Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-17/2021 23.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Qusar rayonu Quxur oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində dörd azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif günlərdə Qusar rayonu Quxuroba tam orta məktəbində usta və nəzarətçi kimi işlədiyi müddətdə, onun yerinə yetirdiyi işlə əlaqədar olaraq sərbəst giriş hüququna malik məktəbin həyətində saxlanılan və “Amal +A” MMC-nə məxsus ümumilikdə 47 adda əmlakını yəni, cəmi dəyəri 133 manat olan 07 ədəd fanerkanı, cəmi dəyəri 250 manat olan 60x60 sm ölçülərdə 12 bağlama (1 bağlamada 4 ədəd) və 2 ədəd “NB Keramik” Metlaxı, cəmi dəyəri 27 manat olan 30x25 sm ölçülərdə 3 bağlama “Stellore” markalı kafeli, cəmi dəyəri 200 manat olan 05 ədəd dəmir listi, 1 m2 - 9 manat olmaqla 30 ədəd (7,5 m2) 75x35 sm ölçülərdə cəmi dəyəri 67,50 manat olan ağlay piltəsini, cəmi dəyəri 98 manat olan 07 ədəd tolu, cəmi dəyəri 80 manat olan 02 ədəd dam izolyasiya örtüyünü, cəmi dəyəri 160 manat olan 08 ədəd “Max Led” lampaları, cəmi dəyəri 60 manat olan 12 ədəd qutu Granit və Mərmər yapışdırıcısını, cəmi dəyəri 10 manat olan 01 ədəd qutu “Axima” kafeli, cəmi dəyəri 55 manat olan hər biri 25 kq-lıq olan 11 kisə “Extraprof” keramika yapışdırıcısını, cəmi dəyəri 16 manat 02 ədəd qutu “Geka” elektrodu, cəmi dəyəri 200 manat olan hər biri 15 lirtlik olan 05 ədəd qutu “Polistar” emulsiyanı, cəmi dəyəri 138 manat olan hər biri 10 lirtlik olan 06 ədəd qutu “İzoLatexe Mətanət” yapışdırıcı mayesini, cəmi dəyəri 138 manat olan hər biri 25 kq-lıq olan 06 ədəd kisə “İzoLatexe eko Mətanət” yapışdırıcı tozunu, cəmi dəyəri 40 manat olan 16 ədəd “Rulmo” markalı cərəyan mənbələri, cəmi dəyəri 25 manat olan 10 ədəd “Rulmo” markalı cərəyan açarları, cəmi dəyəri 54 manat olan 03 ədəd “Karaaslan” markalı su krantları, cəmi dəyəri 60 manat olan 02 ədəd “Karaaslan” markalı duş krantları, cəmi dəyəri 54 manat olan 09 ədəd 18 voltluq led lampaları, cəmi dəyəri 40 manat olan 20 ədəd hər birinin uzunluğu 4 metr olan 15 mm-lik su şlankları, cəmi dəyəri 3 manat olan 01 ədəd 45mm x 90m-lik “Beyteks” markalı bezbantı, cəmi dəyəri 5 manat olan 02 ədəd 20 voltluq lampaları, cəmi dəyəri 5 manat olan 01 ədəd “Demiroğlu” tualet su tapançasını, cəmi dəyəri 6 manat olan 03 ədəd hər biri 300 qramlıq “Fab” silikonu, cəmi dəyəri 6 manat olan 01 ədəd “Pur” yapışdırıcı tozu, cəmi dəyəri 8 manat olan 02 ədəd “Technical” yapışdırıcı tozu, cəmi dəyəri 76 manat olan 19 ədəd “Güven” arko krantı, cəmi dəyəri 6 manat olan 02 ədəd 50 mm-lik plasmas trapı, cəmi dəyəri 10 manat olan 02 qutu turba saxlayan (skop), cəmi dəyəri 30 manat olan 03 bağlama 25 mm-lik “Metak” trayniki, cəmi dəyəri 3,50 manat olan 01 ədəd “Metak” markalı 100 mm-lik plasmas trayniki, cəmi dəyəri 3,50 manat olan 01 ədəd “Hilfan” markalı 100 mm-lik plasmas trayniki, cəmi dəyəri 40 manat olan 16 ədəd “Metak” markalı 100 mm-lik plasmas dirsək, cəmi dəyəri 2,50 manat olan 01 ədəd “Metak” markalı 75 mm-lik plasmas trayniki, cəmi dəyəri 36 manat olan 36 ədəd “Metak” markalı 50 mm-lik plasmas dirsək, cəmi dəyəri 14,50 manat olan 29 ədəd elektrik qutusunu, cəmi dəyəri 2 manat olan 02 ədəd “Metak” markalı 50 mm-lik plasmas trayniki, cəmi dəyəri 25 manat olan 05 ədəd kafelaltı krantı, cəmi dəyəri 14,40 manat olan 18 ədəd xamutu, cəmi dəyəri 75 manat olan 25 metrlik dəmir listi, cəmi dəyəri 25 manat olan 05 ədəd 32 mm-lik vintili, cəmi dəyəri 16,80 manat olan 06 ədəd hər biri 25 kq-lıq olan “Akord” sementi, cəmi dəyəri 4 manat olan 01 qutu dam şurupu, cəmi dəyəri 3,50 manat olan 01 qutu 50 mm-lik “Akifix” markalı şurupu, cəmi dəyəri 10 manat olan 1 bağlama “Hilfan” markalı 25 mm-lik plasmas dirsək və cəmi dəyəri 2,50 manat olan 1 bağlama probkanı vahid niyyətlə gizli yolla talamaqla zərər çəkmiş şəxsə cəmi 2338.70 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Qusar rayonu Quxur-oba tam orta məktəbində usta və nəzarətçi kimi işləmişdir. xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif günlərdə məktəbin həyətində saxlanılan və “Amal +A” MMC-nə məxsus ümumilikdə 47 adda tikinti materiallarını oğurlayaraq evinə aparmışdır. Sonuncu dəfə oradan 3 kisə sement apararkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin əşyaları evinin təmiri üçün aparmışdır. Həmin hərəkəti maddi imkanı aşağı olduğu üçün etmişdir. Sonradan həmin əşyaların hamısını geri qaytarmışdır. Hazırda törətdiyi əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tam şəkildə aradan qaldırmış, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, himayəsində dörd azyaşlı uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, “AMAL +A” MMC-də mühəndis vəzifəsində işləyərək öz ailəsini dolandırmışdır. xx.xx.2020-ci il tarixdə Qusar rayonu Quxur-oba tam orta məktəbi təmirə bağlanmış, məktəbdə təmir işlərini “AMAL +A” MMC həyata keçirməyə başlamış və təmir işlərinə nəzarət ona həvalə edilmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Rəmal, Qusar rayonu Quxur-oba tam orta məktəbində 20-25 gün ərzində malyar ustası kimi işləmişdir. xx.xx.2020-ci il tarixdən etibarən isə o, Rəmalın gördüyü işdən razı qalıb, sonuncuya məktəbin həyətində və qarşısında olan tikinti materiallarına nəzarəti həyata keçirməyə də həvalə etmiş və buna görə Rəmala hər ay 350 manat pul əmək haqqı ödəmiş, bundan başqa sonuncuya usta kimi gördüyü işə görə isə əlavə pul ödəmişdir. xx.xx.2020-ci il tarixdə o, Qusar RPŞ-nə dəvət olumuş və orada ona məlum olmuşdur ki, Rəmal, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif günlərdə Qusar rayonu Quxuroba tam orta məktəbində usta və nəzarətçi kimi işlədiyi müddətdə, onun yerinə yetirdiyi işlə əlaqədar olaraq sərbəst giriş hüququna malik məktəbin həyətində və qarşısında saxlanılan və “Amal +A” MMC-nə məxsus ümumilikdə 47 adda əmlakını yəni, cəmi dəyəri 133 manat olan 07 ədəd fanerkanı, cəmi dəyəri 250 manat olan 60x60 sm ölçülərdə 12 bağlama (1 bağlamada 4 ədəd) və 2 ədəd “NB Keramik” Metlaxı, cəmi dəyəri 27 manat olan 30x25 sm ölçülərdə 3 bağlama “Stellore” markalı kafeli, cəmi dəyəri 200 manat olan 05 ədəd dəmir listi, 1 m2 - 9 manat olmaqla 30 ədəd (7,5 m2) 75x35 sm ölçülərdə cəmi dəyəri 67,50 manat olan ağlay piltəsini, cəmi dəyəri 98 manat olan 07 ədəd tolu, cəmi dəyəri 80 manat olan 02 ədəd dam izolyasiya örtüyünü, cəmi dəyəri 160 manat olan 08 ədəd “Max Led” lampaları, cəmi dəyəri 60 manat olan 12 ədəd qutu Granit və Mərmər yapışdırıcısını, cəmi dəyəri 10 manat olan 01 ədəd qutu “Axima” kafeli, cəmi dəyəri 55 manat olan hər biri 25 kq-lıq olan 11 kisə “Extraprof” keramika yapışdırıcısını, cəmi dəyəri 16 manat 02 ədəd qutu “Geka” elektrodu, cəmi dəyəri 200 manat olan hər biri 15 lirtlik olan 05 ədəd qutu “Polistar” emulsiyanı, cəmi dəyəri 138 manat olan hər biri 10 lirtlik olan 06 ədəd qutu “İzoLatexe Mətanət” yapışdırıcı mayesini, cəmi dəyəri 138 manat olan hər biri 25 kq-lıq olan 06 ədəd kisə “İzoLatexe eko Mətanət” yapışdırıcı tozunu, cəmi dəyəri 40 manat olan 16 ədəd “Rulmo” markalı cərəyan mənbələri, cəmi dəyəri 25 manat olan 10 ədəd “Rulmo” markalı cərəyan açarları, cəmi dəyəri 54 manat olan 03 ədəd “Karaaslan” markalı su krantları, cəmi dəyəri 60 manat olan 02 ədəd “Karaaslan” markalı duş krantları, cəmi dəyəri 54 manat olan 09 ədəd 18 voltluq led lampaları, cəmi dəyəri 40 manat olan 20 ədəd hər birinin uzunluğu 4 metr olan 15 mm-lik su şlankları, cəmi dəyəri 3 manat olan 01 ədəd 45mm x 90m-lik “Beyteks” markalı bezbantı, cəmi dəyəri 5 manat olan 02 ədəd 20 voltluq lampaları, cəmi dəyəri 5 manat olan 01 ədəd “Demiroğlu” tualet su tapançasını, cəmi dəyəri 6 manat olan 03 ədəd hər biri 300 qramlıq “Fab” silikonu, cəmi dəyəri 6 manat olan 01 ədəd “Pur” yapışdırıcı tozu, cəmi dəyəri 8 manat olan 02 ədəd “Technical” yapışdırıcı tozu, cəmi dəyəri 76 manat olan 19 ədəd “Güven” arko krantı, cəmi dəyəri 6 manat olan 02 ədəd 50 mm-lik plasmas trapı, cəmi dəyəri 10 manat olan 02 qutu turba saxlayan (skop), cəmi dəyəri 30 manat olan 03 bağlama 25 mm-lik “Metak” trayniki, cəmi dəyəri 3,50 manat olan 01 ədəd “Metak” markalı 100 mm-lik plasmas trayniki, cəmi dəyəri 3,50 manat olan 01 ədəd “Hilfan” markalı 100 mm-lik plasmas trayniki, cəmi dəyəri 40 manat olan 16 ədəd “Metak” markalı 100 mm-lik plasmas dirsək, cəmi dəyəri 2,50 manat olan 01 ədəd “Metak” markalı 75 mm-lik plasmas trayniki, cəmi dəyəri 36 manat olan 36 ədəd “Metak” markalı 50 mm-lik plasmas dirsək, cəmi dəyəri 14,50 manat olan 29 ədəd elektrik qutusunu, cəmi dəyəri 2 manat olan 02 ədəd “Metak” markalı 50 mm-lik plasmas trayniki, cəmi dəyəri 25 manat olan 05 ədəd kafelaltı krantı, cəmi dəyəri 14,40 manat olan 18 ədəd xamutu, cəmi dəyəri 75 manat olan 25 metrlik dəmir listi, cəmi dəyəri 25 manat olan 05 ədəd 32 mm-lik vintili, cəmi dəyəri 16,80 manat olan 06 ədəd hər biri 25 kq-lıq olan “Akord” sementi, cəmi dəyəri 4 manat olan 01 qutu dam şurupu, cəmi dəyəri 3,50 manat olan 01 qutu 50 mm-lik “Akifix” markalı şurupu, cəmi dəyəri 10 manat olan 1 bağlama “Hilfan” markalı 25 mm-lik plasmas dirsək və cəmi dəyəri 2,50 manat olan 1 bağlama probkanı vahid niyyətlə təkbaşına oğurlamışdır. Bundan sonra onun iştirakı ilə Rəmalın yaşadığı evə və idarə etdiyi avtomobilə sonuncunun razılığı ilə baxış keçirilmiş və Rəmalın xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif günlərdə təkbaşına oğurladığı 47 adda tikinti materialları aşakr edilərək, götürülmüşdür. Buna görə də o, Rəmal barəsində şikayətlə RPŞ-nə müraciət etmişdir. Cinayət işinin materiallarında olan Nümayəndə ibtidai istintaq orqanına verdiyi xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq nəticəsində dəymiş ziyan tamamilə ödənilmişdir. O, həmin şəxsi bağışlamış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Nümayəndə xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək göstərmişdir ki, polis şöbəsində verdiyi ifadəsini təsdiq edir, səhhətində yaranmış problemə görə məhkəmədə iştirak edə bilməyəcəkdir. İşə onun iştirakı olmadan baxılmasına etiraz etmir. Təqsirləndirilən şəxs bağışlamış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, Qusar rayonu Quxuroba kəndində yaşayır, özünün yük maşını var, həmin maşınla yük daşıyır. Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs onun həmkəndlisidir. xx xxxxxxxx 2020-ci il tarixdə gündüz vaxtı Rəmal ona zəng edərək aparılmalı olan yük olduğunu və Quxuroba kənd orta məktəbinə gəlməsini bildirmiş, o, isə 2-3 saata gələcəyini demişdir. Bundan sonra o, məktəbə getmiş, orada yararsız taxta materialları, o cümlədən 7 ədəd fanerka olmuş, Rəmal məktəbdə mühafizəçi işlədiyini, həmin materialları ona əmək haqqı əvəzinə verdiklərini bildirmişdir. Bundan sonra Rəmal özü tək həmin materialları onun yük maşınına yükləmiş və o, həmin yükü Rəmalın yaşadığı evinə aparmış, bunun müqabilində 5 manat pul almışdır. Həmin vaxt o, həmin materialların oğurluq olduğunu bilməmiş, Rəmal bu barədə ona heç nə deməmişdir. Sonradan bələdiyyədən ona zəng edərək Rəmalın onun apardığı materialları məktəbdən oğurladığını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Quxuroba kənd orta məktəbində gözətçi işləyir, məktəbin giriş-çıxışına nəzarət edir. Rəmal məktəbin gecə gözətçisi işləmişdir. Həmin məktəbin içərisində və çölündə təmir işləri aparılmış və orada tikinti materialları olmuşdur. Sonradan o, eşitmişdir ki, Rəmal tikinti materiallarını oğurlayıb evinə aparmış, daha sonra isə geri qaytarmışdır. Lakin, o, Rəmalın oğurluq etdiyini şəxsən görməmişdir. Şahid5 Azərbaycan Respublikasının CPM-nin 95.6.4-cü maddəsinin tələblərinə uyğun olaraq yaxın qohumuna-yəni əri Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmək hüququndan istifadə edərək məhkəmədə ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2010-cu il tarixdə Rəmalla birlikdə ailə həyatı qurmuş, birgə nigahdan 4 az yaşlı övladları olmuşdur. Rəmal müxtəlif tikinti obyektlərində usta kimi işləyərək öz ailəsini dolandırmışdır. 2017-ci ildə Rəmal, Qusar rayonu Quxur oba kəndində öz ailəsi üçün fərdi yaşayış evi tikmiş, lakin maddi vəziyyəti zəif olduğu üçün evdə tikinti və təmir işlərini tamamilə yekunlaşdıra bilməmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Rəmal, Qusar rayonu Quxur-oba tam orta məktəbində 20-25 gün ərzində malyar ustası kimi işləmişdir. xx.xx.2020-ci il tarixdən etibarən isə tikinti şirkətinin rəhbərliyi Rəmalın gördüyü işdən razı qalıb, sonuncuya məktəbin həyətində və qarşısında olan tikinti materiallarına nəzarəti həyata keçirməyi də həvalə etmiş və buna görə Rəmala hər ay 350 manat əmək haqqı ödəmiş, bundan başqa sonuncuya usta kimi gördüyü işə görə isə əlavə pul ödəmişdir. Rəmal, Quxur-oba tam orta məktəbində həm usta, həm də nəzarətçi kimi işləməyə başladıqdan təxminən 10 gün sonra sonuncu Amirin idarə etdiyi “Qazel” markalı maşınla evə 07 ədəd fanerka gətirmiş və həmin tikinti materiallarını işdə gördüyü işin müqabilində verildiyini bildirmiş, o da inanmışdır. xx.xx.2020-ci il tarixdə o, ailəsi ilə birlikdə evdə olan zaman polis əməkdaşları gəlmiş və həmin vaxt ona məlum olmuşdur ki, Rəmal, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif günlərdə Qusar rayonu Quxur-oba tam orta məktəbində usta və nəzarətçi kimi işlədiyi müddətdə məktəbin həyətində və qarşısında saxlanılan və “Amal +A” MMC-nə məxsus ümumilikdə 47 adda tikinti materiallarını təkbaşına oğurlamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 20 ildir Qusar rayonu Quxur-oba tam orta məktəbində mühafizəçi kimi işləyərək, öz ailəsini dolandırmışdır.Həmin məktəbdə ondan başqa həmkəndlisi Rudik də mühafizəçi kimi hal-hazıradək işləmişdir. O, Rudiklə birlikdə növbə ilə hər gün saat 20:00-dan 08:00 kimi işdə olmuşlar.xx.xx.2020-ci il tarixdə Qusar rayonu Quxur-oba tam orta məktəbi təmirə bağlanmış, məktəbdə təmir işlərini “AMAL +A” MMC həyata keçirməyə başlamış və təmir işlərinə nəzarət “xxxx” MMC-nin mühəndisi Nümayəndə həvalə edilmişdir. Məktəbdə təmir işləri başlandıqdan sonra Ağahüseyn, ona və Rudikə məktəbin həyətində və qarşısında olan tikinti materiallarına da nəzarəti həyata keçirməyi tapşırmış, buna görə hər ay onların hər birinə 50 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdən etibarən isə Ağahüseyn, Rəmalın gördüyü işdən razı qalıb, sonuncuya məktəbin həyətində və qarşısında olan tikinti materiallarına nəzarəti həyata keçirməyi həvalə etmiş, o və Rudikə isə ancaq məktəbin mühafizəsini həyata keçirmək həvalə olunmuşdur. xx.xx.2020-ci il tarixdə o, işdə olan zaman ona məlum olmuşdur ki, Rəmal, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif günlərdə Qusar rayonu Quxur-oba tam orta məktəbində usta və nəzarətçi kimi işlədiyi müddətdə məktəbin həyətində və qarşısında saxlanılan və “Amal +A” MMC-nə məxsus ümumilikdə 47 adda tikinti materiallarını təkbaşına oğurlamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin Samur PB-nin baş əməliyyat müvəkkili X2, mühəndis Nümayəndə iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Volksvagen “Passat” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 3 kisə sement, evinin həyətindən isə müxtəlif adda və sayda tikinti materialları aşkar olunaraq götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/5139 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən müxtəlif təyinatlı 47 adda tikinti materiallarının, 2020-ci ilin sentyabr-noyabr aylarına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 07 ədəd fanerka 133 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 60x60 sm ölçülərdə 12 bağlama (1 bağlamada 4 ədəd) və 2 ədəd “NB Keramik” Metlax 250 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 30x25 sm ölçülərdə 3 bağlama “Stellore” markalı kafel 27,00 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 05 ədəd dəmir list 200 manat, - 2020-ci ildə 1 m2 - 9 manata alınmış və həmin tarixdən istifadə edilməmiş 30 ədəd (7,5 m2) 75x35 sm ölçülərdə ağlay piltəsi 67,50 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 07 ədəd tol 98 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 02 ədəd dam izolyasiya örtüyü 80 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 08 ədəd “Max Led” lampa 160 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 12 ədəd qutu Granit və Mərmər yapışdırıcısı 60 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 01 ədəd qutu “Axima” kafel 10 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş hər biri 25 kq-lıq olan 11 kisə “Extraprof” keramika yapışdırıcısı 55 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 02 ədəd qutu “Geka” elektrod 16 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş hər biri 15 lirtlik olan 05 ədəd qutu “Polistar” emulsiyası 200 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş hər biri 10 lirtlik olan 06 ədəd qutu “İzoLatexe Mətanət” yapışdırıcı mayesi 138 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş hər biri 25 kq-lıq olan 06 ədəd kisə “İzoLatexe eko Mətanət” yapışdırıcı tozu 138 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 16 ədəd “Rulmo”markalı cərəyan mənbələri 40 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 10 ədəd “Rulmo” markalı cərəyan açarları 25 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 03 ədəd “Karaaslan” markalı su krantları 54 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 02 ədəd “Karaaslan” markalı duş krantları 60 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 09 ədəd 18 voltluq led lampa 54 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 20 ədəd hər birinin uzunluğu 4 metr olan 15 mm-lik su şlankları 40 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 01 ədəd 45mm x 90m-lik “Beyteks” markalı bezbant 3 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 02 ədəd 20 voltluq lampa 5 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 01 ədəd “Demiroğlu” tualet su tapançası 5 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 03 ədəd hər biri 300 qramlıq “Fab” silikon 6 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 01 ədəd “Pur” yapışdırıcı toz 6 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 02 ədəd “Technical” yapışdırıcı toz 8 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 19 ədəd “Güven” arko krant 76 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 02 ədəd 50 mm-lik plasmas trap 6 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 02 qutu turba saxlayan (skop) 10 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 03 bağlama 25 mm-lik “Metak” traynik 30 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 01 ədəd “Metak” markalı 100 mm-lik plasmas traynik 3,50 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 01 ədəd “Hilfan” markalı 100 mm-lik plasmas traynik 3,50 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 16 ədəd “Metak” markalı 100 mm-lik plasmas dirsək 40 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 01 ədəd “Metak” markalı 75 mm-lik plasmas traynik 2,50 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 36 ədəd “Metak” markalı 50 mm-lik plasmas dirsək 36 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 29 ədəd elektrik qutusu 14,50 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 02 ədəd “Metak” markalı 50 mm-lik plasmas traynik 2 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 05 ədəd kafelaltı krant 25 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 18 ədəd xamut 14,40 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 25 metrlik dəmir list 75 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 05 ədəd 32 mm-lik vintil 25 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 06 ədəd hər biri 25 kq-lıq olan “Akord” sement 16,80 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 01 qutu dam şurupu 4 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 01 qutu 50 mm-lik “Akifix” markalı şurup 3,50 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 1 bağlama “Hilfan” markalı 25 mm-lik plasmas dirsək 10 manat, - 2020-ci ildə alınmış və həmin tarixdən istifadə edilməmiş 1 bağlama probka dəyəri 2,50 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 9/5139 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, 07 ədəd fanerka, 60x60 sm ölçülərdə 12 bağlama (1 bağlamada 4 ədəd) və 2 ədəd “NB Keramik” Metlax, 30x25 sm ölçülərdə 3 bağlama “Stellore” markalı kafelləri, 05 ədəd dəmir listləri, 30 ədəd (7,5 m2) 75x35 sm ölçülərdə ağlay piltəsini, 07 ədəd tol, 02 ədəd dam izolyasiya örtüyünü, 08 ədəd “Max Led” lampaları, 12 qutu Granit və Mərmər yapışdırıcısını, 01 qutu “Axima” kafelləri, hər biri 25 kq-lıq olan 11 kisə “Extraprof” keramika yapışdırıcısını, 02 qutu “Geka” elektrodu, hər biri 15 litrlik olan 05 qutu “Polistar” emulsiyası, hər biri 10 litrlik olan 06 qutu “İzoLatexe Mətanət” yapışdırıcı mayesini, hər biri 25 kq-lıq olan 06 ədəd kisə “İzoLatexe eko Mətanət” yapışdırıcı tozu, 16 ədəd “Rulmo” markalı cərəyan mənbələri, 10 ədəd “Rulmo” markalı cərəyan açarları, 03 ədəd “Karaaslan” markalı su krantları,02 ədəd “Karaaslan” markalı duş krantları, 09 ədəd 18 voltluq led lampaları, 20 ədəd hər birinin uzunluğu 4 metr olan 15 mm-lik su şlankları, 01 ədəd 45mm x 90mm-lik “Beyteks” markalı bezbantı,02 ədəd 20 voltluq lampaları, 01 ədəd “Demiroğlu” tualet su tapançasını, 03 ədəd hər biri 300 qramlıq “Fab” silikonu, 01 ədəd “Pur” yapışdırıcı tozu,02 ədəd “Technical” yapışdırıcı tozu, 19 ədəd “Güven” arko krantı, 02 ədəd 50 mm-lik plasmas trapı, 02 qutu turba saxlayan (skop), 03 bağlama 25 mm-lik “Metak” trayniki, 01 ədəd “Metak” markalı 100 mm-lik plasmas trayniki, 01 ədəd “Hilfan” markalı 100 mm-lik plasmas trayniki, 16 ədəd “Metak” markalı 100 mm-lik plasmas dirsək, 01 ədəd “Metak” markalı 75 mm-lik plasmas trayniki, 36 ədəd “Metak” markalı 50 mm-lik plasmas dirsək, 29 ədəd elektrik qutusunu, 02 ədəd “Metak” markalı 50 mm-lik plasmas trayniki, 05 ədəd kafelaltı krantı, 18 ədəd xamutu, 25 metrlik dəmir listi,05 ədəd 32 mm-lik vintili, 06 ədəd hər biri 25 kq-lıq olan “Akord” sementi, 01 qutu dam şurupu, 01 qutu 50 mm-lik “Akifix” markalı şurupu, 1 bağlama “Hilfan” markalı 25 mm-lik plasmas dirsək və 1 bağlama probka iş üzrə maddi sübut kimi tanınmış və gündəlik tələbatda istifadə olunduğu üçün “AMAL +A” MMC-nin nümayəndəsi Nümayəndə qaytarılması qərara alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, yuxarıda göstərilən, maddi sübut kimi tanınmış əşyaları Nümayəndə təhvil almış, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 179.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Şahid5 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 307-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs evinə sonuncunun razılığı ilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş əşyaların zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1598/12-20 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin Konsultativ Poliklinika Şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 870 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid5, xx.xx.2011ci il təvəllüdlü qızı Fatimə Ağabəyovadan, xx.xx.2012-ci il təvəllüdlü qızı Dilbər Ağabəyovadan, xx.xx.2014-cü il təvəllüdlü oğlu Abdurahman Ağabəyovdan və xx.xx.2015ci il təvəllüdlü oğlu Muhamməd Ağabəyovdan ibarətdir. İş materiallarında olan AZ-İİ 643955, AZ-İİ 941567, AZ-İİİ 234295 və AZ-İİİ613656 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Fatimə, xx.xx.2012-ci il təvəllüdlü Dilbər, xx.xx.2014-cü il təvəllüdlü Abdurahman və xx.xx.2015-ci il təvəllüdlü Muhamməd adlı dörd azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif günlərdə Qusar rayonu Quxuroba tam orta məktəbində usta və nəzarətçi kimi işlədiyi müddətdə, onun yerinə yetirdiyi işlə əlaqədar olaraq sərbəst giriş hüququna malik məktəbin həyətində saxlanılan və “Amal +A” MMC-nə məxsus ümumilikdə 47 adda əmlakını vahid niyyətlə gizli yolla talamaqla zərər çəkmiş şəxsə cəmi 2338.70 manat maddi ziyan vurmaqla oğurluq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində dörd azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların hər hansı birinin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Əksinə, məhkəmə iclasında müəyyən olundu ki, zərər çəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə aradan qaldırılmış, zərər çəkmiş şəxsin nümayəndəsi həmin şəxslə barışmış, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşaqları vardır, törətdiyi əməlindən səmimi peşman olmuşdur, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq islah işləri cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 07 ədəd fanerka, 60x60 sm ölçülərdə 12 bağlama (1 bağlamada 4 ədəd) və 2 ədəd “NB Keramik” Metlax, 30x25 sm ölçülərdə 3 bağlama “Stellore” markalı kafellər, 05 ədəd dəmir listlər, 30 ədəd (7,5 m2) 75x35 sm ölçülərdə ağlay piltəsi, 07 ədəd tol, 02 ədəd dam izolyasiya örtüyü, 08 ədəd “Max Led” lampalar, 12 qutu Granit və Mərmər yapışdırıcısı, 01 qutu “Axima” kafellər, hər biri 25 kq-lıq olan 11 kisə “Extraprof” keramika yapışdırıcısı, 02 qutu “Geka” elektrodu, hər biri 15 lirtlik olan 05 qutu “Polistar” emulsiyası, hər biri 10 lirtlik olan 06 qutu “İzoLatexe Mətanət” yapışdırıcı mayesi, hər biri 25 kq-lıq olan 06 ədəd kisə “İzoLatexe eko Mətanət” yapışdırıcı tozu, 16 ədəd “Rulmo” markalı cərəyan mənbələri, 10 ədəd “Rulmo” markalı cərəyan açarları, 03 ədəd “Karaaslan” markalı su krantları,02 ədəd “Karaaslan” markalı duş krantları, 09 ədəd 18 voltluq led lampaları, 20 ədəd hər birinin uzunluğu 4 metr olan 15 mm-lik su şlankları, 01 ədəd 45mm x 90mm-lik “Beyteks” markalı bezbantı,02 ədəd 20 voltluq lampalar, 01 ədəd “Demiroğlu” tualet su tapançası, 03 ədəd hər biri 300 qramlıq “Fab” silikonu, 01 ədəd “Pur” yapışdırıcı tozu,02 ədəd “Technical” yapışdırıcı tozu, 19 ədəd “Güven” arko krantı, 02 ədəd 50 mm-lik plasmas trap, 02 qutu turba saxlayan (skop), 03 bağlama 25 mm-lik “Metak” traynik, 01 ədəd “Metak” markalı 100 mm-lik plasmas traynik, 01 ədəd “Hilfan” markalı 100 mm-lik plasmas traynik, 16 ədəd “Metak” markalı 100 mm-lik plasmas dirsək, 01 ədəd “Metak” markalı 75 mm-lik plasmas traynik, 36 ədəd “Metak” markalı 50 mm-lik plasmas dirsək, 29 ədəd elektrik qutusu, 02 ədəd “Metak” markalı 50 mm-lik plasmas traynik, 05 ədəd kafelaltı krant, 18 ədəd xamut, 25 metrlik dəmir list, 05 ədəd 32 mm-lik vintil, 06 ədəd hər biri 25 kq-lıq olan “Akord” sement, 01 qutu dam şurup, 01 qutu 50 mm-lik “Akifix” markalı şurup, 1 bağlama “Hilfan” markalı 25 mm-lik plasmas dirsək və 1 bağlama probkadan ibarət əşyaların zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-17/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-17/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver