Məhkəmə qərarları › İş №1(029)-19/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-19/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-19/2021 17.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: “FİDES” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx xxxxxx 1991-ci il tarixdə Qusar rayonunun Balaqusar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər az yaşlı uşağı olan, ali təhsilli, “xxxx”nın Quba filialında aparıcı mütəxəssisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Balaqusar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinir ona görə ki, o, verdiyi analizin nəticəsi olaraq xx xxxxxx 2020-ci il tarixdə yeni növ koronavirus (COVİD-19 )infeksion xəstəliyinə yoluxduğunu bilmiş və bununla əlaqədər olaraq onun infeksiya daşıyıcısı olduğu üçün yaşayış yerini 14 gün ərzində tərk edilməsinin qadağan olunmasına baxmayaraq, o, xx xxxxxx 2020-ci il tarixdə yaşayış yerini tərk etmiş, idarə etdiyi “VAZ-2107” markalı, **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Qusar şəhərinə gəlmiş, oradan da Quba RMX-da yenidən analiz vermək üçün Quba şəhərinə getmək istəyərkən Qusar şəhərinin çıxışı ilə Quba rayonun sərhədində qurulmuş xüsusi karantin postunda Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və bu hərəkətləri ilə də karantin rejimini pozaraq, yoluxduğu yeni növ koronavirus(COVİD-19) infeksion xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2014-cü ildən bank sektorunda müxtəlif vəzifələrdə, 2019-cu ilin iyun ayından isə “xxxx”nın Quba filialında kredit mütəxəssisi vəzifəsində işləyir. 2020-ci ildə ölkə ərazisində yayılmış “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq cari ilin noyabr ayının 9-da Qusar RMX-da “COVİD 19” virusu ilə əlaqədar test analizi vermiş, həmin analizin nəticələri xx xxxxxx 2020-ci il tarixdə ona məxsus (055) ***-**-** saylı mobil telefon nömrəsinə gəlmiş və analizinin nəticəsi pozitiv olduğu bildirilmişdir. O, test verdiyindən 2-3 gün əvvəlcədən işə getməmiş, bundan sonra yenidən xx xxxxxx 2020-ci il tarixdə test analizi vermiş və xx xxxxxx 2020-ci il tarixdə onun mobil telefonuna testin nəticəsinin pozitiv olması barədə yenidən mesaj gəlmişdir. Həmin bu müddət ərzində yaşadığı ünvanda olmuş, ailə üzvləri də test vermişdir. “COVİD 19” virusu ilk dəfə onun ailə üzvlərindən anasında aşkar olunmuş, daha sonra atasında, onda və bacısında aşkar olunmuş, lakin heç birində həmin virusun simptomları aşkar olunmamışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Qusar RMX-nın əməkdaşları onun anasından test analizi götürmək üçün yaşadıqları ünvana gəlmiş, o, da həmin vaxt yenidən analiz vermişdir. O, artıq sağaldığını düşünmüş və həmin gün saat 17 radələrində yenidən test vermək üçün Quba RMX-na getmək qərarına gəlmiş, özünə məxsus “VAZ 2107” markalı, **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Quba şəhərinə getmək üçün yola düşmüş, saat təxminən 17:15 radələrində Qusar şəhərinin girişində karantin rejimi ilə əlaqədar olan postda polis əməkdaşlarının tapşırığına əsasən avtomobili saxlamış, orada polis əməkdaşları onun şəxsiyyət vəsiqəsini tələb etmiş və vəsiqəni polis əməkdaşlarına vermiş, polis əməkdaşları ondan hara getdiyini soruşmuş, o, bank işçisi olduğundan sərbəst gediş gəliş üçün verilmiş icazə sənədini göstərmişdir. Bundan sonra polis əməkdaşları onun şəxsiyyət vəsiqəsini yoxlamış və onda “COVİD 19” virusu aşkar olunduğunu, ona görə də yaşadığı ünvanı tərk etməsinin qadağan olunduğunu bildirmişlər. Bundan sonra posta həkim personalı dəvət olunmuş və polis əməkdaşları onu həkim personalına təhvil vermişlər. Həmin vaxt o, avtomobilini idarə etməsi üçün dostu Rəsulu ora dəvət etmiş və özü də X2 avtomobilinə əyləşmiş, həkimlər onu yaşadığı ünvana gətirmişlər. Bunun səhəri günü onun mobil telefonuna bir gün əvvəl verdiyi testin cavabı gəlmiş və orada da analizin nəticəsi pozitiv göstərilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə həkimlər onun yaşadığı ünvana gəlmiş və ondan yenidən analiz götürmüşlər. Sonuncu analizinin nəticəsi isə neqativ çıxmışdır. Buna görə də, bir gün əvvəl evdən çölə çıxdığı gün, yəni xx xxxxxx 2020-ci il tarixdə xəstəliyinin başa çatması ehtimalının olduğunu və həmin gün onun xəstə olmasının sübuta yetirilməməsini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Bununla belə, onda aşkar olunmuş xəstəliklə əlaqədar evdən çıxdığı üçün peşmançılıq hissi keçirir. Nəzərə almasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2003-cü ildən Azərbaycan Respublikası DİO-da, 2018-ci ildən isə Qusar RPŞ-nin İTB-nin xidməti üzrə baş inspektoru polis mayoru vəzifəsində xidmət edir. Ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqdəar olaraq xx xxxxxx 2020-ci il tarixdə o, Qusar RPŞ-nin PPXT-nın polis nəfəri polis serjantı Şahid3 və polis baş serjantı Şahid2la birlikdə Qusar şəhərinin girişində yerləşən “Bayraq Meydanı” adlanan postda saat 18 radələrində xidmətdə olmuş, bu zaman “VAZ 2107” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili postda saxlamış və avtomobilin sürücüsü Qusar rayonunun Balaqusar kəndində yaşayan Təqsirləndirilən şəxs rayon ərazisini tərk edərək Quba şəhəri istiqamətində getmək istədiyini müəyyən etmişlər. Təqsirləndirilən şəxs bir sənəd göstərərək “xxxx”nın Quba filialında kredit mütəxəssisi vəzifəsində işlədiyini və həmin sənədin banka çatdırmalı olduğunu demişdir. Şahid3 Təqsirləndirilən şəxs məlumatlarını xidməti planşetdə olan “Hökumət Portalı”nda yoxlamış və portalda həmin şəxsin “COVİD 19” virusuna yoluxması barədə məlumatı aşkar etmiş, Şahid3 bu barədə ona məlumat vermiş və o da bu barədə Qusar RPŞ-nin növbətçi hissəsinə bildirmişdir. Daha sonra posta Qusar RMX-nın Təcili Tibbi yardım avtomobili gəlmiş və Təqsirləndirilən şəxs həkim personalına təhvil vermişlər. Bu barədə onun tərəfindən protokol tərtib olunmuş və imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs postda saxlandığı zaman sonuncunu və idarə etdiyi avtomobili mobil telefonla video görüntüyə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qusar RPŞ-nin PPXİ-nin polis nəfərləri Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək həmin faktı təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1999-cu ildən Qusar rayon Mərkəzi Xəstəxanasında, 2011-ci ildən isə Qusar rayon X1 Hüquqi Şəxsdə həkim-kardioloq vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə növbədə olduğu şəxslər, yəni tibb bacısı Şahid5 və TTYS-nın sürücüsü Ömər Hidayətovla birlikdə X2 avtomobili ilə Quba rayon xəstəxanasına xəstə aparmışlar. Həmin gün saat 18 radələrində Qusar şəhərinə qayıdarkən Qusar RMX-sı X3 baş direktoru Mübariz Zeynalov ona Qusar şəhərinin girişində yerləşən “Bayraq Meydanı” adlanan postda “COVİD 19” virusuna yoluxmuş xəstənin aşkar edildiyini və həmin xəstənin yaşadığı ünvana aparmasını tapşırmışdır. O, tibb bacısı Şahid5 və TTYS-nın sürücüsü Ömər Hidayətovla birlikdə X2 avtomobili ilə həmin karantin postuna gəlmiş və Qusar rayon Balaqusar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Balaqusar kəndinə aparmış və xəstəxanaya geri qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qusar rayon X1 Hüquqi Şəxsdə tibb bacısı işləyən Şahid5 və Qusar rayon X1 Hüquqi Şəxsin TTYŞ-də sürücüsü işləyən Hidayətov Ömər Rəhbər oğlu Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək həmin faktı təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Qusar rayonu Balaqusar kəndində yaşayan Təqsirləndirilən şəxs ilə təxminən 8 ildən çoxdur ki, dostluq münasibətlərindədir və ailəvi də yaxındır. 18 noyabr 2020-ci il tarixdə, təxminən saat 18 radələrində dostu Toğrul ona mobil telefonla zəng edərək özünü Qusar şəhərinin girişində yerləşən karantin postunda polis əməkdaşlarının saxladığını və həkimlərin özünü evə apardığı üçün onun özünün avtomobilini həmin postdan idarə edərək evlərinə gətirməsini xahiş etmişdir. O, da dərhal həmin posta yollanmış və orada olan polis əməkdaşlarının göstərişi ilə Toğrula məxsus “VAZ 2107” markalı **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək Toğrulun yaşadığı ünvana aparmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti başçısının Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1040 saylı xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası 1960-cı il təvəllüdlü Mövlüd Musayevdən, anası 1965-ci il təvəllüdlü Cənnət Musayevadan, 1995-ci il təvəllüdlü bacısı Fatimə Musayevadan, 1991-ci il təvəllüdlü arvadı Təranə Lətiflidən və oğlu 2019-cu il təvəllüdlü Ziya Musayevadan ibarətdir. İş materiallarında olan AZ-İV 269183 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il təvəllüdlü Ziya adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti başçısının Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Qusar rayon X1 Hüquqi Şəxsin mərkəzi laboratoriyanın nəticələri barədə xx xxxxxx 2020-ci il tarixli 149-22114-1120 nömrəli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə “COVİD 19” xəstəliyi ilə əlaqədar verdiyi yaxma testlərinin nəticələrinin pozitiv olması göstərilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs postda saxlanıldığı zaman polis əməkdaşları tərəfindən videoçəkilişlə lentə alınmış, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2020-pci il tarixdə rayonun Balaqusar kəndindən Qusar şəhərində hərəkət etməsi “TŞ” kameraları ilə lentə alınmış, əldə olunmuş görüntülər 02 ədəd DVD kompakt diskə köçürülmüşdür. Belə ki, həmin 02 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbiri seçmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemin iş yerinə dair arayışdan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” ASC-də mikro və aqro kreditlər üzrə aparıcı mütəxəssis vəzifəsində işləyir. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həqiqətən də, xx xxxxxx 2020-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksion xəstəliyinə yoluxduğunu bilib və bununla əlaqədər olaraq onun infeksiya daşıyıcısının olduğu üçün yaşayış yerini 14 gün ərzində tərk edilməsinin qadağan olunmasına baxmayaraq, o, xx xxxxxx 2020-ci il tarixlərdə yaşadığı Qusar rayonu Balaqusar kəndindəki evi tərk edərək Qusar şəhərinə gəlməsi və oradan Quba şəhərinə getmək istəməsi və həmin hərəkəti ilə karantin rejimini pozaraq, yoluxduğu yeni növ koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratması, bununla da, onun Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə tövsif olunmuşdur, törətdiyi cinayət əməlini etiraf etməmiş, məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, onun barəsində bəraət hökmünün çıxarılması üçün heç bir əsas yoxdur. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs törədilən cinayətdə təqsiri sübuta yetirilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işləməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların-yəni azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm də ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs Qusar rayonu, Balaqusar kəndində yaşamasına baxmayaraq, Quba rayonunda işləyir və ona görə azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə yaşadığı rayon ərazisini tərk etməmək və sair məhdudiyyətlərin qoyulması iş yerinin itirilməsinə və bununla da, onun əlavə məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bundan başqa, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində cərimə cəzasının təyin edilməsi dövlət büdcəsinə əlavə ödənişlərin keçirilməsini, bununla da büdcənin yaxşılaşdırılmasını və cəzanın daha səmərəli olmasını təmin etmiş olar. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs karantin postda saxlanıldığı zaman polis əməkdaşları tərəfindən videoçəkilişlə lentə alınmış 01 ədəd DVD kompakt disk və Təqsirləndirilən şəxs özünə məxsus “VAZ 2107” markalı, **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Qusar rayonunun Balaqusar kəndindən Qusar şəhəri istiqamətində hərəkət etməsi görüntüsü “Qusar şəhər Təhlükəsiz Şəhər” müşahidə kamerasında qeydə alınmış, əldə olunmuş görüntülər köçürülmüş 01 ədəd DVD kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs karantin postda saxlanıldığı zaman polis əməkdaşları tərəfindən videoçəkilişlə lentə alınmış 01 ədəd DVD kompakt disk və Təqsirləndirilən şəxs özünə məxsus “VAZ 2107” markalı, **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Qusar rayonunun Balaqusar kəndindən Qusar şəhəri istiqamətində hərəkət etməsi görüntüsü “Qusar şəhər Təhlükəsiz Şəhər” müşahidə kamerasında qeydə alınmış, əldə olunmuş görüntülər köçürülmüş 01 ədəd DVD kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar