Məhkəmə qərarları › İş №1(029)-16/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-16/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-16/2023 07.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Tərcüməçi : X3 iştirakları ilə, xx.xx.1997-ci ildə Pakistan İslam Respublikası Peshavar şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddələri ilə, xx.xx.1998-ci ildə Pakistan İslam Respublikası Peshavar şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən işləmək məqsədi ilə Rusiya Federasiyasına qanunsuz yolla getmək üçün Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 avqust 2022-ci il tarixdə saat 20 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonu ərazisində yerləşən 4-cü sərhəd zastavasının 32-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlinin başa çatdıra bilməmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2la birlikdə Pakistan Respublikası İslamabad şəhərindən təyyarə ilə işləmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Azərbaycanda iş tapmadığından RF-na getmək qərarına gəlmişdir. Onların vizanın müddəti qurtarmışdır. RF-nın qanunlarına görə onları ora buraxmırdılar. Bundan əlavə Azərbaycanın quru sərhədləri bağlı olmuşdur. Onlara əgər sərhəddə saxlasalar deportasiya edəcəklərini demişlər, buna görə də sərhədi keçmək istəmişdir. O, belə bir cəzanın olduğunu bilməmişdir. Ailəsində anası xəstədir, məcbur qalaraq işləmək məqsədi ilə getmək istəmişdir, evdə qazanc gətirən bir odur, evdəkilərin hazırda hansı vəziyyətdə olduğunu bilmir. Ailənin onun tutulmasından xəbəri yoxdur, tutulmasını deməmişdir, işlədiyini demişdir. Ona köməklik edilməsini, ölkəsinə deportasiya edilməsini xahiş etmişdir. İşləmək məqsədi ilə Azərbaycana gəlmişdir. Pakistanda komputer mağazasında işləmişdir, proqramistdir, maddi vəziyyəti yaxşı olmadığına görə bura gəlmişdir. Onlar taksi ilə Qusara gəlmişdir, taksi sürücüsü onlara sərhəddən keçməyini demişdir. Onlar sərhədi keçmək istəmiş, lakin sonradan fikirlərdən dönmüşdür, sərhədçilər onları sərhəddə saxlamışdır. Mohammad Ali adlı pakistanlı şəxs onlara taksi ilə Qusara getməyini və ordan da Rusiyaya getməsini demişdir. Sərhəddə tel məftillər olmuşdur, tel məftili aralayıb digər dövlətin ərazisinə keçmək istəmişdir, lakin onların keçmək istədiyi yerin Rusiya olduğunu bilməmişdir. Pakistan sərhədində divarlar olmuşdur, onlar sərhədi o cür fikirləşmişdir, oranın dövlət sərhədi olduğunu bilməmişdir. Onlar RF-na getmək üçün səfirliyə müraciət etmişlər, lakin viza verilməmişdir. O, sərhədin keçməsini qanunsuz olduğunu bilmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq viza alıb işləmək üçün Azərbaycana gəlmişdir. Getmək istədikləri yerin Rusiya olduğunu bilməmişdir. Taksidən düşüb piyada getmiş, sərhədi keçmək istəmiş, sərhəddə onları saxlamışlar. Rusiyaya işləmək məqsədi ilə getmək istəmişdir. O, elektrikdir, o işlə məşğul olmağa görə gəlmişdir. Onları sərhəddə məftili aralamamış saxlamışlar, sərhədi keçə bilməmişdir. O, vizanı işləmək üçün almışdır, bir ölkədən digər ölkəyə getmək üçün viza lazım olduğunu bilmişdir. Onlar Azərbaycana gələndə Rusiyaya getmək fikirləri olmamışdır. Rusiyaya getmək üçün hər hansı bir təşkilata müraciət etməmişdir. Rusiyaya keçməyin qanunsuz olduğunu bilməmişdir. Sərhəddə əsgərlər onları saxlamasaydı Rusiyaya getməyəcəkdir. Onları saxlayanda əsgərlər oranın sərhəd olduğunu, oradan keçmək qadağan olduğunu demişdir. Sərhəd buraxılış məntəqəsinə yaxınlaşıb Rusiyaya getmək istədiklərini deməmişdir. O, ailəlidir, uşaqları var, uşaqlar xəstədir.Əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirli olmaları özlərin etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, sərhəd zastavasının 32-ci sahəsində “Pusqu dəstəsi” xidmətində olmuşdur. Xidmətdə olduğu vaxt iki nəfər naməlum şəxsin 32-ci sahə istiqamətində, yəni onlara tərəf hərəkət etdiyini görmüş, və həmin şəxslərin onlar maskalandığı əraziyə çatdığı zaman saat “Dayan” komandası verərək, onları saxlamışlar. Həmin şəxslər sərhəd məftilini kəsərək mühafizə olunan əraziyə keçmişlər. Hadisə yerinə baxış keçirəndə məftilin kəsildiyi müəyyən etmişdir. Həmin vaxt saxlanılan şəxslərdən başqa şəxslər orada olmamışdır. Həmin əraziyə gündəlik naryad yazılır və mühafizə olunur. Həmin ərazidə olan məftillər əvvəldən kəsilməmimşdir, saxlanılan şəxslər tərəfindən kəsilmişdir. Həmin şəxsləri saxlamasaydılar onlar Rusiyaya gedəcəkdilər. Daha sonra onlar həmin şəxsləri sərhəd zastavasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 19 avqust 2022-ci il tarixli, raportdan görünür ki, xx.xx.2022ci il tarixdə saat 20:55-də iki nəfər naməlum şəxsin sərhəd zastavasının 32-ci sahəsində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərərkən sərhəd naryadı tərəfindən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, iki nəfər Pakistan Respublikasının vətəndaşı tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədinin pozulmaq cəhdi faktı aşkarlanmışdır. Qeyd olunan cəhd Qusar rayonu Şirvanlı kəndindən Rusiya Federasiyası ilə dövlət sərhəd xətti istiqamətində baş vermişdir. İş materiallarında olan lAMAS-dan edilmiş çıxarışlardan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 axırıncı dəfə xx.xx.2022-ci ildə X4 Aeroportu dövlət sərhəd buraxılış məntəqəsindən X1 Azərbaycan Respublikası istiqamətinə girişləri qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin məktublarından dan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci Mərkəzi publik hüquqi şəxsin məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Narkoloji mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasına qanunsuz yolla getmək üçün Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 avqust 2022-ci il tarixdə saat 20 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonu ərazisində yerləşən 4-cü sərhəd zastavasının 32-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlinin başa çatdıra bilməmişlər. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdırlar. X7 və Təqsirləndirilən şəxs2 cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər Məhkəmə X7 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərini səmimi etiraf etmələrini, törətmiş olduqları cinayət əməlindən səmimi peşman olmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə onların cəzalarını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə X10 və Təqsirləndirilən şəxs2ə cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onlara təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, X11 və Təqsirləndirilən şəxs2 əcnəbi olduqlarından, həmçinin Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən şəxslərin dairəsinə daxil olmadıqlarından onlara CM-nin 52.1-ci maddəsinə əsasən əlavə cəza növü kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və həmin cəza əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 19 avqust 2022-ci il tarixdə saat 21:20-də, Təqsirləndirilən şəxs1 isə 19 avqust 2022-ci il tarixdə saat 23:10da tutulmuşlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 20 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablanmışdır Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin normaların tələblərinə görə X7 və Təqsirləndirilən şəxs2 cəzalarını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, X7 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X5 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X7 cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2022-ci il tarixdən hesablansın. X10 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs2ı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2ı ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2a əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilsin. Hökmdən elan olduğu andan (X11 və X10 isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar