Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-26/2024 11.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1985-ci ildə Xaçmaz rayonu, Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, hökmü ilə təqsirli bilinərək 02 (iki) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, Xaçmaz rayonu, Yergüc ərazi dairəsi, Armudpadar kəndində qeydiyyatda olan, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon Polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə başlanılaraq istintaqı aparılmış və Qusar rayon Məhkəməsində baxılan cinayət işinin olduğu halda, təkrarən Qusar rayonu Qarat-oba kənd sakini X1 etibarından sui-istifadə edərək ona məxsus həmin kənddə yerləşən 1,0 ha torpaq sahəsinə çıxarış çıxartmaq adı ilə yalandan vəd verərək ondan 2023-cü ilin təxminən fevral ayının əvvəllərində, hər dəfə Hacibala Nuriyevin yaşadığı Qusar rayonu, Qarat-oba kəndində yerləşən fərdi yaşayış evində hissə-hissə əvvəlcə 500 manat, daha sonra 400 manat və 35 manat olmaqla vahid niyyətlə cəmi 935 manat məbləğində nəğd pulu almış, ancaq sonuncunu aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona 935 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər adlarını xatırlamadığı bir neçə şəxslərə çıxarış almaq üçün və fərdi yaşayış evlərinin eskiz layihələrinin hazırlanmasında köməklik etmiş, ona görə də Qusar rayon sakinlərinin bir qismi onu iş düzəldə bilən şəxs kimi tanımışlar. Öz ehtiyaclarını qarşılamaq üçün pul əldə etmək məqsədi ilə Hacibala Nuriyevi aldadıb pullarını ələ keçirməyi qərara almışdır. Belə ki, 2023-cü ilin fevral ayın əvvəllərində Qusar rayonu, Qarat oba kənd sakini Hacibala ilə görüşüb, sonuncuya məxsus həmin kənddə yerləşən 1,0 ha pay torpaq sahəsinə aid ilkin sənədlərə baxıb, qeyd olunan torpaq sahəsi üçün çıxarış çıxardacağını və bunun üçün 1000 manat pul lazım olduğunu bildirmiş, Hacibala da ona inanaraq, həmkəndliləri Şahid1 və Nobel Kəblixanovun yanında ona 500 manat pul vermişdir. Növbəti gün təkrarən Hacibalanın yaşadığı ünvana gəlib, sonuncudan 1,0 ha pay torpaq sahəsinə çıxarış çıxarmaq adı ilə əlavə 400 manat pul almış, təxminən 2-3 gün sonra isə təkrar Hacıbaladan eyni məsələ ilə bağlı əlavə olaraq 100 manat pul almaq istəyən zaman Hacibala ona 35 manat pul vermiş, qalıq qalan 65 manat pulu isə növbəti gün verəcəyini bildirmişdir. Pulları əldə etdikdən sonra həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, lakin Hacibalanın evi üçün çıxarış almamışdır. İbtidai istintaq zamanı ona heç kəs hədə qorxu gəlməmiş, fiziki və ya psixi təsir etməmiş, sərbəst ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanımış, onun həmkəndlisi İmranın fərdi yaşayış evi üçün eskiz layihə almaqda köməklik etməsini bilmiş, buna görə də sonuncu ilə danışıb Famili kəndə dəvət etməsini xahiş etmişdir. 2023-cü ilin fevral ayın əvvəllərində Famil onun yaşadığı ünvana gəlib, ona məxsus həmin kənddə yerləşən 1,0 ha pay torpaq sahəsinə aid ilkin sənədlərə baxış keçirib, sənədlərin şəkillərini telefona çəkib, qeyd olunan torpaq sahəsinə çıxarış çıxara biləcəyini və bunun üçün 1000 manat pul lazım olduğunu bildirmiş, o da, öz razılığını verərək həmkəndliləri İmran və Nobelin yanında Familə 500 manat pul vermişdir. Növbəti gün Famil tək başına onun yaşadığı ünvana gəlib, ondan 1,0 ha pay torpaq sahəsinə çıxarış çıxarmaq adı ilə əlavə olaraq 400 manat pul almış, 3 gün sonra isə Famil təkrar onun yaşadığı ünvana gəlib, eyni məsələ ilə bağlı ondan əlavə 100 manat pul istəyən zaman, o üstündə olan 35 manat pulu vermiş, qalıq qalan pulu isə Xaçmaz rayonu, Xudat şəhərində verəcəyini bildirmişdir. Növbəti gün o, Xaçmaz rayonu Xudat şəhərinə gedib Familə qalıq qalan 65 manat pulu vermək istəyən zaman Famili tapa bilməmişdir. Bundan sonra aradan xeyli vaxt keçsə də Famildən xəbər çıxmamış, sonuncuya zəng edib çıxarış barədə soruşanda Famil müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Bundan sonra Famil tərəfindən aldadılmasını bilmiş, buna görə də Famildən pulunu tələb etmiş, lakin Famil pulu qaytarmadığından, oun barəsində şikayət etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, 2023-cü ilin təxminən fevral ayın əvvəllərində qonşusu İmranla birlikdə Hacibalanın evinə getmiş, Hacibala, Familə həmin kənddə yerləşən özünə məxsus 1,0 ha pay torpaq sahəsinin ilkin sənədlərini göstərib, qeyd olunan torpaq sahəsi üçün çıxarış çıxarılmasını xahiş etmiş, Famil də ilkin sənədlərə baxıb öz razılığını vermişdir. Həmin vaxt Hacibala, Familə onun və həmkəndlisi İmranın yanında 500 manat pul vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Famil onun həmkəndlisi Hacibaladan həmin kənddə yerləşən 1,0 ha pay torpaq sahəsinə çıxarış çıxarmaq adı ilə ümumilikdə 935 manat pul alıb, Hacibalanı aldadaraq, sonuncuya qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs X1 və Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan maddi ziyan ödənilməyib, həmin pulu tələb edir, Təqsirləndirilən şəxs ədalətli cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə çıxışlarında dövlət ittihamçısı çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamla razılaşmamış və sözügedən ittihamla bağlı epizod üzrə təqsirləndirilən şəxsin törətmiş əməlin qeyd edilən maddədən Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməsini təklif etmişdir. Məhkəmə dövlət ittihamçısının qeyd edilən məsələ üzrə gəldiyi nəticəni və verdiyi təklifi məhkəmə istintaqında obyektiv araşdırılmış sübutlar əsasında tamamilə qanuni, əsaslı və ədalətli sayır. Belə ki, Cinayət-Prosessual Məcəllənin 84.6.9-1-ci maddəsinə əsasən, dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini təklif etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən yekun verilərək Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkum edilməsinə baxmayaraq hazırki cinayət işi üzrə ona yenidən məhkum edildiyi cinayət işinə görə təkrarlıq verilməsi qanunvericiliyin tələbinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qusar rayon Polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə başlanılaraq istintaqı aparılmış və hazırda Qusar rayon məhkəməsində baxılan cinayət işinin olduğu halda təkrarən dələduzluq cinayəti törətməsinə dair müddəalar ittihamdan xaric edilməklə, barəsində olan cinayət işi CM-nin 178.1-ci maddəsi ilə davam etdirilməlidir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini bütövlükdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)-5/2024 saylı hökmü ilə təqsirli bilinərək 02 (iki) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)-5/2024 saylı hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Hal-hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs cinayət əməlini 2023-cü ilin təxminən fevral ayının əvvəllərində törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırkı cinayət işi üzrə cinayət əməlini Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)-5/2024 saylı hökmü elan olunmamışdan və qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)-5/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə CM-nin 66.5-ci maddəsinə əsasən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan halları nəzərə alaraq, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzalarını təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, belə olan halda cəzanın məqsədi təmin edilə bilməz. Təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdiriən hal kimi qəbul edir. Hazırkı iş üzrə CM-nin 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)- 5/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)- 5/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həmin hökmlə təyin edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkməsinin müəyyən edilməsi nəzərə alınmalı, həmçinin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(029)-5/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həmin hökmlə təyin edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkməsinin müəyyən edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxs X2 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Əli Cəlilov