Məhkəmə qərarları › İş №1(029)-18/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-18/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-18/2020 26.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçilər: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi3 iştirakları ilə 1.Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Xaçmaz Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 01 il 10 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsinəəsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2005-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 263.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3, 93.1.4 və 67.1-ci maddələrinə əsasən 01 il 08 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrun edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayonu məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərari ilə vaxtından əvvəl şərti azad edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suymqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərari ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 06 ay 18 gün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrun edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 228.4-cü maddələri təqsirli bilinərək CM-nin 66.3, 66.4-cü maddələrinə əsasən06 ay 18 gün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrun edilməklə 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qərarı ilə 07 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx xxxxxx 2019-cu il tarixdə cəza müddəti başa çatdığından azad olunmuş, hazırda məhkumluğu ödənilməmiş, Xaçmaz şəhəri N.Tusi küçəsi ev 4-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri A.Məmmədov küçəsi ev 31-də yaşamış, Qusar rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx xxxxxxxx 2019-cu il tarixdən həbsdə olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, onun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələri ilə, 2.Təqsirləndirilən şəxs3, xx xxxx 2001-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, xx xxx 2019-cu il tarixdə cəriməni tam ödəmiş, məhkumluğu ödənilməmiş, Xaçmaz şəhəri Səməd Vurğun küçəsi ev 49-da qeydiyyatda olmaqla Xaçmaz şəhəri Cahangirov küçəsi ev 17-də yaşamış, Qusar rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx xxxxxx 2019-cu il tarixdən həbsdə olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, onun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələri ilə, 3.Təqsirləndirilən şəxs X13, xx xxxxxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri N.Tusi küçəsi ev 4də qeydiyyatda olan və hazırda Xaçmaz şəhəri Səid Qurbanov küçəsi ev 31-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələriilə təqsirli bilinir ona görə ki, o, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və arvadı X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Qusar rayonu Gican-oba kəndində yerləşən, Zərərçəkmiş şəxs5 məxsus evin həyətində olan, başqa saxlanc yeri sayılan tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan təmiz ət çəkisi 15 kq, orta bazar qiyməti isə 150 manat olan 10 aylıq 1 baş erkək toğlu və təmiz ət çəkisi 27 kq, orta bazar qiyməti isə 250 manat olan 7 illik 1 baş qoyunu, yəni Zərərçəkmiş şəxs5 məxsus, cəmi 400 manat dəyərində 2 baş xırda buynuzlu heyvanı özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 09 radələrində Quba rayonu Kunxırt kəndi ərazisindəki otlaq sahəsində otlayan, həmin kənd sakini Zərərçəkmiş şəxs7 məxsus, təmiz ət çəkisi 35 kq, orta bazar qiyməti isə 365 manat olan 2 illik bir baş qoçu özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və arvadı X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Qusar rayonu Yasab-oba kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus evin həyətində olan, başqa saxlanc yeri sayılan tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus, təmiz ət çəkisi 60 kq, orta bazar qiyməti isə 600 manat olan 6 aylıq bir baş erkək dananı özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və arvadı X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən, X3 məxsus evin həyətində olan, başqa saxlanc yeri sayılan qəhələ qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Ulubəy Qurbalıyevə məxsus, təmiz ət çəkisi 25 kq, orta bazar qiyməti isə 250 manat olan 5 illik bir baş qoyunu özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03:30 radələrində Quba rayonu Qam-Qam kəndində yerləşən, Zərərçəkmiş şəxs8 məxsus, başqa saxlanc yeri sayılan ərzaq mağazasının taxtadan olan divarını təpiklə vurub sındırma yolu ilə qanunsuz içəriyə daxil olaraq oradan Zərərçəkmiş şəxs8 məxsus, hər kiloqramı 13 manat olmaqla 156 manat dəyərində 12 kq keçi əti, hər birinin qiyməti 6 manat olmaqla 36 manat dəyərində 6 ədəd 0,7 litlik “Zalatoy kalço” arağı, 50 manat dəyərində 6 ədəd kənd toyuğu əti, 7 manat dəyərində bir yeşik pomidor, 12 manat dəyərində bir kisə soğan, hər birinin qiyməti 1 manat 30 qəpik olmaqla 9 manat dəyərində 7 qutu “Bakı” siqareti, hər birinin qiyməti 7 manat 30 qəpik olmaqla 95 manat dəyərində 13 kisə ağac kömür, yəni Zərərçəkmiş şəxs8 məxsus cəmi-365 manat dəyərində əmlakı özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, xx xxxxxxxx 2019cu il tarixdə saat 17:10 radələrində Xaçmaz RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Zərərçəkmiş şəxs9 xidməti otağına daxil olaraq əsaslı səbəb olmadan şəxslərin gözü qarşısındaona qarşı nalayiq ifadələr işlədərəközünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əvvəlcə Zərərçəkmiş şəxs9 ünvanına nalayiq söyüşlər söymüş, sonra isə onun qarın nahiyyəsindən dizi ilə bir zərbə vurmuş, daha sonra isə təpik zərbəsi ilə sol çiyin nahiyyəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs9 sol çiyin qurşağı nahiyyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirib qərəzli hərəkətlərini təxminən 10 dəqiqə müddət ərzində davam etdirərək Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşlarının iş rejimini pozub xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Qusar rayonu Hil-oba kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evin həyətində olan, başqa saxlanc yeri sayılan qəhələ qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan təmiz ət çəkisi 40 kq, orta bazar qiyməti isə 450 manat olan 3 illik 1 baş qoç və hər birinin təmiz ət çəkisi 30 kq, orta bazar qiyməti isə 250 manat olan 3 illik 2 baş qoyunu, yəni Zərərçəkmiş şəxs2 məxsus, cəmi 950 manat dəyərində 3 baş xırda buynuzlu heyvanı özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və arvadı X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus olan, başqa saxlanc yeri sayılan tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs4 məxsus, təmiz ət çəkisi 15 kq, orta bazar qiyməti isə 170 manat olan 1 illik 1 baş dişi toğlunu özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinir ona görə ki, o, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus olan, Qusar rayonu Gican-oba kəndində yerləşən evin həyətindəki tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan təmiz ət çəkisi 15 kq, orta bazar qiyməti isə 150 manat olan 10 aylıq 1 baş erkək toğlu və təmiz ət çəkisi 27 kq, orta bazar qiyməti isə 250 manat olan 7 illik 1 baş qoyunu, yəni Zərərçəkmiş şəxs5 məxsus, cəmi 400 manat dəyərində 2 baş xırda buynuzlu heyvanı Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 09 radələrində Quba rayonu Kunxırt kəndi ərazisindəki otlaq sahəsində otlayan, həmin kənd sakini Zərərçəkmiş şəxs7 məxsus, təmiz ət çəkisi 35 kq, orta bazar qiyməti isə 365 manat olan 2 illik bir baş qoçu Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan, Qusar rayonu Yasab-oba kəndində yerləşən evin həyətindəki tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus təmiz ət çəkisi 60 kq, orta bazar qiyməti isə 600 manat olan 6 aylıq bir baş erkək dananı Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ- 21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019cu il tarixdə təxminən saat 03 radələrində X3 məxsus olan, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən evin həyətindəki tövlənin qarşısında olan qəhələ qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Ulubəy Qurbalıyevə məxsus, təmiz ət çəkisi 25 kq, orta bazar qiyməti isə 250 manat olan 5 illik bir baş qoyunu Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 Kostantin oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03:30 radələrində Quba rayonu Qam-Qam kəndində yerləşən, Zərərçəkmiş şəxs8 məxsus, başqa saxlanc yeri sayılan ərzaq mağazasının taxtadan olan divarını təpiklə vurub sındırma yolu ilə qanunsuz içəriyə daxil olaraq oradan Zərərçəkmiş şəxs8 məxsus, hər kiloqramı 13 manat olmaqla 156 manat dəyərində 12 kq keçi əti, hər birinin qiyməti 6 manat olmaqla 36 manat dəyərində 6 ədəd 0,7 litlik “Zalatoy kalço” arağı, 50 manat dəyərində 6 ədəd kənd toyuğu əti, 7 manat dəyərində bir yeşik pomidor, 12 manat dəyərində bir kisə soğan, hər birinin qiyməti 1 manat 30 qəpik olmaqla 9 manat dəyərində 7 qutu “Bakı” siqareti, hər birinin qiyməti 7 manat 30 qəpik olmaqla 95 manat dəyərində 13 kisə ağac kömür, yəni Zərərçəkmiş şəxs8 məxsus cəmi-365 manat dəyərində əmlakı Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir.Bundan başqa o, xx xxxxxxxx 2019-cu il tarixdə saat 08:30 radələrində etibarnamə və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarəetdiyi, Təqsirləndirilən şəxs1 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri H.Əliyev küçəsi-35 ünvanda yerləşən avtoyuma sexi ilə üzbəüz olmaqla Xaçmaz şəhəri H.Təqsirləndirilən şəxs1 küçəsi istiqamətinə nəzərən yolun sağ tərəfində dayanmış, həmin avtoyuma sexinə daxil olmaq məqsədilə arxadan gələn nəqliyyat axınına diqqət yetirməyərək dayandığı yerdən hərəkətə başlayıb avtomobili 5 km/saat sürətlə hərəkətetdirməklə sola dönmə əməliyyatı həyata keçirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək, yəni sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edərək, eləcə də həmin qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni təhlükəsiz manevr aparmaqla və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək, özünə nisbətdə arxa istiqamətdən 40 km/saat sürətlə gələn, X14 idarə etdiyi VAZ 21214 (NİVA) markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxıb, idarə etdiyi avtomobilin sol yan güzgüsünün bərabərliyinə düşən hissəsi ilə arxadan gələn həmin avtomobilin qabaq-sağ hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ 21214 (NİVA) markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs6 sağ bazu sümüyünün qapalı sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər almasına səbəb olmuş və Zərərçəkmiş şəxs6 xəsarət aldığını bildiyi halda Təqsirləndirilən şəxs3 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobili hadisə yerində tərk edərək qəsdən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan, Qusar rayonu Hil-oba kəndində yerləşən evin həyətindəki tövlənin qarşısında olan qəhələ qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan təmiz ət çəkisi 40 kq, orta bazar qiyməti isə 450 manat olan 3 illik 1 baş qoç və hər birinin təmiz ət çəkisi 30 kq, orta bazar qiyməti isə 250 manat olan 3 illik 2 baş qoyunu, yəni Zərərçəkmiş şəxs2 məxsus, cəmi 950 manat dəyərində 3 baş xırda buynuzlu heyvanı Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus olan, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən evin həyətindəki tövlənin qarşısında olan qəhələ qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs4 məxsus, təmiz ət çəkisi 15 kq, orta bazar qiyməti isə 170 manat olan 1 illik 1 baş dişi toğlunu Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. X13 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinir ona görə ki, o, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus olan, Qusar rayonu Gican-oba kəndində yerləşən evin həyətindəki tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan təmiz ət çəkisi 15 kq, orta bazar qiyməti isə 150 manat olan 10 aylıq 1 baş erkək toğlu və təmiz ət çəkisi 27 kq, orta bazar qiyməti isə 250 manat olan 7 illik 1 baş qoyunu, yəni Zərərçəkmiş şəxs5 məxsus, cəmi 400 manat dəyərində 2 baş xırda buynuzlu heyvanı Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan, Qusar rayonu Yasab-oba kəndində yerləşən evin həyətindəki tövləyə qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus təmiz ət çəkisi 60 kq, orta bazar qiyməti isə 600 manat olan 6 aylıq bir baş erkək dananı Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində X3 məxsus olan, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən evin həyətindəki tövlənin qarşısında olan qəhələ qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Ulubəy Qurbalıyevə məxsus, təmiz ət çəkisi 25 kq, orta bazar qiyməti isə 250 manat olan 5 illik bir baş qoyunu Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus olan, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yerləşən evin həyətindəki tövlənin qarşısında olan qəhələ qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs4 məxsus, təmiz ət çəkisi 15 kq, orta bazar qiyməti isə 170 manat olan 1 illik 1 baş dişi toğlunu Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib aparmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət törətdiyiniə görə məhkum olunmuş, sonuncu dəfə isə 2014cü ilin oktyabr ayında cinayət törədərək məhkum olunmuş və xx xxxxxx 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. O, 2019-cu ilin mart ayında Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, sonradan da aralarında səmimi dostluq münasibəti yaranmışdır. Mətləblə o, tanış olduqdan sonra 2019-cu ilin avqust ayında o, oğurluq etmək istəmiş, bu məqsədlə də əvvəlcə Mətləblə görüşüb söhbət etmiş, Mətləb də onunla birlikdə oğurluğa getməyə razılıq vermişdir. 2019-cu ilin avqust ayının sonlarında arvadı Elnarə ilə o, azyaşlı oğlu Əlikramı da özləri ilə götürərək təxminən saat 23 radələrində özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Mətləbin yaşadığı evin qarşısına gedərək onu səsləmiş, Mətləb də evin qarşısına çıxıb onunla görüşmüş, sonra isə o, Mətləb və arvadı Elnarə ilə birlikdə özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətə başlamışlar, yolda o, avtomonbilə bir müştəri də götürmüş və onu gətirib Qusar şəhərində düşürdükdən sonra gecə saat təxminən 03 radələrində Mətləb və arvadı Elnarə ilə birlikdə oğurluq etmək üçün Qusar rayonu Gican-oba kəndinə getmişlər. Həmin kəndin mərkəzinə daxil olub kəndarası yolla bir az getdikdən sonra o, avtomobilini dayandırmış, Elnarə avtomobildə qalmış, Mətləblə o, isə yolun kənarındakı tövləyə daxil olaraq oradan 2 baş xırda buynuzlu heyvanı oğurlayıb çölə çıxararaq idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt onların oğurluq etməsindən Elnarənin xəbəri olmamışdır. Sonra onlar üçü də oradan Xaçmaz şəhərinə getmiş, gecə orada qaldıqdan sonra səhər saatlarında idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə getmişlər. Sumqayıt şəhərinin girişində, yolun kənarındakı qəssabxanaya getmişlər, orada o, avtobilini qəssabxananın qarşısında saxlayaraq Elnarəni göstərib onun xəstəsi olduğunu və özlərinə məxsus 2 baş xırda buynuzlu heyvanı satmaq istədiyini bildirmişdir. O, Elnarənin şəxsiyyət vəsiqəsini qəssaba vermiş, qəssab da özündə qeydiyyat aparmış, sonra isə aralarında olan razılaşma əsasında o, həmin 2 baş xırda buynuzlu heyvanı cəmi 400 manata həmin qəssaba satmış, qoyunları satıb əldə etdiyi 400 manat pulu öz mənafeləri üçün xərcləmişdir. Həmin vaxtdan bir neçə gün sonra, 2019-cu ilin avqust ayının sonlarında Mətləblə o, söhbət edən zaman yenə də oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra isə Mətləb, Elnarə və o, üçü birlikdə onun idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Qam-Qam kəndinə getmişlər. Həmin gün avtomobildə nasazlıq yarandığı üçün gecəni avtomobildə qalmış, səhərisi gün isə təxminən saat 09 radələrində oradan hərəkət edib Kunxırt kəndinə getmişlər. Kunxırt kəndində olan zaman yolun kənarında iki baş qoyun və bir baş erkək olmaqla üç baş xırda buynuzlu heyvanın sahibsiz halda yolun kənarında otladığını görmüşlər. Həmin xırda buynuzlu heyvanlardan birini oğurlamaq istəmiş və o, avtomobilini dayandırmış, Mətləb isə avtomobildən düşərək həmin heyvanlara yaxınlaşaraq bir baş erkəyi tutub onun avtomobilinin yük yerinə qoymuş, sonra isə oradan birbaşa Xaçmaz rayonuna getmiş, daha sonra isə həmin qoçu Sumqayıt şəhərinə aparıb orada satmışlar və əldə etdikləri pulu öz mənafeləri üçün xərcləmişlər. Həmin vaxtdan bir neçə gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 02 radələrində o, Elnarə ilə birlikdə idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Yasab-oba kəndinə getmişlər.Kəndarası yolla bir az getdikdən sonra o, avtomobilini dayandırmış, Elnarə avtomobildə qalmış, Mətləblə o, isə yolun kənarındakı tövləyə daxil olaraq oradan 1 baş dananı oğurlayıb çölə çıxararaq avtomobilin yük yerinə qoymuş, sonra isə oradan Xaçmaz şəhərinə getmiş, gecə orada qaldıqdan sonra səhər saatlarında Mətləblə o, dananı avtomobillə Sumqayıt şəhərinə aparmışlar.Sumqayıt şəhərində Rasim adlı qəssabla görüşərək onunla razılaşdıqdan sonra həmin 1 baş dananı 300 manata Rasimə satmışlar. Həmin vaxtdan təxminən 2-3 gün sonra saat 02 radələrində o, Elnarə ilə birlikdə idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Aşağı İmamqulukənd kəndinə getmişlər. Orada kəndarası yolla bir az getdikdən sonra o, avtomobilini dayandırmış, Elnarə avtomobildə qalmış, o, isə Mətləblə birlikdə yolun kənarındakı tövlənin həyətinə daxil olub oradan 1 baş qoyunu oğurlayıb çölə çıxararaq avtomobilin yük yerinə qoymuşlar.Sonra oradan Xaçmaz şəhərinə getmiş, gecə orada qaldıqdan sonra səhər saatlarında Mətləb, Elnarə və o, özünün idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə getmişlər. Sumqayıt şəhərində o, Rasim adlı qəssabla görüşərək həmin 1 baş qoyunu 190 manata Rasimə satmışdır. Həmin günün səhərisi Mətləb, Elnarə və o, gecə saatlarında onun idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Qam-Qam kəndinə getmişlər.Həmin kənddə bir az avtomobildə gəzdikdən sonra yola yaxın yerdə hər hansı bir tövlə görməmişlər və oradan geri qayıdan zaman yolun kənarında çox hissəsi şüşədən olan mağaza görmüş, həmin mağazaya daxil olub oğurluq etmək istəmişlər. Ona görə də o, avtomobili bir az kənarda saxlamış, sonra isə Mətləblə birlikdə həmin mağazaya yaxınlaşmış, mağazanın taxtadan olan yan hissəsini təpiklə vurub qırdıqdan sonra içəriyə daxil olaraq oradan, kəsilmiş vəziyyətdə olan təxminən 10- 12 kq keçi əti, 6 ədəd 0,7 litrlik “Zalatoy kalzo” arağı, 6 ədəd kənd toyuğu əti, bir yeşik pomidor, bir kisə soğan, 7 qutu “Bakı” siqareti və 13 kisə ağac kömürürü oğurlayaraq avtomobilinə yükləyib çıxıb getmişlər. Səhər açıldıqdan sonra isə o, özünə məxsus olan VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobili Mətləbə verərək aparıb maşını yudurtmasını xahiş etmişdir. Mətləb də onun avtomobilini yumaq üçün aparmışdır. Həmin vaxtdan bir az keçdikdən sonra isə Mətləb mobil telefonla ona zəng edərək avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Buna görə də o, Xaçmaz rayon polis şöbəsinə getmişdir.Polis şöbədə Mətləb onun avtomobilini idarə edən zaman yol hərəkət qaydalarını pozduğu üçün “NİVA” markalı bir avtomobillə toqquşduğunu və həmin “NİVA” markalı avtomobildə olan bir qadının xəsarət aldığını öyrənmişdir. Həmin gündən iki gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində o, avtomobilini Xaçmaz RPŞ-dən təhvil götürmək üçün oraya getmiş, ancaq Xaçmaz RPŞnin DYPB-nin əməkdaşı Zərərçəkmiş şəxs9 işə gec gəldiyi üçün onunla mübahisə etmiş, lakin həmin vaxtı o, Zərərçəkmiş şəxs9 nalayiq söyüşlərlə söyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxtdan 4-5 gün sonra təxminən saat 22 radələrində Mətləblə birlikdə Sumqayıt şəhərində olan zaman onun tanışı Şahid1 ilə görüşmüşlər, sonra isə çay içmək üçün Novxanı qəsəbəsinə getmişlər.Orada Raufun xəbəri olamdan Mətləblə o, Qusar rayonuna gəlib oğurluq etmək barədə razılığa gəlmiş, sonra isə Mətləblə aralarında olan razılaşma əsasında o, telefonla danışmış və telefonla danışdıqdan sonra “Xaçmaz şəhərində yaşayan xalama 50 manat pul verməliyəm, mənimlə gedək ona pul verim, sonra qayıdıb gələk” sözlərini demiş, Raufla Mətləb də ona etiraz etməmişlər. Bundan sonra isə Mətləb, Rauf və o, ona məxsus olan avtomobillə Qusar rayonu istiqamətində hərəkət etmişlər. Qusar şəhərinə daxil olduqdan sonra Avtovağzalda o, əskəri avtomobildən düşürmüş, sonra isə Mətləbə oğurluğa getmək barədə işarə vermiş, həmin vaxt Rauf onlardan nə barədə danışdıqlarını soruşmuş, Mətləb də Raufa oğurluq etməyə gedəcəklərini demiş, ancaq Rauf onlara etiraz etmiş, onlarla birlikdə getmək istəmədiyini bildirmişdir. Bundan sonra Qusar rayonu Hil-oba kəndinə getmişlər, kəndarası yolla hərəkət edən zaman yolun kənarında, kiməsə məxsus olan tövlənin həyətində bir neçə baş xırda buynuzlu heyvan olduğunu görmüşlər. Həmin vaxt o, avtomobili dayandırmış, avtomobili dayandırdıqdan sonra Rauf avtomobildən düşməyəcəyini demiş, Mətləblə o, isə avtomobildən düşərək qəhələ daxil olub oradan 3 baş qoyunu oğurlayıb küçəyə çıxarmışlar və avtomobilin yük yerinə qoymuş, sonra isə Sumqayıt şəhərinə getmişlər. Sumqayıt şəhərinə çatdıqdan sonra Rauf avtomobildən düşüb getmiş, Mətləblə o, özünün kirayədə qaldığı evə getmişlər. Səhər açıldıqdan sonra isə o, qəssab Rasimə zəng edərək iş yerində olub-olmadığını soruşmuş, Rasim də özünə məxsus olan qəssabxanada olduğunu bildirmiş, sonra isə o, Mətləb və Elnarə ilə birlikdə qoyunları onun avtomobili ilə Rasimə satmaq üçün aparmış və Rasimlə görüşərək oğurladıqları 3 baş xırda buynuzlui heyvandan 1 baş erkəyi 220 manata, iki baş qoyunun isə hərəsini 110 manat Rasimə satmışlar. Həmin vaxtdan təxminən 2-3 gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 02 radələrində idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Mətləb və arvadı Elnarəilə birlikdə Qusar rayonu Aşağı İmamqulukənd kəndinə getmişlər. Orada kəndarası yolla bir az getdikdən sonra o, avtomobilini dayandırmış, Elnarə avtomobildə qalmış, o, isə Mətləblə birlikdə yolun kənarındakı tövləyə daxil olub oradan 1 baş qoyunu oğurlayıb çölə çıxararaq avtomobilin yük yerinə qoymuş, sonra isə oradan Xaçmaz şəhərinə getmişlər, gecə orada qaldıqdan sonra səhər saatlarında Mətləb, Elnarə və o, özünün idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə getmişlər. Orada o, tanımadığı bir şəxsə Elnarəni göstərib qoyunun ona məxsus olduğunu bildirmiş və evlərində xəstəsi olduğu üçün qoyunu satdığını demiş, həmin şəxs də qoyuna baxdıqdan sonra onu almağa razılıq vermiş və o, həmin qoyunu 80 manata tanımadığı həmin şəxsə satmış, pulu da öz mənafeləri üçün xərcləmişdir. O, bütün oğurluqlarını Təqsirləndirilən şəxs3 ilə birlikdə etmişdir, arvadı Elnarənin oğurluqlardan xəbəri olmamışdır. Arvadı Elnarənin onlarla birlikdə oğurluqlarda iştirak etməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadəsi istintaqı aparan müstəntiq Etibar Cəbrayılovun təsiri altında verilmişdir. Arvadına qarşı həmin ifadələrini verərkən özünü pis hiss etmişdir. Həmçinin Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı Zərərçəkmiş şəxs9la əlaqədar verdiyi ifadəsi, yəni onu söyməsi və vurması barədə verdiyi ifadəsi müstəmtiq tərəfindən yazılmış, o, həmin ifadəsini oxumadan imza etmişdir. Törətdiyi oğurluq cinayətlərinə görə peşman olmasını, himayəsində bir nəfər azyaşlı uşağı olmasını, ailədə yeganə qazan gətirən olmasını, oğurluq etdikləri zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, həmin zərər çəkmiş şəxslərin, o cümlədən Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı Zərərçəkmiş şəxs9 ondan heç bir şikayəti və tələbi olmamasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təsirli bilib Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət törətdiyiniə görə məhkum olunmuş, sonuncu dəfə isə 2014-cü ilin oktyabr ayında cinayət törədərək məhkum olunmuş və xx xxxxxx 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. O, 2019-cu ilin mart ayında Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, sonradan da aralarında səmimi dostluq münasibəti yaranmışdır. Mətləblə o, tanış olduqdan sonra 2019-cu ilin avqust ayında o, oğurluq etmək istəmiş, bu məqsədlə dəəvvəlcə Mətləblə görüşüb söhbət etmiş, Mətləb də onunla birlikdə oğurluğa getməyə razılıq vermişdir. Bundan sonra isə o, yaşadığı evdə arvadı X13 ilə oğurluq etmək barədə söhbət etmiş, aralarında olan söhbət zamanı da Elnarə onunla birlikdə oğurluq etməyə gedəcəyinə razılıq vermiş, bundan sonra 2019-cu ilin avqust ayının sonlarında Elnarə ilə o, azyaşlı oğlu Əlikramı da özləri ilə götürərək təxminən saat 23 radələrində özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Mətləbin yaşadığı evin qarşısına gedərək onu səsləmiş, Mətləb də evin qarşısına çıxıb onunla görüşmüş, sonra isə o, Mətləb və arvadı Elnarə ilə birlikdə özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətə başlamışlar, yolda o, avtomonbilə bir müştəri də götürmüş və onu gətirib Qusar şəhərində düşürdükdən sonra gecə saat təxminən 03 radələrində Mətləb və arvadı Elnarə ilə birlikdə oğurluq etmək üçün Qusar rayonu Gican-oba kəndinə getmişlər. Həmin kəndin mərkəzinə daxil olub kəndarası yolla bir az getdikdən sonra o, avtomobilini dayandırmış, Elnarə avtomobildə qalmış, Mətləblə o, isə yolun kənarındakı tövləyə daxil olaraq oradan 2 baş xırda buynuzlu heyvanı oğurlayıb çölə çıxararaq idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar, sonra isə oradan Xaçmaz şəhərinə getmişlər, gecə orada qaldıqdan sonra səhər saatlarında idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə getmişlər və Sumqayıt şəhərinin girişində, yolun kənarındakı qəssabxanaya getmişlər, orada o, avtobilini qəssabxananın qarşısında saxlayaraq Elnarəni göstərib onun xəstəsi olduğunu və özlərinə məxsus 2 baş xırda buynuzlu heyvanı satmaq istədiyini bildirmiş, Elnarə də onun dediklərini təsdiq etmiş, sonra isə o, Elnarənin şəxsiyyət vəsiqəsini həmin qəssaba vermiş, qəssab da özündə qeydiyyat aparmış, sonra isə aralarında olan razılaşma əsasında o, həmin 2 baş xırda buynuzlu heyvanı cəmi 400 manata həmin qəssaba satmış, o, da pulu qəssabdan alıb Elnarəyə vermiş, sonra isə o, qəssaba taksi sürücüsü olduğunu deyib ondan əlavə 5 manat pul istəmiş, qəssab da ona 5 manat pul vermiş, daha sonra isə o, qəssabın adının Rasim olduğunu öyrənmiş və onun mobil telefon nömrəsini yazıb götürərək oradan çıxıb getmiş, qoyunların pulundan əldə etdiyi həmin 400 manat pulu öz mənafeləri üçün xərcləmişdir. Həmin vaxtdan bir neçə gün sonra, 2019-cu ilin avqust ayının sonlarında Mətləblə o, söhbət edən zaman yenə də oğurluq etmək qərarına gəlmişlər, ancaq bu barədə Elnarəyə heç nə deməməyi, ona istirahət üçün gedəcəklərini deməyi məsləhət etmişlər. Bundan sonra isə Mətləb, Elnarə və o, üçü birlikdə onun idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Qam-Qam kəndinə getmişlər, həmin gün avtomobildə nasazlıq yarandığı üçün gecəni avtomobildə qalmışlar, səhərisi gün isə təxminən saat 09 radələrində oradan hərəkət edib Kunxırt kəndinə getmişlər. Kunxırt kəndində olan zaman yolun kənarında iki baş qoyun və bir baş erkək olmaqla üç baş xırda buynuzlu heyvanın sahibsiz halda yolun kənarında otladığını görmüşlər, onlardan birini oğurlamaq istəmişlər və o, avtomobilini dayandırmış, Mətləb isə avtomobildən düşərək həmin heyvanlara yaxınlaşaraq bir baş erkəyi tutub onun avtomobilinin yük yerinə qoymuş, sonra isə oradan birbaşa Xaçmaz rayonuna getmişlər, daha sonra isə həmin qoçu Sumqayıt şəhərinə aparıb orada satmışlar və əldə etdikləri pulu öz mənafeləri üçün xərcləmişlər. Həmin vaxtdan bir neçə gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 01 radələrində o, yaşadıqları evdə arvadı X13 ilə oğurluq etmək barədə söhbət etmiş, aralarında olan söhbət zamanı Elnarə onunla birlikdə oğurluq etməyə gedəcəyini demiş və bundan sonra o, Elnarə ilə birlikdə təxminən saat 02 radələrində idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Mətləbin yaşadığı evin qarşısına gedərək onu səsləmiş, Mətləb də evdən çölə çıxıb onunla görüşdükdən sonra oğurluq etmək istəmələri barədə ona bildirmiş, Mətləb də ona etiraz etməmişdir. Daha sonra isə o, Mətləb və arvadı Elnarəilə birlikdə özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Yasab-oba kəndinə getmiş, kəndarası yolla bir az getdikdən sonra o, avtomobilini dayandırmış, Elnarə avtomobildə qalmış, Mətləblə o, isə yolun kənarındakı tövləyə daxil olaraq oradan 1 baş dananı oğurlayıb çölə çıxararaq avtomobilin yük yerinə qoymuş, sonra isə oradan Xaçmaz şəhərinə getmişlər, gecə orada qaldıqdan sonra səhər saatlarında Mətləblə o, dananı avtomobillə Sumqayıt şəhərinə aparmışlar, orada Rasim adlı qəssabla görüşərək onunla razılaşdıqdan sonra həmin 1 baş dananı 300 manata Rasimə satmışlar, sonra isə o, Rasimdən taksi sürücüsü kimi ona əlavə olaraq 20 manat pul verməsini xahiş etmiş, Rasim də ona əlavə 20 manat pul vermiş, sonra isə oradan çıxıb getmişlər. Həmin vaxtdan təxminən 2-3 gün sonra saat 01 radələrində o, yaşadıqları evdə arvadı X13 ilə oğurluq etmək barədə söhbət etmiş, aralarında olan söhbət zamanı da Elnarə onunla birlikdə oğurluq etməyə gedəcəyini demiş və bundan sonra o, Elnarə ilə birlikdə təxminən saat 02 radələrində idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Mətləbin yaşadığı evin qarşısına gedərək onu səsləmiş, Mətləb də evdən çölə çıxıb onunla görüşdükdən sonra oğurluq etmək istəmələri barədə ona bildirmiş, Mətləb də ona etiraz etməmişdir. Daha sonra isə o, Mətləb və arvadı Elnarəilə birlikdə özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Aşağı İmamqulukənd kəndinə getmişlər. Orada kəndarası yolla bir az getdikdən sonra o, avtomobilini dayandırmış, Elnarə avtomobildə qalmış, o, isə Mətləblə birlikdə yolun kənarındakı tövlənin həyətinə daxil olub oradan 1 baş qoyunu oğurlayıb çölə çıxararaq avtomobilin yük yerinə qoymuş, sonra isə oradan Xaçmaz şəhərinə getmişlər, gecə orada qaldıqdan sonra səhər saatlarında Mətləb, Elnarə və o, özünün idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə getmişlər, orada o, Rasim adlı qəssabla görüşərək həmin 1 baş qoyunu 190 manata Rasimə satmış, sonra isə ondan yol haqqı kimi əlavə olaraq 5 manat pul almış və oradan çıxıb getmişlər. Həmin günün səhərisi Mətləblə görüşüb söhbət edən zaman Quba rayonun hansısa kəndinə gedib oğurluq etmək qərarına gəlmiş, ancaq bu barədə arvadı Elnarəyə heç nə deməməyi məsləhət etmişlər. Bundan sonra isə üçü də gecə saatlarında onun idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Qam-Qam kəndinə getmişlər, həmin kənddə bir az avtomobildə gəzdikdən sonra yola yaxın yerdə hər hansı bir tövlə görməmişlər və oradan geri qayıdan zaman yolun kənarında çox hissəsi şüşədən olan mağaza görmüşlər, ora daxil olub oğurluq etmək istəmişlər. Ona görə də o, avtomobili bir az kənarda saxlamış, sonra isə Mətləblə birlikdə həmin mağazaya yaxınlaşmış, mağazanın taxtadan olan yan hissəsini təpiklə vurub qırdıqdan sonra içəriyə daxil olaraq oradan, kəsilmiş vəziyyətdə olan təxminən 10- 12 kq keçi əti, 6 ədəd 0,7 litrlik “Zalatoy kalzo” arağı, 6 ədəd kənd toyuğu əti, bir yeşik pomidor, bir kisə soğan, 7 qutu “Bakı” siqareti və 13 kisə ağac kömürürü oğurlayaraq onun avtomobilinə yükləyib çıxıb getmişlər. Səhər açıldıqdan sonra isə o, özünə məxsus olan VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobili Mətləbə verərək aparıb onu yudurtmasını xahiş etmiş, Mətləb də onun avtomobilini avtomobil yuma sexinə aparmışdır. Həmin vaxtdan bir az keçdikdən sonra isə Mətləb mobil telefonla ona zəng edərək avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini bildirmiş, o, da Xaçmaz rayon polis şöbəsinə getmiş, orada Mətləb onun avtomobilini idarə edən zaman yol hərəkət qaydalarını pozduğu üçün “NİVA” markalı bir avtomobillə toqquşduğunu və həmin “NİVA” markalı avtomobildə olan bir qadının xəsarət aldığını öyrənmişdir. Həmin gündən iki gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində o, avtomobilini Xaçmaz RPŞ-dən təhvil götürmək üçün oraya getmiş, ancaq Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşı Zərərçəkmiş şəxs9 işə gec gəldiyi üçün onunla mübahisə etmiş və həmin vaxt o, Zərərçəkmiş şəxs9 nalayiq söyüşlərlə söymüş, sonra isə oradan çıxıb getmiş, ancaq onu vurmamışdır. Həmin vaxtdan 4-5 gün sonra təxminən saat 22 radələrində Mətləblə birlikdə Sumqayıt şəhərində olan zaman onun tanışı Şahid1 ilə görüşmüşlər, sonra isə çay içmək üçün Novxanı qəsəbəsinə getmişlər, orada Raufun xəbəri olamdan Mətləblə o, Qusar rayonuna gəlib oğurluq etmək barədə razılığa gəlmiş, sonra isə Mətləblə aralarında olan razılaşma əsasında o, telefonla danışmış və telefonla danışdıqdan sonra “Xaçmaz şəhərində yaşayan xalama 50 manat pul verməliyəm, mənimlə gedək ona pul verim, sonra qayıdıb gələk” sözlərini demiş, Raufla Mətləb də ona etiraz etməmişdir. Bundan sonra isə Mətləb, Rauf və o, ona məxsus olan avtomobillə Qusar rayonu istiqamətində hərəkət etmişlər, yolda o, avtomobilə yolun kənarında dayanmış bir əskəri də mindirmiş və birbaşa Qusar şəhərinə gəlmişdir. Qusar şəhərinə daxil olduqdan sonra Avtovağzalda o, əskəri avtomobildən düşürmüş, sonra isə Mətləbə oğurluğa getmk barədə işarə vermiş, həmin vaxt Rauf onlardan nə barədə danışdıqlarını soruşmuş, Mətləb də Raufa oğurluq etməyə gedəcəklərini demiş, ancaq Rauf onlara etiraz etmiş, onlarla birlikdə getmək istəmədiyini bildirmişdir. Bundan sonra Qusar rayonu Hil-oba kəndinə getmişlər, kəndarası yolla hərəkət edən zaman yolun kənarında, kiməsə məxsus olan tövlənin həyətində bir neçə baş xırda buynuzlu heyvan olduğunu görmüşlər, həmin vaxtda o, avtomobili dayandırmış, avtomobili dayandırdıqdan sonra Rauf avtomobildən düşməyəcəyini demiş, Mətləblə o, isə avtomobildən düşərək qəhələ daxil olub oradan 3 baş qoyunu oğurlayıb küçəyə çıxarmışlar və avtomobilin yük yerinə qoymuşlar, sonra isə Sumqayıt şəhərinə getmişlər. Sumqayıt şəhərinə çatdıqdan sonra Rauf avtomobildən düşüb getmiş, Mətləblə o, özünü kirayələdiyi evə getmişlər, səhər açıldıqdan sonra isə o, qəssab Rasimə zəng edərək iş yerində olub-olmadığını soruşmuş, Rasim də özünə məxsus olan qəssabxanada olduğunu bildirmiş, sonra isə Mətləblə Elnarə qoyunları onun avtomobili ilə Rasimə satmaq üçün getmişlər və Rasimlə görüşərək oğurladıqları 3 baş xırda buynuzlui heyvandan 1 baş erkəyi 220 manata, iki baş qoyunun isə hərəsini 110 manat Rasimə sataraq qayıdıb gəlmişlər. Həmin vaxtdan təxminən 2-3 gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə saat 23 radələrindən sonra o, Xaçmaz şəhərində yerləşən evində olan zaman arvadı Elnarə ilə oğurluq etmək barədə razılığa gəlmiş, aralarında olan söhbət zamanı Elnarə onunla birlikdə oğurluq etməyə gedəcəyini demiş və bundan sonra o, Elnarə ilə birlikdə təxminən saat 02 radələrində idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Mətləbin yaşadığı evin qarşısına gedərək onu səsləmiş, Mətləb də evdən çölə çıxıb onunla görüşdükdən sonra oğurluq etmək istəmələri barədə ona bildirmiş, Mətləb də ona etiraz etməmişdir. Daha sonra isə o, Mətləb və arvadı Elnarəilə birlikdə özünün idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Aşağı İmamqulukənd kəndinə getmişlər. Orada kəndarası yolla bir az getdikdən sonra o, avtomobilini dayandırmış, Elnarə avtomobildə qalmış, o, isə Mətləblə birlikdə yolun kənarındakı tövləyə daxil olub oradan 1 baş qoyunu oğurlayıb çölə çıxararaq avtomobilin yük yerinə qoymuş, sonra isə oradan Xaçmaz şəhərinə getmişlər, gecə orada qaldıqdan sonra səhər saatlarında Mətləb, Elnarə və o, özünün idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə getmişlər. Orada o, tanımadığı bir şəxsə Elnarəni göstərib qoyunun ona məxsus olduğunu bildirmiş və evlərində xəstəsi olduğu üçün qoyunu satdığını demiş, həmin şəxs də qoyuna baxdıqdan sonra onu almağa razılıq vermiş və o, həmin qoyunu 80 manata tanımadığı həmin şəxsə satmış, pulu da öz mənafeləri üçün xərcləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2019-cu ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, sonradan da aralarında səmimi dostluq münasibəti yaranmışdır. 2019-cu ilin avqust ayının sonlarında təxminən saat 23 radələrindən sonra o, Xaçmaz şəhərində olan zaman Zaur mobil telefonla ona zəng edərək ondan yaşadığı evin qarşısına çıxmasını xahiş etmiş, o, da öz yaşadığı evin qarşısına çıxmışdır. Həmin vaxt Zaur Xaçmaz şəhərindən Qusar rayonuna taksi kimi müştəri gətirdiyini, onun da avtomobildə onunla birlikdə gedib-gəlməsini xahiş etmiş, o, da Zaura etiraz etməmişdir. O, avtomobilə əyləşən zaman Zaurun arvadı X5 avtomobildə olduğunu görmüş, sonra isə Zaurun idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhərinə gəlmişlər. Orada Zaur müştərini avtomobildən düşürdükdən sonra ona kəndlərin birinə gedib oğurluq etməyi təklif etmiş, o, da etiraz etməmişdir. Bundan sonra gecə təxminən saat 03 radələrində Zaur, onun arvadı Elnarə və o, Qusar rayonu Gican-oba kəndinə getmiş, orada kəndarası yolla bir az getdikdən sonra Zaur avtomobilini dayandırmış, Elnarə avtomobildə qalmış, Zaurla o, isə yolun kənarındakı tövləyə daxil olaraq oradan 2 baş xırda buynuzlu heyvanı oğurlayıb çölə çıxararaq Zaurun avtomobilinin yük yerinə qoymuşlar.Sonra oradan Xaçmaz şəhərinə getmiş, gecə orada qaldıqdan sonra səhər saatlarında Zaurun avtomobili ilə Sumqayıt şəhərinə getmiş və orada Zaur oğurladıqları 2 baş xırda buynuzlu heyvanı bir qəssaba satmışdır. Həmin vaxtdan bir neçə gün sonra, 2019-cu ilin avqust ayının sonlarında o, Zaurgilə gedərək onunla görüşmüş, pulu olmadığı üçün onunla oğurluq etmək barədə razılığa gəlmiş, ancaq bu barədə Elnarəyə heç nə deməmiş, ona gəzmək üçün Quba rayonuna getmək istədiklərini bildirmişlər. Bundan sonra üçü də Zaurun idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Qam-Qam kəndinə getmişlər.Həmin gün avtomobildə nasazlıq yarandığı üçün gecəni avtomobildə qalmış, səhərisi gün isə təxminən saat 09 radələrində oradan hərəkət edib Kunxırt kəndinə getmişlər.Həmin vaxt yolun kənarında iki baş qoyun və bir baş erkək olmaqla üç baş xırda buynuzlu heyvanın sahibsiz halda yolun kənarında otladığını görmüşlər. Həmin heyvanlardan bir başını oğurlamaq istəmiş, ona görə də Zaur avtomobilini dayandırmış, o, isə avtomobildən düşərək həmin heyvanlara yaxınlaşmış və bir baş erkəyi tutub Zaurun avtomobilinin yük yerinə qoymuş, sonra isə oradan birbaşa Xaçmaz rayonuna getmiş, sonra isə həmin qoçu Sumqayıt şəhərinə aparıb orada satmışlar. Həmin vaxtdan bir neçə gün sonra, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 01 radələrində o, Xaçmaz şəhərində evində olan zaman Zaur özünə məxsus olan ***-***- **-** nömrəli mobil telefonla ona zəng edərək Qusar rayonuna gedib nəsə oğurlamaq istədiyini bildirmiş, o, da Zaura etiraz etməmiş və onun avtomobilinə minmiş, həmin vaxt Elnarənin də avtomobilin arxa oturacağında olduğunu görmüşdür. Onlar Qusar rayonu Yasab-oba kəndinə getmiş, kəndarası yolla hərəkət edən zaman yolun kənarında, kiməsə məxsus olan tövlənin həyətində bir neçə baş inək olduğunu görmüş, həmin inəklərdən birini oğurlamaq istəmişlər.Bu məqsədlə Zaur avtomobilini dayandırmış, aralarında olan razılaşma əsasında o, sükan arxasına keçərək gözləmiş, Zaur isə tövləyə daxil olaraq oradan bir başa dananı çıxarıb çölə gətirmiş, o, da avtomobildən düşüb Zaura kömək edərək dananı avtomobilin yük yerinə qoymuş, sonra isə dananı Zaurun yaşadığı evin həyətinə aparmışlar. Bundan sonra isə o, öz yaşadığı evə getmiş, səhərisi gün isə Zaur ona zəng edərək Sumqayıt şəhərinə gedib dananı satmaq lazım olduğunu demişdir.O, Zaura etiraz etməmiş, sonra isə Zaur, Elnarə və o, dananı Zaurun avtomobili ilə Sumqayıt şəhərinə aparmış, orada Zaur hanısa qəssaba zəng edib dana satmaq istəməsi barədə ona bildirmiş, sonra isə Elnarə ilə o, əvvəl oğurladıqları 2 baş xırda buynuzlu heyvanı satdıqları qəssaba dananı 300 manata qəssaba satmış, sonra isə oradan çıxıb getmişlər. Həmin vaxtdan təxminən 2-3 gün sonra saat 01 radələrində o, yaşadığı evdə olan zaman Zaur yenə də mobil telefonla ona zəng edərək Qusar rayonuna gedib nəsə oğurlamaq istədiyini demiş, o, da Zaura etiraz etməmişdir. O, Zaurun avtomobilinə əyləşmiş, həmin vaxt Elnarənin də avtomobilin arxa oturacağında olduğunu görmüşdür. Sonra üçü birlikdə Qusar rayonu Aşağı İmamqulukənd kəndinə getmiş, kəndarası yolla hərəkət edən zaman yolun kənarında, kiməsə məxsus olan tövlənin həyətində bir neçə baş xırda buynuzlu heyvan olduğunu görmüşlər.Həmin vaxt onlardan bir neçəsini oğurlamaq istəmişlər, ona görə də Zaur avtomobilini dayandırmış, sonra isə Zaurla o, avtomobildən düşmüşlər, aralarında olan razılaşma əsasında o, avtomobilin yanında gözləmiş, Zaur isə qəhələ daxil olaraq oradan bir qoyunu oğurlayıb küçəyə çıxarmış, sonra isə həmin qoyunu avtomobilin yük yerinə qoymuş və həmin qoyunu Zaurun yaşadığı evin həyətinə aparmışlar. Bundan sonra isə o, öz yaşadığı evə getmiş, səhərisi gün isə Zaur ona zəng edərək Sumqayıt şəhərinə gedib qoyunu satmaq lazım olduğunu demiş, o, da Zaura etiraz etməmiş, daha sonra isə o, Zaur və Elnarə ilə birlikdə qoyunu Zaurun avtomobili ilə Sumqayıt şəhərinə aparmış, orada Zaur həmin qoyunu qəssaba satmışdır. Həmin günün səhərisi Zaurla görüşüb söhbət edən zaman ikisi birlikdə Quba rayonun hansısa kəndinə gedib oğurluq etmək qərarına gəlmişlər, ancaq Zaur bu barədə Elnarəyə heç nə deməməyi məsləhət etmiş, o, da Zaurla razılaşmışdır. Bundan sonra isə Zaur, Elnarə və o gecə saatlarında Zaurun idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Qam-Qam kəndinə getmişlər.Həmin kənddə bir az avtomobildə gəzdikdən sonra yola yaxın yerdə hər hansı bir tövlə görməmişlər və oradan geri qayıdan zaman yolun kənarında çox hissəsi şüşədən olan mağaza görmüş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Ona görə də avtomobili bir az kənarda saxlayıb həmin mağazaya yaxınlaşmışlar, mağazanın taxtadan olan yan hissəsini təpiklə vurub qırdıqdan sonra içəriyə daxil olaraq oradan, kəsilmiş vəziyyətdə olan təxminən 10-12 kq keçi əti, 6 ədəd 0,7 litlik “Zalatoy kalço” arağı, 6 ədəd kənd toyuğu əti, bir yeşik pomidor, bir kisə soğan, 7 qutu “Bakı” siqareti və 13 kisə ağac kömürürü oğurlayaraq Zaurun avtomobilinə yükləyib çıxıb getmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə Zaur özünə məxsus olan avtomobili ona verərək aparıb yudurtmasını xahiş etmiş, o, da saat 08:30 radələrində avtomobili idarə edərək Xaçmaz şəhəri H.Əliyev prospektinə gəlmişdir. Həmin prospektdə yerləşən avtoyuma məntəqəsinə gəlmişdir. O, yolda sola dönmək istəyəndə arxadan gələn ağ rəngli “VAZ 21214” (NİVA) markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən idarə etdiyi avtomobil yoldan çıxaraq avtoyumanın qarşısındakı səkiyə qalxmışdır. O, avtomaşından düşüb hadisə nəticəsində heç kimin xəsarət almadığını düşünüb hadisə yerindən getmişdir. Həmin vaxdan 4-5 gün keçdikdən sonra təxminən saat 22 radələrində Sumqayıt şəhərində Zaurla birlikdə olan zaman onun tanışı Şahid1 ilə görüşmüş, sonra isə çay içmək üçün Novxanı qəsəbəsinə getmişlər.Orada Raufun xəbəri olamdan Zaurla o, Qusar rayonuna gəlib oğurluq etmək barədə razılığa gəlmişlər. Sonra isə Zaur kiminləsə telefonla danışmış və telefonla danışdıqdan sonra “Xaçmaz şəhərində yaşayan xalama 50 manat pul verməliyəm, mənimlə gedək ona pul verim, sonra qayıdıb gələk” sözlərini demiş, Raufla o, da Zaura etiraz etməmişlər. Daha sonra isə Zaur, Rauf və o, Zaura məxsus olan avtomobillə Qusar rayonu istiqamətində hərəkət etmişlər.Qusar şəhərinə çatanda Zaur oğurluğa getmk barədə ona işarə vermiş, Rauf onlardan nə barədə danışdıqlarını soruşmuş, o, da Raufa oğurluq etmək istədiklərini demiş, ancaq Rauf onlarla getmək istəmədiyini demişdir. Zaurla o, Raufa onlarla birlikdə getməyi, ancaq avtomobildən düşməməyi bildirmiş, Rauf da onlara heç nə deməmişdir. Bundan sonra onlar Qusar rayonu Hil-oba kəndinə getmiş, kəndarası yolla hərəkət edən zaman yolun kənarında, kiməsə məxsus olan tövlənin həyətində bir neçə baş xırda buynuzlu heyvan olduğunu görmüş, onlardan bir neçəsini oğurlamaq istəmişlər. Bu məqsədlə Zaur avtomobilini dayandırmış, sonra isə o, Zaurla birlikdə avtyomobildən düşmüş, o, avtomobilin yanında qalmış, Zaur isə qəhələ daxil olaraq oradan 3 baş qoyunu oğurlayıb küçəyə çıxarmış və ikisi birlikdə qoyunları avtomobilin yük yerinə qoymuşlar. Sonra Sumqayıt şəhərinə getmiş, orada Rauf avtomobildən düşüb getmişdir.Səhərisi güno, Zaur və Elnarə qoyunları Zaurun avtomobili ilə əvvəl qoyun satdıqları qəssabxanın qarşısına aparmışlar, orada da Zaur qoyunları qəssaba satmışdır. Həmin vaxtdan bir gün sonra saat 01 radələrində o, evdə olan zaman Zaur özünə məxsus olan telefonla ona zəng edərək Qusar rayonuna gedib nəsə oğurlamaq istədiyini bildirmiş, o, da Zaura etiraz etməmiş və onun avtomobilinə əyləşmiş, həmin vaxt Zaurun arvadı Elnarənin də avtomobilin arxa oturacağında oturduğunu görmüşdür. Daha sonra isə üçü birlikdə Qusar rayonu Aşağı İmamqulukənd kəndinə getmiş, kəndarası yolla hərəkət edən zaman yolun kənarında, kiməsə məxsus olan tövlənin həyətində bir neçə baş xırda buynuzlu heyvan görmüş, onlardan bir neçəsini oğurlamaq istəmişlər.Bu məqsədlə də Zaur avtomobilini dayandırmış, o, avtomobilin yanında gözləmiş, Zaur isə tövləyə daxil olaraq oradan bir qoyun oğurlamaq istəmiş, həmin vaxt qəhəldə olan qoyunların hamısı küçəyə çıxıb hərəsi bir tərəf qaçmış, ancaq Zaur onlardan bir baş qoyunu tutaraq avtomobilin yük yerinə qoymuş, sonra isə həmin qoyunu Zaurun yaşadığı evin həyətinə aparmışlar. Səhərisi gün Zaur ona zəng edərək Sumqayıt şəhərinə gedib qoyunu satmaq lazım olduğunu demiş, o, da Zaura etiraz etməmiş, həmin qoyunu Zaurun avtomobili ilə Sumqayıt şəhərinə apararaq orada bir qəssaba satmışlar. O, bütün oğurluqlarını Təqsirləndirilən şəxs1 ilə birlikdə etmişdir, Zaurun arvadı Elnarə onlarla birlikdə oğurluqlarda iştirak etməşidir. Lakin Elnarə bir neçə oğurluq epizodlarında onlarla maşında olmuş, oğurladıqları malların satması üçün onlarla Sumqayıt şəhərinə getmişdir. Törətdiyi cinayətlərinə görə peşman olmasını, oğurluq epizodları üzrə zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, həmin zərər çəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi olmamasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələriilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əriz Təqsirləndirilən şəxs1 və onun tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə heç bir oğurluq cinayətləri törətməmişdir, ibtidai istintaq zamanı verdiyi ifadələr müstəntiqin təsiri altında yazılmış və həmin ifadələri məcbur olduğundan imza etmişdir. Buna görə də onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs X5 məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təsirli bilərək ifadələrində göstərmişdir ki, o, 2013-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuş və birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Birgə yaşadıqları müddət ərzində o, Zaurun cinayət törətdiyiniə görə bir neçə dəfə məhkum olunduğunu öyrənmiş, 2014-cü ilin oktyabr ayında isə Zaur yenidən cinayət törədərək məhkum olunmuş, xx xxxxxx 2018-ci il tarixdə isə Zaur cəzaçəkmə müəssisəsindən azad olunmuş və həmin vaxtdan sonra heç bir işlə məşul olmamışdır. 2019-cu ilin təxminən mart ayında da Zaur Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs3 ilə tanış olaraq onunla dostluq etməyə başlamış, belə ki, Mətləb mütəmadi olaraq onların evinə gəlib getmişdir. 2019-cu ilin avqust ayının sonlarında təxminən saat 23 radələrindən yaşadıqları evdə olan zaman Zaur Mətləblə oğurluq etmək barədə qərarə gəldiyini, Qusar rayonu ərazisinə gedib oğurluq etmək istədiyini ona bildirmiş, ona da onlarla birlikdə oğurluq etməyə getməsini təklif etmiş, o, da Zaura etiraz etməmişdir. Bundan sonra o, azyaşlı oğlu Əlikramı da özü ilə götürüb Zaurun idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, sonra isə Zaurla birlikdə Mətləbin yaşadığı evin qarşısına getmişlər, orada Zaur Mətləbi səsləmiş, Mətləb də evdən çölə çıxaraq Zaurla görüşmüş, sonra isə gəlib avtomobildə əyləşmiş, bundan sonra oğurluq etmək üçün Qusar rayonu Gican-oba kəndinə getmişlər, orada kəndarası yolla bir az getdikdən sonra Zaur avtomobilini dayandırmış, o, avtomobildə qalmış, Zaurla Mətləb isə avtomobildən düşərək yolun kənarındakı tövləyə daxil olmuşlar, oradan iki baş xırda buynuzlu heyvanı oğurlayıb çölə çıxararaq Zaurun avtomobilinin yük yerinə qoymuşlar, sonra isə Xaçmaz şəhərinə getmişlər, gecə evdə qaldıqdan sonra səhər saatlarında Zaurun avtomobili ilə Sumqayıt şəhərinə getmişlər və orada oğurladıqları 2 baş xırda buynuzlu heyvanı adını bilmnədiyi bir qəssaba 400 manata satmışlar, belə ki, o, özünə məxsus olan şəxsiyyət vəsiqəsini qəssaba göstərərək qoyunların özünə məxsus olduğunu, evdə xəstə olduğu üçün təcili pul lazım olduğunu, ona görə də heyvanları satdığını bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 01 radələrində Xaçmaz şəhərində yerləşən evlərində olan zaman Zaur yenə də oğurluq etmək istədiyini bildirmiş, o, da Zaura etiraz etməmiş, sonra Zaurun avtomobili ilə Mətləbin yaşadığı evin qarşısına gedib onu səsləmişlər, Mətləb də küçəyə çıxaraq Zaurun avtomobilinə əyləşmiş, bundan sonra oğurluq etmək üçün Qusar rayonu Yasab-oba kəndinə getmişlər, həmin kəndin içərisinə daxil olub kəndarası yolla hərəkət edən zaman yolun kənarında yerləşən tövlənin həyətində bir neçə baş inək olduğunu görmüşlər, onlardan birini oğurlamaq istəmişlər, ona görə də Zaur avtomobilini dayandırmış, o, mal sahibinin və başqa şəxsin gəldiyini görüb xəbər verməsi üçün avtomobildə qalımış, Zaurla Mətləb isə avtomobildən düşərək tövləyə tərəf getmişlər və az sonra oradan bir baş dananı oğurlayıb gətirərək avtomobilin yük yerinə qoymuşlar, sonra isə dananı öz yaşadıqları evin həyətinə aparmışlar, gecəni evdə qaldıqdan sonra səhər saatlarında Zaurla Mətləb dananı satmaq üçün Sumqayıt şəhərinə getmişlər və həmin dananı orada 300 manata satıb geri qqayıtmışlar. Həmin vaxtdan təxminən 2-3 gün sonra saat 01 radələrində Xaçmaz şəhərində yerləşən evlərində olan zaman Zaur yenə də Qusar rayonu ərazisinə gedib nəsə oğurlamaq istədiyini bildirmiş, o, da zaura etiraz etməmiş, sonra isə aralarında olan razılaşma əsasında o, Zaur və Mətləb Zaurun idarə etrdiyi avtomobillə Qusar rayonu Aşağı İmamqulukənd kəndinə getmişlər, kəndarası yolla hərəkət edən zaman yolun kənarında, kiməsə məxsus olan tövlənin həyətində bir neçə baş xırda buynuzlu heyvan olduğunu görmüşlər, onlardan bir neçəsini oğurlamaq istəmişlər, ona görə də Zaur avtomobilini dayandırmış, o, kiminsə gəldiyini görüb məlumat verməsi üçün avtomobildə qalmış, Zaurla Mətləb isə avtomobildən aşağı düşüb həmin qəhələ daxil olaraq oradan bir baş qoyunu oğurlayaraq gətirib Zaurun avtomobilinin yük yerinə qoymuşları, sonra isə oradan birbaşa Xaçmaz şəhərinə getmişlər. Gecə evdə qaldıqdan sonra səhər saatlarında Zaurun avtomobili ilə Sumqayıt şəhərinə getmişlər və həmin 1 baş xırda buynuzlu heyvanı əvvəl qoyun satdıqları qəssaba 190 manat satmışlar, sonra isə oradan çıxıb getmişlər. Həmin vaxtdan təxminən 4-5 gün sonra Zaur Mətləblə birlikdə Qusar rayonu ərazisindən 3 baş qoyun oğurlayıb satmış, ancaq o, həmin vaxt onlarla birlikdə oğurluqda iştirak etməmişdir. Bundan sonra, xx xxxxxxxx 2019cu il tarixdə Zaurla söhbət edən zaman Zaur yenə də oğurluq etməyi planlaşdırmış, o, da zaura etiraz etməmiş, sonra isə həmişə olduğu kimi Mətləbi də özləri ilə götürüb Qusar rayonu Aşağı İmamqulukənd kəndinə getmişlər, kəndarası yolla hərəkət edən zaman yolun kənarında, kiməsə məxsus olan tövlənin həyətində bir neçə baş xırda buynuzlu heyvan olduğunu görmüşlər, onlardan bir neçəsini oğurlamaq istəmişlər, ona görə də Zaur avtomobilini dayandırmış, o, kiminsə gəldiyini görüb məlumat verməsi üçün avtomobildə qalmış, Zaurla Mətləb isə avtomobildən aşağı düşüb həmin qəhələ daxil olaraq oradan bir baş qoyunu oğurlayaraq gətirib Zaurun avtomobilinin yük yerinə qoymuşları, sonra isə oradan birbaşa Xaçmaz şəhərinə getmişlər. Gecə evdə qaldıqdan sonra səhər saatlarında Zaurun avtomobili ilə Sumqayıt şəhərinə getmişlər və həmin 1 baş xırda buynuzlu heyvanı tanımadıqları bir şəxsə 80 manat satmışlar, sonra isə oradan çıxıb getmişlər. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, özünə məxsus bir neçə baş qara malı və 13 baş xırda buynuzlu heyvanı olmuş, onlardan 3 başı qoç, 7 baş qoyun, 3 baş isə dişi toğlular olmuşdur. O, həmin xırda buynuzlu heyvanları hər gün səhər saatlarında nobata qoşmuş, axşam isə təxminən saat 19 radələrində qoyunlar örüşdən qayıdıb gəlmiş və o, onların hamısını yaşadığı evin həyətində olan tövləyə yığmışdır. xx xxxxxx 2019-cu il tarixdə o, Samur Gömrük postuna getmiş, orada olan zaman arvadı Nuranə 13 baş xırda buynuzlu heyvanları tövləyə yığmış və o, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 04 radələrində Samur Gömrük postunda olan zaman arvadı Nuranə özünə məxsus olan mobil telefonla ona zəng edərək həmin gün təxminən saat 03 radələrində evin yaxınlığında səs-küy gəldiyini eşidib evin həyətinə çıxaraq tövləyə baxış keçirdiyini, həmin vaxtda tövlədə olan xırda buynuzlu heyvanlardan bir baş erkək toğlu və bir baş qoyunun yerində olmadığını aşkar etdiyini bildirmiş, sonra isə evinin yaxınlığında avtomobil səsi gəldiyini eşitdiyini demişdir. Bundan sonra o, dərhal yaşadığı evin həyətinə gəlmiş və tövləyə baxış keçirən zaman özünə məxsus olan bir baş erkək toğlu və bir baş qoyunun yerində olmadığını görmüş, bir neçə gün onları axtarsa da tapa bilməmiş, sonradan isə heyvanlarının oğurlandığını öyrənmiş və ona görə də bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə göndərərək X5 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələriilətəqsirləndirilmələrinədair cinayət iş üzrə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyi, işə onun iştirakı olmadan baxılıb təqsirləndirilən şəxslər X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2məhkəmə iclasında ifadəsində göstərmişdir ki, özünə məxsus bir neçə başa qara malı və 24 baş xırda buynuzlu heyvanı olmuşdur.Onlardan 1 başı qoç, 11 baş qoyun və 12 baş quzu olmuşdur. Həmin xırda buynuzlu heyvanları hər gün səhər saatlarında atası Vəlixan nobata qoşmuş, axşam isə təxminən saat 19 radələrində heyvanlar örüşdən qayıdıb gəlmiş və onları yaşadıqları evin həyətində olan tövlənin qarşısındakı qəhələ yığmışlar. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında o, işdə olan zaman ailə üzvləri xırda buynuzulu heyvanları sayıb evin həyətində olan tövlənin qarşısındakı qəhələ yığmışlar və həmin vaxtdan sonra o, yaşadıqları evə gəlmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 06 radələrində o, yuxudan durub işə getmək üçün hazırlaşmış, həmin vaxt da atası Vəlixan qoyunları qəhəldən çıxarıb nobata qoşmaq üçün qəhələ getmiş və o, qəhələ getdikdən bir neçə dəqiqə sonra qayıdıb gələrək heyvanları nobata qoşduğunu, ancaq 1 baş qoçun heyvanların içərisində olmadığını və qəhəlin qarşısında avtomobil təkəri izlərinin olduğunu demişdir. Bundan sonra o, sahəyə doğru gedib kəndin heyvnlarının içərisində öz heyvanlarına baxmış, özünə məxsus olan 3 illik bir baş qoçun olmadığını görmüş, ancaq digər heyvanları saymamış, sonra isə yaşadığı evə gəlmiş, sonra isə qəhəlin qarşısında avatomobil təkərinin izləri olduğunu görmüşdür.Bundan sonra qoçun oğurlandığını bilmiş, ona görə də Qusar rayon polis şöbəsinə gələrək bu barədə şikayət etmiş, daha sonra isə həmin gün axşam saatlarında özlərinə məxsus olan heyvanlar sahədən qayıdıb gələn zaman 1 baş qoçdan əlavə 2 baş qoyunun da olmadığını görmüş, onların da qoçla bərabər oğurlandığını bilmiş, ona görə də yenidən rayon polis şöbəsinə gələrək bu barədə əlavə izahat vermişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək X5 Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələriilətəqsirləndirilmələrinədair cinayət iş üzrə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyi, işə onun iştirakı olmadan baxılıb təqsirləndirilən şəxslər X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, özünə məxsus bir neçə baş xırda buynuzlu heyvanları olmuşdur, həmin heyvanların hamısını nobata qoşmuş, ancaq iki baş qoyun və bir baş erkəyi yaşadığı evin həyətində saxlamış və hərdən onları yaşadığı evdən 20-30 metr aralıda olan otlaq sahəsinə ötürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 08 radələrində də o, həmin iki baş qoyun və bir baş erkəyi yaşadığı evin qarşısında olan sahəyə ötürmüş, sonra isə təxminən saat 10 radələrində sahəyə gedən zaman iki baş qoyunun orada olduğunu görmüş, ancaq bir baş qoçu görməmiş, onu axtarsa da tapa bilməmiş və sonradan onun oğurlandığını yəqin etmiş, ona görə də şikayət etmişdir. Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə göndərərək X5 Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət iş üzrə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, özlərinə məxsus 8 baş qara mal olmuşdur, onlardan 4 başı inək, 4 başı isə bir neçə aylıq danalar olmuşdur. O, həmin qara malları öz yaşadığı evin həyətində olan tövlədə saxlamış, belə ki, hər gün səhər saatlarında 4 baş inəyi otlamaları üçün sahəyə ötürmüş, axşam saat təxminən 20 radələrində isə onları sahədən gətirib evin həyətində olan tövlənin qarşısındakı qəhəldə saxlamış, ancaq 4 baş dana həmişə tövlədə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 07 radələrində həmişə olduğu kimi o, tövlənin həyətinə gedib inəkləri sağmış, sonra isə onları sahəyə aparmış, həmin vaxt da 4 baş dananın tövlədə olduğunu görmüş və həmin gün təxminən saat 20 radələrində inəklər sahədən qayıdıb gəldikdən sonra yenə də onları sağmış, sonra isə 4 baş dananı tövləyə salmış və tövlənin qapısını bağlamış, ancaq 4 baş inək tövlənin həyətindəki qəhəldə qalmışlar. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 07 radələrində o, yaşadıqları evin həyətindən çıxıb inəkləri sağmaq üçün əri X18 ilə birlikdə tövləyə tərəf getmiş, tövləyə yaxınlaşan zaman tövlənin qapısının açıq olduğunu, tövlədə olan 4 başa danadan 3 başının tövlənin həyətindəki qəhəldə, inəklərin yanında olduğunu görmüş, tövləyə yaxınlaşıb içəriyə baxan zaman 1 baş dananın orada olmadığını görmüşdür. Bundan sonra o, evə gedib oğlu Nadiri səsləmiş, Nadir də evdən çıxıb tövlənin qarşısına gəlmiş və ətrafı bir az axtarsalar da dananı tapa bilməmişlər, onun oğurlandığını yəqin etdikləri üçün oğlu Nadir mobil telefonla Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək 1 baş dananın oğurlanması barədə məlumat vermiş, sonra isə o, bu barədə ərizə ilə Qusar rayon polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxslər X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi olmadığını, səhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyi, işə onun iştirakı olmadan baxılıb təqsirləndirilən şəxslər X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, özünə məxsus bir neçə başa qara malı və 13 baş xırda buynuzlu heyvanı olmuşdur, onlardan 3 başı dişi toğlu, 10 başı isə qoyunlar olmuşdur. O, həmin xırda buynuzlu heyvanları hər gün səhər saatlarında nobata qoşur, axşam isə təxminən saat 19 radələrində qoyunlar örüşdən qayıdıb gəlir və o, onların hamısını yaşadığı evin həyətində olan tövləyə yığır. xx xxxxxxxx 2019-cu il tarixdə də o, səhər saatlarında özünə məxsus olan qoyunları nobata qoşmuş və axşam saatlarında qoyunların hamısı örüşdən qayıdıb gəlmiş, o, da onların hanmısını sayıb evinin həyətindəki tövlənin qarşısında olan qəhələ yığmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində o, öz yaşadığı evdə olan zaman tövlənin qarşısında olan itin dayanmadan hürdüyünü eşitmiş, ona görə də evin həyətinə çıxmış və həmin vaxt özünə məxsus olan qoyunların hamısının küçəyə çıxdıqlarını görmüş, onları qəhələ yığmış, ancaq saymamış, səhər saatlarında isə qoyunları sayan zaman onlardan birinin yerində olmadığını görmüş, həmin qoyunun oğurlandığını bilmiş, sonradan da bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə göndərərək X5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət iş üzrə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını, məhkəmə iclaslarına gələ bilmədiyi, işə onun iştirakı olmadan baxılıb təqsirləndirilən şəxslər X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, yaşadığı Quba rayonu Qam-Qam kəndində yerləşən evinin qarşısında, Quba-Qonaqkənd yolunun kənarında özünə məxsus kiçik mağazası var, o, orada bir neçəərzaq məhsulları satmaqla məşğul olur, belə ki, hər gün səhər saat 07 radələrində mağazanı açır və saat təxminən 22 radələrinədək orada alış-veriş edir. O, xx xxxxxxxx 2019-cu il tarixdə də səhər saatlarında mağazaya getmiş, orada bir az alış veriş etmiş, sonra isə həmin gün günorta saatlarında kəsib satmaq üçün 135 manata bir baş keçi almış və onu kəsib mağazaya qoymuş, həmin gün təxminən saat 19 radələrində isə mağazanın qapısını bağlaıyıb yaşadığı evə getmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 03:30 radələrində evdə olan zaman həyətdə itlərin dayanmadan hürdüyünü eşitmiş, ona görə də yuxudan oyanıb evin həyətinə çıxmış və həmin vaxt itlərin mağaza tərəfə gedərək hürdüklərini görmüş, mağazaya tərəf gedən zaman mağazanın qarşısında gümüşü rəngli bir avtomobil olduğunu görmüş, oraya yaxınlşana kimi həmin avtomobil sürətlə oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, mağazaya yaxınlaşan zaman mağazanın sağ tərəfindəki lambirin örtüyün sındırıldığını görmüş, içəriyə daxil olan zaman isə kəsib mağazaya qoyduğu keçi əti, 30 manat dəyərində araq, 50 manat dəyərində toyu əti, 7 manat dəyərində bir yeşik pomidor, 12 manat dəyərində bir kisə soğan, 9 manat dəyərində siqaretlər və 95 manat dəyərində 13 kisə kömürün yerində olmadığını görmüş və həmin vaxt mağazadan oğurluq olduğunu bilmiş, ona görə də bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə göndərərək X5 Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət iş üzrə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını, məhkəmə iclaslarına gələ bilmədiyi, işə onun iştirakı olmadan baxılıb təqsirləndirilən şəxslər X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, xx xxxxxxxx 2019cu il tarixdə səhər saatlarında əri X14 idarə etdiyi VAZ-21214 (NİVA) markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Quba rayonu Giləzi kəndindən çıxaraq Xaçmaz şəhərində yaşayan qohumlarının evinə getmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə Xaçmaz rayon Mərkəzi Bazarına getmək istəmişlər, o, da Fikrətin idarə etdiyi VAZ-21214 (NİVA) markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacaında əyləşmiş Fikrət isə sükan arxasına keçərək avtomobili idarə etmiş və həmin gün saat 08:30 radələrində Xaçmaz şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olan zaman avtomobil başqa bir avtomobillə toqquşmuş, nəticədə o, sağ qolundan xəsarət almış, aldığı xəsarətin təsirindən də huşunu itirmiş, huşu özünə gələn zaman isə xəstəxanada olduğunu görmüş və sonradan əri Fikrətin idarə etdiyi avtomobilin qarşısına başqa bir avtomobil çıxdığı üçün yol-nəqliyyat hadisəsinin baş verməsini öyrənmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə göndərərək yol nəqliyyat hadisəsi nəticəsində “az ağır” xəsarət aldığını, qolundan iki dəfə açıq əməliyyat keçirdiyini, Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini və ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, 2011-ci ildən Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət edir, 2017-ci ilin fevral ayından isə Xaçmaz rayon polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru vəzifəsində işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Şükür Hacıyev tərəfindən araşdırma aparıılmış, xx xxxxxxxx 2019-cu il tarixdə o, şəxsi işləri ilə bağlı rəhbərlikdən icazə almış və həmin gün saat 15:01-də sonradan tanıdığı Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 ***-**-** mobil nömrəsi ilə ona zəng edərək onunla kobud formada danışmış, ona “səni çoxmu gözləyəcəm, niyə yerində yoxsan?, mən gömrüyə getməliyəm yubanıram, orada qalsam maşın üçün problem yaradacaqlar” sözlərini demiş, O, da Zaura “sən kimsən ki, mənimlə belə danışırsan, sözlərini demiş, Zaur isə ona “gəl polis şöbəsinə, sənə özümü tanıdaram” deyərək cavab vermiş, o, isə telefonu söndürərək Zaurla danışmamışdır. Həmin vaxtdan təxminən 15 dəqiqədən sonra Zaur yenə ona zəng edərək “telefonu üzümə niyə söndürüsən, özümü sənə tanıdacağam” sözlərini demiş və telefonunu söndürmüşdür. Həmin günü saat 16:40 radələrində o, xidməti otağına gəlmiş və iş otağında olan zaman müstəntiq Şükür Hacıyev Təqsirləndirilən şəxs1 məxsus VAZ- 21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini ona təqdim edərək avtomobilə məhdudiyyət qoyulub-qoyulmadığını, cəriməsinin olub-olmamasını sistemdən yoxlamasını ondan xahiş etmiş, həmin vaxt da o, X33 Tağıyevin ona zəng edərək kobud daqışdığını, işdə olmadığı üçün narazılıq etdiyini, işə niyə gəlmədiyini soruşduğunu söyləmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 onuniş otağına daxil olmuş və işə gec gəldiyi üçün ona öz narazılığını bildirmiş, o, da Zaura icazə aldığı üçün işə gec gəldiyini demiş, yoxlama zamanı da Zaurun avtomobilinin üzərinə hər hansı məhdudiyyət qoyulmadığı və ya cərimə olmadığı müəyyən edilmiş, o, da qeydiyyat şəhadətnaməsini Şükür Hacıyevə verəndən sonra o, Zaurla birlikdə çıxıb getmişdir. Həmin vaxtdan az sonra, saat 17:10 dəqiqədə o, xidməti otağında tək olan zaman Təqsirləndirilən şəxs1 onun xidməti otağına daxil olaraq heç bir səbəb göstərmədən onun ünvanına qarşı nalayiq söyüşlər söyməyə başlamış, ona “sən məni yaxşı tanımırsan, qanımı töküb səni məhv edərəm” sözlərini demiş, o, isə Zauru intizama dəvət etmiş və Zaur otaqdan çıxıb getmişdir. Həmin vaxtdan təxminən 1-2 dəqiqə keçmiş Zaur yenidən onun iş otağına daxil olaraq əlindəki lezva ilə öz boğaz nahiyəsini kəsməklə özünə xəsarət yetirəcəyini bildirmiş, sonra isə polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o, da Zauru intizama dəvət etmiş, ancaq Zaur ona məhəl qoymayaraq gözlənilmədən dizi ilə onun qarın nahiyəsinə bir zərbə vurmuş, o, da zərbənin təsirindən aşağı əyilmiş, həmin vaxt da Zaur ayaq zərbəsi ilə onun sol çiynindən bir zərbə vurmuşdur. Bu vaxt qonşu xidməti otağında olan RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis mayoru Şahid5 Zaurun səsini eşidib onun iş otağına daxil olmuş və Zaurdan təmkinli olmasını və söyüş söyməməsini xahiş etmişdir.Bütün bunlara baxmayaraq Zaur yenə nalayiq söyüşlər söyərək öz hərəkətlərini davam etdirmiş, sonra isə cibindən lezvaçıxarıb nümayişkaranə şəkildə öz boğaz nahiyəsinə diriyərək əgər onu tutub saxlasaq boğazını kəsməklə özünə qəsd edəcəyini bildirmiş, ona görə də onlar Zaurun öz-özünə qəsd etməməsi üçün oradan çıxıb getməsinə mane olmamışdırlar. Zərərçəkmiş şəxs9 məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs1 şikayət və tələbi olmadığını, səhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyi işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, özünə məxsus 15 baş xırda buynuzlu heyvanı olmuşdur, onlardan 1 başı qoç 2 baş dişi toğlu və 12 baş xırda buynuzlu heyvan olmuşdur. O, həmin xırda buynuzlu heyvanlardan 1 baş qoç və 2 baş dişi toğlunu yaşadığı evin həyətində saxlamış, qalan 12 baş qoyunu isə hər gün səhər saatlarında atası Minabəddin nobata qoşmuş, axşam isə təxminən saat 19 radələrində heyvanlar örüşdən qayıdıb gəlmiş və onları yaşadıqları evin həyətində olan tövləyə yığmışlar. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında həmişə olduğu kimi 12 baş qoyunu nobata qoşmuşlar və axşam saatlarında da ailə üzvləri özlərinə məxsus olan xırda buynuzulu heyvanları sayıb evin həyətində olan tövləyə yığmışlar, o, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 05 radələrində yaşadıqları evdə olan zaman atası onu səsləyərək yuxudan oyatmış, o, atasından nə baş verdiyini soruşduqda atası kiminsə gecə saatlarında tövlənin və qəhəlin qapısını açdığını, qoyunların hamısının çıxıb getdiyini bildirmişdir. Bundan sonra o, dərhal yuxudan oyanaraq tövləyə getmiş, tövlənin yol tərəfdə olan qapısının açıq olduğunu görmüş və bir az aralıya getdikdən sonra özünə məxsus olan 1 baş qoç, 1 baş dişi toğlu və 7 baş qoyunun orada olduğunu 6 baş qoyunun isə olmadığını görmüş, 9 baş xırda buynuzlu heyvanı gətirib qəhələ yığmış, sonra isə 6 baş xırda buynuzlu heyvanı axtarmış, ancaq onları tapa bilməmiş, ona görə də bu barədə şikayət etmişdir. Həmin vaxtdan sonra, xx xxxxxxxx 2019-cu il tarixdə isə özünə məxsus olan heyvanları nobata qoşmuş və həmin gün axşam saatlarında xx xxxxxxxx 2019-cu il tarixdə qəhəldən yoxa çıxmış xırda buynuzlu heyvanlardan 1 başı digər qoyunlarla birlikdə sahədən qayıdıb gəlmiş, sonradan isə qalan 5 baş qoyundan 4 başının cəsədinin qalıqlarını sahədən aşkar etmiş, ancaq bir baş xırda buynuzlu heyvanı tapmamışdır, sonradan da onun oğurlandığını öyərnmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə göndərərək X5 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət iş üzrə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını, məhkəmə iclaslarına gələ bilmədiyi, işə onun iştirakı olmadan baxılıb təqsirləndirilən şəxslər X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 2009-cu ilin yanvar ayında Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə məhkum olunaraq 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx xxxx 2019-cu il tarixdə cəzamı çəkib qurtardığına görə azadlığa buraxılmışdır. O, həbsxanada olduğu müddətdə Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və cəzaçəkmə müəssisəsindən azad olunub gəldikdən sonra Zaur mobil telefonla ona zəng edərək onun yaşadığı Sumqayıt şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirmiş, o, da Zaurla Sumqayıt şəhərində görüşmüş və aralarında olan söhbət zamanı Zaur Sumqayıt şəhərində kirayə ev tapmaqda ona köməklik etməsini xahiş etmiş, o, da öz qonşuluğunda yaşayan Azad adlı şəxslə görüşüb onunla bu barədə söhbət etmiş, aralarında olan söhbət zamanı da Azad özünə məxsus olan bir otaqlı evi Zaura kirayəyə vermiş, bundan sonra Zaur öz arvadı Elnarə ilə birlikdə həmin evə köçərək orada qalmışdır. Həmin müddət ərzində də o, Zaurla hərdən görüşərək Sumqayıt şəhərində, Novxanı qəsəbəsində və başqa yerlərdə yerləşən çayxanalara gedib çay içmiş, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 22 radələrində o, öz yaşadıqları evdə olan zaman Zaur özünə məxsus olan mobil telefonla ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o, da evin qarşısına çıxaraq Zaurla görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs3 da Zaurun yanında olduğunu görmüş, aralarında olan söhbət zamanı Zaur Novxanı qəsəbəsinə gedib orada çay içməyi təklif etmiş, o, da Zaura etiraz etməyərək ona məxsus olan VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı qəsəbəsinə getmişdir. Novxanı qəsəbəsində çayaxanada çay içən zaman Zaurun mobil telefonuna zəng gəlmiş və Zaur telefonla danışdıqdan sonra “Xaçmaz şəhərində yaşayan xalama 50 manat pul verməliyəm, mənimlə gedək ona pul verim, sonra qayıdıb gələk” sözlərini demiş, Mətləblə o, da Zaura etiraz etməmiş, daha sonra Zaur, Mətləb və o, Zaura məxsus olan avtomobillə Xaçmaz rayonu istiqamətində hərəkət etmişlər, yolda Zaur avtomobilinə yolun kənarında dayanmış bir əskəri də mindirmiş və birbaşa xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 02 radələrində Qusar şəhərinə gəlmişlər. Qusar şəhərinə daxil olduqdan sonra Avtovağzalda Zaur əskəri avtomobildən düşürtmüş, sonra isə hansısa istiqamətdə hərəkətini davam etdirmiş, yolda Mətləblə Zaur öz aralarında nə barədəsə bir birinə işarə vermişlər, o, da onlardan nə barədə danışdıqlarını soruşduqda, Mətləb hansısa kəndə gedib oradan qoyun oğurlamaq istədiklərini bildirmiş, o, isə onlara öz narazılğını bildirmiş, avtomobildən düşmək istəmiş, ancaq Zaur avtomobilini dayandırmamış, ancaq o, Zaurla Mətləbə hər hansı bir oğurluqda iştirak etməyəcəyini demiş, onlar da ona heç nə deməmişlər. Bundan sonra Qusar rayonunun hansısa kəndinə getmişlər, kəndə daxil olub kəndarası yolla bir az getdikdən sonra Zaur evlərin birinin qarşısında avtomobili dayandırmış, o, avtomobildən düşməyərək oğurluq etməyəcəyini demiş, Zaurla Mətləb isə avtomobildən düşərək harasa getmişlər və bir neçə dəqiqədən sonra özləri ilə 3 baş xırda buynuzlu heyvanı gətirib avtomobilin yük yerinə qoymuşlar, sonra isə Sumqayıt şəhərinə getmişlər, Sumqayıt şəhərinə çatdıqdan sonra o, öz yaşadığı evin qarşısında avtomobildən düşərək evə getmiş, Mətləblə Zaur isə hansısa qəssabla telefon əlaqəsi saxlayaraq oğurladıqları 3 baş xırda buynuzlu heyvanı satmaq istəmişlər və oradan çıxıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, təxminən 20 ildən artıqdır ki, Sumqayıt şəhərinin giriş hissəsindəki yolun kənarında qara mal və xırda buynuzlu heyvan kəsib satmaqla məşğul olur. Belə ki, rayonlarda yerləşən mal bazarlarına gedib xırda buynuzlu heyvan alır, hərdən də qara mal alıb kəsib satır, eyni zamanda ayrı-ayrı şəxslərin gətirib ona satdıqları xırda buynuzlu heyvanları və qara mal da alıb kəsərək satır. O, 2019-cu ilin avqust ayının sonlarına yaxın qəssəbxanada olan zaman VAZ-21130 markalı A684XK134rus dövlət qeydiyyat nişanlı, gümüşü rəngli bir avtomobil gəlib qəssəbxananın qarşısında dayanmış, sonra isə avtomobilin sürücüsü, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 avtomobildən düşərək ona yaxınlaşmış və avtomobildə olan bir qadını göstərərək onun xəstəsi olduğunu, ona görə də özünə məxsus olan 2 baş qoynu satmaq istədiyini bildirmiş, daha sonra isə avtomobilə yaxınlaşaraq həmin qadının pasportunu alıb gətirərək ona göstərmiş, o, da pasporta baxan zaman həmin pasportun X7 məxsus olduğunu görmüş və pasporta baxdıqdan sonra qoyunları almaq istəmiş, Zaur da avtomobilinin yük yerini açaraq orada olan 2 baş xırda buynuzlu heyvanı yerə düşürtmüş, o, həmin heyvanlara baxan zaman onların təxminən bir yaşında erkək toğlu olduğunu görmüş, həmin vaxt Zaur toğlunun hər birini 200 manata satdıqlarını bildirmiş, o, da Zaurla razılaşmış və həmin iki baş erkək toğlu üçün Zaura cəmisi 400 manat pul vermiş, Zaur da 400 manat pulu ondan alıb Elnarəyə vermiş, sonra isə ona yaxınlaşaraq taksi sürücüsü olduğunu və bunun üçün ona 5 manat yol pulu verməsini xahiş etmiş, o, da Zaura əlavə olaraq 5 manat pul vermiş, sonra isə Zaurgil oradan çıxıb getmişdir. Həmin vaxtdan bir neçə gün sonra, avqust ayının sonunda günorta saatlarında o, qəssəbxanada olan zaman Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobillə qəssəbxananın qarşısına gəlmiş, sonra isə avtomobildən düşərək ona yaxınlaşmış, Elnarəni ona göstərərək onun xəstəsi olduğunu, ona görə də özünə məxsus olan bir qoynu satmaq istədiyini bildirmiş, daha sonra isə avtomobilinin yük yerini açaraq qoyunu yerə düşürtmüş, o, da həmin heyvana baxan zaman onun təxminən bir yaşında erkək toğlu olduğunu görmüş, Zaur həmin toğlunu 200 manata satdıqlarını bildirmiş, o, da Zaurla razılaşmış və Zaura 200 manat pul verərək həmin toğlunu almış, Zaur da 200 manat pulu ondan alıb Elnaraəyə vermiş, həmin vaxt o, Zaurun avtomobilində başqa bir oğlanın olduğunu görmüş, sonra isə Zaur ona yaxınlaşaraq ondan əlavə olaraq 5 manat yol pulu istəmiş, o, da Zaura 5 manat pul vermiş, sonra isə Zaur onun mobil telefon nömrəsini özündə qeyd etmiş və istifadəsində olan ***-***-**-** mobil telefon nömərsini də kağıza yazıb ona vermiş, sonra isə oradan çıxıb getmişlər, o, da Elnarənin pasprtunun nömərsini və başqa məlumatları, eləcə də Zaurun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını və markasını qeyd edərək özündə saxlamışdır. Həmin vaxtdan sonra, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 17 radələrində o, qəssabxanada olan zaman sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs3 Zaura məxsus olan VAZ-21130 markalı avtomobillə qəssəbxananın qarşısına gəlmiş, həmin vaxt Elnarə də avtomobildə olmuş, Mətləb Elnarənin xəstəsi olduğunu, ona görə də onun özünə məxsus olan bir baş dananı satmaq istədiyini bildirmiş, sonra isə avtomobilə yaxınlaşıb yük yerini açaraq orada olan bir baş dananı yerə düşürtmüş, o, da həmin danaya baxan zaman onun ala-sarı rəngli erkək dana olduğunu görmüş, sonra isə Mətləb dananı 300 manata satdıqlarını bildirmiş, o, da Mətləblə razılaşmış və həmin dananı alaraq Mətləblə Elnarəyə 300 manat pul vermiş, sonra isə Zaur mobil telefonla ona zəng edərək Mətləbdən xəbərsiz Elnarəyə əlavə 20 manat yol pulu verməsini xahiş etmiş, o, da Elnarəyə verdiyi 300 manatdan əlavə 20 manat pul vermiş, sonra isə Elnarə ilə Mətləb oradan çıxıb getmişdirlər. Həmin vaxtdan təxminən 3-4 gün keçdikdən sonra Zaur özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək işdə olub olmadığını soruşmuş, o, da iş yerində olduğunu bildirmiş, həmin vaxtdan bir neçə dəqiqə sonra isə X34 məxsus olan VAZ-21130 markalı avtomobillə onun qəssəbxanasının qarşısına gəlmiş, həmin vaxt Elnarə də avtomobildə olmuş, Zaur Elnarənin xəstəsi olduğunu, ona görə də onun özünə məxsus olan bir baş qoyunu satmaq istədiyini bildirmiş, sonra isə avtomobilə yaxınlaşıb yük yerini açaraq qoyunu yerə düşürtmüş, o, da həmin heyvana baxan zaman onun təxminən bir yaşında dişi toğlu olduğunu görmüş, sonra isə Zaur toğlunu 200 manata satdıqlarını bildirmiş, o, da toğlu üçün 190 manat verə biləcəyimi demiş, Zaur da onunla razılaşmış, bundan sonra o, Zaura 190 manat pul verərək həmin toğlunu almış, bundan sonra Zaurgil oradan çıxıb getmişlər. Həmin vaxtdan sonra, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 15 radələrində Mətləb Zaura məxsus olan VAZ-21130 markalı avtomobillə onun qəssəbxanasının qarşısına gəlmiş, həmin vaxt Elnarə də avtomobildə olmuş, Mətləb avtomobili dayandırdıqdan sonra yerə Elnarə ilə birlikdə avtomobildən düşərək ona yaxınlaşmış və həmin vaxt Elnarə özünə məxsus olan üç baş qoyunu satmaq istədiyini bildirmiş, sonra isə özünə məxsus olan sənədləri gətirib ona verərək xəstəsi olduğu üçün özlərinə məxsus olan qoyunları satmaq istədiklərini bildirmiş, ancaq o, Elnarənin sənədlərini qaytarıb özünə vermişdir. Bundan sonra Mətləb avtomobilə yaxınlaşıb yük yerini açaraq bir baş erkək və iki baş qoyunu yerə düşürtmüş sonra isə Elnarə heyvanların üçünü birlikdə 460 manata satmaq istədiyini bildirmiş, ancaq o, Elnarə ilə razılaşmamış, sonra isə özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla Zaurun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək Elnarənin onun nəyi olduğunu soruşmuş, sonra isə Elnarənin satmaq üçün üç baş qoyun gətirdiyini, ancaq qoyunları baha qiymətə satdığını demiş, Zaur da Elnarənin onun bacısı, Mətləbin isə yeznəsi olduğunu demiş, sonra isə bir baş erkək üçün 220 manat, qoyunların hər birisi üçün isə 110 manat verməsini xahiş etmiş və əlavə olaraq yol pulu kimi Elnarəyə 20 manat pul verməsini xahiş etmişdir. Bundan sonra o, Zaurla razılaşmış və Elnarənin gətirdiyi bir baş erkək və iki baş qoyun üçün ona cəmisi 440 manat pul verib həmin heyvanları almış, daha sonra isə Zaurun xahişi ilə həmin puldan əlavə Elnarəyə 20 manat pul vermiş, o, da pulu ondan aldıqdan sonra Mətləblə birlikdə oradan çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, təxminən 20 ildən artıqdır ki, Sumqayıt şəhərində yerləşən “Mal bazarı”nda xırda buynuzlu heyvan alıb satmaqla məşğul olur, belə ki, o, qohumu Şahid3 ilə birlikdə şərik qaydada rayonlarda yerləşən mal bazarlarına gedib xırda buynuzlu heyvan alır və onları Sumayıt şəhərində yerləşən “Mal bazarı”na aparıb orada satır. O, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 10 radələrində Sumqayıt şəhərində yerləşən “Mal bazarı”nda olan zaman VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı, gümüşü rəngli bir avtomobil oraya gəlmiş, avtomobil dayandıqdan sonra isə avtomobilin sürücüsü, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 və həmin avtomobildə sərnişin kimi əyləşmiş, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs3 avtomobildən düşərək Vüsalla ona yaxınlaşmışlar, həmin vaxt da Zaur avtomobildə əyləşmiş bir qadını göstərərək həmin qadının onun bacısı olduğunu və xəstəsi olduğu üçün özünə məxsus olan bir baş qoyunu satmaq istədiyini demiş, bundan sonra isə avtomobildə əyləşmiş, sonradan adını öyrəndiyi X13 uşağının xəstə olduğunu, ona görə də özünə məxsus olan bir baş qoyunu satmaq istədiyini bildirmiş, sonra isə Vüsalla o, həmin qoyunu almaq istəmişlər və Zaur avtomobilinin yük yerini açaraq qoyunu yerə düşürtmüş, o, da həmin qoyuna baxan zaman onun təxminən 7-8 yaşında qoyun olduğunu görmüş, Zaur da qoyunu 120 manata satdıqlarını bildirmiş, o, isə qoyunun qoca olduğunu, ona görə də ona 80 manat pul verə biləcəyini demiş, Zaur da onunla razılaşmış, sonra isə Vüsal Zaura 80 manat pul verib həmin qoyunu almış, daha sonra isə Zaurgil avtomobilə minib gedən zaman o, özümə məxsus olan mobil telefonla Zaurla Mətləbi və Zaurun avtomobilini videoya çəkmişdir. Şahid4 məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını və ibtidai istintaq zamanı verdiyi izahatı təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, o, Şahid4 izahatına uyğun eyni məzmunda ifadə verərək həmin faktı təsdiq etmişdir. Şahid3 məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını və ibtidai istintaq zamanı verdiyi izahatı təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki,1998-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında çalışır, 2013-cü ilin may ayından hal-hazıra kimi isə Xaçmaz rayon polis şöbəsinin Dövlət Yol PolisiBölməsində YPX üzrə baş inspektor vəzifəsində işləyir. O, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində xidməti iş yerində olan zaman Xaçmaz şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 dəhlizdə mobil telefonla yüksək səslə aqressiv halda danışdığını eşitmiş, həmin vaxtdan bir az sonra onunla birlikdə Xaçmaz rayon polis şöbəsinin Dövlət Yol PolisiBölməsində işləyən Zərərçəkmiş şəxs9 öz iş otağına gəlmiş, Elnur iş otağına gəldikdən az sonra isə o, Təqsirləndirilən şəxs1 Elnurun iş otağına daxil olub uca səslə onunla mübahisə etdiyini eşitmiş, sonra isə Zaurun çıxıb getdiyini görmüşdür. Həmin vaxtdan bir az sonra Zaur yenidən Zərərçəkmiş şəxs9 xidməti otağına daxil olaraq onunla mübahisə etməyə və ona qarşı, eləcə də bütün polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməyə başlamış, Elnura “sən məni yaxşı tanımırsan, qanımı töküb səni məhv edərəm” sözlərini demiş, o, da nə baş verdiyini öyrənmək üçün Zərərçəkmiş şəxs9 otağına daxil olmuş, həmin vaxt Zaurun əlində lezva olduğunu, həmin lezva ilə öz-özünə xəsarət yetirmək istədiyini, Elnurun isə hər iki əli ilə öz qarnını tutuduğunu görmüş, o, Zauru sakitləşdirməyə çalışmış, ancaq bütün bunlara baxmayaraq Zaur yenə də Elnurun və bütün polislərin ünvanına söyüşlər söyərək əlindəki lezvanıçıxarıb nümayişkaranə şəkildə öz boğaz nahiyəsinə diriyərək onu tutub saxlayacaqları halda öz boğazını kəsməklə özünə qəsd edəcəyini bildirmiş, Elnurla o, da Zaurun öz-özünə qəsd etməməsi üçün məcburiyyət qarşısında qalıb sərbəst şəkildə otaqdan çıxmasına şərait yaratmışlar, Zaur çıxıb getdikdən sonra isə Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs1 bir az əvvəl təpiklə onun qarın nahiyyəsinə və çiyninə vurduğunu ona bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 673 saylı ekspert rəyində qeyd olunur ki,Zərərçəkmiş şəxs9 bədəni üzərində aşkar edilmiş xəsarət – sol çiyin qurşağı nahiyyəsinin qançırı küt əşya tərəfindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 657 saylı ekspert rəyində qeyd olunur ki,Zərərçəkmiş şəxs6 məhkəmə-tibb və rentgenoloji müayinələri zamanı aşkar edilmiş xəsarət – sağ bazu sümüyünün qapalı sınığı bərk küt əşya təsirindən törənməklə qərarda qeyd olunduğu kimi, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 25024 nömrəli məhkəməyolnəqliyyat hadisələri ekspertizasının rəyində göstərilir ki, VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24901 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş diri çəkisi 70 kq, ət çəkisi 35 kq olan erkək qoçun 2019-cu ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 365,00 manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24902 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, 2019-cu ilin sentyabr ayı üçün orta bazar qiyməti ilə nəzəri qaydada 1 kiloqramlı çəpiş əti - 11,00 manat, 12 kq - 132,00 manat, 1 kq keçi əti - 9,00 manat, 12 kq - 108,00 manat, 1 kq pomidor - 0,50 manat və 1 kq soğan - 0,30 manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 24902 saylı ekspetiza xərclərinə dair bildirişdən görünür ki, həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 24901 saylı ekspetiza xərclərinə dair bildirişdən görünür ki, həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 25024 saylı ekspetiza xərclərinə dair bildirişdən görünür ki, həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Cinayət işinin materiallarında olan “Riad” firmasından alınmış xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünr ki, təmiz ət çəkisi 27 kq olan 7 illik 1 baş qoyunun xx xxxxxx 2019cu il tarixə olan orta bazar qiyməti təxminən 230-250 manat olmaqla 2 baş qoyunun qiyməti təxminən 460-500 manat təşkil edir. Təmiz ət çəkisi 15 kq olan 10 aylıq 1 baş erkək toğlunun xx xxxxxx 2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 140-150 manat təşkil edir. Təmiz ət çəkisi 60 kq olan 6 aylıq 1 baş erkək dananın xx xxxxxxxx 2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 550-600 manat təşkil edir. Təmiz ət çəkisi 25 kq olan 5 illik 1 baş qoyunun xx xxxxxxxx 2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 220-250 manat təşkil edir. Təmiz ət çəkisi 40 kq olan 3 illik 1 baş qoçun xx xxxxxxxx 2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 400-450 manat təşkil edir. Təmiz ət çəkisi 30 kq olan 3 illik 1 baş qoyunun xx xxxxxxxx 2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 240-250 manat olmaqla 2 başın qiyməti 480-500 manat təşkil edir. Təmiz ət çəkisi 15 kq olan 1 illik 1 baş erkək toğlunun xx xxxxxxxx 2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 150-170 manat təşkil edir. Təmiz ət çəkisi 20 kq olan 4 illik 1 baş qoyunun xx xxxxxxxx 2019-cu il tarixə olan orta bazar qiyməti təxminən 230-250 manat olmaqla 04 baş qoyunun qiyməti ***-**** manat təşkil edir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli 4(029)-21/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 13:50-də DYPİ-nin Hacıqabul RPŞ-nin YPXP-nin əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan hesab edilmişdir. Cinayət işinin materiallarında olan“başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2019-cuiltarixliqərardangörünürki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2019-cu il tarixdə saat 18:10-da ona yenidən ittiham elan olunması üçün tutulmuş və xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(029)-24/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan-yəni xx xxxxxx 2019-cu il tarixdən hesab edilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2019cu il tarixli qərardan görünür ki, X13 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 102.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 50 maddəsinə əsasən 01 il 10 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməşsinin xx xxxxxxx 2002-ci il tarixli hökmünə əssaən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2005-ci il tarixdən vaxtından əvvəl şərti axad edilmiş, Xaçmaz Rayon Məhkəməşsinin xx xxxxxxx 2007-ci il tarixli hökmünə əssaən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməşsinin xx xxxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1, 263.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 93.1.4 və 67.1-ci maddələrinə əsasən 01 il 08 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrun edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərari ilə vaxtından əvvəl şərti azad edilmiş, Xaçmaz Rayon Məhkəməşsinin xx xxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 228.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2015-ci il tarixcli qərari ilə Suymqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 06 ay 18 gün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrun edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2016-ci il tarixli Ali Məhkəməsinin qərarı ilə 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 228.4-cü maddələri təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 06 ay 18 gün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrun edilməklə 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxxxx 2018-ci il tarixli Bakı şəhər Qaradağ rayon məhkəməsinin qərarı ilə 07 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx xxxxxx 2019-cu il tarixdə cəza müddətinin başa çatdığından azad olunmuş, hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-362 saylı xx xxxxxx 2015-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və X12 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə Dadaşov Könül Məmmıd qızının Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, məhkum edilmələrinə dair Xaçmaz rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmünün A.Ş.Xankişiyev və Təqsirləndirilən şəxs1 aid hissəsi dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1(bir) il 8 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 ay 18 gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən bilrəşdirilərək ona qət olaraq 6 ay 18 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1366/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası4 (dörd) il 5 (beş) aya endirilmiş, CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli hökmü ilə təyin edilmiş 1(bir) il 8 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən birləşdirilməklə üzərində 6 (altı) ay 18 (on səkkiz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X30 xx xxxxxx 2020-ci il tarixli 016-73064-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli hökmü ilə 01 (bir) il 08(səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda əsas və əlavə cəza ilə bağlı müddətlər bitmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsinin hökmü nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi hissəsində icra edilməsi üçün DİN-nin Baş Dövlət X30 Xaçmaz regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə göndərilərkən onun sürücülük vəsiqəsi müvafiq hökmə əlavə edilməmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobil X21 tərəfindən Təqsirləndirilən şəxs1 beş il müddətinə verilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 7(002)-1828/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərraın surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 12 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə təmin edilərək cəzadan şərti olaraq 07 (yeddi) ay 05(beş) gün vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmiş, xx xxx 2019-cu il tarixdə cəriməni tam ödəmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 1(027)-14/2019 saylı xx xxxxxx 2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 85.2-ci maddəsinin tələbini nəzərə alınmaqla 400 (dörd yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmışxx xxxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, X13 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan İMM-nin tibb xidmətinin xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma və səpələnmə mərhələsində, VM(-) neqativ” diaqnozu təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirıliyi Baş X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasının rəisinə ünvanlandığı xx xxxx 2020-ci il tarixli 008-290541-3220 saylı məktubdan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə ictimai fəallıq göstərdiyinə görə Təqsirləndirilən şəxs1 təşəkkür edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan X24 Baş İdarəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 017-40862-3226 saylı məktubdan görünür ki, onun Xaçmaz rayonu ərazisində yerləşən obyektlərdə əxlaqsızlıq yuvalarının saxlanılması barədə xx xxxx 2020ci il tarixli müraciətinə əsasən ona vətəndaşlıq mövqeyinə görə minnətdarlıq bildirilmişdir. İş materiallarında olan Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X15 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindənverilmişxx xxxxxxx 2019-cu il tarixli, 4113 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi, 1984-cü il təvəllüdül arvadı Elnarə Tağıyevadan və 2015-ci il təvəllüdlü oğlu Əlikram Tağıyevdən ibarətdir. İş materiallarında olan Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 3955 saylı arayışdan görünür ki, X6 ailə tərkibi, 1979-cu il təvəllüdül əri Təqsirləndirilən şəxs1, 2015-ci il təvəllüdlü oğlu Əlikram Tağıyevdən və 1948-ci il təvəllüdlü xalası Gülüfə Şirinovadan ibarətdir. İş materiallarında olan AZ-İİ nömrəli 134215 saylı X11 surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X9 arasında olan nikah xx xxxxxx 2016-cı il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində bağlanaraq 297 sayla qeydə alınmışdır. Nikahdan sonra qadına Tağıyeva soyadı verilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X6 yuxarıda şərh edilib göstərilən cinayət əməlləri özlərinin ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında onlara tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələrinə, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələrinə, X5əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə, düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ilk epizod üzrə cinayət əməlini xx xxxxxx 2019cu il tarixdə cəza müddəti başa çatdıqdan sonra törətsə də, Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 07 ay 05 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edildikdən iki il müddət keçmədən, yəni xx xxxxxx 2019-cu il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 dəymiş zərəri tam olaraq ödəmələrini, zərərçəkmiş şəxslərin onunla barışmalarını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamalarını, himayəsində bir nəfər azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi, ailədə yeganə qanac gətirən şəxs olmasını, dəfələrlə cinayətlərin acılmasında və iştiraçıların ifşa edilməsində fəal iştirak edərək fətəndaşlıq borcunun yerinə yetirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını şəxsiyyətini müsbət səciyyələndirən halları kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cinayətin residivini yaratması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, cinayətin resedivini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 Ali Məhkəmənin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə üzərində saxlanılmış 06 ay 18 gün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrun edilmə əlavə cəzasını müzakirə edərək Təqsirləndirilən şəxs1 halhazırda əsas və əlavə cazalarının müddəti bitdiyinə görə həmin əlavə cəzanın hazırki hökmlə ona təyin olunan cəzaya birləşdirilməsi məqsədə müvafiq hesab etmir. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 ailəsinin maddi və mənəvi vəziyyətini, qanuna uyğun şəkildə dəfələrlə cinayətlərin açılmasında və onu törödənlərin və iştirakşıların ifşa edilməsinədə fəal iştirak edərək vətəndaşlıq borcunun yerinə yetirməsi hallarını, cəzasını yüngülləşdirən halları, vərəm xəstəliyindən əziyyət çəkməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onuncəza çəkmədən islah olunması mümkündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs1təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq tətbiq edilməsi nəticəsinə gəlir və barəsində sınaq müddəti müəyyən edilməklə həmin müddət ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlarla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə onu da qeyd edir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. İnsan Hüquqlarının və X17 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (bax, Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə xx xxxx 1996-cı il tarixli qərar, 42-ci b.) Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 dəymiş zərəri tam olaraq ödəmələrini, zərərçəkmiş şəxslərin onunla barışmalarını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialrının olmamalarını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətlərini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cümaddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiqhesabedir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 vermiş olduğu ifadə özünü müdafiə xarakter daşıyır, məhkəmə onun ifadəsini cinayət məsuliyyətindən boyun qaçırması kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğurluq edəndə təqsirləndirilən şəxs X15 onlarla birlikdə olmuş, oğurladıqları mal qaranı bilikdə satmiş, onun həmin oğurluqlardan xəbəri olmuş, oğuluqları bir yerdə etmişlər. Beləliklə, təqsirləndirilən şəxs X6 yuxarıda şərh edilib göstərilən cinayət əməli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 və özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında ona tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X5 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X5 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasla ryoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs X6 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 dəymiş zərəri tam olaraq ödəmələrini, zərərçəkmiş şəxslərin onunla barışmalarını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialrının olmamalarını, himayəsində bir nəfər azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə X10 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini səciyyələndirən halları, cəsasının yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsinivə işin digər hallarını nəzərə alaraq təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçək məmüəssisələrində çəkilməsi müəyyən edilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X4, müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilməlidir. İş üzrə aparılmış məhkəmə-yolnəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, 02 (iki)ədəd kompakt disk, 01 (bir) ədəd DVD diski iş materiallarında saxlanılmalı, X7 təhvil verilmiş VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 3100 (üç min bir yüz) manat təşkil edən maddi ziyandan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs2 950 (doqquz yüz əlli) manat, X3 250 (iki yüz əlli) manat, Zərərçəkmiş şəxs4 170 (bir yüz yetmiş) manat, Zərərçəkmiş şəxs5 400 (dörd yüz) manat, Zərərçəkmiş şəxs7 365 (üç yüz altmış beş) manat və Zərərçəkmiş şəxs8 365 (üç yüz altmış beş) manat tam ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs6 dəymiş maddi zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar tam toplamaq yolu ilə ona 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etməcəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki iş üzrə xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək 09 (doqquz) ay 24 (iyirmi dörd) gün faktiki olaraq həbsdə saxlama müddəti ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzandan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) ay 18 (on səkkiz) gün müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti tətbiq edilsin və ona ---03 (üç) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışına nəzarət etmək yaşayış yeri üzrə icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin və əlavə cəza müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Həbs” qətimkan tədbiri ləğv edilsin, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin.

2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 263-1.1-ci maddəsi ilə, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3na təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə təyin edilsin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən-yəni xx xxxxxx 2019-cu il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 3.X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayə təməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X7 yaşadığı Xaçmaz şəhəri A.Məmmədov küçəsindəki 31 saylı evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X13 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X13 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X4, müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilsin. İş üzrə aparılmış məhkəmə-yolnəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, 02 (iki)ədəd kompakt disk, 01 (bir) ədəd DVD diski iş materiallarında saxlanılsın, X7 təhvil verilmiş VAZ-21130 markalı A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 3100 (üç min bir yüz) manat təşkil edən maddi ziyandan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs2 950 (doqquz yüz əlli) manat, X3 250 (iki yüz əlli) manat, Zərərçəkmiş şəxs4 170 (bir yüz yetmiş) manat, Zərərçəkmiş şəxs5 400 (dörd yüz) manat, Zərərçəkmiş şəxs7 365 (üç yüz altmış beş) manat və Zərərçəkmiş şəxs8 365 (üç yüz altmış beş) manat tam ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs6 dəymiş maddi zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və X7 aid hissədəXaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar