu izah edərək, Xaçmaz rayonu Nabran qəsəbəsinin ərazisində yolun sol kənarıda qurumuş ağacın dibində otların arasında 01 ədəd kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana gizlədilib, saxlanıldığını, oradan həmin 01 ədəd kibrit qutusu narkotik vasitəni götürdükdən sonra 70 manat pulu başqa bir qabın içərisinə qoyub, 01 ədəd kibrit qutusu narkotik vasitəni götürdüyü yerdə saxlamasını tapşırmışdır. Bundan sonra o, qeyd olunan yerə çatan zaman ətrafda heç kimin olmadığını görüb, maşını qeyd olunan qurumuş ağacın yanında saxlayıb, otların arasında yarısı kesilmiş plasmas qutusunun içərisində bir kibrit qutusu qurudulmuş marixuananı götürüb,həmin ağacın yanında tapdığı boş “BİZON” energetik içkinin qabını içərisinə 70 manat pulu qoyub, idarə etdiyi “VAZ 2109” markalı avtomobilə oturub, Qusar şəhərinə qayıtmaq üçün yola çıxmışdır. Bundan sonra o, evə qayıdıb, evdə heç kimin olmadığı görüb, 70 manat müqabilində aldığı 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananın cüzi hissəsini siqaretə doldurub çəkmiş, qalan narkotik vasitəni isə gələcəkdə satmaq məqsədi ilə 10 ədəd xırda bükümlərə doldurub, həmin bükümləri kibrit qutusuna qablaşdırıb, taksi fəaliyyəti ilə məşğul olmaq üçün Qusar şəhərinə çıxmışdır. Həmin gün axşam radələrində o, Qusar şəhəri “Avtobaza” adlanan ərazidə olan zaman Cəlil öz istifadəsində olan ***-***-**-** NAR nömrəsindən onun istifadəsində olan ***-***-**-** NAR nömrəsinə zəng edib, “mal”, yəni marixuana istədiyini bildimişdir. Həmin vaxt o, əvvəl bəhanə gətirib olmadığını bildirmiş, lakin Cəlil ondan əl çəkməyərək, təkrar ona zəng edərək, qonağları olduğunu bildirdikdən sonra o öz razılığını vermiş və Qusar şəhərin ərazisində yerləşən “Atlant” Ticarət Mərkəzinin qarşısına gəlməsini tapşırmışdır. Həmin gün saat 20 radələrində Cəlil, Qusar şəhərin ərazisində yerləşən “Atlant” Ticarət Mərkəzinin qarşısında idarə etidyi NİVA” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsus“VAZ 2109” markalı avtomobilin arxasınca saxlayıb, sonuncu ilə görüşmək üçün ona məxsus avtmobilin qabaq sərnişin yerinə oturub, onunla söhbət etməyə başlamışdır. Həmin vaxt Cəlil, ondan 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, o da cibindən içərisində 10 ədəd bükümü qurudulmuş marixuana olan kibrit qutusunu çıxardıb, Cəlilə 5 büküm qurudulmuş marixuana vermiş, sonuncu isə həmin 5 büküm narkotik vasitənin müqabiliondə ona 50 manat pul vermişdir. Bundan sonra o, idarə etdiyi “VAZ 2109” markalı avtomobillə Qusar şəhərin ərazisində yerləşən “Avtobaza” adlanan əraziyə getmişir. Həmin gün saat 22:40 radələrində Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar şəhəri “Avtobaza” adlanan ərazidə o, saxlanılaraq polis şöbəsinə gətirilmiş və sonuncunun üstünə şəxsi axtarış keçirilən zaman onun tərəfindən qanunsuz olaraq satış məqsədi ilə saxlanıldığı 1 ədəd kibrit qutusuna qablaşdırılmış 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,56 qram, 0,54 qram, 0,556 qram, 0,469 qram və 0,598 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 2,723 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Qusar rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə onun yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evində xx xxxxxxxx 2020-ci il tarixdə axtarış aparılmış, nəticədə onun 2020-ci ilin sentyabr ayın əvvəllərində Qusar şəhəri “Avtobaza” adlanan ərazidən tapdığı 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 4,812 qram narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 3-4 il əvvəl X1 Respublikası Dərbənd şəhərində təhsil alan zaman ilk dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə axşam radələrində o, etibarnamə əsasında idarə etdiyi “NİVA” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostu Ruslanla birlikdə Qusar şəhərin ərazisində olarkən birlikdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmək qərarına gəlmişlər. Həmin gün axşam radələrində o, istifadəsində olan ***-***-**-** NAR nömrəsindən Kamranın istifadəsində olan ***-***-**-** NAR nömrəsinə zəng edib, “mal”, yəni marixuana istədiyini bildimişdir. Həmin vaxt Kamran əvvəl bəhanə gətirib ona marixuananın olmadığını bildirmiş, lakin o, Kamrandan əl çəkməyərək, təkrar sonuncuya zəng edərək, qonağları olduğunu bildirdikdən sonra Kamran öz razılığını vermiş və Qusar şəhərin ərazisində yerləşən “Atlant” Ticarət Mərkəzinin qarşısına gəlməsini tapşırmışdır. Həmin gün saat 20 radələrində o, idarə etdiyi “NİVA” markalı avtomobillə dostu Ruslanla birlikdə Kamrandan narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün gedən zaman, o, Kamranın dostu Ruslanı görməməsi üçün, sonuncunu “Atlant” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Pioneer” 1001 Xırdavat tikinti materialları mağazasının yanında düşürüb, Kamranla görüşmək üçün təyin edilmiş yerə getmişdir. Həmin gün saat 20 radələrində o, Qusar şəhərin ərazisində yerləşən “Atlant” Ticarət Mərkəzinin qarşısında idarə etdiyi NİVA” markalı avtomobili Kamrana məxsus“VAZ 2109” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca saxlayıb, sonuncu ilə görüşmək üçün Kamrana məxsus avtmobilin qabaq sərnişin yerinə oturub, sonuncu ilə söhbət etməyə başlamışdır. Həmin vaxt o, Kamrandan 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, sonuncu da cibindən içərisində 10 ədəd büküm qurudulmuş marixuana olan kibrit qutusunu çıxardıb, ona 5 büküm qurudulmuş marixuana vermiş, o isə həmin 5 büküm narkotik vasitənin müqabilində Kamrana 50 manat pul vermişdir. Bundan sonra o, idarə etdiyi “NİVA” markalı avtomobillə “Pioneer” 1001 Xırdavat tikinti materialları mağazasının yanında Ruslanı da götürüb, Qusar rayonu Çiləgir kəndinə getmək üçün yola çıxmışlar. Həmin vaxt o, tanışı Kamrandan aldığı 05 ədəd büküm qurudulmuş marixuananı Ruslana göstərmiş, daha sonra isə həmin 5 bükümndən birini siqaretə doldurub, Ruslanla birlikdə çəkmiş, digər 4 bükümü isə üstündə saxlamışdır. Həmin gün saat 21 radələrində o, idarə etdiyi “NİVA” markalı avtomobili Qusar şəhərində yerləşən “Avtobaza” adlnan ərazinin yaxınlığında saxlayıb, Ruslanla söhbət edən zaman polis əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışlar. Həmin vaxt o, polis əməkdaşlarının ona tərəf gəldiyini görüb 4 büküm narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşların xəbəri olmadan yerə atmışdır. Bundan sonra polis şöbəsində onun və Ruslanın üzərinə şəxsi axtarış keçirilmiş, lakin onların üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməməsinə baxmayaraq, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman onların xəbəri olmadan 4 büküm narkotik vasitə olan qurudulmuş marixuananı yerə atdığını, 01 büküm narkotik vasitə olan qurudulmuş marixuananı Ruslanla birlikdə siqaretə doldurub çəkdiyini və həmin 5 büküm narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Kamrandan həmin gün 50 manat müqabilində aldığını etiraf etmişdir. Bundan sonra onun iştirakı ilə polis əməkdaşları tərəfindən saxlanıldığı yerə baxış keçirilən zaman, onun tərəfindən atılmış 4 ədəd büküm narkotik vasitə olan qurudulmuş marixuananın 01 ədəd kağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Kamranı tanımır, onunla düşmənçilik və ədavəti olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o, Qusar şəhərində “Diamond” restoranının yanında olan zaman Qusar RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, Kamranın yaşadığı ünvana axtarış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o da öz razılığını vermişdir. Həmin vaxt onunla yanaşı Qusar şəhər sakini Şahid5 da hal şahidi qismində iştirak etmişdir. Həmin vaxt o, polis əməkdaşları ilə birlikdə Kamranın yaşadığı ünvana axtarış keçirən zaman sonuncunun evin həyətində yerləşən talvarın altında olan stolun üstündə olan içərisinə selofan paktlər yığılmış ağ rəngli plastik su qabına baxış keçirilmiş, ağ rəngli plastik qabın içərisində olan selofan paketlər çıxarılmış və həmin qabın içərisində olan balaca sarı rəngli plastik qabdan 01 ədəd içərisində spesifik iyə malik olan yaşımtıl rəngdə narkotik vasitə olan marixuanaya oxşar kütlə olduğu aşkar edilmişdir. Axtarış zamanı aşkar edilmiş həmin 01 ədəd içərisində spesifik iyə malik olan yaşımtıl rəngdə narkotik vasitə olan marixuanaya oxşar kütlə fotoçəkiliş müşayiəti ilə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək həmin faktı təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2014-cü ildə ilk dəfə Dağıstan Respublikası Maxaçkala şəhərində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, Qusar şəhərin ərazisində avtoyuma salonların birində işləyən zaman Kamranla tanış olmuş, həmin vaxtdan münasibətləri normal olmuşdur. 2020-ci ilin iyun ayın əvvəllərində Kamran ona hər dəfə 10 manat müqabilində olmaqla cəmi 2 dəfə narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. O, narkotik vasitəni bir dəfə tək istifadə etmiş, bir dəfə isə Kamranla birlikdə siqaretə doldurub çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, təxminən 1 il əvvəl Qusar şəhərində Kamranla tanış olmuş və həmin vaxtdan münasibətləri normal olmuşdur. Təxminən 2020-ci ilin yanvar-fevral ayında o,10 manat müqabilində narkotik vasitə olan qurudulmuş marixuananı Kamrandan alaraq, sonuncu ilə birlikdə həmin qurudulmuş marixuananı Kamranın idarə etdiyi “VAZ 2109” markalı **-LG- *** dövlət qeydiyyat nişanlı avtomobidə istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs onun əridir. Onlar ünvan 1 saylı ünvanda kirayədə yaşamışlar. Əri Kamranın narkotik vasitələrdən istifadə və satmasından xəbəri olmamışdır. Qusar şəhər sakini Cəlilə 50 manat müqabilində 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana satdığı üçün Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə aparılmışdır. Polis şöbəsində onun əri Kamranın üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun üstündən qanunsuz olaraq satış məqsədi ilə saxladığı 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. xx xxxxxxxx 2020-ci il tarixdə yaşadıqları ünvan 1 saylı ünvanda yerləşən evdə polis əməkdaşları tərəfindən axtarış aparılmış, axtarış zamanı evin həyətində yerləşən talvarın altında stolun üstündə olan plastik qabda 01 ədəd içərisində spesifik iyə malik olan yaşıl kütlə aşkar edilib götürülmüşdür. Aşkar edilmiş narkotik vasitədən onun və əri Kamranın xəbərləri olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx xxxxxxxx 2020-ji il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 23:00-dan saat 23:25-dək Qusar RPŞ-də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim edilməsi təklif edilmidir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan şalvarının ciblərindən 1(bir) ədəd “Nokia” markalı mobil telefon, 301 manat məbləğində pul əskinazları, 1 ədəd “Palmall” siqaret, bir ədəd pul cüzdanı icərisində kart, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, texpasport və əynində olan gödəkcənin sol iç cibindən 1 ədəd kibrit qutusunda içərisində 5 ədəd kağız bükümlərdə olan narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 7/605 saylı rəydən görünür ki, - Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5 ədəd kağız bükülərdə ayrı-ayrılıqda çəkiləri 0,56 qram, 0,54 qram, 0,556 qram, 0,469 qram və 0,598 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır.- Vət. Şahid1 üzərindən (rəy 7/606) və vət. Təqsirləndirilən şəxs götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 7/606 saylı rəydən görünür ki, - Vət. Şahid1 aşkar edilərək götürülmüş 1 ədəd kağız bükülüdə təmiz çəkisi 0,573 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır.- Vət. Şahid1 üzərindən (rəy 7/605) və vət. Təqsirləndirilən şəxs götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 7/620 saylı rəydən görünür ki, - Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 4,812 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır.- Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5 ədəd kağız bükülərdə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs evindən aşakr edilərək götürülümüş 01 ədəd kibrit qutusunda olan marixuanadan fərqlənir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 2650 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş iş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2715 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət X3 Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” X4 xx xxxxxxxx 2020-ci il tarixli 219 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Qusar Rayon Mərkəzi Xəstəxanası”nın psixiatr kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət X3 Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” X4 xx xxxxxxx 2020-ci il tarixli 279 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Qusar Rayon Mərkəzi Xəstəxanası”nın narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Azərbayjan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair xx xxxxxxxx 2020-ci il tarixli 7/605 saylı, xx xxxxxxxx 2020-ci il tarixli 7/606 saylı və xx xxxxxxxx 2020ci il tarixli 7/620 saylı bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 216 (iki yüz on altı) manat təşkil edir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,553 qram, 2,523 qram və 4,792 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 245769 nömrəli vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 2011-ci il tarixli 885 nömrəli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət keçirərkən xx xxxxx 1994-cü il tarixdə yaralanmış, “Sağ sarğı nahiyyəsinin yumşaq toxumalarının deşib-keçən güllə yarası” diaqnozu qoyulmuş, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmadır. Cinayət işinin materiallarında olan jinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 4(029)-26/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay müəyyən edilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan-yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan Azərbayjan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə xarakter kimi qiymətləndirir, onun əməli iş materialları, ekspertiza rəyləri və şahid ifadələri ilə ona tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə tövsif olunmuşdur, törətdiyi cinayət əməlini etiraf etməmiş, məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, onun barəsində bəraət hökmünün çıxarılması üçün heç bir əsas yoxdur. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs törədilən cinayətdə təqsiri sübuta yetirilmiş və o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə tövsif olunmuşdur, törətdiyi cinayət əməlini etiraf etməmiş, məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs törədilən cinayətdə təqsiri sübuta yetirilmiş və o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş jinayətə görə nəzərdə tutulmuş jəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün jəzanın ümumi recimli jəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 216 (iki yüz on altı) manat Təqsirləndirilən şəxs alınıb VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-də saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,553 qram, 2,523 qram və 4,792 qram narkotik vasitələr olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 216 (iki yüz on altı) manat Təqsirləndirilən şəxs alınıb Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-də saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,553 qram, 2,523 qram və 4,792 qram narkotik vasitələr olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar