Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-26/2022 20.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı: X25, Təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmiş, Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il 03 ay sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmiş, məhkumluğu ödənilməmiş, 26 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx.xx.2018-ci il tarixdə yaşadığı Qusar rayonu Hil kəndində yerləşən X32 məxsus qapısı açıq olan fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin yataq otağından 1700 manat olan 1 ədəd komplekt qızıl, yəni, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, bundan əlavə dəyəri 250 manat olan 1 ədəd qadın üzüyü, dəyəri 175 manat olan 1 ədəd qadın nişan üzüyünü və 100 manat pulu gizli yolla talayaraq oğurlayıb zərərçəkmiş şəxsə cəmi 2225 manat miqdarda ziyan vurmuşdur. Bundan sonra təkrarən o, 06 noyabr 2021-ci il tarixdə ögey qardaşı Şahid4 məxsus olan “Vaz-21011” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gecə saat 02 radələrində, Qusar rayonu Balaqusar kəndinə gedərək orada yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq malları mağazasına qapısının qıfılını mismar çıxaran alətlə sındırmaqla mağazanın içərisinə qanunsuz daxil olaraq, masanın üzərindəki örtüyün altından 700 manat məbləğində pul vəsaitini gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra təkrarən o, 06 noyabr 2021-ci il tarixdə saat 03 radələrində eyni avtomobillə Qusar rayonu Bədirqala kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan ərzaq malları mağazasına qapınının qıfılını sındırmaqla qanunsuz daxil olub oradan ümumi dəyəri 19,20 manat dəyərində 24 ədəd “Bizon” energetik içkilərini, ümumi dəyəri 68 manat məbləğində olan 20 qutu “Winston” siqaretini, ümumi dəyəri 30,80 manat olan 14 qutu “Vant” siqaretini, ümumi dəyəri 30.80 manat olan 14 qutu “Klassik” siqaretini və 10 manat olan qəpikləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 158,80 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan sonra təkrarən o, xx.xx.2021-ci il tarixdə saat 04:30 radələrində Qusar rayonu Hil kəndində yerləşən Zərərçəkmiş şəxs4 MMC-nə məxsus mağazanın pəncərəsindən qanunsuz olaraq daxil olmaqla 150 manat nağd pul, ümumi dəyəri 4,00 manat olan 10 ədəd alışqan, ümumi dəyəri 1,80 manat olan 03 ədəd alışqan, ümumi dəyəri 5,00 manat olan 02 ədəd “Rothmans” siqareti, ümumi dəyəri 31,20 manat olan 08 ədəd “Sobranie” ağ nazik siqareti, ümumi dəyəri 28,80 manat olan 08 ədəd “Kent” qalın siqareti və ümumi dəyəri 61,20 manat olan 18 ədəd “Vinston XS style silver compact” siqaretlərini gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 282,00 manat miqdarda ziyan vurmuşdur. Bundan sonra təkrarən o, xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Qusar rayonu İmamqulukənd kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus mağazanın saxlanc yerinin pəncərəsindən qanunsuz olaraq daxil olmaqla oradan da mağazanın pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz olaraq daxil olmaqla 2750 rus rublu həmin dövrün məzənnəsi ilə 64,075 manat, 15 manat nağd pul, ümumi dəyəri 20 manat olan 01 ədəd cins şalvar, ümumi dəyəri 35 manat olan 01 ədəd kişi gödəkçəsi, 01 ədəd ümumi dəyəri 30 manat olan kişi ayaqqabısı, ümumi dəyəri 12 manat olan 12 cüt kişi corabını, eləcə də Zərərçəkmiş şəxs3 məxsus kafenin hasarından qanunsuz daxil olmaqla dəyəri 180,00 manat olan “STELS” markalı velosipedi gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 356,075 manat miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, Təbrik Cəlilovun evindən oğurluq etməmiş, onun evinə qanunsuz daxil olmamışdır. Həmin oğurluq hadisəsi baş verən zaman-yəni 2018-ci ildə o, yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Polis əməkdaşları onu saxlayarkən o, digər oğurluq hadisələrini törətməsini etiraf etmiş, Təbrikin evindən də oğurluq etməsini dedikdə həmin oğurluğu etiraf etməmişdir. Həmin vaxt ona işgəncə verməmişlər, heç bir təzyiq və təsir göstərməmişlər, lakin o, qorxduğundan Təbrikin evindən oğurluq etdiyini göstərmişdir. O, Təbrikin evinin içində olmamış, polis əməkdaşları özləri evin içinin necə olduğunu deyərək guya evdən qızıl əşyalarını oğurlaması barədə onun adından ifadə yazmışlar və o, da həmin ifadəni imzalamışdır. Birinci dəfə onun yanında vəkil olmamış, üzləşmə zamanı isə vəkil iştirak etmişdir. Əgər o, həmin oğurluğu da etmiş olsa idi, dəymiş ziyanı ödəyərdi. İstintaq zamanı bütün dindirmələrdə onun vəkili iştirak etmiş, o, Təbrik Cəlilovun evindən oğurluq etməməsini vəkilinə deməmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən nə prokurora, nə də məhkəmədə bu barədə heç nə deməmiş, bütün epizodları etiraf etmişdir. Lakin, o, Təbrikin evindən qızıl əşyalarını oğurlamamışdır. O, Vətən Müharibəsində iştirak etmiş, müharibə nəticəsində yaddaşında problemlər yaranmışdır. Hərbi xidmətdə olarkən mülki mağazadan telefon oğurlamış, Füzuli Hərbi Məhkəməsi ona cəza təyin etmiş, lakin hansı cəzanın verilməsini xatırlamır. Qalan oğurluq hadisələrinə görə isə özünü təqsirli bilir, 06 noyabr 2021ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus olan, Qusar rayonu Balaqusar kəndində yerləşən mağazadan, həmin tarixdə Zərərçəkmiş şəxs2 məxsus olan, Qusar rayonu Bədirqala kəndində yerləşən mağazadan, xx.xx.2021-ci il tarixdə Qusar rayonu Hil kəndində yerləşən Zərərçəkmiş şəxs4 mağazasından, xx.xx.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs3 Qusar rayonu İmamqulukənd kəndində yerləşən mağazasından oğurluqlar etmiş, həmin oğurluqlara görə zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, törətdiyi əməllərindən peşman olmuşdur. O, Vətən Müharibəsi zamanı Füzulu, Cəbrayıl, Şüşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş, müvafiq medallarla təltif edilmişdir. Onun ögey qardaşı (anadan bir, atadan ayrı) Şahid4 da Vətən Müharibəsi iştirakçısı olmaqla bir neçə medallarla təltif olunmuşdur. Söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bundan başqa, anası xərçəng, atası isə vərəm xəstəliyindən əziyyət çəkir, ailəsinin həyat şəraiti çox ağırdır. Artıq həbsdə olmuş, islah olunmuş, əvvəllər nə hərəkətlər etdiyinin nəticəsini düşünməmiş, hazırda düzgün yola qayıtmışdır, ibadətlə məşğul olur. Odur ki, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi ifadəsindən görünür ki, 2017-ci il hələ azyaşlı olduğu vaxt oğurluq hadisələri törətdiyinə görə məhkum olunmuş, bundan sonra 2019cu ildə hərbi xidmətə yollanmış, 2020-ci ilin aprel ayında hərbi xidmətdə olduğu müddətdə mağazadan telefon oğurladığına görə 2021-ci ilin mart ayında Füzuli Hərbi Məhkəməsi tərəfindən 03 il müddətinə azadlıqdan məhrumetmə haqqında hökm çıxarılmışdır. Qusar rayonu Hil kəndində yerləşən xx.xx.2018-ci il tarixdə saat 16 radələrində X32 məxsus yaşayış evinin qapısının kilidli olduğunu görüb həmin evin həyətinə hasardan aşmaqla həyətə daxil olmuş, evin həyətindən evin qapılarının açıq olmasından istifadə edərək 2-ci mərtəbəyə çıxmış, orada otaqları axtarmış, yataq otağında şkafda olan 1 ədəd komplekt qızıl, yəni, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, bundan əlavə 1 ədəd qadın üzüyü, 1 ədəd qadın nişan üzüyünü və 100 manat nağd pulu oradan götürüb evdən çıxmış, həmin qızıl əşyaları Quba şəhərində qızıl mağazasına satmış və 500-600 manat pul əldə etmiş, həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismən səmimi etirafı ilə, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı onun özünün müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə gecə saatlarında ona məxsus olan, Qusar rayonu Balaqusar kəndində yerləşən mağazadan 700 manat məbləğində pul oğurlamışdır. Bununla bağlı ona dəymiş ziyan tam aradan qaldırılmış, həmin şəxsi bağışlamış, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 05 aprel 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də bunun nəzərə alınmasını və təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun qonşusudur. 2018-ci ildə Dadaşbala onun Qusar rayonu Hil kəndində yerləşən evindən bir ədəd qızıl komplekt, bir ədəd boyunbağı, bir ədəd üzük, bir ədəd qolbağ, 100 manat pul oğurlamaqla ona cəmi 2225 manat məbləğində maddi ziyan vurmuşdur. Dadaşbalanı polis əməkdaşları onun evinə gətirmişlər, həmin şəxs qızıl əşyalarını və pulu oğurladığı yerləri göstərərək oğurluq etməsini etiraf etmiş, göstərdiyi yerləri düz göstərmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq olunmamışdır. Ona dəymiş ziyan indiyədək aradan qaldırılmamışdır. Hazırda o, Dadaşbaladan şikayətçi deyil, onun həbs olunmasını istəmir, lakin 2225 manat pulu həmin şəxsdən tələb edir. Odur ki, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini, onun tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, Təqsirləndirilən şəxs 2225 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs X25 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Dadaşbalanın tutulmasını istəmədiyini, ondan şikayətçi olmadığını göstərmiş və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə ona məxsus olan, Qusar rayonu İmamqulukənd kəndində yerləşən mağazadan paltarlar və nağd pul oğurlamışdır. Hazırda ona dəymiş ziyan aradan qaldırılmış, həmin şəxslə barışaraq onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi 05 aprel 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də bunun nəzərə alınmasını və təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qusar rayonu Hil kəndində yerləşən Zərərçəkmiş şəxs4 mağazasından xx.xx.2021-ci il tarixdə 150 manat pul və 132 manatlıq siqaret və alışqanlar oğurlamışdır. Həmin ziyan tam aradan qaldırılmış, həmin şəxsə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi 05 aprel 2022-ci il tarixli ərizədən görünür ki, o, iş üzrə zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Bildirir ki, dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də bunun nəzərə alınmasını və təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ögey-yəni anadan bir atadan ayrı qardaşıdır. Hər ikisi Vətən Müharibəsi iştirakçısıdırlar. 2018-ci ildə polis əməkdaşları Dadaşbalanın barmaq izlərini götürmüşlər, daha sonra isə onu buraxmışlar. Dadaşbala Təbrikin evindən oğurluq etməmiş, qalan oğurluqları etməsini dəqiq bilmir. Onun Vaz-21011 markalı avtomobili var, Dadaşbala həmin avtomobili 2021-ci ilin noyabr ayının 05-dən 06-na keçən gecə ondan götürmüş, səhər geri qaytarmışdır. Ondan harada olduğunu soruşmuş, “buralarda idim” deyə cavab vermişdir. Sonradan bilmişdir ki, Dadaşbala həmin avtomobillə oğurluq etmişdir. Bundan sonra Dadaşbala Bakıya getmiş, bir müddət onu görməmiş, sonradan Dadaşbalanı Bakı şəhərində polis əməkdaşları saxlayıb Qusar rayon Polis Şöbəsinə gətirmişlər. Atası, anası evdə təkdir, xəstədirlər, evə baxan Dadaşbaladır, evdə görüləsi işlər var, bundan sonra anası Dadaşbalaya nəzarət edəcəkdir. Odur ki, mümkündürsə Dadaşbalanın barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Bədirqala kəndində yerləşən ona və ailə üzvlərinə məxsus olan, lakin onun tərəfindən istifadə olunan “Qala-market”adlı ərzaq malları mağasında işləyir. Həmin mağazada müxtəlif cür ərzaq malları, tütün məmulatları satmaqla məşğul olmuşdur. O, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində mağazanı bağlayıb yaşadığı evə getmişdir. Bundan əlavə mağazanın arxasında çayxana kimi istifadə edilən yer də fəaliyyət göstərmiş, oradan mağazaya daxil olmaq üçün qapı vardır. O, bütün qapıları və pəncərələri bağlayaraq evinə getmişdir. Həmin günün səhəri, yəni xx.xx.2021-ci il tarixdə saat 06:10-da mağazaya gəlmiş, qapını ön hissədən açıb içəri daxil olan zaman içəridə olan çayxanaya daxil olmaq üçün nəzərdə tutulmuş qapı açıq olmuş, həmin qapı tərəfə hərəkət etmiş, arxa qapıda, yəni çayxanaya giriş qapısı da açıq vəziyyətdə olmuşdur. Bunun üçün yenidən mağazaya daxil olaraq kassaya baxmış, kassaya baxan zaman orada olan 10 manat məbləğində pulun, bununla yanaşı mağazadan 20 ədəd, 2 blok “Vinston” siqaretlərinin (1 ədədinin qiyməti 2.50 manat), 14 ədəd “Klassik” siqaretinin(1 ədədinin qutusunun qiyməti 2,20 manat), 14 ədəd Vant siqareti (1 ədədinin qiyməti 2.10 manat), 24 ədəd bizonun(1 ədədi 0.80 qəpik) yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Bunun üçün orada digər yerlərə baxmış, lakin polisə məlumat verməmişdir. Çünki bir müddət sonra ona həmin gecə Balaqusar kəndində də ərzaq mağazasından oğurluq olduğu məlum olmuş, ona görə də bu barədə Qusar RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə 07 iyun 2022-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də bunun nəzərə alınmasını və təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa, məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ona görə də məhkəmə iclasına gəlməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılaraq yekun vurulmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Hil kəndində yerləşən həyat yoldaşının adında olan, lakin onun tərəfindən işlədilən “Şəfa-market” adlı ərzaq malları mağasında işləyir. Həmin mağazada müxtəlif cür ərzaq malları satmaqla məşğul olur. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində mağazanı bağlayıb yaşadığı evə getmiş, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində mağazaya gəlmiş, qapının ön hissədən açıq olduğunu görmüş, içəri daxil olaraq kassada pul olmadığından həmin hissəyə baxmamış, lakin mağazaya naməlum şəxsin daxil olunduğunu aşkar etmişdir. Həmin yerdə mağazadan naməlum şəxsin nə aparmasını axtaran zaman 1 ədədinin qiyməti 8 manat məbləğində olan 2 ədəd kişi idman şalvarı, 17 manat məbləğində 1 ədəd ayaqqabı, 5 manat dəyərində 1 ədəd ananas, 2 manat dəyərində 5 ədəd banan, 1 manat dəyərində 2 ədəd lazer fənər, 6 manat dəyərində 1 ədəd idman çantası olmaqla ümumlikdə 48 manat məbləğində əşyaların oğurlandığını müəyyən etmişdir. Bundan sonra başqa heçnə oğurlanmadığını görmüş, üzbəüz mağazada da oğurluq hadisəsi olduğundan şikayət etmək istəməmiş, ona görə də polisə sonradan müraciət etmişdir. Sonradan ona məxsus olan mağazadan oğurluq edən şəxsin Dadaşbala olmasını bilmişdir. Şahid1 məhkəməyə xx.xx.2022-ci il tarixli teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Hil kənd sakini Təqsirləndirilən şəxs ifadəsi ona elan olunmuş, bununla bağlı bildirmək istəyir ki, uzun illərdir ki, Quba şəhərində qızıl və gümüş-ziynət əşyalarının alışı və satışı ilə məşğul olmuşdur. Demək olar ki, hər gün ona məxsus Quba şəhəri Zərərçəkmiş şəxs2 prospektində yerləşən qızıl mağazasından qızılgümüş ziynət əşyaları alınıb- satılmışdır. 2018-ci ilin yay mövsümündə Qusar rayonu Hil kənd sakini Dadaşbala ona məxsus qızıl mağazasına gəlmiş, valideynlərinin xəstə olduğunu, anasına məxsus qızıl-ziynət əşyalarını dərman almaq üçün satmaq istədiyini bildirmişdir. O, 1 ədəd qızıl dəsti, yəni 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd qadın nişan üzüyü və 1 ədəd də qadın üzüyünü neçiyə alacağını soruşmuş, o, hesablamış və səhv etmirsə, təxminən 600 manat pulu Dadaşbalaya vermişdir. Dadaşbaladan həmin qızıl-zinət əşyalarının oğurluq olub-olmamasını soruşmuş, ona həmin əşyaların anasına məxsus olduğunu bildirmişdir. Bundan başqa həmin şəxsdən şəxsiyyət vəsiqəsinin surətini götürmüş, pulu da Dadaşbalaya vermişdir. Şahid2 məhkəməyə xx.xx.2022-ci il tarixli teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzürlü səbəbə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid2 tanımaq üçün ona təqdim edilən şəxslərin arasında 3-cü dayanmış Təqsirləndirilən şəxs göstərərək onu tanımışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Hil kənd sakini Dadaşbala adlı şəxsi 2021-ci ilin oktyabr ayından tanımış, belə ki, onunla ünvan 1 ünvanda birlikdə kirayə yaşamışlar. Dadaşbala ilk dəfə 2021-ci ilin oktyabr ayında onun yaşadığı ünvanda kirayə qalmağa başlamış, o hər gün saat 08:00-dan 18:00-dək işdə olmuş, həmin müddət ərzində Dadaşbala bütün günü evdə oturmuşdur. Daha sonra Dadaşbalaya işlədiyi tikintidə işləməsini məsləhət görmüş, lakin sonuncu işləməmiş və Qusar rayonuna geri qayıtmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 18 radələrində işdən yaşadığı ünvana qayıtmış, həmin vaxt Dadaşbalanın gəldiyini və yatdığını görmüşdür. xx.xx.2021-ci il tarixdə səhər tezdən işə getmiş, axşam saatlarında evə qayıdan zaman Dadaşbala artıq oyanmış və digər kirayədə qalan şəxslərlə söhbət etmişdir. Həmin vaxt Dadaşbalanın əynində göy-qara rəngli cins şalvar, qara rəngli uzun gödəkçə, ağ rəngli “ləzgi” papağı, ayağında krasovka, bir ədəd idman çantası və bir ədəd bel çantası olmuşdur. Həmin vaxt Dadaşbala dörd gün onlarla birlikdə qalmış, həmin günlər ərzində hərdən axşam saatlarında gəzişmək üçün küçəyə çıxmış, qalan vaxtlarda evdə olmuşdur. Bundan sonra Dadaşbala Qusar rayonuna geri qayıtmış və 3-4 gün sonra yenə həmin ünvana qayıtmışdır. Şahid3 məhkəməyə xx.xx.2022-ci il tarixli teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. İş materiallarında olan Qusar rayonu Hil kəndində yaşayan X40 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, o, Qusar rayonu Hil kəndində yerləşən, ona məxsus yaşayış evindən qızıl-zinət əşyaları-yəni bir komplekt qızıl dəsti (qolbağ, sep, sırğa, üzük), 2 ədəd qızıl üzük və 100 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını göstərmiş və həmin şəxsin və ya şəxslərin müəyyən olunaraq barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 08 iyun 2018-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin TQ-nin təhqiqatçısı X35 tərəfindən Qusar rayonu Hil kəndində yaşayan X25, hal şahidləri X7 və X15 iştirakları ilə həmin tarixdə saat 15:30-dan saat 16:30-dək Təbrik Cəlilova məxsus, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Fərdi yaşayış evi 5 sot torpaq sahəsində yerləşir. 1 sotda tikilən evdir. Ev 2 yataq otağı, 2 əlavə otaq, 1 mətbəxdən ibarət 2 mərtəbəli fərdi yaşayış evidir. Evin giriş qapısı açıq vəziyyətdə olan dəmir qapıdır. Evə girdikdən sonra 5 metr uzunluğunda dəhlizlə gedən zaman sol tərəfdə taxta qapısı olan yataq otağı vardır. Oğurluq həmin otaqda olmuşdur. Otaqda 2 nəfərlik çarpayı, paltar şkafı, tumba, stol və stullar vardır. Tumbanın qarşısında güzgü də var idi. Tumbanın üstündə olan şüşə qabda nişan üzüyü, qırmızı qızıl qabında isə 1 ədəd qızıl üzük, 1 ədəd qızıl komplekt və 100 manat pul oğurlanmışdır. Qızıl komplekt 1800 manat dəyərində 4 predmetdən ibarətdir. O, 1 ədəd sep, 1 ədəd sırğa, 1 ədəd qolbağ və 1 ədəd üzükdən ibarətdir. Bundan əlavə digər üzüklərin qiymətləri 360 manat və 400 manata alınmışdır. X1 evindən 2560 manat dəyərində qızıl-zinət əşyaları və və 100 manat pul oğurlanmışdır. Bundan əlavə, X32 məxsus olan fərdi yaşayış evinin qonaq otağında olan əl çemodanı ağzı açıq vəziyyətdə olub lakin oradan heç nə götürülməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyul 2018-ci il tarixli 16774 saylı rəyindən görünür ki, nəzəri qaydada, faktiki ortada olmayan məmulatların yuxarıda qeyd olunan xüsusatlarını nəzərə alaraq nəzəri hesablama yolu ilə 2018-ci ilin iyun ayına ümumi qiyməti 2125.0 manat müəyyən olunur. Həmin məmulatların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 1 ədəd 583 əyarlı 3.5 qram çəkidə nişan üzüyünün qiyməti 175 manat, 1 ədəd 583 əyarlı 5 qram çəkidə qadın üzüyünün qiyməti 250 manat, 1 ədəd 583 əyarlı 34 qram çəkidə dəstin qiyməti 1700 manat, cəmi 2125 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2018-ci il tarixli 16774 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan X41 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, həmin tarixdə səhər radələrində Qusar rayonu Hil kəndində yerləşən Zərərçəkmiş şəxs4 mağazasına işə gəldiyi zaman naməlum şəxsin mağazadan təxminən 150 manat pul və tütün məmulatlarını oğurladığını aşkar etmişdir. Odur ki, mağazadan oğurluq etmiş şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 19 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi X33 tərəfindən X26, hal şahidləri X9 və X16 iştirakları ilə həmin tarixdə Qusar rayonu Hil kəndində yerləşən Zərərçəkmiş şəxs4 mağazasına baxış keçirilmişdir. Baxış zamanı Faiq Eyvazov naməlum şəxsin mağazaya pəncərədən daxil olub 150 manat nağd pul, 10 ədəd alışqan, 03 ədəd bahalı alışqan, 02 ədəd “Rothmans” siqaretləri, 08 ədəd “Sobranie” ağ nazik siqaretləri, 08 ədəd “Kent” qalın siqaretləri və 18 ədəd “Vinston XS silver” siqaretləri oğurladığını bildirmişdir. Baxış zamanı Faiq Eyvazov siqaretlərin, pulların və alışqanların olduğu yeri göstərmiş, qeyd olunan yerlərdən əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı Faiq Eyvazov naməlum şəxsin mağazaya daxil olduğu yeri və oradan çıxdığı yerləri göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 26 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi X42 tərəfindən Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Nicat Qurbanovun, Qusar rayonu Hil kəndində yaşayan Təqsirləndirilən şəxs, hal şahidləri X4 və X34 iştirakları ilə həmin tarixdə saat 15:30-dan saat 16:45-dək ünvan 5 ünvanın qarşısından başlamışdır. Təqsirləndirilən şəxs həmin ünvanı təqdim etmiş, pilləkənlə evə qalxmışlar, qeyd olunan ev 1 otaqdan ibarətdir. Otaqda 4 ədəd çarpayı, 2 ədəd masa və paltar rəfləri müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs Qusar rayonu Hil kəndində yerləşən Saşa adlı şəxsə məxsus mağazadan 02 ədəd idman şalvarı, 01 ədəd ayaqqabı, 05 ədəd banan, 01 ədəd ananas, 02 ədəd fənər-lazer, 03 ədəd “Capy” şirəsi və 01 ədəd idman çantası oğurladığını, həmin əşyalardan 02 ədəd fənər-lazer, 01 ədəd ayaqqabı, 01 ədəd idman çantasını evdə olan paltar rəfinin içərisində gizlətdiyini bildirmiş və həmin əşyaları təqdim etmişdir. Bundan sonra, Hil kəndində yerləşən Zərərçəkmiş şəxs4dən oğurladığı 03 ədəd alışqan və 01 ədəd boş “Vinston” qutusunu da təqdim etmişdir. Bundan əlavə Qusar rayonu Hil kəndində yerləşən, Zərərçəkmiş şəxs4 MMC-dən oğurladığı alışqanlardan 02 ədədi həmin ünvanda aşkar olunmuş və iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan Qusar rayonu İmamqulukənd kənd sakini Zərərçəkmiş şəxs3 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, 18 noyabr 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslərin ona məxsus olan, yaşadığı kənddə yerləşən mağazadan 75 manat pul oğurlandığını göstərmiş və həmin şəxs və ya şəxsləri müəyyən edərək məsuliyyətə cəlb olunmalarını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X36 tərəfindən Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs3, Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X13, ekspert-kriminalist X27, hal şahidləri X28 və X17 iştirakları ilə həmin tarixdə saat 12:00-dan saat 13:10-dək Qusar rayonu İmamqulukənd kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus ərzaq mağazasına baxış keçirilmişdir. Baxış zamanı mağazanın Qusar-Quxur-oba yolu istiqamətinin-yəni kəndin mərkəzində yerləşən dairənin sağ kənarında yerləşməsi, mağazanın 1 mərtəbəli ağ rəngli, fəaliyyət göstərən binadan ibarət olması müşahidə olunmuşdur. Həmçinin, mağazaya baxış zamanı mağazaya 2 ədəd giriş-çıxış qapısı və 5 ədəd pəncərələrin olması müşahidə edilməklə həmin pəncərələrin çox qismi dəmir barmaqlıqlarla örtülməsi, lakin naməlum şəxsin içəriyə daxil olduğu ehtimal edilən pəncərədə dəmir barmaqlıqların olmadığı müəyyən edilmişdir. Mağazada müşahidə kameralarının olmadığı müşahidə edilmişdir. Bundan başqa, mağazaya baxış zamanı naməlum şəxs və ya şəxslərin mağazanın arxa saxlanc yerində olan plastik pəncərədən daxil olduğu və oradan da mağazanın içərisinə girib vitrində yerləşən kassanın içində olan 60 manat qəpiklə 15 manatı da 1 manatlıq əskinaslar olan milli AZN oğurlanması müəyyən edilmişdir. Beləliklə, mağazadan ümumilikdə 75 manat puldan başqa heç nə oğurlanmadığı müşahidə edilmişdir. Hadisə yerinə baxış zamanı ekspert-kriminalist tərəfindən götürülmüş əl-barmaq izləri müayinəyə göndərilmişdir. Həmin mağazaya baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər iz və ya əşya aşkar edilməmişdir. Qeyd olunan hadisə yerinə baxış zmanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixdə Qusar RPŞyə müraciət edərək 18 noyabr 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixə keçən gecə yaşadığı Qusar rayonu İmamqulukənd kəndində yerləşən, ona məxsus olan mağazadan 75 manat pul oğurlanmasını bildirmişdir. Sonradan o, mağazaya diqqətlə nəzər yetirdikdə ona məlum olmuşdur ki, mağazadan 2750 rus rublu olan pul, 1 cins şalvar, 1 gödəkçə, 1 cüt qış ayaqqabısı və 1 qutu corab naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Odur ki, bu barədə araşdırma aparılmasını xahiş etmişdir. İş materiallarında olan Qusar rayonu Balaqusar kənd sakini X37 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, özünə məxsus olan, Qusar rayonu Balaqusar kəndində yerləşən ərzaq malları mağazasından xx.xx.2021-ci il tarixdə gecə saat 02 radələrində naməlum şəxsin qapını sındırmaq üsulu ilə içəri daxil olaraq oradan 700 manat məbləğində pul oğurlayaraq ona maddi ziyan vurduğunu göstərmiş və həmin şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X43 tərəfindən Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X14, həmin polis şöbəsinin əməliyyat müvəkkili Zaur Piriyevin, KTQ-nin baş inspektoru X27, Qusar rayonu Balaqusar kəndində yaşayan Zərərçəkmiş şəxs1, həmin kənddə yaşayan X21, hal şahidləri X22 və X10 iştirakları ilə həmin tarixdə saat 09:35-dən saat 10:55-dək Qusar rayonu Balaqusar kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus olan ərzaq malları mağazasına baxış keçirilmişdir. Baxış zamanı həmin mağazanın 3 qapıdan ibarət olduğu, Qusar-Balaqusar yolunun sağ tərəfində yerləşdiyi müşahidə olunmuşdur. Ərzaq malları mağazasının qapısının üzərində olan dəmir barmaqlıqlı qapının və içəri daxil olmaq üçün plastik qapının qıfılının sındırıldığı, içəri daxil olunaraq həmin mağazada masanın üzərində olan örtüyün alt hissəsindən 700 manat pulun oğurlandığını Elmar Nuraliyev bildirmişdir. Baxış zamanı həmin yerdə qapının sındırılması ilə əlaqədar kriminalist ekspert tərəfindən tədqiqatlar aparılması üçün barmaq izləri götürülməyə çalışılsa da, heç bir iz aşkar edilməmişdir. Baxış zamanı mağazanın içərisində olan piştaxtalara və ərzaq malları ilə yanaşı digər mallara baxış keçirilən zaman oğurlanmış əşyalara rast gəlinməmişdir. Zərərçəkmiş şəxs1 masanın üzərindən götürülmüş 700 manat puldan başqa heç nə oğurlanmadığını qeyd etmişdir. Bundan başqa, ərzaq malları satılan hissə ilə paralel olan anbar hissəsində qapının dəmir barmaqlarıları və plastik qapısının qıfıl hissəsinin xüsusi dəmir alətlə sındırılaraq içəri daxil olunması müşahidə edilsə də, həmin anbar hissədən də oğurlanmış əşya aşkar edilməmişdir. Bununla yanaşı, baxış zamanı Zərərçəkmiş şəxs1 mağazasının müşahidə kameraları ilə təchiz edildiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 kameraların yaddaş aparatının mağazanın arxa hissəsində olan kafedə xüsusi yerdə saxlanıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09 noyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X43 tərəfindən xx.xx.1994-cü ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan Şahid4 iştirakı ilə Qusar rayonu Balaqusar kəndində yerləşən “Ərzaq” adlı ərzaq malları mağazasında quraşdırılmış və xx.xx.2021-ci il tarixdə saat 02:58-dən, 03:30-dək olan müddət ərzində mağazaya daxil olaraq oğurluq edən şəxsin görüntüləri olan diskə baxış keçirilmişdir. Həmin diskə baxış zamanı Şahid4 yuxarıda göstərilən müddət ərzində həmin oğurluq hadisəsini törədən şəxsin yerişindən, hərəkətlərindən, əynində olan gödəkçədən və əlində olan dəmir parçasından əvvəllər oğurluq hadisəsinə görə məhkum olunmuş qardaşı Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. O, həmin dəmir parçasının ona məxsus olan avtomobilin yük hissəsində olan “Qaz açarı” alət olduğunu deyərək Dadaşbalanın əynində olan gödəkçənin isə ona aid olduğunu bildirmişdir. Baxış zamanı video çəkilişdən istifadə olunmuşdur. Baxış saat 14:05-də başlamış, 14:55-də başa çatmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09 noyabr 2021-ci il tarixli “avtomaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X43 tərəfindən xx.xx.1994-cü ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan Şahid4, Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X14, kriminalist ekspert Məlik Məmmədovun iştirakları ilə Şahid4 məxsus olan Vaz 21013 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Qusar RPŞ-nin duracağında baxış keçirilmişdir. Baxış zamanı avtomobildə qabaq sağ ön oturacaqda olan 01 ədəd iki tərəfli bir tərəfi tünd göy rəngli, digər tərəfi isə naxışlı olan gödəkçə, bundan başqa, yük hissədə olan 01 ədəd qaz boru açarı aləti maddi sübut kimi götürülmüşdür. Baxış zamanı bir daha Şahid4 gödəkçənin qardaşı Dadaşbalanın əynində olduğunu, səhər Bakı şəhərinə gedərkən evdə dəyişib getdiyini, çox vaxt isə özünün işə gedərkən geyindiyini, bununla yanaşı alətin də avtomobilin yük hissəsində olduğunu, çəkilişə düşmüş oğurluq edilən zaman istifadə olunan açar olduğunu demişdir. Baxış zamanı video çəkilişdən istifadə olunmuşdur. Baxış saat 15:05-də başlamış, saat 16:05də başa çatmışdır. İş materiallarında olan Qusar rayonu Hil kənd sakini X5 Qusar rayon Polis Şöbəsinə verdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 26 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X43 tərəfindən Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri X14, Zaur Piriyevin, ekspert kriminalist Məlik Məmmədovun, Qusar rayonu Hil kəndində yaşayan Təqsirləndirilən şəxs, X5 iştirakları ilə həmin tarixdə saat 14:00-dan saat 14:40-dək Qusar rayonu Hil kəndində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı yaşayış evinin çiy kərpicdən hörülməsi, evin sağ tərəfindən həyətə daxil olunmaq üçün yol olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən ərzaq malları mağazasından xx.xx.2021ci il tarixdə oğurluq edərək oradan oğurladığı, istifadədən sonra qalmış 20 ədəd “bizon” energetik içkilərini həyətdə olan saman tayasının altında gizlətmişdir. Həmin yeri göstərərək onları içkilərin olduğu yerə dəvət etmişdir. Evin arxa hissəsində olan ot tayasının alt hissəsində gizlətdiyi içərisində 20 ədəd “bizon” energetik içkilər iş üçün əhəmiyyət kəsb etdiyindən oradan götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs oğurladığı əşyalardan evdə və həyətdə olmadığını bildirmişdir. Bununla yanaşı evin və həyətin başqa hissələrinə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən fakta və sübuta rast gəlinməmişdir. Baxış videoçəkilişlə keçirilmişdir. İş materiallarında olan Qusar rayonu Bədirqala kəndində yaşayan Zərərçəkmiş şəxs2 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, Qusar rayonu Bədirqala kəndində yerləşən, özünə məxsus olan ərzaq malları mağazasına 06 noyabr 2021-ci il tarixdə naməlum şəxsin daxil olaraq gecə vaxtı oradan 10 manat qəpiklər, bir kaset içində 24 ədəd bizon içkisi (bir ədədinin qiyməti 0.80 manat), 20 ədəd “vinston” siqaretləri (bir ədədinin qiyməti 2.50 manat), 14 ədəd klassik siqaretləri (bir ədədinin qiyməti 2.20 manat), 14 ədəd “vant” siqaretləri (bir ədədinin qiyməti 2.10 manat) oğurlayaraq ona maddi ziyan vurduğunu göstərmiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 26 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X43 tərəfindən Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Zaur Piriyevin, Qusar rayonu Bədirqala kəndində yaşayan Zərərçəkmiş şəxs2, hal şahidləri X23 və X18 iştirakları ilə həmin tarixdə saat 17:30-dan saat 18:30-dək Qusar rayonu Bədirqala kəndində yerləşən ərzaq malları mağazasına baxış keçirilmişdir. Mağazanın küçə tərəfdən pəncərələri vardır. Pəncərə və qapılar plastikdən, üzərləri isə dəmir barmaqlıqlarla möhkəmləndirilmişdir. Bundan başqa, mağazaya daxil olan zaman içəridə arxa hissəyə daxil olmaq üçün qapı vardır. Mağazanın arxa hissəsi çayxanadır. Çayxananın qapısı arxa hissədə yerləşir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, oğurluq hadisəsi olan gün həmin şəxs çayxana hissədən qapının kilidini sındıraraq mağazaya daxil olmuşdur. Mağazadan siqaretlər və energetik içkilər, 10 manat məbləğində qəpiklərin oğurlandığını bildirmişdir. Həmin şəxs oğurluq olan yerləri əli ilə göstərərək baş vermiş hadisəni təsdiqləmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan 28 iyul 2018-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Qusar rayonu Hil kəndində yaşayan X25 evindən naməlum şəxs tərəfindən qızıl-zinət əşyalarının və pulun oğurlanaraq həmin şəxsə 2225 manat ziyan vurulması faktına görə Qusar RPŞ-nin İB-nin müstəntiqi Ömər Rzayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 28 noyabr 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə saat 10:55-də Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X39 dərhal azad edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:35-dən saat 15:10-dək olan müddət daxilində Qusar RPŞ-nin İB-nin müstəntiqi X42 tərəfindən Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elxan Osmanovun, MSY-nin əməkdaşı Emin Əskərovun və ekspert kriminalist Məlik Məmmədovun iştirakları Qusar RPŞ-nin inzibati binasının həyətində olan avtomobilə əyləşərək Qusar rayonu Hil kəndində aparılmış və orada Təqsirləndirilən şəxs kəndin girişində avtomibili yolun sağ tərəfindəki küçəyə sürdürmüşdür. Həmin kəndin sakini X25 yaşadığı evin qarşısında avtomobili saxlamışlar. Təqsirləndirilən şəxs həyətin hasarını göstərərək oradan həyətə aşdığını, oradan evin açıq qapısından içəri daxil olaraq ikinci mərtəbədə yerləşən yataq otağındakı rəfdən 01 dəst boyunbağı, sırğa, qolbağ və üzük, qadın nişan üzüyü, və 01 ədəd qadın üzüyü, eləcə də 100 manat nağd pulu oğurlayaraq oradan qaçdığını yerində göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmkəndlisi T.Cəlilovun evindən oğurladığı qızıl-zinət əşyalarını Quba şəhəri Zərərçəkmiş şəxs2 prospektində yerləşən qızıl mağazasına satdığını bildirdiyi üçün həmin mağazaya gedilmiş, orada Təqsirləndirilən şəxs Şahid2 məxsus qızıl mağazasını təqdim etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 dekabr 2021-ci il tarixli 9/9107 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, qərarda göstərilən əlamətlərinə görə, tədqiq edilən tədqiqat obyektlərinin, 2021-ci ilin noyabr ayına, respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: Qusar rayonu Bədirqala kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus olan mağazadan oğurladığı əşyalar 06 noyabr 2021-ci il tarixə: 24 qutu 250 ml həcminə olan “Bizon” energetik içkilər 19,20 manat; 20 qutu “Vinston XS style silver compact” siqareti 68,00 manat; 14 qutu “Vant” nazik siqaret 30,80 manat; 14 qutu “Klassik” nazik siqaret 30,80 manat. ”Al Market” MMC-nə məxsus olan mağazadan oğurladığı əşyalar 19 noyabr 2021-ci il tarixə: 10 ədəd Çin istehsallı kiçik alışqan 4,00 manat; 03 ədəd Çin istehsallı iri həcmli alışqan 1,80 manat; 02 ədəd “Rothmans” compakt siqaret 5,00 manat; 08 ədəd “Sobrane” ağ nazik siqaret 31,20 manat; 08 ədəd “Kent 4” qalın siqaret 28,80 manat; 18 ədəd “Vinston XS style silver compact” siqaretlər 61,20 manat. Qusar rayonu İmamqulukənd kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus olan mağazadan oğurladığı əşyalar 20 noyabr 2021-ci il tarixə: 01 ədəd Çin istehsallı göy rəngli “32” ölçülü kişi cins şalvar 20,00 manat; 01 ədəd Çin istehsallı parça materialdan olan “XL” ölçülü kişi gödəkçəsi 35,00 manat; 01 ədəd “43” ölçülü dəri-əvəzedici materialından olan qış kişi ayaqqabısı 30,00 manat; 12 cüt pambıq materialdan olan qış kişi corabı 12,00 manat; 01 ədəd Rusiya istehsallı “Stelsport” markalı 16 sm diametrli velosiped 180,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli 9/9107 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza 50 (əlli) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 28 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mağazanın müşahidə kamerasından əldə olunmuş görüntülər 01 ədəd DVD kompakt diskə köçürülmüş, həmin 01 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs4 MMC-nin müşahidə kamerasından əldə olunmuş görüntülər 01 ədəd DVD kompakt diskə köçürülmüş, həmin 01 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. “AZPETROL” yanacaq doldurma məntəqəsinin müşahidə kamerasından əldə olunmuş görüntülər 01 ədəd DVD kompakt diskə köçürülmüş, həmin 01 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsi ilə cinayət təqibinə başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 194-cü maddəsi ilə cinayət təqibinə başlanılması rədd edilmişdir. 19 noyabr 2021-ci il tarixdə bir rus rublunun məzənnəsini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından əldə olunmuş çıxarışda, həmin tarixdə bir rus rublunun 0.0233 manat olması, həmin məzənnə ilə 2750 rus rublunun 64,075 manat olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs ünvan 7 ünvanda təqdim etdiyi, Şahid1 məxsus mağazadan oğurladığı 02 ədəd fənər lazer, 01 ədəd ayaqqabı, 01 ədəd idman çantası maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi, Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurladığı 20 ədəd energetik içkilər maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış, gündəlik tələbatda istifadə olunduğu üçün sahibinə geri qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs ünvan 7 ünvanda təqdim etdiyi Zərərçəkmiş şəxs4MMC-nə məxsus mağazadan oğurladığı 02 ədəd alışqan maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Şahid4 məxsus “Vaz 21011” markalı, **-BJ- *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman aşkar edilmiş bir ədəd “qaz açarı” və bir ədəd gödəkçə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Şahid1 dəymiş ziyanın məbləği 100 (beş yüz) AZN-dən aşağı olduğundan, yəni 48(qırx səkkiz) manat təşkil etdiyindən həmin fakt üzrə cinayət tərkibi yaranmır və buna görə də cinayət işinin başlanması rədd edilməlidir. Lakin, dəymiş ziyanın məbləği 100 (yüz) manatdan aşağı olduğu üçün bu əməl Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin təsiri altına düşür. Buna görə də göstərilən xüsusat üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilməlidir. İş materiallarında olan 28 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-da ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 04 radələrində yaşadığı kənddə Zərərçəkmiş şəxs4 MMC-yə məxsus mağazadan oğurluq etməsi faktına görə Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənov tərəfindən HK-1/849 saylı material üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, X32 məxsus evdən və Zərərçəkmiş şəxs4 MMC-yə məxsus mağazadan oğurluq olunması faktlarına görə Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilərək ********* nömrəsi altında istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 29 noyabr 2021-ci il tarixli “cinayət işlərinin birləşdirilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrəsi altında istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(029)- 33/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli 5775/12-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan X40 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 03 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs 2225,0 manat məbləğində maddi ziyanın tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 03 dekabr 2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma haqqında” və “mülki cavabdeh qismində tanınma haqqında” qərarlardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X40 hazırki iş üzrə mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına tədqim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus mağazadan oğurlanmış 700 manat pulun tamamilə ona ödənildiyini göstərmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Nümayəndə ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs4 MMC-yə Təqsirləndirilən şəxs tərəfindən oğurluq etməsi faktı əsasında dəymiş maddi ziyanın, cəmi 282 manatın tamamilə ödənildiyini göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, özünə məxsus mağazadan oğurluq edilməsi nəticəsində dəymiş ziyanın tam olaraq ödənildiyini göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən, Qusar rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün və Füzuli Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmişdir. xx.xx.2018-ci il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il 03 ay sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmişdir. Hər iki hökm üzrə məhkumluqları ödənilməmişdir. İş materiallarında olan 702 saylı Hərbi Hissənin məktubundan görünür ki, həmin hərbi hissənin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs haqqında Füzuli Hərbi Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş hökmün icrası təmin edilə bilməmişdir. Çünki, Təqsirləndirilən şəxs barəsində hökm qüvvəyə mindikdən bir gün sonra-yəni xx.xx.2021-ci il tarixdə “Azərbaycan Ordusu” sıralarından xidməti müddəti başa çatdığı üçün ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra hökm icra olunması üçün yaşayış yeri üzrə İcra və Probasoya Şöbəsinə göndərilməmiş, nə də Füzuli Hərbi Məhkəməsi tərəfindən hökmün icra olunması təmin edilməmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 06 iyul 2022-ci il tarixli 2106/22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli 1(97)-12/2021 saylı hökmündən icra vərəqəsi yalnız 111.17 manat ekspertiza xərcinin tutulmasına aid hissədə icra olunması üçün 16 aprel 2021-ci il tarixdə icraata daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin ekspertiza xərcini tam ödədiyi üçün 24 may 2021-ci il tarixdə həmin icra sənədinin icrasına xitam verilmişdir. Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli 1(97)-12/2021 saylı hökmü cinayət işi üzrə icra olunması üçün icraata daxil olmamışdır. Hal-hazırda həmin hökmün icrası və Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı icraatda heç bir icra sənədi yoxdur. Həmin məktuba əlavə edilmiş Füzuli Hərbi Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 1(97)-12/2021 saylı məktubundan və həmin tarixdə verilmiş icra vərəqəsinin surətlərindən görünür ki, həmin məhkəmənin 11 mart 2021-ci il tarixli 1(97)-12/2021 saylı hökmü 111.17 manat ekspertiza xərcinin tutulmasına aid hissədə icra olunması üçün Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin məktuba əlavə olunmuş Qusar rayon İcra və Probasiya Şöbəsinin 24 may 2021ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının surətindən görünür ki, Füzuli Hərbi Məhkəməsi tərəfindən 01 aprel 2021-ci il tarix verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Hil kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli 1119 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi atası X8, anası X2, ögey qardaşı Şahid4 və ögey qardaşının arvadı X3, ögey qardaşının qızı X19 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Hil kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan 702 saylı Hərbi Hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, 2-tabor 120 minbat 1-ci taqım 2-ci manqasının baş tuşlayıcı vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü olduqca bacarıqlı, təşəbbüskar, nizam-intizamlı, işgüzar, vətənpərvər hərbi qulluqçu kimi göstərmişdir. Öz xidməti vəzifəsinə məsuliyyətlə yanaşıb tutduğu vəzifənin öhdəsindən layiqincə gəlib və bunun üçün bütün bilik və bacarığını əsirgəməmişdir. Döyüş və ictimai-siyasi hazırlıq dərslərində fərqlənibdir. Özünə qarşı tələbkardır, öz üzərində çalışır və tutulan iradlardan nəticə çıxarır. Sıra hazırlığı yüksək səviyyədədir və özünün zahiri görkəminə layiqincə diqqət yetiribdir. Günün nizam qaydalarına düzgün riayət edib və xidmət müddətində komandirlərin və rəislərin əmr və sərəncamlarını sözsüz, dəqiq və vaxtında yerinə yetiribdir. Komandirlərə və rəislərə, əsgər heyətinə hörmət göstərir. Hərbi nəzakət və davranış qaydalarına ciddi əməl edir. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına mütləq riayət etmişdir. Hərbi andın, nizamnamələrin və əmrlərin tələblərini sözsüz yerinə yetirmişdir. Yuxarıda göstərilən müsbət keyfiyyətləri onun hərbi hissənin hərbi qulluqçuları arasında dərin nüfuz və hörmət qazanmasına gətirib çıxarmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N nömrəli hərbi hissənin iştirak etdiyi döyüş əməliyyatlarında iştirak etmişdir. Hərbi və dövlət sirlərini qorumağı bacarır, fiziki və əqli cəhətdən sağlamdır. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli vəsiqənin surətindən gpörünür ki, Təqsirləndirilən şəxs “hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli Mİ 008693 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Qarabağ Müharibəsi iştirakçısıdır. İş materiallarında olan 78126 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Vətən Müharibəsi X12 üzvüdür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 470 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə həmin şöbə tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.2020-ci il tarixdən Füzuli, Cəbrayıl, Şuşa istiqamətində olan döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. xx.xx.2021-ci il tarixdən həmin şöbədə hərbi qeydiyyatdadır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus SX ******* saylı hərbi biletin surətindən görünür ki, o, Vətən Müharibəsi iştirakçısı olmaqla Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında arayışdan və AZ-İ 058375 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 ögey-yəni anadan bir, atadan ayrı qardaşdırlar. İş materiallarında olan İ-10664, İ-14608 və İ-16230 saylı Azərbaycan Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ögey (anadan bir, atadan ayrı) qardaşı Şahid4 “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan İ-23303 saylı Azərbaycan Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ögey (anadan bir, atadan ayrı) qardaşı Şahid4 “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 868/05-22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X11 xx.xx.2019-cu il tarixdən həmin publik hüquqi şəxsin xəstəxanasında onkoloqun “D” qeydiyyatındadır. Xəstəyə xx.xx.2009-cu il tarixdə Qusar RMX-da uşaqlığın artımlarla birgə suprvaginal amputasiyası cərrahi əməliyyatı icra olunub və 4 kurs PKT aparılmışdır. Diaqnoz: C54.9-Uşaqlıq cisminin dəqiqləşdirilməmiş lokalizasiyalı bədxassəli yenitörəməsi. cTxNxM0, Gx. Cərrahi əməliyyatdan və 4 kurs KDM-dən sonrakı vəziyyət. İş materiallarında olan 38 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X6 2-ci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Qusar MRX-nın VƏŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 187 saylı arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X24 vərəm xəstəsi olmaqla xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək stasionar müalicədə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs və mülki iddiaçı X32 məxsus evdən qızıl-zinət əşyalarını və pul vəsaitini oğurlamaması, ibtidai istintaq zamanı onun həmin oğurluq hadisəsini etiraf etməyə məcbur olması barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarakteri daşıyır və cinayət məsuliyyətindən, o cümlədən mülki məsuliyyətdən-yəni mülki iddianın ödənilməsindən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxs və mülki iddiaçının məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq zamanı onun özünün müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, ifadənin yerində yoxlanılması zamanı onun həmin oğurluq hadisəsini törətməsi üsulunu və qaydasını yerində göstərməsi, o cümlədən oğurladığı qızıl zinət əşyalarını satdığı, Quba şəhəri Zərərçəkmiş şəxs2 prospektində yerləşən qızıl mağazasını yerində təqdim etməsi ilə, qızıl zinət əşyalarını Quba şəhərində satdığı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, Təqsirləndirilən şəxs həmin şəxsə tanınmaya təqdim edilməsi barədə protokolla, eləcə də digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə yaşadığı Qusar rayonu Hil kəndində yerləşən X32 məxsus qapısı açıq olan fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin yataq otağından 1700 manat olan 1 ədəd komplekt qızıl, yəni, 1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, bundan əlavə dəyəri 250 manat olan 1 ədəd qadın üzüyü, dəyəri 175 manat olan 1 ədəd qadın nişan üzüyünü və 100 manat pulu gizli yolla talayaraq oğurlayıb zərərçəkmiş şəxsə cəmi 2225 manat miqdarda ziyan vurması; bundan sonra təkrarən 06 noyabr 2021-ci il tarixdə ögey qardaşı Şahid4 məxsus olan “Vaz-21011” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gecə saat 02 radələrində, Qusar rayonu Balaqusar kəndinə gedərək orada yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq malları mağazasına qapısnın qıfılını mismar çıxaran alətlə sındırmaqla mağazanın içərisinə qanunsuz daxil olaraq, masanın üzərindəki örtüyün altından 700 manat məbləğində pul vəsaitini gizli yolla talamaqla oğurlaması; bundan sonra təkrarən 06 noyabr 2021-ci il tarixdə saat 03 radələrində eyni avtomobillə Qusar rayonu Bədirqala kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan ərzaq malları mağazasına qapınının qıfılını sındırmaqla qanunsuz daxil olub oradan ümumi dəyəri 19,20 manat dəyərində 24 ədəd “Bizon” energetik içkilərini, ümumi dəyəri 68 manat məbləğində olan 20 qutu “Winston” siqaretini, ümumi dəyəri 30,80 manat olan 14 qutu “Vant” siqaretini, ümumi dəyəri 30.80 manat olan 14 qutu “Klassik” siqaretini və 10 manat olan qəpikləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 158,80 manat məbləğində maddi ziyan vurması; bundan sonra təkrarən xx.xx.2021-ci il tarixdə saat 04:30 radələrində Qusar rayonu Hil kəndində yerləşən Zərərçəkmiş şəxs4 MMC-nə məxsus mağazanın pəncərəsindən qanunsuz olaraq daxil olmaqla 150 manat nağd pul, ümumi dəyəri 4,00 manat olan 10 ədəd alışqan, ümumi dəyəri 1,80 manat olan 03 ədəd alışqan, ümumi dəyəri 5,00 manat olan 02 ədəd “Rothmans” siqareti, ümumi dəyəri 31,20 manat olan 08 ədəd “Sobranie” ağ nazik siqareti, ümumi dəyəri 28,80 manat olan 08 ədəd “Kent” qalın siqareti və ümumi dəyəri 61,20 manat olan 18 ədəd “Vinston XS style silver compact” siqaretlərini gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 282,00 manat miqdarda ziyan vurması; bundan sonra təkrarən xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Qusar rayonu İmamqulukənd kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus mağazanın saxlanc yerinin pəncərəsindən qanunsuz olaraq daxil olmaqla oradan da mağazanın pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz olaraq daxil olmaqla 2750 rus rublu həmin dövrün məzənnəsi ilə 64,075 manat, 15 manat nağd pul, ümumi dəyəri 20 manat olan 01 ədəd cins şalvar, ümumi dəyəri 35 manat olan 01 ədəd kişi gödəkçəsi, 01 ədəd ümumi dəyəri 30 manat olan kişi ayaqqabısı, ümumi dəyəri 12 manat olan 12 cüt kişi corabını, eləcə də Zərərçəkmiş şəxs3 məxsus kafenin hasarından qanunsuz daxil olmaqla dəyəri 180,00 manat olan “STELS” markalı velosipedi gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 356,075 manat miqdarda ziyan vurması və bununla da, onun həmin hərəkəti ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli bütün epizodlar üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2, 18.2.1-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.3, 83.3.1-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərindən birini-yəni X32 qarşı törətdiyi oğurluq cinayətini məhz Qusar rayon məhkəməsinin həmin hökmü ilə onun barəsində tətbiq edilmiş şərti məhkum etmə dövründə, həmin hökm üzrə sınaq müddəti başa çatmadan, məhkumluğu ödənilmədən törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 01 il 03 ay sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmişdir. Baxmayaraq ki, həmin hökm icraya yönəldilməmiş və icrası təmin edilməmişdir, Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə üzrə sınaq müddətinin axımı hökm qanuni qüvvəyə mindiyi vaxtdan başlamışdır. Həmin şəxs ona istinad olunan cinayət əməllərini isə məhz həmin hökmlə barəsində tətbiq edilmiş şərti məhkum etmə dövründə, sınaq müddəti başa çatmadan və məhkumluğu ödənilmədən törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs yuxarıda göstərilən hər iki hökm üzrə məhkumluğu ödənilməmiş və belə olan halda cinayətlərin təhlükəli residivi yaranır, ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən təhlükəli residivə görə cəza təyin edilməsini nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkumetmə təyin olunarkən məhkəmə tərəfindən müəyyən olunmuş sınaq müddəti ərzində şəxs tərəfindən yeni cinayətin törədilməsi ilə bağlı məsələyə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır (Cinayət Məcəlləsinin 70.3, 71.4 və 71.5-ci maddələri). Bundan başqa, məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs barəsində əvvəlki hökmlər üzrə-yəni Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü və Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin sınaq müddəti başa çatsa da, hazırkı cinayət əməllərini sınaq müddətlərində-yəni Təbrik Cəlilova qarşı törətdiyi cinayət əməlini xx.xx.2018-ci il tarixdə, digər cinayət əməllərini isə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda göstərilən hər iki hökmlə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun Təbrik Cəlilov istisna olmaqla digər zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş zərəri tam aradan qaldırmasını, həmin zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini cəzanı ağırlaşdıran hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, hərbi xidmət üzrə müsbət xarakterizə olunmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla Füzuli, Cəbrayıl, Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsini, həmçinin ögey qardaşının da Vətən Müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmasını, anası və atasının ağır xəstə olmalarını, zərər çəkmiş şəxs və mülki iddiaçı Təbrik Cəlilovun ona qarşı şikayətçi olmamasını şəxsiyyətini müsbət cəhətdən, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini xüsusilə müsbət cəhətdən səciyyələndirən halları-yəni onun Vətən Müharibəsi iştirakçısı olmaqla Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etməsini, valideynlərinin ağır xəstəlikdən əziyyət çəkmələrini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 71.5-ci maddəsinə əsasən ona Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə şərti məhkum etmənin və Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə şərti məhkum etmənin ləğv edilməsini, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının və Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti cəzanın təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 26 noyabr 2021-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixədək 09 (doqquz) ay 25 (iyirmi beş) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını və barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, o, hal-hazırda əməlindən səmimi peşman olmuş, Təbrik Cəlilova qarşı törədilmiş cinayət istisna olunmaqla digər cinayətlərin törədilməsindən sonra zərərçəkmiş şəxslərə dəymiş zərəri tam aradan qaldırmış, həmin zərər çəkmiş şəxslərlə barışıq əldə etmiş və həmin şəxslərin ona qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, o cümlədən Təbrik Cəlilovun da ona qarşı şikayəti yoxdur, zərər çəkmiş şəxslərin hər biri onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Bundan başqa, həmin şəxs Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak etməklə müvafiq medallarla təltif olunmuş, hərbi xidmət vəzifələrini layiqincə yerinə yetirərək nüfuz qazanmışdır. Onun ögey-yəni anadan bir, atadan ayrı qardaşı Şahid4 da Vətən Müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmuşdur. Bu isə Təqsirləndirilən şəxs öz ailəsində vətənpərvər, Azərbaycan Respublikasının dövlətçiliyinin qorunması ruhunda tərbiyə olunmasını təsdiq edir. Bundan başqa, onun ailəsinin həyat şəraiti ağır olmaqla anası xərçəng xəstəliyindən, atası isə vərəm xəstəliyindən əziyyət çəkirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda təqdim etdiyi Şahid1 məxsus mağazadan oğurladığı 02 ədəd fənər lazer, 01 ədəd ayaqqabı, 01 ədəd idman çantası; Zərərçəkmiş şəxs4 MMC-nə məxsus mağazadan oğurladığı 02 ədəd alışqan; Şahid4 məxsus “Vaz 21011” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman aşkar edilmiş bir ədəd “qaz açarı” və bir ədəd gödəkçə sahiblərinə qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurladığı 20 ədəd energetik içkilər gündəlik tələbatda istifadə olunduğu üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 100,0 (yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X20, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.4.3-cü maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək hüququnu həyata keçirir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3, 181.3.1-181.3.4-cü maddələrinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1, 354.1.2, 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması kimi qərarlardan biri əks etdirilir. Zərər çəkmiş şəxs və mülki iddiaçı X40 tərəfindən verilmiş mülki iddianı müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə həmin iddia təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində həmin şəxsə 2225,0 manat məbləğində maddi ziyanın vurulması Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etiraf ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs və mülki iddiaçının ifadəsi ilə və cinayət işinin materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 2225,0 (iki min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı X32 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 89, 179, 181, 183, 344-347, 351-353, 354, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə şərti məhkum etmə və Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və Füzuli Hərbi Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 26 noyabr 2021-ci il tarixdən 20 sentyabr 2022ci il tarixədək 09 (doqquz) ay 25 (iyirmi beş) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda təqdim etdiyi Şahid1 məxsus mağazadan oğurladığı 02 ədəd fənər lazer, 01 ədəd ayaqqabı, 01 ədəd idman çantası; Zərərçəkmiş şəxs4 MMC-nə məxsus mağazadan oğurladığı 02 ədəd alışqan; Şahid4 məxsus “Vaz 21011” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman aşkar edilmiş bir ədəd “qaz açarı” və bir ədəd gödəkçə sahiblərinə qaytarılsın. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurladığı 20 ədəd energetik içkilər gündəlik tələbatda istifadə olunduğu üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 100,0 (yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X20, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 2225 (iki min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı X32 verilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-26/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-26/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver