Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-23/2023 11.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1960-cı ildə Qusar rayonu Kuzun qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.2-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il, 11 (on bir) ay, 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış) məhkumluğu ödənilmiş, Qusar rayonu Kuzun qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə Qusar rayonu Kuzun Qışlaq kəndində qonşusu Zərərçəkmiş şəxs ilə küçədə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, onu təhqir edib, üstünə gedərək Zərərçəkmiş şəxsla mübahisə etmiş, sonuncu evinə qayıtmaq üçün geriyə dönmək istədikdə, əvvəlcədən mağazadan aldığı əlindəki 01 ədəd pivə şüşəsini silah qismində istifadə etməklə qəsdən qəflətən 1 dəfə Zərərçəkmiş şəxs başına vurmuş, daha sonra isə yumruq və təpik zərbələri ilə vuraraq yerə yıxmaqla ona “sol alın-təpə nahiyəsinin və alnın sağ tərəfinin kəsilmiş yaraları“ ilə ifadə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla onun qonşusudur. O, Radif ilə bir neçə ildir ki, aralarında yaranmış narazılıqlara görə münasibətləri pozularaq küsülü olmuşdur. 11 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdə şam etdiyi zaman spirtli içki qəbul etmiş, sonra gəzişmək üçün tək başına küçəyə çıxmışdır. Həmin gün saat 19 radələrində kənddə yerləşən mağazaların birindən özü üçün 01 ədəd şüşə pivə alıb öz evinə qayıdan zaman həmkəndlisi Zərərçəkmiş şəxsla rastlaşmışdır. Həmin vaxt Radif sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman o, səbəbini aydınlaşdırmaq üçün Radifə yaxınlaşmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar tutaşmış, Radif evinə qayıtmaq üçün geriyə dönmək istədikdə isə o, əlində olan pivə şüşə butulkası ilə Zərərçəkmiş şəxs başına vurmuş, butulka sınaraq qırıntıları yerə tökülmüşdür. Bundan sonra isə onlar bir-birini yumruq və təpiklə vurmaqla davam etmişdir. Səs-küyə Zərərçəkmiş şəxs evində olan anası Şahid3, arvadı Ofeliya Əhmədova, bacısı Şahid5, qonşuluqda yaşayan Şahid1 və evdə usta işləyən Şahid2 gələrək onları sakitləşdirərək ayırmışlar. O, həmin gün saat DİN-nin 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxsla aralarında münaqişənin baş verməsi barədə məlumat vermişdir. Törətdiyi əmələ görə peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, həmçinin qonşusudur. Lakin bir neçə ildir ki, Heydərlə aralarında yaranmış müəyyən narazılıqlara görə münasibətləri pozulmuşdur. 11 oktyabr 2022-ci il tarixdə o, yaşadığı evdə şam etdiyi zaman spirtli içki qəbul etmiş, saat 19 radələrində evin qarşısına çıxıb siqaret çəkməyə başlamışdır. Həmin vaxt sərxoş vəziyyətdə olan Heydər heç bir səbəb olmadan onun ünvanına söyüşlər söyərək ona yaxınlaşmış və aralarıda mübahisə yaranmışdır. O, Heydərə baş qoşmamaq üçün öz evinə qayıtmaq üçün geriyə dönmək istədikdə, Heydər pivə olan şüşə butulkası ilə onun başına vurmuş, butulka sınaraq qırıntıları yerə tökülmüşdür. Bundan sonra onlar qarşılıqlı olaraq yumruq və təpiklə bir birlərini vurmuşdur. Onların mübahisə səsinə evdə olan anası Şahid3, arvadı Ofeliya Əhmədova, bacısı Şahid5, qonşuluqda yaşayan Şahid1 və onun evində usta işləyən Şahid2 gələrək onları sakitləşdirmişlər. Bu zaman ailə üzvləri onu evə aparmış, ona ilkin tibbi yardım göstərmiş, sonra onu xəstəxanaya aparmışlar. Xəstəxanada onun başına 6 tikiş atılmış və 3 gün ərzində xəstəxanada qalmışdır. 13 oktyabr 2022-ci il tarixdə o, xəstəxanadan evə buraxmışdır. Hazırda ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Ona həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Bir neçə ildir ki, Heydər ilə aralarında yaranmış müəyyən narazılıqlara görə münasibətləri pozulmuşdur. 11 oktyabr 2022-ci il tarixdə əri Zərərçəkmiş şəxs yaşadığı evdə şam yeməyindən sonra evin qarşısına çıxıb siqaret çəkməyə başlamışdır. Həmin vaxt küçədən səs-küy eşitmiş, o, qayınanası Gülümnaz və baldızı Sevil ilə evdə olan zaman birlikdə dərhal küçəyə çıxmışdır. Küçədə əri Radifın qonşusu Heydərlə qarşılıqlı bir-birini yumruq və təpik zərbələri ilə vurduqlarını görmüşlər. Bu zaman səs-küyə qonşuluqda yaşayan qohumu Xuraman və onun evində usta işləyən Şahid2 gələrək onları sakitləşdirərək ayırmışlar. Həmin vaxt Heydər təkrar Radifin üstünə gəlib onun ünvanına nalayiq söyüşlər söyərək onu döymək istəyən zaman Xuraman Heydəri çətinliklə sakitləşdirərək yola salmışdır. Bundan sonra onlar Radifə ilkin tibbi yardım göstərmiş sonra Radif xəstəxanaya getmişdir, xəstəxanada Radifin başına 6 tikiş atılmış, Radif 3 gün ərzində xəstəxanada qalmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, o şahid X1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1, Şahid2, Şahid3 ibtidai araşdırma orqanına verdikləri ifadələrindən görünür ki, onlar Şahid5 və X1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 və publik hüquqi şəxsin 12 oktyabr 2022-ci il tarixli, 467 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətləri-sol alın-təpə nahiyəsinin və alnın sağ tərəfinin kəsilmiş yaraları kənarı iti əşyanın (əşyaların) təsirindən, xx.xx.2022-ci il tarixdə şüşə qab (butulka) ilə vurulma nəticəsində başında sınıb kəsərək əmələ gələ bilər, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən tələbnamədən və Qusar Rayon Məhkəməsinin 29 dekabr 2013-cü il tarixli 1(029)-59/2013 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 29 dekabr 2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.2-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il, 11 (on bir) ay, 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Xaçmaz rayon məhkəməsinin 16 mart 2015-ci il tarixli qərar ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, 21 fevral 2016-cl il tarixdə şərti cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 29 dekabr 2013-cü il tarixli hökmü ilə məhkum olunduğu cinayətlərin təsnifatına görə az ağır cinayətlər sırasına daxildir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra məhkum olunmuş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə cəzasını çəkib qurtardıqdan iki il keçdikdən sonra törətdiyindən Cinayət Məcəlləsinin 83.3.3, 83.4-cü maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət əməli ehtiyatsızdan törədilmiş cinayət əməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residiv yoxdur. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs nun təqdim etdiyi 01 ədəd butulkanın şüşə qırıntıları maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar saxlanılması nəzərə alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs ilə küçədə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, onu təhqir edib, üstünə gedərək Zərərçəkmiş şəxsla mübahisə etmiş, sonuncu evinə qayıtmaq üçün geriyə dönmək istədikdə, əvvəlcədən mağazadan aldığı əlindəki 01 ədəd pivə şüşəsini silah qismində istifadə etməklə qəsdən qəflətən 1 dəfə Zərərçəkmiş şəxs başına vurmuş, daha sonra isə yumruq və təpik zərbələri ilə vuraraq yerə yıxmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddəsi ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Qusar RİHB-nın Qusar rayon Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar RİHB-nın Qusar rayon Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 57 saylı 14 oktyabr 2022-ci il tarixli məktubdan və 480 saylı 05 dekabr 2022-ci il tarixli arayışdan görünür ki,Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1962-ci il təvəllüdlü Mafizat Heydərovadan, xx.xx.1994-cü il təvəllüdlü oğlu Rüstəm Heydərovdan xx.xx.1994-cü il təvəllüdlü qızı Dünya Heydərovadan, xx.xx.2015-ci il təvəllüdlü Səma Heydərovadan, 30 dekabr 1982-ci il təvəllüdlü qızı X2, 18 iyun 2008-ci il təvəllüdlü nəvəsi X5, 26 aprel 2011-ci il təvəllüdlü nəvəsi X4 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nevrocərrahlıq Xəstəxanası xəstənin stasionar tibbi kartindan 1073 nömrəli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “ön birləşdirici arteriyanın kisəşəkilli anevrizmasının təkrar partlanması. Kəskin subaraxnoidal qansızma” diaqnozu qoyulmuşdur. xx.xx.2015-ci il tarixdə cərrahi əməliyyat keçirib, “Sağtərəfli pterional kraniotomiya və ön birləşdirici arteriyanın kisəşəkilli anevrizmasının klipslənməsi” icra olunmuşdur. İş materiallarında olan Qusar rayon notariat ofisində təsdiq olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tamamilə ödəmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng edərək Rafik adlı qonşusunun münaqişə etməsini bildirmişdir. İş materiallarında olan Qusar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 18 oktyabr 2022-ci il tarixli PHŞ-6.54-2-2022-221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim narkoluqun və psixiatrın qeydiyyatında yoxdur. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1, 59.1.4; hadisə barədə Din-nin 102 Xidmətinə könüllü məlumat verməsini CM-nin 59.1.10; zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını, hadisə barədə Din-nin 102 Xidmətinə könüllü məlumat verməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, onun himayəsində bir azyaşlı uşağı var, zərərçəkmiş şəxslə barışmış, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarın 2.21-ci bəndində qeyd olunur ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-də tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, həmin tarixdə saat 17:40-da tutulmadan azad edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 28 noyabr 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixə kimi həbsdə qaldığı 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar saxlanılması otağında saxlanılan, hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd butulkanın şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdu. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 28 noyabr 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 01 (bir) il 06 (altı) sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd butulkanın şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-23/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-23/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver