Məhkəmə qərarları › İş №1(029)-14/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-14/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-14/2025 05.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Tərcüməçilər: X1, xx xxxxxxx 1984-cü il tarixdə Qusar rayonu, Hil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatları əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan ПЩ-3021 nömrəli, 9 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsalı olunmuş, Makarov konstruksiyalı, yivli odlu döyüş silah olan 01 ədəd (PM) modelli tapançanı və texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd tapança darağını, atəş üçün yararlı 9x18 mm kalibrli, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 08 ədəd patronları qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı Qusar şəhəri, 28 May küçəsində yerləşən nömrəsiz fərdi evin həyətyanı sahəsində yerləşən yardımçı tikili sahədə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 -ci maddələri ilə təqsirli bilindiyi üçün barəsində tətbiq edilmiş inzibati həbslə bağlı Qusar rayon polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs inzibati həbsə bağlı saxlanılma müddətinin başa çatması ilə əlaqədar azad olunduqdan sonra 17 sentyabr 2024-cü il tarixdə saat 12:05-də Qusar rayon polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutularaq həmin gün saat 13:42-dən etibarən yaşadığı Qusar şəhəri, 28 May küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikili sahədən ПЩ-3021 nömrəli, 9 mm kalibrli, Makarov konstruksiyalı, yivli odlu döyüş silah olan 01 ədəd (PM) modelli tapança, 08 ədəd döyüş sursatı hesab edilən patronlar və Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd tapança darağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, barəsində olan 17 sentyabr 2024-cü il tarixdə inzibati həbsin müddətinin başa çatması ilə bağlı azad olunduqdan sonra saat təxminən 12:05 radələrində Qusar Rayon Polis Şöbəsinin inzibati binasında olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdiklərini, polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə, eləcə də yaşadığı ünvanda saxlamaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, o, polis əməkdaşlarının yaşadığı ünvanda odlu silah saxlamağı barədə məlumatlarının olduğunu görüb etiraz etməyin mənasız olduğunu düşünərək yaşadığı ünvanda tapança saxladığını etiraf etmiş, bundan sonra o, hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil, eləcə də tərcüməçi ilə təmin edilmiş, o, vəkil və tərcüməçi ilə tanış olub onlara etirazının olmadığını bildirmiş, sonra ona hüquq və vəzifələri izah edilmiş, sonra yaşadığı ünvana polis tərəfindən baxış keçirilməsinə etirazının olmadığını qeyd edərək bu barədə ərizə ilə müraciət etmiş, bundan sonra onun, müdafiəçinin, tərcüməçinin və digər iştirakçıların iştirakı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış video çəkilişlə keçirilmiş, baxış zamanı o, yaşadığı ünvanda “Makarov” tipli tapança saxladığını və həmin tapançanı baxış zamanı təqdim edə biləcəyini bildirmiş, həyətə daxil olduqdan sonra o, tapançanı həyətin sağ küncündə inşa edilmiş “Təndirxana” adlanan yerdə saxladığını bildirmiş, həyətyanı sahənin sağ hissəsində yerləşən tikiliyə daxil olduqdan sonra o, qapı ilə üzbəüz olan hissədə saxlanılan yüklərin arxasından bir ədəd qarışıq rəngli sellofan paketi çıxarmaqla polisə təqdim etmiş, həmin sellofan paket polis tərəfindən açıldıqda içərisində 01 ədəd tapançanın olduğu müşahidə edilmiş, sonra tapançanın içərisində olan daraq polis əməkdaşı tərəfindən çıxarılmış və darağın içərisindən 08 ədəd partonun olduğunun müşahidə edilmiş, təqdim etdiyi 01 ədəd tapança, 01 ədəd daraq və 08 ədəd patron polis tərəfindən aşkar olunduğu sellofan paketin içərisinə, həmin paket isə 01 ədəd kağız zərfin içərisinə yerləşdirilərək qablaşdırılıb götürmüş, möhür ilə möhürlənərək iştirakçılar, həmçinin özü tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, yaşadığı ünvandan aşkar olunmuş 01 ədəd tapança, 08 ədəd patron və 01 ədəd darağı təxminən 3 ay əvvəl Qusar rayonunda “Mahir” adlı həmkəndlisindən 800 manata aldığını, silahlara marağı olduğundan, eləcə də özünü müdafiə etmək məqsədi ilə yaşadığı ünvanda gizlədərək saxladığını, həmin silahın və patronların onda olmasından başqa hər hansı şəxs və ya şəxslərin məlumatını olmadığını bildirmişdir. Saxlanılan zaman, habelə axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 17 sentyabr 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsinin bildirildiyi, bu barədə əməliyat qrupu yaradıldığı və qrupa rəhbərliyin ona həvalə edildiyini, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1 -ci maddələri ilə təqsirli bilindiyi üçün barəsində tətbiq edilmiş inzibati həbslə bağlı Qusar RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi zərurəti yarandığından o, XMİÜ baş təhqiqatçı Orxan Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulduğunu, Təqsirləndirilən şəxs izahatı alınarkən o, yaşadığı ünvan 4 ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirdiyini, bundan sonra həmin günü Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında baxış prosessual hərəkətin aparılmasına başlanıldığını, baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs tutulmanın səbəbləri, şübhənin mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqlarının ona aydın olan dildə bildirildiyini, bundan başqa Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi barədə məlumat verildiyini, Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirdiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsinin təklif edildiyini, sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda “Makarov” tipli tapança saxladığını və həmin tapançanı baxış zamanı təqdim edə biləcəyini bildirib yaşayış evinin yerləşdiyi həyətyanı sahənin qara rəngli dəmir darvazasının qapısını açaraq onları həyətə dəvət etdiyini, həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs tapançanı həyətin sağ küncündə inşa edilmiş “Təndirxana” adlanan yerdə saxladığını bildirib onları həmin yerə dəvət etdiyini, həyətyanı sahənin sağ hissəsində yerləşən tikiliyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs qapı ilə üzbəüz olan hissədə saxlanılan yüklərin arxasından bir ədəd qarışıq rəngli sellofan paketi çıxarmaqla təqdim etdiyini, həmin sellofan paket açıldıqda içərisində 01 ədəd tapança tipli dəmir predmetin olduğu müşahidə edildiyini, həmin tapança tipli predmetə baxış keçirilərkən üzərində “ ПЩ-3021” və “1973” yazıların olduğunun aşkar edildiyini, bundan sonra tapançanın içərisində olan darağın çıxarıldığını və darağın içərisindən 08 ədəd patron tipli predmetin olduğu müşahidə edildiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapança, 01 ədəd daraq və 08 ədəd patron tipli predmetlər təhqiqatçı tərəfindən aşkar olunduğu sellofan paketin içərisinə, həmin paket isə 01 ədəd kağız zərfin içərisinə yerləşdirilərək qablaşdırılıb götürüldüyünü və möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandığını, daha sonra tapança tipli predmetin aşkar olunduğu həmin tikiliyə baxış keçirildiyini, lakin oradan iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya və predmetlər aşkar edilmədiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin giriş qapısının açarını evin qarşısında olan taxta oturacağın alt hissəsindən götürərək qapını açmaqla onları evə dəvət etdiyini, evə daxil olduqdan sonra sağ tərəfdən başlayaraq ardıcıl şəkildə otaqlara baxış keçirildiyini, lakin evdən iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya və predmetlər aşkar edilmədiyini, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 01 ədəd tapança, 08 ədəd patron və 01 ədəd daraq tipli predmetləri təxminən 3 ay əvvəl Qusar rayonunda “Mahir” adlı şəxsdən 800 manata aldığını, silahlara marağı olduğundan, eləcə də özünü müdafiə etmək məqsədi ilə yaşadığı ünvanda gizlədərək saxladığını, həmin silahın və patronların onda olmasından başqa hər hansı şəxs və ya şəxslərin məlumatının olmadığını, həmçinin qeyd olunan predmetləri könüllü olaraq təqdim etmək niyyətində olmadığını bildirdiyini, sözügedən ünvanda baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs və digər iştirakçılar təhqiqatçı tərəfindən Qusar Rayon Polis Şöbəsinə dəvət edildiyini, Polis Şöbəsində baxış və götürmə prosesinin aparılmasına dair protokol tərtib edildiyini, daha sonra protokol iştirakçılara ucadan oxunduğunu, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsinin izah olunduğunu, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığını, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edildiyini, Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİNin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 18 sentyabr 2024-cü il tarixli 24/1459 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir:

1. Tədqiqata təqdim edilmiş 01 ədəd ПЩ-3021 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsalı olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır, silahın hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəşə yararlıdır.

3. Təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Qeyd: Tədqiqata təqdim edilmiş 08 ədəd, 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə Tibbi Ekspertiza və X4” X7 daxil olmuş 17 oktyabr 2024-cü 489/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 17- xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ əlin İV barmağının çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərarınfan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Anar Abbaslı tərəfindən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qərar qanuni hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “ünvana baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 17 sentyabr 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı ünvana 17 sentyabr 2024-cü il tarixdə saat 13:42-də baxış və götürmə aparılmışdır, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda “Makarov” tipli tapança saxladığını və həmin tapançanı baxış zamanı təqdim edə biləcəyini bildirib yaşayış evin yerləşdiyi həyətyanı sahənin qara rəngli dəmir darvazasının qapısını açaraq iştirakçıları həyətə dəvət etmiş, həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs tapançanı həyətin sağ küncündə inşa edilmiş “Təndirxana” adlanan yerdə saxladığını bildirib polis əməkdaşlarını həmin yerə dəvət etmişdir. Həyətyanı sahənin sağ hissəsində yerləşən tikiliyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs qapı ilə üzbəüz olan hissədə saxlanılan yüklərin arxasından bir ədəd qarışıq rəngli sellofan paketi çıxarmaqla təqdim etmiş, həmin sellofan paket açıldıqda içərisində 01 ədəd tapança tipli dəmir predmetin olduğu müşahidə edilmiş, həmin tapança tipli predmetə baxış keçirilərkən üzərində “ПЩ-3021” və “1973” yazıların olduğu aşkar edilmiş, bundan sonra tapançanın içərisində olan daraq çıxarılmış və darağın içərisindən 08 ədəd parton tipli predmetin olduğu müşahidə edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapança, 01 ədəd daraq və 08 ədəd patron tipli predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən aşkar olunduğu sellofan paketin içərisinə, həmin paket isə 01 ədəd kağız zərfin içərisinə yerləşdirilərək qablaşdırılıb götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan DVD-diskdən görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri, 28 May küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikili sahədən ПЩ-3021 nömrəli, 9 mm kalibrli, Makarov konstruksiyalı, yivli odlu döyüş silah olan 01 ədəd (PM) modelli tapança, 08 ədəd döyüş sursatı hesab edilən patronlar və Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd tapança darağı aşkar edilərək götürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaqları var, yaşayış üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini, müsbət xarakterizə olunmasını şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına və bu növ cinayət əməllərinin çoxalmasına səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 01 ədəd nLU-3021 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsalı olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapança, döyüş sursatı olan 05 ədəd patron və 01 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, baxış və götürmə keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2024cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 01 ədəd ПЩ-3021 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsalı olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapança, döyüş sursatı olan 05 ədəd patron və 01 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, baxış və götürmə keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar