Məhkəmə qərarları › İş №1(029)-14/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-14/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-14/2021 03.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, X2 iştirakları ilə, Təqsirləndirilən şəxs, 02 mart 1961-ci ildə Xaçmaz rayonunun İnqilab sovxozunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Kirig kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilən, onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 1987-ci il tarixdə anadan olmuş X1 üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 154.00 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(105)-427/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə xx xxxxxxx 2019cu il tarixdə Qusar Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və ona icra sənədindəki tələbi icra etməsi üçün xx xxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə 1988.00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxxx 1983-cü il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından xx xxxxxxx 1987-ci il tarixdə Qocalı adlı bir oğlan övladları dünyaya gəlmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə münasibətlərinin pozulması nəticəsində xx xxxxxx 2015-ci il tarixdə aralarında bağlanmış nikahları ləğv edilərək boşanmışlar. Birgə nikahlarından dünyaya gəlmiş oğlu Qocalı birinci qrup əlil olduğuna görə Qusar Rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2018-ci il tarixli, 25 saylı sərəncamına əsasən Zərərçəkmiş şəxs oğlunun üzərinə qəyyum təyin edilmiş, şəxsi və əmlak hüquqlarının qorunması sonuncuya həvalə edilmişdir. Bundan bir müddət keçəndən sonra 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ondan uşağın saxlanılması üçün aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 1987-ci il təvəllüdlü Qocalı Hacıbalayevin yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit məbləğində müəyyən olunmaqla hər ay 60.00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair xx xxxx 2018-ci il tarixli, 2(029)-855/2018 saylı qətnamə çıxarılmışdır. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs çıxarılmış məhkəmə qətnaməsindən narazı qaldığı üçün qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Qusar Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)- 855/2018 saylı qətnaməsi ləğv olunaraq alimentin miqdarı dəyişdirilərək 154.00 manat məbləğində pulun ondan tutulmasına dair xx xxxxxx 2019-cu il tarixli, 2(105)-427/2019 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini alandan sonra icra sənədi icra olunması üçün Qusar Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və məhkəmə qətnaməsini icra etmədiyinə görə icra məmuru tərəfindən onun barəsində inzibati protokol tərtib edərək Qusar Rayon Məhkəməsinə göndərmiş və xx xxxxxxx 2019-cu tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə qətnaməsindən sonra o, alimentə görə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ümumilikdə 730.00 manat məbləğində ödəniş etmişdir. Lakin heç bir yerdə işləmədiyinə görə alimenti ödəyə bilməmişdir. Hazırda qətnamə üzrə 3666 manat aliment borcu qalmışdır. Bütün bunlara baxmayaraq, o, dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanışır, aliment borcunu vaxtında ödəməməyinə səbəb bir müddət işsiz olmasıdır. Borclu olduğu məbləği imkan daxilində hissə-hissə ödəyəcəkdir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünü təqsirli bilməsinə dair ifadəsi ilə yanaşı məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olunmuşdur. Məhkəmə iclasında zərər şəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxxxxx 1983-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından xx xxxxxxx 1987-ci il tarixdə Qocalı adlı bir oğlan övladları dünyaya gəlmişdir. xx xxxxxx 2015-ci il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə ailə münasibətlərinin pozulması nəticəsində aralarında bağlanmış nikahımız ləğv edilərək boşanmışlar. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxslə birgə nikahlarından dünyaya gəlmiş oğlu Qocalı birinci qrup əlil olduğu üçün Qusar Rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2018-ci il tarixli, 25 saylı sərəncamına əsasən oğlunun üzərinə qəyyum təyin edilmiş, şəxsi və əmlak hüquqlarının qorunması ona həvalə edilmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra uşağın böyüdülməsində və müalicəsinə görə maddi cəhətdən əziyyət çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 1987-ci il təvəllüdlü oğlu Qocalı Hacıbalayevin yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit məbləğində müəyyən olunmaqla hər ay 60.00 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair xx xxxx 2018-ci il tarixli, 2(029)-855/2018 saylı qətnamə çıxarılmışdır. Çıxarılmış məhkəmə qətnaməsindən narazı qaldığı üçün qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Qusar Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)-855/2018 saylı qətnaməsi ləğv olunaraq alimentin miqdarı dəyişdirilərək 154.00 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulmasına dair xx xxxxxx 2019-cu il tarixli, 2(105)-427/2019 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini alandan sonra Təqsirləndirilən şəxs barəsində olan icra sənədi icra olunması üçün Qusar Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və sonuncu aliment borcunu ödəmədiyi üçün icra məmuru tərəfindən inzibati protokol tərtib edərək Qusar Rayon Məhkəməsinə göndərilmiş və xx xxxxxxx 2019-cu tarixdə həmin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə cəmisi 730.00 manat məbləğində ödəniş etmiş və hazırda 3666 manat məbləğində alimentə görə pul borcu qalmışdır. O, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı kənddə kənd təsərrüfatı işləri ilə məşğul olaraq qazanc əldə edirəm. Alimentə görə borclu olduğu məbləği tam olaraq alınıb ona qaytarılmasında köməklik göstərilməsini xahiş edir. Yaranmış borcun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid Qusar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-427/2019 saylı qanuna qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 1987-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 154.00 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəməlidir. Borcluya məhkəmə qətnaməsnə dair icra tələbini könüllü olaraq müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o heç bir üzrlü səbəb olmadan icra tələbini icra etməmiş və bunun üçün heç bir səy də göstərməmişdir. İcra sənədini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Borclu məhkəmə qərarı ilə həbs olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixə kimi 3666 manat aliment borcu yaranmışdır Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahid Qusar Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-427/2019 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlundan Zərərçəkmiş şəxs xeyrinə xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 1987-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154.00 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişdən, Qusar rayon məhkəməsinin inzibati xəta haqqında xx xxxxxxx 2019-cu il tarixli qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-427/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar RİHB-nın Qusar rayon Həzrə kənd inzibati ərazi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında olan nikah xx xxx 2017-ci il tarixdə 4 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İİİ № 755725 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2016-cı il təvəllüdlü Hacıadlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda şərh edilib göstərilən cinayət əməli özünün ifadəsi zərər çəkmiş şəxsin və şahid ifadələri, cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında ona tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cazasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Kirig kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar