Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-18/2022 18.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi X1 Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Qusar rayonu Yasab kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Yasab kəndində küçədə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı daşla həmkəndlisi Zərərçəkmiş şəxs sifətindən vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla ədavəti və düşmənçiliyi yoxdur, dostdurlar. 13 dekabr 2021-ci il tarixdə saat 18 radələrində kənddə yerləşən kafeyə getmiş, orada təkbaşına bir şüşə araq içmiş və sərxoş olmuşdur. Həmin gün saat təxminən 19 radələrində kafedən çıxıb bir az evə tərəf getmiş, lakin yorulduğundan yolun kənarında oturmuşdur. Həmin vaxt yolla gələn Zərərçəkmiş şəxs onu görüb ona yaxınlaşmış, onlar söhbət etmişlər, bir az sonra aralarında mübahisə yaranmış və o, yerdən götürdüyü daşla Məmmədin alın nahiyəsindən vurmuşdur. Bundan sonra, Məmməd ona heç nə demədən oradan uzaqlaşmışdır. O, evə qayıtmış, daha sonra polis əməkdaşları onun yaşadığı evə gəlmiş, onu şöbəyə dəvət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Yasab kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla ədavəti və deşmənçiliyi yoxdur, dostdurlar. O, 13 dekabr 2021-ci il tarixdə yaşadığı kənddə bibisi oğlunun evində spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Həmin gün saat təxminən 19 radələrində evə gedəndə yolun kənarında əyləşən Təqsirləndirilən şəxs görmüş və ona yaxınlaşmışdır. Həmin vaxt Asim də sərxoş vəziyyətdə olmuşdur. Onlar söhbət edərək zarafatlamış, sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Asim yerdən daş götürərək onun başına vurmuş, o, da Asimə heç nə demədən oradan çıxıb getmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-nə ərizə ilə müraciət etmiş və Təqsirləndirilən şəxs təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 552 saylı 14 dekabr 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alnın sağ tərəfinin əzilmiş-çapılmış yarası; hər iki göz orbiti ətrafının qançırları; sol gözün alt qapağının, sol qaşın üstünün, burnun üstünün sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 13 dekabr 2021ci il tarixdə yumruq, təpik və daşla vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin 14 dekabr 2021-ci il tarixli “maddi sübut qismində tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd daş iş üzrə maddi sübut qismində tanınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin təhqiqatçısı Namik Umudovun 22 dekabr 2021-ci il tarixli raportundan görünür ki, maddi sübut qismində tanınmış bir ədəd daş Qusar RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 21 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli 5861/12-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli **********8 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26.08.2016-cı il tarixdən fiziki şəxs kimi qeydiyyatdadır (VÖEN **********). İş materiallarında olan Qusar RİHB-nın Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.12.2021-ci il tarixli 323 saylı arayışdan görünür ki, Qusar rayonu Yasab kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid3, 13.10.2003-cü il təvəllüdlü qızı İfriz Ağasiyevadan, 18.01.2009-cu il təvəllüdlü oğlu Camiddin Ağasiyevdən, 20.04.2014-cü il təvəllüdlü oğlu Ağasi Ağasiyevdən və 15.08.2006-və il təvəllüdlü qızı Səbinə Ağasiyevadan ibarətdir. İş materiallarında olan Qusar RİHB-nın Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.12.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Qusar rayonu Yasab kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 18 yanvar 2022-ci il tarixdə məhkəməyə verdikləri ərizələrindən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut qismində tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd daş məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut qismində tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd daş məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-18/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-18/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver