Məhkəmə qərarları › İş №1(029)-2/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-2/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-2/2023 01.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsi hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum edilmiş(Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 5500 manat cərimə cəzalarına məhkum olunmuş, Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərar ilə Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, hökmü ilə təyin edilmiş 5500 manat cərimə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş) məhkumluğu ödəniməmiş, işləməyən, Yevlax rayonu Əkşəm kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının CM-nin 178.2.1,178.2.4, 32.4, 312.1-ci maddələri ilə, xx.xx.1984-cü il tarixdə Ağdam rayonu Bozpapaqlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş(Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş) məhkumluğu ödəniməmiş, fərdi əməklə məşğul olan, Ağdam rayonu Bozpapaqlar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının CM-nin 178.2.1,178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və vasitəçidən istifadə etməklə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aralarında olan razılaşmaya əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 07 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində kirayə evdə yaşayan zaman tanış olduğu Qusar rayonu X51 kənd sakini X13 özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində tağım komandiri vəzifəsində, zabit rütbəsində xidmət edən, FHN-də şöbə və idarə rəisi vəzifələrində işləyən, polkovnik və general rütbəli tanışları olan şəxs kimi, Təqsirləndirilən şəxs2 isə FHN-nin XRXX-də idarə rəisi vəzifəsində, polkovnik rütbəsində xidmət edən əməkdaş kimi təqdim edərək onu həmin şəxsin və digər vəzifəli tanışlarının vasitəsi ilə FHN-nin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Xüsusi Riskli Xilasetmə Xidmətində xilasedici kimi işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib, bu məsələnin müsbət həlli üçün Fövqəladə Hallar Nazirliyində işləyən vəzifəli şəxslər olan tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 vasitəsi ilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs aldatmaqla bildirib, özü və Təqsirləndirilən şəxs2 barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 08 yanvar 2021-ci il tarixdə, saat təxminən 20 radələrində Bakı şəhərində, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında FHN-nin XRXX-də idarə rəisi vəzifəsində, polkovnik rütbəsində xidmət edən əməkdaş kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 verəcəyini deyib Zərərçəkmiş şəxs 2.700 (iki min yeddi yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə, eyni niyyətlə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs işə düzəldilməsi üçün əmrinin verilməsi adı ilə Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisinə verilməli olduğunu yalandan deyərək xx.xx.2021-ci il tarixdə, saat 18:46:46-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, “Pioneer” Super Marketdə yerləşən "Milli Ön elektron ödəmə terminal sistemi” vasitəsilə 1.010 (min on) manat məbləğində pul vəsaitinin özünün adına olan ******************** hesab nömrəsinə köçürülməsinə nail olmaqla həmin niyyətlə Zərərçəkmiş şəxs təyinatının FHN-nin X29 tağım komandiri vəzifəsinə veriləcəyi üçün vəzifəli şəxs kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 verəcəyini deyib xx.xx.2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, “20 Yanvar” Metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs 500 (beş yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə, bundan başqa, eyni niyyətlə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs işə düzəldilməsi adı ilə Azərbaycan Respublikası FHN-nin XRXX-nin idarə rəisi kimi təqdim etdikləri Təqsirləndirilən şəxs2, FHN-nin Kadrlar İdarəsinin rəisinin katibəsi kimi təqdim etdikləri X14, FHN-nin X30 qərargah rəisi, şöbə rəisi, FHN-nin digər vəzifəli şəxslərinə verilməli olduğunu yalandan deyərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, “Pioneer” Super Marketdə və Qusar şəhəri, N.Şərifov küçəsi, “Rossiya” Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi”, Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, “Pioneer” Super Marketdə yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə 100, 200, 360, 140, 50, 185, 150, 100, 200, 50, 21, 70, 100, 300, 170, 180, 101, 100, 112 manat, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə, saat 17:38:17-də Qusar şəhəri, N.Şərifov küçəsi, “Rossiya” Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 101 manat olmaqla, cəmi 2.790 (iki min yeddi yüz doxsan) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin hesabları olan, özünə məxsus ********************, cinayətdən xəbərsiz X6 məxsus ********************, FHN-nin X30 qərargah rəisinin tanışı olmasını bildirdikləri cinayətdən xəbərsiz Şahid4 məxsus ******************** hesab nömrələrinə köçürülməsinə nail olmaqla, həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmişlər, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 istifadə etməklə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şəfibaba Şafıyevi təhrik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.4, 32.4, 312.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 07 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xocəsən qəsəbəsində kirayədə evdə yaşayan zaman həmin vaxt orada olan X25 ilə tanış olmuşdur. O, Azərbaycan Respublikası Fövqəladə Halları Nazirliyində işləmədiyi halda, ona yalandan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində işlədiyini, Bakı şəhərinə işi ilə əlaqədar getdiyini demişdir. Zərərçəkmiş şəxs ona Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istədiyini, ona köməklik etməsini demiş, o da FHN-də işləyən tanışları olduğunu, həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs FHNnin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Xüsusi Riskli Xilasetmə Xidmətində xilasedici kimi işə düzəldə biləcəyini demişdir. Şəfibaba ondan bu işin qiymətini soruşduqda ona 8.000-10.000 manat olduğunu, maraqlanıb ona dəqiq deyəcəyini bildirmişdir. Bundan sonra isə dostu Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs barədə ona məlumat vermişdir. Özləri razılaşmışlar ki, Elnuru Şəfibabaya FHN-nin XRXX-də işləyən vəzifəli şəxs kimi təqdim edəcək, guya onun vasitəsi ilə Şəfibabanı işə düzəldəcəkdir. Mobil telefonda nə danışacaqları barədə razılığa gəldikdən sonra Şəfibabanın yanında öz istifadəsində olan “050 488-66-51” saylı mobil telefon nömrəsindən “whatsapp” mobil tətbiqi vasitəsi ilə Elnurun istifadəsində olmuş “055 961-69- 07” saylı mobil telefon nömrəsinə zəng edərək onunla guya Zərərçəkmiş şəxs işə düzəldəcəyi barədə danışmışlar. Telefonun səsini səsucaldana qoymuşdur ki, Şəfibaba həmin danışıqları eşidib onlara inansın. Əvvəlcədən Elnura demişdir ki, işə düzəltmək üçün lazım olan pulun məbləğini sonda 6.000 (altı min) manata düşsün. Elnur əvvəlcə 6.500 manat deyib sonra bu işi 6.000 manata həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs də onlara inanmışdır. Şəfibabaya ilkin olaraq 3.000 manat pul, eləcə də özü haqqında şəxsiyyət vəsiqəsi və digər zəruri sənədlərinin surətlərini verməsini, qalan 3.000 manatı isə daha sonra verməli olduğunu, bu pulların vəzifəli şəxslərə çatacağı, işi düzələndən sonra isə ona şirinlik verməsini demiş, o da inanıb razılaşmışdır. Şəfibaba ona yaşadığı Qusar rayonuna gedib həmin pulu və sənədləri götürüb yenidən qayıdacağını bildirmişdir. Şəfibaba 2.700 manat pul düzəldə bildiyini, pulun qalan hissəsini sonra verə biləcəyini dedikdə, onunla razılaşdığını bildirmişdir. O, Qusar rayonuna gedib gəldikdən sonra ikisi 08 yanvar 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin binasının qarşısında görüşmüşlər. Orada Şəfibaba onu FHNnin XRXX- də xilasedici kimi işə düzəltməsi üçün 2.700 (iki min yeddi yüz) manat pul və sənədlərinin surətlərini vermişdir. Şəfibabadan aldığı 2.700 manat pulu isə yalandan guya FHN-nin XRXX-də işləyən vəzifəli şəxs olan Elnura verəcəyini demişdir. Şəfibabaya qalan pulları lazım olduğunu deyəndə hissə-hissə kart hesabına yükləyəcəyini bildirmişdir. Bundan sonra isə Şəfibabanın inamını daha da artırmaq və onu aldatdıqlarını başa düşməməsi üçün dostu Təqsirləndirilən şəxs2 dəfələrlə öz mobil telefonu vasitəsi ilə onun mobil telefon nömrəsinə zəng edib guya FHN-nin Qeydiyyat şöbəsində işləyən vəzifəli şəxs olduğunu deyib tezliklə işə düzəldiləcəyini vəd etmiş, soyadı Allahverdiyev olsa da, Şəfibabaya yalandan soyadının Rəhimov olduğunu demişdir. İstifadəsində olan “050 488- 66-51” saylı mobil telefon nömrəsi vasitəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan “077 600-29-50” saylı mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda əlaqə saxlamışdır. Eləcə də “077 754-44-64” saylı mobil telefon nömrəsi vasitəsi ilə onunla “whatsapp” mobil tətbiqi ilə əlaqə saxlamışdır. O da öz növbəsində ilkin olaraq yaşadığı Qusar rayonundan xx.xx.2021-ci il tarixdə, saat 14:12 radələrində 100 manat və xx.xx.2022-ci il tarixdə, saat 15:38 radələrində 200 manat pulu ona dediyi, öz adına olan ******************** mədaxil hesab nömrəsinə göndərmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 onun mobil telefon nömrəsinə zəng edib bir neçə günə əmrinin veriləcəyini, bunun üçün 1000 manat pulun Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisinə verilməli olduğunu deyərək həmin 1000 manat pulu gün ərzində öz adına olan kart hesabına köçürməsini istəmişdir. Zərərçəkmiş şəxs də xx.xx.2021-ci il tarixdə, axşam saatlarında onun adına olan hesab nömrəsinə 1010 manat məbləğində pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, “20 Yanvar” Metrostansiyasınm yaxınlığında görüşüb söhbət edərkən ona Xaçmaz şəhərində işləmək istədiyi halda, onu FHN- nin X29 işə düzəltdirə biləcəyini demiş, o da razılaşmışdır. Bundan sonra onun yanında Elnurla əlaqə saxlayıb mobil telefonda onunla bu barədə danışmışdır. Guya FHN-nin XRXX-nin vəzifəli şəxsi olduğunu dedikləri Elnur mobil telefonda Şəfibabanı FHN-nin X29 işə düzəltmək üçün 500 manat pul lazım olduğunu demiş, Şəfibaba da bu pulu verməyə razılaşmışdır. Həmin gün, axşam saatlarında Şəfibaba ilə Bakı şəhəri, “Şamaxinka” adlanan ərazinin yaxınlığında “20 Yanvar” Metrostansiyasının yanında görüşmüşlər.Orada Şəfibaba ona 500 manat pul vermişdir. Taksi sürücüsü işləmiş tanışı X15 xahiş etmişdir ki, yanlarına gedib pulu götürsün. Lakin R.İlyasov ora sadəcə olaraq idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobil ilə taksi sürücüsü kimi getmiş, bu danışıqlarda iştirak etməmişdir. Rəşidə bu haqda danışmamışdır. Ona pulu çatdıracağı şəxsin nömrəsi olduğu dediyi nömrə uydurma nömrə olmuşdur. Daha sonra Rəşid ona bildirmişdir ki, həmin mobil telefon nömrəsi işləmir. Rəşidə pulu yenidən özünə qaytarmasını deyib pulu ondan götürmüşdür. Zərərçəkmiş şəxs yalandan onun Elnurun sürücüsü olmasını demişdir. Orada özü, Elnur və Şəfibaba söhbət edərkən Rəşid bu söhbətlərdə iştirak etməmişdir. Elnur Şəfibabaya əmrinin Xaçmaz şəhərinə verildiyini demişdir. Ona guya üzərində Fövqəladə Hallar Nazirliyinin X33 işə daxil olmuş əməkdaşların adlarının olmasını dedikləri siyahını göstərmişlər. Həmin siyahıda özündən uydurma adlar yazmışdır ki, Şəfıbabanı inandırsınlar. Sonra yalandan ona həmin siyahını imzalatdırmışdır. Özü və Təqsirləndirilən şəxs2 dəfələrlə Şəfıiaba Şafiyev ilə əlaqə saxlayıb işinin həll edilməsi üçün ondan müxtəlif məbləğlərdə pullar istəmişlər. Şəfibaba da sözləri əsasında həmin pulları onun adına olan ******************** mədaxil hesab nömrəsinə, eləcə də Təqsirləndirilən şəxs2 bacısı X4 və Elnurun tanışı Şahid4 adına olan kart hesablarına köçürmüşdür. X23 kart hesabına pul göndərməsini deyərkən, onun guya Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisinin katibəsi olduğunu demişdir. Həmçinin Şahid4 guya Fövqəladə Hallar Nazirliyinin Xaçmaz şəhərində yerləşən X30 qərargah rəisinin tanışı olmasını demişdir. Bundan başqa Elnur X31 Mərkəzdə şöbə rəisi vəzifəsində işləyən Vaqif müəllimə pul çatmalı olduğunu deyib pul göndərtmişdir. Lakin orada Vaqif adlı tanışları olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 101 manat, xx.xx.2021-ci il tarixdə də 101 manat olmaqla, cəmi 202 manat pulu X6 məxsus kart hesabına göndərmişdir. Həmin pulu Təqsirləndirilən şəxs2 bankomatdan çıxartmış, daha sonra isə sözü əsasında ona vermişdir. Özü və Təqsirləndirilən şəxs2 bu yolla Zərərçəkmiş şəxs cəmi 7.000 (yeddi min) manat məbləğində pul almışlar. Zərərçəkmiş şəxs ondan aldıqları pulları müxtəlif vəzifəli şəxslərə verəcəklərini desələr də, bu onu özlərinə inandırmaq üçün olmuşdur. Həmin pulların hamısını öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bu puldan başqa kimə isə verməmişdir. Özü və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə cəmi 7.000 (yeddi min) manat məbləğində pul almışlar. Özü və Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlarda Zərərçəkmiş şəxslə həmçinin taksofon vasitəsi ilə əlaqə saxlayıb, səslərini başqa cür çıxardıb özlərinin FHN-nin vəzifəli şəxsləri olduqlarını demişlər ki, yalanları üzə çıxmasın, guya işi həll olunacaqdır. Ona zəng edərkən yalandan özünü FHN-nin əməkdaş Hikmət adlı şəxs kimi təqdim etmişdir. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1,178.2.4, 32.4, 312.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayının əvvəllərində dostu Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. 07 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs adlı şəxsi tanıdığını və ondan pul götürmək istədiyini demişdir. Ondan pulu hansı səbəbdən almaq istədiyini soruşduqda ona həmin şəxsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xilasedici kimi işə düzəltmək adı ilə pul alacağını deyib bu işdə ona köməklik etməsini xahiş etmiş, özü də onunla razılaşmışdır. Təqsirləndirilən şəxs1 əvvəlcədən ona demişdir ki, Şəfıbaba Şafiyevin yanından onun mobil telefon nömrəsinə zəng edəcəkdir. Telefon danışığı zamanı özünü FHN-nin XRXX-də vəzifədə işləyən şəxs kimi təqdim etsin. Telefonda nə daşıcaqları barədə razılaşmışlar. Elgün istifadəsində olan “050 488-66-51” saylı mobil telefon nömrəsindən “whatsapp” mobil tətbiqi vasitəsi ilə həmin vaxt onun istifadəsində olmuş telefon nömrəsinə zəng edərək Şəfibaba adlı şəxsi işə düzəltmək istədiyini demişdir. Onu işə düzəltməsi üçün hansı məbləğdə pul lazım olduğunu soruşduqda, ona bu işin 6.500 (altı min beş yüz) manat pula başa gəldiyini demişdir. Sonra isə Elgün telefonda ondan Şəfibabanın işini 6.000 manata həll etməsini xahiş etdikdə razılaşdığımı demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onu işə düzəltmək adı ilə 2.700 manat pul almışdır. Elgün müxtəlif vaxtlarda onun yanına gedərək xahiş etmişdir ki, Şəfibaba ilə danışıb hər dəfə ona özünü vəzifəli şəxs kimi təqdim etsin. Bu hərəkətləri həmçinin Elgünün vaxt udması üçün etsin. Elgün pis vəziyyətdə, borcları olduğundan ona kömək etmək məqsədi ilə müxtəlif vaxtlarda istifadəsində olmuş “055 961- 69-07”, “051 925-97- 65” saylı mobil telefon nömrələri ilə Şəfibabanın istifadəsində olan “077 600-29-50” saylı mobil telefon nömrəsi ilə, həmçinin “whatsapp” mobil tətbiqi ilə onunla əlaqə saxlayıb telefonla danışan zaman onun etibarını qazanmaq üçün özünü yalandan Fövqəladə Hallar Nazirliyinin Qeydiyyat şöbəsinin əməkdaşı Elnur Rəhimov adlı şəxs kimi təqdim edib onun qeydiyyata alındığını, tezliklə işə düzələcəyini demişdir. Onunla danışan zaman FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinə əmrinin veriləcəyini nəzərinə çatdırmışdır. Həmçinin müxtəlif vaxtlarda onunla danışan zaman uydurma adlar və rəhbərliyin adından istifadə etmişdir ki, Elgünə inanaraq pul versin. Özü və Təqsirləndirilən şəxs1 hər dəfə öz aralarında məsləhətləşərək Zərərçəkmiş şəxs hansı vədlərlə pul almaq barədə razılığa gəlmişlər. Ona zəng edib razılaşdıqları sözləri deyərək hər dəfə işinin həll edilməsi üçün müxtəlif bəhanələrlə pul istəmişlər. xx.xx.2021-ci il tarixdə Şəfibabanın mobil telefon nömrəsinə zəng edib bir neçə günə əmrinin veriləcəyini, bunun üçün 1000 manat pulun Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisinə verilməli olduğunu deyərək 1010 manat pulu gün ərzində Elgünün adına olan kart hesabına köçürməsini istəmişdir. Zərərçəkmiş şəxs də xx.xx.2021-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs1 adına olan hesab nömrəsinə 1010 manat məbləğində pul göndərmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yanında mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq onu FHN-nin X29 işə düzəltmək barədə danışmışlar. Özü də 500 manat pul lazım olduğunu demişdir. Elgün də Şəfibabadan həmin məbləğdə pulu almışdır. 2021-ci ilin yanvar ayının sonlarında özü, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısında görüşmüşlər. Həmin vaxt Elgün ora taksi sürücüsü işləmiş Rəşid İlyasovla birlikdə getmişdir. Şəfibaba ilə işə düzəlməsi barədə danışıb müxtəlif vədlər verən, pul istəyib alan Elgün və özü olmuşlar, Rəşid bu söhbətlərdə iştirak etməmişdir. Şəfibabaya əmrinin Xaçmaz şəhərinə verildiyini demişdir. Ona guya üzərində Fövqəladə Hallar Nazirliyinin X33 işə daxil olmuş əməkdaşların adlarının olmasını dedikləri siyahını göstərmişlər. Həmçinin Elgünün təlimatı ilə Şəfıbaba ilə danışan zaman ona vaksinə görə, o cümlədən xidməti geyim formasının verilməsinə görə pul lazım olmasını demişdir. Ondan hər dəfə işə düzəlməsi üçün FHN-nin vəzifəli şəxslərinə verilməsi adı ilə lazım olduğunu deyib pul istəmişdir. Şəfıbaba da onun və Elgünün tapşırığı əsasında müxtəlif vaxtlarda Elgünün adına olan ********************, bacısı X4 adına olan ********************, tanışı Şahid4 adına olan ******************** kart hesablarına pul göndərmişdir. Şəfibabaya Yeganənin kart hesabına pul göndərməsini deyərkən, onun guya Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisinin katibəsi olduğunu demişdir. Həmçinin Şahid4 guya Fövqəladə Hallar Nazirliyinin Xaçmaz şəhərində yerləşən X30 qərargah rəisinin tanışı olmasını demişdir. Lakin bacısı Yeganə Hümbətova belə bir işdə işləməmişdir. Onların bu işdən xəbərləri olmamışdır. Onların adlarını Şəfibabanın etibarını qazanmaq üçün yalandan çəkmişdir. Şəfibabanın göndərdiyi pulları onların kart hesablarından özü çıxardıb ələ keçirmiş, daha sonra isə həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs1 vermişdir. Şahid4 isə dayısı oğlu Şahid5 vasitəsi ilə tanımışdır. İlkin və ailə üzvlərinin yaşadıqları Ağdam rayonu Xındırıstan kəndində yerləşən evlərinə qonaq gedən zaman yalandan bacısının onun üçün pul göndərəcəyini deyib həmin kartı onlardan bu adla bir-iki saatlıq almışdır. Lakin onlara Zərərçəkmiş şəxs barədə heç nə danışmamışdır. Bundan başqa X31 Mərkəzdə işləyən vəzifəli şəxsə pul çatmalı olduğunu deyib pul göndərtmişdir. Lakin orada heç bir tanışı olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 101 manat, xx.xx.2021-ci il tarixdə də 101 manat olmaqla, cəmi 202 manat pulu bacısı X6 məxsus kart hesabına göndərmişdir. Özü də həmin pulu bankomatdan çıxardıb ələ keçirmiş, daha sonra isə Təqsirləndirilən şəxs1lə görüşüb ona vermişdir. Özü və Təqsirləndirilən şəxs1 işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs cəmi 7.000 (yeddi min) manat məbləğində pul almışlar. Törətdiyi cinayət əməllərinə görə peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1,178.2.4, 32.4, 312.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 07 yanvar 2021-ci il tarixdə Şuşa şəhərində işləmək məqsədilə Bakı şəhərinə gedib 2 gün Xocəsən qəsəbəsində kirayə ev tutaraq orada qalmışdır. Bu müddətdə Təqsirləndirilən şəxs1 ilə təsadüfən tanış olmuşdur. Tanışlıq zamanı Təqsirləndirilən şəxs1 ona özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində yerləşən hissəsində Xüsusi Riskli Xilasetmə Xidmətində tağım komandiri vəzifəsində, zabit rütbəsində xidmət edən əməkdaş kimi təqdim etmişdir. Söhbət zamanı Elgün ondan Xocəsən qəsəbəsində olmasının səbəbini soruşmuş, özü də ona Şuşa şəhərinə işləmək üçün getmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona Abşeron rayonu Xırdalan şəhəri ərazisində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xilasedici kimi işə düzəltməyi, bunun üçün 6000 manat pul lazım olduğu bildirmişdir. Elgün ona bildirmişdir ki, özü uzun müddətdir Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində yerləşən hissəsində Xüsusi Riskli Xilasetmə Xidmətində işləyir, bundan başqa Fövqəladə Hallar Nazirliyində şöbə və idarə rəisi vəzifələrində işləyən polkovnik və general rütbəli şəxsləri yaxından tanıyır, güclü və geniş əlaqələri vardır, onu həmin vəzifəli tanışları vasitəsi ilə işə düzəldə bilər. Təqsirləndirilən şəxs1 ondan alacağı pulu həmin vəzifəli şəxslər olan tanışlarına verəcəyini, işi düzələndən sonra isə onun üçün şirinlik verməsini demişdir. Bu zaman Elgün ona Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində idarə rəisi vəzifəsində, polkovnik rütbəsində xidmət edən Elnur adlı şəxsə zəng edib işə düzəltmək məsələsini danışmağı təklif etmiş, özü də onunla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 onun yanında özünə məxsus mobil telefon vasitəsi ilə Elnur adlı şəxsə zəng edərək, telefonu səsucaldana qoyub danışaraq Elnura bildirmişdir ki, onu Abşeron rayonu Xırdalan şəhəri ərazisində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xilasedici kimi işə düzəltmək istəyir. Elnur da həmin vəzifəyə işə düzəltmək üçün Elgünə ümumilikdə 6500 manat pul lazım olmasını demiş, sonda isə 6000 manata razılaşmışdır. Həmin vaxt Elgün ona bildirmişdir ki, lazım olan sənədləri “whatsapp” mobil tətbiqi vasitəsi ilə atacaq, həm də pulun yarısını, yəni 3000 manatı əvvəlcədən vermək lazım olduğunu, qalıq qalan 3000 manat pulu isə əmri gələndən sonra verməli olduğunu, əmri veriləndən sonra ona şirinlik kimi pul verməsini bildirmiş, özü də onunla razılaşmışdır. Daha sonra Elgün işə düzəlmək üçün müvafiq sənədlərin siyahısını “whatsapp” mobil tətbiqi vasitəsi ilə yazaraq ona göndərmiş, Elgün tərəfindən deyilmiş sənədlərin hamısını yığmış və qayıdanda evdən 2700 manat pul götürüb Bakı şəhərinə getmişdir. Qusar şəhərində olan zaman Elgünə zəng edib 2700 manat pulu tapdığını bildirmiş, Elgün də öz razılığını verib 300 manat pulu özü onun yerinə verəcəyini, daha sonra isə həmin 300 manat pulu ona qaytarmasını demişdir. Həmin gün, saat təxminən 20 radələrində Bakı şəhərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında Elgünlə görüşüb 2700 manat pulu əlbəəl ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 özünə məxsus mobil telefon vasitəsi ilə Elnur adlı şəxsə zəng edərək, pulu gətirdiyini demiş, o da öz sürücüsünü göndərəcəyini, pulu sürücüyə verməsini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra adı özünə məlum olmayan, tanımadığı bir şəxs yanlarına getmiş, Təqsirləndirilən şəxs1 2700 manat pulu və sənədləri həmin şəxsə vermişdir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, bir neçə gün sonra qeydiyyat şöbəsindən ona zəng gələcək, o vaxta kimi gözləməlidir. Özü də ona inanıb işə düzələcəyini gözləmişdir. Təxminən 2-3 gün sonra istifadəsində olan “077 600-29-50” saylı mobil telefonuna “055 961-69-07” saylı nömrədən zəng gəlmiş, özünü FHN-nin Qeydiyyat şöbəsinin əməkdaşı Elnur Rəhimov kimi təqdim edən, sonradan isə Təqsirləndirilən şəxs2 adlı olmasını bildiyi şəxs onu təbrik edərək qeydiyyata aldığını, əmr üçün çağırılacağını bildirmiş, özü də ona inanmışdır. Bundan sonra isə xx.xx.2021-ci il tarixdə, saat 14:12:04-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 100 manat və xx.xx.2022-ci il tarixdə, saat 15:38:36-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, X42 yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 200 manat pulu Təqsirləndirilən şəxs1 adına olan, onun bildirdiyi ******************** mədaxil hesab nömrəsinə göndərmişdir. Bununla Elgünün onu işə düzəltmək üçün yerinə verdiyini dediyi 300 manat pulu ona qaytarmışdır. xx.xx.2021-ci il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edib, bir neçə günə əmrinin veriləcəyini, bunun üçün 1000 manat pulun Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisinə verilməli olduğunu deyərək 1010 manat pulu gün ərzində təcili olaraq Təqsirləndirilən şəxs1 adına olan kart hesabına köçürməsini tələb etmişdir. Özü də ona inanıb, xx.xx.2021-ci il tarixdə, saat 18:46:46-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, X42 yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 1010 manat pulu Təqsirləndirilən şəxs1 adına olan ******************** hesab nömrəsinə göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona FHN-də vəzifədə işləyən tanışlarına verilməsi üçün əlavə pul lazım olduğunu dediyindən, onun tapşırığı ilə xx.xx.2021 -ci il tarixdə, saat 18:39:01-də və xx.xx.2021 -ci il tarixdə, saat 10:48:32-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan ******************** hesab nömrəsinə 360 və 140 manat olmaqla, cəmi 500 manat pul göndərmişdir. Təxminən xx.xx.2021 -ci il tarixdə, saat 10-11 radələrində özünü FHN-nin əməkdaşı Hikmət adı ilə təqdim edən, tanımadığı şəxs ona zəng edib əmrinin verildiyini və xx.xx.2021-ci il tarixdə, saat 14:00-da Xırdalan şəhərinə getməsini tapşırmışdır. xx.xx.2021-ci il tarixdə, səhər saatlarında özünü FHN-nin Kadrlar İdarəsinin əməkdaşı kimi təqdim edən tanımadığı şəxs onun mobil telefonuna zəng edib nazirlikdə baş tutan müşavirəyə görə, xx.xx.2021-ci il tarixdə Xırdalan şəhərində olmasını tapşırmışdır. xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Elgünlə Bakı şəhəri, 20 Yanvar Metrostansiyasının yaxınlığında görüşüb söhbət etmişdir. Söhbət zamanı Elgün ona bildirmişdir ki, əmrini Xaçmaz şəhərinə də verə bilər. Bu zaman o da Xaçmaz şəhərini istəmiş və yol baxımından özünə rahat olacağını bildirmişdir. Elgün FHN-də Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi vəzifəsində işləyən Elnur adlı şəxsə zəng edib, onun əmrini Xaçmaz şəhərinə verməsini xahiş etmişdir. Elnur bunun üçün 600 manat pul lazım olacağını, lakin Elgünə görə həmin işi 500 manata həll edəcəyini, bundan başqa orta ixtisas təhsilli olduğu üçün həmin 500 manat pula əmrini həm FHN-də Xüsusi Riskli Xilasetmə Xidmətinin Xaçmaz şöbəsinə, həm də onu tağım komandiri vəzifəsinə verdirəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Elgünlə təkrar Bakı şəhəri, 20 Yanvar Metrostansiyasının yaxınlığında görüşüb ona 500 manat pul vermişdir. xx.xx.2021ci il tarixdə, səhər saatlarında Elgünlə Bakı şəhəri, “20 Yanvar” Metrostansiyasının qarşısında görüşüb, birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısına getmişlər. Orada onları Elnur və onun sürücüsü olması bildirilən şəxs gözləmişlər. Görüş zamanı Elnur ona bildirmişdir ki, əmri Xaçmaz şəhərinə verilib, ona üzərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xaçmaz şöbəsinə işə daxil olmuş əməkdaşların adlarının olmasını bildirdiyi siyahını göstərib, həmin sənədə imza çəkdirmiş və onu Xaçmaz şəhərinə işə çağıracaqlarını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Elgün ona zəng edib, Elnur adlı şəxsin onun işinə görə hər gün nazirliklə danışdığını, əziyyət çəkdiyini və buna görə də ona vermək üçün balansına 50 manat pul köçürməsini tələb etmişdir. Özü də xx.xx.2021-ci il tarixdə, saat 18:13:59-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, X42 yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə Elgünün adına olan ******************** hesab nömrəsinə 50 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə Elgün ondan 200 manat pul istəmiş, özü də ona üstündə 185 manat pulun olduğunu bildirmişdir. Həmin gün, saat 09:35:27-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına olan ******************** hesab nömrəsinə 185 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə, saat 09:56:15-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına olan ******************** hesab nömrəsinə 150 manat pul göndərmişdir. Həmin pulu Təqsirləndirilən şəxs2 ondan formanın hazırlanması məqsədi ilə FHN-nin işçilərinə vermək üçün istəmişdir. xx.xx.2021-ci il tarixdə, saat 17:59:06-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, X42 yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə 100 manat, xx.xx.2021-ci il tarixdə, saat ll:28:40-da isə Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 200 manat pulu Təqsirləndirilən şəxs1 adına olan ******************** hesab nömrəsinə göndərmişdir. Həmin pulları Təqsirləndirilən şəxs2 ondan işi ilə bağlı müxtəlif bəhanələr gətirərək FHN-də vəzifədə işləyən tanışlarına verilməsi adı ilə istəmişdir. 14 fevral 2021-ci il tarixdə Elnur “055 961-69-07” saylı nömrədən onun istifadəsində olan “077 600-29-50” saylı mobil telefon nömrəsinə zəng edib, əmrini verəcək olan Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisinin katibəsinə pul vermək lazım olduğunu demişdir. Onun deməsinə görə, sənədlərini rəisin qabağına həmin katibə aparmışdır. Özü də onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə, saat 11:42:19 və 17:46:45-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 50 və 21 manat olmaqla, cəmi 71 manat pulu Elnur adlı şəxsin Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisin katibəsi kimi təqdim etdiyi X6 məxsus ******************** hesab nömrəsinə göndərmişdir. Elgündən işi ilə bağlı soruşan zaman Elgün ona qısa müddətə işə çağıracaqlarını, xırda texniki işlərin qaldığını və onları da həll edib məlumat verəcəyini bildirmişdir. Elnur FHN-də vəzifədə işləyən şəxslərə vermək üçün lazım olduğunu dediyindən, onun tapşırığı ilə xx.xx.2021-ci il tarixdə, saat 16:05:22-də Qusar şəhəri, N. Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan ******************** hesab nömrəsinə 70 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə, səhər saatlarında Elnur istifadə etdiyi “055 961-69-07” nömrəsindən öz istifadə etdiyi “077 600-29-50” nömrəsinə zəng edib sənədlərinin Xaçmaz şöbəsinə çatdığını, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xaçmaz şöbəsinin rəisi Vaqif müəllimə ona işində problem yaratmaması, daxili əmri imzalaması üçün 300 manat pul vermək lazım olduğunu, bundan başqa Xaçmaz şöbəsinin Qərargah rəisinə də 200 manat pul vermək lazım olduğunu demişdir. O, Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisinin katibəsi kimi təqdim etdiyi X20ma 100 manat pul vermək lazım olduğunu da demişdir. Onunla razılaşdığından xx.xx.2021-ci il tarixdə, saat 12:59:02-də Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, X42 yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 100 manat pulu X7 məxsus ******************** hesab nömrəsinə göndərmişdir. Bundan sonra isə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xaçmaz şöbəsinin rəisinə vermək üçün xx.xx.2021-ci il tarixdə, saat 13:00:45-də Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, X42 yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 300 manat pulu Elgünün adına olan ******************** hesab nömrəsinə göndərmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Elnur və Elgünlə Bakı şəhərində görüşüb işinin niyə belə gecikdiyini soruşmuşdur. Həmin vaxt Elnur Adıgözəl adlı şəxsə zəng edib onun işi ilə bağlı soruşmuşdur. Həmin şəxsin kim olduğunu bilməmişdir. Adıgözəl adlı şəxs də ona bildirmişdir ki, vaksinasiya olunmadığı üçün işə buraxılmır. Elnur həmin işi danışıb bunun üçün 170 manat pul lazım olduğunu bildirmişdir. Özü də bu məqsədlə xx.xx.2021-ci il tarixdə, saat 11:06:42- də Qusar şəhəri, N. Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan ******************** hesab nömrəsinə 170 manat pul göndərmişdir. 27 aprel 2021-ci il tarixdə, səhər saatlarında Elnur ona zəng etmiş və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xaçmaz şöbəsinin qərargah rəisinə vermək adı ilə ondan 200 manat pul istəmişdir. Özü isə üstündə 180 manat pulun olduğunu bildirmişdir. Həmin gün, saat 16:43:06-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, X42 yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə 180 manat pulu Elnurun ona Xaçmaz şöbəsinin qərargah rəisinin tanışı olmasını bildirdiyi Şahid4 adına olan ******************** hesab nömrəsinə göndərmişdir. Bundan başqa, həmin vaxtlarda, dəqiq xatırlamadığı tarixlərdə işinin həll edilməsi üçün Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, X42 yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə 100 və 112 manat məbləğlərində pulları Elgünün adına olan ******************** hesab nömrəsinə göndərmişdir. Daha sonra Elnur ona işi ilə bağlı Yeganə Hümbətovaya əlavə pul verilməli olduğunu bildirdiyindən onun tapşırığı ilə xx.xx.2021-ci il tarixdə, saat 18:53:23-də Qusar şəhəri, N. Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 101 manat, xx.xx.2021-ci il tarixdə, saat 17:38:17-də Qusar şəhəri, N. Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 101 manat olmaqla, cəmi 202 manat pulu Elnur adlı şəxsin Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin rəisin katibəsi kimi təqdim etdiyi X6 məxsus ******************** hesab nömrəsinə göndərmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan “050 488-66-51” saylı nömrədə olan “whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlasa da, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Başa düşmüşdür ki, onu işə düzəltmək məsələsi yalandır. Təqsirləndirilən şəxs1 işinin həll edilməsi üçün əlbəəl 2.700 və 500 manat məbləğində pul vermişdir. Qalan 1.010 manat, eləcə də ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdən ibarət olmuş cəmi 2.790 manat məbləğində pulları isə onun və Təqsirləndirilən şəxs2 tapşırığı ilə Təqsirləndirilən şəxs1, Yeganə Hümbətova və Şahid4 adlarına olan "xxxx" ASC-nin kart hesablarına göndərmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu işə düzəltmək adı ilə aldadıb cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişlər. Təqsirləndirilən şəxs1 “whatsapp” mobil tətbiqi vasitəsi ilə yazaraq pulunu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 isə müxtəlif tarixlərdə hissə-hissə elektron ödəmə terminal sistemi vasitələri ilə ümumilikdə 4212 manat pulu ona geri qaytarmışdır. Lakin qalan 2788 manat pulunu qaytaracağını bildirsə də, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmaqla onu aldatmış, pulunu geri qaytarmamışdır. Ona vurulmuş olan maddi ziyan tam şəkildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40, X26 və X8 ifadələrindən görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 dostu və qonşusu Şahid5 bibisi oğludur. Onu Şahid5 vasitəsi ilə tanımışdır. Öz adına "xxxx" ASC-nin ******************** nömrəli hesabı öz şəxsi məqsədləri üçün istifadə etmişdir. 2021-ci ilin təxminən yaz aylarında, dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs2 dostu Şahid5 evinə qonaq getmişdir. İlkin ondan plastik kartını istəyərək bibisi oğlu Təqsirləndirilən şəxs2 lazım olduğunu, ona ailə üzvlərinin pul vəsaiti köçürəcəklərini bildirmişdir. Ona görə də ağlına heç bir pis fikir gəlmədən kartını müvəqqəti olaraq İlkinə, o da öz növbəsində Elnura vermişdir. Elnur onun kartını təxminən bir-iki saat müddətində özündə saxlayıb daha sonra qaytarmışdır. Həmin müddət ərzində bank kartına konkret olaraq kim tərəfindən pul vəsaitinin mədaxil edilməsi barədə məlumatı olmamışdır. Kartını İlkinə verəndə, eləcə də geri alanda hesabında hər hansı məbləğdə pul vəsaiti olmamışdır. Sonradan isə bilmişdir ki, tanışı Təqsirləndirilən şəxs2 və onun dostu Təqsirləndirilən şəxs1 adlı şəxs Qusar rayon sakini Zərərçəkmiş şəxs adlı şəxsi işə düzəltmək adı ilə aldadıb pulunu ələ keçirmişlər. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs adlı şəxsləri tanımamışdır. Elnur Şəfibaba adlı şəxsə guya onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X30 qərargah rəisinin tanışı olmasını demiş, guya aldığı pulun ona çatacağını deyib bank hesabına pul köçürtmüş, daha sonra da bu pulu kartdan çıxardıb özünə götürmüşdür. Lakin bu məsələlərdən ümumiyyətlə xəbəri olmamışdır. Özü heç bir yerdə işləmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində heç bir tanışı yoxdur. FHN-nin X30 qərargah rəisinin də kim olduğunu bilmir. Elnur onun adından Şəfibabanı aldatmaq üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs ümumiyyətlə tanımır, heç vaxt onunla ünsiyyətdə olmamış, danışmamış, görüşməmişdir. Tanışı Təqsirləndirilən şəxs2 ondan işə düzəltmək adı ilə aldığı pul vəsaitinin öz kart hesabına köçürülməsi, guya FHN-nin X30 qərargah rəisinin tanışı olmasını deməsi barədə də məlumatı olmamışdır. "xxxx" ASC-də adına olan ******************** hesab nömrəsinə 27 aprel 2021-ci il tarixdə, saat 16:43:06-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, X42 yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə mədaxil edilmiş 180 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən onun verdiyi plastik kart vasitəsi ilə bank hesabından çıxarılaraq xərclənmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 bibisi oğludur. 27 aprel 2021-ci il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs2 yaşadığı Ağdam rayonu Xındırıstan kəndində yerləşən evinə qonaq getmişdir. O, üzərində pul olmadığını, özünə lazım olan məhsulları almaq üçün ailə üzvlərinin ona pul göndərəcəklərini, məhz bu səbəbdən plastik bank kartına ehtiyacı olduğunu deyib onun üçün kart tapmasını xahiş etmişdir. Ona özündə plastik bank kartı olmadığını, lakin dostu və qonşusu Şahid4 kartı olduğunu, ondan kartını verməsini xahiş edə biləcəyini demişdir. Elnur da həmin kartı alıb ona verməsini bildirmişdir. Elnura inanmışdır ki, ailə üzvləri ona pul göndərəcəklər. Ona görə də dostu Şahid4 bu barədə deyib kartını verməsini xahiş etmiş, o da kartını vermişdir. Bundan sonra Şahid4 aldığı plastik bank kartını bibisi oğlu Təqsirləndirilən şəxs2 vermişdir. Elnur həmin kartı bir-iki saat müddətində özündə saxlayıb daha sonra geri qaytarmışdır. O, ailə üzvlərinin bu kart hesabına pul göndərdiklərini, həmin pulu hesabdan çıxardıb özünə götürdüyünü demişdir. Ona görə də həmin kartı sahibi olan Təqsirləndirilən şəxs2 vermişlər. Sonradan isə bilmişdir ki, qohumu Təqsirləndirilən şəxs2 və onun dostu Təqsirləndirilən şəxs1 adlı şəxs Qusar rayon sakini X25 adlı şəxsi işə düzəltmək adı ilə aldadıb pulunu ələ keçirmişlər. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs adlı şəxsləri tanımır. Elnur Şəfıbaba adlı şəxsi aldatmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin adlarından istifadə etmiş, guya Xəqaninin də vəzifəli şəxsin tanışı olmasını deyib onun kartından istifadə edərək 180 manat məbləğində pul vəsaiti göndərtmiş, daha sonra isə həmin pulu özünə götürmüşdür. Lakin özü və dostu Şahid4 bu işlərdən, bibisi oğlu Təqsirləndirilən şəxs2 niyyətindən xəbərləri olmamışdır. Xəqani özü heç bir yerdə işləmir, onun hər hansı vəzifədə işləyən tanışı yoxdur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X25 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkətləri aparılmış və üzləşdirmələr zamanı da Şəfibaba Şafıyev ifadəsində göstərdiyi xüsusatları onların üzünə qarşı deməklə təsdiq etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X1 təqdim etdiyi Təqsirləndirilən şəxs1, Şahid4 və X20ma məxsus hesablara pul vəsaiti göndərməsinə dair 20 ədəd qəbzə və Şəfıbaba Şafıyevin təqdim etdiyi “whatsapp” mobil tətbiqi vasitəsi ilə yazılmış mesajlara baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir: xx.xx.2021-ci il tarixdə, saat 14:12:04-də Qusar şəhəri, N. Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus ******************** mədaxil hesab nömrəsinə 100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 15:38:36-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, X42 yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəs ilə Abdullayev Elgün Alış oğluna məxsus ******************** mədaxil hesab nömrəsinə 200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 18:46:46-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, X42 yerləşən “Milli Ön elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus ******************** mədaxil hesab nömrəsinə 1.010 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 18:39:01-də Qusar şəhəri, N. Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəs ilə Abdullayev Elgün Alış oğluna məxsus ******************** hesab nömrəsinə 360 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 10:48:32-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus ******************** hesab nömrəsinə 140 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 18:13:59-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, X42 yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 adına olan ******************** hesab nömrəsinə 50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 09:35:27-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “Milli Ön elektron ödəmə terminal sistemi” vasitəsi ilə Təqsirləndirilən şəxs1 məxsus ******************** hesab nömrəsinə 185 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 09:56:15-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsi ilə Təqsirləndirilən şəxs1 məxsus ******************** hesab nömrəsinə 150 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 17:59:06-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, X42 yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus ******************** hesab nömrəsinə 100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat ll:28:40-da Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəməterminal sistemi” vasitəsilə Abdullayev Elgün Alış oğluna məxsus ******************** hesab nömrəsinə 200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 11:42:19-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə X20ma məxsus ******************** hesab nömrəsinə 50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, 17:46:45-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə X6 məxsus ******************** hesab nömrəsinə 21 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 16:05:22-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Abdullayev Elgün Alış oğluna məxsus ******************** hesab nömrəsinə 70 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 12:59:02-də Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, X42 yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə X20ma məxsus ******************** hesab nömrəsinə 100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 13:00:45-də Qusar şəhəri, Ç.Qurbanov küçəsi 23, X42 yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus ******************** hesab nömrəsinə 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat ll:06:42-də Qusar şəhəri, N. Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus ******************** hesab nömrəsinə 170 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 27 aprel 2021-ci il tarixdə, saat 16:43:06-da Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, X42 yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə Şahid4 məxsus ******************** hesab nömrəsinə 180 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, digər dəqiq tarixi oxunmayan qəbzə əsasən Qusar şəhəri, Ç.Qurbanov küçəsi 22, X42 yerləşən “eManat elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus ******************** hesab nömrəsinə 100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 18:53:23-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə X20ma məxsus ******************** hesab nömrəsinə 101 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 17:38:17-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə X20ma məxsus ******************** hesab nömrəsinə 101 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs təqdim etdiyi “whatsapp” mobil tətbiqi vasitəsi ilə yazılmış mesajlara baxış keçirən zaman müəyyən edilmişdir ki, onun işə düzəldilməsi məzmununda Təqsirləndirilən şəxs1 ilə bir-birilərinə mütəmadi olaraq mesajlar göndərmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/829 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, “K5” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur. İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X9 təqdim etdiyi diskdə 47 ədəd audio formatda materiallar vardır. Həmin diskdə olan bütün formatlar müxtəlif danışıqları əks etdirir. Danışıqların müddəti 20 saniyədən 14 dəqiqəyədək arasında dəyişir. Danışığın mövzusunu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şəfıbaba Şafıyevi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəldəcəyini vəd etmələri, Şəfıbaba Şafıyevin pulu lazımi yerə çatdırması və onun artıq qeydiyyatdan keçməsi, sonuncudan bunun müqabilində müəyyən məbləğdə pullar almaları, Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etməsi, həmçinin Zərərçəkmiş şəxs işə qəbul olunması barədə əmrinin verilməsinin tezliklə baş tutacağı, ona geyim forması göndərilməsi, X36 Allahverdiyev tərəfindən tanışlarının və Təqsirləndirilən şəxs1 kartının hesabına müxtəlif məbləğləri köçürməsinin tapşırılması, o cümlədən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xaçmaz bölməsinə köçürülməsi, həmin bölmənin komandirinə rüşvət verilməli olması, Şəfıbaba Şafıyevin işə düzəlməsi məsələsi öz həllini tapmadığından onun pulunun hissə-hissə qaytarılması barədə söhbətlər təşkil edir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BKC/LGL-9530/22 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**”, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələrin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən girişçıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. Həmin fayllara daxil olduqda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “***- ***-**-**” saylı mobil telefon nömrəsi ilə X9 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “***-***-**-**” saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il, saat 15:18:39-da “Müəllim yığdım məşğul deyilir”, xx.xx.2021-ci il, saat 21:01:23-də “Elnur müəllim salam, sabah özüm gəlim forma üçün”, xx.xx.2021-ci il, saat 21:34:51-də “Elnur müəllim.salam.sabah pulsuz maşın var idi gelen gelsem formanı verə bilərsiz?”, xx.xx.2021-ci il, saat 18:59:23-də “Salam Elnur müəllim.sabah gelim forma üçün? Elgün deyir sabah verecem”, xx.xx.2021 -ci il, saat 18:48:14-də “Salam ay Elnur müəllim.zəngdə acmirsiz.ne oldu axı bu iş. alınmırsa alınmır deyində”, xx.xx.2021-ci il, saat 19:17:58-də “Salam elnur müəllim, avqust da oldu, sizədə heç zəngdə çatmır” məzmununda mesajların göndərilməsi müəyyən edilmişdir. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 105 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi xx.xx.1960-cı il təvəllüdlü X16 (əmisi), xx.xx.1987-ci il təvəllüdlü X27 (qardaşı), xx.xx.1986-cı il təvəllüdlü X10 (qardaşı arvadı), xx.xx.2014-cü il təvəllüdlü X21 (qardaşı qızı), xx.xx.2015-ci il təvəllüdlü X22 (qardaşı oğlu), xx.xx.1988-ci il təvəllüdlü X17 (arvadı), xx.xx.2007-ci il təvəllüdlü X28 (oğlu), xx.xx.2011-ci il təvəllüdlü X18 (qızı) və xx.xx.1965-ci il təvəllüdlü X3 (anası) ibarətdir. Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Mingəçevir şəhər Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 223 nömrəli arayış və həmin tarixli, 21 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi X19 (arvadı), X5 (atası) və X2 (anası) ibarətdir. Təqsirləndirilən şəxs2 yaşadığı dövr ərzində onun barəsində rəsmi orqanlardan və ya hər hansı bir qonşu tərəfindən heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mingəçevir PND-də və Mingəçevir ŞRND-də qeydiyyatda durmamışlar və müraciət etməmişlər. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, onlarla barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 178.2.1,178.2.4, 32.4, 312.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 5500 manat cərimə cəzalarına məhkum olunmuşdur. Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(039)-60/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “08 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilmiş, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1-1 (095)-054/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 7 ay 3 gün hissəsindən azad edilmiş və onun üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 87/6 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, l(095)-054/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 178.2.3, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması və 5500 manat cərimə cəzalarına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş 5500 manat cəriməni dövlət büdcəsinə ödəməmişdir. İş materiallarında olan Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, l(095)-054/2021 saylı hökmü ilə təyin edilmiş 5500 manat cərimə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, l(095)-054/2021 saylı hökmü ilə təyin edilmiş 5500 manat cərimə cəzası 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 qərarda göstərilən cəzanı çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4:18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yoxdur, lakin CM-nin 83.3.2-ci maddəsinə əsasən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, l(095)-054/2021 saylı hökmü 21 may 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməllərinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində törətdiyinə görə yəni Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, l(095)-054/2021 saylı hökm qanuni qüvvəyə minənədək olan dövr ərzində törətdiyinə görə (bir qismini isə hökm elan edilməmişdən əvvəl törətdiyinə görə) Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, l(095)-054/2021 saylı hökmü ilə təyin edilmiş 5500 manat cərimə cəzası Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvəz edilmiş 01 il azadlığın məhdudlaşdırılma cəzası hazırkı hökmlə CM-nin 66.5-ci maddəsinə əsasən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi yoxdur, lakin CM-nin 83.3.2-ci maddəsinə əsasən onun məhkumluğu ödənilməmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərə islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4; zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəməsini, barışmasını CM-nin 59.1.12; 59.1.13; törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəməsini, barışmasını CM-nin 59.1.12; 59.1.13; törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, belə olan halda cəzanın məqsədi təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, l(095)-054/2021 saylı hökmü ilə təyin edilmiş 5500 manat cəriməni ödəmədiyinə görə Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin cəza 01 il azadlığın məhdudlaşdırılma cəzası ilə əvəz edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 17 may 2022-ci il tarixdə “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 17 may 2022-ci il tarixdə tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər Bundan başqa Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, 31 may 2022-ci il tarixdə “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan zərərçəkmiş şəxs X1 təqdim etdiyi hesablara pul vəsaiti göndərməsinə dair 20 ədəd qəbz CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.4, 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.4-cü maddələri ilə 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı təyin edilmiş edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılma cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 17 may 2022-ci il tarixdə tutulduğu 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 təyin edilən 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 3 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.4, 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.4-cü maddələri ilə 4.000 (dörd min) manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə 5.000 (beş min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6.000 (altı min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan zərərçəkmiş şəxs X1 təqdim etdiyi hesablara pul vəsaiti göndərməsinə dair 20 ədəd qəbz CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar