Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-24/2021 18.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 04.11.1986-cı ildə Qusar rayonu Köhnə-Xudat kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, 3-cü qrup əlil, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, zərər çəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla, 2018-ci ilin iyun ayında Zərərçəkmiş şəxsnə məxsus “X-283973.59, Y-4590559.91; X-283990.12, Y- 4590602.70; X-284010.91, Y-4590592.26; X-283994.58 və Y-4590562.52” koordinatları daxilində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,08 ha torpaq sahəsinin bir tərəfini hasarlamaqla, digər kənarlarını isə təmizləyərək şərti sərhədlər təyin etməklə ələ keçirib özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində mişar daşından pilləkən və su bulağı, eləcə də, çardaq qurmaqla özbaşına tikinti-quraşdırma işləri aparmış, 2020-ci ilin may ayından başlayaraq yay ayları da daxil olmaqla açıq tipli çayxana kimi istifadə etmiş və yalnız 2020-ci ilin oktyabr ayının əvvəllərində zəbt etdiyi ərazidə tikdiyi mişar daşından olan pilləkəni və quraşdırdığı çardağı sökərək cinayət əməllərinə son qoymuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 2016-ci ildə Köhnə Xudat kəndində yerləşən 0.08 ha torpaq sahəsində tikinti işlərinə başlayaraq bünövrə qazdırmış, 2017-ci ildə mişar daşından pilləkən və hasar tikdirmiş, 2018-ci ildə isə çardaq qurmuşdur. Həmin torpaq sahəsi onun öz torpaq sahəsindən bir qədər aralıda yerləşmiş, o, həmin torpaq sahəsinin ona verilməsi üçün X6 müraciət etmiş, lakin bələdiyyə torpaq sahəsini ona verməmişdir. Pilləkəni insanların orada olan arxa sərbəst gedib-gələ bilmələri üçün tikmişdir. Çardağı isə tikinti və məişət alətlərini qoymaq üçün tikmiş, çardağa stol, stul qoymamış, stol və stulları çardaqdan kənarda qoymuşdur. 2020-ci ilin yay aylarında o, orada çayxana kimi fəaliyyət göstərmiş və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının qadağan olunduğunu bildikdən sonra fəaliyyətini dayandırmış, tikdiyi obyektləri sökmüşdür. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində iki azyaşlı uşaqları vardır, 3-cü qrup əlildir. Odur ki, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs sədri vəzifəsində işləyir. 2020ci ilin iyun ayında bələdiyyəyə şikayət daxil olmuş və bildirilmişdir ki, Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus torpaq sahəsində tikinti işləri aparmış, orada olan arxın suyunu bulandırır. Bununla əlaqədar o, həmin yerə getmiş, orada Fuad, sonuncunun atası Ramik və icra nümayəndəsi Eldar olmuş, o, Fuadın orada əlavə işlər gördüyünü görmüş, həmçinin məlum olmuşdur ki, Fuad bələdiyyəyə məxsus 0.08 ha yaşayış məntəqələrinə aid torpaq sahəsini özbaşına tutmaqla 2017-2018-ci illərdə orada mişar daşından pilləkən və 60 sm hündürlüyündə hasar inşa etmiş, su çəni qoymuş, çardaq qurmuş, işıqlar çəkmişdir. 2020-ci ildən isə çayxana kimi fəaliyyət göstərməyə başlamışdır. O, Fuaddan sənədlərini təqdim etməsini bildirmiş, həmin şəxs sənədləri təqdim edəcəyini demiş və o, çıxıb getmişdir. 2 gündən sonra Fuad, 2007-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona 6 sot torpaq sahəsinin verilməsi barədə sənədi təqdim etmiş, o, isə həmin şəxsə izah etmişdir ki, o, əlavə torpaq sahəsini, arxın qirağını tutmuş və həmin ərazini buraxmalı, tikdiyi obyektləri isə sökməlidir. Bir müddət keçdikdən sonra o, yenidən həmin əraziyə getmiş və orada eyni vəziyyəti görmüş, Fuad tikdiyi çardağı sökərək zəbt etdiyi torpaq sahəsini buraxsa da, orada tikdiyi 60 sm-lik hasarı sökməmiş, indiyədək qalmışdır. Bundan sonra Fuada bildiriş məktubu yazmış və bir müddətdən sonra Fuadın atası Ramik onun yanına gəlmişdir. Ramik, Fuadın xəstə olduğunu bildirmiş və tezliklə həmin hasarı da sökəcəyini bildirmişdir. O, hazırda Təqsirləndirilən şəxs həbs olunmasını istəmir və ona görə də, həmin şəxsin barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs sədrinin müavini vəzifəsində işləyir. 2020-ci ilin yay aylarında o, işə gələndə Qusar rayonu Köhnə Xudat kəndinin icra nümayəndəsi Şahid1 ona zəng edərək şikayətə əsasən Təqsirləndirilən şəxs məxsus kənd ərazisində fəaliyyət göstərən kafeyə baxış keçirilməsini bildirmişdir. Köhnə Xudat kənd sakini X2 şikayət edərək Təqsirləndirilən şəxs kəndə gələn içməli su arxını bulandırdığını bildirmişdir. X8 Xəlilova ilə birlikdə Təqsirləndirilən şəxs məxsus kənd ərazisində fəaliyyət göstərən kafeyə getmişlər, həmin vaxt orada Fuad, onun atası Ramik, kənd inzibati ərazi üzrə nümayəndəsi Şahid1 olmuşdur. Bələdiyyəyə məxsus torpaq sahəsində çardaq, çən tikilmiş, stollar qoyulmuşdur. Bir stolda çay içənlər də olmuşdur. X8, Fuada torpaq sahəsinə dair sənədləri gətirməsini demiş və çıxıb getmişdir. Bir-iki gündən sonra Fuadla Ramik torpağa dair sənədləri gətirəndə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etmişdir. Onlar Fuada və Ramikə torpaq sahəsini buraxmasını bildirmişlər, Ramik də onlara həmin torpaq sahəsini buraxacaqlarını demişdir. Bir müddətdən sonra onlar yenə həmin torpaq sahəsinə baxış keçirmişlər, lakin Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus torpağı buraxmamış, hansı vəziyyətdə olmuşdursa, elə də qalmışdır. Onlar idarəyə qayıdıb Təqsirləndirilən şəxs torpaq sahəsinin buraxılması barədə bildiriş yazmışlar. Bundan sonra Fuad bələdiyyəyə gələrək xəstə olduğunu demiş, müalicə aldıqdan sonra torpaq sahəsini buraxacağını bildirmişdir. Daha sonra Fuad onlardan müxtəlif orqanlara şikayətlər etməyə başlamışdır. X8 Xəlilova isə öz növbəsində bu barədə polisə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Təqsirləndirilən şəxs və onun atası Qanuni nümayəndə çoxdan tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2020-ci ilin yay mövsümündə həmin kənd ərazisində yerləşən Təqsirləndirilən şəxs işlətdiyi kafeyə qardaşı Elnur Qəribov, dostları Amid İsmixanov və Şamil Hacıxanovla birlikdə çay içmək üçün getmişdir. Həmin kafeyə çay içməyə iki dəfə getmişdir. Bir dəfə kafenin həyətində, bir dəfə də meşənin içində çay içmişlər. Kafenin yanında meşə hissəsində mişar daşından hasar hörülmüş, çardaq, həmçinin meşəyə qalxmaq üçün pilləkən quraşdırılmışdır. Meşəlikdə stollar olmuş, həmin vaxt orada onlardan başqa digər şəxslər də olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Sədiyar qızı ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Zərərçəkmiş şəxs üzvüdür. 26 avqust 2020-ci il tarixdə Qusar RPŞ-nin İTB-nin təhqiqatçısı Rauf Əsədov, Zərərçəkmiş şəxs sədri Nümayəndə və bələdiyyə sədrinin müavini İlqar ilə birlikdə Təqsirləndirilən şəxs məxsus kafeyə getmiş, həmin vaxt orada Fuad və atası Ramik olmuşdur. Onlar birlikdə həmin əraziyə baxış keçirmişlər, baxış zamanı məlum olmuşdur ki, kafenin kənarında yerləşən yolun meşə hissəsində yolun kənarı ilə mişar daşından hasar tikilmişdir. Həmin hasarın ortasından meşə ərazisinə mişar daşından pilləkən hörülmüşdür. Bundan sonra həmin pilləkənlə meşə ərazisinə qalxdıqda orada ağac və taxtalardan çardaq quraşdırılmışdır. Təqsirləndirilən şəxs həmin tikinti və quraşdırma işlərini özü apardığını etiraf etmişdir. Həmin ərazidə su çəni və çardağa elektrik naqili çəkilmişdir. Baxış keçirilməsi haqqında protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar rayonu Köhnə-Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Köhnə Xudat kənd sakinləri Təqsirləndirilən şəxs və onun atası Qanuni nümayəndə həmin kənd ərazisində kafe inşa edərək fəaliyyət göstərir. 2020-ci ilin yay aylarında Fuad həmin kafenin yanındakı yolun kənarı ilə mişar daşından hasar çəkmişdir. Həmin hasardan qarşıdakı meşəlik əraziyə isə pilləkən hörmüşdür. Həmçinin, həmin ərazidə ağac və taxta materiallarından çardaq quraşdırmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin meşəlik ərazidə müştərilərə xidmət göstərərək çay və digər məhsullar satmış, bir neçə dəfə X8 Xəlilova Fuada xəbərdarlıq etmiş, lakin onun tələblərinə məhəl qoymayaq həmin ərazini boşlatmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Təqsirləndirilən şəxs və onun atası Qanuni nümayəndə çoxdan tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, 2020-ci ilin yay aylarında tez-tez Fuadın işlətdiyi kafeyə çay içmək üçün getmiş, hər dəfə kafeyə gedəndə orada olan stollardan birində oturub çay içmişdir. Həmin kafeni Fuad öz atası Ramiklə birlikdə işlətmişdir. Bundan əlavə kafenin sol tərəfində yolun kənarı ilə meşə hissəsində mişar daşından hasar hörülmüş, həmin hasardan da meşəlik ərazidə quraşdırılan çardağa qalxmaq üçün mişar daşından pilləkən tikilmişdir. Bundan əlavə həmin ərazidə meşəlik hissədə stollar və masalar olmuş, orada digər müştərilər də əyləşmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Təqsirləndirilən şəxs və onun atası Qanuni nümayəndə çoxdan tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Həmkəndlisi Təqsirləndirilən şəxs kəndə gələn içməli su arxının ətrafında tikililərin tikdiyini və kəndə gələn suyu bulandırdığını eşitmiş, buna görə də həmin əraziyə baxmağa getmiş və görmüşdür ki, həqiqətən də, Fuad orada çən, çardaq quraşdırmış, işıq çəkmiş, stollar qoyaraq çayxana kimi istifadə etmişdir. Polis əməkdaşları ilə birlikdə gedəndə artıq həmin yerdə quraşdırılmış avadanlıqlar götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid3 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 19 avqust 2020-ci il tarixdə xalası oğlu Elvin və Elvinin yeznəsi Elçinlə birlikdə Qusar rayonu Köhnə-Xudat kəndində yerləşən “İkinci Fialka” adlanan gölə getmiş, bu zaman orada olan sonradan adlarının Fuad və Ramik olduğunu bildiyi şəxslərin istifadə etdiyi çayxanada çay içmək üçün orada əyləşmişlər. Həmin vaxt kafenin kənarında meşəlik ərazidə mişar daşından hasar, pilləkən, bulaq və meşənin içərisində taxtadan quraşdırılmış çardaq görmüş və Fuaddan həmin yerdə istirahət edə biləcəklərini soruşmuş, bu zaman sonuncu həmin ərazidə istirahət etmək müqabilində 20 manat pul verməli olduqlarını bildirmişdir. 20 avqust 2020-ci il tarixdə qohumları ilə birlikdə həmin kafeyə getmiş, qeyd olunan meşəlik ərazidə, əvvəlcə çardağın altında, daha sonra isə oradan keçən su arxının kənarında olan oturacaq və masalardan, qab-qacaqdan istifadə etmiş və bunun müqabilində Fuada 20 manat pul vermişdir. Həmin vaxt Qusar rayonu Köhnə-Xudat kəndinin X8 Xəlilova oraya gəlmiş və fotolar çəkmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış 24.08.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs bələdiyyənin mülkiyyətində olan 0.10 ha torpaq sahəsini heç bir hüquqi sənədi olmadan zəbt etdiyi bildirilərək həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs sədri Nümayəndə, həmin bələdiyyənin sədr müavini Şahid5, həmin bələdiyyənin üzvü Şahid4 tərəfindən tərtib edilmiş 20.08.2020-ci il tarixli baxış aktından görünür ki, Köhnə Xudat kəndində həmin bələdiyyənin ərazisində Təqsirləndirilən şəxs tərəfindən 0.10 ha bələdiyyə torpaq sahəsi zəbt olunaraq sahibkarlıq fəaliyyəti üçün istifadə olunur. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən Zərərçəkmiş şəxs sədri Nümayəndə, həmin bələdiyyənin sədr müavini vəzifəsində işləyən Şahid5 və Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Şahid4 Sediyar qızının iştirakları ilə tərtib edilmiş 26 avqust 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 18:05-dən saat 18:40-dək Qusar rayonu Köhnə Xudat kəndində yerləşən, X6 məxsus 0.10 ha torpaq sahəsinə baxış keçirilmişdir. Baxışda iştirak edən Nümayəndə qeyd olunan torpaq sahəsini işarə edib göstərərək həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt olunduğunu, həmin torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən inşa işləri aparılaraq mişar daşı ilə hasarlandığını, pilləkən tikildiyini, həmin sahənin ağaclıq və kolluq hissəsində taxta materialdan çardaq düzəldildiyini, oraya masa və oturacaqlar qoyularaq qanunsuz olaraq istifadə olunduğunu bildirmişdir. Baxış zamanı qeyd olunan torpaq sahəsinin bir hissəsində 27 metr uzunluğunda, 60 sm hündürlüyündə mişar daşı ilə hasar çəkilərək çəpərləndiyi, sözügedən torpaq sahəsinin giriş hissəsində mişar daşı ilə pilləkən inşa edildiyi aşkar olunmuşdur. Qeyd olunan torpaq sahəsinin ağaclar və müxtəlif növ kol-kosluq olan hissəsinə baxış keçirilərkən oradan su arxı keçdiyi, həmçinin taxta materialdan 4 metr hündürlükdə çardağın olduğu müşahidə olunmuşdur. Baxış zamanı həmin meşəlik sahənin ətrafının səliqəli və təmiz saxlandığı, həmçinin elektrik naqilinin çəkildiyi müşahidə olunmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış 27.08.2020-ci il tarixli ərizədən görünür ki, həmin bələdiyyənin mülkiyyətində olan 0.10 ha torpaq sahəsində Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılaraq mişar daşı ilə hasar çəkilmiş və həmin sahədən qanunsuz olaraq zəbt edilərək istifadə olunmuşdur. Qeyd olunan torpaq sahəsinin X6 məxsus olması barəsində Torpağa mülkiyyət hüququna dair JN-01-1 KOD 30116018 nömrəli Dövlət Aktı mövcuddur. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli **********64 saylı məktubdan görünür ki, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatlarının müəyyən olunması ilə əlaqədar olaraq mütəxəssisin iştirakının təmin edilməsinə dair 01 oktyabr 2020-ci il tarixli 149-19510-1220 nömrəli müraciət əsasında həmin xidmətin tabeliyində “xxxx” MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilərək GPS aləti vasitəsi ilə ölçmə işləri aparılmış, tədqiqat obyekti elektron məlumat bazası əsasında araşdırılmışdır. Mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla 0.08 ha təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan terminal nömrəsi K0148002 olan 26.11.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Samik Həsənov tərəfindən “xxxx” MMC-nin hesabına ekspertiza xərci kimi 67.20 (altmış yeddi manat iyirmi qəpik) manat məbləğində pul ödənilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 11.01.2021-ci il tarixli 29 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən Yüngül kəmağıllılıq ilə əlaqədar o, törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27.11.2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli 618 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X3, 29.03.2014cü il təvəllüdlü qızı Jasmina Həbibovadan və 20.06.2016-cı il təvəllüdlü qızı Anjelina Həbibovadan ibarətdir. İş materiallarında olan AZ-İİİ 282266 və AZ-İİİ 786262 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 29.03.2014-cü il təvəllüdlü Jasmina və 20.06.2016-cı il təvəllüdlü Anjelina adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 22 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01№ 351522 saylı arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 06.12.2007-ci il tarixli müayinə aktına əsasən müddətsiz 3-cü qrup əlillik təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı X1 tərəfindən 29.11.2004-cü il tarixli 861 saylı məktubla verilmiş 861/04 nömrəli “Səhhətin müayinə edilməsi” Aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs “Oliqafreniya. Orta ifadəli debillik dərəcəsində” xəstəliyi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” MMC Avrasiya Hospitalı tərəfindən verilmiş 1814/20 saylı 28 iyun 2020-ci il tarixli ambulator xəstənin tibbi kartasından Çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs “Sol aşağı ətrafın varikoz xəstəliyi” diaqnozu ilə müalicə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs sədri Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş 18.05.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs həbs olunmasını istəmədiyini göstərərək ona cərimə cəzası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, zərər çəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla, 2018-ci ilin iyun ayında Zərərçəkmiş şəxsnə məxsus “X-283973.59, Y-4590559.91; X-283990.12, Y- 4590602.70; X-284010.91, Y-4590592.26; X-283994.58 və Y-4590562.52” koordinatları daxilində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,08 ha torpaq sahəsinin bir tərəfini hasarlamaqla, digər kənarlarını isə təmizləyərək şərti sərhədlər təyin etməklə ələ keçirib özbaşına tutması və həmin torpaq sahəsi üzərində mişar daşından pilləkən və su bulağı, eləcə də, çardağ qurmaqla özbaşına tikintiquraşdırma işləri aparması, 2020-ci ilin may ayından başlayaraq yay ayları da daxil olmaqla açıq tipli çayxana kimi istifadə etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, xəstəliyini, 3-cü qrup əlil olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngüllədirən halı, kəmağıllı olmaqla yüngül ifadəli debillik dərəcəsində oliqofreniya xəstəliyindən əziyyət çəkməklə törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarında olmamasını, həmçinin varikoz xəstəliyindən əziyyət çəkməsini, 3-cü qrup əlil olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərclərinin ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 188.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 188.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Köhnə-Xudat kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərclərinin ödənilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-24/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-24/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver