Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-26/2021 23.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qusar Kommunal Müəssisələri Kombinatında süpürgəçi işləyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Hil kəndində sərxoş vəziyyətdə yumruqla arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına Yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və onlar Qusar rayonu Hil kəndində birlikdə yaşayırlar. xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində o, sərxoş vəziyyətdə evdə arvadı İra ilə mübahisə etmiş və həmin vaxt yumruqla sonuncunun sağ göz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra onun barəsində “102” xidmətinə zəng edilərək şikayət edilmiş və o, təhqiqata cəlb edilmişdir. O, barışmağa cəhd edib İraya peşman olduğunu bildirsə də, sonuncu onunla barışmamışdır. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində üç azyaşlı uşaqlarının olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və onlar birlikdə Qusar rayonu Hil kəndində yaşayırlar. Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edir və sərxoş vəziyyətdə evə gələrək onu döyür. Buna görə əvvəllər Orxan 20 gün müddətinə inzibati həbs də olunmuşdur. xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində Orxan yenidən evə sərxoş vəziyyətdə gəlmiş və öz atası Şeydabəylə və onunla mübahisə etmiş və həmin vaxt onun saçlarından tutaraq yumruqla sağ gözünə zərbə vurmuşdur. Bu səbəbdən də, o, Orxanın barəsində polisə şikayət etmiş və həmin şəxs təhqiqata cəlb edilmişdir. Hadisədən sonra və hazırda o, Orxanla barışmamış və ona görə də, həmin şəxsin barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir, onlar birlikdə Qusar rayonu Hil kəndində eyni evdə yaşayırlar. Oğlu Orxan tez-tez spirtli içki qəbul edir, həmin vaxt çox aqressiv olur və sərxoş vəziyyətdə evdə dava-dalaş salır. xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində oğlu Orxan yenidən sərxoş vəziyyətdə evə gəlmiş və gəlini İra ilə mübahisə etməyə başlamış, həmçinin həmin şəxsin saçlarından tutaraq sağ gözünə yumrula vurmuş və İra yerə yıxılmışdır. O, Orxanı dayandırmağa çalışsa da, bunu edə bilməmiş və ona görə o, da “102” xidmətinə zəng etmişdir. Oğu Orxan həmin hərəkətlərinə görə əvvəllər 20 gün müddətinə inzibati həbs olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx xxxxxx 2021-cı il tarixli, 29 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ qaşın üzərindəki əzilmiş-çapılmış yara küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığıln qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X1 tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 11/02-21 saylı məktubdan görünür ki, Qusar rayonu Hil kəndində yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxananın Konsultativ Poliklinika Şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli **********8 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin nümayəndəlikdən sosial müavinət, təqaüd almır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 87 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Zərərçəkmiş şəxs, xx.xx.2008-ci il təvəllüdlü oğlu Hacıbəy Ağabəyovdan, xx.xx.2009-cu il təvəllüdlü qızı Ayişə Ağabəyovadan və xx.xx.2011-ci il təvəllüdlü oğlu Sərxan Ağabəyovdan ibarətdir. İş materiallarında olan AZ-İİ 202743, AZ-İİ 378811 və AZ-İİ 689282 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2008-ci il təvəllüdlü Hacıbəy, xx xxxxxxx 2009-cu il təvəllüdlü Ayişə və xx xxxx 2011-ci il təvəllüdlü Sərxan adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan protokollaşdırma nömrəsi 03754 olan xx.xx.2021-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 22:22-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 1.562 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-460/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətə inzibati həbs edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Qusar rayonu Hil kəndindəki evdə sərxoş vəziyyətdə arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edərək yumruqla sonuncunun göz nahiyəsinə vuraraq həmin şəxsin sağlamlığına yüngül zərər vurması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş sənədlərlə tam sübuta yerilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngüllləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını, spirtli işkilərə aludə olmaqla qanunazidd əməllər törətməyə meyilli olmasını şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Hil kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin Orxan Ağabıəyovun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər yüngül cəzaların təyin edilməsi onun islah olunması və cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməz və ona görə də, həmin cəzalardan hər hansı birinin təyin edilməsi məqsədəmüvafiq deyildir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Hil kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-26/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-26/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver