Məhkəmə qərarları › İş №1(029)-23/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-23/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-23/2025 09.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Qusar rayonu, Qılah-Oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, təqaüçdü, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Yalama kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə, gecə saatlarında Qusar rayonu Qılah-oba kənd qəbrstanlığına gedərək orada yerləşən 1 metr 80 sm uzunluğunda, 60 sm enində, qalınlığı 12 sm olan daş qəbir, həmin qəbrin üzərində 2 sm qalınlığında 40 sm uzunluğunda və 30 sm enində qara mərmərdən şəkil lövhə olan X2 qəbir daşını qəsdən fiziki güc tətbiq edərək dağıtmaqla xalq arasında olan ümumi qəbul edilmiş qaydaları pozmaqla qəbrin dağıdılması ilə müşayət olunan hərəkətlər etməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası Telman Şeydayevin 2018-ci ildə vəfat etmiş və tərəflərindən Qusar rayonu Qılah-oba kənd qəbrstanlığında dəfn edilmişdir. Bundan sonra onun üçün mərmərdən qəbir daşı qoymuşlar. xx.xx.2024-cü il tarixdə, saat 11-12 radələrində eşitmişdir ki, kim isə atasının qəbir daşını vurub sındırmışdır. Təcili olaraq yaşadığı Xaçmaz rayonu Yalama kəndindən çıxıb piyada Qusar rayonu Qılah-oba kənd qəbrstanlığına gəlmişdir. Oraya çatanda atasının qəbir daşının yerə yıxıldığını və zədələndiyini, eləcə də digər iki qəbrin də, yerə yıxıldığını görmüşdür. Bundan sonra həmin faktlarla bağlı polisə məlumat verilmişdir. Həmin gün Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qəbir daşlarını qəsdən sındıran şəxsin Zərərçəkmiş şəxs olduğu məlum olmuş, Zərərçəkmiş şəxs illər öncədən onlarla düşmənçilik etmişdir. Zərərçəkmiş şəxs bu hərəkəti onda intiqam hissə oyandırmış və qərara gəlmişdir ki, cavab olaraq Zərərçəkmiş şəxs atasının qəbir daşını sındırsın. Əvvəlcə qardaşı Şahid1lə qarşılıqlı razılaşmışlar ki, Zərərçəkmiş şəxs atasının qəbir daşını sındırsınlar, lakin daha sonra qardaşına demişdir ki, o bu məsələdən kənarda dayansın, özü bu məsələni həll edəcək. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində yaşadığı Xaçmaz rayonu Yalama kəndindən piyada çıxıb Qusar rayonu Qılah-oba kənd qəbrstanlığına gəlmiş, gecənin qaranlıq saatlarında qəbrstanlıq yolundan əlinə böyük bir daş götürmüş, daha sonra Zərərçəkmiş şəxs atası Ənvər Eldarovun qəbrinin qarşısına gəlmiş, sonra isə baş verənləri xatırlamamışdır. Özünə gəldikdən sonra Ənvər Eldarovun qəbir daşını dağıtdığını görmüş, qəbir daşını dağıtdığı daşı götürüb kolluğa atmış və oradan uzaqlaşıb yenə piyada Xaçmaz rayonu Yalama kəndində yerləşən evinə qayıtmışdır. Evə gələndə bu barədə ailə üzvlərinə heç nə deməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, əmisi X1 və atası X2 məzarları hər ikisi Qusar rayonu Gilah-oba kənd məzarlığında yerləşir. Atası və əmisinin qəbir daşlarını Şahid1 dağıtmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, Təqsirləndirilən şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs dağıtdığı qəbir daşlarını göstərərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “ümumi xəstəlik” 1-ci qrup və “ƏG” 2-ci qrup əlildir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, iş üzrə maddi ziyanın ödənilməsini, CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, “ümumi xəstəlik” 1-ci qrup və “ƏG” 2-ci qrup əlil olmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.4-cü maddəsinə əsasən islah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir. Məhkəmə, Təqsirləndirilən şəxs “ümumi xəstəlik” 1-ci qrup və “ƏG” 2-ci qrup əlil olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.4-cü maddəsinin tələblərinə görə ona islah işləri növündə cəza təyin edilə bilməz. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən halları müzakirə etmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmamasını, iş üzrə maddi ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, “ümumi xəstəlik” 1-ci qrup və “ƏG” 2-ci qrup əlil olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs “ümumi xəstəlik” 1-ci qrup və “ƏG” 2-ci qrup əlil olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.4-cü maddəsinin tələblərinə görə ona islah işləri növündə cəza təyin edilə bilinmədiyinə görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında digər yüngül cəza olmadığından, qanun humanizm prinsipini, iş üzrə yüngülləşdirən halları nəzərə alaraq, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbini yoxdur, iş üzrə maddi ziyan ödənilmişdir, hal-hazırda əməlindən səmimi peşman olmuşdur. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarın 2.21-ci bəndində qeyd olunur ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar