Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-20/2023 01.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Həzrə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 23-24 radələrində yaşadığı Qusar rayonu Həzrə kəndində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs qəsdən yumruq zərbəsi ilə vuraraq sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Düztahir-oba kəndində keçirilən toyda iştirak etmək üçün getmişdir. Həmin gün saat 23 radələrində toydan evə qayıdıb evin qabağında olan vaxt evlərindən bir az aralıda Vahidin söyüş söydüyünü eşitmiş və onun yanına getmişdir. Ora çatanda Vahidin və Eldarın sərxoş olduqlarını və Vahidin yüksək səslə söyüş söydüyünü görmüşdür. O, Vahidə söyüş söyməməsini bildirmişdir. Həmin vaxt Vahid onu söymədiyini, dostu Şahid3 söydüyünü demişdir. O, Vahidin cavabından əsəbləşmiş və yumruqla onun gözündən vurmuş, zərbədən Vahid yerə yıxılmışdır. Bundan sonra o, evə qayıtmışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahidlərin ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində dostu Şahid3 odun doğramaq üçün evlərinə dəvət etmişdir. Onlar bir yerdə işləmiş, sonra yemək yemiş və spirtli içki qəbul etmişdir. Sonra onlar kənddə olan pivəxanaya gedib pivə içmişlər. Həmin gün təxminən saat 23-24 radələrində onlar pivəxanadan çıxıb evə qayıdan zaman o, Şahid3 söymüşdür. Bu zaman Elvin hardansa çıxıb onun üstünə gəlmiş və ona “niyə bizi söyürsən” demişdir. O, da Elvinə onu söymədiyini, dostu Eldarı söydüyünü demişdir. Elvin isə heç nə demədən yumruqla üzündən vurmuşdur. O, zərbədən yerə yıxılmışdır. Həmin vaxt Şahid2 da orda olmuşdur. Eldar onu ayağa qaldırmış və o, evə getmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1, yaxın qohumu oğlu Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etdiyindən elan olunaraq tədqiq edilmiş onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadədən görünür ki, 18 noyabr 2022-ci il tarixdə o, Düztahir oba kəndində keçirilən toyda iştirak edən oğlu Təqsirləndirilən şəxs evə gətirmək üçün X1 ora getmişdir. Onlar toydan evə qayıtmış, saat 23 radələrində evə çatmışdır. Evə çatanda qonşusu Vahidin söyüş söydüyünü eşitmişdir. O, maşını içəri salmış, oğlu Elvin və Cabbar isə Vahidin yanına getmiş və bir iki dəqiqədən sonra evə qayıtmışdır. Həmin vaxt o, oğlu Elvindən nə baş verdiyini soruşmuş, Elvində ona Vahidin söyüş söydüyünə görə onu yumruqla vurduğunu demişdir. O, oğlu Elvini danlamış və ona öz iradını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrindən görünür ki, onlar Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 1002 saylı 23 noyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası, tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ göz orbiti ətrafında qançır-hematoma və belində sağda qançır tük əşyanın (əşyaların) təsirindən, xx.xx.2022-ci il tarixdə yumruq zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədildiyindən sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli PHŞ/6.54-2-2022-374 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar RİHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 972 saylı arayışdan görünür ki, Qusar rayonu Həzrə kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası Şahid1, anası Sevinc Qaçayevadan və arvadı Anjela Nurmətovadan ibarətdir. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışmışlar, münasibətləri normaldır, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş olan maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-20/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-20/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver