Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-2/2020 09.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin 1-ci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil x4 iştirakları ilə xx xxxxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olan, Qusar rayon məhkəməsi tərəfindən 04 dekabr 2018ci il tarixdə haqqında axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, x2 şəhərində istintaqla müəyyən olunmamış mənbədən əldə etdiyi külli miqdarda, 12545 manat dəyərində, ümumilikdə 65 qutu olmaqla, 325 ədəd üzərində “Оргалутран” yazısı əks olunmuş qanireliks tərkibli dərman preparatları olan şprisləri idarə etdiyi “Mercedes Benz 210DKA” markalı, **-AC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunun torpedosunda, nəqliyyat vasitəsinin ön sağ və sol qapılarında əşyalar üçün nəzərdə tutulan yerlərdə, nəqliyyat vasitəsinin salonundakı oturacağın altında xüsusi hazırlanmış saxlanc yerində, oturacağın söykənəcəyinin arxa hissəsindəki üzlüyün içərisində, oturacağın üzərində olan əl çantasının içərisində şəxsi geyim əşyalarının arasında və sürücü oturacağının söykənəcəyinə asılmış tünd-göy rəngli gödəkcəsinin iç cibində və qollarında yerləşdirmiş, 28 aprel 2018-ci il tarixdə saat 10 radələrində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, sürücülük fəaliyyəti ilə məşğul olmaqla idarə etdiyi “MercedesBenz 210DKA” markalı **- AC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə Gəncə şəhərindən x2 şəhərinə və əks istiqamətdə sərnişin daşıyır. Sonuncu dəfə 21 aprel 2018-ci il tarixdə sərnişinləri götürüb Moskva şəhəri istiqamətində yola düşmüş, aprel ayının 23-də Moskva şəhərinə çatmış, orada olarkən “Fuddcity” adlanan ərazidəki apteklərin birindən 65 qutu üzərində “Orqalutran” yazılmış şpris almışdır. Belə ki, “Orqalutran” şprisləri Azərbaycanda baha qiymətə satıldığından həmin dərman preparatlarından çoxlu sayda alıb Azərbaycandakı hansısa aptekə satmağı planlaşdırmışdır. O, hər şpris qutusu üçün 1000 rus rublu, ümumilikdə 65000 Rus rublu ödəmiş, həmin şpirislərin 10 qutusunu nəqliyyat vasitəsinin oturacağının üzərində olan içərisində şəxsi geyim əşyaları olan əl çantasına, 3 qutusunu nəqliyyat vasitəsinin “bardaçok”una, 2 qutusunu isə nəqliyyat vasitəsinin ön sağ və sol qapılarında əşyaların qoyulması üçün nəzərdə tutulan yerlərdə yerləşdirmişdir. Qalan 50 qutu olan şprisləri isə qutularından çıxarıb, bir qismini rezinlə sarıyıb gödəkçəsinin qollarının içərisinə yığmış, həmin gödəkçəni sürücü oturacağının arxa hissəsinə asmış, avtomobilin arxa hissəsində olan sərnişin oturacağının arxasında yer düzəldərək yerdə qalan şprisləri oraya yerləşdirmişdir. Boş qutuları isə rezinlə sarıyıb tünd-göy rəngli gödəkçəsinin iç cibinə qoymuşdur. Bundan sonra aprel ayının 26-da sərnişinlərlə birgə Azərbaycan Respublikasına yola düşmüş, 28 aprel 2018-ci il tarixdə “Samur” gömrük postuna çatmışdır. O, maşını yoxlama postuna sürmüş, posta daxil olduqdan sonra gömrükçü ondan avtomobildə nə olduğunu soruşmuş, o, isə öz növbəsində avtomobildə 2 ədəd köhnə amartizator, 3 litr araq, 1 ədəd tormoz diski, 1 ədəd köhnə velosiped, 5 ədəd çek aparatı, 24 qutu çek kağızı, 30 kq ərzaq və 8 ədəd əl yükünün olduğunu bildirmiş, bu barədə bəyannamə tərtib etmişdir. Bundan sonra gömrük əməkdaşı iki nəfər hal şahidi dəvət edərək avtomobilini yoxlamağa başlamış, yoxlama zamanı, maşında olan şprislər aşkar edilmiş, onun iştirakı ilə sayılmış, onların 65 qutu, hər qutuda 5 ədəd olmaqla ümumilikdə 325 ədəd üzərində “Orqalutran” yazısı əks olunmuş, içərisində ağ maye olan 0,5 mİ-İik şprislər olduğu müəyyən edilmişdir. Gömrük əməkdaşı onu gömrük postundakı otağa aparıb üzərini də yoxlamış, lakin üzərindən qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Bundan sonra gömrük əməkdaşı aşkar olunmuş şprisləri götürmüş, bununla bağlı protokol tərtib edilmiş və protokol onun, həmçinin digər iştirakçılar tərəfindən imzalanmışdır. Hal-hazırda törətdiyi əməlimdən səmimi peşmançılıq hissi keçirir, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmuş, bir daha belə hərəkətlərə, ümumiyyətlə hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, bunları nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi məhkəmə istintaqı zamanı onun səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidin ifadəsi, materialların məhkəmə-iqtisad, materialların məhkəmə ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş x1 ifadəsində göstərmişdir ki, o, 28 aprel 2018-ci il il tarixdə “Samur” gömrük postunun qarşısında olarkən, saat 10 radələrində bir nəfər gömrük işçisi ona və orada olan Mayis adlı şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, onlardan bir nəfər Azərbaycan Respublikası vətəndaşının nəqliyyat vasitəsinə və üzərinə keçiriləcək yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, onlar etiraz etməyərək gömrük işçisi ilə birlikdə yoxlama yerinə getmiş, orada gömrük işçisi əvvəllər tanımadığı bir nəfər şəxsi göstərərək Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmçinin hal şahidi kimi onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 210DKA” markalı, **-AC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsində olan əl çantasından, nəqliyyat vasitəsinin alətlər qutusunun (bardaçokun) içərisindən, nəqliyyat vasitəsinin ön sağ və sol qapı qolunda əşyalar qoyulması üçün nəzərdə tutulmuş yerdən, sürücü oturacağının arxasına asılmış tünd-göy rəngli gödəkçənin qollarından və ciblərindən, həmçinin nəqliyyat vasitəsində sərnişin oturacağının arxa tərəfinin içərisindən şprislər aşkar edilmişdir. Aşkar olunmuş şprislər onların iştirakları ilə baxış keçirilərək sayılmış və nəticədə onların cəmi 65 qutu, hər qutuda 5 ədəd olmaqla, ümumilikdə 325 ədəd üzərində “Orqalutran” yazısı əks olunmuş, içərisində ağ maye olan 0,5 ml-İik şprislər olduğu məlum olmuşdur. Bundan sonra Vüqarın üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Sonda aşkar edilmiş predemetlər qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin fakta görə istintaqa cəlb edilərək barəsində hazırkı cinayət işi açılmışdır. Məhməmə istintaqı zamanı şahid qismində dindirilmiş x7 şahid x1 ilə analoji ifadə verərək həmin şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid x3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında İdxal-ixrac Əməliyyatraı üzrə Nəzarət Departamentinin idxal-ixrac əməliyyatlarına nəzarət şöbəsində böyük dövlət vergi müfəttişi vəzifəsində çalışır, bundan əvvəl Xaçmaz gömrük idarəsinin “Samur” gömrük postunun skanlaşdırma şöbəsinin inspektoru vəzifəsində çalışmışdır. 28.04.2018-ci il tarixdə “Samur” gömrük postunda növbədə olarkən saat 10:00 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 210DKA” markalı, **-AC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirmiş, baxış keçirməzdən öncə, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi nəqliyyat vasitəsində olan predmetlər barədə sorğu-sual etmiş, Vüqar da nəqliyyat vasitəsində 2 ədəd köhnə amartizator, 3 litr araq, 1 ədəd tormoz diski, 1 ədəd köhnə velosiped, 5 ədəd çek aparatı, 24 qutu çek kağızı, 30 kq ərzaq və 8 ədəd əl yükünün olduğunu bildirmiş, bu barədə tərtib olunan bəyannamədə qeyd etmiş, sonra, nəqliyyat vasitəsinə baxış keçirilməsi prosesində iştirak etməsi üçün 2 nəfər hal şahidi dəvət edilərək nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı, o nəqliyyat vasitəsində olan əl çantasından, nəqliyyat vasitəsinin alətlər qutusunun (bardaçokun) içərisindən, nəqliyyat vasitəsinin ön sağ və sol qapı qolunda əşyalar qoyulması üçün nəzərdə tutulmuş yerdən, sürücü oturacağının arxasına asılmış tünd-göy rəngli gödəkçənin qollarından və ciblərindən, həmçinin nəqliyyat vasitəsində sərnişin oturacağının arxa tərəfinin içərisindən şprislər aşkar etmişdir. Aşkar olunmuş predmetlərə baxış keçirdikdə onların cəmi 65 qutu, hər qutuda 5 ədəd olmaqla, ümumilikdə 325 ədəd üzərində “Orqalutran” yazısı əks olunmuş, içərisində ağ maye olan 0,5 mİ-İik şprislər olduğunu müəyyən etmiş, hal şahidlərinin iştirakı ilə o Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin üzərindən qadağan olunmuş və ya gizlədilmiş heç bir predmet aşkar etməmiş, sonra o bununla bağlı protokollar tərtib etmiş, 65 qutu, hər qutuda 5 ədəd olmaqla, ümumilikdə 325 ədəd üzərində “Orqalutran” yazısı əks olunmuş, içərisində ağ maye olan 0,5 mİ-İik şprisləri protokol əsasında götürmüş, araşdırma müddətində saxlanılması üçün akt əsasında Xaçmaz Gömrük İdarəsinin anbarına təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 11.04.2019-cu il tarixli 1000-151/150-22/007800 saylı məktubdan görünür ki, həmin idarənin əməliyyat-axtarış şöbəsində 04 yanvar 2019-cu il tarixdə ******* saylı axtarış işi açılmış və Təqsirləndirilən şəxs barəsində yerli və dövlətlərarası axtarış elan olunmuşdur. Axtarış işinin əməliyyat tədbirləri planına müvafiq olaraq qanunvericiliyə uyğun qaydada əməliyyat-axtarış tədbirləri davam etdirilir və müsbət nəticə olduğu halda bu barədə məlumat veriləcəkdir. Cinayət işinin materiallarında olan yoxlama haqqında28 aprel 2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:25-dən 10:55-dək Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 210DKA” markalı, **-AC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsində olan əl çantasından, nəqliyyat vasitəsinin alətlər qutusunun (bardaçokunun) içərisindən, nəqliyyat vasitəsinin ön sağ və sol qapı qolunda əşyalar qoyulması üçün nəzərdə tutulmuş yerdən, sürücü oturacağının arxasına asılmış tün-göy rəngli gödəkçənin qollarından və ciblərindən, həmçinin nəqliyyat vasitəsində sərnişin oturacağının arxa tərəfinin içərisindən cəmi 65 qutu, hər qutuda 5 ədəd olmaqla, ümumilikdə 325 ədəd üzərində “Orqalutran” yazısı əks olunmuş, içərisində ağ maye olan 0,5 ml-lik şprislər aşkar edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-iqtisad, materialların məhkəmə ekspertizasının 16.05.2018-ci il tarixli 11248/49 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zavod üsulu ilə qablaşdırılmış, “Orqalutran (qanireliks)” adlı dərman preparatı 28 iyun 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotiuk vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nın və 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının”, eləcə də “Zəhərli maddələrin” siyahılarına daxil deyildir. Təqdim edilmiş “Orqalutran (qanireliks) 0,25mq/0,5ml” seriyası:N018588, yararlıq müddəti: 2020-02, istehsalçı:MSD (Farmastikals), markalanma yazısı olan 65 ədəd qutularda, hər qutuda 5 ədəd şprislərdə şəffaf rəngsiz maye qanireliks tərkibli dərman preparatı üzərindəki qeyd olunmuş tarix göstəricisinə əsasən, istifadə müddəti keçməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 65 ədəd qutu “Orqalutran(qanireliks) 0,25 mq/0,ml” (Avropa istehsalı olan) adlı dərman preparatının ümumilikdə orta bazar qiyməti təxminən 12545,00 manat müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-iqtisad, materialların məhkəmə ekspertizasının 09.08.2018-ci il tarixli 19985/86 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zavod üsulu ilə qablaşdırılmış, üzərində “Orqalutran (qanireliks) (setiyası:N018588, yararlıq müddəti:2020-02, istehsalçı:MSD (Farmastikals))” yazısı olan dərman preparatı üzərindəki markalanma göstəricilərinə uyğundur və qeyd olunmuş tarixə görə istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 qutu “Orqalutran(qanireliks) 0,25mq/0,5ml” adlı dərman preparatının 24 aprel 2018-ci il tarixə orta bazar qiyməti 193,00 manat, ümumilikdə 65 qutunun qiyməti 12545,00 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16.05.2018-ci il tarixli 11248/49 saylı və 09.08.2018-ci il tarixli 19985/86 saylı məktublarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 260.60 (iki yüz altmış manat altmış qəpik) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 31 avqust 2018-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, 28 aprel 2018-ci il tarixdə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 210DKA” markalı, **-AC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 12545 manat dəyərində, ümumilikdə 65 qutu üzərində “Orqalutran” yazısı əks olunmuş qanireliks tərkibli dərman preparatları maddi sübut qismində tanınmış və məhkəmənin tərəfindən yekun qərar qəbul edilənədək Azərterminalkompleks Birliyində saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06.08.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.07.2018-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Hazırkı işin məhkəmə baxışı iclası 30 oktyabr 2018-ci il tarixə saat 11:00-a, 13 noyabr 2018-ci il tarixə saat 12:00-a təyin edilmiş, iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən xəbərnaməli çağırış vərəqəsi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bundan sonra məhkəmə baxışı iclası 27 noyabr 2018-ci il tarixə saat 12:30-a təyin edilmiş, təqsirləndirilən şəxsin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərarın icrası Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə həvalə edilmiş, həmçinin təqsirləndirilən şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə yenidən bildiriş göndərilmişdir. Lakin, təqsirləndirilən şəxsin məcburi gətirilməsi barədə qərar icra olunmamış, təqsirləndirilən şəxsin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Bundan sonra isə məhkəmə baxışı iclası 04 dekabr 2018-ci il tarixə saat 11:00-a təyin edilmiş, iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən teleqram göndərilməklə xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına yenidən gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi tərəfindən məhkəməyə 04.12.2018-ci il tarixli məktub göndərilməklə bildirilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da,həmin ünvanda yaşamır. Bu səbəbdən də, Qusar rayon məhkəməsinin hazırkı iş üzrə 04 dekabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməsi və tutulduqda saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs tapılanadək işin icraatı dayandırılmışdır. Qusar rayon məhkəməsinin hazırkı iş üzrə 02.07.2020-ci il tarixli qərarı ilə iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxışı iclası təyin edilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı göstərmişdir ki, 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa görə Cinayət Məcəlləsinin 206-cı maddəsində və maddənin «Qeyd» hissəsində dəyişiklik edilmişdir. Belə ki, həmin Qanunun 1.38.4-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 206-cı maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür.” Odur ki, həmin Qanuna əsasən Təqsirləndirilən şəxs ümumilikdə 12545 manat dəyərində malları qaçaqmalçılıq yolu ilə keçirdiyinə görə hazırda onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından ona CM-nin 206.1-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina edərək yuxarıda qeyd olunan əsaslara görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan cinayət təqibinə xitam verilməsini və törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə göndərilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi x6 da həmçinin 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunun 1.38.4-cü maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, 01 iyun 2020-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun 1.38.4-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 206-cı maddəsinin «Qeyd» hissəsinin birinci bəndi aşağıdakı redaksiyada verilmişdir: “1. Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” Həmin Qanunun 2.4-cü bəndinə əsasən bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikasının CPM-nin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarının hüquqlarını məhdudlaşdıran Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müddəalarının geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 39.1, 39.1.2, 39.1.11-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda; cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40-cı maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1, 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdətəqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 01may 2020-ci il tarixli Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi dəyişdirilməklə həmin Məcəllənin 206.1-ci maddəsinin dispozisiyasında göstərilən “xeyli miqdar”ın məbləği əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hazırkı əməli törədərkən isə CM-nin 206.1-ci maddəsinin tərkibinin yaranması üçün malların və digər əşyaların qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli xeyli miqdarda-yəni 4000 manatdan artıq məbləğdə keçirilməsi nəzərdə tutulurdu. Hazırkı halda isə Təqsirləndirilən şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən 12545 manat dəyərində mallar keçirildiyindən məhkəmə hesab edir ki, hal-hazırda həmin Qanun Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını vəonun cəzalanmalı olmasını aradan qaldırmış və bununla da onun əməlində mövcud vəziyyətdə cinayətin tərkibi yoxdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin Qanunun tələblərinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə göndərilməlidir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindəntörədilmişəməlininzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılaraq nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunanadək iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Birliyinə təhvil verilmiş 12545 manat dəyərində, ümumilikdə 65 qutu üzərində “Orqalutran” yazısı əks olunmuş qanireliks tərkibli dərman preparatları olan şprislər Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyində saxlanılmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə 260.60 (iki yüz altmış manat altmış qəpik) manat məbləğində məhkəmə xərcləri məsələsi də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olub-olmaması araşdırılıb nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunarkən həll olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs“ qətimkan tədbiri və haqqında elan olunmuş axtarış ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 41, 43, 316, 344-347, 356-cı maddələrini, “AzərbaycanRespublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 01may 2020-ciiltarixliQanunun 1-ci və 2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs“ qətimkan tədbiri və haqqında elan olunmuş axtarış ləğv edilsin. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olubolmaması məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə göndərilsin. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olubolmaması məsələsi araşdırılaraq nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunanadək iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Birliyinə təhvil verilmiş 12545 manat dəyərində, ümumilikdə 65 qutu üzərində “Orqalutran” yazısı əks olunmuş qanireliks tərkibli dərman preparatları olan şprislər Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyində saxlanılsın. İş üzrə 260.60 (iki yüz altmış manat altmış qəpik) manat məbləğində məhkəmə xərcləri məsələsi Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin inzibati məsuliyyətə səbəb olub-olmaması araşdırılıb nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunarkən həll olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-2/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-2/2020
09.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver