Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-20/2024 21.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1970-ci il tarixdə Qusar rayonu, Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Kuzunqışlaq ərazi dairəsi, Avaranqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan 42 ədəd qovaq cinsli ağacları qanunsuz kəsməklə təbiətə 8760,00 manat olmaqla maddi ziyan vurmuşdur. Belə ki, o, 2023-cü ilin mart ayında özünə və ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ümumi dəyəri 120 manat diametri 10 sm olan 01 ədəd, ümumi dəyəri 450 manat diametri 14 sm olan 03 ədəd, ümumi dəyəri 750 manat diametri 16 sm olan 05 ədəd, ümumi dəyəri 900 manat diametri 18 sm olan 05 ədəd, ümumi dəyəri 1440 manat diametri 20 sm olan 08 ədəd, ümumi dəyəri 600 manat diametri 22 sm olan 03 ədəd, ümumi dəyəri 1000 manat diametri 24 sm olan 05 ədəd, ümumi dəyəri 750 manat diametri 26 sm olan 03 ədəd, ümumi dəyəri 500 manat diametri 28 sm olan 02 ədəd, ümumi dəyəri 900 manat diametri 30 sm olan 03 ədəd, ümumi dəyəri 300 manat diametri 32 sm olan 01 ədəd, ümumi dəyəri 1050 manat diametri 34 sm olan 03 ədəd qovaq cinsli yaş köküstü ağacları mişarla qanunsuz kəsərək cəmi 8760,00 manat olmaqla təbiətə külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmin sahə ona məxsusdur, orada həmin ağacları özü əkmişdir. Öz sahəsində olan ağacların budanmasına icazə almaq üçün Xaçmaz rayonuna getmişdir. Xaçmaz rayonunda ağacları budamağa icazəsi olmadığını deyib Bakı şəhərində ünvanı verib və ona oradan icazə almasını demişlər. O da bələdiyyəyə müraciət etmiş və ağacları budamaq üçün ərizə yazmışdır. Bələdiyyədən onun sahəsinə gəlib ölçü işləri aparmışlar, ağacların nə ağac olduğunu öyrənmişlər və torpaq sahəsinin kimə məxsus olduğunu öyrənmişlər, bundan sonra onun tərəfindən yazılmış olduğu ərizəni Bakı şəhərinə göndərmişlər. Bakı şəhərindən ona ağacların budanmasına icazə verilməsi barədə cavab gəlmişdir. Daha sonra isə o, ağacları yerdən 2.30 sm-dən budama etmişdir. Budamadan 7-8 gün sonra sahəyə gələndə ağaclar olduğu yerin kol-kos olduğunu, həmin kol-kos olduğu olan yerin yandığını görmüşdür. Ağaclar olan sahənin bir tərəfi qonşunun torpaq sahəsidir, digər tərəf də özünə məxsus tərəvəz sahəsidir. Sonradan ekspertizadan gəlib baxmışlar. Budama işlərini apardıqdan sonra həmin torpaq sahəsində 2023-cu ilin mart ayının təxminən sonlarında naməlum səbəbdən yanğın hadisəsi baş verib. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq hər hansı hüquqmühafizə orqanına məlumat verməmişdir. O, ağacları budamağı dəqiq bilmir, həmin ağaclar quruduğuna görə kökündən çıxartmış, köklər sahədə qalıb, odun hissəsini isə evə gətirmişdir. Həmin ərazidə tərəvəz əkir, bağ salmaq istəyir, həmin ağaclar günün qarşısını alır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023- cü il tarixli 00099 saylı sərəncamı ilə Qusar rayonu Avaran Qışlaq kənd sakini Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindəki 36 ədəd çinar ağacının kəsilməsinə icazə verilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Agentliyinə daxil olmuş müraciətinə əsasən DEEA-nın xx.xx.2023-cü il tarixli, 3-14-22/2-237/2023 saylı müvafiq rəyin tələblərinin icra vəziyyəti torpaq mülkiyyətçisi Qusar rayonu Avaran Qışlaq kənd sakini Təqsirləndirilən şəxs iştirakı ilə yerində baxış keçirilmiş, baxış keçirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, 81778 nömrəli akt tərtib olunmuşdur. Akta əsasən Təqsirləndirilən şəxs pay torpaq sahəsində olan çinar cinsinə məxsus ağacların gövdə hissəsinin yer səthindən 2-2.3 metr hündürlükdən kəsərək kök nahiyələrində gövdələrin yanması nəticəsində yanaraq ümumilikdə 42 ədəd çinar ağacının məhv olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsində 2023-cü ilin mart ayında 42 ədəd çinar ağacını 2-2.3 metr hündürlükdən kəsərək budama işlərini apardığını, budama işlərini apardıqdan sonra isə naməlum səbəbdən baş vermiş yanğın nəticəsində 42 ədəd çinar ağacının məhv olduğunu, yanğının kim tərəfindən törədilməsi barədə məlumatının olmadığını bildirmişdir. Şifahi qaydada bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib-etməməsi soruşulduqda isə naməlum səbəbdən baş vermiş yanğın barədə hər hansı hüquqmühafizə orqanlarına məlumat vermədiyini bildirmişdir. Baxış zamanı 10 sm-də 1 ədəd, 14 sm-də 3 ədəd, 16 sm-də 5 ədəd, 18 sm-də 5 ədəd, 20 sm-də 8 ədəd, 22 sm-də 3 ədəd, 24 sm-də 5 ədəd, 26 sm-də 3 ədəd, 28 sm-də 2 ədəd, 30 sm-də 3 ədəd, 32 sm-də 1 ədəd, 34 sm-də 3 ədəd, ümumilikdə 42 ədəd müxtəlif ölçülərdə çinar ağaclarının məhv olunması müəyyən edilmişdir. Qeyd edilən çinar cinsli ağacların kəsilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarına əsasən təbiətə dəymiş ziyan 8760 manat dəyərində olmuşdur. Qeyd edilən torpaq sahəsinə baxış zamanı həmçinin müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi 2.13 ha-dır, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17/2 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs, onun arvadı X8, X2 təsərrüfatı məqsədi ilə verilmişdir. Ekspertiza agentliyi ağacların kəsilməsinə icazə verməmişdir. Vətəndaşın iştirakı ilə əraziyə baxış keçirtmişlər, ağacların kəsildiyi müəyyən etmişlər, təbiətə ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Agentliyi rəy vermiş, onlara həmin rəyin icrası ilə bağlı yerində yoxlaması barədə tapşırıq verilib, bununla bağlı vətəndaşın iştirakı ilə yerində baxış keçirtmişlər, baxış zamanı ağacların kəsildiyini və yandığı müəyyən etmişlər. Ağaclar kəsildikdən sonra iki metr hündürlüyündə gövdələri qalmışdı, həmin ağacların kəsilməmişdən qabaq hündürlüyü 12-15 metr olardı. Təqsirləndirilən şəxs ağacların budanmasına icazə verilmişdir, kəsilməsinə icazə verməmişdir. Ağaclar olan ərazidən başqa yerlərdə yanğın olmamışdır. Təqsirləndirilən şəxs kəsdiyi forma budama sayılmır. Ağaclarda yan budaqlar qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3, Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək sahədə olan 42 ədəd ağac kəsildikdən sonra təxminən iki metr hündürlüyündə gövdələrinin qaldığını, Təqsirləndirilən şəxs ağacları budama etmədiyini, kəsdiyini, çinarlar olan yerdə yanğın olduğunu, çinarlar olmayan yerdə yanğın olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 və X1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilmədiyini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 noyabr 2023- cü il tarixli, 9/8066 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən Azərbaycan Respublikasının ETSN, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 81778 saylı akta əlavə edilmiş hesablama cədvəlindən istifadə edilməklə, Qusar rayonu Avaran-qışlaq kəndində Təqsirləndirilən şəxs məxsus torpaq sahəsində yerləşən meşə fonduna aid olmayan müxtəlif diametrli(10 sm, 14 sm, 16 sm, 18 sm, 20 sm, 22 sm, 24 sm, 26 sm, 28 sm, 30 sm, 32 sm, 34 sm) 42 ədəd qovaq cinsindən olan yaş köküstə olan ağacların qanunsuz kəsilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 8760,00(səkkiz min yeddi yüz altımış) manat müəyyən edilir. Həmin ağacların ayrıayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi həcm hesablama cədvəlinə əsasən ümumi dəyəri 120 manat diametri 10 sm olan 01 ədəd, ümumi dəyəri 450 manat diametri 14 sm olan 03 ədəd, ümumi dəyəri 750 manat diametri 16 sm olan 05 ədəd, ümumi dəyəri 900 manat diametri 18 sm olan 05 ədəd, ümumi dəyəri 1440 manat diametri 20 sm olan 08 ədəd, ümumi dəyəri 600 manat diametri 22 sm olan 03 ədəd, ümumi dəyəri 1000 manat diametri 24 sm olan 05 ədəd, ümumi dəyəri 750 manat diametri 26 sm olan 03 ədəd, ümumi dəyəri 500 manat diametri 28 sm olan 02 ədəd, ümumi dəyəri 900 manat diametri 30 sm olan 03 ədəd, ümumi dəyəri 300 manat diametri 32 sm olan 01 ədəd, ümumi dəyəri 1050 manat diametri 34 sm olan 03 ədəd olan qovaq cinsli ağacın dəyəri 750,00 manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan 42 ədəd qovaq cinsli ağacları qanunsuz kəsməklə təbiətə 8760,00 manat olmaqla maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, ağacların baş verən naməlum yanğından sonra qurumasını və bu səbəbdən ağacları kəsməsini məhkəmə özünü müdafiə xarakterli hesab edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ağaclar kəsildikdən sonra iki metr hündürlüyündə gövdələri qalmışdır, həmin ağacların kəsilməmişdən qabaq hündürlüyü 12-15 metr olardı. Təqsirləndirilən şəxs ağacların budanmasına icazə verilmiş, kəsilməsinə icazə verməmişdir. Ağaclar olan ərazidən başqa yerlərdə yanğın olmamışdır. Təqsirləndirilən şəxs kəsdiyi forma budama sayılmır. Ağaclarda yan budaqlar qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində sahədə olan 42 ədəd ağac kəsildikdən sonra təxminən iki metr hündürlüyündə gövdələrinin qaldığını, Təqsirləndirilən şəxs ağacları budama etmədiyini, kəsdiyini, çinarlar olan yerdə yanğın olduğunu, çinarlar olmayan yerdə yanğın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ağacları budamağı dəqiq bilmir, həmin ağaclar quruduğuna görə kökündən çıxartmış, köklər sahədə qalıb, odun hissəsini isə evə gətirmişdir. Həmin ərazidə tərəvəz əkir, bağ salmaq istəyir, həmin ağaclar günün qarşısını alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məhkəmə hazırkı iş üzrə şahidlərin ifadələrini sübut kimi qəbul edir. Belə ki, həmin şahidlərin ifadələrinə nəzər saldıqda məlum olur ki, Təqsirləndirilən şəxs oğu ağacları kəsmiş, budama etməmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində budamanın necə olduğunu bilmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində həmin ərazidə tərəvəz əkdiyini, bağ salmaq istədiyini, həmin ağacların günün qarşısını aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yanğın hadisəsi barədə heç bir dövlət orqanına məlumat verməmişdir. Şahid1 və X3 ifadələrində ağaclar olan ərazidən başqa yerlərdə yanğın olmadığını bildirmişlər. Məhkəmə belə qənaətə gəlir ki, əgər yanğın hadisəsi olsa idi dövlət orqanlarına məlumat verilməli idi, lakin yanğın hadisəsi barədə hər hansı dövlət orqanlarına təqsirləndirilən şəxs məlumat verməmişdir. Yanğın hadisəsi olsa idi tək ağaclar olan yerdə yox, bütün sahə yanmış olardı, lakin şahid ifadəsindən görünür ki, yanğın yalnız ağaclar olan yerdə baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, yanğın məqsədyönlü şəkildə olmuşdur. Əgər yanğın bütün sahədə baş versə idi və bununla bağlı aidiyyatı üzrə dövlət orqanlarına məlumat verilsə idi, yanğının məqsədyönlü olmaması inandırıcı ola bilərdi, hazır kı halda isə məhkəmə hesab edir ki, yanğın məqsədyünlü şəkildə baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qusar Rayon Dövlət X4 məktubundan görünür ki, 2023-cü ilin mart ayı ərzində Təqsirləndirilən şəxs məxsus olan Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən pay torpaq sahəsində yanğın hadisəsinin baş verməsi barədə Qusar rayon Dövlət yanğından mühafizə hissəsinə heç bir məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Qusar rayon PŞnin Samur PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nurehməd oğluna məxsus Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən pay torpaq sahəsində 2023-cü ilin mart ayı ərzində yanğın hadisəsi barədə məlumat daxil olmamışdır. Həm təqsirləndirilən şəxsin ifadəsinə, həm də şahidlərin ifadələrinə nəzər saldıqda məlum olur ki, Təqsirləndirilən şəxs ağacları kəsmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikadsı Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. CM-nin 259.2.4-cü maddəsinin sanksiyasında yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini, işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halların olub, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsiriləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların-yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə əlavə mərhumiyyətlərə məruz qalacaq. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Təqsirləndirilən şəxs təbiətə vurmuş olduğu maddi zərərə görə mülki iddia ilə müraciət edərək cinayət işi üzrə mülki iddiaçı kimi tanınması barədə qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində təbiətə vurulmuş olan 8760 manat maddi ziyanın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində təbiətə maddi ziyanın vurulması tam sübuta yetirildiyindən mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 8760 (səkkiz min yeddi yüz altmış) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.1. Əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir; 248.1.2. əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; 248.1.3. bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. 248.2. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. 248.3. Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan “VAZ 21013” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsində, “JN-008, KOD 30103028” nömrəli “Torpağa Mülkiyyət Hüququna X12” ilə Qusar rayonu Avaran-qışlaq kəndində yerləşən 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona düşən 1\3 hissəsinə iddianın təmini tədbiri kimi özgəninkiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (notariat kontorunda alqısatqısının) qarşısını almaqla gələcək mülki iddianı təmin etmək məqsədi ilə həmin avtomobil və torpaq sahəsi üzərlərinə həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan “VAZ 21013” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsində, “JN-008, KOD 30103028” nömrəli “Torpağa Mülkiyyət Hüququna X12” ilə Qusar rayonu Avaran-qışlaq kəndində yerləşən 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona düşən 1\3 hissəsinə üzərinə qoyulmuş həbs mülki iddianı təmin etmək məqsədi ilə “VAZ 21013” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilin və “JN-008, KOD 30103028” nömrəli “Torpağa Mülkiyyət Hüququna X12” ilə Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona düşən 1\3 hissəsinə üzərinə qoyulmuş həbs götürülməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi həcm hesablama cədvəlinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7500 (yeddi min beş yüz) manat cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi həcm hesablama cədvəlinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 8760 (səkkiz min yeddi yüz altmış) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilsin. Qusar rayon məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli tarixli qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan “VAZ 21013” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsində, “JN-008, KOD 30103028” nömrəli “Torpağa Mülkiyyət Hüququna X12” ilə Qusar rayonu Avaran-qışlaq kəndində yerləşən 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona düşən 1\3 hissəsinə üzərinə qoyulmuş həbs mülki iddianı təmin etmək məqsədi ilə “VAZ 21013” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilin və “JN-008, KOD 30103028” nömrəli “Torpağa Mülkiyyət Hüququna X12” ilə Qusar rayonu Avaran-qışlaq kəndində yerləşən 2,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona düşən 1\3 hissəsinə üzərinə qoyulmuş həbs götürülməsin. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-20/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-20/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver