Məhkəmə qərarları › İş №1(029)-18/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-18/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-18/2021 02.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1992-ci il tarixdə Qusar rayonu Cağar qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Cağar qışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, onun Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Qusar rayonu Cağar qışlaq kəndində yaşadığı evin giriş hissəsində olan dəhlizdə sərxoş vəziyyətdə əmisi oğlu Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq zərbəsi ilə vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş yekun protokol üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Cağar qışlaq kəndində yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun əmisi oğludur. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı kənddə tanışları ilə birlikdə spirtli içki qəbul etmişdir. Bundan sonra o, sərxoş vəziyyətdə tək küçədə gəzərkən əmisi oğlu Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Ramiz onu evə aparmaq istəmiş, lakin o, Ramizə evə getmək istəmədiyini, onu rahat buraxmasını, ondan əl çəkməsini və onu narahat etməməsini bildirmişdir. Buna görə də aralarında söz-söhbət yaranmış və Ramiz oradan getmişdir. O, bir müddət küçədə gəzdikdən sonra təxminən saat 22 radələrində yaşadığı evə qayıtmışdır. Evin həyətinə girən vaxt evin giriş hissəsində olan dəhlizdə Ramizin atası Şahidla söhbət etdiyini görmüşdür. Həmin vaxt Ramiz ona onunla niyə evə gəlmədiyini və niyə onun sözünə qulaq asmadığını bildirərək öz iradını bildirmişdir. Bu vaxt aramızda mübahisə yaranmış, mübahisə vaxtı Ramiz iki-üç dəfə yumruq zərbələri ilə onun sifətindən vurmuşdur. Bundan əsəbləşərək o, bir yumruq zərbəsi ilə Ramizin sifətindən vurmuşdur. Hadisə yerində olan atası Vaqif onları sakitləşdirmişdir. O, hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əməlindən peşmandır, barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Qusar rayonu, Cağar qışlaq kəndində ailəsi ilə yaşayır. Təqsirləndirilən şəxs onun əmisi oğludur, onunla düşmənçiliyi və ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrinsə yaşadığı evdə yemək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir. Bundan sonra siqaret çəkmək üçün küçəyə çıxmışdır. Küçədə bir qədər gəzib evə qayıdan zaman yolda tək başına sərxoş vəziyyətdə əmisi oğlu Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. O, Mehmanın sərxoş olduğuna görə evə aparmaq istəmiş, bu vaxt Mehman ona qarşı əl-qol hərəkətlər edərək evə getmək istəmədiyini bildirmişdir. Buna görə də o, Mehmandan ayrılaraq yoluna davam etmişdir. Daha sonra o, Mehmanın evinə gəlib-gəlmədiyini yoxlamaq üçün qonşuluqda yaşayan Mehmanın evinə getmişdir. O, evin giriş qapısında əmisi Şahid görmüş və ona Mehmanın sərxoş vəziyyətdə küçədə olmasını, onu evə gətirmək istəyəndə onunla mübahisə etdiyini demişdir. Həmin vaxt o, Mehmanla evin giriş qapısının dəhlizində rastlaşmış, bu vaxt o, yenə Mehmana niyə onunla evə gəlmədiyini soruşduqda aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Mehman onun üstünə gələrək ona əl qol atmış, bundan əsəbləşərək Mehmanı iki-üç dəfə yumruq zərbəsi ilə sifətindən və başından vurmuşdur. Yaranmış mübahisə vaxtı Mehman da bir dəfə yumruq zərbəsi ilə onun sağ gözündən vurmuşdur. Həmin vaxt əmisi Vaqif onları sakitləşdirmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyin xx xxxxxx 2020-ci il tarixli 1303 saylı rəyindən görünür ki, 1922-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ göz orbiti ətrafında qançır-hematoma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması onun öz ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi və məhkəmə baxışında tədqiq olunmuş işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən peşman olduğunu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərərək, cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbi olmadığını bildirmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti başçısının Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 57 saylı xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx xxxxxxx 1988-ci il təvəllüdlü arvadı Humay Güləmirovadan və xx xxxx 2020-ci il təvəllüdlü oğlu Kənan Güləmirovadan ibarətdir. Cinayət işinin materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti başçısının Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabəliyində Dövlət Sosial Müdafiə Fondu X4 Qusar rayon Xidmət Nümayəndəliyin xx xxxxxx 2020-ci il tarixli **********9 saylı məktubdan görünür ki, Qusar rayonu Kuzunqışlaq kəndində yaşayan 24 aprel 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs şöbədən sosial müavinət, təqaüd almır. Cinayət işinin materiallarında olan İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” X4 xx xxxxxx 2020-ci il tarixli 1591/12-20 saylı məktubdan görünür ki, Qusar rayonu Kuzunqışlaq kəndində yaşayan xx xxxxxx 2020-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Qusar Rayon Mərkəzi Xəstəxanası” X4 X1 həkim psixiatrın və həkim narkoluqun qeydiyyatında yoxdur. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 40.2.2, 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar