Məhkəmə qərarları › İş №1(029)-23/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-23/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-23/2024 15.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2ayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində Qusar şəhəri, H.Əliyev prospektində yerləşən “North” mağazasına gedib oradan hər biri 0,5 litr həcmində olan 3 ədəd “Jaguar” spirtli enerji içkisi alıb içərək spirtli içkinin təsirindən sərxoş vəziyyətə düşərək əvvəllər kirayədə qaldığı evin qonşuluqlarında yaşayan, xoşu gəldiyi Zərərçəkmiş şəxs yaşadığı evə girmək qərarına gələrək 24 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixə keçən gecə, saat təxminən 00:25 radələrində Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin yaşadıqları ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, evin darvazası kilidli vəziyyətdə, bağlı olduğundan heç kimə xəbər etmədən hasarın üzərindən tullanıb evin həyətinə icazəsiz girmiş, ev sahiblərini çağırmadan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə, qanunsuz olaraq mənzilin giriş qapısını açıb gizlincə mənzilə daxil olmuş, mənzilin ikinci mərtəbəsində yataq otağında yatdığını zənn etdiyi Zərərçəkmiş şəxs ondan xoşu gəldiyini demək üçün mənzilin daxilində yerləşən pilləkənlərlə sakitcə ikinci mərtəbəyə çıxmış, bu zaman həmin mənzilin ikinci mərtəbəsində yerləşən yataq otağında olan, Zərərçəkmiş şəxs qızı Şahid1 onu görüb otağın pəncərəsindən üstünə telefon işığını yandırıb tutduğundan, sonra isə ona tərəf gəlib ucadan qışqırmağa başladığından, tanınmaması üçün əlini üzünə tutub mənzildən çıxmaqdan ötrü pilləkənlə qaça-qaça birinci mərtəbəyə tərəf düşmüş, mənzilin birinci mərtəbəsində Zərərçəkmiş şəxs onun qarşısına çıxmaqla qolundan tutub saxlayaraq başından papağını dartıb əlinə alıb, üzünə baxarkən onu dərhal tanıdığını deyib qaçmamasım bildirməsindən sonra, qanunsuz girdiyi mənzildən qaçmaqdan ötrü Zərərçəkmiş şəxs əlindən papağını dartışdırıb alıb, sonra isə mənzildən qaçıb getmiş, bununla da Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs yaşadığı mənzilə onun iradəsi ziddinə daxil olaraq mənzil toxunulmazlığını pozmuşdur Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, spirtli içkinin təsiri altında olaraq əvvəllər evinin yaxınlığında, qonşuluqlarında kirayədə yaşayarkən Qusar şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs yaşadığı evə girmək qərarına gəlmiş, çünki hələ əvvəldən Zərərçəkmiş şəxs qadın kimi onun xoşuna gəlmişdir. Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində piyada hərəkət edərək 24 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixə keçən gecə, saat təxminən 00:25 radələrində onun evinin qarşısına çatmış, evin darvazası kilidli vəziyyətdə olduğundan heç kimə xəbər etmədən hasarın üzərindən tullanıb onun evinin həyətinə icazəsiz daxil olmuşdur. Qapının kilidsiz vəziyyətdə olmasından istifadə edərək heç bir səs çıxartmadan, ev sahiblərini çağırmadan, onlardan icazə almadan, qanunsuz olaraq mənzilin giriş qapısını açıb mənzilin içərisinə girmişdir. Fikirləşmişdir ki, Zərərçəkmiş şəxs mənzilin ikinci mərtəbəsində yatır, orada ondan xoşu gəldiyini ona desin. Ona görə də mənzilin daxilində sakitcə pilləkənlərlə ikinci mərtəbəyə çıxıb orada eyvanda dayanmış, mənzilin içərisində ikinci mərtəbəyə qalxarkən bu vaxt pilləkəndən ayaq səsləri eşidilmişdir. Bu zaman ikinci mərtəbədə yerləşən yataq otağında Şahid1 və Şahid2 olmuşlar. Aytən onu görüb telefon işığını yandırıb otağın pəncərəsindən onun üstünə tutmuş, sonra isə ona tərəf gəlib ucadan qışqırmağa başlamışdır. Aytənin onu tanımaması üçün əlini üzünə tutub qanunsuz daxil olduğu mənzildən çıxmaqdan ötrü pilləkənlə qaça-qaça birinci mərtəbəyə tərəf düşmüş, bu zaman Aytən də onun arxasınca gəlmişdir. Birinci mərtəbədə Zərərçəkmiş şəxs onun qarşısına çıxıb qolundan tutub saxlamış, başındakı papağını dartıb əlinə almış, üzünə baxıb onu dərhal tanıdığını deyib qaçmamasım bildirmişdir. Arzu onun arxasınca qaçmağa başlamışdır. Cəld şəkildə evin həyətindəki darvazanın arxa tərəfdən bağlanan kilidini açıb yola tərəf qaçmış, Arzu da qızı Aytənlə birlikdə evlərinin qarşısında olan avtomobilinə minib onun arxasınca düşmüşlər. İzini itirmək üçün onlardan müxtəlif yolları dolanaraq qaçsa da, lakin onlar Qusar şəhəri 3 nömrəli tam orta məktəbin qarşısında onun qabağına çıxmışlar. Arzu və qızı Aytən avtomobildən yerə düşdükdən sonra Arzu ondan niyə onların evinə gecə vaxtı xəbər etmədən, icazələri olmadan, hansı məqsədlə qanunsuz girdiyini soruşmuş, özü isə içkili halda olduğundan, bir az da qorxub həyəcanlandığından sakitcə dayanıb heç bir söz deyə bilməmişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunmuş şahidlərin ifadələri, eləcə də işdə olan digər mötəbər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat təxminən 00:25 radələrində yataq otağında çarpayıda uzanarkən qapının səsini eşitsə də, lakin bu zaman ərinin siqaret çəkmək üçün həyətə çıxdığını düşündüyü üçün bu səsə əhəmiyyət verməmişdir. Daha sonra isə qızlarının qışqırıq səslərini eşitdiyinə görə dərhal yataq otağından evin dəhlizinə çıxmış, bu zaman kişi cinsli şəxsin mənzilinin içərisinə onlardan xəbərsiz, qanunsuz olaraq daxil olduğunu, onun qaça-qaça pilləkənlə ikinci mərtəbədən birinci mərtəbəyə düşdüyünü, qızı Aytənin də onun arxasınca aşağı düşdüyünü görmüşdür. Yaşadıqları mənzilə iradələri ziddinə, qanunsuz daxil olan şəxsin kim olduğunu müəyyən etmək və niyə xəbərsiz içəri girdiyini soruşmaq üçün dərhal ona yaxınlaşıb qolundan tutmuş, başındakı papağı dartıb əlinə almış, həmin şəxsin üzünə baxaraq Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Şahinə onu dərhal tanıdığını, heç yerə qaçmamasmı demişdir. Həmin vaxt ondan kəskin şəkildə spirtli içki iyi gəldiyindən sərxoş vəziyyətdə olduğunu bilmişdir. Şahin papağını dartıb onun əlindən almış, onu itələyib yerə yıxmış, sonra isə evdən çıxaraq həyətə qaçmışdır. Özü də Şahinin onların mənzilinə niyə qanunsuz daxil olduğunu aydınlaşdırmaq üçün onun arxasınca qaçmışdır. Şahin cəld şəkildə evin həyətindəki darvazanın arxa tərəfdən bağlanan kilidini açıb küçəyə çıxaraq qaçmağa davam etmiş, bu zaman əri Azad da səs-küyə görə yuxudan oyanmışdır. Şahini tutmaq üçün dərhal evinin qarşısında saxladığı, özünə məxsus “Nissan Tiida” markalı avtomobilinə minmiş, qızı Aytən də avtomobildə əyləşmişdir. Onlar Şahinin arxasınca getmişlər. Şahin müxtəlif yolları dolanaraq onlardan qaçmışdır. Qusar şəhəri 3 nömrəli tam orta məktəbin yaxınlığında isə onun qarşısına çıxıb avtomobildən düşmüşlər. Şahinə dayanmasını deyib, niyə evinə gizli şəkildə daxil olduğunu soruşmuş, onun barəsində polisə şikayət edəcəyini demişdir. Şahin isə onun sözlərinə fikir vermədən, heç bir söz demədən qaçıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs onlardan icazəsiz, iradələrinə zidd olaraq, qəflətən, xəbərləri olmadan yaşadıqları mənzilə qanunsuz daxil olduğuna görə yanında olan qızı Aytənin istifadəsində olan “077 567-24-40” savlı mobil telefon nömrəsindən Azərbaycan Respublikası DİN-in 102 Xidməti-zəng Mərkəzinə zəng edərək Şahinin yaşadıqları evə qanunsuz daxil olmasını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1, Şahid2 və Şahid3 ibtidai araşdırma orqanına verdikləri ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 24 sentyabr 2023-cü il tarixdə Qusar şəhərində yerləşən “Diamond” restoranında usta kimi işlədiyi üçün həmin gün ərzində bu restoranda olmuşdur. Qeyd edilən gün atası Təqsirləndirilən şəxs, anası Şahid5 və qardaşı Təqsirləndirilən şəxs da onunla birlikdə həmin “Diamond” restoranında olmuşlar. Saat təxminən 23 radələrində tanışları ilə birlikdə futbol oynamaq üçün “Diamond” restoranından çıxıb X1 Kompleksinə getmiş, orada tanışları ilə futbol oynadıqdan sonra 24 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixə keçən gecə, saat təxminən 00:30 radələrində X1 Kompleksindən çıxıb yaşadığı evə getmişdir. Evə çatdıqda qardaşı Təqsirləndirilən şəxs da evə gəldiyini görmüşdür. Həmin vaxt Şahin həyəcanlı, narahat olduğundan ondan nə baş verdiyini soruşsa da, ona heç nə deməmişdir. Lakin Şahinin özünü aparmasından, hərəkətlərindən, həyəcanlı olmasından nə isə pis bir hadisə baş verdiyindən şübhələnmişdir. Həmin vaxt Şahinin əynində qollarında üç zolaqlı ağ xətlər olan, ön hissəsində adidas sözü yazılan, başlıqlı, qara rəngli gödəkcə, ön hissəsində emblem olan, qara rəngli qısaqol köynək, belində kəmər olan, boz rəngli cins şalvar, qara rəngli papaq (kepka) olmuşdur. Ondan spirtli içki iyi gəldiyindən sərxoş vəziyyətdə olduğunu bilmişdir. Həmin vaxt evlərində özü və Şahindən başqa anası Şahid5 da olmuş, atası Təqsirləndirilən şəxs isə işdə olmuşdur. Anası Roza onların evə gəldiklərini görmüşdür. Bir müddət sonra Qusar rayon Polis şöbəsinin polis əməkdaşları onların evinə gəlib Qusar şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə zəng edərək Təqsirləndirilən şəxs onun evinə qanunsuz girməsinə dair şikayət etdiyini bildirmişlər, qardaşı Şahini izahatının alınmasından ötrü Qusar rayon Polis şöbəsinə aparmışlar. Onlar həmin vaxt bilmişlər ki, Şahin xx.xx.2023-cü il tarixdə, gecə saatlarında “Diamond” restoranından çıxdıqdan sonra Zərərçəkmiş şəxs yaşadığı evə gedib ondan və ailə üzvlərindən icazə almadan, xəbərsiz, qanunsuz olaraq onların mənzilinə girmiş, ev sahibləri onu gördükdən sonra isə oradan qaçıb getmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı da öz ifadəsində bildirdiklərini əyani şəkildə yerində göstərməklə təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs, iş üzrə yetkinlik yaşına çatmamış şahid qismində dindirilmiş Şahid1, Şahid2 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri aparılan zaman da onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı bir daha deməklə tam təsdiq etmişlər. Cinayət işinin materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 18-1-54/2- 912/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Komisyon kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 3377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən və ondan sonra hər hansı psixi (ruhi) xəstəlik keçirməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onda hər hansı psixi xəstəliyin simulyasiyası müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Onun ifadəsinə əsasən əməli törətdiyi dövrdə adi sərxoşluq vəziyyətində olmasını güman etmək olar. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21, 22-ci maddələrinin təsiri altına düşmür. O, öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Onun idrak prosesləri (diqqət, hafizə, qavrayış, təfəkkür və s.) normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində ünsiyyətcillik, adaptivlik, özünəməxsus mövqe, prinsipə malik olmaq və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar