Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-23/2021 23.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (boşanmış), himayəsində bir azyaşlı uşağı olan, natamam-orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından çıxışı qadağan olunduğundan Rusiya Federasiyasına qanuni yolla gedə bilmədiyindən Rusiya Federasiyasına getmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qusar rayonunda yerləşən 4-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında yaşamış, orada işləmiş və pul qazanmışdır. O, boşanmış və uşağı anasının himayəsində qalmışdır. Həmin uşağa görə hər ay 160 manat məbləğində aliment ödəyir. Alimentə görə onun ölkədən çıxışına qadağa qoyulmuş, bununla belə o, işləyib pul qazanmaq üçün Rusiya Federasiyasına getmək istəmiş və ona görə də, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 24 radələrində Qusar rayonu Şirvanovka kəndi ərazisindən sərhəd keçid məntəqəsindən kənardan sərhədi keçmək istəyərkən onu əsgərlər saxlamışlar. xx xxxxxx 2020-ci il tarixdə gecə 01:45-də onu inzibati qaydada tutmuşlar və həmin gün saat təxminən 12 radələrində tutmadan azad etmişlər. Hazırda əməlindən peşmançılıq hissi keçirir, himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən sərhəd xidmətində qulluq edir. xx xxxxxx 2020-ci il tarixdə o, Rusiya Federasiyası ilə sərhəddə yerləşən Qusar rayon Şirvanovka kəndi ərazisində xidmətdə olarkən gecə saat təxminən 24 radələrində bir avtomobil yaxınlaşmış və bir nəfər şəxs avtomobildən düşərək sərhəd xəttinə tərəf getməyə başlamışdır. O və digər sərhədçilər pusqu quraraq onu gözləmişlər və “dayan” əmri vermişlər. Həmin şəxs dayanmış və onlar həmin şəxsi saxlamışlar. Sonradan məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sorğu-sual zamanı həmin şəxs işləmək üçün Rusiya Federasiyana getmək istədiyini bildirmişdir. Həmin şəxs onlara müqavimət göstərməmiş, könüllü təslim olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli əraziyə baxış keçirilməsi barədə protokoldan görünür ki, əraziyə baxış keçirilməsi üçün Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs sərhəd zastavasının xidməti sahəsinə gətirilmiş və əraziyə birlikdə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etdiyi ərazini göstərmiş, ərazi “Şirvanlı” sərhəd nəzarət məntəqəsinin yanında yerləşir. Vətəndaş Təqsirləndirilən şəxs saxlandığı yer dövlət sərhəd xəttindən 120 metr aralı, mühəndis çəpərindən 30 metr içəridə yerləşir. Əraziyə baxış zamanı əlavə hər hansı şübhəli əşya və ya əlamət aşkar edilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə sənədlərin texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 5073 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına C03085200 nömrəli Azərbaycan Respublikasının pasportu xüsusi mühafizə vasitələrilə təchiz olunmuş blankdan ibarət olmaqla mətbəə çap üsulu vasitəsilə hazırlanmışdır və həqiqi pasportunun nümunəsi ilə eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 5073 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 61,52 (altmış bir manat əlli iki qəpik) manat təşkil edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:45-də N nömrəli hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant X3 tərəfindən inzibati qaydada tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə təqdim edilmiş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) edilmiş çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə saat 08:48 radələrində “saxla” statusunda olan və Rusiya Federasiyası istiqamətində keçən Təqsirləndirilən şəxs 451 nömrəli aktla Qusar RPŞ-nin Samur PB-nə təhvil verilmişdir. Həmçinin, həmin şəxs xx.xx.2019-cu il tarixdə saat 20:25-də, xx.xx.2019-cu il tarixdə saat 18:31-də, xx.xx.2019-cu il tarixdə saat 19:16-da, xx.xx.2020-ci il tarixdə saat 19:11-də Azərbaycan Respublikasından çıxışı qadağan olunduğu üçün sərhəddən geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2781 saylı arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xx/xx-3484 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan İİ-OJ 891983 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2014-cü ildə anadan olmuş, atası Təqsirləndirilən şəxsdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq çəkməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini və həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək onun hazırkı iş üzrə inzibati qaydada tutularaq xx xxxxxx 2020-ci il tarixdə 1 (bir) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə məhkəmə xərcləri 61,52 (altmış bir manat əlli iki qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək Təqsirləndirilən şəxs hazırkı iş üzrə inzibati qaydada tutularaq xx.xx.2020-ci il tarixdə 01 (bir) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 2900 (iki min doqquz yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 61,52 (altmış bir manat əlli iki qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-23/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-23/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver