Məhkəmə qərarları › İş №1(029)-22/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-22/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-22/2024 14.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Qusar rayonu Kuzunqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu Kuzun-qışlaq kəndində qeydiyyatda olan, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə 11 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində sərnişin qismində əyləşdiyi Quba rayonu Küpçal kənd sakini Şahid idarə etdiyi “Vaz 2106” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobildə hərəkətdə olan zaman rayonun Kuzun-qışlaq kəndi ərazisində digər sərnişin Xaçmaz rayonu Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs əvvəlcə bir ədəd 40 manat dəyərində “Naviforce” markalı qol saatını, bundan bir neçə dəqiqə sonra isə bir ədəd 120 manat dəyərində “Realmi”markalı mobil telefonu, üzərindəki 4 manat dəyərində “Azərfon” mobil nömrəni Şahid gözü qarşısında açıq talayaraq zərəçəkmiş şəxsə cəmi 164 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Xaçmaz şəhərindən yaşadığı Qusar rayonu Kuzun-Qışlaq kəndinə qayıtmaq üçün Bayram adlı tanışının idarə etdiyi “VAZ 2106” markalı, ağ rəngində dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobilə əyləşib yola düşmüşdür. Onlar yol gədəndə Nüsrətin bir neçə gün əvvəl Bayrama taksi pulu-yol haqqı kimi verməli olduğu 5 manat pulunu vermədiyini öyrənmiş, Bayram ondan Nüsrətin borclu olduğu 5 manatı ala biləcəyini soruşmuşdur. Bu zaman Nüsrət asfalt yol ilə piyada qayıtdığını görmüş, sürücü Bayrama avtomobili saxlamasını bildirmiş və Nüsrət avtomobilə əyləşmişdir. O, taksi sürücüsünə maşını körpüdə saxlamasını xahiş etmişdir. Həmin vaxt maşında Nüsrətə Bayramın pulunu qaytaracaqsan demiş, Nüsrət həmin pulu Bayrama qaytarmayacağını bildirmişdir. Nüsrətin sol qolunda saatı görüb “sənin nə qəşəng saatın var, xoşum gəlsə harda görsəm mən də bu saatdan alacağam, biləyimə uyğun gəlirsə baxış” deməklə Nüsrətdən saatı istəmiş, Nüsrət də kəmər qolbaqlı qara rəngində saatını ona vermişdir. Sonra Nüsrətin telefonuna zəng gəlmiş, o, Nüsrətə “mənim telefonumun zaryatkası yoxdur, Bayramın da telefonda kontur qalmayıb, telefonu ver zəng edim” demiş, Nüsrət də öz telefonu ona vermişdir. Nüsrət telefonu ona verəndə koddan çıxardanda görməmiş, sonra telefonu ona uzadaraq təzədən koddan çıxartmasını demiş, həmin vaxt o telefonun kodunu öyrənmiş, o təzədən telefonu söndürüb yandırmış və telefonu özü cibinə qoymuşdur. Bundan sonra o, Nüsrətə nə vaxt Bayramın 5 manatı qaytarsa, Bayram ona zəng edib 5 manatı qaytardığını desə, ondan sonra saatı və telefonu qaytaracağını demişdir. O, Nüsrətə hədə qorxu gəlməmişdir, saatı və telefonu şirin dillə almışdır. Saatı və telefonu almaqda məqsədi taksi sürücüsünə 5 manat pul qaytarmaq olmuşdur. O, saatı su kanalına atmış, mobil telefonu isə yaşadığı ünvanda saxlamış, evində yatağın altında gizlətmişdir, polis şöbəsindən çağıranda telefonu polisə təhvil vermişdir. İbtidai istintaq zamanı ona ona heç kəs hədə qorxu gəlməmiş, fiziki və ya psixi təsir etməmiş, sərbəst ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsin iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Xaçmaz şəhərindən yaşadığı Qusar rayonu Kuzun-Qışlaq kəndinə qayıtmaq üçün Bayram adlı tanışının idarə etdiyi “VAZ 2106” markalı, ağ rəngində dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobilə əyləşib yola düşmüş, bu zaman Nüsrət asfalt yol ilə piyada qayıtdığını görmüş, sürücü Bayrama avtomobili saxlamasını bildirmiş və Nüsrət avtomobilə əyləşmişdir. Daha sonra yola davam etmiş və yolda Nüsrətin bir neçə gün əvvəl Bayrama taksi pulu-yol haqqı kimi verməli olduğu 5 manat pulunu vermədiyini öyrənmişdir. Yol gedəndə maşında Nüsrətə “Ya Bayramın pulunu qaytaracaqsan, yoxsa səni əzərək Bayramın cibinə salacağam” demiş Nüsrət həmin pulu Bayrama qaytarmayacağını bildirmiş, daha sonra yola davam etmiş, Nüsrətin sol qolunda saatı görüb “sənin nə qəşəng saatın var, xoşum gəlsə mən də bu saatdan alacağam” deməklə baxmaq bəhanəsi ilə Nüsrətdən saatı istəmiş, Nüsrət də kəmər qolbaqlı qara rəngində saatını ona vermiş, təxminən 5 dəqiqə sonra ondan öz saatını geri istəmiş, lakin saatı qaytarmayacağını bildirmiş, bir az sonra Nüsrətin telefonunu görmüş, telefondan xoşu gəlmiş, baxmaq üçün istəmiş, Nüsrət həmin telefonu ona hədiyyə olaraq vermişdir. Bir neçə dəqiqə sonra onlar Kuzun-qışlaq kəndi ərazisinə çatmış, birinci olaraq Nüsrət avtomobildən düşmüşdür ki, o, çıxıb getməmiş öz saatını və telefonunu geri alsın, lakin telefonu Nüsrətə qaytarmamış, bundan sonra Nüsrət Bayramın avtomobilinə əyləşib oradan getmiş, saatı su kanalına atmış, mobil telefonu isə yaşadığı ünvanda saxlamışdır. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Quba rayonu Bağbanlı kəndi ərazisində “Dördyol” adlanan yerdə idarə etdiyi “VAZ 2106” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobillə dayanan zaman özünü Ruslan kimi tanıdan sonradan adının Naib olduğunu bildiyi şəxs ona yaxınlaşıb özünü Qusar rayonu Kuzun-qışlaq kəndinə aparmasını istəmiş, sonra Naib ön oturacaqda əyləşmiş, Qusar rayonu Kuzun-qışlaq kəndi istiqamətində yola düşmüşlər. Həmin yolda Hacıhüseynli kəndi ərazisindən keçən zaman tanımadığı bir nəfər şəxs də işarə edərək maşını saxlamasını istəmiş, maşını saxlamış, həmin şəxs maşının arxa oturacağında əyləşmiş və yola davam etmişdir. Xaçmaz rayonu Qıraqlı kəndinə çatan zaman sonradan adının Nüsrət olduğunu bildiyi şəxs maşını saxlamasını istəmiş, lakin Naib ona özünü kənddə düşürüb qayıdanda Nüsrətin yol yoldaşı olmasını, qayıdanda düşürmüsəni bildirmişdir. Nüsrət də razılaşmış, Naibgilin kəndinə yolu davam etmiş, yolda onun yadına düşmüşdür ki, Nüsrət bir gün əvvəl onu Quba-Xaçmaz yolundakı “Kanal” adlanan əraziyə aparmış, həmin vaxt ona pul verməmiş, 4 manat pulu ona sonra verəcəyini demiş, Nüsrətə narahat olmamasını demişdir. Nüsrətdən bankomatdan pul çıxara bildiyini soruşmuş, Naib də “Bu sənə pul verməlidir?” dedi, o, da Naibə Nüsrətdən israrla pul istəmədiyini yoxdursa verməməsini bildirmişdir. Bundan sonra Naib araya söz qataraq Nüsrətin qolundakı saatdan xoşu gəldiyini və taxıb baxmaq istədiyini demiş, Nüsrət də saatı vermiş, Naib saatdan xoşu gəldiyini və qaytarmayacağını demişdir. Bundan bir az sonra Nüsrətin mobil telefonuna zəng gəlmiş, Naib indi də telefondan xoşu gəldiyini deyib, baxmaq üçün Nüsrətdən telefonu almış, lakin Nüsrət israrla telefonu Naibdən geri istəsə də Naib Nüsrətə ona verməli olduğu 4 manatını verdikdən sonra telefonu qaytaracağını demiş, lakin o, Naibə pul istəmədiyini, halallıq verdiyini demiş, Kuzun-qışlaq kəndinə çatdıqda isə körpünün üzərində Nüsrət və Naib maşından düşmüş, Nüsrət israrla telefonunu istəsə də Naib telefonu qaytarmamış, Naib, Nüsrətə “Kanal yaxımızdadı ha, səni ora ata bilərəm” demişdir. Onlar mübahisə etdikdən sonra əsəbləşmiş, gedəcəyini demiş, bu zaman Nüsrət özünün də onunla getmək istədiyini demiş və maşına əyləşmiş, bir qədər getdikdən sonra isə Nüsrət avtomobildən düşmüş, evinə qayıtmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədən görünür ki, xx.xx.2023cü il tarixdə, saat 23 radələrində Xaçmaz şəhərindən yaşadığı Xaçmaz rayonu Qırağlı kəndinə asfalt yol ilə piyada qayıtmış, bu zaman əvvəllər tanıdığı Quba rayonu Küpçal kənd sakini Bayram adlı şəxs tərəfindən idarə edilən “VAZ 2106” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobili saxlamış və həmin avtomobilin arxa oturacaq hissəsinə əyləşərək yaşadığı kənd tərəfə yola davam etmişlər. Avtomobilə əyləşən zaman həmin avtomobilin qabaq hissəsində adının sonradan Naib olduğunu bildiyi şəxs də olmuşdur. Avtomobil hərəkətinə davam etmiş, Qırağlı kəndinə çatanda sürücü Bayram adlı şəxsdən avtomobili saxlamasını xahiş etmiş, lakin sonuncu qabağda əyləşən Naib adlı şəxsi Qusar rayonu Kuzun Qışlaq kəndində düşürüb qayıdacağını, geri tək qayıtmaması üçün özünə yoldaşlıq etməsini xahiş etmişdir. Daha sonra Bayram adlı şəxs tərəfindən idarə edilən həmin avtomobil Kuzun-Qışlaq kəndinə çatana yaxın yolda Naib adlı şəxs onun qolundakı saatı görüb “Nə qəşəng saatın var?!” deməklə baxmaq üçün saatı istəmiş, sol qolundakı “Naviforce” markalı, kəmər qolbaqlı qara rəngində saatı Naibə vermiş və təxminən 5 dəqiqə sonra saatını geri istəmiş, lakin Naib qərəzli olaraq saatı qaytarmayacağını bildirmişdir. Daha sonra yolda onun mobil telefonuna zəng gəlmiş, telefona cavab vermiş, bu zaman Naib telefona baxmaq istəmiş və ondan telefonu almış, lakin telefonu Naibə vermək istəməmiş, bu zaman Naib onun üstünə qışqıraraq qorxutmaqla telefonunu almışdır. Onlar Kuzun-Qışlaq kəndinə çatmış, birinci olaraq avtomobildən düşmüşdür ki, o, Naibdən öz saatını və telefonunu istəmiş, lakin bu zaman Naib onun üstünə gəlmiş, eyni zamanda “Sən mənə neynəyə biləcəksən? Səni bu dəqiqə alıb kanala ataram!” deməklə onu hədələmişdir. Daha sonra Bayram getmək istədiyini demiş, o, da Bayramla gedəcəyini demiş və birlikdə oradan ayrılmış, lakin yolda Bayramdan avtomobili saxlamasını qabaq oturacağa keçmək istədiyini demiş, avtomobildən düşdükdə isə Bayram avtomobili sürüb getmiş, oradan piyada evə getmişdir. Səhəri gün Bayramın yanına getmiş, telefonunu və saatını geri götürmək üçün Naibin ünvanını istəmiş, lakin Bayram Naibin ünvanını bilmədiyini demiş, əsəbləşib bu baradə Qusar rayon polis şöbəsində ərizə ilə müraciət etmiş, ərizəsində də Bayramın Naiblə əlbir olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 540 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar edilmədi. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilib araşdırılmış məhkəməəmtəəşünaslıq ekspertizasının 23 noyabr 2023- cü il tarixli, 9/8065 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekpertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Çin istehsalı, “Realme” markalı, “C30S” model, qara rəngli, 32 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120,00 manat, 01 ədəd (077) ***-**-** saylı “Azerfon” mobil nömrə 4,00 manat, 01 ədəd “Naviforce” markalı qol saatı 40,00 manat müəyyən edilir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilib araşdırılmış məhkəməpsixiatrik ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 3110 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müəyyən edilən “üzvi şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, onu qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs onda aşkar edilən üzvi mənşəli şəxsiyyət pozuntusu nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilib araşdırılmış baxış keçirilməsi barədə olan prokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus Realme” markalı mobil telefon Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs mobil telefonu gizlətdiyi yeri göstərmiş, eləcə də atdığı qol saatının yerini də göstərmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Mərkəzi Xəstaxanası publik hüquqi şəxsin poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında qeydiyyatındadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1(bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdə isə Qusar rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Aministiya Qərarı”nın 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsəni əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bir ədəd “Naviforce” markalı qol saatını, “Realmi”markalı mobil telefonu, üzərindəki 4 manat dəyərində “Azərfon” mobil nömrəni açıq şəkildə talayaraq zərəçəkmişə cəmi 164 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 3-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, əqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Şahid idarə etdiyi “Vaz 2106” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobildə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs əvvəlcə bir ədəd 40 manat dəyərində “Naviforce” markalı qol saatını, bundan bir neçə dəqiqə sonra isə bir ədəd 120 manat dəyərində “Realmi”markalı mobil telefonu, üzərindəki 4 manat dəyərində “Azərfon” mobil nömrəni Şahid gözü qarşısında açıq şəkildə talayaraq zərəçəkmişə cəmi 164 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə və onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini məhkəmə özünümüdafiə xarakterli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsini məhkəmə istintaqında dindirilmiş Şahid və məhkəməyədək icraat zamanı dindirilmiş zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs ifadələri ilə təsdiq olunur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs bilavasitə təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilməmiş, şikayətçidir, təqsirləndirilən şəxslə barışmır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını Azərbaycan Respublikası CM 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs iki dəfə qəsdən cinayət törətməyə görə məhkum olunmuş və hər iki dəfə də azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilsə də, məhkəmə hesab edir ki, hazırda o islah olunmamış, həmçinin iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs islah olunması və hüququn xəbərdaredici funksiyasını təmin etmək məqsədi ilə məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, məhkəmə iclas zalında tutulmadan azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və o, tapılanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdən, 16 oktyabr 2023-cü il tarixə kimi, həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut olan 01 ədəd Realmi”markalı mobil telefonun, üzərindəki (077) ***-**-** saylı “Azərfon” mobil nömrənin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 14 oktyabr 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən tarixdən hesablansın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd Realmi”markalı mobil telefonun, üzərindəki (077) ***-**-** saylı “Azərfon” mobil nömrənin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar