Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-20/2022 15.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Qusar rayonu Bədirqala kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində dörd azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər Qusar rayon məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 noyabr 2022-ci il tarixdə cəza müddəti bitmiş, 31 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 noyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 11 dekabr 2021-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 13 dekabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan mənbədən 01 ədəd şüşə bankada narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, yaşadığı evin dam örtüyünün alt hissəsində saxlamış, xx.xx.2021-ci tarixdə, saat 19 radələrində ailə münaqişəsi ilə əlaqədar Qusar RPŞ-nin əməkdaşları tərəfindən o saxlanılmış və yaşadığı evin dam örtüyünün alt hissəsinə baxış zamanı satış məqsədi olmadan əldə etdiyi, saxladığı və istifadə etdiyi 01 ədəd şüşə bankada içərisində ümumi təmiz çəkisi 12,933 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, onun evindən aşkar edilmiş narkotik vasitənin məhz narkotik vasitə olduğundan xəbəri olmamış, o, yalnız siqaret çəkir, siqaret almağa pulu olmadıqda isə tənbəki və ya sahələrdən müxtəlif otları toplayıb onları çəkir. O, sahədən müxtəlif otları yığaraq yarpaqlarını qurutmuş və evin damına qoymuşdur ki, uşaqların əlinə keçməsin. Həmin otların narkotik vasitə olduğunu isə bilməmiş, onları çəkəndə kefləndirici təsirləri olmamışdır. Qanından nə üçün narkotik maddənin çıxmasını isə bilmir. Gələcəkdə həmin otlardan istifadə etməyəcəkdir. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində dörd azyaşlı uşaqları var. Odur ki, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, təxminən 14 il bundan əvvəl Rusiya Federasiyasında olan zaman ilk dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, həmin dövrdən bu günə qədər narkotik vasitədən istifadə etməmişdir. Bundan başqa o, həyat yoldaşı Rəna ilə 2010-cu ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuş, onların bu nikahından 4 övladları dünyaya gəlmişdir. Son vaxtlar Rəna ilə münasibətlərində soyuqluq yaranmış, buna səbəb onun özbaşına harasa getməsi, telefonla tez-tez danışması olmuşdur. Buna görə də xx.xx.2021ci il tarixdə, saat 15-16 radələrində aralarında yaşadıqları evdə münaqişə yaranmış, həmin vaxt Rənaya özbaşnalıq etməməsini bildirmiş, sonuncu sözünə qulaq asmamış, hətta evdə olan anası Gülsabahda onun tərəfini saxlamış, buna görə də əsəbləşərək Rənanı sillə zərbələri ilə vuraraq döymüşdür. Bundan sonra o evdən çıxıb getmiş, sonradan Rənanın şikayət edərək DİN-nin “102” xidmətinə zəng mərkəzinə məlumat verməsi səbəbindən onun şikayəti əsasında evinin həyətindən Qusar RPŞ-yə gətirilmiş, RPŞ-də üzərinə vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunsuz heçnə çıxmamışdır. Bundan sonra yaşadığı evə və həyətə baxış keçirilməsindən ötrü polis əməkdaşları ilə getmiş, baxış zamanı müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilmişdir. Baxış keçirilən zaman evin tavanında olan içərisində ətir hazırlamaq üçün yığılmış otlar aşkarlanmış, həmin otları 2021-ci ilin yay fəsli ərzində sahələrdən yığaraq evdə qurudub şüşə bankada saxlamışdır. Bundan başqa o, orada digər otlar və lazımı əşyaların olmasını, həmin bankada narkotik vasitə olmamasını, həyat yoldaşının dediklərinin yalan olmasını, narkotik vasitədən istifadə etməməsini, evdə narkotik vasitə çəkməməsini demişdir. Həmin otlardan qış aylarında ətir və dərmanlar hazırladığını, aşkar olunan 01 ədəd içərisində quru otlar olan bankanın qablaşdırılıb götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması və ondan istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X20 narkotik vasitələrdən istifadə etdiyini demiş, Elşad Əhmədov isə raportla rəhbərliyə məruzə etmişdir. Bundan sonra, onun və digər polis əməkdaşlarının tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Bədirqala kəndində yerləşən fərdi yaşayış evinə Şahid2 razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı evin damından bir ədəd şüşə balonun içərisinə doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin narkotik vasitənin çəkisi 12.933 qram olmuşdur. Həmin vaxt Romikin anası bildirmişdir ki, Romik tez-tez evin dam hissəsinə çıxır, oradan düşdükdən sonra isə özündə olmur. Romik özü isə aşkar olunan həmin maddənin narkotik vasitə olan marixuana olduğunu bilmədiyini bildirmişdir. Daha sonra oradan aşkar olunan 12,933 qram çəkidə narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid5 Hilal oğlu Şahid4 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onunla 2010-cu ildə ailə həyatı qurmuş, bu nikahdan 4 övladı dünyaya gəlmişdir. Bundan sonra Romik narkotik vasitələrdən istifadə etməyə başlamış, buna görə münasibətləri korlanmış, sonuncu əvvəllər evin həyətində gizli şəkildə dibçək qablarda çətənə bitkisi əkmiş, Romikə dəfərlərlə bu işlərdən əl çəkməsini demiş, lakin ona qulaq asmamışdır. Son vaxtlar Romikin ona tutulan iradlardan və polisə məlumat veriləcəyindən qorxaraq evin həyətində narkotik vasitə əkməmiş, onun narkotik vasitəni əkdiyi yeri bilməmişlər. Romikin yay fəsli ərzində qaynanasına məxsus bağ sahəsinə tez-tez gedib- gəldiyinindən şübhələnmişlər. Bundan başqa Romikin evə gələrək mütəmadi olaraq evin 2-ci mərtəbəsində olan tavana yəni, dam örtüyünün alt hissəsinə çıxaraq orada gizlətdiyi narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə o, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Qusar şəhərinə getmiş, atasından pul alaraq bazarlıq etmiş, saat 13 radələrində evə qayıtmışdır. Qaynanası Gülsabahın yıxılaraq xəsarət alması səbəbindən ona evdə qulluq etmiş, saat 15-16 radələrində Romik evdə yenə mübahisə etməyə başlamış, həmin vaxt sonuncu yenə narkotik vasitələrin təsiri altında olmuş, onunla söyüşlə danışmış buna görə də ona söyüş söyməməsini bildirmişdir. Bu vaxt Romik qəfildən arxadan tutaraq onu qaldıraraq “səni ikinci mərtəbədən atacam” demiş sonra isə saçından tutaraq evin pilləkənlərində sürüməyə başlamışdır. Qışqırıq səsinə qayınanası Gülsabah gəlmiş, həmin vaxt anası Romiki itələmiş, bir təhər onun əlindən qaçaraq evin ikinci mərtəbəsinə çıxmış bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə məlumat vermişdir. Sonradan polis əməkdaşları ilə Polis Şöbəsinə getmiş, polis şöbəsində Romikin narkotik vasitədən istifadə etdiyini və bunun təsirində olan zaman onlara rahat yaşamaq imkanı verməməsini bildirmişdir. Sonradan yaşadıqları evə polis əməkdaşları Romik və onun müdafiəçisi ilə birlikdə baxış keçirmək üçün gəlmiş, baxış zamanı onun tavan hissədə qanunsuz olaraq şüşə banakda yarımçıq vəziyyətdə saxladığı narkotik vasitə olan marixuananı aşkarlamışlar və bundan sonra həmin marixuananı qablaşdıraraq oradan götürmüşlər. Bundan başqa Romikin narkotik vasitədən istifadə etməsini azyaşlı uşaqlarına görə heç kəsə bildirməmiş, xx.xx.2021-ci il tarixdə artıq onun hərəkətlərinin dözülməz olduğunu görərək bu barədə təhqiqatçıya məlumat vermişdir. Şahid X6 məhkəmə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, himayəsində azyaşlı uşaqlar olduğundan 14 iyun 2022-ci il tarixə təyin olunmuş və ondan sonrakı tarixlərə təyin ediləcək məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma oğludur və onunla birlikdə Qusar rayonu Bədirqala kəndində yaşayır. xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində evin yataq otağında dincələn zaman eyvan otağında Romiklə gəlini Rənanın səs-küyünü eşidib həmin otağa çıxmış, bu vaxt sonuncunu Romik sillə, yumruq zərbələri ilə vurmuş, nalayiq söyüşlərlə söymüş daha sonra, onu görərək sakitləşərək oradan getmiş, bundan sonra Rəna polisə zəng edərək məlumat vermiş, daha sonra sonuncu araşdırma aparılmasından ötrü polis əməkdaşları ilə RPŞ-yə getmişdir. Oğlu Romik narkotik vasitələrdən son 1 ildə istifadə etmiş, sonuncunun onun evdə saxladığı narkotik vasitəni haradan əldə etməsindən xəbəri olmamış, evdə narkotik vasitə saxlanmasından məlumatı olmamışdır. Şahid2 məhkəmə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs anası olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, 14 iyun 2022-ci il tarixə təyin olunmuş və ondan sonrakı tarixlərə təyin ediləcək məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı Elşad Əhmədovun xx.xx.2021-ci il tarixli raportundan görünür ki, icraatında olan xx.xx.2021-ci il tarixli 806 saylı materialın araşdırılması zamanı Qusar rayonu Bədirqala kəndində yaşayan, xx.xx.1992-ci il təvəllüdlü X9 əri, Qusar rayonu Bədirqala kəndində yaşayan, xx.xx.1986-cı il təvəllüdlü X7 uzun müddət narkotik vasitələrdən istifadə etməsi, narkotikin təsirində olan zaman evdə münaqişə yaratması, sonuncunun dəfələrlə yaşadıqları evin dam hissəsinə çıxaraq orada narkotik vasitədən istifadə etməsi, narkotik vasitələri evin dam örtüyünün alt hissəsində gizlətməsindən şübhələnməsi barədə bildirmişdir. Odur ki, yuxarıda göstərilən məlumatın yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan 31 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 31 oktyabr 2021-ci il tarixli “axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X15 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin Cab-ın əməliyyat müvəkkili X11, həmin polis şöbəsinin ekspert kriminalisti X4, həmin polis şöbəsinin MSY-nin polis nəfəri X2, Qusar rayon Vəkil Bürosunun vəkili X12 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində və üzərində qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. İş materiallarında olan Qusar rayonu Bədirqala kəndində yaşayan Şahid2 Qusar RPŞ-yə verdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Qusar rayonu Bədirqala kəndində yerləşən, özünə məxsus olan evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 31 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 19:50-dən saat 20:17-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X15 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid4 və Şahid5, ekspert kriminalist Elməddin Məhərrəmovun, Qusar rayonu Bədirqala kəndində yaşayan X3 və X6, Qusar rayon Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, Qusar rayonu Bədirqala kəndində yerləşən, Təqsirləndirilən şəxs anası Şahid2 məxsus olan fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin şəxslə birlikdə onun müdafiəçisi X12 iştirakı ilə evin 1-ci mərtəbəsinə baxış keçirilmişdir. Baxış zamanı evin 1-ci mərtəbəsində yaşayış olmadığı, 3 otaqdan ibarət olduğu zirzəmi kimi istifadə edildiyi müəyyən edilmişdir. Baxış zamanı həmin otaqlardan qanunsuz hər hansı əşya aşkar olunmamışdır. TB-də izahatı alınmış X6 dediyinə əsasən dam örtüyünün alt hissəsində-yəni 2-ci mərtəbənin tavanında şübhəli əşyaların və narkotikin olması ilə əlaqədar həmin hissəyə nərdivan vasitəsi ilə qalxmışlar və oraya müdafiəçinin və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Həmin hissədə müxtəlif tullantı pivə qabları və digər əşyaların olması, qarışıq vəziyyətdə tavanın altında müxtəlif bitkilər olan süpürgə otlar və digər əşyalar olması müşahidə edilmişdir. Tavanın altına çıxış hissəsinin sol tərəfində qabların yanında 01 ədəd ağız hissəsi bağlanmış vəziyyətdə içərisində yaşımtıl rəngli qurudulmuş vəziyyətdə narkotik xassəli bitkiyə bənzər otların olduğu müşahidə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onların ətir hazırlanması üçün südlü ot bitkisi olduğunu, həmin otları müxtəlif yerlərdən yığdığını bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin ot kütləsi olan şüşə balon polietilen paketdə qablaşdırılmış və ekspertiza keçirilməsindən ötrü möhürlənərək götürülmüşdür. Baxış zamanı videoçəkiliş olunduğundan hal şahidləri dəvət olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 7/1126 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd qara rəngli polietilen torbadakı bir ədəd şüşə bankada təmiz çəkisi-12,933 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi- 12,933 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq-12,913 qramdır. İş materiallarında olan ibtidai istintaq orqanının 02 noyabr 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 12,913 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞyə təhvil verilmişdir. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli 172 saylı mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə 02 noyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla maddi sübut kimi tanınmış 12.913 qram qurudulmuş marixuana Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 02 noyabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X14 dərhal azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli 011-10642-1221 saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Qusar RPŞ-dən daxil olan) xx.xx.1986-cı il tarixdə Qusar rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin böyük və sol əlinin böyük barmağı (şüşə bankasının üzərindən götürülmüş izlər) ilə eynilik müəyyən edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 10 dekabr 2021-ci il tarixli 3/1957 saylı rəyindən görünür ki, tədqiata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin böyük barmağından, sağ əlinin böyük barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 3,4 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli 7/1126 və 10 dekabr 2021-ci il tarixli 3/1957 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 127,75 (yüz iyirmi yeddi manat yetmiş beş qəpik) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 29 noyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” və eyni tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərarlarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 12 dekabr 2021-ci il tarixdə saat 03:30-da tərtib edilmiş “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhərində müəyyənləşdirilərək saxlanılmış və Qusar RPŞ-nin İB-yə təhvil verilməsindən ötrü Qusar RPŞ-yə gətirilmişdir. İş materiallarında olan 12 dekabr 2021-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:15-də tutulmuşdur. İş materiallarında olan Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(029)- 34/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin tutulmasından imtina olunmuş və o, məhkəmə iclas zalında dərhal tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 13 dekabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə saat 17:45-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli 2987 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanı tərəfindən keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4331 saylı rəydən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 12 aprel 2022-ci il tarixli 706 saylı və 13 may 2022-ci il tarixli 911 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin mərkəzdə “Şizofrenəbənzər psixoz” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan məhkəmə tərəfindən təkrar keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2290 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı “KANNABİOİDLƏRİN QƏBULU NƏTİCƏSİNDƏ YARANAN DAVRANİŞ POZUNTULARİ” (F.12) müəyyən edilir. Tibbi sənədlərə əsasən anamnezində “Şizofrenəbənzər psixoz” diaqnozu qeyd edilmişdir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən bir qədər gərgin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən davranış pozuntuları o dərəcədə ifadə olunmayıb ki, onu ictimai təhlükəli əməli törətdikdən sonra və hazırda öz faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud həmin əməli idarə edə bilmək imkanından məhrum etsin. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və ya həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Hazırda onda kannabiodlərin qəbulu nəticəsində yaranan davranış pozuntları” müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Yaşadığı ərazi üzrə həkim-psixiatrın baxışı və nəzarəti tövsiyyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs davranış pozuntuları hazırda da davam etdiyindən, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə psixiatrik müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 7/1126 saylı, məhkəmə-trasoloji ekspertizasının 10 dekabr 2021-ci il tarixli 3/1957 saylı və məhkəməpsixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 4331 saylı və xx.xx.2022-ci il tarixli 2290 saylı rəylərini müzakirə edərək həmin rəyi işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmamasını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının 04 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizadan sonra qalıq qalmış 12.913 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. 01 ədəd içərisində Ədliyyə Nazirliyinin MEM-də trasoloji ekspertizası tərəfindən təqdim edilmiş 04 ədəd daktilolent və 01 ədəd daktiloxəritə olan möhürlənmiş paket iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra şəxsi axtarışı və evində axtarış aparılması videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 02 ədəd DVD kompakt diskə köçürülmüşdür. Həmin 02 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən və Qusar rayon məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 2953/22 saylı arayışından görünür ki, azadlığın məhdudlaşdırılması növündə 06 (altı) ay müddətinə cəza təyin edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən probasiya nəzarəti qeydiyyatına götürülmüş, cəzasının sonu xx.xx.2022-ci il tarixdir. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar rayonu Bədirqala kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur, ailə tərkibi arvadı X5, xx.xx.2012-ci il təvəllüdlü qızı Elena Tarıverdiyevadan, xx.xx.2014-cü il təvəllüdlü oğlu Razin Tarıverdiyevdən, xx.xx.2016-cı il təvəllüdlü qızı Yuliya Tarıverdiyevadan və xx.xx.2019-cu il təvəllüdlü qızı Alisa Tarıverdiyevadan ibarətdir. İş materiallarında olan Seriya AZE 11690246, Seriya AZE 11690245, Seriya AZE 11799077, AA1004666 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Elena, xx.xx.2014-cü il təvəllüdlü Razin, xx.xx.2016-cı il təvəllüdlü Yuliya və xx.xx.2019-cu il təvəllüdlü Alisa adlı dörd azyaşlı uşaqları vardır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 887/05-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur, xx.xx.2021-ci il tarixdən “F12” diaqnozu ilə həkim narkoloqun ambulator qeydiyyatındadır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 12.933 qram çəkidə narkotik vasitə olan qurulmuş marixuananın narkotik vasitə olmasından xəbəri olmaması barədə verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, aşkar olunan həmin kütlə məhz Təqsirləndirilən şəxs tərəfindən qurudularaq şüşə balona yığılmış və gizli saxlanc yerində saxlanılmışdır ki, bu da əslində həmin şəxsin həmin kütlənin istifadəsinin və saxlanmasının qadağan olunmasından xəbəri olduğunu sübut edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 01 ədəd şüşə bankada narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, yaşadığı evin dam örtüyünün alt hissəsində saxlaması, xx.xx.2021-ci tarixdə, saat 19 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı evin dam örtüyünün alt hissəsinə baxış zamanı satış məqsədi olmadan əldə etdiyi, saxladığı və istifadə etdiyi 01 ədəd şüşə bankada içərisində ümumi təmiz çəkisi 12,933 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1-18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 noyabr 2022-ci il tarixdə isə cəzası bitmişdir. Hazırkı cinayət əməlini isə həmin hökm çıxarılmamışdan, məhkum olunmamışdan əvvəl-yəni 31 oktyabr 2021-ci il tarixdə törətmişdir. Bununla da, Romik Tarıverdiyev hazırkı cinayət əməlini törədərkən məhkumluğu olmayan şəxs olmuşdur. Odur ki, həmin şəxsə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alına bilməz. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində dörd azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, əməlindən səmimi peşman olmasını şəxsiyyətini müsbət cəhətdən, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, onun psixi xəstəlikdən əziyyət çəkməsini, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs və axtarışda olan şəxs qismində tutularaq 31 oktyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixədək və 11 dekabr 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək cəmi 04 (dörd) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 08 (səkkiz) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Bədirqala kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, hazırda psixi xəstəlikdən əziyyət çəkir, ambulator müalicəyə ehtiyacı var, himayəsində dörd azyaşlı uşaqları var. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. Azərbaycan Respublikasının CM-nin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi xəstəliyi onun stasionar şəraitdə psixiatrik müalicəyə ehtiyacı olmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədəmüvafiq deyil, bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2290 saylı rəydə göstərilən tövsiyyəyə əsasən həmin şəxs baxış və nəzarət üçün yaşadığı ərazi üzrə həkim-psixiatrın qeydiyyatına alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ekspertizalardan sonra qalıq qalmış 12.913 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01 ədəd içərisində Ədliyyə Nazirliyinin MEM-də trasoloji ekspertizası tərəfindən təqdim edilmiş 04 ədəd daktilolent və 01 ədəd daktiloxəritə olan möhürlənmiş paket iş materiallarında saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 127,75 (yüz iyirmi yeddi manat yetmiş beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 31 oktyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixədək 02 (iki) gün və axtarışda olan şəxs qismində tutularaq 11 dekabr 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən 08 (səkkiz) gün müddət çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Bədirqala kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs baxış və nəzarət üçün yaşadığı ərazi üzrə həkim-psixiatrın qeydiyyatına alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ekspertizalardan sonra qalıq qalmış 12.913 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01 ədəd içərisində Ədliyyə Nazirliyinin MEM-də trasoloji ekspertizası tərəfindən təqdim edilmiş 04 ədəd daktilolent və 01 ədəd daktiloxəritə olan möhürlənmiş paket iş materiallarında saxlanılsın. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə cəmi 127,75 (yüz iyirmi yeddi manat yetmiş beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-20/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-20/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver