Məhkəmə qərarları › İş №1(029)-2/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-2/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-2/2022 18.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 fevral 1964-cü ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla, 2000-ci ildə Zərərçəkmiş şəxsnə məxsus iki yerdə olmaqla “X-285765.3525, Y-4593961.1923; X-285768.3275, Y- 4593968.3508; X-285785.7591, Y-4593999.7692; X-285802.0745, Y-4594023.3393; X- 285818.3103, Y-4594039.0227; X-285835.8858, Y-4594057.3744; X-285843.8821, Y- 4594063.6576; X-285856.9562, Y-4594045.6922; X-285849.3010, Y-4594038.2659; X- 285835.4791, Y-4594026.9040; X-285815.1199, Y-4594007.8433; X-285789.3132, Y- 4593984.0425; X-285779.7772, Y-4593971,7322; X-285776.1352, Y-4593965.2738; X- 285771.6927, Y-4593958.0001; X-285780,7535, Y-4593937.4936; X-285774.0894, Y- 4593946.4429; X-285783.2219, Y-4593965.0091; X-285795.3132, Y-4593982.0425; X- 285809.3660, Y-4593993.9179; X-285832.4138, Y-4594015.0667; X-285859.2850, Y- 4594038.4529; X-285832.6525, Y-4594002.1831; X-28xx.xx.7300, Y-4593970.6543; X- 285786.5215, Y-4593943.8344; X-285784.4534, Y-4593941.2131” koordinatları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı örüş sahəsi torpaqları kateqoriyasına aid olan 0,35 ha torpaq sahəsinin ətrafını ağac və kollar əkməklə çəpərləyərək ələ keçirib özbaşına tutmuş və orada müxtəlif növdən olan meyvə ağaclarını əkməklə zərəçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən mübahisəli 0.35 ha torpaq sahəsini 2000-ci ildən istifadə edir. Həmin torpaq sahəsi bələdiyyəyə məxsus örüş sahəsi ola bilməz, çünki torpaq sahəsi dörd tərəfdən əkin sahələrinin ortasındadır. Onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin yanından qonşu kəndə gedən su arxı keçir. O, həmin su arxına kimi olan ərazini, təxminən 4 sot torpaq sahəsini kolkoslardan təmizləyib öz torpağına birləşdirmiş, çəpər çəkmiş və orada 2000-ci ildən tərəvəz əkir. Bələdiyyənin həmin ərazidə torpaq sahəsi yoxdur. Ona və ailə üzvlərinə məxsus 1.66 ha torpaq sahəsi tam yerində deyil, həmin torpaq sahəsinin eni 9 metr, uzunluğu 190 metr olan hissəsini Muradxanov Rameş adlı şəxs zəbt etmişdir. O, bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etməmişdir. Uzun müddətdir ki, o, həmin torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsi Şahbaza məxsusdur, indiyə kimi ona heç kim bələdiyyə torpağını zəbt etməyi barədə bildirməmişdir. Həmin torpaq sahəsinin onun olmadığını sonradan bilmiş, üç il əvvəl torpaq sahəsinin ona verilməsi barədə bələdiyyəyə müraciət etmiş, lakin torpaq sahəsi ona verilməmişdir. Bundan başqa, 2008-ci ildə övladı üçün həyətyanı torpaq sahəsinin verilməsi barədə bələdiyyəyə müraciət etmiş, lakin bələdiyyə sədri Nümayəndə ondan torpaq sahələrinə görə 25000 manat məbləğində pul istəmiş, buna görə də onun barəsində şikayət etmişdir. Bundan sonra isə bələdiyyə sədri Nümayəndə ondan polisə şikayət etmişdir. O, əvvəllər həmin torpaq sahəsinin icarəyə verilməsi barədə dəfələrlə bələdiyyəyə müraciət etmiş, lakin bələdiyyə onun müraciətlərinə baxmamış, sonradan onu çağırıb pul istəmişdir. Bələdiyyə örüş sahələrini başqa şəxslərə satdığına görə ondan şikayətlər etmişdir. İş üzrə verilmiş məhkəmətorpaqşünaslıq ekspertizasının rəyi ilə razı deyil, həmin rəy düzgün deyil. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikasının CM-nin 188.3-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona və ailə üzvlərinə yaşadığı Qusar rayonu Köhnə Xudat kəndində kənd təsərrüfatı təyinatlı “JN-0244 KOD 30116018” saylı, xx.xx.2000-ci il tarixli Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı ilə 1.66 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,14 ha hissəsi Köhnə Xudat palasa adlanan ərazidə yerləşir. 2000-ci ildə ona torpaq sahəsi verildiyi zaman həmin torpaq sahəsini və qarşı tərəfdə yerləşən təxminən 0,20 ha bələdiyyəyə məxsus örüş sahəsini, ətrafında çınar ağacları, eləcə də yaş köküstə kollar əkməklə, eyni zamanda həm öz torpaq sahəsinə bitişik, həm də qarşı tərəfdə yerləşən torpaq sahəsində müxtəlif növ meyvə ağacları əkməklə istifadə etmişdir. Həmin torpaq sahələrini özü tək çəpərləmişdir. O, kənd bələdiyyə sədri Nümayəndə 2015-ci ildən həmin torpaq sahəsini istifadə etməsini əsas gətirərək, həmin sahəni öz mülkiyyətinə keçirmək üçün müraciət etməsini, lakin ondan buna görə sonuncu tərəfindən həmin tarixdə 25.000 manat pul istənilməsini bildirmiş, buna görə torpağı mülkiyyətinə keçirə bilməyərək orada sənədsiz bağ salmışdır. Buna görə də o, 2021-ci ilin mart ayının 6-da Nümayəndə qanunsuz əməllərindən “Regionnews.az” xəbər saytına müsahibə vermiş, sonuncunun qanunsuz əməllərinə son qoyulmasını istəmişdir. Həmin faktla əlaqədar olaraq Qusar RPŞ-nə ərizə ilə müraciət etmiş, eyni zamanda Nümayəndə da ərizə ilə müraciət edərək onun bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etdiyini bildirmişdir. Bundan başqa, Nümayəndə 2015-ci ildə ondan torpağa görə 25.000 manat pul istəməsi ilə əlaqədar 2021-ci ilin mart ayının 11-də Qusar RPŞ-yə ərizə ilə müraciət edərək şikayət etməsini bir daha təsdiq etmişdir. Bundan sonra 19 aprel 2021-ci il tarixdə isə Qusar RPŞ-nin İB-nin baş müstəntiqi Etibar Cəbrayılov hal şahidlərinin iştirakları və mütəxəssislə birlikdə onun istifadəsində olan torpaq sahəsinə baxış keçirmiş, baxış zamanı ona məxsus torpaq sahəsinə bitişik və həmin torpaq sahəsi ilə üzbəüz-yəni cənub hissəsində, cəmi iki yerdə olmaqla bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahəsinin cəmi 0,35 ha hissəsinin zəbt edilərək istifadə edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş onun özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, həmçinin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Zərərçəkmiş şəxs sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla düşmənçiliyi və ədavəti yoxdur. 2018ci ilin təxminən yaz aylarında Köhnə Xudat kənd sakini X10 RPŞ-nə yazdığı ərizə ilə əlaqədar polis əməkdaşları ilə birlikdə mübahisəli torpaq sahəsinə getmiş, həmin vaxt aparılan ölçmələrdən sonra müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Rameş Muradxanova məxsus torpaq sahəsini zəbt etməmiş, onun öz torpaq sahəsindən başqa təxminən 0,35 ha ölçüdə bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etdiyi müəyyən olunmuşdur. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxs həmin torpaq sahəsini qaytarmasını və ya qanuni yolla icarəyə götürməsini bildirmiş, lakin Adıgözəl buna əməl etməmiş və ondan şikayət etmişdir. Hal hazıradək Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus 0,35 ha oruş torpaq sahəsini buraxmamış, çəpərləyib qanunsuz istifadə edir. Bələdiyyəyə məxsus torpaq sahələrinə dair Dövlət Aktı var, həmin aktda həmin torpaq sahəsi bələdiyyəyə məxsus yararsız örüş sahəsi kimi göstərilmişdir. O, 2018-ci ildə Adıgözələ həmin torpaq sahəsinin qanuni yolla icarəyə verilməsini bildirmiş, lakin Adıgözəlin bununla bağlı bələdiyyəyə heç bir müraciəti daxil olmamışdır. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyi ilə razıdır, həmin rəy qanuni və əsaslıdır. Odur ki, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 2015-ci ildən Zərərçəkmiş şəxs sədr müavini vəzifəsində işləyir. 2021-ci ilin aprel ayının 19-da Qusar rayon Polis Şöbəsinin əməkdaşı bir nəfər mütəxəssislə birlikdə gəlmiş və Adığözəl Ayibovun istifadə etdiyi torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus 0.35 ha örüş torpaq sahəsini qanunsuz olaraq istifadə edir. Həmin vaxt Adıgözəl həmin torpaq sahəsini 20 ildir ki, istifadə etdiyini, həmin torpaq sahəsini bələdiyyədən icarəyə götürəcəyini demiş, lakin torpaq sahəsini nə icarəyə götürməmiş, nədəki onu buraxmamışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin həqiqətən də Zərərçəkmiş şəxsnə məxsus örüş torpaq sahəsi olması barədə rəy verilmiş, bələdiyyə tərəfindən torpaq sahəsinin buraxılması bir neçə dəfə Adıgözəldən tələb olunsa da, həmin şəxs buna məhəl qoymamışdır. Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsində fındıq ağacları əkmiş, torpaq sahəsinin ətrafını çəpərləmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2015-ci ildən bu günə kimi Zərərçəkmiş şəxs sədr müavini vəzifəsində işləmiş, Qusar rayonu Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs Torpaq İslahatı zamanı ailə üzvləri ilə birlikdə həmin kənddə 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Nümayəndə bələdiyyə sədri olduqdan sonra 2016-2017-ci illərdə Adıgözəlin X8 məxsus təxminən 0,30-0,35 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsini zəbt edərək istifadə etdiyini aşkar etməsini, örüş sahəsində sonuncu tərəfindən müxtəlif meyvə ağacları əkməklə canlı hasar çəkərək, həm də quru ağaclarla çəpərləməklə hasara almasını bildirmişdir. Bundan əlavə o, qeyd etmişdir ki, 2018-ci ildə digər kənd sakini Şahid2 Qusar RPŞ-nə müraciətinə əsasən Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməsi faktı ilə əlaqədar həmin yerə baxış keçirilmiş, baxış zamanı Romeşə məxsus torpaq sahəsinin yox, bələdiyyəyə məxsus örüş sahəsinin zəbt edilməsi faktı aşkarlanmışdır. Bununla yanaşı o, Adigözəlin bununla razılşamayaraq Nümayəndə barəsində həqiqətə uyğun olmayan məlumatların verilməsi, bununla bağlı hətta 2021-ci ilin mart ayında “Regionnews.az” xəbər saytını izlədiyi zaman Adıgözəlin onun barəsində böhtan xarakterli, yəni ondan guya 25.000 manat pul istənilməsi ilə əlaqədar şikayət etdiyini, bununla bağlı Nümayəndə RPŞ-yə ərizə ilə müraciət edərək həmin şəxsin zəbt etdiyi yeri buraxmasını xahiş etməsini bildirmişdir. 19 aprel 2021-ci il tarixdə isə Qusar RPŞ-nin İB-nin baş müstəntiqi Etibar Cəbrayılov, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları və mütəxəssislə birlikdə sonuncunun istifadəsində olan torpaq sahəsinə baxış keçirdiklərini, baxış zamanı Adıgözələ məxsus torpaq sahəsinə bitişik və həmin torpaq sahəsi ilə üzbəüz yəni cənub hissəsində, cəmi iki yerdə bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 0,35 ha hissəsinin sonuncu tərəfindən zəbt edilərək istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar rayonu Köhnə Xudat kəndində yaşayır. Onun Qusar rayonu Köhnə Xudat kəndində yerləşən pay torpaq sahəsi vardır. 2018-ci ildə onunla həmkəndlisi Təqsirləndirilən şəxs arasında torpaq mübahisəsi olmuş, bu barədə o, polisə müraciət etmişdir. Araşdırma zamanı mütəxəssislər gəlib torpaq sahələrinə baxış keçirmişlər, ölçü işləri aparmışlar və məlum olmuşdur ki, Adıgözəl onun torpaq sahəsini zəbt etməmiş, onun torpaq sahəsi yerindədir. Lakin, məlum olmuşdur ki, Adıgözəlin istifadəsində artıq torpaq sahəsi var o, bələdiyyənin təxminən 10-15 sot torpaq sahəsini çəpərləməklə ondan istifadə edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göztərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar rayonu Köhnə Xudat kəndində yaşayır. Dəqiq tarix yadında qalmamış, o, 2021-ci ildə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən, həmkəndlisi Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsinə keçirilən baxış prosesində hal şahidi qismində iştirak etmişdir. Həmin vaxt orada polis əməkdaşı, Zərərçəkmiş şəxs sədr müavini İlqar və mütəxəssis olmuşdur. Mütəxəssis GPS vasitəsi ilə torpaq sahəsini ölçmüş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus torpaq sahəsini tutmuşdur. Nə qədər torpaq sahəsi tutması yadında qalmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs həmin torpaq sahəsini uzun müddətdir ki, istifadə etdiyini demişdir. Orada meyvə ağacları əkilmiş, torpaq sahəsi çəpərlənmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 19 aprel 2021-ci il tarixdə saat 15 radələrində Qusar RPŞ-nin İB-nin baş müstəntiqi Etibar Cəbrayılov tərəfindən Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmiş, həmin torpaq sahəsinə gələrkən orada digər hal şahidi Ramil, mütəxəssis, Adıgözəl və bələdiyyənin sədr müavini İlqar onunla birlikdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı mütəxəssis Adıgözələ məxsus və istifadəsində olan torpaq sahəsini GPRS cihazı ilə kordinatlarını yerində göstərərək sonuncunun bələdiyyəyə məxsus örüş sahəsinin 0,35 ha hissəsini, yəni Adıgözələ məxsus torpaq sahəsinə bitişik və həmin torpaq sahəsi ilə üzbə-üz, yəni cənub hissəsində cəmi iki yerdə olmaqla bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahəsini zəbt edərək istifadə etdiyi müəyyən edilmişdir. Həmin vaxt Adıgözəl bələdiyyə fonduna aid örüş sahəsini artıq 20 ildən çox bir müddətdir ki, istifadə etdiyini, orada müxtəlif növ meyvə ağacları əkməklə, yaş köküstə və quru ağaclarla çəpərləməklə zəbt etməsini bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs sədri Nümayəndə Qusar rayon Polis Şöbəsinə ünvanladığı 15 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Qusar rayonu Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs təxminən 4-5 il olar ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.30 ha torpaq sahəsini qanunsuz zəbt edərək orada meyvə ağacları əkdiyini, ona həmin torpaq sahəsini zəbtdən azad etməsini dəfələrlə bildirsələr də, buna əhəmiyyət vermədiyini göstərmiş və Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Qusar rayonu Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli 39 saylı və xx.xx.2021-ci il tarixli 47 saylı bildirişlərdən görünür ki, həmin şəxsin tərəfindən qeyri-qanuni olaraq bələdiyyə mülkiyyətinə aid 0.35 ha torpaq sahəsinin zəbt edildiyi bildirilmiş və həmin torpaq sahəsinin 5 gün ərzində buraxılması tələb olunmuşdur. İş materiallarında olan KOD 30116018 JN:0244 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 saylı qərarı ilə Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə Qusar rayonu Köhnə Xudat kəndi ərazisindən 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin 06 iyul 2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Qusar rayonu Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs 4-5 il bundan əvvəl Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid örüş sahəsinin 0,35 ha ölçüdə torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına tutaraq meyvə ağacları əkməsi və çəpərləməklə istifadə etməsi faktına görə Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin 17 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X3 tərəfindən Zərərçəkmiş şəxs sədr müavini Şahid1, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mühəndisi X5, Qusar rayonu Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs, hal şahidləri Şahid3 Valeh oğlunun və Şahid4 iştirakları ilə həmin tarixdə saat 15:30-dan saat 17:00-dək Qusar rayonu Köhnə Xudat kəndində yerləşən, Təqsirləndirilən şəxs istifadəsində olan, eləcə də sonuncu tərəfindən zəbt olunmuş torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı ilkin olaraq mütəxəssis tərəfindən dövlət aktı əsasında Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin GPRS parametrləri xüsusi cihaz vasitəsi ilə götürülmüş, yerində sonuncunun dövlət aktında qeyd olunan torpaq sahəsindən əlavə bələdiyyəyə məxsus örüş sahəsinin bir hissəsini, eləcə də həmin torpaq sahəsi ilə üzbəüz yerləşən, bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, ətrafında çinar ağacları və yaş kök üstə kollar əkməklə cəmi 0,35 ha örüş sahəsini müxtəlif növ meyvə ağacları əkərək istifadə etməsi aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs hər iki torpaq sahəsini 2000-ci ildən təkbaşına ağac və kollar əkməklə çəpərə aldığını və istifadə etdiyini bildirmişdir. Həmçinin, mütəxəssis tərəfindən Təqsirləndirilən şəxs çəpərə alaraq istifadə etdiyi torpaq sahələrinin bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahələri olduğu qeyd olunmuşdur. Baxış zamanı torpaq sahələrinin koordinatları yerində göstərilmişdir. Qeyd olunan torpaq sahələrinə baxış keçirilərkən fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli **********15 saylı məktubdan görünür ki, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən 2.42 ha torpaq sahəsinin mübahisə predmeti olan hissəsi 0.35 ha təşkil edir. Mübahisəli 0.35 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsində yerləşməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:15-dən saat 16:30-dək Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, ona və ailə üzvlərinə JN-0244 KOD 30116018 saylı xx.xx.2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin tarixdən özünə məxsus, rayonun Köhnə Xudat kəndində yerləşən torpaq sahəsinə bitişik və həmin torpaq sahəsi ilə üzbəüz yerləşən təxminən 0.20 ha bələdiyyəyə məxsus örüş sahələrini, sərhədlərində çinar ağacları və yaş köküstə kollar əkməklə çəpərləmiş, həmin yerlərdə müxtəlif növ meyvə ağacları əkməklə istifadə etməyə başlamışdır. Bundan sonra həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün Zərərçəkmiş şəxs sədri Nümayəndə müraciət etmiş, lakin həmin torpaq sahələrinin örüş sahələri olduğu üçün adına keçirə bilməyəcəyi ona izah olunmuşdur. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs çinar və yaş köküstə kollar əkərək oranı çəpərlədiyi və meyvə ağacları əkdiyi iki yerdə torpaq sahələrini təqdim etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus pay torpaq sahəsinin hər iki tərəfində olan 0,52 ha torpaq sahəsini kol-kosdan təmizləyərək yararlı hala gətirmiş və 2001-2002-ci illərdə həmin 0.52 ha torpaq sahəsində kartof əkmiş, sonra 2003-cü ildən fındıq ağacları əkərək bağ salmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********71 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxsnə məxsus torpaq sahəsinin 0.177 ha hissəsi zəbt olunmuşdur (həmin zəbt olunmuş torpaq sahəsinin koordinatları–X=285766.9190 Y=4593959.2930, X=285783.6950 Y=4593992.5630, X=285808.0060 Y-4594025.8170, X=285832.6660 Y=4594049.1020, X= 285843.9770 Y=4594063.5190, X=285856.6800 Y=4594045.5250, X-285826.1780 Y=4594017.9420, X-285794.6340 Y=4593989.2860, X=285779.5800 Y=4593971.5440, X=285772.4230 Y=4593957.8300, kateqoriyası- kənd təsərrüfatı təyinatlı torpaq sahələridir). JN-0244 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Təqsirləndirilən şəxs və ailə üzvlərinə məxsus. Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahənin 244/1.52 nömrəli torpaq parselində qeyd olunan 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada yerində mövcuddur, həmin torpaq sahəsinin hər hansı hissəsi zəbt olunmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun tərəfindən zəbt edilmiş sahə 0.35 ha yox 0.177 ha təşkil edir və həmin torpaq sahəsi JN- 0244 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Təqsirləndirilən şəxs və ailə üzvlərinə məxsus, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 1.66 ha yox 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə arasından digər təsərrüfatlar üçün istifadə olunan torpaq yolu ayırır və üst-üstə düşmür. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun tərəfindən zəbt edilmiş 0.35 ha torpaq sahə yox, 0.177 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, həmin zəbt edilmiş torpaq sahəsinin hüquqi rejimi haqqında ərazi idarəsində hər hansı məlumat aşkar olunmamışdır, torpağın kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir və həmin zəbt olunmuş 0.177 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X=285766.9190 Y=4593959.2930, X=285783.6950 Y=4593992.5630, X=285808.0060 Y- 4594025.8170, X=285832.6660 Y=4594049.1020, X= 285843.9770 Y-4594063.5190, X=285856.6800 Y=4594045.5250, X-285826.1780 Y=4594017.9420, X-285794.6340 Y=4593989.2860, X=285779.5800 Y=4593971.5440, X=285772.4230 Y=4593957.8300. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli 10/5010 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin Qusar rayon şöbəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, Təqsirləndirilən şəxs tərəfindən Qusar rayonu, X8 məxsus torpaq sahəsinin 0.177 ha hissəsi zəbt olunmuşdur. Koordinatlar mütəxəssis rəyinə əlavə edilmişdir. JN:0244 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Təqsirləndirilən şəxs və ailə üzvlərinə məxsus, Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 244/1.52 nömrəli torpaq parselində qeyd olunan 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada yerində mövcuddur, həmin torpaq sahəsinin hər hansı hissəsi zəbt olunmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun tərəfindən zəbt edilmiş 0.35 ha yox 0.177 ha təşkil edir və həmin torpaq sahəsi JN:0244 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Təqsirləndirilən şəxs və ailə üzvlərinə məxsus, Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 1.66 ha yox 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə arasından digər təsərrüfatlar üçün istifadə olunan torpaq yolu ayırır və üst-üstə düşmür. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun tərəfindən zəbt edilmiş 0.35 ha torpaq sahə yox, 0.177 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, həmin zəbt edilmiş torpaq sahəsinin hüquqi rejimi haqqında ərazi idarəsində hər hansı məlumat aşkar olunmamışdır. Torpağın kateqoriyası-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir və həmin zəbt olunmuş 0.177 ha torpaq sahəsinin koordinatları rəyə əlavə olunmuşdur. Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli 10/5010 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-torpaqşünaslıq ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 10/5010 saylı ekspert rəyini və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının 17 iyul 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 05 avqust 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 188.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli 1241/08-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X2 həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 327 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X1 və xx.xx.1987-ci il təvəllüdlü oğlu Edik Ayibovdan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etməməsi barədə verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, o cümlədən özünün müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, ifadəsinin yerində yoxlanılması barədə protokolla tam təkzib edilir. Belə ki, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, eləcə də iş materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2000-ci ildə ona və ailə üzvlərinə 1.66 ha hektar torpaq sahəsi verildikdən sonra o, əlavə olaraq bələdiyyə mülkiyyətinə aid olan 0.177 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini sərhədlərində çinar ağacı və yaş köküstə kollar əkərək çəpərləmiş və orada bağ sahəsi salmışdır. Həmin halı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özü də etiraf etmişdir. Həmin şəxsin özünün məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli aktla da təsdiq olunur ki, o, özünün pay torpaq sahəsindən əlavə torpaq sahəsini heç bir əmlak hüququ olmadan çəpərləyərək oranı kol-kosdan təmizləmişdir. Bütün bunlar isə Təqsirləndirilən şəxs həmin torpaq sahələrinin Zərərçəkmiş şəxs mülkiyyətinə aid olduğunu bilə-bilə həmin torpaq sahələrini zəbt etməsini və orada bağ sahəsi salmasını təsdiq edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan görünür ki, həmin şəxsin Zərərçəkmiş şəxs mülkiyyətinə aid olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etdiyi göstərilmişdir. Lakin, iş üzrə təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 10/5010 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs zəbt etdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sahəsi 0.35 ha deyil, 0.177 ha təşkil edir. Odur ki, həmin hal nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs həqiqətən də, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla, 2000-ci ildə Zərərçəkmiş şəxsnə məxsus iki yerdə olmaqla kənd təsərrüfatı təyinatlı örüş sahəsi torpaqları kateqoriyasına aid olan 0,177 ha torpaq sahəsinin ətrafını ağac və kollar əkməklə çəpərləyərək ələ keçirib özbaşına tutması və orada müxtəlif növdən olan meyvə ağaclarını əkməklə zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozması, bununla da onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Həmçinin, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 188.3-cü maddəsinə əsasən bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bu növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət uzanan cinayət olmaqla 2000-ci ildən başlamış, uzun müddət davam etmiş və Qusar rayon Polis şöbəsi tərəfindən 06 iyul 2021-ci il tarixdə aşkar olunaraq həmin fakta görə cinayət işi başlanılmış, həmçinin Qusar RPŞ-nin İBnin 17 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. Qanunvericiliyin tələbi baxımından bu da onu deməyə əsas verir ki, uzanan cinayət olan hazırkı cinayət əməlinə görə məsuliyyətə cəlb etmə müddətinin əvvəli 2000-ci ildən-yəni cinayət əməlini törətməyə başladığı vaxtdan deyil, ibtidai istintaq orqanı tərəfindən onun həmin cinayətə görə təqsirləndirilən şəxs qismində cəlb edildiyi vaxtdan-yəni 17 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Ona görə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin uzanmasına ona CM-nin 188.3-cü maddəsi ilə ittiham elan edilməsi ilə son qoyulmuş və bu səbəbdən də cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının başlanğıcı kimi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının Təqsirləndirilən şəxs elan edildiyi vaxt əsas götürülməlidir. Həmin cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayətdir və həmin cinayət əməlinin aşkar edildiyi vaxtdan yeddi il müddət-yəni törədilmiş cinayət əməlinə görə məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsi ilə cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Köhnə Xudat kəndindəki evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar