Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-17/2022 09.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 07 avqust 1992-ci ildə Cəbrayıl rayonu Mehdili kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.2.2 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 09 oktyabr 2021-ci il tarixdə, saat 15 radələrində Şahid4 idarə etdiyi sonuncunun bacısı Zərərçəkmiş şəxs2 məxsus olan “Vaz 21061” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Şabran şəhəri avtovağzalın yaxınlığında yerləşən parkinqdə saxlanıldığını görüb həmin avtomobilin qapısının kilidli olmamasından istifadə edərək, avtomobilin içərisində olan bar hissədən açarları götürüb avtomobili işə salaraq talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb) Xaçmaz rayonu Ləyər-qışlaq kəndinə sürmüş, orada yanacaq bitdiyindən həmin yerdə atıb getmişdir. Bundan sonra o, təkrarən 09 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayonu Qoçaqlı kəndi ərazisində yerləşən su kanalının ətrafında həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan “Vaz 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olduğunu görərək, avtomobilin qapısı bağlı olduğundan ön sağ qapının şüşəsini daşla sındırmaqla avtomobilə əyləşərək həmin avtomobilin naqilləri vasitəsi ilə avtomobili işə salmış və talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb) həmin avtomobili idarə edərək Qusar rayonu Samur qəsəbəsinə getmişdir. Bundan başqa o, 09.10.2021-ci il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş maruxananı və 01 ədəd metamfetamini qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış, daha sonra Qusar rayonu Samur qəsəbəsinə gəlməklə daşımış, 09.10.2021-ci tarixdə saat 23 radələrində Qusar rayonu Samur qəsəbəsində “Samur” gömrük postunun yaxınlığında Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, o saxlanılmış və PB-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının cibində satış məqsədi olmadan əldə etdiyi, saxladığı və daşıdığı 01 ədəd kibrit qutusunda içərisində ümumi təmiz çəkisi 5,896 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə qurudulmuş maruxana, 01 ədəd gümüşü kağız bükümdə içərisində ümumi təmiz çəkisi 0,450 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 185.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, təxminən 3 il olar ki, narkotik vasitələrdən istifadə edir, əvvəllər Sumqayıt şəhərində narkomaniyadan müalicələr almış, lakin sonradan yenə istifadə etməyə başlamışdır. 09 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhərindən Şabran şəhər avtovağzalına gəlmiş, vağzalın yanında VAZ-21061 markalı avtomobil görmüş, avtomobilə yaxınlaşdıqda qapısının açıq olduğunu görmüş, qapını açıb avtomobilə əyləşmiş, açar salonda bardaçokda olmuş və açarı götürüb avtomobili işə salaraq sürüb Xaçmaz rayonu Ləyər qışlaq kəndinə getmişdir. Oraya çatdıqda avtomobilin yanacağı qurtarmış və o, avtomobili orada qoyub getmişdir. Həmin vaxt onun üzərində bir ədəd kibrit qutusunda qurudulmuş marixuana, bir ədəd kağız bükümdə heroin, bir ədəd isə gümüşü rəngli kağız bükümdə metamfetamin olmuşdur. Heroini və metamfetamini Sumqayıt şəhərində “Orxan” adlı şəxsdən 10 manata almış, marixuananı isə Sumqayıt şəhərində “Skoru” deyilən yerdən tapmışdır. O, heroin və metamfetamindən bir qədər istifadə etmiş və narkotikin təsirindən nə etdiklərindən xəbəri olmamışdır. Həmin gün o, Xaçmaz rayonu ərazisində yolun kənarında VAZ-2106 markalı avtomobil görmüş, həmin avtomobilin qapısı bağlı olmuş, avtomobilin şüşəsini sındıraraq qapını açmış və sürüb Qusar rayonu Samur qəsəbəsinə getmişdir. Həmin avtomobilləri oğurlamaq məqsədi olmamış, yalnız yolda qaldığından getmək istədiyi yerlərə getmək üçün sürüb getmişdir. Bundan sonra, Qusar rayonu Samur qəsəbəsi ərazisində onu polis əməkdaşları saxlamışlar və o, istintaqa cəlb olunmuşdur. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, yalnız onlardan istifadə etmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir, əvvəllər məhkum olunmamış, ilk dəfədir ki, məhkəmə məsuliyyətinə cəlb olunur. Ailəsi Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istinatq zamanı verdiyi ifadəsindən görünür ki, Sumqayıt şəhərində yaşayır, təxminən 4 ildir ki, narkotik vasitədən istifadə edir. Sonuncu dəfə o, 09.10.2021-ci il tarixdə günorta saatlarında Siyəzən şəhərinə tanımadığı taksi sürücüsü ilə gəlmiş, orada maşından düşmüş, daha sonra Qusar rayonu Samur qəsəbəsinə getməklə, Rusiya Federasiyasına keçmək qərarına gəlmişdir. Bundan sonra avtomobili olmadığından Siyəzən şəhərində bir müddət gəzişmiş, yolun kənarında dayanıb tanımadığı taksi sürücüsü ilə Şabran şəhərinə gəlmiş, avtovağzalda avtomobildən düşmüş, avtovağzalın yaxınlığında nömrəsini xatırlmadığı avtomobil görmüş, avtomobilin qapıları kilidli olmadığından qapını açaraq avtomobilə əyləşmiş və “bar” hissəsədən açar tapmış, həmin açarla avtomobili işə salaraq Xaçmaz istiqamətində yola düşmüşdür. Həmin vaxt məqsədi avtomobillə Qusar rayonu Samur qəsəbəsinə getmək olmuş, telefonu söndüyündən vaxtı dəqiq bilməmiş, təxminən saat 18 radələrində Xaçmaz rayonu ərazisində yerləşən su kanalı olan hissədən keçmiş, adını dəqiq bilmədiyi bağ sahələri olan hissədə idarə etdiyi avtomobilin benzini bitmiş, buna görə də avtomobildən düşərək piyada təxminən 3-4 km məsafə getmişdir. Həmin vaxt yolda heç kəs avtomobil saxlamamış, yolun kənarında olan su kanalının üzərindən körpü vasitəsi ilə digər tərəfə keçmiş, orada “Vaz 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüş, həmin avtomobilə yaxınlaşmış, qapıları bağlı olduğundan ön sağ yan qapının nəfəslik şüşəsini yerdən götürdüyü daşla sındırmışdır. Bundan sonra o, avtomobilin açarlarını tapa bilmədiyindən naqilləri kəsərək bir-birinə toxundurmaqla avtomobili işə salmış, təxminən saat 19 radələrində hava qaranlıq vaxtı Qusar rayonu Samur qəsəbəsinə yaxınlaşmış, “Samur” Gömrük postunun yaxınlığında avtomobildən düşmüşdür. Həmin vaxt avtomobilin içərisində olan fənər və digər lazımsız əşyaları görərək, həmin əşyaları zibilləyə atmaq istəmiş, bu vaxt orada adını bilmədiyi marketin yaxınlığında bir nəfər polis əməkdaşı ona yaxınlaşmış “sən burada nə edirsən” deyərək sual vermişdir. Bu vaxt o polis əməkdaşına cavab verərək “zibilləri atıram” demiş, sonra polis əməkdaşı “maşın kimindir” sualına maşının özünə aid olmadığı, tanışına aid olduğunu söyləmişdir. Bu vaxt polis əməkdaşı bölməyə getməyinin zərurliyini söyləmiş, sonra ora digər polislər çağırılmış, onlarla polis bölməsinə getmişdir. Yolda polislərə hər şeyi etiraf etmiş, hadisəni olduğu kimi danışmış, üzərində narkotik vasitə olmasını demişdir. Buna görə saat təxminən 23 radələrində Samur PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış zamanı cibində olan özünə məxsus istifadə etmək üçün saxladığı 1 kibrit qutusunda narkotik vasitə olan marixuana, 1 bükümdə “kakos” deyilən heroini və 1 bükümdə “patı” deyilən metamfetamini müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı polislərə təhvil vermişdir. Belə ki, o, Samur qəsəbəsinə gələrkən yolda heroin və metanfetamindən bir dəfə istifadə etmiş, marixuananı Sumqayıt şəhərində “Skoru” deyilən məhəllədə həmin gün yerdən tapmış, digər metamfetamin və heroini isə adını bildiyi, lakin tanımadığı “Orxan” adlı şəxsdən Sumqayıt şəhərində həmin gün saat 12 radələrində cəmi 10 manata almışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Bahadur oğlu ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin X15 sahə polis nəfəri vəzifəsində işləyir. 09 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Qusar rayonu Samur qəsəbəsinin ərazisində “Samur” gömrük postunun yanında xidmətdə olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli və qeyri-adekvat apardığını görmüş və bu səbəbdən də, mobil telefon vasitəsi ilə Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 zəng edərək bu barədə ona bildirmişdir. Bir qədər keçdikdən sonra Şahid1 şöbənin sürücüsü Rəşadla birlikdə oraya gəlmiş və onlar Fəridə yaxınlaşaraq özlərini təqdim edib orada nə etdiyini soruşmuşlar. Fərid sərhədi keçmək istədiyini bildirmiş, onlar isə sərhədin bağlı olduğunu demişlər, İkraməddin ondan narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuş, Fərid isə narkotikdən istifadə etdiyini etiraf etmiş, həmçinin maşın qaçırdığını bildirmişdir. Bundan sonra onlar X16 aparmışlar, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirmişlər, baxış zamanı Fərid üzərində qurudulmuş marixuana, heroin və metamfetamin olduğunu etiraf edərək həmin narkotik vasitələri təqdim etmişdir. Həmin vaxt Fərid özündə olmamış, narkoloji sərxoşluq vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs üzərində axtarış aparılması barədə protokol tərtib olunmuş, daha sonra isə həmin şəxs istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 şahid Şahid2 Bahadur oğlu ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şabran rayonu ərazisində yerləşən müxtəlif bağlarda fəhlə işləyir, 3 il əvvəl “Vaz-2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili satın alaraq qardaşı Şahid4 istifadəsinə vermişdir. 09.10.2021-ci il tarixdə saat 15 radələrində qardaşı Bəxtiyarın oğlu Vüqarın hərbi xidmətdən gəlməsi ilə əlaqədar bazarlıq etmək üçün Şabran şəhər avtovağzalının yaxınlığına gəlmiş, avtomobili qardaşı Bəxtiyar idarə etmiş, avtomobildən düşərək mağazaya getmiş, qardaşı Bəxtiyar isə tanışları ilə söhbət etmək üçün bərbərxanaya daxil olmuşdur. Təxminən 45 dəqiqə sonra mağazadan çıxaraq avtomobilin olduğu yerə getmiş, həmin vaxt avtomobilin olmamasını və qardaşının orada dayandığını görmüşdür. Bundan sonra Bəxtiyar həmin yerdə qalmış, özü piyada yaşadığı evə getmiş, həmin günün axşamı avtomobilin Fərid adlı şəxs tərəfindən qaçırıldığını, Qusar rayonu Ləyər-qışlaq kəndi ərazisində atılmasını bilmiş, sonradan avtomobili təhvil almış və həmin şəxsə qarşı şikayəti olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə Qusar rayon Notariat Ofisi tərəfindən təsdiqlənmiş 25.01.2022-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, ona dəymiş zərər aradan qaldırılmaqla ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cıza təyin edilməsini xahiş edir. Bundan başqa, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, əlavəsi yoxdur, məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Ona görə də, məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 09 oktyabr 2021ci il tarixdə saat 16 radələrində özünə məxsus olan **-BA-*** dövlət qeydiyyat nişanlı, “Vaz-2106” markalı avtomobillə yaşadığı kənddə yerləşən göl kimi istifadə olunan yerə balıq tutmağa getmiş, həmin vaxt avtomobili yolun kənarında saxlamışdır. Həmin yer kənddən 2-3 km məsafə aralıda yerləşmiş, avtomobilin qapılarını kilidləyib piyada həmin göl olan yerə getmişdir. Olduğu yerlə avtomobilin arasında 300 metr məsafə olsa da, həmin yer yoldan aşağı hissədə yerləşdiyindən avtomobili görə bilməmişdir. Həmin gün orada saat 21 radələrinədək dayanmış, balıq tutmağa çalışmış, lakin balıq tuta bilməyib yenidən avtomobilin yanına gəlmişdir. Avtomobilin yanına gələn zaman avtomobili saxladığı yerdə görməmiş, dərhal bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinin zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş, orada şikayət ərizəsi vermişdir. Bir neçə saatdan sonra avtomobilin Sumqayıt şəhərində yaşayan narkotik vasitələri daşıdığına görə Qusar rayonu ərazisində saxlanılmış, “Fərid” adlı şəxs tərəfindən qaçırılmasını müəyyən etmiş, sonuncu, avtomobilin içərisinə daxil olmaq üçün sağ yan ön qapının nəfəslik şüşəsini daşla sındıraraq qapını açmış, daha sonra isə avtomobili işə salmaq üçün orada naqilləri qıraraq işə salıb avtomobili qaçırmışdır. Sonradan məlum olmuşdur ki, Fərid əvvəl Şabran rayon sakininə məxsus başqa bir avtomobili də qaçırmışdır. Həmin vaxt avtomobilin qaçırılması nəticəsində ona təxminən 120 manat məbləğində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə Qusar rayon Notariat Ofisi tərəfindən təsdiqlənmiş 25.01.2022-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, ona dəymiş zərər aradan qaldırılmaqla ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cıza təyin edilməsini xahiş edir. Bundan başqa, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, əlavəsi yoxdur, məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Ona görə də, məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şabran şəhərində yerləşən FHN-nin Yanğınsöndürmə bölməsinin yerləşdiyi binanın yaxınlığında çayaxanada işləməklə ailəsini dolandırır. 3 il əvvəl bacısı Nuridə “Vaz 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili satına almış, lakin sürcülük vərdişləri olmadığından avtomobili idarə etməsini ona tapşırmışdır. 09.10.2021-ci il tarixdə oğlunun hərbi xidmətdən qayıtması səbəbəbilə bazaralıq etməsi üçün bacısı Nuridə ilə birlikdə Şabran şəhəri avtovağzalının yanına getmiş, avtomobili idarə etmək hüququ olmadan idarə etmiş, saat 15 radələrində avtomobili avtovağzalın yaxınlığında parkinqdə saxlamış, açarları bar hissəyə ataraq qapıları kilidləmədən avtomobildən düşmüşlər. Həmin vaxt Nuridə mağazaya getmiş, o isə tanışı İdrisin işlətdiyi bərbərxanaya getmiş, 30 dəqiqə orada dayandıqdan sonra avtomobili saxladığı yerə qayıtmış, avtomobilin həmin yerdə olmadığını görmüş, bunun üçün dərhal tanışı Şabran RPŞ-nin DYPB-nin əməkdaşı Raminə zəng etmiş sonuncu ona avtomobilin RPŞ-nin duracağına gətirlmədiyini bildirmiş, o, avtombilin qaçırılmasını anladıqdan sonra Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Həmin gün saat 16-17 radələrində avtomobilin qaçırılmasını dəqiqləşdirmiş, həmin gün saat 23 radələrində Ramin adlı əməkdaş ona zəng edərək avtomobilin tapılmasını bildirmişdir. Təxminən 2-3 gün sonra isə bacısı Nuridəyə məxsus olan avtomobil ona qaytarılmışdır. Şahid4 məhkəməyə Qusar rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş 25.01.2022-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, əlavəsi yoxdur, məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Ona görə də, məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2014-cü ildən hal-hazıradək Şabran RPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində çalışır. 09.10.2021-ci il tarixdə, saat 17 radələrində Şabran şəhər sakini Şahid4 telefonla zəng edərək bacısı Zərərçəkmiş şəxs2 məxsus olan “Vaz-2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şabran şəhər avtovağzalının ətrafında saxladığı yerdə olmamasını deyərək, cərimə meydançasında olub-olmaması ilə əlaqədar maraqlanmasını xahiş etmişdir. Həmin vaxt o, Şabran RPŞ-nin əməkdaşlarından bu barədə soruşduqdan sonra Bəxtiyara avtomobilin RPŞ-nin duracağında olmamasını bildirmiş, daha sonra isə sonuncu ona zəng edərək avtomobilinin qaçırılmasını demişdir. Bu məlumatı aldıqdan sonra bu barədə RPŞ-yə məlumat vermiş, avtomobilin Ağalıq kəndindən Xaçmaz istiqamətində getməsini müşahidə kameraları ilə müəyyən etmiş, avtomobilin tapılaraq sahibinə qaytarılması üçün həmin istiqamətdə hərkətə başlamış, Qusar rayonu Ləyər-qışlaq kəndi ərazisində həmin avtomobilin yolun kənarında olmasını görümüş və bu barədə Şabran RPŞ-yə və Bəxtiyara məlumat vermişdir. Həmin vaxt avtomobildə heç bir deformasya uğrayan hissə olmamış, avtomobil sahibinə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 23:58-dən saat 00:20-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X12 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1, Qusar RPŞ-nin Samur PB-nin polis nəfəri Şahid2, Qusar RPŞ-nin KTQ-nin kiçik inspektor kriminalisti X1, Qusar RPŞ-nin Samur PB-nin polis nəfəri Şahid3, müdafiəçi X7 iştirakları ilə, üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinin Samur polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. İstintaq hərəkətinin iştirakçılarına istintaq hərəkəti aparılan zaman “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılacağı və “Samsung” markalı fotoaparatla fotoşəkillər çəkiləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək boz rəngli cins şalvarının sağ yan cibindən 1 kibrit qutusunda içərisində narkotik vasitəyə oxşar kütləni, bundan başqa “Rottmans” siqaret qutusunun içərisində 2 (iki) ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə içərisində narkotik vasitəyə bənzər kütlələr olan özünün dediyinə görə “kakos” və “patı” kimi tanınan kütlələri masanın üzərinə qoyaraq həmin narkotik kütlələri Sumqayıt şəhər sakini “Orxan” adlı şəxsdən 10 manata aldığını, digər 1 kibrit qutusunda olan narkotik vasitəyə bənzər kütləni isə Sumqayıt şəhərində yerdən tapdığını bildirmişdir. Bundan başqa narkotik vasitəyə bənzər olan kütlələr qablaşdırılaraq ekspertiza təyin edilməsindən ötrü maddi sübut kimi götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 10.10.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 00:25-dən saat 00:40-dək Qusar RPŞ-nin PB-nin müvəqqəti saxlama duracağında saxlanılmış “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilə Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X12 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin Samur PB-nin rəisi vəzifəsini müvəqəti icra edən Şahid1, Qusar RPŞ-nin Samur PB-nin polis nəfəri Şahid3 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin avtomobili qaçırmasını bildirərək Xaçmaz rayonu ərazisindən onun sağ ön qapısının nəfəsliyini sındırmaqla içərisinə daxil olub həmin avtomobili idarə edərək Samur qəsəbəsinə gəldiyini etiraf etmişdir. Həmin şəxsin iştirakı ilə avtomobilə baxış zamanı avtomobilin salonundan və digər hissələrindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilin sahibini tanımadığını, sadəcə olaraq həmin maşının yolun kənarında olduğunun görüb Qusar rayon Samur qəsəbəsinə getmək üçün qaçırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09.10.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 21:20-dən saat 21:55-dək VAZ 2106 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə Şabran RPŞ-nin TQ-nin təhqiqatçısı polis polkovnik-leytenantı X4 tərəfindən Şabran RPŞ-nin DYPB-nin YPX-nin baş ispektoru polis baş leytenantı Şahid5, YPX-nin ispektoru polis baş serjantı X5 və Qusar rayon Ləyər-qışlaq kənd sakini X9 iştirakları ilə baxış keçirilmişdir. Həmin tarixdə Şabran şəhərində yerləşən avtovağzalın yaxınlığından, qapıları açıq vəziyyətdə olan VAZ 2106 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil naməlum şəxs tərəfindən qaçırılmış və həmin tarixdə saat 22 radələrində Qusar rayonu Ləyər-qışlaq kəndinin ərazisindən keçən asfalt yolun kənarında sağ tərəfdə aşkar edilmişdir. VAZ 2106 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən hər hansı bir əziyi və yaxud da zədəsi olmadığını, sadəcə olaraq avtomobilin yanacağı qurtardığına görə yol kənarında qoyub getdikləri məlum olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09.10.2021-ci il tarixli “hadisə yerinə baxış keçirmə haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 17:15-dən saat 18:00-dək Şabran şəhər sakini Şahid4 məxsus avtomobilin naməlum şəraitdə qaçırılması faktı əsasında Şabran şəhər avtovağzal yaxınlığında hadisə yerinə RPŞ-nin TQ-nin təhqiqatçısı polis polkovnik-leytenantı İsmayıl Novruzov tərəfindən Şahid4, X10 və X6 iştirakları ilə baxış keçirilmişdir. Həmin tarixdə saat 14:40-da Şahid4 VAZ-2106 markalı avtomobili qapıları açıq vəziyyətdə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yol kənarında qoyaraq mağazaya getmişdir. Geri qayıtdıqda isə avtomobilin yerində olmadığı məlum olmuşdur. Avtomobilin naməlum şəraitdə qaçırıldığı yeri Şahid4 təqdim etdi. Baxış açıq və işıqlı hava şəraitində keçirilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 10 oktyabr 2021-ci il tarixli 6/4505 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs...”sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.450 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0.030 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi- 0.030 qram, tədqiqata sərf olundu - 0.010 qram, qalıq - 0.020 qram. Metamfetaminin təmiz çəkisi – 0.450 qram, tədqiqata sərf olundu – 0.050 qram, qalıq – 0.400 qram. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 10 oktyabr 2021-ci il tarixli 7/1038 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs Nürəddin oğlunun üzərindən...” yazısı və imzası olan 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi – 5.896 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi – 5.896 qram, tədqiqata istifadə olundu - 0.05 qram, qalıq – 5.846 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2021-ci il tarixli 6/4505 saylı və 10 oktyabr 2021-ci il tarixli 7/1038 saylı məktublarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 160.64 (yüz altmış manat altmış dörd qəpik) manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 13.10.2020-ci il tarixli 3931 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 11 oktyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 5.846 qram qurudulmuş marixuana, 0.020 qram heroin və 0.400 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli 170 saylı mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə 12 oktyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla maddi sübut kimi tanınmış 5.846 qram qurudulmuş marixuana, 0.020 qram heroin və 0.400 qram metamfetamin Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 25 noyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizadan sonra qalıq qalmış 5.846 qram marixuana, 0.020 qram heroin və 0.400 qram metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs1 məxsus “Vaz-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 məxsus “Vaz-21061” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmaları nəzərə alınmışdır. Narkotik vasitə olan heroinə dair hissədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi Qusar RPŞ-nin İTB-nə həvalə edilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərinə şəxsi axtarış və baxış videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 02 ədəd DVD kompakt diskə köçürülmüşdür. Həmin 02 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etmə mənbəsi müəyyən edilməsi məqsədi ilə material ayrılaraq Sumqayıt ŞPİ-nə göndərilmişdir. İş materiallarında olan 20 noyabr 2021-ci il tarixli qəbzlərdən görünür ki, “Vaz-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 və “Vaz-21061” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 3993 saylı sorğuya cavabdan görünür ki, ünvan 2 ünvanda yaşayan 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhəri 2 nömrəli poliklinika şöbəsi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli 1402 saylı məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdü, ünvan 4-də yaşayan Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 09 oktyabr 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 11 oktyabr 2021-cu il tarixli qərarından görünür ki, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X11 dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs həmin qərarla müdafiəçisi Tofik Əliyarovun iştirakı ilə tanış olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 15.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 05.11.2021-ci il tarixli 1245 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1963-cü il təvəllüdlü atası Quliyev Nurəddin Davud oğlundan, 1964-cü il təvəllüdlü anası X8 və 1988-ci il təvəllüdlü qardaşı X2 ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər İH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 05.11.2021-ci il tarixli 1245 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda Cəbrayıl rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşıb. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 25.09.2017-ci il tarixdən 29.05.2019-cu il tarixə qədər həmin MMC-də fəhlə işləmişdir. İşlədiyi müddət ərzində ona həvalə edilmiş işləri, tapşırıqları vicdanla və tam məsuliyyətlə yerinə yetirmişdir. Təqsirləndirilən şəxs işçilər arasında hörmət qazanmış, davranışında mədənidir, iş yoldaşları ilə rəftar etməyi bacarır və lazımi hallarda onlara köməklik göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 09 oktyabr 2021-ci il tarixdə, saat 15 radələrində Şahid4 idarə etdiyi sonuncunun bacısı Zərərçəkmiş şəxs2 məxsus olan “Vaz 21061” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Şabran şəhəri avtovağzalın yaxınlığında yerləşən parkinqdə saxlanıldığını görüb həmin avtomobilin qapısının kilidli olmamasından istifadə edərək, avtomobilin içərisində olan bar hissədən açarları götürüb avtomobili işə salaraq talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb) Xaçmaz rayonu Ləyər-qışlaq kəndinə sürməsi, orada yanacaq bitdiyindən həmin yerdə atıb getməsi; bundan sonra təkrarən 09 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayonu Qoçaqlı kəndi ərazisində yerləşən su kanalının ətrafında həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan “Vaz 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olduğunu görərək, avtomobilin qapısı bağlı olduğundan ön sağ qapının şüşəsini daşla sındırmaqla avtomobilə əyləşərək həmin avtomobilin naqilləri vasitəsi ilə avtomobili işə salması və talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb) həmin avtomobili idarə edərək Qusar rayonu Samur qəsəbəsinə getməsi; bundan başqa 09.10.2021-ci il tarixdə Sumqayıt şəhərində istintaqa məlum olmayan mənbədən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş maruxananı, 01 ədəd kağız bükümdə heroini və 01 ədəd metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması, daha sonra Qusar rayonu Samur qəsəbəsinə gəlməklə daşıması, həmin narkotik vasitələrdən yəni heroin və metamfetomindən bir dəfə istifadə etməsi, 09.10.2021-ci tarixdə saat 23 radələrində Qusar rayonu Samur qəsəbəsində “Samur” gömrük postunun yaxınlığında Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılması və PB-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının cibində satış məqsədi olmadan əldə etdiyi, saxladığı və daşıdığı 01 ədəd kibrit qutusunda içərisində ümumi təmiz çəkisi 5,896 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə qurudulmuş maruxana, 01 ədəd gümüşü kağız bükümdə içərisində ümumi təmiz çəkisi 0,450 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülməsi və bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 185.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 185.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 66.2-ci maddəsinə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, məlum hadisələr nəticəsində ailəsi ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşməsini, keçmiş iş yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 185.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 09 oktyabr 2021ci il tarixdən 11 oktyabr 2021-ci il tarixədək 02 (iki) gün faktiki həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən mənzili axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət edilməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş ziyanı tamamilə ödəmiş, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, keçmiş iş yeri üzrə müsbət xarakterizə olunur, əvvəllər məhkum olunmamış, məlum hadisələr nəticəsində ailəsi ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 160,64 (yüz altmış manat altmış dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5.846 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 0,020 qram çəkidə heroin və 0.400 qram çəkidə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Vaz-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 və “Vaz-21061” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 185.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına; CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq 09 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2021-ci il tarixədək 02 (iki) gün faktiki həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən 04 (dörd) gün müddət çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanda yerləşən mənzili axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qediyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5.846 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 0,020 qram çəkidə heroin və 0.400 qram çəkidə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Vaz-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 və “Vaz-21061” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 160,64 (yüz altmış manat altmış dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-17/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-17/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver