Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-19/2024 28.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Qusar rayonu, Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Çiləgir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 05 sentyabr 2018-ci il tarixdən hesablanmaqla 22 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq İsmayılova (Hacıyeva) Xəticə Zakir qızına verilməsinə dair Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(029)-93/2019 saylı, 21 fevral 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qusar Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 3(029)-337/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 13 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 08 sentyabr 2022-ci il və 01 mart 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 29 mart 2023-cü il tarixinə kimi 3687,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs İsmayılova (Hacıyevə) Xəticə Zakir qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstərdi ki, İsmayılova (Hacıyevə) Xəticə Zakir qızı ilə birgə nikahlarından 22 aprel 2015-ci il tarixdə Dəniz adlı uşaqları anadan olub. Xəticə ilə ayrıldıqdan sonra Xəticə himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(029)-93/2019 saylı, 21 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 05 sentyabr 2018-ci il tarixdən hesablanmaqla 22 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq İsmayılova (Hacıyevə) Xəticə Zakir qızına verilməsi qət edilmişdir. Fasilələrlə aliment ödənişləri etsə də, pandemiya dövründə işsiz olduğundan, anası xəstə olduğundan aliment borcu yaranmışdır. Məşğulluq Mərkəzində qeydiyyatda dursa da, oradan təklif edilən işlərin əmək haqqısı onu qane etmədiyindən və iş yerlərinin yolunun çox uzaq olması səbəbindən imtina etmişdir. Hal-hazırda borclu olduğu aliment borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur.Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qazandığı pulu özünə xərclədiyindən, uşağı ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(029)-93/2019 saylı, 21 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2018-ci il tarixdən hesablanmaqla 22 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. 29 mart 2023-cü il tarixə ödənilməmiş aliment borcu 3687,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs hazırda Quba və Qusar rayonlarında ev şənliklərində sintezatorda ifa etməklə məşğul olur və yetərli qazanc əldə edir. Bundan əlavə fərdi əməklə məşğul olmaqla əlavə gəlir əldə edir. Ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, aliment ödəmədiyi halda təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qusar Rayon Məhkəməsinin 2(029)-93/2019 saylı, 21 fevral 2019-cu il tarixli icra sənədinə əsasən 22 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 05 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 120,00 manat sabit pul məbləğində aliment alınaraq İsmayılova (Hacıyeva) Xəticə Zakir qızına verilməsi qət edilmişdir. Həmin icra sənədi 03 aprel 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı borclu tələbi qanunla müəyyən edilmiş müddətdə heç bir üzrlü səbəb olmadan təmin etməmiş və onda tələb yönəldilə biləcək əmlaklar o, cümlədən gəlir yerləri aşkarlanmamışdır. Tələbin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs şöbəyə çağırılmış və yaranmış aliment borcunu ödəməsi tələb olunmuşdur. Borclu aliment üzrə yaranmış borcunu ödəməkdən yayınmağa çalışdığı üçün barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 19 avqust 2019-cu il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş inzibati həbsin müddəti başa çatdıqdan sonra o, şöbəyə dəvət olunmuş, qanunvericiliyin tələbinə uyğun olaraq borcluya icra üçün yeni müddətin təyin edilməsi barədə bildiriş və işlə təmin olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə təklif şəxsən özünə imza etdirilməklə təqdim edilmişdir. Əks halda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmuşdur. Buna baxmayaraq borclu aliment öhdəliyini və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 16 noyabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Tələbin icrası istiqamətində icra tədbirləri davam etdirilmiş və borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Qusar Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 8(029)-130/2020 saylı qərardadına əsasən müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Həmçinin borclu barəsində təkrarən inzibati protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 25 avqust 2022-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 13 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasına və Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs tələbi təmin etməkdən qərəzli olaraq boyun qaçırtmağa davam etmişdir. Beləliklə Təqsirləndirilən şəxs tərəfindən işlə təmin olunmaq üçün aidiyyəti üzrə məşğulluq mərkəzinə müraciət etməməsi, tələbin icrası ilə bağlı heç bir səy göstərməməsi və qeyri səmimi izahatlar verməklə icra sənədinə münasibətinin qərəzli mövqedə olmasına işarə edir. Müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs tələbkara 3687,00 manat borcu mövcudur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 02 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialı tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs vakansiya bankında yerləşdirilmiş münasib işlər ("xxxx" MMC-də budamaçı 300-480 manat əməkhaqqı olan və X6 İdarəsində HTQ nəzarətçisi 338 manat əməkhaqqı olan) təklif olunmuş və bu barədə məlumatlar elektron formada şəxsi kabinetinə yerləşdirilmişdir. Həmçinin özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilmiş, lakin Təqsirləndirilən şəxs özünüməşğulluğun təşkili üçün müvafiq şəraitin olmadığını bildirərək təklifdən imtina etmişdir. Cinayət işinin materiallarında olan Qusar İHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyi tərəfindən daxil olmuş 30 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur və bundan əlavə el şənliklərində sintezator musiqi alətində ifa edir. Cinayət işinin materiallarında olan 08 sentyabr 2022-ci il və 01 mart 2023-cü il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Qusar Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 3(029)-337/2022 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(029)-93/2019 saylı, 21 fevral 2019-cu il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarına əlavə olunmuş Qusar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)- 93/2019 saylı, 21 fevral 2019-cu il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Qusar rayon İcra və Probasiya tərəfindən istintaq idarəsinə təqdimat verildiyi tarixdə 3687 manat aliment borcu olmuş, bu günə kimi tələbkar Zərərçəkmiş şəxs 1320 manat aylıq aliment öhdəliyini yəni hər ay 120 manat) ödəniş etmiş, 330 manat isə aliment borcundan ödəmişdir. Hal-hazırda borclunun tələbkara aliment borcu 3357 manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən istintaq zamanı İsmayılova (Hacıyeva) Xəticə Zakir qızının xeyrinə aliment borcunun bir qismini ödəməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 05 sentyabr 2018-ci il tarixdən hesablanmaqla 22 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq İsmayılova (Hacıyevə) Xəticə Zakir qızına verilməsinə dair Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(029)- 93/2019 saylı, 21 fevral 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməmiş və onun barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin keçirilməsinə baxmayaraq 29 mart 2023-cü il tarixinə kimi 3687,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs İsmayılova (Hacıyevə) Xəticə Zakir qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəza növlərinin təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialı tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran kimi qeydiyyata alınmış, Təqsirləndirilən şəxs vakansiya bankında yerləşdirilmiş münasib işlər ("xxxx" MMC-də budamaçı 300-480 manat əməkhaqqı olan və X6 İdarəsində HTQ nəzarətçisi 338 manat əməkhaqqı olan) təklif olunmuş və bu barədə məlumatlar elektron formada şəxsi kabinetinə yerləşdirilmiş, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilmiş, lakin Təqsirləndirilən şəxs özünüməşğulluğun təşkili üçün müvafiq şəraitin olmadığını bildirərərək təklifdən imtina etmişdir. Bundan başqa Qusar İHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyi tərəfindən daxil olmuş 30 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur və bundan əlavə el şənliklərində sintezator musiqi alətində ifa edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs işləmək niyyəti olduğu təqdirdə dövlət tərəfindən verilmiş əmək fəaliyyəti ilə məşğul olub aylıq əmək haqqı alardı və həmin əmək haqqının bir hissəsini aliment ödənişlərinə ödəyərdi. Təqsirləndirilən şəxs həmin təqdim olunmuş işlərdən imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qərəzli olaraq işləməmiş, aliment borcunu ödəməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın məqsədinin təmin edilməsi məqsədi ilə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 dekabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-19/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-19/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver