Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-25/2022 11.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı: X2, Təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Qusar rayon məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində olmadığı şəraitdə “həbs” qətimkan tədbiri seçilmiş, 25 dekabr 2021-ci il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 10 mart 2021-ci il tarixdə saat 20-21 radələri arasında sərxoş vəziyyətdə ünvan 3 ünvanda yerləşən binanın 3-cü mərtəbəsində Qusar şəhər sakini X3 məxsus mənzilə, mənzilin giriş qapısını mismar çıxaran alətlə sındırmaqla həmin mənzilə qanunsuz daxil olmaqla sonuncuya məxsus dəyəri 3000,0 manat olan 1 ədəd Rusiya istehsalı, 855 əyyarlı 30 qramlıq qızıl qolbaq, dəyəri 595,0 manat olan 1 cüt 750 əyyarlı İtalya istehsalı 4 qramlıq qızıl sırğa və 3 qramlıq qızıl üzükdən ibarət dəst, dəyəri 1750.0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı gül formalı 7 qramlıq qızıl üzük, 1 cüt 585 əyyarlı Rusiya istehsallı 10 qramlıq qızıl sırğa və 1 ədəd 585 əyyarlı Rusiya istehsallı 8 qramlıq qızıl klondan ibarət dəst, dəyəri 840,0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı 12 qramlıq aypara formalı qızıl klon, dəyəri 420,0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı gül formalı qaşsız 6 qramlıq qızıl üzük, dəyəri 560,0 manat 1 ədəd 585 əyyarlı Rusiya istehsallı gül formalı qırmızı qaşlı 8 qramlıq qızıl üzük, dəyəri 770,0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı 11 qramlıq qızıl nişan üzük, dəyəri 840,0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı qaşsız 12 qramlıq qızıl üzük və hər birinin dəyəri 2250 manat olan 2 ədəd 585 əyyarlı Rusiya istehsalı 30 qramlıq qızıl qalın tros sepi gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə cəmi 13275,0 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, əvvəllər ünvan 3 ünvanda yerləşən binanın 3-cü mərtəbəsində yerləşən, X3 məxsus mənzildə santexnik kimi işləmiş və həmin vaxt mənzildə olan şkafın siyirməsində olan balonun içində qızıl-zinət əşyaları görmüşdür. 10 mart 2021-ci il tarixdə tanışının ad günündə spirtli içki qəbul edərək sərxoş olmuş, həmin vaxt İlhamə Hacıkərimovaya məxsus qızıl-zinət əşyaları yadına düşmüş və həmin qızılları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, mismar çıxaran aləti götürüb həmin mənzilə getmiş, həmin alətlə mənzilin qapısını sındırıb açmış və içəriyə daxil olaraq həmin qızılları oğurlamışdır. Bundan sonra o, həmin qızılları lombardda girov qoyaraq 7000 manat məbləğində pul götürmüş və həmin pulları müxtəlif yerlərdə şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra isə onu polis əməkdaşları saxlamışlar və o, istintaqa cəlb olunmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır, dəymiş ziyanı ödəyə bilməmiş, gələcəkdə pulu olan zaman mülki iddianı təmin edəcəkdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs və mülki iddiaçının və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun mənzilindən oğurladığı qızılları ona qaytarmamış, eşitdiyinə görə onları satmışdır. Həmin qızıllar köhnə olmaqla onların bir hissəsi ona nənəsindən qalmış, qalan hissəsini isə əri ilə Bakı şəhərində bazarda turşu satmaqla qazandıqları pulla hissə-hissə əldə etmişlər. Qızılların dəyəri təxminən 35000- 40000 manat olmuşdur. Həmin qızılların adları dəqiq yadında qalmamışdır. Onun qızıllarının oğurlanması barədə polisə şikayət etdiyi vaxtdan təxminən 10-11 ay keçdikdən sonra Təqsirləndirilən şəxs saxlanılmışdır. Əgər Zaur ona 5000-7000 manat ödəsə onun barəsində şikayətçi olmaz. Lakin, Zaur ona heç bir pul ödəmədiyinə görə ondan şikayətçidir. Həmçinin, mülki iddianı müdafiə edir, mülki iddiada göstərilən məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq ona verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini, mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2017-ci ildə ünvan 3 ünvanda yerləşən binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzili əri Rüstəmlə birlikdə alıb, təmir işləri aparmış, lakin hal-hazıra kimi binaya qaz xətti çəkilmədiyi üçün həmin mənzilə köçməmişlər. Təxminən son 2-3 il ərzində mənzildə santexnik və elektrik işlərini Qusar şəhər sakini Zaur görmüşdür. 2021-ci ilin mart ayının əvvəllərindən 10-na kimi olan müddət ərzində Zaur onun əri Rüstəmin dəvəti ilə ünvan 3 ünvanda yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə 1 günlük xırda təmir işləri aparmışdır. 17.03.2021-ci il tarixdə saat 12 radələrində əri Rüstəmlə birlikdə Qusar şəhər bazarında olan zaman kürəkəni Sərxan zəng edib, ünvan 3 ünvanda yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin giriş qapısını sındırılmış vəziyyətdə olduğunu bildirmişdir. Bundan sonra əri Rüstəmlə birlikdə dərhal evə gedib, otaqlara baxış keçirən zaman yataq otağındakı dolabda saxladığı içərisində qızıl-zinət əşyalarının olduğu 01 ədəd şüşə bankanın oğurlandığını görüb baş vermiş hadisə ilə bağlı Qusar RPŞ-nə ərizə ilə müraciət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Təqsirləndirilən şəxs bir usta kimi tanımış, onun özü də ünvan 3 ünvanda yerləşən binada usta işləmişdir. O, bir dəfə həmin binanın həyətində olan tullantıların arasından ona aid olmayan bir ədəd mismar çıxaran alət tapmış və polisə təhvil vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin alətlə İlhamə adlı qadının mənzilinin qapısını sındırıb açmış və oradan qızıllar oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, İlhamə Hacıkərimovanın yaşadığı binada gözətçi işləyir. Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs tez-tez İlhamənin evinə gələrək orada təmir işləri görmüşdür. 2021-ci ilin mart ayının təxminən ortalarında o, mənzillərin qapılarını yoxlayarkən görmüşdür ki, İlhamənin mənzilinin qapısı sındırılmışdır. Bundan sonra o, yaşayış binasını inşa etmiş Qurban adlı şəxsə zəng etmiş, sonuncu evin sahibinin telefonu olmadığını demiş, bundan sonra o, özü evin sahibinə bu barədə məlumat vermişdir. Daha sonra İlhamə və sonuncunun həyat yoldaşı Rüstəm adlı şəxs oraya gəlmişlər, İlhamə evə baxdıqda əvvəlcə oğurlanan əşyaların olmadığını demişdir. O, Rüstəmlə birlikdə həyətə düşmüş və bir azdan İlhamə pis halda həyətə düşərək qızılların oğurlandığını demişdir. Sonradan məlum olmuşdur ki, həmin qızılları Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 zərər çəkmiş şəxs İlhamə Hacıkərimovanın və Şahid2 göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan 17 mart 2021-ci il tarixli cinayət haqqında şifahi məlumatın qəbulu barədə protokoldan görünür ki, X1 şəhəri, H.Əliyev prospekti ev 1 ünvanda yeni inşa olunmuş çoxmənzilli yaşayış binasında olan ona məxsus yaşayış olmayan mənzildən ona məlum olmayan tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən qızıl-zinət əşyalarının oğurlandığını bildirmiş və mənzilinə daxil olaraq qızıl-zinət əşyalarını oğurlamış həmin şəxs və ya şəxslərin kimliyini müəyyənləşdirməklə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 07.05.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən binanın 3-cü mərtəbəsində yerləşən 51.9 kv.metr iki otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X18 tərəfindən X2 və Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X14, ekspert-kriminalist polis leytenantı Məlik Məmmədovun, hal şahidləri X19, X12 iştirakları ilə tərtib edilmiş 17 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 12:00-dan saat 13:30-dək ünvan 5ünvanda yerləşən 3 mərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində olan X3 məxsus 2 otaqlı mənzilə baxış keçirilmişdir. Baxış zamanı əsas giriş-çıxış qapısının qıfılının sındırılaraq yararsız vəziyyətə salınması, mənzildə 2 yataq, 1 mətbəx, 1 yuyunma otağının olması və mənzilin yeni təmir olunmuş yaşayışa hazır vəziyyətdə olması müəyyən olunmuşur. Hadisə baş vermiş mənzilə baxış zamanı mənzilin sahibi İlhamə Hacıkərimova mənzilin giriş-çıxış qapısını qıfılla bağladığını, hadisə zamanı evdə olmadıqlarını, mənzilin 1-ci yataq otağında olan dolabın siyirməsində ağzı bağlanmış (700 qramlıq) şüşə qabda 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl-qolbaq, boyunbaq üçün nəzərdə tutulmuş 2 ədəd qızıl klon, 2 dəst qızıl üzük və sırğa, (yəni 4 ədəd sırğa, 2 ədəd üzük) və 4 ədəd müxtəlif ölçülərdə qızıl üzük olduğunu bildirmişdir. Həmçinin baxış zamanı İ.M.Hacıkərimova həmin ona məxsus oğurlanmış qızılzinət əşyalarını müxtəlif tarixlərdə adlarını xatirlamadığı Bakı şəhərində qızıl mağazalarından aldığını, həmin qızıl-zinət əşyalarının qiyməti və ya dəyərinin nə qədər olmasından məlumatı olmadığını bildirməklə, qızıl-zinət əşyalarının şəkillərinin olmadığını və dəyərini dəqiq deyə bilmədiyini qeyd etmişdir. Oğurluq hadisəsi baş vermiş, qızıl-zinət əşyalarının oğurlandığı həmin mənzilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən iz və ya əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X15 tərəfindən fərdi sahibkar X20, hal şahidləri X9 və X22 iştirakları ilə tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 16:00dan saat 16:50-dək Bakı şəhəri Nəsimi rayonu ərazisində Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən “Lombard N1” adlı lombardın binasında Elvin Qasımovun təqdim etdiyi 02 ədəd girov biletlərin təsdiq edilmiş surətlərinə baxış keçirilmişdir. Baxış zamanı Lombardda fərdi sahibkar kimi fəaliyyət göstərən X23 11.03.2021-ci il tarixdə Qusar şəhərində yaşayan Təqsirləndirilən şəxs 2 ədəd qızıl klon, 2 cüt qızıl sırğa, 3 ədəd qızıl üzüyü girov saxlamaqla 1 ay müddətinə 2000 manat məbləğində pulu kredit götürdüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə birlikdə qızılların ona məxsus olduğunu bildirməklə girov saxladığını bildirmişdir. Baxış zamanı X34 Əlipoladovun 13.03.2021-ci il tarixdə təkrar lombarda gəlib 03 ədəd qızıl üzüyü, 01 ədədi 750 əyarlı və 02 ədədi 585 əyarlı olmaqla girov saxlayıb 1 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşdür. Bundan sonra Zaurla əlaqə saxlaya bilmədiyi, həmçinin kredit ödənişi həyata keçirilmədiyi üçün kredit borcun bağlanması üçün girov saxlanılan qızıllar satılmışdır. Baxış zamanı Elvin Qasımov 11.03.2021 və 13.03.2021- ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən girov saxlanılmış qızıllara aid girov biletlərinin təsdiq edilmiş surətlərini təqdim etmişdir. 11.03.2021-ci il tarixli girov biletinin surətində Təqsirləndirilən şəxs 02 ədəd qızıl klon, 2 cüt qızıl sırğa, 3 ədəd üzükləri, 13.03.2021-ci il tarixli girov biletin surətində isə 01 ədəd 750 əyarlı və 02 ədəd 585 əyarlı üzükləri girov saxladığı, girov saxladığı hər iki dəfə də özünə məxsus şəxsiyyət vəsiqəsini də təqdim etməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən Şahid1, hal şahidləri X17 və X13 iştirakları ilə tərtib edilmiş 01 aprel 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 17:30-dan saat 18:10-dək Qusar RPŞ-nin İB-nin xidməti otağında baxış zamanı Şahid1 31.03.2021-ci il tarixdə tapdığı 01 ədəd mismar çıxaranı təqdim etmişdir. Mismar çıxarana baxış zamanı ölçüləri 700x200 mm, rəngi qaradır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:20-dən 16:00-dək Təqsirləndirilən şəxs özünün müdafiəçisi Tofik Əliyarovun iştirakı ilə ünvan 7 ünvanda yerləşən binanın 3-cü mərtəbəsində yerləşən mənzildən 10 mart 2021-ci il tarixdə saat 20-21 radələri arasında təkbaşına İlhamə Hacıkərimovaya məxsus 01 ədəd şüşə bankada olan qızıl zinət əşyalarını oğurladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 30 dekabr 2021-ci il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 10.03.2021-ci il tarixdə saat 20-21 arası İlhamənin evindən oğurluq etdikdən sonra tanımadığı yol maşını ilə Quba şəhərinə, oradan isə Xaçmaz şəhərinə getmiş və səhərə kimi küçələrdə qalmışdır. 11.03.2021-ci il tarixdə səhər tezdən yol maşını ilə Bakı şəhərinə gedib M.Əcəmi metrosunun yaxınlığında yerləşən “Lombard N 1” adlı lombarda qızılların bir hissəsini verib 2000 manat pul kredit götürmüş, 13.03.2021ci il tarixdə isə təkrar həmin lombarda gəlib 1000 manat pulu qızılların bir hissəsini girov saxlamaqla kredit götürmüşdür. Təxminən 1 həftə sonra Bakı şəhəri Gənclik metrosunun yaxınlığında yerləşən qızıl əşyalarının satışı-alışı mağazasına 01 ədəd tros sepi öz sepi kimi təqdim edib 700 manata satmışdır. 30.03.2021-ci il tarixdə isə Bakı şəhəri Yasamal rayonu ərazisində "xxxx" kredit təşkilatına müraciət edib qalıq qalan qızılları girov saxlamaqla 2658 manat pulu kredit götürmüşdür. Bütün pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, həmçinin qızıl-zinət əşyalarını öz şəxsi əşyaları kimi təqdim etmişdir. Bundan sonra isə pulları xərcləyib qurtardıqdan sonra polisdən gizlənərək Bakı şəhərinin müxtəlif qəsəbə və rayonlarında fəhlə kimi işləmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “ərzaq və sənayə mallarının əmtəəşünaslıq tədqiqi” barədə məhkəməəmtəəşünaslıq ekspertizasının 16 aprel 2021-ci il tarixli 9/1850 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 9 adda qızıl-zinət əşyalarının 2021-ci ilin mart ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 9195.0 manat müəyyən olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “ərzaq və sənayə mallarının əmtəəşünaslıq tədqiqi” barədə məhkəməəmtəəşünaslıq ekspertizasının 08 iyun 2021-ci il tarixli 9/3298 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4500.00 manat müəyyən edilmişdir. O cümlədən:
1. 1 ədəd 585 əyyarlı Rusiya istehsalı 30 qramlıq qızıl qalın tros sep – 2250.0 manat (30 qram x 75 manat);
2. 1 ədəd 585 əyyarlı Rusiya istehsalı olan 2012-ci ildə 1800 manata alınmış 30 qramlıq qızıl qalın tros sep – 2250.0 manat (30 qram x 75 manat). Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli 9/1850 saylı və 08 iyun 2021-ci il tarixli 9/3298 saylı rəylərinə əlavə edilmiş bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 100 (yüz) manatdır. İş materillarında olan Qusar rayonu İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş 17.01.2021-ci il tarixli rəydən görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilin giriş qapısının bərpası üçün 2021-ci ilin mart ayında sərf olunan vəsait 40 manat və 2021-ci ilin mart ayında 01 ədəd 0.700 litrlik şüşə bankasının dəyəri 0.20 manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 09 iyun 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd mismar çıxaran iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 17 may 2021-ci il tarixli “ittiham elan etmək üçün şəxsin axtarışa elan edilməsi və tutulması haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq istintaqa təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan BOKT İnternational QSC ilə Təqsirləndirilən şəxs oğolu arasında bağlanmış 30 mart 2021-ci il tarixli 004/2021/1128 saylı kredit (borc) və girov müqaviləsinin surətindən görünür ki, BOKT tərəfindən Təqsirləndirilən şəxs illik 60 faiz dərəcəsi ilə 9 ay müddətinə 2658 manat məbləğində pul verilmişdir. Pulun qaytarılmasının təmin edilməsi məqsədi ilə AZ00100352 saylı 30 mart 2021-ci il tarixli zərgər aktı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan qiymətli metallar girov qoyulmuş, həmin metalların likvid dəyəri 1303 USD, bazar dəyəri 2898 USD qiymətləndirilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və sonuncunun 30.03.2021-ci il tarixdə "xxxx" BOKT QSC ilə bağladığı 004/2021/1128 saylı kredit və girov müqaviləsinə əsasən girov saxlanılan və "xxxx" BOKT QSC-də saxlanılan, X3 məxsus qızıl-zinət əşyalarının götürülməsi qərara alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 4(029)-29/2021 saylı 19.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs olmadığı şəraitdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. İş materiallarında olan 25 dekabr 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Bakı şəhəri Səbail rayonunda müəyyənləşdirilərək saxlanılmış və Qusar RPŞ-nin İB-nə təhvil verilməsindən ötrü Qusar RPŞ-nə gətirilmişdir. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma haqqında” və “mülki cavabdeh qismində tanınma haqqında” qərarlardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X5 hazırki iş üzrə mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. İş materiallarında olan X5 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 28 dekabr 2021-ci il tarixli iddia ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 13275,0 manat məbləğində maddi və 20000 manat mənəvi ziyanın tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 23 aprel 2022-ci il tarixli 505/04-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X7 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının 28 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Bundan başqa, "xxxx" İnternational QSC-nin əməlində Azərbaycan Respublikasının CM-nin 194.1 və 306.1-ci maddələrinin tərkib əlamətlərinin olub-olmamasının ətraflı araşdırılması üçün cinayət işindən material ayrılaraq Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsindən ötrü Qusar rayon Prokurorluğuna göndərilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı” İnternational QSC-də saxlanılan, X3 məxsus qızıl-zinət əşyalarının götürülməsi barədə Qusar rayon məhkəməsi tərəfindən 13 avqust 2021-ci il tarixli 5(029)-89/2021 saylı qərar qəbul edilmiş və qərarın surəti 2 dəfə icra edilməsi üçün Bank Olmayan Kredit Təşkilatı” İnternational QSC-nə göndərilməsinə baxmayaraq, sonuncu Təqsirləndirilən şəxs girov saxlanması üçün təqdim etdiyi qızıl-zinət əşyalarının oğurluq olduğunu bilə-bilə onları başqa şəxslərə satmış, həmçinin Qusar rayon məhkəməsinin qərarını icra etməmişdir. Həmçinin, həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2021-ci il tarixli 9/1850 nömrəli rəyində səhvən 2 ədəd 585 əyyarlı Rusiya istehsallı gül formalı qaşsız 6 qramlıq üzüklər göstərilsə də, Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdə İlhamə Hacıkərimovaya məxsus 1 ədəd üzüyü oğurlamışdır. Buna görə də, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs ittihamına daxil edilməmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 22 fevral 2022-ci il tarixli 3(029)- 32/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdəyəni 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 01.04.2021-ci il tarixli tələbnamədən, Qusar rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 1(029)-46/2018 saylı hökmünün surətindən və Qusar rayon İcra və Probasiya Şöbəsinin 24.01.2022-ci il tarixli 373/22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər həmin məhkəmənin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəzası şərti hesab edilmiş və ona 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti 18 dekabr 2019-cu il tarixdə bitmiş, onun barəsində həyata keçirilən probasiya nəzarəti dayandırılmış və o, qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli 728 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri, M.Vəliyev küçəsi 92 saylı evdə yaşayır və ailə tərkibi anası X4 ibarətdir. İş materiallarında olan AZ-İİİ 211381 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 02.10.2013-cü il təvəllüdlü Nuray adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə saat 20-21 radələri arasında sərxoş vəziyyətdə ünvan 3 ünvanda yerləşən binanın 3-cü mərtəbəsində Qusar şəhər sakini X3 məxsus mənzilə, mənzilin giriş qapısını mismar çıxaran alətlə sındırmaqla həmin mənzilə qanunsuz daxil olmaqla sonuncuya məxsus dəyəri 3000,0 manat olan 1 ədəd Rusiya istehsalı, 855 əyyarlı, 30 qramlıq qızıl qolbaq; dəyəri 595,0 manat olan 1 cüt 750 əyyarlı, İtalya istehsalı 4 qramlıq qızıl sırğa və 3 qramlıq qızıl üzükdən ibarət dəst; dəyəri 1750.0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı gül formalı 7 qramlıq qızıl üzük, 1 cüt 585 əyyarlı Rusiya istehsallı 10 qramlıq qızıl sırğa və 1 ədəd 585 əyyarlı Rusiya istehsallı 8 qramlıq qızıl klondan ibarət dəst; dəyəri 840,0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı 12 qramlıq aypara formalı qızıl klon; dəyəri 420,0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı gül formalı qaşsız 6 qramlıq qızıl üzük; dəyəri 560,0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı gül formalı qırmızı qaşlı 8 qramlıq qızıl üzük; dəyəri 770,0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı 11 qramlıq qızıl nişan üzük; dəyəri 840,0 manat olan 1 ədəd 585 əyyarlı Rusiya istehsallı qaşsız 12 qramlıq qızıl üzük və hər birinin dəyəri 2250 manat olan 2 ədəd 585 əyyarlı Rusiya istehsallı 30 qramlıq qızıl qalın tros sepi gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə cəmi 13275,0 manat olmaqla xeyli miqdarda maddi ziyan vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83, 83.3.1-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 1(029)-46/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəzası şərti hesab edilmiş və ona 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. 18.12.2019-cu il tarixdə sınaq müddəti başa çatmışdır. Hazırkı cinayət əməlini isə sınaq müddəti başa çatdıqdan-yəni məhkumluğu ödənildikdən sonra törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, dəymiş zərəri ödəməməsini şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, dəymiş ziyanı ödəməməsini və buna heç bir cəhd etməməsini, zərər çəkmiş şəxs və mülki iddiaçının ondan şikayətçi olmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, yuxarıda qeyd olunduğu kimi həmin şəxs dəymiş ziyanı tam və ya qismən aradan qaldırmamış, zərər çəkmiş şəxslə barışmamış, buna heç bir cəhd göstərməmiş, zərər çəkmiş şəxs və mülki iddiaçı ondan şikayətçidir. Bundan başqa, həmin şəxs ibtidai istintaq müddətində törətdiyi əməlinə biganə yanaşmaqla istintaq orqanından yayındığına görə barəsində axtarış elan edilmiş və Qusar rayon məhkəməsi tərəfindən barəsində daha ağır qətimkan tədbiri-yəni həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd mismar çıxaran alət məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 100 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.4.3-cü maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək hüququnu həyata keçirir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3, 181.3.1-181.3.4-cü maddələrinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1, 354.1.2, 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması kimi qərarlardan biri əks etdirilir. Zərər çəkmiş şəxs və mülki iddiaçı X6 tərəfindən verilmiş mülki iddianı müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə həmin iddia qismən təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində həmin şəxsə 13275,0 manat məbləğində maddi ziyanın vurulması Təqsirləndirilən şəxs özünün etiraf ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs və mülki iddiaçının, şahidlərin ifadələri ilə və cinayət işinin materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, zərər çəkmiş şəxs və mülki iddiaçının ona həm də mənəvi zərərin vurulması barədə dəlilləri ilə razılaşsa da, həmin ziyanın məbləğinin 20000 manat deyil, 5000 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Çünki, həmin şəxs Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində mənəvi sarsıntılara məruz qalsa da, ona məhz 20000 manat məbləğində zərərin vurulması barədə mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 13275 (on üç min iki yüz yetmiş beş) manat, mənəvi ziyanın əvəzi kimi 5000 (beş min) manat, cəmi 18275 (on səkkiz min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı X3 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 89, 179, 181, 183, 344-347, 351-353, 354, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan-yəni 25 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 13275 (on üç min iki yüz yetmiş beş) manat, mənəvi ziyanın əvəzi kimi 5000 (beş min) manat, cəmi 18275 (on səkkiz min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı X3 verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd mismar çıxaran alət məhv edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV