Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-15/2021 17.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1968-ci ildə Qusar rayonunun Əniğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonunun Əniğ kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirli bilinir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə olarkən Qusar rayonu Əniğ kəndində qonşuluğunda yaşayan X6 ilə əvvəllər aralarında yaranmış torpaq mübahisəsini xatırlayaraq öz narazılığını bildirmək üçün onun yaşadığı evə yaxınlaşmış, evin həyətinin darvaza qapısını açaraq evin həyətinə daxil olmuş, sonra isə həmin vaxt evdə olan, Mühəndis Qiyasovun arvadı Zərərçəkmiş şəxs2 və gəlini Zərərçəkmiş şəxs1 yaşadıqları mənzilə onların iradələri ziddinə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə etməyə başlamış, onların ünvanlarına nalayiq ifadələr işlətmiş, bununla da mənzil toxunulmazlığı pozma cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X6, Şahid3 Mühəndis oğlu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qonşularıdır. Onların yaşadıqları fərdi yaşayış evi X3 məxsusdur. Onlarla arasında hər hansı ədavət və düşmənçilik yoxdur. Lakin Mühəndislə arasında Qusar rayonu Əniğ kəndində yaşadıqları evin yaxınlığında çayın kənarında yerləşən 0.02 ha torpaq sahəsi ilə bağlı narazılıqlar yaranmışdır. Əvvəllər istifadə etdiyi həmin 0.02 ha torpaq sahəsinin yaxınlığında X3 məxsus olan təxminən 0.40 ha torpaq sahəsi vardır. Mühəndis həmin 0.02 ha torpaq sahəsinin ətrafını bağlamışdır. Buna görə də, özü bu torpaq sahəsindən istifadə edə bilməmişdir. Məhz bu səbəbdən Mühəndislə arasında narazılıqlar yaranmışdır. Aralarında yaranmış mübahisələrə görə Mühəndis Qiyasov onun barəsində müxtəlif dövlət orqanlarına şikayət ərizəsi yazmış, buna görə də özü bezdiyindən həmin torpaq sahəsindən istifadəni dayandırıb oradan çıxmışdır. Həmin 0.02 ha torpaq sahəsi bildiyinə görə Qusar rayonu Əniğ bələdiyyəsinin mülkiyyətindədir. xx xxxxxx 2020-ci il tarixdə sahədə olarkən həmkəndlisi Süleymanla birlikdə günorta saatlarında nahar yeməyini yeyərkən 0.5 litr həcmində spirtli içki qəbul etmiş sərxoş vəziyyətdə yaşadığı evə qayıtmışdır. Bu zaman qonşusu Mühəndisə istifadə etdiyi 0.02 ha torpaq sahəsinin ətrafını bağladığı üçün öz iradını bildirmək istəmişdir. Ona görə də, onun ailəsi ilə birlikdə yaşadığı evə yaxınlaşmış, darvazanın qapısını açıb həyətə daxil olmuş və evin giriş qapısına yaxınlaşaraq Mühəndisi çağırmışdır. Həmin vaxt Mühəndisin arvadı Rüxsarə və gəlini Şəfiqə qarşısına çıxmışlar. Onlara əsəbi şəkildə niyə özünün torpaq sahəsini bağladıqlarını deyərək narazılıq etmiş, həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə vaxtı o, Mühəndisin, arvadın və gəlinin ünvanlarıçna nalayiq ifadələr işlətmiş və evinə qayıtmışdır. Evdə 10-15 dəqiqə uzandıqdan sonra oğlu Tural polis əməkdaşlarının onu çağırdıqlarını bildirmişdir. Özü də evdən çıxmış, tanımadığı iki nəfər polis əməkdaşları onu çağıraraq qonşusu Mühəndis Qiyasovun evinə qanunsuz daxil olduğunu, ailə üzvlərini təhqir etdiyini bildirərək onu Mühəndisin evinin qarşısına çağırmışlar. Bu zaman Mühəndis Qiyasov və Şahid3 da orada olmuşlar. Mühəndisə niyə istifadəsində olan torpaq sahəsini bağladığını deyərək onun ünvanına nalayiq söyüşlər işlətmişdir. Həmin vaxt Mühəndisin arvadı Zərərçəkmiş şəxs2, gəlini Zərərçəkmiş şəxs1, qardaşı Şahid4 də orada olmuşlar. Həmin vaxt sərxoş vəziyyətdə olmuş, bu zaman sakitləşmədiyi üçün tanımadığı polis əməkdaşları və qardaşı Nurulla onu sakitləşdirməyə çalışmışlar. Lakin Mühəndisə qarşı əsəbi olduğundan hirsi soyumadığı üçün sakitləşə bilməmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra iki nəfər polis əməkdaşları da gəlmiş və onu Qusar rayon Polis Şöbəsinə gətirmişlər. Törətdiyi cinayət əməlinə görə peşmandır, şərxoş olduğuna görə həmin hərəkətləri törətmişdir. Məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, 2015-ci ildən yaşadığı Qusar rayonu Əniğ kəndində yerləşən fərdi yaşayış evi qayınatası Mühəndis Qiyasovun ata evidir. Həmin ev əvvəllər Mühəndisin mərhum atası Süleyman Qiyasovun, sonra isə mərhum anası Aqibət Qiyasovanın adına qeydiyyatda olmuşdur. 2017-ci ildən Qusar rayonu Yuxarı Ləgər kənd orta məktəbində tarix müəllimi işləyir. 2015-ci ildə Şahid3 Mühəndis oğlu ilə ailə həyatı qurmuşdur, birgə nikahlarından bir oğulları olmuşdur. Rayonun Əniğ kəndində yaşadığı müddət ərzində istər həmin kənd sakinləri ilə, istərsə də hər hansı şəxslə heç bir düşmənçilik və ya ədavətli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qonşusudur. Əvvəllər Təqsirləndirilən şəxs ilə özü və ailə üzvləri arasında hər hansı mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. Lakin təxminən 6 il əvvəl Təqsirləndirilən şəxs qayınatası Mühəndis Qiyasovun icarəyə götürdüyü, Qusar rayonu Əniğ kəndində çayın kənarında olan torpaq sahəsindən özünün istifadə edəcəyini bildirmişdir. Bundan sonra Minabəddin həmin torpaq sahəsinə peyin atmış, ot yığmışdır. Ona görə də, qayınatası Mühəndis bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Qusar rayon Polis Şöbəsinə, Qusar rayon İcra Hakimiyyətinə və Əniğ kəndinin icra nümayəndəliyinə də müraciət etmişdir. Bundan sonra Minabəddin bu torpaq sahəsini peyindən təmizləmiş və artıq onlarla torpaq mübahisəsi etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində özü və qayınanası Rüxsarə yaşadıqları evdə olmuşlar. Həmin vaxt evdə ikisindən başqa heç kəs olmamışdır. Qayınatası Mühəndis və əri Elvin Qusar rayonu Əniğ kəndində olan yaşadıqları evdən təxminən 4 km məsafədə yerləşən digər evlərində, oğlu Süleyman isə Elvinin xalası Elzanın evində olmuşdur. Özü və qayınanası evin ikinci mərtəbəsində qonaq otağında olmuşlar. Qayınanasının təzyiqini ölçmüş, həmin vaxt qonaq otağının altında olan, evin birinci mərtəbəsindəki otaqdan söyüş səsləri eşitmişlər. Qayınanasına bu səsin qonşuları Təqsirləndirilən şəxs səsinə oxşadığını bildirmişdir. Minabəddin həmin vaxt onun dilinə gətirə bilmədiyi nalayiq söyüşlər söymüşdür. Pəncərədən boylanaraq aşağı baxmış, lakin həmin vaxt aşağıda heç kim olmamışdır. Özü: “kim var orada” demişdir. Həmçinin qayınanası da səslənərək aşağıda kimin olmasını soruşmuşdur. Bundan sonra evin birinci mərtəbəsinin içərisindən qonşuları Təqsirləndirilən şəxs çıxdığını görmüşlər. Həmin vaxt Minabəddin ona və qayınanası Rüxsarəyə qarşı nalayiq ifadələr işlədərək onları təhqir edib şərəf və ləyaqətlərini alçaltmışdır. Onlar Minabəddinin qanunsuz olaraq iradələri ziddinə yaşadıqları mənzilə qəflətən xəbərləri olmadan soxulduğunu gördüklərinə görə, hətta onları təhqir etdiyi üçün dəhşətə gəlmişlər və nə edəcəklərini bilməmişlər. O, həmçinin heç kimdən, hətta polislərdən belə qorxmadığını bildirərək “Mühəndis kişi deyil, kişidirsə, gəlsin məni çəksin” demiş, Mühəndis barəsində nalayiq ifadələr işlətmişdir. Lakin özü Minabəddinin niyə belə ifadələr işlətdiyini başa düşməmişdir. Həmin vaxt Minabəddin sərxoş vəziyyətdə olmuşdur. Onlar Minabəddinə evi tərk etməsini demişlər. Minabəddinin ona və qayınanasına qarşı nalayiq söyüşlər işlətməsi ona çox pis təsir etmişdir. Özü həmin vaxt hamilə vəziyyətində olmuşdur. Minabəddinin qanunsuz olaraq, iradələrinə zidd yaşadıqları mənzilə daxil olması, hətta onlara qarşı söyüşlər işlətməsi ona psixoloji təsir etmişdir. Ona görə də, özünü itirmiş və stress keçirtmişdir. Minabəddinin evlərinə qanunsuz daxil olub onlara qarşı etdiyi hərəkətlərə görə həmin vaxt özü və qayınanası həyətə düşmüşlər. Minabəddin hələ də onları təhqir etmiş və evi tərk etməmişdir. Minabəddin onlara qarşı nalayiq ifadələr işlədə-işlədə darvazanı çırpıb çölə çıxmışdır. Minabəddinin hərəkətlərindən dəhşətə gələrək əri Şahid3 zəng edib Minabəddinin yaşadıqları evə qanunsuz, iradələrinə zidd daxil olmasını bildirmiş və onu evə çağırmışdır. Həmin vaxt Minabəddinin küçədən onlara qarşı nalayiq ifadələr işlətməsini eşitmiş və qapının qarşısına çıxmışdır. Bu zaman uzaqdan qonşuları Şahid5 Minabəddini sakitləşdirməyə çalışaraq evinə aparmasını görmüşdür. Bir müddət sonra əri Elvin, sonra isə qayınatası Mühəndis, həmçinin iki nəfər polis əməkdaşları gəlmişlər. Onlar polis əməkdaşlarına yaşadıqları mənzilə qanunsuz olaraq iradələri ziddinə daxil olan şəxsin qonşuları Təqsirləndirilən şəxs olmasını bildirdikdə onlar Minabəddinin yaşadığı evə getmişlər, bir müddət sonra isə Minabəddinlə birlikdə gəlmişlər. Həmin vaxt orada özü, əri Elvin, qayınatası Mühəndis, qayınanası Rüxsarə, iki nəfər polis əməkdaşı və Minabəddin olmuşlar. Bu zaman Minabəddin qayınatası Mühəndis barəsində nalayiq ifadələr işlədərək söyüşlər söymüşdür. Həmin vaxt Minabəddin sərxoş vəziyyətdə olmuşdur. Minabəddinin küçədə saldığı səs-küyə görə qonşular da evlərinin darvazasından baxmışlar. Orada olan iki nəfər polis əməkdaşı Minabəddini sakitləşdirə bilməmişlər. Bir müddət sonra isə Minabəddinin qardaşı Şahid4 da gəlmişdir. Nurulla Minabəddini sakitləşdirməyə çalışmışdır. X1 niyə evlərinə qanunsuz olaraq daxil olduğunu soruşduqda, Minabəddin ona qarşı nalayiq ifadələr işlətmiş, evə girməsini inkar etməmiş və “səncə niyə girmişəm?!” formada cavab vermişdir. Orada olan polis əməkdaşları Minabəddini sakitləşdirə bilmədikləri üçün daha iki nəfər polis əməkdaşını da çağırmışlar. Həmin polis əməkdaşları gəldikdən sonra Minabəddini öz avtomobillərinə mindirərək polis şöbəsinə aparmışlar. Əri Elvin və özü də həmin gün Qusar rayon Polis Şöbəsinə gedərək Təqsirləndirilən şəxs onlara qarşı etdiyi qanunsuz hərəkətləri barəsində məlumat vermişlər. Təqsirləndirilən şəxs qəfildən, qanunsuz olaraq, iradələrinə zidd yaşadıqları evin birinci mərtəbəsinə, mənzilə daxil olmuşdur. Minabəddinin qanunsuz olaraq yaşadıqları mənzilə daxil olması az deyilmiş kimi, o, hətta qadın olmalarına baxmayaraq ona və qayınanası Rüxsarəyə qarşı nalayiq, ağılagəlməz ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaltmışdır. Minabəddinin işlətdiyi nalayiq ifadələri dilinə gətirə bilmir. Həmin vaxt evin birinci mərtəbəsində olan giriş qapısı bağlı vəziyyətdə olmuş, lakin kilidlənməmişdir. Ola bilər ki, qayınatası Təqsirləndirilən şəxs Mühəndis Qiyasovun icarəyə götürdüyü, Qusar rayonu Əniğ kəndində çayın kənarında olan torpaq sahəsindən istifadə etmək istədiyindən onlarla qərəzli olmuş, xx xxxxxx 2020-ci il tarixdə də sərxoş vəziyyətdə olaraq onlardan heyif çıxmaq üçün yaşadıqları mənzilə qanunsuz daxil olaraq ünvanlarına nalayiq ifadələr işlətmişdir. Minabəddin ona və Rüxsarəyə qarşı nalayiq ifadələr işlədə-işlədə evi tərk etmiş, sonra isə darvazanı çırpıb getmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, 1995-ci ildən halhazıradək yaşadıqları Qusar rayonu Əniğ kəndində yerləşən fərdi yaşayış evi əri Mühəndis Qiyasovun ata evidir. Həmin ev əvvəllər Mühəndisin mərhum atası Süleyman Qiyasovun, sonra isə mərhum anası Aqibət Qiyasovanın adına qeydiyyatda olmuşdur. Rayonun Əniğ kəndində yaşadığı müddət ərzində istər həmin kənd sakinləri ilə, istərsə də hər hansı şəxslə heç bir düşmənçilik və ya ədavətli münasibəti olmamışdır. Həmkəndlisi Təqsirləndirilən şəxs qonşusudur. X5 ailə həyatı qurub onun evinə köçdükdən bəri, yəni təxminən 1988-ci ildən tanıyır. Təxminən 6 il əvvələ kimi Təqsirləndirilən şəxslə özü və ailə üzvləri arasında hər hansı mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. Lakin əri Mühəndis Qiyasov icarəyə götürdüyü, Qusar rayonu Əniğ kəndində çayın kənarında olan torpaq sahəsindəki ağacları mal-qaradan qorumaq üçün təxminən 6 il əvvəl hasarlamış, bundan sonra Minabəddin isə həmin torpaq sahəsindən özünün də istifadə edəcəyini bildirmişdir. Minabəddin bir neçə dəfə həmin torpaq sahəsinə peyin atmış, ot yığmışdır. Ona görə də, əri Mühəndis bu barədə icra nümayəndəliyinə və digər orqanlara da müraciət etmişdir. Bundan sonra Minabəddin bu torpaq sahəsini peyindən təmizləmiş və artıq onlarla torpaq mübahisəsi etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində özü və gəlini Şəfiqə yaşadıqları evdə olmuşlar. Həmin vaxt evdə ikisindən başqa heç kəs olmamışdır. Özü və Şəfiqə evin ikinci mərtəbəsində qonaq otağında olmuşlar. Şəfiqə onun təzyiqini ölçmüşdür, onlar həmin vaxt evin birinci mərtəbəsindən söyüşlər eşitmişlər. Evin birinci mərtəbəsində olan şəxs: “sizin ağzınızı, sizi belə edəcəm” kimi nalayiq söyüşlər işlətmişdir. Qadın olduğuna görə bu ifadələri dilinə gətirə bilmir. Gəlini Şəfiqə evin birinci mərtəbəsində söyüşlər söyən şəxsin səsinin qonşuları Minabəddinin səsinə oxşadığını demiş və pəncərədən aşağı baxmışdır. Həmin vaxt özü də pəncərəyə yaxınlaşmışdır. Özü “kimsən sən, neynirsən, evimdə nə işin var” dediyi zaman Minabəddinin yaşadıqları evin birinci mərtəbəsindən çölə çıxdığını görmüşlər. Həmin vaxt Minabəddin ona: “səni də, gəlinini də, sizin ağzınızı belə edəcəm” deyərək onlara qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman Minabəddin sərxoş vəziyyətdə olmuşdur. Minabəddin qanunsuz olaraq, iradələrinə zidd yaşadıqları evin birinci mərtəbəsinə daxil olmuş və onlara qarşı nalayiq ifadələr işlətmişdir. Minabəddinin yaşadıqları mənzilə iradələrinə zidd olaraq daxil olduğunu, bu az deyilmiş kimi, hətta onlara qarşı nalayiq söyüşlər işlətdiyini gördüklərinə görə nə edəcəklərini bilməmişlər. Həmin vaxt gəlini Şəfiqə özünü pis hiss edərək titrəməyə başlamışdır. Şəfiqə həmin vaxt hamilə vəziyyətində olmuşdur. Minabəddin onlara qarşı nalayiq ifadələr işlətdikdən sonra əlini yuxarı qaldıraraq ona: “çək məni, Mühəndis gəlsin məni çəksin” demişdir. Onun hərəkətlərini başa düşə bilməmişlər. Özü və gəlini Şəfiqə həyətə düşmüşlər. Onlar həyətə düşdükdə Minabəddin həyətlərinə olmuşdur. Minabəddin etdiyi qanunsuzluqlarla kifayətlənməyərək hələ də onlara qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Onlar qadın olduqları halda, Minabəddinin onlarla bu cür rəftar etməsi, yaşadıqları mənzilə qanunsuz daxil olması, hətta söyüşlər söyməsi heç cür bağışlanası hal deyil. Minabəddin onları söyə-söyə darvazanın qapısını çırpıb çölə çıxmış və getmişdir. Bu zaman gəlini Şəfiqə oğlu Şahid3 mobil telefon nömrəsinə zəng edib Minabəddinin onların yaşadıqları evə qanunsuz daxil olduğunu və onlara qarşı nalayiq ifadələr işlədərək təhqir etdiyini bildirmişdir. Elvin isə Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir müddət sonra Elvin, sonra isə iki nəfər polis əməkdaşları gəlmişlər. Onlar polislərə evlərinə qanunsuz, iradələrinə zidd daxil olan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdikdə onlar Minabəddinin evinə yaxınlaşmışlar, sonra isə onunla birlikdə evlərinin qarşısına gəlmişlər. Həmin vaxt orada özü, əri Mühəndis, oğlu Elvin, gəlini Şəfiqə, iki nəfər polis əməkdaşı və Minabəddin olmuşlar. Minabəddin Mühəndisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Minabəddin sərxoş vəziyyətdə olmuşdur. Orada olan iki nəfər polis əməkdaşı Minabəddini sakitləşdirə bilməmişlər. Həmin vaxt Minabəddinin qardaşı Şahid4 da orada olmuşdur, qonşuları da səs-küyə çıxaraq evlərinin darvazasından baxmışlar. Nurulla Minabəddini sakitləşdirməyə çalışmışdır. Minabəddin səs-küy salmaqda davam etdiyi üçün daha iki nəfər polis əməkdaşı da gəlmişdir. Polis əməkdaşları Minabəddini öz avtomobillərinə mindirərək polis şöbəsinə aparmışlar. Oğlu Elvin də həmin gün Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə Qusar RPŞ-yə müraciət etmişdir. Bundan sonra isə onlar Qusar RPŞ-yə gedərək izahat vermişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq, onun və gəlini Şəfiqənin iradələrinə zidd, qəflətən, xəbərləri olmadan yaşadıqları evin birinci mərtəbəsinə daxil olmuş, onların qadın olmalarına baxmayaraq ona və həmin vaxt hamilə vəziyyətində olan gəlini Şəfiqəyə qarşı nalayiq, ağılagəlməz ifadələr işlədərək onların şərəf və ləyaqətlərini alçaltmış və bu qanunsuz hərəkətləri ilə onları qorxutmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxslə arasında torpaq mübahisəsi barədə söz-söhbət olmamışdır. Minabəddin qəfildən onların yaşadıqları mənzilə daxil olmuş və ünvanlarına nalayiq ifadələr işlətmişdir. Minabəddin onlara qarşı elə ifadələr işlətmişdir ki, bu ifadələri dilinə gətirməyi özünə sığışdırmır. Həmin vaxt evin birinci mərtəbəsində olan giriş qapısı bağlı vəziyyətdə olmuş, lakin kilidlənməmişdir. Minabəddin onu və gəlini Şəfiqəni təhqir edə-edə evdən çıxmış, darvazanı çırpıb oradan uzaqlaşmışdır. Ola bilər ki, Təqsirləndirilən şəxs əri Mühəndis Qiyasovun icarəyə götürdüyü, Qusar rayonu Əniğ kəndində çayın kənarında olan torpaq sahəsi ilə bağlı əri Mühəndis onun barəsində müvafiq dövlət orqanlarına şikayət ərizəsi ilə müraciət etdiyindən, Minabəddin onlarla qərəzli olmuş, xx xxxxxx 2020-ci il tarixdə də sərxoş vəziyyətdə olaraq onlardan heyif çıxmaq üçün yaşadıqları mənzilə qanunsuz daxil olaraq ünvanlarına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ibtidai istintaq zamanı dindirilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərmiş olduğu faktları təsdiq etdiklərini bildirərək zərər çəkmiş şəxslərin Təqsirləndirilən şəxs ilə barışmadıqlarını və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2005ci ildən Azərbaycan Respublikası DİO-da, 2020-ci ildən isə Qusar rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs, X6, Şahid3 Mühəndis oğlu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır, onlarla arasında qohumluq münasibətləri, hər hansı tanışlığı yoxdur. xx xxxxxx 2020-ci il tarixdə əməliyyat qrupunun tərkibinə daxil olmaqla növbədə olmuşdur. Həmin gün növbətçi sürücü isə Şahid2 olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00da Qusar rayonu Əniğ kənd sakini Şahid3 Mühəndis oğlunun “077 592-99-09” mobil telefon nömrəsindən Azərbaycan Respublikası DİN-in 102 Xidməti-zəng Mərkəzinə zəng edərək qonşusu Minabəddin barəsində narazılığı bildirməsinə dair daxil olmuş məlumat əsasında özü və növbətçi sürücü Cəlil baş vermiş məsələni aydınlaşdırmaq üçün xidməti avtomobillə həmin ünvana getmişlər. Bu zaman həmin evdə sonradan tanıdığı ünvan 2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olmuşlar. X6, Şahid3 Mühəndis oğlu isə ora sonradan gəlmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs qanunsuz olaraq iradələri ziddinə onların yaşadıqları mənzilə daxil olduğunu, hətta onları nalayiq söyüşlərlə təhqir etdiyini bildirmişlər. Ona görə də onlar qonşuluqda yaşayan Təqsirləndirilən şəxs evinin qarşısından çağıraraq ona barəsində Azərbaycan Respublikası DİN-in 102 Xidməti-zəng Mərkəzinə verilən məlumatla əlaqədar məsələnin aydınlaşdırılmalı olduğunu bildirmiş və onu Mühəndis Qiyasovun yaşadığı evin qarşısına çağırmışlar. Həmin vaxt orada özündən başqa, növbətçi sürücü Cəlil, Təqsirləndirilən şəxs, onun qardaşı Şahid4, Mühəndis Qiyasov, Şahid3, onun arvadı Zərərçəkmiş şəxs1, anası Zərərçəkmiş şəxs2 və Şahid7 olmuşlar. X8 mübahisə etmiş və sərxoş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Minabəddinin qanunsuz olaraq iradələri ziddinə yaşadıqları evin birinci mərtəbəsinə daxil olduğunu və onları nalayiq söyüşlərlə təhqir etdiyini bildirmişlər. Mühəndis Minabəddindən niyə evinə girdiyini soruşduqda onunla arasında söz-söhbət yaranmışdır. Minabəddin həmin vaxt özünü idarə edə bilməmiş, Mühəndis Qiyasovun ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də, onlar Minabəddini sakitləşdirməyə çalışmışlar. Minabəddini nizam-intizama dəvət etsələr də, Minabəddin onların qanuni tələblərinə tabe olmayaraq öz əməllərini davam etdirmiş və onlara müqavimət göstərmişdir. Onlar Minabəddinə etdiyi qanunsuz hərəkətlərə görə onu Qusar rayon Polis Şöbəsinə aparmalı olduqlarını bildirmişlər. Lakin Minabddin onların sözlərinə məhəl qoymamış və xidməti avtomobilə əyləşməkdən imtina etmişdir. Həmin vaxt Minabəddinin qardaşı Nurulla da onu sakitləşdirməyə çalışmış, lakin buna nail ola bilməmişdir. Minabəddin öz qardaşının sözlərinə fikir verməmişdir. Onlar Minabəddini sakitləşdirə bilmədiklərinə, Minabəddinin onlara müqavimət göstərməsinə görə məcbur olaraq kömək üçün iki nəfər polis əməkdaşı da çağırmışlar. Bir müddət sonra Qusar RPŞnin CAB-nin baş əməliyyat müvəkkili Firuddin Kərimov və PPXT-nin manqa komandiri Fuad Aydayev gəlmişlər. Onlar Minabəddini xidmət avtomobilə əyləşdirmişlər. Minabəddin bu zaman əl-qol hərəkətləri etməklə onlara mane olmağa çalışmışdır. Lakin buna baxmayaraq onlar Minabəddini Qusar rayon Polis Şöbəsinə çatdıraraq təhvil vermişlər, bundan sonra Şahid3 və Zərərçəkmiş şəxs1 Qusar RPŞ-yə gəlmişlər, Elvin Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmış, özləri isə xidmətlərinə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək həmin faktı təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, o, Qusar rayonu Əniğ kəndində yaşadıqları fərdi yaşayış evi atası Mühəndis Qiyasovun ata evidir. Həmin ev əvvəllər Mühəndisin mərhum atası Süleyman Qiyasovun, sonra isə mərhum anası Aqibət Qiyasovanın adına qeydiyyatda olmuşdur. 2015-ci ildə Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuşdur, birgə nikahlarından bir oğulları olmuşdur. Rayonun Əniğ kəndində yaşadığı müddət ərzində istər həmin kənd sakinləri ilə, istərsə də hər hansı şəxslə heç bir düşmənçilik və ya ədavətli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onların qonşusudur. Əvvəllər Təqsirləndirilən şəxslə özü və ailə üzvləri arasında hər hansı mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. Lakin təxminən 6 il əvvəl Təqsirləndirilən şəxs atası Mühəndis Qiyasovun icarəyə götürdüyü Qusar rayonu Əniğ kəndində çayın kənarında olan torpaq sahəsindən özünün istifadə edəcəyini bildirmişdir. Bundan sonra Minabəddin bir neçə dəfə həmin torpaq sahəsinə peyin atmış, ot yığmışdır. Ona görə də, atası Mühəndis bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Qusar rayon Polis Şöbəsinə, Qusar rayon İcra Hakimiyyətinə və Əniğ kəndinin icra nümayəndəliyinə də müraciət etmişdir. Bundan sonra Minabəddin bu torpaq sahəsini peyindən təmizləmiş və artıq onlarla torpaq mübahisəsi etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18-19 radələrində arvadı Zərərçəkmiş şəxs1 ona zəng edərək qonşuları Təqsirləndirilən şəxs qanunsuz olaraq evlərinə daxil olub Şəfiqəni və anası Rüxsarəni təhqir etdiyini bildirmişdir. Özü həmin vaxt Qusar rayonu Əniğ kəndində olan hal-hazırda yaşadıqları evdən təxminən 4 km məsafədə yerləşən digər evlərində olmuşdur. Bu zaman dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və yaşadıqları evə getmişdir. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 yaşadıqları mənzilə qonşuları Təqsirləndirilən şəxs onların iradələri ziddinə qanunsuz olaraq daxil olduğunu, hətta onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyini bildirmişlər. Bir müddət sonra evlərinə atası Mühəndis, sonra isə iki nəfər polis əməkdaşları gəlmişlər. Onlar polis əməkdaşlarına evlərinə qanunsuz daxil olan şəxsin qonşuları Təqsirləndirilən şəxs olmasını bildirdikdə onlar Minabəddinin yaşadığı evə getmişlər, bir müddət sonra isə Minabəddinlə birlikdə gəlmişlər. Həmin vaxt orada özü, atası Mühəndis, anası Rüxsarə, arvadı Şəfiqə, iki nəfər polis əməkdaşı və Minabəddin olmuşlar. Bu zaman Minabəddin atası Mühəndis barəsində nalayiq ifadələr işlədərək söyüşlər söymüşdür. Həmin vaxt Minabəddin sərxoş vəziyyətdə olmuşdur. Orada olan iki nəfər polis əməkdaşı Minabəddini sakitləşdirə bilməmişlər. Bir müddət sonra isə Minabəddinin qardaşı Şahid4 da gəlmişdir. Nurulla Minabəddini sakitləşdirməyə çalışmışdır. X11 niyə evlərinə qanunsuz olaraq daxil olduğunu soruşduqda, Minabəddin ona qarşı nalayiq ifadələr işlətmiş, evə girməyini inkar etməmiş və ona: “sən özün yaxşı bilirsən niyə girmişəm” formada cavab vermişdir. Qonşuları da səs-küyə çıxaraq evlərinin darvazasından baxmışlar. Orada olan polis əməkdaşları Minabəddini sakitləşdirə bilmədikləri üçün daha iki nəfər polis əməkdaşını da çağırmışlar. Həmin polis əməkdaşları gəldikdən sonra Minabəddini öz avtomobillərinə mindirərək polis şöbəsinə aparmışlar. Özü və arvadı Şəfiqə də həmin gün Qusar rayon Polis Şöbəsinə gedərək Təqsirləndirilən şəxs onlara qarşı etdiyi qanunsuz hərəkətləri barəsində məlumat vermişlər. Bundan sonra isə onlar Qusar RPŞ-də izahat vermişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq, iradələrinə zidd yaşadıqları mənzilə daxil olub arvadı Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 təhqir etmişdir. Ola bilər ki, atası Mühəndis Qiyasovun icarəyə götürdüyü Qusar rayonu Əniğ kəndində çayın kənarında olan torpaq sahəsi ilə bağlı Mühəndis Təqsirləndirilən şəxs barəsində müvafiq dövlət orqanlarına müraciət etdiyi üçün Minabəddin onlarla qərəzli olmuş, xx xxxxxx 2020-ci il tarixdə də sərxoş vəziyyətdə olaraq onlardan heyif çıxmaq üçün yaşadıqları mənzilə qanunsuz daxil olaraq arvadı Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 oğlunun məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Onunla arasında normal münasibətlər vardır, əvvəllər aralarında hər hansı mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. Lakin Minabəddin bəzi hallarda spirtli içkilər qəbul etməklə sərxoş vəziyyətdə olmuş və narazılıqlar yaratmışdır. Bu səbəbdən həmin hallarda onunla münasibətləri pozulmuşdur. X6 və Şahid3 Mühəndis oğlu isə həmkəndliləridir. Onlarla uzaqdan qohumluqları da vardır. Mühəndis və Elvinlə arasında əvvəllər hər hansı mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. Onlar Minabəddinlə qonşuluqda yaşayırlar. Təxminən iki olar ki, qardaşı Təqsirləndirilən şəxslə həmkəndlisi Mühəndis Qiyasov arasında Qusar rayonu Əniğ kəndində yerləşən 0.02 ha torpaq sahəsi ilə bağlı narazılıqlar yaranmışdır. Mühəndis bu torpaq sahəsini çəpərləyərək istifadə etmiş, Minabəddin isə bu torpaq sahəsinin özünə məxsus olmasını bildirərək istifadə edəcəyini bildirmişdir. Bu səbəbdən də Mühəndislə Minabəddin arasında narazılıqlar yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə Quba rayonu Dəlləkli kəndində olan alma bağında fəhlə kimi işlədikdən sonra yaşadığı evə qayıtmışdır. Həmin gün, təxminən saat 18-19 radələrində Qusar rayonu Əniğ kəndində həmkəndlisi Mühəndis Qiyasovun ailəsi ilə birlikdə yaşadığı evin qarşısından keçərkən qardaşı Təqsirləndirilən şəxs, həmkəndliləri Mühəndis Qiyasov, Şahid3, onun arvadı Zərərçəkmiş şəxs1, anası Zərərçəkmiş şəxs2, həmkəndlisi Şahid7 və iki nəfər polis əməkdaşının da orada olduqlarını görmüşdür. Həmin vaxt X8 mübahisə etmiş və sərxoş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qardaşı Minabəddinin qanunsuz olaraq onların evinə girdiyini, onları nalayiq söyüşlərlə təhqir etdiyini bildirmişlər. Mühəndis Minabəddindən niyə evinə girdiyini soruşduqda onunla arasında söz-söhbət yaranmışdır. Polis əməkdaşları Minabəddini sakitləşdirməyə çalışmışlar. Həmin polis əməkdaşları ona Şahid3 Azərbaycan Respublikası DİN-in 102 Xidməti-zəng Mərkəzinə zəng edərək Minabəddinin barəsində şikayətlə məlumat verdiyini bildirmişlər. Polis əməkdaşları, həmçinin Minabəddinin sərxoş vəziyyətdə olduğunu, onlara tabe olmadığını, onları təhqir etdiyini, qanunsuz hərəkətlərinə görə onu rayon polis şöbəsinə aparacaqlarını demişlər. Minabəddin isə polislərin xidməti avtomobilinə minmək istəməmişdir. Özü polis əməkdaşlarına Minabəddini sakitləşdirəcəyini demiş və onu sakitləşdirməyə çalışmışdır. Lakin Minabəddin öz hərəkətlərini davam etdirdiyi üçün orada olan polis əməkdaşları kömək üçün başqa polis əməkdaşlarını da çağırmışlar. Şahid3 arvadı Zərərçəkmiş şəxs1 Minabəddinin hərəkətlərini video çəkilişlə qeydiyyata almışdır. Bir müddət sonra isə 2-3 nəfər polis əməkdaşları da gəlmişlər. Həmin polis əməkdaşları Minabəddini xidməti avtomobillərinə mindirərək Qusar rayon polis şöbəsinə aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, “X15” QSC-də aşbaz işləyir. Təqsirləndirilən şəxs qonşusudur. Onunla arasında həmkəndli kimi normal münasibətlər vardır, əvvəllər aralarında hər hansı mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. X6 və Şahid3 Mühəndis oğlu da qonşularıdır. Onların yaşadıqları fərdi yaşayış evi Mühəndisə məxsusdur. Mühəndis arvadı Rüxsarə, oğlu Elvin, gəlini Şəfiqə və nəvəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Onlarla arasında əvvəllər hər hansı mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. Yaşadığı ev Təqsirləndirilən şəxslə Mühəndis Qiyasovun evlərinin arasında yerləşir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evdə olmuşdur. Bu zaman azyaşlı uşağı həyətdə oynamışdır, özü onu evə çıxartmaq üçün həyətə düşmüşdür. Həmin vaxt küçədən nalayiq söyüşlər eşitmiş, ona görə də, dərhal uşağını evə salıb küçəyə çıxmışdır. Küçəyə çıxdıqda X4 ailəsi ilə birlikdə yaşadıqları evin qarşısında olduğunu, evdən yavaş-yavaş uzaqlaşdığını görmü is və Elvin evdə olmasalar da, Elvinin arvadı Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 evdə olmuşlar. Minabəddinin həmin qadınların ünvanına niyə belə nalayiq söyüşlər işlətdiyini bilməmişdir. Sonradan bilmişdir ki, Minabəddin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iradələri ziddinə yaşadıqları mənzilə daxil olmuş və onları nalayiq söyüşlərlə təhqir etmişdir. Küçədə Minabəddini sakitləşdirə bilməmişdir. O, həmin vaxt sərxoş vəziyyətdə olmuş və nalayiq söyüşlər söymüşdür. Minabəddini Mühəndisgilin evinin qarşısından uzaqlaşdıraraq öz evinə aparmışdır. Bundan sonra yaşadığı evə qayıtmış, daha sonra isə ərzaq almaq üçün dükana getmişdir. Sonra isə bilmişdir ki, Minabəddin qanunsuz olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iradələri ziddinə yaşadıqları evə daxil olduğu üçün Şahid3 Azərbaycan Respublikası DİN-in 102 Xidməti-zəng Mərkəzinə zəng etmiş, polis əməkdaşları da onların evinin qarşısına gəlmişlər. Minabəddin həmin vaxt da sakitləşməyərək sonradan ora gələn Mühəndisin ünvanına nalayiq ifadələr işlətmiş və qanunsuz hərəkətlərinə görə polis əməkdaşları onu Qusar rayon Polis Şöbəsinə aparmışlar. “X15”ndə işlədiyi üçün çox vaxt kənddə olmamış, bu səbəbdən də Təqsirləndirilən şəxs ilə X6 və onun ailəsi arasında hər hansı mübahisə, ədavət və ya düşmənçilik olub-olmaması barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs, X6 və Şahid3 Mühəndis oğlu həmkəndliləridir. Onlarla arasında normal münasibətlər vardır, əvvəllər aralarında heç bir mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin iyun-avqust aylarında yaşadığı Qusar rayonu Əniğ kəndində özünə və digər həmkəndlilərinə məxsus olan kartof sahələrinə mühafizəçi kimi nəzarət etmişdir. Təqsirləndirilən şəxs da onun nəzarətində olan kartof sahəsindən bir az aralıda yerləşən kartof sahələrinə mühafizəçi kimi nəzarət etmişdir. Ona görə də, onlar bəzən nahar fasilələrində və ya digər vaxtlarda birlikdə əyləşərək yeyib-içmişlər. Minabəddin spirtli içkilər qəbul etməyə həvəsli olmuşdur. O, sərxoş vəziyyətdə olarkən özünü apara bilməmiş, danışığına fikir verməmiş və səs-küy salmışdır. Minabəddinlə birlikdə yeyib-içərkən çox vaxt belə halların şahidi olmuşdur. Onun bu hərəkətlərindən bezdiyi üçün sonradan ondan uzaqlaşmışdır. Çünki Minabəddin özünü apara bilməmişdir. Uzun müddət keçdiyi üçün xx.xx.2020-ci il tarixdə harada olduğunu, Minabəddini görüb-görmədiyini dəqiq xatırlamır. Ola bilər ki, həmin gün kartof sahəsində olmuş və Minabəddini görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə, kənd camaatından eşitmişdir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olaraq həmkəndlisi X2 yaşadığı evə icazəsiz girmişdir, həmin vaxt da evdə Mühəndisin arvadı Zərərçəkmiş şəxs2 və gəlini Zərərçəkmiş şəxs1 olmuşlar, Minabəddin həmin qadınları, həmçinin təhqir etmişdir. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs onların evinə qanunsuz girdiyinə və onları təhqir etdiyinə görə Minabəddin barəsində polis əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşları gələrkən də Minabəddin sakitləşməmiş, öz əməllərini davam etdirməklə Mühəndis Qiyasova qarşı təhqiredici ifadələr işlətmişdir. O, polis əməkdaşlarına tabe olmayaraq bu cür hərəkətlər etdiyinə görə polis əməkdaşları onu Qusar rayon Polis Şöbəsinə aparmışlar. Minabəddin Qusar RPŞ-dən çıxaraq yaşadıqları kəndə gəldikdən sonra özü ondan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı niyə belə hərəkətlər etdiyini, onların evinə girdiyini və təhqir etdiyini soruşmuşdur. Minabəddin isə ona Mühəndislə arasında mübahisə olduğunu, buna görə onun evinə getdiyini bildirmişdir. Minabəddindən Mühəndislə nə mübahisəsinin olduğunu soruşduqda, Minabəddin ona bu mübahisənin öz aralarında olduğunu deyərək başqa cavab verməmişdi İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs, X6 və Şahid3 Mühəndis oğlu həmkəndliləridir. Onlarla arasında normal münasibətlər vardır, əvvəllər aralarında hər hansı mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evə getmişdir. Həmin vaxt Qusar rayonu Əniğ kəndində həmkəndlisi Mühəndis Qiyasovun ailəsi ilə birlikdə yaşadığı evin qarşısından keçərkən Təqsirləndirilən şəxs orada səs-küy salaraq narazılıq yaratdığını görmüşdür. Bu zaman orada özündən başqa Mühəndis Qiyasov, Şahid3, onun arvadı Zərərçəkmiş şəxs1, anası Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun qardaşı Şahid4 və iki nəfər polis əməkdaşları olmuşlar. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Minabəddinin onların iradələri ziddinə evlərinə qanunsuz soxulduğunu və onları söyüb təhqir etdiyini bildirmişlər. Rüxsarə gəlini Zərərçəkmiş şəxs1 ilə yaşadıqları evin ikinci mərtəbəsində olarkən Minabəddinin qəfildən evlərinə girdiyini və onları təhqir etdiyini bildirmişdir. Rüxsarə polis əməkdaşlarına bu barədə narazılığını bildirdikdən sonra Minabəddini onların yaşadıqları evdən uzaqlaşdırmasını demişdir. Minabəddin isə həmin vaxt sərxoş vəziyyətdə olmuş və Mühəndisin ünvanına nalayiq ifadələr işlətmişdir. Şahid3 arvadı Zərərçəkmiş şəxs1 Minabəddinin hərəkətlərini video çəkilişlə qeydiyyata almışdır. Polis əməkdaşları Minabəddini sakitləşdirməyə çalışmışlar, onu bu qanunsuz hərəkətlərinə görə rayon polis şöbəsinə aparmaq istəmişlər. Lakin Minabəddin onlara tabe olmayaraq sakitləşməmiş və polis əməkdaşlarının xidməti avtomobilinə əyləşməkdən imtina etmişdir. Minabəddinin bu hərəkətlərinə görə qardaşı Nurulla da onu sakitləşdirərək evinə aparmaq istəmişdir. Lakin Minabəddin heç kimə qulaq asmayaraq öz əməllərini davam etdirmiş və Mühəndislə mübahisə etmişdir. Özü bundan sonra orada çox qalmamış və yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs və X6 ilə yaxın münasibətləri olmadığı üçün onların arasında hər hansı mübahisənin, düşmənçiliyin və ya ədavətin olub-olmaması barədə heç bir məlumatı yoxdur. Cinayət işinin materiallarında olan Qusar RİHB-nin Əniğ kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 342 nömrəli arayışından görünür ki, Şahid3 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 71 saylı evin 77-ci mənzilində qeydiyyatda olmaqla Qusar rayonu Əniğ kəndində yerləşən mərhum babası X9 məxsus evdə daimi yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 855 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-yə müraciət etməmişdir. Cinayət işinin materiallarında olan Qusar RİHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlunun cəzasının yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun həmin cinayət əməllərini törətməsi özünün etiraf edici ifadəsi, ibtidai istintaq zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla ona tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs X7 verdiyi ifadəsinə əlavə edilmiş DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli aylıq qacancından tutulmaların aparıldığı vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs X7 verdiyi ifadəsinə əlavə edilmiş DVD disk iş materiallarında saxlanılsın. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-15/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-15/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver