Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-14/2023 25.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış Qusar rayonu Yuxarı Tahircal kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs o, təxminən 2 il əvvəl Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə etdiyi çətənə toxumlarını Qusar rayonu Yeni Tahircal kəndində yerləşən su kanalının yaxınlığında qanunsuz olaraq kultivasiya etmiş, yəni əkmiş və aqrotexniki qulluq etmiş, 2022-ci ilin iyul ayının sonlarında həmin çətənə toxumlarından əmələ gəlmiş 03 ədəd çətənə kolunu çıxardıb satış məqsədi olmadan qurutmaqla, narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə qanunsuz olaraq əldə etmiş, üzərində “Friso” yazısı olan uşaq yemək qabına yığaraq ailə üzvlərinə məxsus həmin kənddə yerləşən fındıq bağında gizlətmiş, 07 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Qusar rayonu Yuxarı Zeyxur kəndi ərazisində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol qolunda qanunsuz olaraq saxladığı və daşıdığı 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi- 0,72 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş maruxana, eləcə də bağ sahəsində qanunsuz olaraq saxladığı 01 ədəd üzərində “Friso” yazısı olan içərisində təmiz çəkisi 95,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş maruxana olmaqla, cəmi 95,72 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ilk dəfə qurudulmuş marxuanadan Rusiya Federasiyasının Dağıstan Respublikasında olarkən istifadə etmişdir. Həmin vaxt Dağıstan Respublikasından qayıdarkən özü ilə birlikdə narkotik təbiətli çətənə toxumları gətirib yaşadığı evdə saxlamış, 2022-ci ilin aprel ayında ona və ailə üzvlərinə məxsus olan Qusar rayonu Yeni Tahircal kəndində yerləşən bağ sahəsinin kənarındakı su kanalının yaxınlığında el içində “Suvac” kimi adlandırdıqları yerdə dərəlik hissədə narkotik vasitə olan çətənə toxumlarını əkmiş, həmin toxumlardan 03 ədəd hündürlükləri 50-60 santimetr olan narkotik tərkibli çətənə bitkiləri yetişmişdir. Həmin çətənə bitkilərinə qulluq göstərmiş, heç kəs görməsin deyə sakitlik olarkən, nahar vaxtı həmin yerə getmişdir. Cari ilin iyul ayının sonlarında həmin narkotik təbiətli çətənə bitkilərinin 03 ədədini də kökündən çıxararaq toxumlarını götürüb özündə saxlamış, lakin çətənə bitkilərini həmin yerdə qurudaraq uşaq yeməyi qabında yığmaqla özlərinə məxsus olan Qusar rayonu Yeni- Tahircal kəndində yerləşən 0.50 ha fındıq bağı sahəsində gizlətmişdir. Həmin bağ sahəsinin ətrafları açıq olsa da ora ailə üzvlərindən heç kəs getməmişdir. Ora gedərək ara sıra özü üçün kağız bükülüdə yığıb marixuanadan istifadə etmişdir. Sonuncu dəfə 07 sentyabr 2022ci il tarixdə, saat 16 radələrində yenə də cibində özü üçün çəkməyə 01 ədəd kağız bükülüdə qurudulmuş marixuana yığaraq, Qusar rayonu Yuxarı-Zeyxur kəndinə piyada getmişdir. Qusar şəhərinə ucuz taksilər olduğuna görə həmin kəndə getmiş, həmin vaxt üzərində çoxdan qalmış selofan paketdə olan çətənə toxumları da olmuşdur. Bu vaxt yolda ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirib saxlamışlar. Orada müstəntiqin və müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan gödəkçənin sol qolunda saxladığı 01 ədəd kağız bükümdə olan qurudulmuş marixuana və şalvarının cibində saxladığı 01 ədəd selofan paketdə olan çətənə toxumları aşkarlanaraq qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra o, həmin qurudulmuş marixuananı əldə etdiyi, yəni kultivasiya etdiyi çətənə bitkilərini əkib-becərdiyi yeri polis əməkdaşlarına göstərmiş, ora baxış keçirildikdən sonra öz bağ sahəsində 01 ədəd içərisində qurudulmuş marixuana olan üzərində “FRİSO” sözü yazılmış metal qab aşkar olunmuş və ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Üzərində olan bir büküm narkotik vasitə ona məxsus olmuşdur. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 07 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində Qusar rayonu Yeni Tahircal kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olması barədə məlumat daxil olmuş, həmin tarixdə, saat 16 radələrində Qusar RPŞnin Həzrə PB-nin əməkdaşları Şahid3, Afər Əliverdiyev və Şahid4la birlikdə Təqsirləndirilən şəxs Yuxarı Zeyxur kəndi ərazisində Həzrə-Samur yolunda saxlayaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirirək özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini və üzərində saxladığını etiraf etmişdir. Bundan sonra həmin yerə Qusar RPŞ-nin İB-nin baş müstəntiqi, Xəqani Dadaşov, Müdafiəçi və ekspert-kriminalist Məlik Məmmədov gəlmiş, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, aşkar edilmiş 01 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kağız büküm və içərisində çətənə toxumları olan sellofan büküm qablaşdırılmış, zərflərin üzərinə imzalar çəkilmiş, daha sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı kultivasiya edərək qurutmaqla saxladığı bağ sahəsinə baxış keçirilmiş, baxış zamanı Zamir 01 ədəd üzərində ‘FRİSO” yazısı yazılmış içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan dəmir qabı çıxardaraq təqdim etmiş, aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, X6, Şahid4 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” olan 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin könüllü surətdə təqdim olunmasını təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan marixuananı və ona aid toxumlar vardır. Həmin toxumları əkmək üçün marixuananı çəkmək üçün saxlamışdır. Təqsirləndirilən şəxs gödəkçəsinin sol qolunda saxladığı kağız bükülüdə narkotik vasitəyə bənzər kütlə, bundan başqa şalvarın sağ cibindən 01 ədəd sellofan paketdə toxumlar, 01 ədəd “İphone” markalı mobil telefon, tənbəki, alışqan, pul cüzdanı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “baxış keçirilməsi haqqında olan” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərində olan narkotik tərkibli marixuanaya bənzər bükümləri əkərək becərdiyi əraziyə, yəni Qusar rayonu Yeni Tahircal kəndində Qusar-Samur-Şirvanlı yolunun sağ tərəfdə yoldan 1 km məsafədə su kanalının yaxınlığında boşluq sahə və ağaclıq ətrafında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ona aid olan narkotik vasitəni həmin dərəlik hissədə həmin yerdə 3 ədəd marixuana çətənə kolu əkdiyi 2 ay əvvəl çıxararaq qurudub qaba yığaraq bağ sahəsində saxladığını söyləmişdir. Baxış zamanı həmin yerdə video çəkiliş aparılmışdır. Baxış zamanı həmin yerdə narkotik tərkibli bitkilərin kötüklərinə rast gəlinməmiş, küçədə keçdiyi həmin hissədə heç bir iz aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “baxış keçirilməsi haqqında olan” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs istifadəsində olan, ona və ailəsinə məxsus olan 0,50 ha fındıq bağı sahəsində, onu saxladığı narkotik tərkibli marixuanaya bənzər kütlələrə baxış keçirmişdir. Bağ sahəsinin ətrafı təxminən bir illik fındıq tinglərinin olduğu tərəfdə baxış zamanı otların arasında “FRİSO” yazıları yazılmış uşaq yeminin qabında içərisində narkotik vasitə marixuanaya bənzər kütlələrin olduğu yaşımtıl rəngli qurudulmuş vəziyyətdə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik kütlələrin ona aid olduğunu, ondan istifadə etdiyini özünün əkdiyi narkotik çətənə kollarından əldə etdiyini söyləyərək özünə aid olduğunu bir daha təsdiq etmişdir. Heç kəsə satmadığını yalnız istifadə etdiyini bildirmişdir. Həmin kütlə olduğu qabın içərisində qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı video çəkiliş aparıldığından hal sahidləri dəvət olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 7/992 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə tütün ilə qarışıqda təmiz çəkisi 0,72 qram və bir ədəd qutuda olan təmiz çəkisi 95,0 qram maddələr tərkiblərinə görə eyni olub, narkotik tərkibli çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd sellofan bükülüdə ümumi çəkisi 1,02 qram olan toxumlar, əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarıdır. Toxumların tərkibində narkotik komponent yoxdur, onlar narkotik vasitələrə aid deyil və buna görə də müqayisəli tədqiqat aparılmadı. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2022-ci il tarixli, 5843 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və bağ sahəsindən aşkar olunmuş narkotik vasitələr ona məxsusdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatından yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində xx.xx.2015 və xx.xx.2017-ci il təvəllüdlü uşaqları X4 və X5 var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan 10 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 188, 237.1 və 206-cı maddələrin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki,Təqsirləndirilən şəxs 07 sentyabr 2022ci il tarixdə, saat 16 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Qusar rayonu Yuxarı Zeyxur kəndi ərazisində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol qolunda qanunsuz olaraq saxladığı və daşıdığı 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi- 0,72 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş maruxana, eləcə də bağ sahəsində qanunsuz olaraq saxladığı 01 ədəd üzərində “Friso” yazısı olan içərisində təmiz çəkisi 95,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş maruxana olmaqla, cəmi 95,72 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 sentyabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixdək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 95,62 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışını və onun bağ sahəsinə baxış keçirilməsini əks etdirən video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxsna təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 95,62 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışını və onun bağ sahəsinə baxış keçirilməsini əks etdirən video görüntülər olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-14/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-14/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver