Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-18/2023 05.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş(Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmü ilə CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11(on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş) məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasına qanunsuz yolla getmək məqsədi ili 12 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət - buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunun Şirvanlı kənd ərazisində yerləşən 4-cü sərhəd zastavasının 32-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən üç gün əvvəl Bakı şəhərindən Xaçmaz rayonunun Xudat şəhərinə getmiş, 2 gün orada gecələdikdən sonra 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Qusar rayonu Şirvanlı kəndində yerləşən “Şirvanlı” buraxılış məntəqəsinə yaxınlaşmış, Rusiya Federasiyasına keçmək istədiyini bildirmiş, lakin pasportu olmadığı üçün Rusiya Federasiyasına keçməyinə icazə verilməmiş, bundan sonra Şirvanlı buraxılış məntəqəsi yaxınlığında meşəlik əraziyə doğru hərəkət etmiş, bir qədər irəlilədikdən sonra qarşısına tikanlı maneə çəpəri çıxmış, məftilləri aralayaraq digər tərəfə keçmiş, təxminən iki-üç dəqiqə sonra hərbi qulluqçular onu saxlamış və məntəqəyə aparmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə cinayət proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsirli olmaları özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 12.09.22-ci il tarixdə təxminən saat 12:30 radələrində 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili kapitan Əziz Əliyev tərəfindən daxil olmuş məlumat əsasında saat 14:35-dən 17:10-dək sərhəd zastavasının 32-ci sahəsinə naryad başçısı özü olmaqla, əsgər Şahid2 və əsgər Elməddin Yaşılovla birlikdə “Sərhəddə işçi qrup” xidməti planlaşdırmışdır. Qeyd olunan sahədə xidmət təşkil edərkən, təxminən saat 15 radələrində bir nəfər naməlum şəxsin AR-RF istiqamətində hərəkət etdiyini görmüşdür. Naryad üzvləri ilə birlikdə həmin şəxs istiqamətində hərəkətə başlamış və saat 15 radələrində qeyd olunan naməlum şəxsi “Dayan” komandası verərək saxlamışdır. Dərhal rabitə vasitəsi ilə sərhəd zastavasını “Silaha” komandası ilə qaldırmışdır. Həyəcan qrupu hadisə yerinə gəlmiş və onlar həmin şəxsi sərhəd zastavasına aparmışlar. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki,12.09.22-ci il tarixdə təxminən saat 12:30 radələrində 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili kapitan Əziz Əliyev tərəfindən daxil olmuş məlumat əsasında saat 14:35-dən 17:10-dək sərhəd zastavasının 32-ci sahəsinə naryad başçısı leytenant Orxan Tomayev olmaqla, o və əsgər Elməddin Yaşılovla birlikdə “Sərhəddə işçi qrup” xidməti planlaşdırmışdır. Qeyd olunan sahədə xidmət təşkil edərkən, təxminən saat 15 radələrində bir nəfər naməlum şəxsin AR- RF istiqamətində hərəkət etdiyini görmüşdür. Naryad üzvləri ilə birlikdə həmin şəxs istiqamətində hərəkətə başlamış və saat 15 radələrində qeyd olunan naməlum şəxsi “Dayan” komandası verərək saxlamışdır. Dərhal rabitə vasitəsi ilə sərhəd zastavasını “Silaha” komandası ilə qaldırmışdır. Həyəcan qrupu hadisə yerinə gəlmiş və onlar həmin şəxsi sərhəd zastavasına aparmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 12 sentyabr 2022ci il tarixdə daxil olmuş məlumat əsasında saat 14:35-dən etibarən sərhəd zastavasının 32-ci sahəsində əsgər Şahid2 və əsgər Elməddin Yaşılov ilə birlikdə ‘Sərhəddə işçi qrup xidməti təşkil etmiş, saat 15:20-də qeyd olunan sahədə Azərbaycan Respublikası Rusiya Federasiyası istiqamətində irəliləyən naməlum şəxs saxlanılmış, daha sonra həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görürür ki, Qusar rayonu, Şirvanlı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin l-cü sərhəd zastavasının sol cinahının 32-ci sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs maneə çəpərindən 140 metr içəridə, DSX-dən 70 metr aralı, 56 nömrəli sərhəd nişanından 30 metr sağda saxlanılmış, 84-85 nömrəli dirəkləri arasında olan maneə çəpərinin beşinci məftilin dartılaraq aralanmışdır. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Rusiya Federasiyası istiqamətində dövlət sərhədinin qanunsuz şəkildə keçmək istədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin məktubından dan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin məktubından görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmü ilə CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11(on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmü ilə CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11(on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırkı iş üzrə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdiyindən cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə istintaqında onun üzərində ödənilməmiş məhkumluğun olması müəyyən edilsə də, məhkəmə hesab edir ki, böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdiyindən Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən bu hallar cəzanı ağırlaşdıran halları (residivi) təşkil etmir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onlara təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, işin hallarını nəzərə alıb Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin edilməsini məqsədə müvafiq hesab etmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkanı tədbiri seçilmişdir. İş materiallarında olan Qusar Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdə inzibati qaydada tutulduğu 1(bir) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətlərinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdə inzibati qaydada tutulduğu 1(bir) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 5(beş) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olduğu andan (Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-18/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-18/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver