Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-13/2022 11.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Qusar rayon Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi2, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə , 19.08.1996-cı ildə Qusar rayonu Düztahir kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 18 sentyabr 2021-ci il tarixdə tutulmuş, barəsində Qusar rayon məhkəməsinin 20.09.2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə, 27.08.1993-cü ildə Qusar rayonu Düztahir kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2020-ci ilin əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə bitkisinin toxumlarını, 2020-ci ilin yaz aylarında Qusar rayonu Düztahir kəndində yerləşən meşəlik ərazidə qanunsuz olaraq dibçəklərdə əkmiş və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkdiyi toxumlardan əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 02 ədəd çətənə (kannabis) bitkisinin kollarını əldə etmiş, həmin 02 ədəd çətənə bitkisinin yarpaqlarını qurutmaqla narkotik kütləni gələcəkdə satış məqsədilə 15-20 ədəd kibrit qutularına qablaşdırmaqla qanunsuz olaraq hazırlamış, saxlamış və daşımış, həmin narkotik vasitələrin bir hissəsini özü üçün istifadə etmiş, 17 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Qusar şəhəri ərazisində yerləşən “Avtobaza” adlanan ərazidə həmin narkotik vasitədən 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,479 qram narkotik vasitə qurudulmuş marixuananı tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs2na cəmi 80 manata qanunsuz olaraq satmış, 18.09.2021-ci il tarixdə saat 11 radələrində isə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Qusar RPŞ-nə gətirilmiş, onun üstünə şəxsi axtarış keçirilən zaman onun tərəfindən qanunsuz olaraq satış məqsədi ilə saxladığı 1 ədəd kağız bükülüdə qablaşdırılmış bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,857 qram olan narkotik vasitə qurudulmuş marixuana, daha sonra isə onun yaşadığı Qusar şəhəri A.Ağabalayev küçəsi 8 saylı ünvanda yerləşən evinə baxış aparılmış və oradan onun qanunsuz olaraq satış məqsədi ilə saxladığı 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,729 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 17 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində tanışı, müvəqqəti Qusar şəhəri A.Ağabalayev küçəsi 8 saylı ünvanda yaşayan həmkəndlisi Təqsirləndirilən şəxs1ndan 80 manat müqabilində 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,479 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 17 sentyabr 2021-ci il tarixdə saat 18:15 radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən N.Nərimanov adına parkın ərazisində saxlanılaraq Qusar rayon polis şöbəsinə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan cins şalvarın sağ yan cibində saxladığı və gəzdirdiyi həmin 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,479 qram olan tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, təxminən 1-2 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin əvvəllərində o, Qusar rayonu Düztahir kəndində meşəlik ərazidən 2 ədəd çətənə toxumları tapmış və onları həmin ərazidə əkmişdir. Həmin çətənə toxumlarının hər ikisi bitmiş, onların yarpaqlarını yığıb qurudaraq sellofan torbaya yığmışdır. Bundan sonra həmin narkotik vasitələrdən gündəlik olaraq istifadə etmişdir. Lakin, həmin narkotik vasitələri satmaq niyyəti olmamış, ayrı-ayrı kibrit qutularına yığmamışdır. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir, münasibətləri normal olmuşdur. Şənlik onun narkotik vasitədən istifadə etdiyini bilmiş, lakin birlikdə istifadə etməmişlər. 2021-ci ilin sentyabr ayının ortalarında Şənlik ona zəng edərək marixuana istəmiş, növbəti gün Qusar şəhəri “Avtobaza” adlanan ərazidə Şənlikə bir kibrit qutusu marixuana vermişdir. Həmin marixuananı Şənlikə satmamış, satmaq məqsədi ilə ondan pul almamışdır. Şənlik əvvəllər ondan 100 manat borc pul almış, marixuananı Şənlikə verərkən sonuncu 100 manat borcunu ona qaytarmışdır. O, marixuananı Şənlikə verdikdən bir qədər sonra polis əməkdaşları yaxınlaşaraq onu saxlamışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamış, ilk olaraq bölmədə üzərində axtarış apararkən də üzərindən narkotik vasitə çıxmamış, lakin müstəntiqin otağında axtarış aparılarkən üzərindən bir büküm marixuana çıxmışdır. Həmin marixuana ona aid olmamış, ola bilər kimsə onun cibinə qoyub, lakin bu barədə hər hansı sübutu yoxdur. Polis əməkdaşları onu saxladıqdan sonra onun kirayədə yaşadığı evə getmişlər, qapını evində kirayədə yaşadığı Hədiyyə adlı qadın açmış, müdafiəçinin də iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ilə birlikdə otağa daxil olmuşlar, otaqda iki ədəd çarpayı olmuş, həmin otaqdan bir kibrit qutusu narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitə də ona məxsus olmamış, həmin narkotik vasitənin kimə məxsus olması, kim tərəfindən qoyulması barədə heç bir fikri yoxdur. O, polis şöbəsinə aparılarkən ondan izahat alınmış, həmin vaxt müdafiəçisi də orada iştirak etmiş, izahat verərkən ona heç bir təzyiq olmamışdır. Lakin, sonradan ona psixoloji təzyiq olunmuş, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmasını bildirməyə, bu barədə yazılmış ifadəyə imza etməyə məcbur edilmişdir. O, narkotik vasitədən istifadə etsə də, Şənlikə narkotik vasitə satmamış, həmin şəxsə verdiyi marixuananı əvəzi kimi pul almamış, aldığı pulu borcun əvəzi kimi almışdır. Törətdiyi əməlindən peşmandır, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış, hər hansı xəstəliyi yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, 1 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2020-ci ilin aprel-may aylarında Qusar rayonu Düztahir kəndində meşədə gəzişərkən yerdən siqaret qutusu tapmış, həmin siqaret qutusunu yerdən götürmüş və içərisini yoxlayan zaman orada 5-6 ədəd çətənə toxumları olmasını görmüşdür. Buna görə həmin vaxt tapdığı çətənə toxumlarını əkibbəcərmək qərarına gəlmiş, həmin gün tapdığı çətənə toxumlarını özündə saxlamış və evə qayıtmışdır. Növbəti gün səhər radələrində təkbaşına çətənə toxumları ilə birlikdə meşəyə getmiş, meşənin kənarında heç kimin görməyəcəyi yerdə tapdığı təxminən 5-6 ədəd çətənə toxumlarını 2 ədəd dibçəklərə ataraq, onlara mütəmadi olaraq su verməyə başlamışdır. Həmin ilin sentyabr-oktyabr aylarında 2 ədəd hündürlükləri təxminən 1 metr olan çətənə kolları əmələ gəlmiş, bundan sonra həmin çətənə kollarının yarpaqlarını meşədə qurutmuş, əmələ gəlmiş narkotik vasitəni 15-20 ədəd kibrit qutularına qablaşdırıb özündə saxlamış və həmin narkotik vasitədən istifadə etməyə başlamışdır. Bundan sonra o, təxminən 2 ay əvvəl işləmək üçün ünvan 1 ünvanda yerləşən Hədiyyə Əzizovaya məxsus evdə kirayədə qalmışdır. Həmin evin birinci mərtəbəsində yerləşən otaqların birində tək qalmış, ondan başqa həmin otaqda yaşayan olmamış, otağın açarları daima onda olmuşdur. Qusar şəhərinə gələn zaman qalıq qalmış 3 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı da özü ilə gətirmiş və həmin kibrit qutularını qaldığı otaqda saxlamış, arada bir həmin marixuanadan istifadə etmişdir. Bundan başqa Qusar şəhərində tikintilərdə fəhlə kimi işləmiş, lakin iş hər gün olmadığından, maddi vəziyyəti zəifləmişdir. 16 sentyabr 2021-ci il tarixdə axşam saatlarında ona həmkəndlisi Şənlik zəng etmiş, növbəti gün Qusar şəhərinə gələcəyini və onunla görüşmək istədiyini bildirmiş, aralarında razılığa əsasən 17 sentyabr 2021-ci il tarixdə səhər radələrində Şənlik zəng etmiş və Qusar şəhər Avtovağzal dairəsi tərəfdə olduğunu bildirmişdir. Onunla görüşmək üçün həmin yerə getmiş, görüş zamanı söhbət etmiş və həmin vaxt Şənlik qurudulmuş marixuana istədiyini bildirmiş, tapıb xəbər verəcəyini demişdir. Bundan sonra o, oradan çıxıb evə getmiş, işi və pulu olmadığı üçün evdə saxladığı kibrit qutusunda olan marixuananı Şənlikə satmaq qərarına gəlmişdir. Bundan sonra günorta saatlarında təkrar Şənliklə görüşmüş və həmin vaxt ona qurudulmuş marixuana verə biləcəyini, lakin həmin qurudulmuş marixuananın müqabilində ondan 80 manat pul alacağını bildirmişdir. Şənlik həmin vaxt razı olaraq 4 ədəd 20 manatlıq olmaqla 80 manat pul vermiş, pulu götürüb getdikdən sonra Şənlik bir neçə dəfə zəng etmiş, kəndə qayıtmaq üçün maşın tapmağın çətin olmasını bildirərək, vaxtında qurudulmuş marixuananı verməyini ondan xahiş etmişdir. Həmin gün saat 17 radələrində Şənliklə Qusar şəhəri Avtobaza adlanan ərazidə görüşmüş, həmin vaxt yanlarında başqa heç kəs olmamış, şübhə çəkməmək üçün Şənliklə söhbət etməyə başlamış və ətrafda heç kəsin olmadığını görüb, üstündə saxladığı 1 ədəd kibrit qutusunda qurudulmuş marixuananı Şənlikə verdikdən sonra oradan uzaqlaşmışdır. Bundan sonra həmin 80 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, həmin puldan qalıq qalan 10 manat 10 qəpik pulu isə özündə saxlamış növbəti gün saat 11 radələrində Qusar şəhər Avtovağzal ərazisində olan zaman mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq Qusar RPŞ-nə aparılmışdır. Polis şöbəsində vəkilinin iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın aşağı sağ yan cibindən 01 ədəd kağız büküldə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kağız bükülüdə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən vəkilinin iştirakı ilə zərfə qablaşdırılmış və möhürləndikdən sonra protokola imza edilmişdir. Bununla yanaşı onun razılığı ilə yaşadığı ünvana vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirmiş, baxış zamanı yaşadığı otaqda olan çarpayıda döşəyin altından 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin 01 ədəd kağız bükülüdə və 01 ədəd kibrit qutusunda olan marixuana ona aid olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, əvvəllər Rusiya Federasiyasında yaşamış, 2021-ci ilin yanvar ayında Qusar rayonu Düztahir kəndinə gəlmişdir. Digər Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. O, əvvəllər narkotik vasitədən istifadə etmiş, Kamranın da marixuana çəkdiyini görmüşdür. Kamrandan bu barədə soruşduqda o, narkotik vasitədən istifadə etdiyini təsdiq etmişdir. Həmin vaxtdan təxminən 4 ay keçdikdən sonra, təxminən 2021-ci ilin sentyabr ayının ortalarında o, Kamrana zəng edərək narkotik vasitə olan marixuana istəmiş, sonuncu isə bir kibrit qutusunu 80 manat pula təşkil edə biləcəyini demişdir. Bundan sonra onlar 17 sentyabr 2021-ci il tarixdə Qusar şəhəri Avtovağzal dairəsinin yanında görüşmüşlər, o, Kamrana əvvəlcədən 80 manat pul vermiş, təxminən 4-5 saatdan sonra o, Kamranla zəngləşərək Qusar şəhəri “Avtobaza” adlanan ərazidə təkrar görüşmüş və Kamran bir kibrit qutusu marixuananı ona vermişdir. O, həmin narkotik vasitəni Kamrandan 80 manat pula satın almışdır. Marixuananın çəkisinin nə qədər olduğunu bilməmişdir. Guya onun Kamrana 100 manat pul borclu olması və narkotik vasitəni ondan alarkən əvvəllər borca götürdüyü 100 manat pulu verməsi barədə sonuncunun dedikləri yalandır. Belə ki, onun Kamrana borcu olmamış, borc almaq üçün ehtiyacı da olmamışdır. Həmin gün evə alınmalı əşyalar olduğundan üzərində pul çox olmuş, təxminən 400 manat məbləğində pulu olmuşdur. O, Kamrandan marixuananı alıb piyada parka tərəf getmiş və bir az getdikdən sonra polis əməkdaşları onu saxlamışlar. Bundan sonra onu polis şöbəsinə aparmışlar, üzərinə şəxsi axtarış keçirilmiş, Kamrandan aldığı marixuana onun üzərindən aşkar olunaraq götürülmüşdür. Hazırda törətdiyi əməlindən peşmandır, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, onun məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş digər Təqsirləndirilən şəxs2, şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla isə tam sübuta yetirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs Kamran Hacıbabayevin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri, məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. 17 sentyabr 2021-ci il tarixdə Şənlik Ağakərimovun narkotik vasitələrdən istifadə etməsi barədə Qusar rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, raportla rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün Şənlik Ağakərimov Qusar şəhəri “N.Nərimanov” adına parkda saxlanılmış və şöbəyə aparılmışdır. Orada Şənlikin üzərinə şəxsi axtarış aparılmış və üzərindən bir kibrit qutusu marixuana aşkar olunmuşdur. Həmin vaxt Şənlik həmin narkotik vasitənin özünə məxsus olduğunu və Kamran Hacıbabayevdən 80 manata satın aldığını bildirmişdir. Buna qədər Kamranın narkotik vasitədən istifadə etməsi və ya satması barədə əməliyyat məlumatı olmamışdır. Bundan sonra növbəti gün-yəni 18 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Kamran Hacıbabayev Qusar şəhəri “Avtobaza” adlanan ərazidə saxlanılmış, şöbəyə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının yan cibindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Həmin vaxt Kamran Şənlikə 80 manat pula marixuana satdığını etiraf etmişdir. Bundan sonra, Kamranla birlikdə onun yaşadığı evə getmişlər, evin qapısını ev sahibi Hədiyyə adlı qadın açmış, sonra Kamranın qaldığı otağa tərəf getmişlər, otağın qapısı bağlı olmuş, Kamran üzərində olan açarı Hədiyyə adlı qadına vermiş və sonuncu otağın qapısını açarla açmışdır. Bundan sonra onlar birlikdə otağa daxil olmuşlar və otağa baxış zamanı otaqdakı çarpayıdan, oradakı döşəyin altından bir kibrit qutusu marixuana aşkar olunmuşdur. Həmin marixuananın çəkisi təxminən 5 qram olmuşdur. Həmin vaxt Kamranın hər hansı etiraz etməsi onun yadında deyil. Kamranın yaşadığı evə kiminsə narkotik vasitə qoyması mümkün deyil, evə Kamranın özünün və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Kamranın üzərinə də, hər hansı şəxs tərəfindən marixuana qoyulmamış, bu barədə deyilənlər yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 oğlu Şahid1 oğlu ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş Qusar rayon Polis Şöbəsinin 26.02.2022-ci il tarixli Ə96-149-22 saylı əmrinin surətindən görünür ki, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 oğlu DİN-in Polis Akademiyasının tədris planına əsasən 2022-ci il mart ayının 01-dən 29-dək gündəlik geyim formasında laborator-imtahan sessiyasında iştirak etməsi üçün Polis Akademiyasına ezam edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 oğlunun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 qızının ibtidai istinbtaq zamanı verdiyi ifadəsindən görünür ki, Kamran Hacıbabayevi tanıyır, sonuncu təxminən 2 ay Qusar şəhəri A.Ağabalayev küçəsi 8 saylı ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində kirayədə qalmışdır. Belə ki, Kamran evin birinci mərtəbəsində yerləşən otağların birində qalmış və hər ay 80 manat kirayə haqqı vermişdir. Həmin otağın açarı ancaq Kamranda olmuş, o, Qusar şəhərində fəhləlik edərək özünü dolandırmışdır. 18 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində evdə olan zaman Kamran, onun vəkili Rauf Kazımov və polis əməkdaşları yaşadığı ünvana gəlmiş, həmin vaxt polis əməkdaşları Kamranın qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün tutulduğunu və onun qaldığı otağa və digər otaqlara baxış keçirmək istədiklərini bildirmişlər. Həmin vaxt öz razılığını vermiş, bundan sonra Kamranın qaldığı otağın açarını almış, otağın qapısını açmış, həmin vaxt otağın pəncərələri bağlı olmuş, polis əməkdaşlarının, Kamranın və vəkil Rauf Kazımovun iştirakı ilə video çəkilişlə otağa baxış keçirilmişdir. Baxış zaman Kamranın yatdığı çarpayıda döşəyin altından 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar ot kütləsi aşkar edilmişdir. Həmin vaxt Kamran narkotik vasitələrdən istifadə etdiyini, həmçinin tanışı Şənlik adlı şəxsə 80 manata 01 ədəd kibrit qutusu marixuana satdığını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 oğlunun 17.09.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının surətindən görünür ki, “Şənlik” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, həmin şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndini rəhbər tutaraq yaşadığı ünvanın və olduğu yerlərin müşahidəsinin aparılması qərara alınmışdır. İş materiallarında olan 17 sentyabr 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 17 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli “axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 18:50-dən saat 19:05-dək Qusar rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi polis baş leytenantı Xankişiyev Ümüd İsabala oğlu tərəfindən Təqsirləndirilən şəxs2, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 oğlunun, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 oğlunun, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 oğlunun, Qusar RPŞ-nin ekspert kriminalisti polis leytenantı Məmmədov Məlik Şıxlar oğlunun, Qusar rayonu Vəkil Bürosunun vəkili X1 iştirakları ilə üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl istintaq hərəkətinin iştirakçılarına istintaq hərəkəti aparılan zaman “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılacağı və “Samsunq” markalı fotoaparatla fotoşəkillər çəkiləcəyi barədə məlumat verilmişdir. Şəxsi axtarış zamanı Şənlik Ağakərimovun əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Şənlik Ağakərimov həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 1-2 ildir narkotik vasitədən istifadə etdiyini və həmin narkotik vasitəni tanışı Kamran adlı şəxsdən 80 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə olan marixuanaya oxşar olan kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-in 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:17-dən saat 20:35-dək Qusar rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi polis baş leytenantı Xankişiyev Ümüd İsabala oğlu tərəfindən Təqsirləndirilən şəxs2 və onun vəkili X1, hal şahidləri Mirzəcanov Faid Nasir oğlunun, Əhmədov Rəvan Nəsrulla oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs2na məxsus “Redmi Note 8” markalı mobil telefona baxış keçirilmişdir. Baxış keçirilən zaman telefonun “Kontaktlar” bölməsində “Kamran” adlı şəxsin nömrəsi ***-***-**-** kimi telefonun yaddaşında saxlanılmışdır. Baxış zamanı Şənlik Ağakərimov həmin “Kamran” adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq 17.09.2021ci il tarixdə saat 17 radələrində Qusar şəhəri “Avtobaza” adlanan ərazidə görüşüb ondan 80 manat müqabilində 1 kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana aldığını bildirmişdir. Telefonun giriş-çıxış zənglərinin siyahısını yoxlayan zaman Şənlik Ağakərimov və “Kamran” adlı şəxs 16.09.2021-ci ilk tarixdə 22:16-da 1 dəfə, 17.09.2021-ci il tarixdə isə saat 10:07, 10:29, 10:30, 10:33, 12:01, 12:03, 12:34, 12:44, 15:53, 16:22, 16:48, 16:53 və 16:57-də olmaqla 14 dəfə bir-birinə zəng edib telefon vasitəsi ilə əlaqə saxladıqları müəyyən edilmişdir. İş materiallarında olan 18 sentyabr 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 18 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:35-dən saat 11:50-dək Qusar rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi polis baş leytenantı Xankişiyev Ümüd İsabala oğlu tərəfindən Təqsirləndirilən şəxs1, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 oğlunun, polis leytenantı Məmmədov Tahir Natiq oğlunun, polis kiçik leytenantı Şahid2 oğlunun, Qusar RPŞ-nin ekspert kriminalisti polis leytenantı Məmmədov Məlik Şıxlar oğlunun, Qusar rayon Vəkil Bürosunun vəkili Kazımov Rauf Əlif oğlunun iştirakları ilə üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1na üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan şalvardan 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd qulaqcıq, 01 ədəd ev açarı, 01 ədəd qara rəngli tibbi maska, 01 ədəd qara rəngli üzərində pul qabı aşkar olunmuş, pul qabının içərisində isə ona məxsus 2 ədəd 5 manatlıq və 01 ədəd 10 qəpik olmaqla cəmi 10 manat 10 qəpik, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, kardioqramma kağızı aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Kamran Hacıbabayevin əynində olan şalvarın aşağı sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Kamran Hacıbabayev narkotik vasitələrdən istifadə etdiyini, 2020-ci ildə Qusar rayonu Düztahir kəndində meşəlik ərazidə 02 ədəd çətənə ağacı kultivasiya etdiyini və həmin 02 ədəd ağacın yarpaqlarını qurudaraq onları təxminən 15-20 ədəd kibrit qutularına qablaşdırdığını, daha sonra isə həmin kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuananı özü üçün istifadə etdiyini bildirmişdir. 17 sentyabr 2021-ci il tarixdə isə tanışı və həmkəndlisi Şənlik Ağakərimova 80 manat müqabilində 01 ədəd kibrut qutusu narkotik vasitə olan qurudulmuş marixuana satdığını etiraf etmişdir. Bundan başqa, Kamran Hacıbabayev şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsinin ona məxsus olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Kamran Hacıbabayev tanışı Şənlik Ağakərimovun 1 kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuananı almaq üçün ona verdiyi 80 manat pulun böyük bir hissəsini öz şəxsi ehtiyacları üçün xərclədiyini, pul qabının içərisində olan 2 ədəd 5 manatlıq və 01 ədəd 10 qəpik olmaqla cəmi 10 manat 10 qəpik pulun isə həmin 80 manat puldan qalıq qalmış pul olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan marixuanaya oxşar olan kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, 2 ədəd 5 manatlıq və 01 ədəd 10 qəpik olmaqla 10 manat 10 qəpik pul isə ayrıca bir zərfə qoyulmuş, hər iki zərf Azərbaycan Respublikası DİN-in 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 12:05-dən saat 13:15-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi Xankişiyev Ümüd İsabala oğlu tərəfindən Qusar RPŞ-nin CAB-nin əməkdaşları Şahid1 oğlunun və Şahid2 oğlunun, Qusar RPŞ-nin ekspert-kriminalisti Məmmədov Məlik Şıxlar oğlunun, ünvan 2 ünvanda yaşayan Kamran Hacıbabayevin, müdafiəçi Kazımov Rauf Əlif oğlunun, Şahid4 qızının iştirakları ilə Qusar şəhəri A.Ağabalayev küçəsi 8 saylı ünvanda yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı, ev sahibi Hədiyyə Əzizova Qusar rayonu Düztahir kənd sakini Kamran Hacıbabayevin 2 aydır onun evində kirayədə qaldığını və evin birinci mərtəbəsində yerləşən otağın birində yaşadığını bildirmişdir. Baxış zamanı evin həyətində hər hansı narkotik tərkibli çətənə kolları aşkar edilməmişdir. Bundan sonra Kamran Hacıbabayevin qaldığı evin birinci mərtəbəsində yerləşən otağa tərəf keçilmiş, otağın giriş qapısı qıfılla bağlanmışdır. Həmin vaxt Kamran Hacıbabayev otağın açarını Hədiyyə Əzizovaya təqdim etmiş və o, otağı açmışdır. Otağa daxıl olan zaman otaqda 2 ədəd çarpayı,1 ədəd televizor, 2 ədət tumboçka, 1 ədəd stol olmuşdur. Kamran Hacıbabayevin yatdığı çarpayıya baxış keçirilmiş, baxış zamanı çarpayıda döşəyin altından 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman içində spesifik iyə malik olan, yaşımtıl rəngli ot kütləsi aşkar edilmişdır. Həmin vaxt Kamran Hacıbabayev həmin kibrit qutusunun ona məxsus olmadığını bildirmişdir. Buna baxmayaraq, baxış keçirilən zaman otağın qapısı və pəncərələri bağlı olmuş, otağın açarı Kamran Hacıbabayevdə olmuş, həmin otağa kənar şəxslər daxil olmamışlar. Baxış zamanı aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşımtıl rəngli ot kütləsi qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra, otaqda iş üçün əhəmiyyət kəsb edən əlavə hal və ya fakt aşkar edilməmişdir. Şifahi sorğu zamanı Kamran Hacıbabayev 1 ildir ki, narkotik vasitədən istifadə etdiyini, 2020-ci ilin yaz aylarında çətənə toxumları tapıb onları meşəlik ərazidə əkib-becərdiyini, həmin çətənə toxumlarından 02 ədəd çətənə kolları əmələ gəldiyini, onların yarpaqlarını qurudub əmələ gəlmiş narkotik vasitəni 20 ədəd kibrit qutusuna qablaşdırıb özündə saxladığını və mütəmadi istifadə etdiyini, təxminən 2 ay əvvəl Qusar şəhərinə gələn zaman özü ilə qalıq qalmış 3 ədəd kibrit qutusu marixuananı gətirdiyini və aradabir istifadə etdiyini, 17 sentyabr 2021-ci il tarixdə isə 80 manat müqabilində Qusar şəhəri “Avtobaza”da 1 kibrit qutusu marixuananı tanışı Şənlikə satdığını bir daha etiraf etmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmış, fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 20.09.2021-ci il tarixli 4(029)- 27/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 19 sentyabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saat 16:00da tutulmadan azad edilmişdir. İş materiallarında olan ünvan 3 ünvanda yaşayan Şahid4 qızının və Təqsirləndirilən şəxs1 18 sentyabr 2021-ci il tarixli ərizələrindən görünür ki, həmin şəxslər həmin evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 19 sentyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 12:15-dən saat 12:35-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi Xankişiyev Ümüd İsabala oğlu tərəfindən Qusar RPŞ-nin Həzrə PB-nin polis sahə rəisi Eşqin Tahirovun, Təqsirləndirilən şəxs1, müdafiəçi Kazımov Rauf Əlif oğlunun, hal şahidləri Hacıyev Cabbar Ustar oğlunun, Şahbazov Asim Qarat oğlunun iştirakları ilə Qusar rayonu Düztahir kəndində yerləşən və kəndin mərkəzindən 2 km məsafədə yerləşən meşəlik əraziyə baxış keçirilmişdir. Baxış zamanı Kamran Hacıbabayev meşəlik ərazidə dibçəklərdə çətənə toxumlarını əkib-becərdiyi yeri göstərmişdir. Həmin vaxt qeyd olunan ərazidə dibçəklər və ya çətənə bitkilərinin qalıqları qalmamışdır.Kamran Hacıbabayev bildirmişdir ki, qeyd olunan ərazidə dibçəklərdə 2 ədəd çətənə bitkisi kultivasiya etmiş, əmələ gəlmiş narkotik vasitəni 15-20 ədəd kibrit qutusuna qablaşdırıb özündə saxlamış və istifadə etmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 7/957 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı otaqdan aşkar edilmiş... ” sözləri yazılmış birinci zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,729 qram və üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri yazılmış üçüncü zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,857 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-6,586 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri yazılmış ikinci zərfi açdıqda içərisində bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,479 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üç ədəd zərfdə olan marixuanalar tərkibinə görə eyni mənşəlidirlər. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi-12,065 qram, cəmi tədqiqata sərf edildi-0,15 qram (hər 1-3 nömrəli obyektdən 0,05 qram götürüldü), qalıq-11,915 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2021-ci il tarixli 7/957 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 89,0 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 18 sentyabr 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ndan aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 11,915 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin Maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd 5 manatlıq və 01 ədəd 10 qəpik pul əskinasları maddi sübut kimi tanınmış və maddi sübut kimi istintaq qurtarana qədər saxlanılmasından ötrü Dövlət bankına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyevin 18 sentyabr 2021-ci il tarixli raportundan və həmin tarixli 165 saylı mədaxil qaiməsindən görünür ki, maddi sübut kimi tanınmış, keçirilmiş ekspertizalardan sonra qalıq qalmış 03 ədəd 11,915 qram narkotik vasitə olan qurudulmuş marixuanalar Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 18 sentyabr 2021-ci il tarixli “pulun saxlanılmasından ötrü banka verilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd 5 manatlıq və 01 ədəd 10 qəpik pul əskinasları istintaq tamamlanana qədər saxlanılmasından ötrü Azərbaycan Respublikası Mərkəzi Bankın Quba Regional Mərkəzinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin rəisi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankın Quba Regional Mərkəzinə ünvanlanmış 18.09.2021-ci il tarixli 149-21229- 1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 ədəd 5 manatlıq və 01 ədəd 10 qəpik pul əskinasları istintaq tamamlanana qədər saxlanılmasından ötrü həmin Mərkəzə göndərilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 3599 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəz publik hüquqi şəxs tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 3599 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1nda Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 08 noyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1ndan götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış 02 ədəd 5 manatlıq və 01 ədəd 10 qəpik məbləğində milli pul əskinası istintaq tamamlanana qədər saxlanılmasından ötrü Azərbaycan Respublikası Mərkəzi Bankın Quba Regional Mərkəzinə təhvil verilməsi nəzərə alınmışdır. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 11.915 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 tutulduqdan sonra onun şəxsi axtarışı və kirayədə yaşadığı evə baxış zamanı videoçəkilişi özündə əks etdirən 2 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onun şəxsi axtarışı zamanı videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk, cəmi 03 ədəd DVD disk iş materiallarında saxlanılmışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli 1993/10-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin publik hüquqi şəxsin Konsultativ Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 30.09.2021-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Qusar rayon İHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli 440 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan Qusar rayon İHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli 357 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs2 ailə tərkibi atası Ağakərimov Ağarəhim Hacıkərim oğlundan və anası Ağakərimova Zəlifət Balaməhəmməd qızından ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2na verdiyi bir ədəd kibrit qutusu narkotik vasitə olan marixuananı əvəzsiz verməsi, marixuananı verərkən həmin şəxsdən 100 manat pul alması və pulu həmin şəxsə əvvəllər verdiyi borcun əvəzi kimi alması, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş bir büküm narkotik vasitənin və kirayədə yaşadığı evin otağından aşkar olunmuş bir kibrit qutusu marixuananın ona məxsus olmaması, ibtidai istintaq zamanı ona təsir və təzyiq olunaraq ifadə verməyə məcbur olunması barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, digər təqsirləndirilən şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, ibtidai istintaq zamanı onun özünün müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi ilə, eləcə də digər sübutlarla tam təkzib edilir. Belə ki, təqsirləndirilən şəxs Şənlik Ağakərimov istər ibtidai istintaq zamanı, istər də məhkəmə istintaqı zamanı Kamran Hacıbabayevdən aldığı bir kibrit qutusu marixuananı əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq məhz 80 manata satın aldığını, aralarında isə heç bir borc münasibətlərinin olmadığını bildirmişdir. Bundan başqa, Kamran Hacıbabayevin üzərinə şəxsi axtarış zamanı özünün müdafiəçisi də iştirak etmiş, həmin vaxt Kamran Hacıbabayev Qusar rayonu Düztahir kəndində meşəlik ərazidə iki ədəd çətənə bitkisini əkdiyini, yarpaqlarını yığaraq 15-20 ədəd kibrit qutusuna qablaşdırdığını, onlardan bir kibrit qutusunu Şənlik Ağakərimova 80 manata satdığını bildirmiş, bu barədə şəxsi axtarış haqqında protokola qeyd edilmiş, həmin protokol onun özünün və müdafiəçisinin tərəfindən imzalanmışdır. Həmin vaxt Kamran Hacıbabayevə hər hansı təsir və ya təzyiq olunması isə məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, Kamran Hacıbabayev ibtidai istintaq və məhkəmə istintaqı zamanı üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş bir büküm marixuananın, o cümlədən kirayədə yaşadığı evdə qaldığı otaqdan aşkar olunmuş bir ədəd kibrit qutusu marixuananın ona aid olmamasını bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmin marixuanaların hər hansı digər şəxsə aid olması öz təsdiqini tapmamışdır. Əksinə, məlum olmuşdur ki, Kamran Hacıbabayevin kirayədə qaldığı otağın qapısı bağlı olmaqla açarı onun özünün üzərində olmuş, otağa baxış zamanı Kamran özü həmin açarı çıxarıb ev sahibi Hədiyyə adlı qadına vermiş və bundan sonra həmin qadın otağın qapısını açmışdır. Bu səbəbdən də, həmin otağa hər hansı digər şəxs tərəfindən marixuana qoyulmasını məhkəmə inandırıcı hesab etmir. Həmçinin, məhkəmə Kamran Hacıbabayevin üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş bir büküm marixuananın da hər hansı digər şəxsə aid olmasını inandırıcı hesab etmir. Bundan başqa, Kamran Hacıbabayev müdafiəçisinin yanında iki ədəd çətənə bitkisi kollarının yarpaqlarını yığaraq 15-20 ədəd kibrit qutusuna qablaşdırdığını bildirmişdir ki, bu da həmin üzərindən və yaşadığı otaqdan aşkar olunmuş marixuanaların məhz ona aid olmasını dolayısı ilə də olsa təsdiq edir. Məhkəmə ekspertizasının yuxarıda şərh olunan rəyindən də görünür ki, Kamran Hacıbabayevin üzərindən və yaşadığı otaqdan aşkar edilmiş və Şənlik Ağakərimovun üzərindən aşkar olunmuş hər üç narkotik vasitə olan marixuanalar eyni tərkibli olmuşlar. Odur ki, məhkəmə Kamran Hacıbabayevin həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 həqiqətən də, 2020-ci ilin əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə bitkisinin toxumlarını, 2020-ci ilin yaz aylarında Qusar rayonu Düztahir kəndində yerləşən meşəlik ərazidə qanunsuz olaraq dibçəklərdə əkməsi və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etməsi, əkdiyi toxumlardan əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan cəmi 02 ədəd çətənə (kannabis) bitkisinin kollarını əldə etməsi, həmin 02 ədəd çətənə bitkisinin yarpaqlarını qurutmaqla narkotik kütləni gələcəkdə satış məqsədilə 15-20 ədəd kibrit qutularına qablaşdırmaqla qanunsuz olaraq hazırlaması, saxlaması və daşıması, həmin narkotik vasitələrin bir hissəsini özü üçün istifadə etməsi, 17 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Qusar şəhəri ərazisində yerləşən “Avtobaza” adlanan ərazidə həmin narkotik vasitədən 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,479 qram narkotik vasitə qurudulmuş marixuananı tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs2na cəmi 80 manata qanunsuz olaraq satması, 18.09.2021-ci il tarixdə saat 11 radələrində isə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Qusar RPŞ-nə gətirilməsi, onun üstünə şəxsi axtarış keçirilən zaman onun tərəfindən qanunsuz olaraq satış məqsədi ilə saxladığı 1 ədəd kağız bükülüdə qablaşdırılmış bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,857 qram olan narkotik vasitə qurudulmuş marixuana, daha sonra isə onun yaşadığı Qusar şəhəri A.Ağabalayev küçəsi 8 saylı ünvanda yerləşən evində aparılan baxış zamanı oradan onun qanunsuz olaraq satış məqsədi ilə saxladığı 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,729 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 17 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində tanışı, müvəqqəti Qusar şəhəri A.Ağabalayev küçəsi 8 saylı ünvanda yaşayan həmkəndlisi Təqsirləndirilən şəxs1ndan 80 manat müqabilində 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,479 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, 17 sentyabr 2021-ci il tarixdə saat 18:15 radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən N.Nərimanov adına parkın ərazisində saxlanılaraq Qusar rayon polis şöbəsinə gətirilməsi və üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan cins şalvarın sağ yan cibində saxladığı və gəzdirdiyi həmin 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,479 qram olan tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuananın aşkar edilib götürülməsi, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1na cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1na cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2na cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2na cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun 17 sentyabr 2021ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2na təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1na cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur və ona görə də, ona narkomaniyadan məcburi müalicə təyin edilməməli və yalnız ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.1, 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 11.915 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İbtidai istintaq orqanının 18 sentyabr 2021-ci il tarixli qərarı ilə saxlanmasından ötrü Azərbaycan Respublikası Mərkəzi Bankın Quba Regional Mərkəzinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1ndan götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış 02 ədəd 5 manatlıq və 01 ədəd 10 qəpik məbləğində milli pul əskinasları törədilmiş cinayətin predmeti olduğundan və cinayət yolu ilə əldə olunduğundan məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra onun şəxsi axtarışı və kirayədə yaşadığı evə baxış zamanı videoçəkilişi özündə əks etdirən 2 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onun şəxsi axtarışı zamanı videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk, cəmi 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 89,00 (səksən doqquz) manat təşkil edir və Təqsirləndirilən şəxs1ndan və Təqsirləndirilən şəxs2ndan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan-yəni 18 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1na cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 17 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu Düztahir kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 11.915 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra onun şəxsi axtarışı və kirayədə yaşadığı evə baxış zamanı videoçəkilişi özündə əks etdirən 2 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onun şəxsi axtarışı zamanı videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk, cəmi 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Mərkəzi Bankın Quba Regional Mərkəzində saxlanılan, Təqsirləndirilən şəxs1ndan götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış 02 ədəd 5 manatlıq və 01 ədəd 10 qəpik məbləğində milli pul əskinasları cinayətin predmeti olduğundan və cinayət yolu ilə əldə olunduğundan məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1ndan və Təqsirləndirilən şəxs2ndan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs2na dair hissədə hökmün icrası onun yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-13/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-13/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver