Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-22/2023 25.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Qusar şəhəri C.Cabbarlı küçəsindəki 4 saylı evdə atası Zərərçəkmiş şəxs yumruq zərbələri ilə onu döyərək qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qusar şəhəri C.Cabbarlı küçəsi ev 4-də ailəsi ilə birlikdə yaşayır. Zabir Cigarov onun atasıdır. Son vaxtlar atası yaşlı olduğundan onunla və ailəsi ilə yola getməmişdir. Ona görə də, o, atası ilə bir evdə qalmaq istəmir. 05 dekabr 2022-ci il tarixdə saat 18 radələrində atasi ilə birlikdə şam etdiyi zaman az miqdarda spirtli içki qəbul etmişdir. Bu vaxt atası yersiz sözlər deyərək onunla mübahisə etməyə başlamışdır. Atası ona demişdir ki, ev onundur, lazım gələrsə evi ona verməyə bilər. Aralarında yaranmış mübahisə vaxtı atası nalayiq sözlər işlətdiyindən o, əsəbləşib yumruq zərbələri ilə onun sifətinə və bədənin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Bundan sonra o, öz otağına keçib yatmış, daha sonra atası ilə aralarında baş vermiş mübahisə barədə arvadı Anjelaya danışmışdır. Səhəri günü atası evdən çıxıb harasa getmiş və sonradan ona məlum oldu ki, atası onun barəsində şikayət etmişdir. Hazırda törətdiyi əməlimdən səmimi peşmançılıq hissi keçirir, zərər çəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar şəhəri C.Cabbarlı küçəsi ev 4-də oğlu İlyas, gəlini Anjela və nəvəsi Zaur ilə birlikdə yaşayır. Son vaxtlar oğlu İlyas onunla yola getməmiş və onu evdən qovmaq istədiyindən mütəmadi onunla mübahisə etmişdir. 05 dekabr 2022-ci il tarixdə saat 18 radələrində o, yaşadığı evdə olduğu zaman, İlyas evdə spirtli içki qəbul edərək ona “bu evdə qalma, səninlə bu evdə yaşamaq istəmirəm” demişdir. Bu səbəbdən aralarında mübahisə yaramşdır. O, İlyasa “məndən əl çək, mən yatmaq istəyirəm” demişdir. Bu vaxt İlyas yumruq zərbələri ilə onun sifətinə və bədənin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Səhəri günü, bədənində ağrılar olduğundan o, Xudat şəhərində yaşayan qızı Samirə Cavadovvanın yaşadığı evinə getmiş və qızı sifətində olan xəsarətləri görüb, nə olduğunu ondan soruşmuş, o da İlyas tərəfindən döyüldüyü barədə ona danışmışdır. Daha sonra o, Qusar RPŞ-yə müraciət edərək İlyas barəsində şikayət etmişdir. Hazırda o, oğlu İlyasla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, İlyasa yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı X2 əri Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etdiyindən elan olunaraq tədqiq edilmiş onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadədən görünür ki, Qusar şəhəri C.Cabbarlı küçəsi ev 4-də ailəsi ilə birlikdə yaşayır. Zabir Cigarov onun qaynatasıdır, İlyas Cigərov isə onun əridir. Qaynatası Zabir yaşlı olduğu üçün səbəbsiz əsəbləşir, yersiz müxtəlif bəhanələr gətirməklə onunla və İlyas ilə mübahisələr edir. 05 dekabr 2022-ci il tarixdə axşam radələrində İlyas ona saat 18 radələrində atası ilə aralarında mübahisə yarandığını və mübahisə zamanı yumruqla onun sifət və bədən nahiyələrinə vuraraq onu döydüyünü demişdir. Səhəri günü, yəni 06 dekabr 2022-ci il tarixdə qaynatası Zabir evdən çıxıb harasa getmiş və axşam vaxtı ona məlum olmuşdur ki, o, polis şöbəsinə gedərək İlyas barədə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 təhqiqat zaman verdiyi izahatdan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X3 təhqiqat zamanı verdiyi ifadədən görünür ki, o Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 1048 saylı 07 dekabr 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər-başın sol təpə nahiyyəsində və hər iki əlin arxa səthində qançırlar, hər iki göz orbiti ətrafında qançır-hematoma, sifətində çoxlu sıyrıq sıyrıq tük əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törədildiyindən sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli PHŞ/6.54-2-2022-425 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi pensiya haqqında ********** saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 Sistemində Təqsirləndirilən şəxs pensiya alması barədə məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi pensiya haqqında ********** saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 Sistemində Təqsirləndirilən şəxs sosial müavinət və təqaüd alması barədə məlumat mövcud deyil. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Qusar şəhəri C.Cabbarlı küçəsi 4 saylı evdə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3153 saylı arayışdan görünür ki, Qusar şəhəri C.Cabbarlı küçəsi 4 saylı evdə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Anjela Cigarovadan, xx.xx.2022-ci il təvəllüdlü Lyudmila Cigarovadan və xx.xx.2008-ci il təvəllüdlü oğlu Şahid2 ibarətdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, işin digər hallarını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü oğlunun olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyəti səciyyələndirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Qusar şəhəri C.Cabbarlı küçəsindəki 4 saylı evdə atası Zərərçəkmiş şəxs yumruq zərbələri ilə onu döyərək qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, hal-hazırkı işə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan məhkəməyədək icraat materiallarına xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında nəzərdə tutulan digər cəza növlərinin tədbiq olunmasını məqsədə müvafiq hesab etmir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar şəhər C.Cabbarlı küçəsindəki 4 saylı evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-22/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-22/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver