Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-25/2021 17.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X3 iştirakları ilə, xx xxxx 1973-cü ildə X2 Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, sürücü işləyən, əvvəllər məhkum olunmamış, X4 Respublikası Karabudaxkent rayonu Qurbuki kəndində yaşayan, xx xxxxxxx 2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2020-ci ilin oktyabr ayında Rusiya Federasiyasında istintaqla müəyyən edilməmiş mənbədən 1 bükümdə, 0,539 qram qurudulmuş marixuana narkotik vasitəsi əldə etmiş, həmin narkotik vasitəni üzərində “Bond” yazısı əks olunmuş siqaret qutusunun içərisində və həmin siqaret qutusunu isə qara rəngli çantadakı şəxsi geyim əşyalarının arasında yerləşdirib idarə etdiyi “Volvo FH 12” markalı, H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 07:50 radələrində Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, sürücü işləməklə ailə dolanışığını etibarnamə əsasında idarə etdiyi yük maşınları ilə xarici ölkələrə, eləcə də Azərbaycan Respublikasına yük aparıb-gətirməklə təmin edir. xx xxxxxxx 2020-ci il tarixdə “Volvo FH12” markalı, H096TY05/BH426377 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sahibi ona zəng edərək nəqliyyat vasitəsinin Dağıstan Respublikasının Yaraqkazmalyar kəndində yerləşən dayanacaqda olduğunu, həmin nəqliyyat vasitəsini götürüb Azərbaycan Respublikasının Xaçmaz rayonuna getməsini və oradan yük götürüb Rusiya Federasiyasına gətirməsini ona bildirmişdir. Həmin nəqliyyat vasitəsi ilə başqa bir sürücü Moskva şəhərindən Dağıstan Respublikasına yük gətirmiş və həmin yükü boşaltdıqdan sonra maşını gətirib dayanacağa qoymuşdur. Həmin nəqliyyat vasitəsinin sahibi onunla mobil telefonla danışan zaman digər sürücünün orada olmadığını, ancaq açarları maşının ön panelinin (kapotunun) altında qoyduğunu ona demişdir. Nəqliyyat vasitəsinin sahibi ilə danışdıqdan sonra həmin dayanacağa gedərək “Volvo FH12” markalı, H096TY05/BH426377 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini götürüb Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüş, həmin gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında, təqribən saat 07 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postuna çatmışdır. Postun idxal gömrük nəzarəti xəttində gömrük xidməti əməkdaşı ona yaxınlaşaraq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində olan əşyaları bəyan etməsini təklif etmiş, həmçinin üzərində və avtomobilində qadağan edilmiş hər hansı əşyaların olub-olmamasını soruşmuşdur. O, isə idarə etdiyi nəqliyyat vasitəsində çörək və pomidor, həmçinin geyim əşyalarının olduğunu bildirmişdir. Daha sonra gömrük xidməti əməkdaşı nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı avtomobilin kabinasında gömrük əməkdaşı, sərhədçi və o özü olmuşdur. O, özünün geyim əşyalarını təqdim edənə kimi gömrük əməkdaşı və sərhədçi kabinada onun arxa tərəfində sürücünün yataq yerindən qara rəngli çanta aşkar etmiş, həmin çantanı necə açdıqlarını görməmiş, çantaya baxdıqda onun içərisində olan geyim əşyalarının arasında olan 1 ədəd siqaret qutusunun içərisindən kağıza bükülmüş narkotik vasitəyə oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin vaxt o, bildirmişdir ki, çanta və onun içərisində olan geyim əşyaları, siqaret qutusu və içərisində olan ot kütləsi ona məxsus deyil, çantadakı geyimlərdən onun bir ədəd üzərində “SOCHİ” yazısı olan papağı və bir ədəd qırmızı rəng köynəyi var, həmin əşyalar isə sellofan torbanın içərisindədir. Həmin çantanı o, ilk dəfə aşkar olunan anda görmüşdür. Buna qədər həmin çantadan xəbəri olmamışdır. Gömrük əməkdaşı onun əşyalarını da çantanın içərisinə qoymuş və çantanı bağlamışdır. İbtidai istintaq zamanı ifadəsində həmin çantadakı geyimlərdən heç birinin ona məxsus olmamasını bildirsə də, hazırda həmin çantadakı geyimlərdən bir ədəd papaq və bir ədəd köynəyin ona məxsus olmasını bildirir. O, həmçinin bildirmişdir ki, ondan analiz götürsünlər, çünki narkotikdən istifadə etmir və əl-barmaq izlərini götürsünlər. Həmin çanta ola bilər ki, nəqliyyat vasitəsini idarə edən İbrahim adlı digər sürücüyə məxsus olmuş və ya kimsə onun nəqliyyat vasitəsinə qoymuşdur. Yoxlamağa otağında hal şahidlərinin iştirakları onun üzərində baxış keçirilmiş, lakin üzərindən qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. O, idarə etdiyi nəqliyyat vasitəsini dayanacaqdan götürərkən kabinaya baxmamış, məsuliyyətsizlik etmiş, buna görə özünü təqsirli bilir. Lakin, aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Himayəsində üç azyaşlı uşaqları var, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini və həbsdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun inspektoru vəzifəsində işləyir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saat təxminən 07:30 radələrində həmin postda xidmətdə olarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH12” markalı, H096TY05/BH426377 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə postun idxal gömrük xəttinə daxil olmuşdur. Həmin nəqliyyat vasitəsi boş olmuş və tez zamanda gömrük sərhədini keçmişdir. Ümumiyyətlə, nəqliyyat vasitələri sərhədi keçib talvarın altına gələnə kimi sürücü nəqliyyat vasitəsindən düşmür. Həmin vaxt Abdulzaqir avtomobildə tək olmuşdur. O, həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq Abdulzaqirdən üzərində və nəqliyyat vasitəsində qadağan olunmuş əşyaların olub-olmamasını soruşmuş, sonuncu isə belə bir əşyaların olmadığını, geyim və ərzaq olduğunu bildirmişdir. Bundan sonra o, sərhədçi Novruz Cəfərli ilə birlikdə nəqliyyat vasitəsinin kabinasına daxil olmuşlar və kabinanı yoxlamağa başlamışlar. O, sərnişin tərəfdən, Novruz Cəfərli isə sürücü tərəfdən qapıdan kabinaya daxil olmuşlar, Abdulzaqir də, kabinada olmuşdur. Kabinada sürücünün yataq yerində bir ədəd çanta görmüşlər, sərhədçi Novruz çantanı Abdulzaqirin yanında açmış, çantanın içərisində qulaqcıq, USB, sənədlər və paltarlar olmuşdur. Paltarların arasında Rusiya istehsallı “Bond” markalı siqaret qutusu olmuş, həmin qutunun içərisinə baxdıqda isə oradan marixuana aşkar etmişlər. Həmin vaxt Abdulzaqir həmin marixuananın, ümumiyyətlə çantanın və paltarların ona məxsus olmadığını, çantanı birinci dəfə həmin anda gördüyünü bildirmişdir. Həmin çantanın və ya narkotik vasitənin kənar şəxs tərəfindən gömrük postunda qoyulması mümkün deyil, orada hər yerdə müşahidə kameraları vardır. Bundan başqa, yoxlama otağında hal şahidlərinin iştirakları ilə Abdulzaqirin üzərinə baxış keçirilmiş, lakin qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Yoxlama barədə müvafiq protokol tərtib edilmiş, bütün iştirakçılar həmin protokolu imza etmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Dövlət Sərhəd Xidmətinin “Samur” Sərhəd Nəzarət Şöbəsində zabitnəzarətçi işləyir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saat 07:30 radələrində həmin postda xidmətdə olarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH12” markalı, H096TY05/BH426377 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi postun ərazisinə daxil olmuşdur. O, gömrük əməkdaşı Şamil Nəcəfquliyevlə birlikdə həmin avtomobilə yaxınlaşmışlar, gömrük əməkdaşı Abdulzaqirdən üzərində və nəqliyyat vasitəsində qadağan olnunmuş əşyaların olub-olmamasını soruşmuş, sonuncu isə belə bir əşyaların olmadığını, yalnız ərzaq və geyim əşyaları olduğunu bildirmişdir. Bundan sonra o, sürücü tərəfdən, gömrük əməkdaşı isə sərnişin tərəfdən kabinaya daxil olmuşlar və kabinanı yoxlamağa başlamışlar, sürücü özü də kabinada olmuşdur. O, kabinada arxa tərəfdə, sürücünün yataq yerində bir ədəd qara rəngli çanta görmüş, çanta açıq olmuş, həmin çantanın içərisinə baxdıqda paltarlar olduğunu görmüşlər, həmçinin paltarların arasında bir ədəd qara rəngli Rusiya istehsallı “Bond” markalı əzik siqaret qutusu olmuşdur. Həmin siqaret qutusu barədə soruşduqda, Abdulzaqir həmin qutunun boş olduğunu bildirmişdir. O, siqaret qutusunun içərisinə baxdıqda orada kağıza bükülmüş yaşıl rəngli ot kütləsi olmuş və o, həmin kütləni gömrük əməkdaşına təqdim etmişdir. Həmin kütləyə baxdıqda isə onun marixuana olduğu məlum olmuşdur. Abdulzaqir əvvəlcə həmin siqarət qutusunun boş olduğunu bildirsə də, qutunun içərisində həmin kütlə aşkar olunduqdan sonra siqarət qutusunun, ümumiyyətlə həmin çantanın və əşyaların ona məxsus olmadığını bildirmişdir. Halbuki çantaya yaxınlaşıb onu açmazdan əvvəl bu barədə heç nə deməmişdir. Kabinada çantadan başqa, içərisində paltarlar olan hər hansı sellofan torba olmamış, geyim əşyalarının hamısı həmin çantanın içərisində olmuşdur. Həmin siqaret qutusu Rusiya istehsallı olmaqla aksiz markası olmadığına görə Azərbaycanda satışda olmur. Ümumiyyətlə, gömrük qaydalarına əsasən nəqliyyat vasitəsində olan əşyalara görə sürücü məsuliyyət daşıyır, nəqliyyat vasitəsində hansı əşyaların olduğuna diqqət etmək sürücünün borcudur. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunda tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH 12” markalı, H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs iştirakı ilə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda gömrük yoxlaması zamanı qeyd edilən avtomobilin kabinasında olan qara rəngli çantadakı şəxsi geyim əşyalarının arasından üzərində “Bond” yazısı əks olunmuş siqaret qutusunun içərisində kağıza bükülmüş şəkildə təqribi çəkisi 1 qram olan yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə-marixuanaya bənzər qurudulmuş bitki kütləsi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, H096TY05 dövlət qeydiyyat nişanlı yük avtomobilində olmuş və qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüş əl çantasındakı şəxsi əşyalara baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobildə olmuş və qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüş əl çantası qara rəngli, dəri materialından olmaqla üzərində latın qrafikalı əlifba ilə “Diesel” sözü yazılmışdır. Baxış zamanı çantanın içərisində “İphone” markalı mobil telefona məxsus 02 ədəd USB kabelin, geyinilmiş, kişi cinsli şəxsə məxsus 1 ədəd üzərində latın qrafikalı əlifba ilə “SOCHİ” sözü yazılmış ağ-qırmızı-göy rəngli yay papağının, parça materialından 01 ədəd qara və 01 ədəd boz rəngli papağın (kepkanın), alçaq boylu və dolu bədən quruluşlu kişi cinsli şəxsə məxsus 01 ədəd açıq və 01 ədəd tünd göy rəngli cins şalvarın, 01 ədəd mavi rəngli və 01 ədəd boz rəngli uzunqol köynəyin, 01 ədəd qırmızı rəngli qısaqol köynəyin, 01 ədəd çəhrayı-qırmızı rəngli qısaqol köynəyin və 01 ədəd tünd göy rəngli gödəkcənin olduğu müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin “Samur” gömrük postunda iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH 12” markalı, H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük yoxlamasını əks etdirən video görüntünün əks olunduğu 01 ədəd CD diskə baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH 12” markalı, H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs iştirakı ilə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda gömrük yoxlaması zamanı qeyd edilən avtomobilin kabinasında olan, üzərində “Diesel” sözü yazılmış qara rəngli çantadakı şəxsi geyim əşyalarının arasından üzərində “Bond” yazısı əks olunmuş siqaret qutusunun içərisində kağıza bükülmüş şəkildə yaşıl rəngli qurudulmuş bitki kütləsi aşkar edilmişdir. Baxış zamanı eyni zamanda müəyyən edilmişdir ki, “Volvo FH 12” markalı, H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobilinə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda gömrük nəzarəti qaydasında baxış keçirilərkən Təqsirləndirilən şəxs baş nahiyəsində formasına görə xx xxxxxxx 2020-ci il tarixdə üzərində “Diesel” sözü yazılmış çantaya baxış keçirilən zaman müəyyən edilmiş 02 ədəd papaqla (kepka ilə) oxşarlıq təşkil edən, üzərində dama təsvirləri olan 01 ədəd boz rəngli papaq (kepka) olmuşdur. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Hədəflərin müəyyənləşdirilməsi şöbəsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal və ixrac xəttinə daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs hərəkət trayektoriyasını əks etdirən bütün videogörüntülərin əks olunduğu 02 ədəd “Kodak” markalı “DVD-R” diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, “Kodak” markalı, “DVD-R” disklərdə Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr və oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal və ixrac xəttində hərəkət trayektoriyasının əks olunduğu videofaylların olduğu və həmin video fayllara baxış zamanı isə iş üzrə təqsirləndirilən şəxs – Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində “Volvo FH 12” markalı, H096TY05 dövlət qeydiyyat nişanlı, eyni zamanda idarə etdiyi digər yük nəqliyyat vasitələri ilə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal və ixrac xəttinə daxil olarkən baş nahiyəsində mütəmadi olaraq xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, H096TY05 dövlət qeydiyyat nişanlı yük avtomobilində olmuş və qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüş üzərində latın qrafikalı əlifba ilə “Diesel” sözü əl çantasına baxış zamanı oradan aşkar edilmiş üzərində latın qrafikalı əlifba ilə “SOCHİ” sözü yazılmış yay papağının və əynində qırmızı, qırmızıçəhrayı rəngli qısaqol köynəklərin, göy rəngli gödəkcənin, açıq-göy rəngli cins şalvarın olduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il 7/709 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs...” sözləri yazılmış polietilen paketdə siqaret qutusunun içərisində 1 ədəd kağız bükülüdə təmiz çəkisi 0,539 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi 0,539 qram, tədqiqata istifadə olunmuş-0,03 qram, qalıq-0,509 qram qalmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 7/709 saylı məktubuna əlavə edilmiş ekspetiza xərclərinə dair bildirişdən görünür ki, həmin ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş. Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3508 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar edilməmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxxx 2020-ci il tarixli “narkotik vasitənin maddi sübut kimi tanınması haqqında” qərarından görünür ki, təmiz çəkisi 0,539 qram və aparılmış tədqiqatdan sonra təmiz qalıq çəkisi 0,509 qram olan qurudulmuş marixuana narkotik vasitəsi törədilmiş cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərar qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli 4(004)-588/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin tərkib əlamətlərinin olmadığı, eləcə də, onun törətdiyi cinayət əməlində hər hansı digər şəxsin və ya şəxslərin iştirakının olmasının müəyyən edilməməsi nəzərə alınmışdır. İş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH 12” markalı H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobilindəki əl çantasından aşkar edilərək götürülmüş təmiz çəkisi 0,539 qram və aparılmış tədqiqatdan sonra təmiz qalıq çəkisi 0.509 qram olan qurudulmuş marixuana narkotik vasitəsinin törədilmiş cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınması və məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərar qəbul edilənədək Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilməsi nəzərə alınmışdır. Həmin narkotik vasitənin yerləşdiyi “Bond” markalı 01 ədəd siqaret qutusu hazırkı cinayətin törədilməsində vasitə kimi çıxış etdiyindən iş üzrə maddi sübut qismində tanınmış və məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərar qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd ağ rəngli “İphone 5S” markalı mobil telefon üzərində olan 1 ədəd sim kartı ilə birlikdə; idarə etdiyi “Volvo” markalı H096TY05 dövlət qeydiyyat nişanlı yük avtomobilində olmuş və qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüş, üzərində “Diesel” sözü yazılmış qara rəngli dəri materialından olan əl çantası və həmin çantanın içərisindən aşkar edilmiş “İphone” markalı mobil telefona məxsus 02 ədəd USB kabel; geyinilmiş, kişi cinsli şəxsə məxsus 1 ədəd üzərində latın qrafikalı əlifba ilə “SOCHİ” sözü yazılmış ağ-qırmızı-göy rəngli yay papağı; parça materialından 01 ədəd qara və 01 ədəd boz rəngli papaq (kepka); alçaq boylu və dolu bədən quruluşlu kişi cinsli şəxsə məxsus 01 ədəd açıq və 01 ədəd tünd göy rəngli cins şalvar; 01 ədəd mavi rəngli və 01 ədəd boz rəngli uzunqol köynək; 01 ədəd qırmızı rəngli qısaqol köynək; 01 ədəd çəhrayı-qırmızı rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli gödəkcə iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərar qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarına saxlanca verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan İ-BD 527548, İ-BD 660252, İİ-BD 580603, İİ-BD 580604 və İİİ-BD 550495 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2000-ci il təvəllüdlü Bariyat, xx.xx.2002-ci il təvəllüdlü Bakiyat, xx.xx.2007-ci il təvəllüdlü Maqomedsalam və Alpiyat, xx.xx.2012-ci il təvəllüdlü Maqomedsultan adlı beş övladı vardır, onlardan üç nəfəri azyaşlıdırlar. İş materiallarında olan ** CC ***907 saylı xx.xx.2008-ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Volvo FH 12” markalı H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobili xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs, idarə etdiyi “Volvo FH12” markalı H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı avtomobilin kabinasında olan bir ədəd üzərində “Diesel” yazısı olan əl çantasının, həmin çantada paltarların arasında olan “Bond” markalı siqaret qutusunun və həmin qutunun içərisindən aşkar edilmiş təmiz çəkisi 0,539 qram olan qurudulmuş marixuananın ona məxsus olmaması, bir ədəd üzərində “SOCHİ” yazısı olan papaq və bir ədəd qırmızı rəng köynək istisna olmaqla həmin əşyaları ilk dəfə onlar aşkar olunan anda görməsi barədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, eləcə də, işdə olan hadisəni qeydə alan müşahidə kamerasına baxış protokolu və digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş gömrük əməkdaşı Şamil Nəcəfquliyev və sərhədçi-zabit Novruz Cəfərli həmin marixuananın məhz Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin kabinasında olan sonuncuya məxsus əl çantasında paltarların arasında olan Rusiya istehsallı “Bond” markalı siqaret qutusundan aşkar edildiyini, həmin vaxt Abdulzaqirin tək olduğunu, postun ərazisinə daxil olduqdan sonra yoxlama aparılan yerədək həmin şəxsin avtomobildən düşmədiyini bildirmişlər. Novruz Cəfərli isə həmçinin bildirmişdir ki, çantaya baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs həmin çantanın ona məxsus olmaması barədə heç nə deməmiş, çantadan çıxardığı siqaret qutusu barədə soruşduqda isə Təqsirləndirilən şəxs həmin qutunun boş olduğunu demiş, qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunduqdan sonra siqarət qutusunun, ümumiyyətlə həmin çantanın və əşyaların ona məxsus olmadığını bildirmiş, həmin vaxt kabinada paltarların olduğu digər çanta və ya torba isə olmamışdır. Bu, isə həmin siqaret qutusu, o cümlədən həmin qutunun yerləşdiyi əl çantası barədə Abqulzaqir Alibekovun əvvəlcədən məlumatının olduğunu, həmin şəxsin geyim əşyalarının da məhz həmin çantada olduğunu təsdiq edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında Rusiya Federasiyasında istintaqla müəyyən edilməmiş mənbədən 1 bükümdə, 0,539 qram qurudulmuş marixuana narkotik vasitəsi əldə etməsi, həmin narkotik vasitəni üzərində “Bond” yazısı əks olunmuş siqaret qutusunun içərisində və həmin siqaret qutusunu isə ona məxsus qara rəngli çantadakı şəxsi geyim əşyalarının arasında yerləşdirib idarə etdiyi “Volvo FH 12” markalı, H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında saxlaması, xx xxxxxxx 2020-ci il tarixdə, saat 07:50 radələrində Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halı, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, həmçinin digər halların məcmusunu müstəsna hal kimi qəbul edərək ədalət və humanizm prinsiplərini rəhbər tutaraq barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona təqsirləndirildiyi həmin Məcəllənin CM-nin 206.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü - yəni cərimə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 05 (beş) ay 08 (səkkiz) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.12-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının real olaraq təyin olunması ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən məqsədəmüvafiq deyildir, belə olan təqdirdə cinayət və cəza arasında balans pozulmaqla onun özü və ailəsi məhrumiyyətlərə düçar ola bilər, cəzanın məqsədləri tam təmin olunmaz. Artıq o, 05 ay 08 gündür ki, həbsdədir və bu, isə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla islah olunması üçün kifayətdir. Bundan başqa, məhkəmənin qənaətinə görə əcnəbi olan həmin şəxsin barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla cərimə cəzasının təyin edilməsi dövlət büdcəsinə əlavə ödənişlərin keçirilməsini, bununla da büdcənin yaxşılaşdırılmasını və cəzanın daha səmərəli olmasını təmin etmiş olar. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70ci maddəsinin tətbiq olunmasını ona görə məqsədəmüvafiq hesab etmir ki, o, Rusiya Federasiyasnın vətəndaşı olmaqla daimi olaraq orada yaşayır və Azərbaycan Respublikasında daimi yaşayış yeri yoxdur. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə onun barəsində şərti məhkum etmə barədə hökmün icrası gələcəkdə qeyri-mümkün olmaqla təyin olunmuş cəza səmərəsiz ola bilər və cəzanın məqsədləri təmin olunmaz. Belə ki, şərti məhkum etmə barədə hökmün başqa ölkə ərazisində icrası nə Azərbaycan Respublikasının qanunvericiliyində, nə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eləcə də «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyada nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza-yəni cərimə cəzası təyin edildiyindən, eləcə də Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla məhkəmə onun barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0, 132.0.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH 12” markalı, H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobilindəki əl çantasından aşkar edilərək götürülmüş təmiz çəkisi 0,539 qram və aparılmış tədqiqatdan sonra təmiz qalıq çəkisi 0,509 qram olan qurudulmuş marixuana narkotik vasitəsi və “Bond” markalı 01 ədəd boş siqaret qutusu məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd ağ rəngli “İphone 5S” markalı mobil telefon üzərində olan 1 ədəd sim kartı ilə birlikdə; üzərində “Diesel” sözü yazılmış qara rəngli dəri materialından əl çantası və həmin çantanın içərisindən aşkar edilmiş “İphone” markalı mobil telefona məxsus 02 ədəd USB kabel; geyinilmiş, kişi cinsli şəxsə məxsus 1 ədəd üzərində latın qrafikalı əlifba ilə “SOCHİ” sözü yazılmış ağ-qırmızı-göy rəngli yay papağı; parça materialından 01 ədəd qara və 01 ədəd boz rəngli papaq (kepka); alçaq boylu və dolu bədən quruluşlu kişi cinsli şəxsə məxsus 01 ədəd açıq və 01 ədəd tünd göy rəngli cins şalvar; 01 ədəd mavi rəngli və 01 ədəd boz rəngli uzunqol köynək; 01 ədəd qırmızı rəngli qısaqol köynək; 01 ədəd çəhrayı-qırmızı rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli gödəkcə sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir. Həmin Məcəllənin 198.1-ci maddəsinıə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə məhkəmə xərcləri 89 (səksən doqquz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 05 (beş) ay 08 (səkkiz) gün faktiki həbsdə saxlama müddəti nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 2000 (iki min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FH 12” markalı, H096TY05/BH426377 dövlət qeydiyyat nişanlı yük avtomobilindəki əl çantasından aşkar edilərək götürülmüş təmiz çəkisi 0,539 qram və aparılmış tədqiqatdan sonra təmiz qalıq çəkisi 0,509 qram olan qurudulmuş marixuana narkotik vasitəsi və “Bond” markalı 01 ədəd boş siqaret qutusu məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd ağ rəngli “İphone 5S” markalı mobil telefon üzərində olan 1 ədəd sim kartı ilə birlikdə; üzərində “Diesel” sözü yazılmış qara rəngli dəri materialından əl çantası və həmin çantanın içərisindən aşkar edilmiş “İphone” markalı mobil telefona məxsus 02 ədəd USB kabel; geyinilmiş, kişi cinsli şəxsə məxsus 1 ədəd üzərində latın qrafikalı əlifba ilə “SOCHİ” sözü yazılmış ağ-qırmızı-göy rəngli yay papağı; parça materialından 01 ədəd qara və 01 ədəd boz rəngli papaq (kepka); alçaq boylu və dolu bədən quruluşlu kişi cinsli şəxsə məxsus 01 ədəd açıq və 01 ədəd tünd göy rəngli cins şalvar; 01 ədəd mavi rəngli və 01 ədəd boz rəngli uzunqol köynək; 01 ədəd qırmızı rəngli qısaqol köynək; 01 ədəd çəhrayı-qırmızı rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli gödəkcə sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərcləri tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-25/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-25/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver