Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-20/2025 21.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X8” istirahət mərkəzində mühafizəçi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işlədiyi müddətdə cinayətdən xəbərsiz olan Qusar rayonu Çubuqlu kənd sakini Şahid3 vasitəsi ilə tanış olduğu, qızının işə qəbul edilməsində köməklik göstərilməsi barədə ona müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışlarının olduğunu, əlinin hər yerə çatdığını, onun qızı Şahid1 Bakı şəhəri Səbail rayon Polis idarəsinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verərək aldadıb, Zərərçəkmiş şəxs məxsus pul vəsaitlərini ələ keçirmək barədə əvvəlcədən qurduğu cinayətkar niyyətinə uyğun olaraq özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 06 avqust 2021-ci il tarixdə, saat təxminən 11 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən 19 saylı notariat ofisinin qarşısında, özünün idarə etdiyi “Khazar” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində onun qızı Şahid1 yanında 13.000 (on üç min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə, həmin niyyətlə 2021-ci ilin təxminən noyabr ayında Zərərçəkmiş şəxs keçmiş əri X1 əvvəllər məhkum olunmasına görə qızı Şahid1 işə düzəlməsində problem yarandığını, bu problemi aradan qaldırıb onu işə düzəltməsi üçün lazım olduğunu deyib onun Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən “Rossiya Market”in qarşısında quraşdırılmış “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsi ilə öz istifadəsində olmuş, istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına 3.000 (üç min) manat məbləğində pul vəsaitini köçürməsinə, eyni niyyətlə 2022-ci ilin təxminən yanvar ayında Zərərçəkmiş şəxs qızı Şahid1 çəkisinin normadan artıq olmasına görə işə düzəlməsində problem yarandığını, onun çəkisini azaldıb bu problemi aradan qaldırıb onu işə düzəltməsi üçün lazım olduğunu deyib onun Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən “Rossiya Market”in qarşısında quraşdırılmış “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsi ilə öz istifadəsində olmuş, istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına 1.000 (min) manat məbləğində pul vəsaitini köçürməsinə nail olmaqla, həmin pul vəsaitlərini aldadıb alıb şəxsi ehtiyaclarına sərf edərək ələ keçirmiş, bununla da xx.xx.2021-ci il tarixdən 2022-ci ilin təxminən yanvar ayının sonlarınadək olan müddətdə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini hissə-hissə, vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əslən Qusar rayonundan olan Şahid3 adlı tanışı ilə mobil telefonla əlaqə saxlayıb bir tanış kimi ümumi söhbət etmişdir. Bundan sonra tanıdığı Şahid2 mobil telefon nömrəsindən onun istifadəsində olan “055 270-10-20” mobil telefon nömrəsinə zəng edərək nömrəsini Zəlimxandan aldığını, nəvəsini polisdə işləməsinin arzusu olduğunu, ona kömək etməsini demişdir. Həmin vaxtlarda maddi sıxıntıları, pula ehtiyacı olduğundan aralarındakı mobil telefon danışığı zamanı Şahid2 polis işlədiyini, yalandan onun nəvəsini 13.000 manat pul qarşılığında polisə işə düzəldəcəyini demiş, o da əlaqə saxlayacaqlarını bildirmişdir. Daha sonra tanıdığı Zərərçəkmiş şəxs “055 642-04-78” mobil telefon nömrəsindən onun istifadəsində olan “055 270-10-20” mobil telefon nömrəsinə zəng edib qızı Şahid1 polisdə işləmək istədiyini demişdir. Özü də başa düşmüşdür ki, daha əvvəl ona zəng edən şəxslə qohumdurlar, eyni işə görə zəng edirlər. Pula ehtiyacı olduğu üçün ona qızının işə düzəlməsi ilə əlaqədar zəng edən Zərərçəkmiş şəxs bu vədlə aldadıb onun pulunu ələ keçirmək qərarına gəlmiş, ona özünün Bakı şəhəri Səbail rayon Polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işlədiyini demişdir. Kimi isə işə düzəltməyə heç bir səlahiyyəti, imkanı olmadığı halda, Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmək məqsədi ilə onunla aralarındakı mobil telefon danışığı zamanı ona yalandan çoxlu tanışlarının olduğunu, əlinin hər yerə çatdığını, ona 13.000 manat pul verməsinin qarşılığında guya onun qızını 3 ay müddətində özünün işlədiyi Bakı şəhəri Səbail rayon Polis idarəsinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyinə inandırmaqla aldadıb vəd vermişdir. Faktiki olaraq kimi isə işə götürməyə, düzəltməyə heç bir imkanı, vasitəsi olmamış, Güləri bu vədlə özünə inandırıb pullarını ələ keçirməyi fikirləşmişdir. Güllər də ona inanıb razılaşıb həmin pulu verəcəyini demişdir. Bundan sonrakı vaxtlarda Güllər ilə görüşmək üçün dəfələrlə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. 06 avqust 2021-ci il tarixdə, saat təxminən 10 radələrində həmin vaxtlarda kreditə alıb idarə etdiyi, sonradan isə krediti ödəyə bilmədiyinə görə banka qaytardığı “Khazar” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” metrostansiyasının qarşısına gedib orada Zərərçəkmiş şəxs və onun qızı Şahid1 ilə görüşüb onlara maşınına oturmalarını demişdir. Güllər və Jalə də onun avtomobilinin arxa oturacaqlarında əyləşmişlər. Özü isə sürücü oturacağında əyləşmişdir. Avtomobildə olarkən bir daha onlara yalandan çoxlu tanışlarının olduğunu, əlinin hər yerə çatdığını, ona 13.000 manat pul vermələrinin qarşılığında guya Jaləni 3 ay müddətində özünün işlədiyi Bakı şəhəri Səbail rayon Polis idarəsinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyinə vəd vermişdir. Sonra isə Güllərin ona pul verməsini notariat qaydasında rəsmiləşdirmək qərarına gəldiklərinə görə saat təxminən 11 radələrində avtomobili ilə onları ünvan 2 ünvanında fəaliyyət göstərən 19 saylı notariat ofisinin qarşısına aparmışdır. Özü və Güllər avtomobildən düşüb notariat ofisinə daxil olmuşlar. Notariat ofisində Güllərin ona pul verməsinin rəsmiləşdirilməsi üçün 100 manat rüsum ödənilməli olduğu bildirilmişdir. Güllər pulu ona qızını işə düzəltməsi üçün verdiyini deyib müqavilə bağlamaqdan imtina etmişdir. Həqiqətən də bu pulu Güllərdən borc kimi deyil, guya qızını işə düzəldəcəyi vədi ilə aldatma yolu ilə almışdır. Ona görə də Güllərə başqa nəsə deməmiş, yenidən onun avtomobilində əyləşmişlər. Bu zaman Jalə də avtomobilinin içərisində olmuşdur. Güllərə yalandan demişdir ki, 13.000 manat pulu ona arxayın şəkildə versin, 3 aya Jaləni işə düzəldəcəkdir. Güllər də ona inanıb qızı Jalənin yanında 13.000 (on üç min) manat məbləğində pulu əlbəəl şəkildə vermişdir. Jalə anası Güllərin telefonu ilə “whatsapp” proqramı vasitəsi ilə onun mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə ona qızını 3 ay müddətinə polisə işə düzəltməsinə görə 13.000 manat pulu verməsi sözlərini yazmış, özü də “whatsapp” proqramında ona cavab olaraq “oldu götürdüm” sözlərini yazıb bunu təsdiq etmişdir. Daha sonra avtomobili ilə onları Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığına aparıb orada düşürtmüş, Jalənin işi ilə bağlı onlarla əlaqə saxlayacağını demişdir. Güllərin etibarını qazanıb ondan 13.000 manat məbləğində pulu aldadıb aldıqdan sonra onlar üçün heç bir iş görməyib bu pulu öz şəxsi məqsədlərinə xərcləmişdir. Jaləni işə düzəltmək üçün heç bir imkanı, ixtiyarı olmamış, Gülləri məhz bu adla aldadıb pulunu ələ keçirtmişdir. Sonradan Güllərin keçmiş əri X1 əvvəllər məhkum olunmasını öyrənmiş, Güllərdən guya qızını işə düzəldəcəyi vədi ilə yenə pul almaq istədiyi üçün 2021-ci ilin təxminən noyabr ayında ona zəng edib yalandan ərinin məhkum olunmasına görə qızının işə düzəlməsində problem yarandığını, ona görə də qızını işə düzəltməsi üçün ona 3.000 manat pul verməsini demişdir. Burada da məqsədi eyni vədlə Gülləri aladıb pulunu ələ keçirmək olmuşdur. Güllər bu pulu ona verməyə razılaşıb Qusar rayonunda olduğunu demişdir. Özü də “whatsapp” proqramı vasitəsi ilə ona həmin vaxtlarda istifadəsində olmuş, nömrəsini, hansı banka aid olduğunu xatırlamadığı kartın fotoşəkilini göndərib pulu həmin kart hesabına köçürməsini demişdir. Güllər də Qusar şəhəri, N.Şərifov küçəsində “Rossiya Market”in qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsi ilə onun kartına 3.000 (üç min) manat pul köçürtmüşdür. 2022-ci ilin təxminən yanvar ayında yenidən Güllərə zəng edib yalandan qızı Jalənin çəkisinin normadan artıq olmasına görə işə düzəlməsində problem yarandığını, onun çəkisini azaldıb işə düzəltməsi üçün ona 1.000 manat pul verməsini demişdir. Burada da məqsədi eyni vədlə Gülləri aladıb pulunu ələ keçirmək olmuşdur. Güllər həmin vaxt da Qusar rayonunda olduğuna görə Qusar şəhəri, N.Şərifov küçəsində “Rossiya Market”in qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsi ilə onun kart hesabına 1.000 (min) manat pul köçürtmüşdür. Güllərin onun kartına köçürtdüyü pul vəsaitlərini ayrı-ayrı vaxtlarda müxtəlif bankomatlardan çıxardıb öz şəxsi məqsədlərinə xərcləmişdir. Maddi sıxıntıları olduğu üçün Zərərçəkmiş şəxs yalandan guya qızı Şahid1 Bakı şəhəri Səbail rayon Polis idarəsinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyini vəd edib ondan ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitləri almışdır. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən iyul ayının sonlarında özü və uşaqları Şahid1, X4 rayonu Çubuqlu kəndində valideynlərinin evində qalmışlar. Həmin vaxtlarda, axşam saatlarında yaşadıqları evdə olarkən anası Şahid2 ona və digər ailə üzvlərinə danışmışdır ki, qonşusu Şahid3 evində qonaq olarkən onun Orxan adlı şəxslə danışığını eşitmişdir. Zəlimxan əvvəllər həmin şəxslə birlikdə Azərbaycan Respublikası Daxili Qoşunlarında çalışmışlar, Zəlimxan sonradan işdən çıxarılmış, Orxan da polis əməkdaşıdır, Zəlimxana polisə işə düzəlməsinə köməklik edəcəyini demişdir. Qızı Şahid1 polis orqanlarında çalışmaq arzusu olduğuna görə onu işə düzəltmək barədə danışmaq üçün anası Mafilə Zəlimxandan Təqsirləndirilən şəxs nömrəsini almış, daha sonra isə ona zəng edib əlaqə saxlamışdır. Mobil telefon danışıqları zamanı Orxan ona özünün polisdə işlədiyini, onun nəvəsini 13.000 manata polisə işə düzəldəcəyini demişdir. Anası Mafilə də bunları ona danışıb Orxanın mobil telefon nömrəsini vermişdir. Bundan sonra öz istifadəsində olan “055 642-04-78” mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan “055 270-10-20” mobil telefon nömrəsinə zəng edib əlaqə saxlamışdır. Orxana zəng edib qızı Şahid1 polisdə işləmək istədiyini demiş, Orxan da ona özünün Bakı şəhəri Səbail rayon Polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işlədiyini, tanışlarının olduğunu, əlinin hər yerə çatdığını, onun qızını özünün işlədiyi Bakı şəhəri Səbail rayon Polis idarəsinə polis nəfəri vəzifəsinə işə düzəltmək imkanına malik olduğunu, bunun üçün ona 13.000 manat pul verməsini, 3 ay müddətində onu işə düzəldəcəyini vəd etmişdir. Özü də onun sözlərinə, polis əməkdaşı olmasına inanıb ona bu pulu verməyə razılaşmışdır. Orxan özünün polis əməkdaşı olduğunu dediyi üçün onun sözlərinə inanıb etibar etmişdir. Həmin vaxt polis əməkdaşının onu aldada biləcəyi ağlına gəlmədiyinə görə ona pulu verməyə razılaşmışdır. Özündə 13.000 manat pul olmadığından anası Mafilədən bu məbləğin yarısını borca alıb özündə olan pulun üstünü düzəltmişdir. Sonrakı müddətdə Orxanla bir neçə dəfə mobil telefonla əlaqə saxlayıb görüşlərini dəqiqləşdirmişlər. 06 avqust 2021-ci il tarixdə, saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb qızı Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” metrostansiyasının qarşısında onunla görüşmüşlər. Həmin vaxt Orxan ora avtomobil ilə gəlib onlara avtomobilinə əyləşmələrini demişdir. Özü və qızı Jalə onun avtomobilinin arxa oturacaqlarında əyləşmişlər. Orxan özü isə sürücü sükanının arxasında əyləşmişdir. Orxan əvvəlcədən ondan qızını işə düzəltmək üçün 13.000 manat pul istədiyi üçün ora hazır getmişlər. Bu pul özünün üstündə olmuşdur. Onlar avtomobilin içərisində əyləşərkən Orxan bir daha onlara Bakı şəhəri Səbail rayon Polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işlədiyini, tanışlarının olduğunu, əlinin hər yerə çatdığını, 13.000 manata 3 ay müddətində onun qızını özünün işlədiyi Bakı şəhəri Səbail rayon Polis idarəsinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyini vəd etmişdir. Onlar da Orxana inanmışlar. 13.000 manat pulu ona uzadıb vermək istəyərkən Orxan onlara demişdir ki, istəyirlərsə, pulu notarial qaydada sənədləşdirsinlər, ürəkləri arxayın olsun. Onun bu sözündən sonra ona inamları daha da artmışdır. Bundan sonra saat təxminən 11 radələrində Orxan idarə etdiyi avtomobil ilə onları ünvan 2 ünvanında fəaliyyət göstərən 19 saylı notariat ofisinin qarşısına aparmışdır. Özü və Orxan avtomobildən düşüb notariat ofisinə daxil olmuşlar. Həmin vaxt onlara notariusda 100 manat rüsum ödəməli olduqları bildirilmişdir. Bu rüsumu ödəməyə imkanı çatmadığından, eləcə də Orxan ondan 13.000 manat məbləğində pulu qızını işə düzəltmək vədi ilə aldığından, notarial qaydada hər hansı rəsmiləşdirmə aparmayıb müqavilə də bağlamamışlar. Orxan ilə birlikdə notariusdan çıxıb yenidən onun avtomobilində əyləşmişlər. Jalə də avtomobilin içərisində əyləşmişdir. Orxan onun qızı Jaləni Səbail RPİyə polis nəfəri vəzifəsinə işə düzəltmək üçün 13.000 manat pulu ona verməsini demiş, özü də Jalənin yanında həmin 13.000 (on üç min) manat məbləğində pulu əlbəəl şəkildə Təqsirləndirilən şəxs vermişdir. Orxan 3 ay müddətinə Jaləni Bakı şəhəri Səbail rayon Polis idarəsinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyini vəd edib onlarla əlaqə saxlayacağını bildirmişdir. Elə orada Jalə onun telefonunun “whatsapp” proqramı vasitəsi ilə Orxanın mobil telefon nömrəsinə onun xx.xx.2021-ci il tarixdə Orxana qızını 3 ay müddətinə polisə işə düzəltməsinə görə 13.000 manat pulu verməsi sözlərini yazmış, Orxan da “oldu götürdüm” sözlərini yazmışdır. Sonra isə Orxan öz avtomobili ilə onları Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyası ərazisinə aparıb orada düşürtmüşdür. Bundan sonra oradan çıxıb yaşadıqları evə getmişlər. Sonrakı vaxtlarda istifadəsində olan “055 642-04-78”, qızı Jalə də öz istifadəsində olan “050 704-84-29” mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs “055 270-10-20” mobil telefon nömrəsinə adi zənglə və “whatsapp” proqramı vasitəsi ilə dəfələrlə zəng edib ondan qızının işi barədə soruşduqda, Orxan hər dəfə onlara gözləməli olduqlarını, bu işi düzəldəcəyini deyib onları özünə inandırmışdır. Təxminən üç ay sonra 2021-ci ilin təxminən noyabr ayında Orxan ona zəng edib keçmiş əri Rövşən Soltanovun əvvəllər məhkum olunmasına görə Jalənin işə düzəlməsində problem yarandığını, bu problemi aradan qaldırıb qızını işə düzəltməsi üçün ona 3.000 manat pul verməsini deyib onu aldatmışdır. Özü isə həmin vaxt onun əsl niyyətini bilməyib, onun polis əməkdaşı olmasına görə sözlərinə inanıb etibar etmişdir. Orxan ondan 3.000 manat pulu istəyərkən Qusar rayonu Çubuqlu kəndində ata evində qaldığına görə ona Qusar rayonunda olduğunu demişdir. Orxan da “whatsapp” proqramı vasitəsi ilə onun mobil telefon nömrəsinə xatırlamadığı plastik kartının fotoşəkilini göndərib 3.000 manat pulu həmin kart hesabına köçürməsini demişdir. Özü də saflıq edib onun yalan vədlərinə inanaraq 2021-ci ilin təxminən noyabr ayında, səhər saatlarında Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən “Rossiya Market”in qarşısına gedib orada quraşdırılmış “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsi ilə Orxanın kart hesabına 3.000 (üç min) manat məbləğində pulu köçürtmüşdür. Bundan təxminən iki ay sonra, yəni 2022-ci ilin təxminən yanvar ayında isə Orxan ona zəng edib yeni bəhanə gətirərək qızı Jalənin çəkisinin normadan artıq olmasına görə işə düzəlməsində problem yarandığını, qızının çəkisini azaldıb bu problemi aradan qaldırıb onu işə düzəltməsi üçün ona 1.000 manat pul verməsini deyib yenə onu aldatmışdır. Qızı Jalə bir az kök olduğuna görə saflıq edib yenə də Orxana inanmışdır. Həmin vaxt da Qusar rayonunda olduğuna görə onun sözünə əsasən pulu kartına göndərməsi üçün 2022-ci ilin təxminən yanvar ayında, səhər saatlarında Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən “Rossiya Market”in qarşısına gedib orada quraşdırılmış “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsi ilə Orxanın əvvəldən ona fotoşəkilini göndərdiyi kart hesabına 1.000 (min) manat məbləğində pulu köçürtmüşdür. Bundan sonrakı vaxtlarda hər dəfə Orxanla əlaqə saxladıqda onlara aldadıcı yalan vədlər verib gözləməli olduqlarını, qızı Jaləni tezliklə işə düzəldəcəyini demişdir. Orxan onları Jalənin işi ilə məşğul olmasına inandırmaq üçün işə düzəlməsinə görə lazım olduğunu deyib Jalədən şəxsiyyət vəsiqəsi, attestatın surətləri, sağlamlıq haqqında arayış, “Covid” pasportunun surəti, yaşayış yerindən arayış, xasiyyətnamə, qeydiyyatda olduğu ünvan üzrə narkoloji, vərəm dispanserindən arayışlar, 3x4 ölçülərdə fotoşəkillərini istəmişdir. Jalə də 2021-ci ilin sonlarından 2022-ci ilin təxminən yay aylarınadək müxtəlif vaxtlarda bir neçə dəfə onunla Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” metrostansiyasının qarşısında, bir dəfə isə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının qarşısında görüşüb həmin sənədləri ona təqdim etmişdir. 2022-ci ilin təxminən yanvar ayında qızı Jalə “İçərişəhər” metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşərkən isə Orxan tünd göy rəngli, serjant rütbəli polis xidməti geyim uniformasında olmuşdur. Orxan hər dəfə onlara tezliklə Jalənin Bakı şəhər Baş Polis İdarəsindən çağırılacağını, sənədlərini qeydiyyata aldırdığını, onu Bakı şəhəri Səbail rayon Polis idarəsinə polis nəfəri vəzifəsinə işə düzəltdirəcəyi kimi yalan vədlər vermiş, özləri də hər dəfə onun polis əməkdaşı olmasına görə sözlərinə inanıb etibar etmişlər. Orxan onun etibarından sui-istifadə edib 17.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs ondan qızı Şahid1 Bakı şəhəri Səbail rayon Polis idarəsinə polis nəfəri vəzifəsinə işə düzəldəcəyi adı ilə xx.xx.2021-ci il tarixdən 2022-ci ilin təxminən yanvar ayının sonlarınadək olan müddətdə ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində pul alıb dələduzluq yolu ilə ələ keçirmiş, ona verdiyi vədin üstündə durmayıb onu aldatmışdır. Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, Şahid4 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi ilə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1, Şahid2, Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs, şahidlər – Şahid1, Şahid2 ilə Təqsirləndirilən şəxs aralarında üzləşdirmə istintaq hərəkətləri aparılan zaman da onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deməklə tam təsdiq etmişlər. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, diskdə “Ses yazma”, “Yazishma” adlı iki qovluq vardır. “Ses yazma” adlı qovluqda 15 ədəd səs yazısı, “Yazishma” adlı qovluqda 04 ədəd ekran görüntüsü fotoşəkili vardır. Səs yazılarında iş üzrə Təqsirləndirilən şəxs səsi əks olunmuşdur. Qeyd olunan səs yazıları aşağıdakılardır: 1. “PTT-20211001-WA0007 (1)” adı ilə qeyd edilmiş səs yazısı 15 saniyə müddətində qeydə alınmışdır. Həmin səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Jalə, necəsən, nətərsən, nə var nə yox? Jalə, İnşallah üç-dörd günə xəbər çıxacaq Allahın köməkliyinən. Mən sənə şey eliyən kimi gəl bu blankı verəcəm, başdıyacaqsan uje sənədləri yığmağa. Yəqin bir həftəyə zada xəbər çıxacağ Allahın köməkliyinən”. 2. “PTT-20211011-WA0004 (1)” adı ilə qeyd edilmiş səs yazısı 26 saniyə müddətində qeydə alınmışdır. Bu səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Jalə, nətərsən, nə var nə yox? Bir az səbrli ol, xəbər olmalıdıye. Mən elə vot-votdu o gün mənə zəng eləmişdilər, prostı sənin bir az o şəxsiyyət vəsiqəsində problem zad var idi ona görə bir az uzandı. Mən demişdim axı üç ay, dörd ay çəkəcəy. O sənin sənədinə görə də yəni addan ada keçməy, dəyişdirməy, eləməy. Bunu burdan eliyirlər də başa düşdün? Yəni narahat olma da. Mən şey olan kimi sənə xəbər eliyəcəm, başdıyıb sənədlərivi yığacaqsan”. 3. “PTT-20211011-WA0007 (1)” adı ilə qeyd edilmiş səs yazısı 09 saniyə müddətində qeydə alınmışdır. Səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Narahat olma Jalə. Tez müddətə xəbər olacağ. Bir az səbrli ol, yəni narahat olma da yəni. Prostı bi dənə rəhbərliydən şey olsun, mən sənə diyəcəm”. 4. “PTT-20211215-WA0019 (1)” adı ilə qeyd edilmiş səs yazısı 09 saniyə müddətində qeydə alınmışdır. Qeyd edilən səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Jalə salam. Jalə, saat beşçün, altı üçün mən sənə xəbər eliyəcəm, indi tədbirdəyəm, çıxa bilmirəm. Xəbər eliyəcəm, gələrsən içərişəhərə”. 5. “PTT-20211216-WA0007 (1)” adı ilə qeyd edilmiş səs yazısı 25 saniyə müddətində qeydə alınmışdır. Həmin səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Salam Jalə. Jalə, harda qeydiyyatdasansa, məsəlçün bax, vərəm dispenseri, məsəlçün narkoloji dispanser, bunlar Bakıdadı. Amma MKİS-dən arayış jekdən arayışdı, məsəlçün yaşayış yerindən də elə bil. İ sonra şəkillər heç, əsas yaşayış yerindən arayışdı rayonda, ya hara qeydiyyatdasan bax orda. O bi də xasiyyətnamədi”. 6. “PTT- 20211216-WA0009 (1)” adı ilə qeyd edilmiş səs yazısı 19 saniyə müddətində qeydə alınmışdır. Bu səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “A onda fso, harda qeydiyyatdasan bax orda. Ama vərəm dispanseri, məsəlçün narkoloji onlar bi dənə yerlərdə olur da elə bil ki Bakıda bi dənə yerlərdi. Vərəm dispanseri məsəlçün iyirmi yanvarda var, yəni ora bilirsən nədi, yəni ora yaxınlaşırsan ki, yəni ordan bi dənə arayış versinlər ki sənə, sən ora qeydiyyatda deyilsən”. 7. “PTT-20211223- WA0057” adı ilə qeyd edilmiş səs yazısı 41 saniyə müddətində qeydə alınmışdır. Səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Jalə, ı İyirmi Yanvar da yox, Həzi Aslanov da yox, İnşaatçılarda elə bil inşaatçılara gedəndə yolun sağına de kimnən getsən de centlmen dükanı var. Centlmen dükanın yanında ı saxlasın düş orda, Safsun yanda. Orda arka var, arkadan kimnən soruşsan burda naskolo, narkoloji dispanser, sənə diyəcəylər. Gir içəri, bu gün uje gecdi, sən gecikmisən bu günləri. Ora səhər tezdən getməlisən. Ə gir ora elə e diyən ki, da demə başa düşdün, yəni mənə bi dənə arayış polisə düzəlmək üçün. Prostı de rayona gedirəm tələsirəm. Başa düşdün? Yəni rayondan gəlib gedirəm də bura hər dəqiqə gəlib gedə bilmirəm. Yəni şeydi, həll eləsinlər versinlər. Yaxşı?”. 8. “PTT-20211225-WA0011” adı ilə qeyd edilmiş səs yazısı 14 saniyə müddətində qeydə alınmışdır. Səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Jalə, necəsən, nə var nə yox? Jalə, sən hardasan? Tez gələ bilərsən içərişəhər metrosunun qabağına? Mən sənətimi istədilər. Bizə də təbir veriblər. Gələ bilərsən şeyin qabağ ı, içərişəhər metrosunun qabağına on ikiyə qədər, nə bilim birə işdəmişə qədər”. 9. “PTT-20211225-WA0012 (1)” adı ilə qeyd edilmiş səs yazısı 08 saniyə müddətində qeydə alınmışdır. Bu səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Jalə, sən bilirsən hara gəl, sən içərişəhər metrosunun qabağına gəlmə. Sən ı Hökumət evinin qabağına gəl, Domsovetin qabağına”.
10. “PTT-20211225-WA0013” adı ilə qeyd edilmiş səs yazısı 04 saniyə müddətində qeydə alınmışdır. Həmin səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Onda Jalə sən iyirmi səkkizdə gözlə. Mən sənə on beş dəyqəyə deyirəm. Bi dənə səbrli ol”. 11. “PTT-20211225-WA0017” adı ilə qeyd edilmiş səs yazısı 02 saniyə müddətində qeydə alınmışdır. Bu səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Gəl Jalə. Gəl içərişəhər metrosunun qabağına”.
12. “PTT-20220119-WA0010 (1)” adı ilə qeyd edilmiş səs yazısı 14 saniyə müddətində qeydə alınmışdır. Səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Jalə, necəsən, nə var nə yox? Jalə, səni ola bilsin on günə, on beş günə, iyirmi günə çağırarlar a. Arığlamısan heç olmasa? Heç olmasa bir beş kilo, altı kilo, yeddi kilo çəki atginən ki, orda biyabırçılığ olmasın”. 13. “PTT-20220119-WA0011 (1)” adı ilə qeyd edilmiş səs yazısı 22 saniyə müddətində qeydə alınmışdır. Bu səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Çox sağol Jalə yaxşılığdı sağol. Allah köməyin olsun. Ama ba başıva dönüm, gə genə deyirəm a sənə, heç olmasa bir beş kilo, altı kilo, nə bilim yeddi kilo arığlaginən ki. Yəni ən azı o qədər arığlamalısan a, yəni çünki mənə deməsinlər ki, niyə belə oldu, götür sənədlərini aparginən. Başa düşdün? Biyabırçılığ olmasın. Neçə vaxtdı gözlüyürsən, gözün yoldadı. Yəni elə eləginən ki, yəni problemimiz olmasın”. 14. “PTT-20220316-WA0020 (1)” adı ilə qeyd edilmiş səs yazısı 57 saniyə müddətində qeydə alınmışdır. Həmin səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Jalə, axşamın xeyir, necəsən, nətərsən? Bayramın da mübarək. Jalə, sənədlərin getdi. Nə bilim, gücnən, bəlaynan, birtəhər ı, çəkivi aşağı yazdırdığ, getdi sənədlərin. Sənə zəng gələcəy. Bakı şəhər, bax yadında saxla. Bakı Şəhər Baş Polis İdarəsindən. Zəng eliyib səni çağıracağlar. İndi iki günə, üş günə, dörd günə, beş günə diyəmmərəm. Ama sənə zəng eliyib çağıracağlar. Ağ köynəy, qara yubka. Yəni səliqəli formada olasan da, yəni biləsən işivi. İndi Allaha şükür bu çəki məsələvi həll elədiy. Yəni çalış sən də yiməyivə fikir verginən ki yəni orda, necə sənə diyim, sıradan çıxardıb dala qaytarmasınlar səni. Yaxşı? Bax, didiylərimi yəni nəzərində saxla, mamagilə də diyən ki, yəni yaxşıdı, Allahın köməyinən həll eləmişəm onu. Yəqin indi sənə iki günə, üş günə demirəm, beş günə demirəm, zəng eliyib çağıracağlar”. 15. “PTT-20220324-WA0004 (1)” adı ilə qeyd edilmiş səs yazısı 44 saniyə müddətində qeydə alınmışdır. Səs yazısında Təqsirləndirilən şəxs aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Jalə, necəsən, nə var nə yox? Bayramın da mübarək. Jalə, bayax danışa bilmirdim iclasdaydım. Jalə, ı yəqin bayramnan sonra sənə çox güman ki, bayramnan bir üş-dörd gün sonra, beş gün sonra səni çağıracağlar. Yəni mən dediyim kimi də, yəni o yan bu yan nə bilim çəkivə fikir verirsən, paltarı bir az çalış geniş al. Çalış paltarı dar almaginən. Geniş alginən ki, qoy bədənivə yapışmasın. Striç alma da yəni, şey olsun, həm yubkanı çox qısa alma. İ şey al, uzun alginən, dizinnən aşağı olsun. Yaxşı? Yəni elə olsun ki, da orda problem olmasın”. Bundan başqa, “Yazishma” adlı qovluqda 04 ədəd ekran görüntüsü fotoşəkili vardır. Həmin fotoşəkillər aşağıdakılardır: 1. “İMG- 20240530-WA0036” adı ilə qeyd edilmiş fotoşəkilə baxış keçirən zaman Şahid1 ilə Təqsirləndirilən şəxs arasında “whatsapp” proqramı vasitəsi ilə bir-birinə göndərdikləri mesajların ekran görüntüsü olması, Şahid1 Təqsirləndirilən şəxs “Salam 3ü dəqiq gəlim?saat 9da”, “Birdə zəhmət olmasa ünvanı dəqiq mene deinde”, “Sabahınız xeir.Cavab yazmadız mən rayondayam ona görə soruşurdum”, “Yaxsi” mesajlarını yazması, Təqsirləndirilən şəxs Şahid1 “salam jale kadr yanımdayam cıxım yıgacam” mesajını yazması müəyyən edilmişdir. 2. “İMG-20240530-WA0037” adı ilə qeyd edilmiş fotoşəkilə baxış keçirən zaman Şahid1 ilə Təqsirləndirilən şəxs arasında “whatsapp” proqramı vasitəsi ilə bir-birinə göndərdikləri mesajların, səs yazılarının ekran görüntüsü olması, Şahid1 Təqsirləndirilən şəxs “Salam Vaccapa zeng? İnternetim var idi axi.yaxsi”, “Dediyiniz geyimde olmaliyamda duzdu?”, “Salam Hə yaxsi”, “Yaxsi” mesajlarını yazması, Təqsirləndirilən şəxs Şahid1 40 və 19 saniyə müddətlərində səs yazıları göndərməsi, “beli”, “jale salam avqustun 3 seher 9 da ag göyney qara yupqa ol sebail rayon polis idaresinde” mesajlarını yazması müəyyən edilmişdir. 3. “İMG-20240530-WA0038” adı ilə qeyd edilmiş fotoşəkilə baxış keçirən zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında “whatsapp” proqramı vasitəsi ilə bir-birinə göndərdikləri mesajların ekran görüntüsü olması, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Salam sizə zəng edirəm”, “Çatmir deyəsən”, “Götürmürsüz”, “Mən Zərərçəkmiş şəxs Kərim qızı xx.xx.2021 Təqsirləndirilən şəxs 13000 manat polisə düzəlməklə bağlı pul vermişəm 3ay müddətinə” mesajlarını yazması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “oldu götürdüm” mesajını yazması müəyyən edilmişdir. 4. “İMG-20240530-WA0039” adı ilə qeyd edilmiş fotoşəkilə baxış keçirən zaman Şahid1 ilə Təqsirləndirilən şəxs arasında “whatsapp” proqramı vasitəsi ilə bir-birinə göndərdikləri mesajların ekran görüntüsü olması, Şahid1 Təqsirləndirilən şəxs “Zəhmət olmasa lazim olan senedleri hu yazın unutmayım deye”, “Atestat universitetdedi özünü götüre bilmeyecem kopyasini getirerem olar ele?”, “Yaxsi” mesajlarını yazması, Təqsirləndirilən şəxs Şahid1 “Wexsiyet kopya atestat kopya saglamliq yawayiw arayiw covid kopya birde ozderi”, “Olar”, “Deqiq soruwub deyerem” mesajlarını yazması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 23450 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş “050 854-34-54”, Şahid1 istifadəsində olan “050 704-84-29”, Şahid2 istifadəsində olan “***-***-**-**” mobil telefon nömrələrinin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, diskin (CD) üzərindəki ağ fonda əlyazma ilə “14857” yazılmışdır. Həmin diskdə “14857-xx.xx.2024” yazılmış “zip” fayl, həmin fayla daxil olduqda isə 14 faylda məlumatlar yazılmışdır. Bu fayllara daxil olduqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan “050 704-84-29” mobil telefon nömrəsi ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “055 270-10-20” mobil telefon nömrəsinin arasında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan “050 704-84-29” mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə Bakı şəhərində yerləşən ərazilərdəki anten dairələrində olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-16795/24 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə Zərərçəkmiş şəxs istifadəsində olan “055 642-04-78”, Təqsirləndirilən şəxs istifadəsində olan “055 270-10-20”, Şahid2 istifadəsində olan “055 758-98-05” mobil telefon nömrələrin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, diskin (CD) üzərindəki ağ fonda "xxxx" və əlyazma ilə “BKC- 16795” yazılmışdır. Diskdə “16795” adlı qovluq, həmin qovluğa daxil olduqda isə 16 faylda məlumatlar yazılmışdır. Bu fayllara daxil olduqda iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “055 270-10-20” mobil telefon nömrəsi ilə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan “055 642-04-78”, iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan “050 704-84- 29”, iş üzrə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan “055 758-98-05” mobil telefon nömrələrinin aralarında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “055 270-10-20”, iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan “055 642-04-78” mobil telefon nömrələrinin xx.xx.2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri Səbail və Yasamal rayonları ərazilərindəki eyni anten dairələrində olduğu müəyyən edilmişdir. Məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/1704-4/1739 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. Mübahisəli fonoqramların yazıldığı akustik şərait haqqında məlumatlar mübahisəli fonoqramların tədqiqi hissədə verilmiş yazılı mətnlərinin əvvəlində qeyd edilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 56 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 104 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X5 və qardaşı X2 ibarətdir. Təqsirləndirilən şəxs evlidir, bir övladı vardır. Onun barəsində 56 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs digər cəzaların təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2. cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini öz qulluq mövqeyindən istifadə edərək törətməsi səbəbindən ona, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş matereriallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polis nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş “polis nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə qaldığı 2 (iki) gün müddəti CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alaraq hesab edir ki, həmin müddət ona təyin olunacaq cərimə cəzasını yüngülləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs səs yazıları və mesajların ekran görüntüləri əks olunan 01 ədəd (CD) disk, Təqsirləndirilən şəxs səs fonoqramı nümunələrinin əks olunduğu 01 ədəd (CD) disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 23450 saylı məktubu ilə daxil olmuş 01 ədəd (CD) disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-16795/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd (CD) diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5.000 (beş min) manat cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə qaldığı 2 (iki) müddət nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 4800 (dörd min səkkiz yüz) manat cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs səs yazıları və mesajların ekran görüntüləri əks olunan 01 ədəd (CD) disk, Təqsirləndirilən şəxs səs fonoqramı nümunələrinin əks olunduğu 01 ədəd (CD) disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 23450 saylı məktubu ilə daxil olmuş 01 ədəd (CD) disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-16795/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd (CD) diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV