Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-21/2023 12.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 iştirakları ilə, xx.xx.1975-ci ildə Qusar rayonun Yasab-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qusar rayonu Yasab-oba kəndində qeyiyyatda olan, Xaçmaz rayonu Xudat şəhəri K.Zavod qəsəbəsində kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə Qusar rayonunun Yasab-oba kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 1300 manat olan 1 baş iribuynuzlu heyvanı, pulunu 15 günə qaytaracağı adı ilə aldadaraq Qusar rayonu Yasab-oba kəndində alıb, heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib zərərçəkmişə qaytarmamaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 20 oktyabr 2021-ci il tarixdə Qusar rayonunun Mucuq kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək Qusar rayonu Mucuq-oba kəndində sonuncudan ona məxsus 5 baş iribuynuzlu heyvanlarını öz aralarında razılaşdırılmaqla 4200 manata alaraq, 300 manat məbləğində pulu həmin gün ödədikdən sonra qalan 3900 manat məbləğində pulu isə 3 gün ərzində ödəyəcəyini vəd etməklə onu aldadıb, heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib zərərçəkmiş şəxsə qaytarmamaqla təkrarən dələduzluq etmişdir. Bununla yanaşı o, təkrarən 08 noyabr 2021-ci il tarixdə Qusar rayonunun Mucuq kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək öz aralarında razılaşdırılmış dəyəri 1400 manat olan 2 baş iribuynuzlu heyvanları 15 günə qaytaracağı adı ilə aldadaraq Qusar rayonunun Mucuq kəndində alıb, heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib zərərçəkmişə qaytarmamaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 08 noyabr 2021-ci il tarixdə Qusar rayonunun Mucuq kənd sakini Zərərçəkmiş şəxs4 Qazıməhmməd oğlunun etibarından sui-istifadə edərək Qusar rayonunun Mucuq kəndində sonuncudan ona məxsus 3 baş iribuynuzlu heyvanları öz aralarında razılaşdırılmış dəyəri 2100 manata alıb, heyvanları satdıqdan sonra pulunu 3 gün ərzində verəcəyinə vəd verərək, 3 gün sonra 800 manat məbləğində pulu qaytarsada qalan 1300 manat məbləğində heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib zərərçəkmişə qaytarmamaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 12 noyabr 2021-ci il tarixdə Qusar rayonunun Sudur kənd sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək Qusar rayonunun Sudur kəndində sonuncudan ona məxsus 09 baş iribuynuzlu heyvanları öz aralarında razılaşdırılmış dəyəri 6500 manata alıb, heyvanları satdıqdan sonra pulunu 10 gün ərzində verəcəyinə vəd verərək, 1000 manat məbləğində pulu qaytarsa da qalan 5500 manat məbləğində heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib zərərçəkmişə qaytarmamaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu Xudat şəhərində icarəyə götürdüyü ət mağazasında işləmiş, əsasən iribuynuzlu heyvan alaraq həmin mağazada satmış, lakin 2020-ci ildə “Covid 19” pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin dövründə toyların olmaması səbəbindən iribuynuzlu heyvanları dəyərdəyməzinə sataraq borca düşmüşdür. Buna görə də işlərində geriləmə olmuş, işləri borc üzərində qurulduğundan yaxşı getməmişdir. Həmin vaxt Qusar rayonu ərazisində müxtəlif kəndlərdən iribuynuzlu heyvan almış, bu səbəbdən də həmin ərazidə tanınmışdır. 2021-ci ilin iyun ayının ortalarında işlədiyi mağazada satmaq üçün ət lazım olmuş, həmin ərəfədə Qusar rayonu Yasab-oba kəndində yaşayan həmkəndlisi Şixverdi mobil telefonla zəng edərək özünə məxsus olan iribuynuzlu heyvanı satmaq istədiyini ona bildirmişdir. Telefon danışığından sonra Şixverdi “gəl heyvana bax, qiymətlə razılaş” demiş, bu səbəbdən də 14 iyun 2021-ci il tarixdə səhər saatlarında tanımadığı taksi sürücü ilə həmin kəndə getmişdir. Şixverdinin yaşadığı ünvana getmiş, orada onun dediyi iribuynuzlu heyvana baxıb almaq qərarına gəlmişdir. Şixverdi ilə razılığa gəlmiş, heyvanı elə həmin həyətdə kəsmiş, bundan əvvəl heyvana 1300 manat pul verəcəyini, üzərində pul olmadığından 15 günə qaytaracağını ona söyləmiş, daha sonra isə heyvanın ətini taksinin yük hissəsinə yükləmişdir. Həmin vaxt Şixverdi ilə həmkəndli olduğundan, qəssab kimi fəaliyyət göstərdiyindən ona etbar etmiş, heyvanının kəsilərək aparılmasına razılıq vermişdir. Həmin gün iribuynuzlu heyvanı Xaçmaz rayonunun Xudat şəhərinə aparmış, orada satmış, lakin əti gec satıldığından bəzi vaxtlarda isə satılmayaraq xarab olduğundan xeyir götürməmişdir. Həmin hadisədən təxminən 15-20 gün sonra Şixverdi ona bir neçə dəfə zəng etmiş, pulunu istəmiş, lakin pulu olmadığından heyvanın pulunu qaytara bilməmiş, məcbur qalaraq müxtəlif bəhanələr gətirməklə qaytaracağını söyləmişdir. Bundan başqa o, 2021-ci ilin oktyabr ayında Qusar rayonu Mucuq kəndində xatırlamadığı qohumlarından birinin dediyinə görə Qusar rayonu Samur qəsəbəsinin yaxınlığında 3-4 evdən ibarət olan Mucuq-tala kimi tanınan yerdə yaşayan Şamildə iribuynuzlu satılıq heyvanların olması xəbərini almış, buna görə də özünə məxsus olan “Vaz 21011” markalı avtomobillə ora getmişdir. Həmin gün Zərərçəkmiş şəxs3la görüşmüş, onun irbuynuzlu heyvanlarına baxmış, 03 baş inək və 02 baş buzovun olmasını müşahidə etmişdir. Buna görə də Şamillə ümumi hesablaşma aparmış, heyvanlara 4200 manat pul verəcəyini söyləmiş, onunla razılığa gəlmişdir. Bundan bir gün sonra 2021-ci ilin oktyabrın 20-də Xaçmaz rayonu, Xudat şəhərində “Qazel” markalı yük avtomobillərindən biri ilə həmin yerə getmiş, gedərkən kömək etmək üçün qardaşı Şafıqi də aparmışdır. Şamillə orada danışıqlarına uyğun olaraq 4200 manat məbləğdə puldan 300 manatını ona vermiş, qalan 3900 manat pulu isə 3 günə ödəyəcəyini söyləmişdir. Buna görə də həmin gün iribuynuzlu heyvanları avtomobilə yükləyərək Xaçmaz rayonu Xudat şəhərinə aparmış, işlədiyi yerdə kəsərək satmışdır. Lakin borcu olduğundan pulunu Şamilə qaytara bilməmişdir. Bundan başqa o, Qusar rayonu Mucuq kəndində yaşayan Zərərçəkmiş şəxs2 Tayıb oğlundan da 2021-ci ilin noyabr ayının 8-də, 02 baş dişi iribuynuzlu heyvanlar almış, həmin yeri kənddə yaşayan Yasin adlı şəxs ona göstərmiş, iribuynulu heyvan almaq üçün kəndlərə gedərkən kimin mal-qara satdığını orada yaşayan şəxslərdən öyrənmişdir. Həmin vaxt kənddə yaşayan Slavikin yaşadığı ünvana yenə də Xaçmaz rayonu Xudat şəhərində yük daşımaqla məşğul olan “Qazel” markalı avtomobillərdən biri ilə getmiş, onunla ümumi qiyməti 1400 manata razılığa gəlmiş, həmin heyvanları alaraq pulunu 15 günə qaytaracağını söyləmişdir. Lakin borcu çox olduğundan həmin pulları qaytara bilməyəcəyini qabaqcadan bilmiş, buna görə də heyvanları sataraq pulları qaytara bilməmişdir. Bununla yanaşı həmin gün saat 11 radələrində başqa bir iribuynuzlu heyvan satan şəxsin qapısına, yəni Məmmədin qapısına getmiş, həmin yeri də ona Yasin göstərmiş, ev sahibinə həyətində olan 3 baş iribuynuzlu (1 dana, 2 inək) heyvanları ümumi dəyəri 2100 manata alacağını söyləmişdir. Bu vaxt Məmməd razılıq vermiş, o, 3-5 günə pulu qaytaracağını söyləmiş, heyvanları oradan apararaq satmış, 3 gün sonra Məmmədə heyvanların pulundan 800 manatını qaytarmış, qalan 1300 manat qalıq pulu isə tez bir zamanda verəcəyini bildirmişdir. Buna görə də Məmməd telefonla zəng edərək pulunu tələb etmiş, lakin müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. Qusar rayonu Sudur kəndində yaşayan Zərərçəkmiş şəxs5 da 10 noyabr 2021-ci il tarixdə, telefon nömrəsini kimdənsə taparaq satılıq iribuynulu heyvan olubolmamasını soruşmuş, o da var demişdir. Buna görə də həmin günün səhərində 10 noyabr 2021-ci il tarixdə tanımadığı “Qazel” markalı yük daşımaqla məşğul olan sürücü ilə Xaçmaz rayonunun Xudat şəhərindən Qusar rayonunun Sudur kəndinə getmək üçün yola düşmüş, lakin avtomobilin həmin kəndə gedə bilməyəcəiyini görərək, Heydərlə əlaqə saxlamış o da “UAZ” markalı avtomobil göndərmiş, həmin avtomobildə Heydərin oğlu Cəmil olmuş, onları götürərək kəndə aparmışdır. Həmin gün kənddə Heydərlə 9 baş, 5-i inək olmaqla, 4-ü dana olan iribuynuzlu heyvanları cəmi 6500 manata almağa razılaşmış, heyvanları Cəmillə birlikdə dağdan düşürmüş, sonra avtomobilə yükləyərək Xaçmaz rayonu Xudat şəhərinə apararaq orada satmışdır. Aralarında olan razılığa əsasən Heydərə heyvanların pulunu 3 gün ərzində ödəyəcəyini söyləmiş, lakin ödəyə bilməmişdir. Bundan bir müddət sonra Heydərə 6500 manat puldan 1000 manatı ödəmiş qalan pulu isə bu günə qədər ödəyə bilməmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hansı fiziki və psixi təsir olunmamış. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Namiqi 2021-ci ilin oktyabr ayında tanımış, o günə qədər onunla tanışlığı olmamışdır. Lakin Namiqin qayınatası ilə həmkəndli olmuşdur. 20 oktyabr 2021-ci ildə Namiq onun yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt “eşitmişəm iribuynuzlu mal-qara satırsan” deyərək sual vermiş, bu vaxt “bəli satıram” deyərək Namiqə cavab vermiş, onun yanında tanımadığı “Qazel” markalı avtomobilin sürücüsü və qardaşı Şafıq də olmuşdur. Həmin gün saat 17 radələrində o, Namiqə satışa çıxardığı 03 baş inək, 02 baş buzovu birlikdə 4200 manata satacağını söyləmiş və aralarında razılığa gəlmişlər. Bu vaxt Namiq ona 300 manat məbləğində pul vermiş, qalan 3900 manat məbləğində pulu isə 3 gün müddətində aldığı iribuynuzlu heyvanları satdıqdan sonra verəcəyini söyləmişdir. Həmin vaxt o, iribuynuzlu heyvanları tərəzi hesabı ilə Namiqə satmamış, aralarında olan danışığa görə ümumilikdə 4200 manat məbləğinə razılaşmışlar. Bundan sonra Namiq iribuynuzlu heyvanları “Qazel” markalı yük avtomobilinin yük hissəsinə yükləmiş, oradan çıxıb getməzdən əvvəl ona mobil telefon nömrəsini də vermişdir. Bundan 3 gün sonra Namiqin gəlmədiyini görərək ona zəng etmiş, o da telefona cavab verərərək “narahat olma, bir həftəyə sənin pulunu verəcəm, malı nisyə satmışam, pulunu alıb sənə verəcəm” deyərək ona cavab vermişdir. Sonra Namiq müxtəlif bəhanə gətirərək onu aldadaraq pulunu qaytarmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Tayıb oğlu ifadəsində göstərmişdir ki, 08 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində sonradan tanıdığı Təqsirləndirilən şəxs onun yaşadığı ünvana həmkəndlisi Yasin Əlimuradovla birlikdə gəlmiş, kəsmək üçün iri buynuzlu heyvan almaq istədiyini bildirmişdir. Həmin vaxt Namiq ona hal-hazırda əlində pul olmamasını, iribuynuzlu heyvanın ətini satdıqdan sonra 15 gün ərzində pulu qaytaracağı söyləmişdir. Bu vaxt Namiq ona Qusar rayonu Böyük-Muruq kəndində yaşayan öz qayınlarının adını verərək tanışlıq etmiş, bu səbəbdən də ona etibar etmişdir. Bundan sonra Namiqin danışdıqlarına inanmış, özünə məxsus olan 02 baş (dişi, qara rəngli, diri çəkiləri 250 kq olan, 1 başının) iribuynuzlu heyvanı ümumilikdə 1400 manata ona satacağım söyləmişdir. Bu vaxt Namiqin onun etibarından sui-istifadə edərək, 15 gün ərzində pulu qaytarmasını söz verərək özü ilə gətirdiyi “Qazel” markalı yük avtomobilinə iribuynuzlu heyvanları yükləyib, oradan çıxıb getmişdir. Həmin hadisədən 15 gün müddət keçdikdən sonra Namiqə mobil telefonla zəng etmiş, pulunu verməsini söyləmiş, həmin vaxt o, 01 baş inəyi kəsib satdığını, qalan ikisini də satıb pulunu birlikdə 2021-ci ilin noyabr ayının sonunadək çatdıracağını bildirmişdir. Bundan sonra yenə Namiqə inanaraq onunla razılaşmış, lakin 2021-ci ilin noyabr ayının sonlarında pulunun verilməməsini görmüş, ona yenidən zəng etmiş, yenə də həmin bəhanələrlə Namiq onu aldadaraq tez bir zamanda pulunu qaytaracağını söyləmişdir. Sonra Namiq müxtəlif bahanələrlə onu aldadaraq pulu qaytarmadığına görə Qusar RPŞnə ərizə ilə müraciət edərək şikayət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Qazıməhmməd oğlu ifadəsində göstərmişdir ki, 08 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs, Qusar rayonu Mucuq kəndində yerləşən yaşayış evinin qarşısına həmin kənddə yaşayan Yasin Əlimuradovla birlikdə gəlmiş, kəsim üçün iri buynuzlu heyvan almaq istədiyini bildirmişdir. Həmin vaxt o, Namiqə xəstə olduğunu söyləmiş, bununla əlaqədar olaraq pul lazım olduğunu bildirmiş, bu səbəbdən də özünə məxsus olan 03 baş iri buynuzlu heyvanları ( 01 baş dana, 02 baş inək) ümumilikdə 2100 manata satmağa razılıq vermişdir. Bu vaxt Namiq ona 3 gün müddətində iribuynuzlu heyvanların ətini sataraq pulunu qaytaracağına söz vermiş, həmin vaxt o da Namiqin sözünə inanmış, 03 baş iri buynuzlu heyvanı ümumilikdə 2100 manata satmışdır. Bundan sonra Namiq aldığı 03 baş iribuynuzlu heyvanları “Qazel” markalı yük avtomobilinə yükləmiş və oradan çıxıb getmişdir. Həmin gündən təxminən 3 gün sonra Namiq kəndə gələrək 800 manat məbləğində pulu gətirərək qaytarmış, qalıq qalmış 1300 manat məbləğində pulu isə 3-5 gün ərzində qaytaracağını söz vermişdir. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs bir daha həmin kəndə gəlməmiş, qalıq qalmış 1300 manat məbləğində pulu ona qaytarmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə onu müxətəlif bahanələrlə aldatmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Tanışı Slavikə 2021-ci ilin noyabr ayının 10-da zəng edərək, ev tikmək üçün özünə məxsus iribuynuzlu heyvanları satmasını bildirmişdir. Telefon danışığından bir müddət sonra Namiq ona zəng edərək iribuynuzlu heyvan satdığını soruşduqda, o da satdığını etiraf etmişdir. Namiq xx.xx.2021-ci il tarixdə Qusar rayonu Sudur kəndinə getmişdir. Namiq iribuynulu heyvanlara baxmış, 09 baş iribuynuzlu heyvanı ( 5 inək 4 dana) 6500 manata alacağını söyləmişdir.Sonra oğlu Cəmilin yanında Namiqlə razılığa gəlmiş, sonuncu pulu 10 günə ödəyəcəyini söyləmişdir. Həmin vaxt Namiqə inanmış, ona etibar etmiş, həmin şəxsin bu işlərlə məşğul olması faktına aldanmışdır. Buna görə də heyvanları ona vermiş, oğlu Cəmili hətta ona kömək etmək üçün göndərmiş, Qusar rayonu Sudur kəndi ərazisindən həmin gün saat 17 radələrində iribuynuzlu heyvanları “Qazel” markalı avtomobilə yükləyərək aprmışdır. Həmin hadisədən 10 gün keçdikdən sonra Namiqə zəng etmiş, o bəhanə gətirərək pulu 3 günə çatdıracağını söyləmiş, 3 gün keçdikdən sonra yenə zəng etmiş, yenə bəhanə gətirərək guya ona müştərilərin pul qaytarmadığını söyləyərək, tez bir zamanda qaytaracağına söz vermişdir. Lakin Namiq müxtəlif bahanələrlə onu aldadaraq pulu qaytarmadığına görə polisə müraciət etmiş, həmin vaxt 1000 manat məbləğində pulu Namiq qaytarsa da sonradan 5500 manat qalıq qalmış pulu qaytarmayaraq onu aldatmışdır Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 2021-ci ilin noyabr ayında tanış olmuş, həmin vaxt özünün 01 baş iribuynuzlu heyvanını həmin şəxsə satmışdır. Təqsirləndirilən şəxs, onun həmkəndlisi və qonşusu Slavikindən aldığı iribuynuzlu heyvanların pulunu bu günə qədər qaytarmayaraq onu aldatmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs X3 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş, həmçinin zərərçəkmiş şəxs X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə həmkəndlidir, həmin şəxs daimi olaraq Xaçmaz rayonu Xudat şəhərində yaşayır və orada ət mağazasındə işləyir. Buna görə də 13 iyun 2021-ci il tarixdə Namiqə zəng edərək 01 baş iri buynuzlu (erkək, təmiz çəkisi 144 kq) heyvanı kəsim üçün satmaq istədiyini demiş, o da həmin heyvanı almağa razı olmuş, lakin heyvanın pulunu əti satdıqdan sonra 15 gün ərzində qaytaracağını söz vermişdir. Həmin günün səhəri, yəni 14 iyul 2021-ci il tarixdə, saat 07 radələrində Namiq bir nəfər şəxslə “Vaz 21015” markalı avtomobillə onun yaşadığı ünvana gəlmiş, həmin vaxt danışıqlarına uyğun olaraq 01 baş iri buynuzlu heyvanı 1300 manata alacağını bildirmiş, iribuynuzlu heyvanı elə orada həyətdə kəsmiş, həmin yerdə də doğrayıb avtomobilə yükləyərək oradan aparmışdır. Həmin vaxtdan təxminən 15-20 gün sonra Namiqə zəng etmiş, ondan ətin pulunu istəmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək həftə sonunda və başqa vaxtlarda qaytaracağını söz verməklə onu aldadmışdır. Bu hadisədən xeyli müddət keçmiş, Namiq pulu qaytarmamış, 03 aprel 2022-ci il tarixdə telefonla onunla yenidən danışmış o 10 aprel 2022-ci il tarixdə pulu tam şəkildə qaytaracağını söz vermişdir. Amma Namiqlə sonradan əlaqə saxlamaq istəsə də ona zəng çatmamış, sonradan onun başqa şəxsləri də aldadaraq əmlaklarını ələ keçiridiyini bilmiş, buna görə də Qusar RPŞ-nə ərizə ilə müraciət edərək şikayət etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonunun Mucuq kəndində yaşayan Slavik onun həmkəndlisidir, onunla münasibət yaxşıdır. Belə ki, o, 2021ci oktyabr noyabr aylarında qardaşının evinə qonaq gedən zaman qardaşının qonşuluğunda yaşayan Slavikin evinin qarşısında “Qazel” markalı avtomobil görmüşdür. Həmin vaxt avtomobilə qara rəngli iribuynuzlu heyvanın yükləndiyini görmüş, bu hadisədən bir müddət sonra Slaviklə görüşdüyü zaman sonuncu ona Namiq adlı şəxsə iribuynuzlu heyvanı satdığını lakin pulunu ala bilməməsini bildirmişdir. Bundan başqa həmin şəxsin kəndlərində yaşayan Mamedin də iribuynuzlu heyvanlarını alaraq pulunu vermədiyindən xəbər tutmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Qusar Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 17 may 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin X12in həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan halları nəzərə alaraq, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzalarını təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, belə olan halda cəzanın məqsədi təmin edilə bilməz. Təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Zərərçəkmiş şəxs X1 məhkəməyə ünvanlandığı teleqramdan görünür ki, ona vurulmuş olan maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 vurmuş olduğu maddi ziyanı ödəməməsini, zərərçəkmiş şəxslərdən yalnız X2 vurmuş olduğu maddi ziyanı ödəməsini, həmin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamasını CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edilməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması şəxsiyyəti müsbət xarakterizə edən hal kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu, həbsdə saxlanıldığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Qusar rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu gündən hesab edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən ona ittiham elan etmək mümkün olmamış, ona görə də barəsində axtarış elan edilməklə həmin tarixdə cinayət işinin istintaq icraatı dayandırılmış, 06 iyun 2022-ci il tarixdə cinayət işinin istintaq icraatı təzələnmiş, təqsirləndirilən şəxsin ölkə hüdudlarından kənarda olması müəyyən edildiyindən “İNTERPOL” xətti ilə “həbs” edilməsindən ötrü 07 iyun 2022-ci il tarixdə Qusar rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası ərazisində saxlanılmış, 05 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədək icraat zamanı və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxslərə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2022-ci il tarixdən hesablansın Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-21/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-21/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver