Məhkəmə qərarları › İş №1(029)-21/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-21/2020

10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-21/2020 10.03.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin 1-ci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X4 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətətndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kətəlparaq kəndində yaşayan, barəsində “polisinnəzarətialtınavermə”qətimkantədbiriseçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o,Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs dövlət sərhədini qanunla müəyyən edilmiş qaydada keçməyə hüquq verən pasportunun 1-ci vərəqi zədəli olduğundan mühafizə olunan dövlət sərhədini qanunla müəyyən edilmiş qaydada Rusiya Federasiyasına gedə bilmədiyindən qanunsuz yolla Rusiya Federasiyasına getmək məqsədi ilə 28 oktyabr 2019-cu il tarixdə saat 19:15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunda yerləşən 5-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, 2011-ci ildən işləmək məqsədilə mütəmadi olaraq dövlət sərhədini müəyyən olunmuş qaydada keçərək Rusiya Federasiyasının Kazan, Ryazan və Bryansk şəhərlərinə gedib-gəlmiş, həmin şəhərlərdəki müxtəlif avtoservislərdə çilingər kimi işləmişdir. Təxminən 24 iyul 2019-cu il tarixdə Rusiya Federasiyasına getmək üçün öz adına rəsmiləşdirilmiş P4543204 nömrəli pasportu götürərək Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən «Samur» sərhəd nəzarəti məntəqəsinə gedərək sənədlərini sərhəd nəzarətinə təqdim etdiyi zaman sərhədçilər ona bildirmişlər ki, ölkədən çıxışına Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyət tətbiq edilmişdir. Həmin vaxt o, polis əməkdaşlarına təhvil verilərək Bərdə RPŞ-nə göndərilmişdir. Bərdə RPŞ-də ona məlum olmuşdur ki, 1250 manat aliment borcu vardır və buna görə onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. O, həmin şöbədə iltizam vermişdir ki, aliment borcunu qısa müddət ərzində ödəyəcəkdir. Daha sonra o, 10-15 gün müddətində yaranmış aliment borcunu tam həcmdə ödəmişdir. Bundan sonra Bərdə rayon İcra və Probasiya şöbəsindən ona bildirilmişdir ki, ölkədən çıxışına tətbiq edilmiş məhdudiyyət götürülmüşdür. Bundan sonra bir müddət kənddə qalmış, özünə iş tapa bilmədiyinə görə yenidən Rusiya Federasiyasının Bryansk şəhərinə getmək qərarına gəlmişdir. Bu məqsədlə 27 oktyabr 2019-cu il tarixdə Bakı şəhərinə, oradan da Qusar rayonuna getmişdir. 28 oktyabr 2019-cu il tarixdə saat 09 radələrində «Şirvanovka» sərhəd buraxılış məntəqəsinə çatmış, pasportunu təqdim etdiyi zaman sənədlərini yoxlayan sərhədçi bildirmişdir ki, pasportunda qüsur vardır, yəni pasportunun 1-ci səhifəsinin alt tərəfi cırılmış, pasportun səhifələri də əzilmişdir. Buna görə də dövlət sərhədindən buraxılmamışdır. Ona bildirilmişdir ki, özünə yalnız yeni ümumvətəndaş pasportu aldıqdan sonra dövlət sərhədindən buraxıla bilər. O, dövlət sərhədindən buraxılmadığını görüb yol maşını ilə «Xanoba» buraxılış məntəqəsinə gedib sənədini təqdim etsə də, orada da ona bildirilmişdir ki, pasportu qüsurludur, pasportu yenisi ilə dəyişdirdikdən sonra dövlət sərhədindən buraxıla bilər. Həmin vaxt üzərində pulu olmamış, Azərbaycan Respublikasında iş yeri yoxdur, özü də aliment ödəyir, ona görə də işləmək üçün Rusiya Federasiyasının Bryansk şəhərinə getmək məcburiyyətində qalmışdır. Bu məqsədlə xx.xx.2019-cu il tarixdə saat 19 radələrində yaxınlıqdakı buraxılış məntəqəsinin ətrafındakı tikanlı məftilləri keçib Rusiya Federasiyasına getmək istəyərkən sərhədçilər onu saxlayıb yaxınlıqdakı məntəqəyə aparmış və barəsində araşdırma aparılmış, 2 gün inzibati qaydada tutulmuşdur. Daha sonra isə o, istintaqa cəlb edilmiş və barəsində hazırkı cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir, ilk dəfədir məhkəmə məsuliyyətinə cəlb olunur, himayəsində iki azyaşlı uşaqları vardır. Odur ki, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının müavinidir. 28 oktyabr 2019-cu il tarixdə saat 17:30-dan saat 20:00-dək sərhəd zastavasının 18-ci sahəsində «Pusqu» sərhəd naryadı xidmətinin üzvləri leytenant Şahid1, kiçik çavuş Turan Sadiqi və xidmətin digər üzvləri ilə birlikdə xidməti təşkil etmişlər. Xidmət zamanı saat təxminən 19 radələrində bir nəfər mülki geyimdə olan şəxsin mühəndis texniki qurğularından keçərək Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkətini müşahidə etmişlər. Həmin şəxsi əlverişli məsafəyə buraxaraq mühəndis texniki çəpərdən 70 metr içəridə, dövlət sərhəd xəttindən 80 metr aralıda ona «Dayan» buraxılış komandası verilmiş və saat 19:15 radələrində onu saxlamışlar. Saxlanılan şəxs özünü Bərdə rayon sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar bu barədə sərhəd zastavasına məlumat vermiş, zastavadan hadisə yerinə gələn «Həyəcan qrupu» saxlanılan şəxsi sərhəd zastavasına aparmışdır. Daha sonra isə həmin faktla bağlı araşdırma aparılmış, Təqsirləndirilən şəxs inzibati qaydada tutulmuş və barəsində hazırkı cinayət işi başlanılaraq o, istintaqa cəlb olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid2 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 656 saylı arayışdan görünür ki, həmin hərbi hissənin sabiq hərbi qulluqçusu kapitan Şahid1 xidmət yeri Dövlət Sərhəd Xidmətinin Aparatına dəyişdirilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 29 oktyabr 2019-cu il tarixli əraziyə baxış keçirilməsi barədə protokoldan görünür ki, əraziyə baxış keçirilməsi üçün Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs sərhəd zastavasının xidməti sahəsinə gətirilmiş və əraziyə birlikdə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etdiyi ərazini göstərmiş, ərazi düzənlik sahədən ibarətdir. Vətəndaş Təqsirləndirilən şəxs saxlandığı yer dövlət sərhəd xəttindən 70 metr, mühəndis çəpərindən 80 metr aralıda yerləşir. Əraziyə baxış zamanı mühəndis çəpərində tikanlı məftillərin aralandığını, nəzarət iz zolağında Rusiya Federasiyası istiqamətinə ayaq izləri aşkar olunmuşdur. Baxış zamanı əlavə hər hansı bir şübhəli əşya və ya əlamət aşkar edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə sənədlərin texniki ekspertizasının 28 noyabr 2019-cu il tarixli 27228 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına P4543204 nömrəli Azərbaycan Respublikasının pasportu xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla mətbəə çap üsulu vasitəsilə hazırlanmışdır və “FDS Forensic” xüsusi kompüter proqramında olan həqiqi pasportun nümunəsi ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına P4543204 nömrəli Azərbaycan Respublikasının pasportunda hər hansı bir düzəlişlər müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 noyabr 2019-cu il tarixli 27228 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 61,52 (altmış bir manat əlli iki qəpik) manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 28 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyət üzrə şöbəsinin rəisi, polkovnik X5 tərəfindən, hüquq pozuntusu şəraitini aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 30 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, həmin qərar həmin tarixdə saat 18:00-da həmin şəxsə elan olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə saat 03:41 radələrində Heydər Əliyev Bakı X7 853 nömrəli “Moskva-Bakı” reysində DİN-nin xx.xx.2012-ci il tarixdən “saxla” statusunda olan Bərdə rayon sakini xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs (xx.xx.2012-ci il tarixdə Gəncə X7 “Gəncə-Moskva” reysi ilə uçub getmişdir) saxlanılaraq X9 İdarəsinə təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə saat 04:33 radələrində “Samur” SNM-də Azərbaycandan Rusiyaya keçərkən DİN-nin xx.xx.2019-cu il tarixdən “saxla” statusunda olan Bərdə rayon sakini xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq Samur polis bölməsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 7793 saylı arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx/xx-10836 saylı arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZ-İİ 217565 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 18 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Seriya AZE 18154757 saylı şəxsiyyət vəsiqəsinin və AZ-İV 039959 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Kənan və xx.xx.2017-ci il təvəllüdlü Zeynəb adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli 108462/02 saylı məktubundan görünür ki, Bərdə rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 100 manat aliment tutularaq X3 verilməlidir. Bərdə rayon məhkəməsinin 2(021)-2311 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən aliment artırılaraq Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 130 manat aliment tutularaq X3 verilməsi qət edilmişdir. Borclu Təqsirləndirilən şəxs alimenti tələbkarın xeyrinə hər ay ödəyir və Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı müvafiq tədbirlər görülməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Təqsirləndirilən şəxscəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini və həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək onun hazırkı iş üzrə inzibati qaydada tutularaq 28 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək 2 (iki) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz,cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə məhkəmə xərcləri 61,52 (altmış bir manat əlli iki qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən məhkəməbaxışınadəkTəqsirləndirilən şəxs hazırkı iş üzrə inzibati qaydadatutularaq xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 02 (iki) gün faktiki həbsdəsaxlamamüddəti nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 2000 (iki min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 61,52 (altmış bir manat əlli iki qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar