Məhkəmə qərarları › İş №1(029)-27/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-27/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-27/2022 12.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi və vəkili: “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə tibb bacısı işləyən, əvvəllər məhkum olunmamış, Qusar şəhəri Ç.Qurbanov küçəsi ev 57-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 12 mart 2020-ci il tarixdə özünə məxsus ünvan 5 binanın 3 saylı mənzilin qonşuluğunda yerləşən, Rusiya Federasiyasında yaşayan, əslən Qusar rayonundan olan X18 xüsusi mülkiyyətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli və xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli çıxarışlar əsasında olan Qusar şəhəri Ç.Qurbanov küçəsi 32 nömrəli 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 27,9 kv.m ümumi, 20,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli və həmin binanın 2-ci girişində, 1-ci mərtəbəsində 28,8 kv.m ümumi, 21,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzilləri, Nəriman Hacıyevin son bir neçə ildə Azərbaycan Respublikasına gələ bilməməsindən istifadə edərək, fəhlələr vasitəsi ilə onlara mənzillərin özünə məxsus olduğunu yalandan deyib aldadaraq, özbaşına sökdürüb özgə əmlakını qəsdən məhv etməklə zərər çəkmiş şəxs Nəriman Hacıyevə cəmi 12902,00 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, heç kimin evini sökməmiş, zərər çəkmiş şəxs onun həmin evi sökdüyünü görməmişdir. 2008-ci ildə Ç.Qurbanov küçəsindəki 32A saylı ünvanda yerləşən mənzil sahəsini almışlar, həmin mənzili qardaşı almış, lakin həmin mənzilə dair Çıxarış 2016-cı ildə onun adına verilmişdir. Həmin mənzili müəyyən etmək üçün bələdiyyə sədri ilə həmin yerə getmiş və həmin torpaq sahəsində tikili tikmək istəmişdir. Söküntü işləri aparılanda ora kimsə gəlmiş, həmin mənzilin guya əmisi oğluna məxsus olduğunu demişdir. Sonradan o, kürəkəni Şahid4la birlikdə Qusar rayon Polis Şöbəsinin əməkdaşı Emin müəllimin yanına getmiş, orada evin çıxarışını göstərmiş və Emin müəllim həmin mənzilin ona məxsus olduğunu bildirirərək ona “get nə istəyirsənsə et” demişdir. O, kürəkəni Şahid4 evi sökməsini deməmiş, orada həyətdə olan ağacları, kol-kosu təmizləməsini demişdir. Orada olan ev yaşayış üçün yararlı olmamış, evdə yanğın olmuş, yanğını o, özü söndürmüş, oradan bir-iki taxta götürdüklərinə görə onun barəsində cinayət işi açılmışdır. Onun mənzilə dair müvafiq sənədi var, sənədi olmasa onun gedib oraları sökmək ixtiyarı olmazdı. Həmin mənzillər bir-birinə bitişikdir, o, həmin mənzildə yaşamamış, orada heç kəs yoxdur, yaşayış yoxdur. Həmin mənzili çoxdandır qardaşı almış, onun yaşadığı evdən həmin mənzilə qədər məsafə 100 metr olar. Həmişə işə gedib-gələndə həmin mənzilə o, özü baxmışdır. O, həmin mənzil söküləndə görməmiş, yaşadığı ev ilə həmin ev arasında sexlər var, onun evi yolun bir tərəfindən, sökülən mənzil isə digər tərəfində yerləşir. O, mənzilin sökülməsini orada olan kol-kosu təmizləməyə fəhlələr göndərəndə bilmişdir. O, həmin yeri təmizləməyi kürəkəni Şahid4 tapşırmışdır. Kol-kosun təmizləməsinə o, nəzarət etməmiş, işdə olmuşdur. Sonradan orada nə baş veribsə, onun məlumatı olmamışdır. O, kiməsə deməmişdir ki, get kiminsə evini sök. Sonradan həmin mənzilin kim tərəfindən söküldüyünü bilmir. Zərər çəkmiş şəxsi, onun anasını, bacısını tanıyır, həmin şəxslər onun qonşuları olmuş, zərər çəkmiş şəxsin anası həmin evə nadir hallarda gəlib-getmiş, çox vaxt Qalacıq kəndində olmuş, qızı vəfat edəndən sonra isə həmin yerə heç gəlməmişdir. Polis şöbəsində ona demişlər ki, onda olan çıxarış həmin evə dair çıxarışdır. O, həmin yeri təmizləməyi kürəkəni Robertə demiş, sonuncunun işi kimə tapşırdığını bilmir. Orada ev olmamış, yandırılmış yer olmuş, bir-iki taxta olmuşdur. Həmin mənzilin qapı pəncərəsi də olmamış, mənzilin hər tərəfi dağılmış, evin damı çökmüş, sifer dağılmış, damdan içəri su dammış, hər yer su içində olmuşdur. Bir dəfə orada yanğın da olmuş, gecə saat 3-də bacısı söndürmüş, bacısı qardaşının evində yaşamışdır. Evin ətrafında olan hasarın bir hissəsini qardaşı tikmiş, nə vaxt tikdiyi yadında qalmamış, orada yanğının nə vaxt baş verdiyi də yadında deyil. Hasarın bir hissəsini isə Sabir müəllim tikmiş, həmin şəxs onunla qeyri-rəsmi nikahda olmuş, sonradan isə rəhmətə getmişdir. Həmin yerin kol-kosdan təmizləndiyi vaxt dəqiq yadında qalmamış, 2020-ci ilin yay-yaz ayları olmuşdur. Həmin mənzili o, açarla bağlamış, oranın hər tərəfini ot basmış, ora baxmağa gedən heç kim olmamış, buna görə ot çıxmışdır. Ev tam sökülməmiş, divarlar qalmışdır. Robert oranı təmizlətdirməyə başlayanda polislər gəlib saxlamış, ondan sonra oranı kimin sökdüyünü bilmir. O, işdə olmuş, Robert ona zəng edərək polisin və başqa bir şəxsin oraya gələrək onlara həmin mənzilin başqa şəxsə məxsus olduğunu, oranı təmizləməyə onların ixtiyarları olmadığını dediklərini bildirmişdir. Həmin evdə televizor, divan, çarpayı, sandıq, zərər çəkmiş şəxsin bacısının qizıl dişləri olmamışdır. Əvvəllər həmin bina arı idarəsi olmuş, bir-birinə bitişik evlər olub, ev taxtadan olub. Həmin evin 3 saylı mənzili onun adınadır. Orada iki sot torpaq sahəsi var, həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur, həmin torpağı almaq üçün ərizə yazmış, lakin hələki torpağı ona verməmişlər. Orada olan iki mənzilin də söküldüyünü deyirlər. Bina tam olmuş, 1, 2, 3 saylı mənzillər bitişik olmuş, onun mənzilini qardaşı təmir etmişdir. Orada Fatma adlı şəxsin də mənzili olmuş, həmin şəxs də öz mənzilini təmir etmiş, qalan yer isə dağılmışdır. Polisdə ona demişlər ki, dağılmış yer və torpaq sahəsi onundur. 2008-ci ildə ona mənzil veriləndə bilmişdir ki, 3 saylı mənzil onundur. Orada heç divar olmamış, fəhlələrin nəyi sökdüyünü bilmir, fəhlə orada olan ağacları təmizləmiş, orada olan çürük taxtaları götürmüş, şiferlər hamısı yerdə olmuş, dam çökmüş, yerində olmamışdır. Qonşuların kim olduğunu bilmiş, ona çıxarış verilmiş, elə bilmişdir ki, evin hamısı ona verilmiş, digər mənzillərin başqa şəxslərə aid olduğunu bilməmişdir, bilsəydi etməzdi. Elə bilmişdir ki, ev hamısı onundur. Ona demişlər ki, orada olan şəxs rəhmətə getmiş, neçə illərdir orada heç kim yaşamır. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, özü Xaçmazda doğulmuş, anası əslən Dağıstanlıdır və anası Qusar rayonu Qalacıq kəndində uzun müddət aqronom işləmişdir. Təqsirləndirilən şəxs və onun ailəsini uşaq vaxtdan tanıyır. O, məktəbdə oxuyanda, Anfisa, iki qardaşı Latif və Eldar, atası Kərimxan, anası Milyanə, bacıları Elmira və Sadira olmuş, onların hamısını tanımışdır. Qonşularında Tamara adlı arvad olmuş, 2007-ci ildə həmin şəxsin oğlu Rafik gəlmiş, o, Rafikə anasının yaşlı və xəstə olduğunu, onu özü ilə aparmasını, mənzili isə ona satmasını demiş, lakin həmin vaxt Anfisanın atası Kərimxanla Rafikin münasibəti yaxşı olmuş, dost olmuşlar və Rafik Tamaranın evini Anfisagilə satmışdır. Onun anası 2007-ci ildə vəfat etmiş, bundan sonra o, anasının yaşadığı, Ç.Qurbanov küçəsindəki 32/3 saylı evi təmir etmişdir. O, Anfisadan və ailəsindən pislik görməmiş, münasibəti yaxşı olmuş, Anfisanın belə bir iş gördüyünü deyəndə inanmamışdır. O, həmin evdə yaşamış, evin qazı, işığı olmuş, anası 2007-ci ildə vəfat edəndən sonra o, hər iki mənzili öz adına rəsmiləşdirmişdir. Ev yaşayış üçün yararlı olmuş, evin damı da yerində olmuşdur. Evin vəziyyəti Anfisanın dediyi kimi olmamış, o, orada yaşamış, evin qapı-pəncərəsi, verandası olmuş, orada arada qonşularla oturmuşlar. O, Xaçmaz şəhərinə gedərək mühəndislə danışıb oranı sökmək istəmiş, lakin ona icazə verməmişlər, orada olan 4 mənzilin sahiblərinin hamısının razılığının alınmalı olduğunu demişlər. O, Rusiyaya gedəndə Qalacıq kəndindən olan tanışı Teymur adlı şəxs ailəsi ilə orada yaşamaq istədiyini demiş, buna görə də onları evə buraxmış, lakin evə yaxşı baxmadığına görə onları oradan çıxartmışdır. Sonradan o, xəstələnmiş, xeyli müddət Azərbaycana gələ bilməmişdir. Rusiya Federasiyası Sverdlovsk şəhərində Qusardan olan tanışları onun yanına gəlib həmin evi satıb-satmadığını soruşmuşlar, o, isə pensiyaya çıxıb Azərbaycana qayıtmaq istədiyini, buna görə evi satmadığını demişdir. Ona demişlər ki, Anfisa evi sökmüş, ona ziyan dəymiş, həmin evi təzədən tikməlidir. Həmçinin, tanışı Elnur adlı şəxs də ona zəng edərək evin söküldüyünü demiş, şəkilləri göndərmiş, həmin şəkillər RF-dəki evindədir. Buna görə o, oradan Qusar RPŞ-nə şikayət ərizəsi yazmışdır. O, Anfisa ilə barışmamış, istəyir ki, ona ev tiksinlər, mənzillər əvvəl necə idisə həmin formada tiksinlər. Onun Rüfət adlı tanışı olmuş, həmin şəxsə evə baxmasını demiş, özü isə xəstə olduğu üçün Qusara gələ bilməmişdir. O, 2008-ci ildə Rusiyaya getmiş, o vaxtdan gəlməmiş, gedəndə Rüfət adlı qonşusuna demişdir ki, evə baxsın. Gedəndən sonra Rüfətlə tez-tez əlaqə saxlaya bilməmiş, ildə 2-3 dəfə danışmışdır. 2021-ci ilin aprel ayında Qusara gəlmiş, bir həftə qalmış, gələndə polisə getmiş və izahat yazmışdır. O, özü evə baxmamış, xeyli müddət oraya adam getmədiyinə görə həyəti kol-kos basmışdır. Evdə televizor, divan, çarpayı, çamadanda bacısının qızıl dişləri, anasının qızıl saatı, evlərin sənədləri, anasının sənədləri, pasportlar, veteran sənədləri, maşının sənədləri olmuş, onları evdə saxlayıb getmişdir. Həmçinin, evin 1-ci mənzilindəki verandada qaz sobası olmuş, həmin sobanı o vaxtkı qonşusu Şakir Əhmədov quraşdırmışdır. Evdə işıq və qaz xətləri, həmçinin qaz sobası, sayğac olmuşdur. Evin iki verandası olmuş, verandanı da sokmüşlər. Evdə stol, stullar, iki ədəd çarpayı, sandıq, şifoner və televizor olmuş, o, bura gələndə həmin əşyaların heç biri qalmamışdır. Sənədləri də tapmamış, evin Çıxarışını Elnur adlı tanışı yenidən düzəltmişdir. O, gələndə çamadanda olan sənədlərin yerində olmadığını polisə demiş, lakin ona demişlər ki, həmin əşyalarla bağlı sübutu yoxdur. 2021-ci ilə kimi Qusara gəlməmiş, evin vəziyyəti və şəraiti ilə bağlı aradabir qohumu Davudla əlaqə saxlamışdır. Evlə bağlı tez-tez Davudla danışmamış, düşünmüşdür ki, orda bir şey olsa Davud ona deyər. O, gələndə mənzillər dağılmış vəziyyətdə olmuş, oradakı hasarı kimin çəkdiyini bilmir, onun mənzillərini də hasara almışlar. Ona demişlər ki, mənzilləri Anfisa uçurdub. Orada yalnız tumbalar qalmışdır. O, Anfisa ilə danışmış, sonuncu ona razılaşmağı təklif etmiş, ondan pul alıb Rusiyaya getməsini demiş, lakin o, razılaşmamışdır. Bundan başqa, RF, Ulyanovsk şəhərindən onun yanına Anfisanın iki qardaşı gəlmiş və ona yüz min rus pulu təklif etmişlər. O, isə onlara “vətənimi satmıram” demişdir. Mənzilləri kimin sökülməsi barədə Anfisa ilə söhbət olmamış, Anfisa demişdir ki, olan olub, gəl razılaşaq. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi və vəkili X2 izahatında göstərmişdir ki, zərər çəkmiş şəxs X32 Azərbaycandan gedəndə qohumu Davuda evə baxmağı tapşırmışdır. Davud da mütəmadi olaraq gəlib evə baxıb və evin vəziyyəti barədə Nərimana məlumat vermişdir. Polis şöbəsində Anfisa evinə dair sənədləri göstərib, polislər mütəxəssis deyillər, polislər Anfisaya get həmin evi sök deyə bilməz. Sonradan evin söküntüsü davam etdirilmiş, Anfisa evi tamamilə sökdürmüşdür. Onun bildiyinə görə hazırki cinayət işi fövqəladə hallar nazirliyinə göndərilmiş, o, vəkil kimi işə sonradan çıxmışdır. Evi Anfisanın göstərişi əsasında onun qızının əri Robert sökdürmüşdür. Robert hətta ifadəsində fəhlələrə 300 manat pul da verdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 Hacıbala oğlu ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyir. Anfisanı tanıyır, heç bir ədavəti və düşmənçiliyi yoxdur. Ola bilsin bəzi şeyləri tam dəqiqliklə xatırlamır. 2020-ci ilin təxminən mart ayları olardı. Həmin vaxt Qusar şəhəri Bazar ərazisində 1 saylı postda xidmət aparmış, sahə rəisi Ceyhun Heydərov olmuş, o, isə həmin şəxsin köməkçisi olmuşdur. Sahə rəisi Ceyhun Heydərov günorta vaxtı ona zəng etmiş və onunla bir yerdə Ç.Qurbanov küçəsinə, yanğınsöndürmə idarəsinin arxa tərəfinə getmişlər. Onlar ora gedəndə ustalar işləmiş, namaz qılan fəhlələr olmuşlar, onlardan birini üzdən tanımış, həmin şəxs bazarda meyvə tərəvəz satmaqla məşğul olmuşdur. Sahə rəisi Ceyhun Heydərov soruşmuşdur ki, nə məsələdir, Mahmud adlı şəxs bildirmişdir ki, orada onların evi var, həmin evi sökürlər. Sökülən yer hasarın içində olmuşdur. Orada olan fəhlələr isə demişlər ki, həmin ev doktorun evidir, həmin şəxs onlara həmin evi sökmələrini demişdir. Onlar həyətə daxil olanda evlərin taxtadan olan köhnə rus evləri olduğunu görmüşlər, evin 40 faiz hissəsi-yəni qabaq hissəsi artıq sökülmüşdü. Orada yerdə sayğac olmuş, köhnə qaz sobası da olmuşdur. Orada çox qarışıqlıq olmuş, bir mərtəbəli zirzəmi olan ev olmuşdur. Evin qabaq hissəsini sökmüşdülər, otaqlar görünürdü, evin damını da sökmüşdülər. Orda ustalar işləmiş, ətraf toz torpaq olmuş, yerdə taxtalar, mismarlar olmuş, söküntü işlərinin aparıldığı görünmüşdür. Evin qabaq və yan divarları sökülmüşdü, bir otaq qalmışdı. Sonra onlar söküntünü dayandırmışlar və raportla polis şöbəsinə məruzə etmişlər. Sonradan bir dəfə müstəntiqlə həmin yerə getmiş, daha sonra getməmiş, onlar raport yazmışlar, ad, soyadları da qeyd etmişlər. Sonradan həmin yerə polis şöbəsindən kimin getdiyini bilmir. Ev sökülü halda olmuş, evin içində taxta, mismar olmuş, həmçinin orada kubik hasar da olmuşdur. Evin qabaq hissəsi sökülmüş, orada sovet dövründən qalan qaz sobası, bir otaqda qırmızı aboy olmuş, evin arxa hissəsi qalmış, damı arxa tərəfdə qalmış, damın qabaq hissəsi, evin qabaq divarı və yan hasarı sökülmüşdür. Evin arxa divarı və yan sərhəd divarı qalmışdır. Anfisanı bir həkim kimi tanıyır, həmin şəxs MRX-da işləyir. Onlar işi dayandırdıqdan sonra kiminsə həmin evə müdaxilə edibetməməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Anfisanı tanımır, indi görmüşdür. Nəriman onun bibisi oğludur, heç bir ədavəti və düşmənçiliyi yoxdur. Nəriman onun qohumu olduğundan ona özünə məxsus evə baxmasını demişdir. O, da ayda bir dəfə, iki aydan bir gəlib evə baxmışdır. Bundan sonra o, tanışı Mahmudu görmüş, həmin şəxsi 10-15 il idi ki tanımış, Mahmud tez-tez Qusar şəhərində olduğundan ona Nərimanın evinə baxmasını demişdir. 2020-ci ilin mart ayında Mahmud ona zəng edib evin söküldüyünü demiş, o, həmin yerə getmiş, orada işləyən şəxslərə evin onun bibisi oğlunun evi olduğunu demişdir. Anfisanın kürəkəni də orada olmuş, onda bir sənəd də olmuşdur. O, həmin yerə gedənə kimi Mahmud evin söküldüyünü artıq polisə demiş, buna görə ora iki nəfər polis əməkdaşı gəlmişdir. Sonradan söküntü işləri dayandırılmış, evin yarısı sökülmüşdür. Bir neçə gündən sonra gələndə isə görmüşdür ki, ev təmiz sökülmüşdür. Orada qaz və işıq sayğacları qalmışdır. O, həmin yerə gələndə evin yarısı sökülmüş, polislər gələndə işi saxlamışlar. Sonradan təxminən 10 gündən sonra gələndə görmüşdür ki, ev tam sökülüb. Çox güman ki, həmin şəxslər söküblər, başqa kimsə sökə bilməzdi. Sonradan onların sökdüyünü şəxsən görməmişdir. Əvvəl mənzilin yarısından çoxu sökülmüş, az hissəsi, bir-iki divar qalmışdı. O, Nərimanla mütəmadi olaraq əlaqə saxlamış, telefonla danışmışdır. Evin yarısını sökəndə də bu barədə Nərimana telefonla demiş, qalan hissəsinin tam söküldüyünü də telefonla demişdir. O, Qusar rayonu Şirvanlı kəndində yaşayır, Nərimanın evinin harada olduğunu bilmiş, Nəriman RF-yə gedəndə evi ona təhvil verməmiş, açarı ona verməmiş, açarı qonşuya vermiş, ona isə evə baxmasını demişdir. Ona evin söküldüyünü Mahmud demişdir. Mahmud bu barədə ona mart ayında demişdir. O, gələndə 3 nəfər olmuş, saqqalı şəxslər olmuş, adlarını bilməmiş, sonradan polis idarəsində bilmişdir. O, həmin şəxslərdən soruşanda onlar demişlər ki, evin sökülməsini onlara Anfisanın kürəkəni Röbert demişdir. O, bu barədə soruşduqda Robert ona Anfisanın sənədinin olduğunu, ona görə də həmin yeri sökdüklərini demişdir. Robert həmin vaxt Anfisaya zəng etmiş və polislərin gəlib işi saxladığını demişdir. Robert evi sökməyi ona Anfisanın dediyini demişdir. Evin qabağı tam sökülmüş, yan divarları qalmış, damı tam sökülmüşdür. Orada köhnə çemadanlar, paltarlar, köhnə maşınka, qaz plitəsi, sayğac olmuş, otaqlar boş olmuşdur. O, Nərimana zəng edib əvvəlcə evin yarımçıq söküldüyünü demiş, sonradan yenə zəng edib tam söküldüyünü demişdir. Evin hasarı olmuş, həmin hasar təzə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Anfisanı tanıyır, Nərimanı da tanıyır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Davud ona tapşırmışdır ki, bibisi oğlu Nərimanın Qusar şəhərində evi var, ora baxsın. O, da mütəmadi olaraq həmin evə baxmışdır. Bir dəfə oradan keçəndə görmüşdür ki, evi sökürlər. O, da oraya yaxınlaşmış, orada Robert adlı şəxs olmuş, ondan nə etdiklərini soruşmuş, Robert ona demişdir ki, öz evləridir, sökürlər. O, həmin evin başqa sahibi olduğunu demiş, Robert isə həmin evi onların aldıqlarını demişdir. Bundan sonra o, Davuda zəng edərək bu barədə ona demiş, David da oraya gəlmişdir. Həmin vaxt evin yarısı sökülmüş vəziyyətdə olmuş, evin qalan hissəsini sonradan kimin sökdüyünü isə bilmir, həmin vaxt Anfisanın göstəriş verməsini görməmişdir. Sonra o, polisə zəng etmiş, polis işçiləri gəlib işi saxlamışdır. Növbəti gün o, şöbəyə gedəndə orada ona demişlər ki, Anfisanın həmin evə sənədi, çıxarışı var, ev onlarındır. Həmin evə Anfisanın çıxarışı olduğunu şöbədə polislər ona demişlər. Polis şöbəsində Anfisa sahə müvəkkili ilə danışmış, həmin yeri ona bələdiyyənin verdiyini demişdir. Anfisanı bir həkim kimi tanıyır, xəstəxanada görmüşdür. Evin ona heç bir aidiyyəti yoxdur, ona evə baxmasını demişlər, ev sökülməmişdən təxminən 2 ay əvvəl həmin evə baxanda ev yerində olmuş, sökülməmişdi, hasarı da olmuş, hasar mişar daşından olmuşdur. Evin sökülməsi 2020-ci ilin mart-aprel aylarında olmuşdur. O, Roberti tanıyır, Robert Anfisanın kürəkənidir, həmin şəxs ona demişdir ki, Anfisa evi almış, evi söküb orda yeni ev tikəcəkdir. Evin damının yarısı sökülmüş, orada sayğac, qaz plitəsi görmüş, stol, stul sandıq görməmişdir. Bir necə gündən sonra həmin yerə gedəndə görmüşdür ki, ev tam sökülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun qaynanasıdır, Nərimanı isə tanımır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2020-ci ilin mart ayında qayınanası Anfisa ona Qusar şəhəri Ç.Qurbanov küçəsi 32 ünvanda yerləşən mənzillərin qarşısını kol-kosdan təmizləmək, həmçinin mənzilləri sökmək lazım olduğunu bildirmiş və həmin işi ona tapşırmışdır. Buna görə də o, tanışı Narvikə zəng edərək bu barədə ona demiş, Narvik də sonradan adlarını bildiyi Ehtiram və Cahidlə birlikdə həmin yerə gəlmişlər, o, həyəti və evi həmin şəxslərə göstərmiş, işi onlarla 500 manata razılaşmış, bu barədə Anfisaya bildirmiş və sonuncu, işin 500 manata görülməsinə razılaşmışdır. Bundan sonra 2020-ci ilin yaz aylarında həmin şəxslər orada təmizlik işləri aparmağa başlamışlar. Sonradan polis əməkdaşları gəlmiş və işi dayandırmalarını demiş, onlar da işi dayandırmışlar. Polis əməkdaşları ora gələndə evin həyəti təmizlənib qurtarmışdı. Evin bir divarı yıxılmış, damı çökmüşdü. Evin divarları taxtadan olmuşdur. Orada otaqlar olduğunu dəqiq bilmir. Yol tərəfdə olan divarları sökmüşlər. Sol və sağ tərəfdə olan divarlar əl dəyən kimi dağılmış, çox köhnə olmuşdur. Anfisa ona həyəti təmizləməyi və evi sökməsini demişdir. Ora polis əməkdaşları gələndə o, heç bir sənəd təqdim etməmiş, həmin vaxt onda evə dair sənəd olmamışdır. Orada köhnə qaz sobası, sınıq stol olmuş, sayğac isə həyətdə olmuş, divan, çarpayı, çemodan olmamışdır. Ev yaşayışa yararsız olmuş, Anfisa həmin yeri ona göstərib oranı təmizləməsini demişdir. Anfisa ona mənzilin nömrəsini deməmişdir. Polis gəlib işi saxlatdırandan sonra o, orada hər hansı söküntü işləri görməmişdir. O, Anfisanın orada evi olduğunu bilmiş, lakin Anfisa orada yaşamamışdır. O, özü də fəhlələrlə birlikdə orada işləmiş, dağılmış vəziyyətdə olan yarımçıq evi sökmələrini də fəhlələrə o, özü demişdir. Mahmud onun uzaq qohumudur. Əgər Anfisa ona deməsəydi o, həmin evi sökdürməzdi, orada təmizlik işləri aparmazdı. Sonradan orada söküntü işlərini aparmamışlar, evin qalan hissəsini kimin sökdüyünü bilmir. Həmin ev hasarın içində olmuş, balaca qapısı da olmuş, qapıya daş qoyulmuşdur. O, işi tam qutarmadığına görə fəhlələrə gördükləri işə görə 300 manat pul vermiş, lakin işi tam görməyi onlarla 500 manata danışmışlar. Orada paltar görməmiş, sandıq olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ilin mart ayında qayınanası Anfisa ona Qusar şəhəri, Ç.Qurbanov küçəsi 32 ünvanda özü üçün torpaq sahəsi aldığını, torpaq sahəsində olan mənzillərin qarşısını kol-kosdan təmizləmək, həmçinin mənzilləri sökmək lazım olduğunu bildirmiş və həmin işi ona tapşırmışdır. Həmin vaxt Narvik adlı şəxslə əlaqə saxlamış və sonuncu mənzillərin qarşısını kol-kosdan təmizləmək və mənzilləri sökmək üçün 500 manat pulun tələb olunacağını bildirmiş, o isə qaynanası Anfisa ilə məsləhətləşib xəbər verəcəyini bildirmişdir. Bundan sonra Anfisa ilə məsləhətləşən zaman, sonuncu öz razılığını vermiş və o, Narviki həmin işi görmək üçün dəvət etmişdir. Təxminən 2020-ci ilin mart ayında Narvik, Ehtiram və Cahid adlı şəxslər onun göstərdiyi mənzillərin qarşısını kol-kosdan təmizlmiş, növbəti gün isə hər iki mənzili sökərək, öz işlərini yekunlaşdıran zaman tanışı Mahmud gələrək söküntü işləri apardıqları mənzilin onun tanışına məxsus olduğunu bildirmişdir. Mahmudun ilkin olaraq onunla zarafat etdiyini düşünmüş, sonuncunun sözlərini ciddi qəbul etməmiş və fəhlələrə işə davam etməsini tapşırmışdır. Təxminən 30 dəqiqə sonra Mahmud və Elnur adlı şəxs Qusar RPŞ-in sahə rəisi Ceyhun və polis nəfəri Azad adlı şəxslə birlikdə gəlmişdir. Həmin vaxt polis əməkdaşları ondan söküntü apardığı mənzilə dair sənədləri tələb etmiş, o da bu barədə Anfisaya zəng edərək məlumat vermiş, Anfisanın həmin torpaq sahəsinin və mənzilin ona məxsus olduğunu bildirməsinə baxmayaraq o, söküntü işlərini dayandırmışdır. Həmin zamandan sonra o, qeyd edilən ünvanda söküntü işləri aparmamış və həmin ünvanda söküntü işlərinin aparılıb-aparılmaması barədə heç bir məlumatı olmamışdır. Həmin gün Qusar şəhərində fəhlələrlə görüşüb onlara gördükləri işə görə Anfisadan aldığı 300 manat pulu vermiş, daha sonra isə həmin ünvana bir daha getməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. İbtidai istintaq zamanı ona heç bir təsir və təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Nəriman Hacıyevi əvvəllər tanımamış, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2020-ci ilin mart ayında Robert adlı tanışı ona zəng edərək iş olduğunu, qaynanasının evini sökmək lazım olduğunu demişdir. Robert görəcəkləri işə görə-yəni həyəti təmizləməyə və evi sökməyə görə onlara 500 manat pul verməli olmuşdur. Ev Qusar şəhərində olmuş, küçəni dəqiq tanımır, yanğın söndürmə idarəsinin arxasında olan məhəllədə olmuşdur. Onlar həmin yerə gedəndə evi görmüşlər, ona ev demək olmazdı, çünki dağılmışdı, həyəti ot basmışdı, həyətə girmək olmurdu. Ev təxminən ferma kimi ev olmuş, evin ortadan yarısını, evin həyətə olan tərəfini təmizləməli olmuşlar. Birinci gün həyəti kol-kosdan təmizləmişlər, ikinci gün evi sökməyə başlayanda polis əməkdaşları gəlmişlər, onlara işi saxlamalarını, sökülən evin başqa şəxsə məxsus olduğunu demişlər. Yəni, evin damını götürmüşlər, divarlarından sökmüşlər, qalan yerlər qalmışdır. Evin içində bir ədəd qaz sobası və paltarlar olmuşdur. Evin damını götürmüşlər, qabaq və yan divarlarını sökmüşlər, arxa və digər yan divar qalmışdır. Robert demişdir ki, ev qaynanasına məxsusdur. Ev mişar daşlarının üstündə tikilmiş, evin divarları taxtadan, üstü şiferdən olmuşdur. Evin divarları taxtadan olmaqla rus evi olmuşdur. Robert demişdir ki, evin yarısını sökün. Onlar söküntü işlərini elə aparmalı idilər ki, evin digər hissəsinə ziyan dəyməsin. Evin dörd divarı olmuş, tavan çökmüş vəziyyətdə olmuş, şifer olmuşdur. Evin qapısı olmamış, pəncərələr olmuşdur. Oraya Anfisa özü gəlməmiş, o, orada Anfisanı görməmiş, telefonla danışmışdır. O, Anfisaya həmin evin başqa şəxsə məxsus olduğunu demiş, Anfisa isə məsələni özləri həll edəcəklərini demişdir. Evin qabaq divarlarını sökmüşlər, həyətə olan divarları götürmüşlər, ortada birləşən iki divar qalmışdır. Polislər gələndə Robert özü də orada olmuşdur. Polis əməkdaşının əlində bir sənəd olmuş, həmin şəxs demişdir ki, onda olan sənədə əsasən həmin ev başqasına məxsusdur. Ona görə onlar işi saxlayıb getmişlər və qayıtmamışlar, kiminsə qayıdıb evin qalan hissəsini sökməsi barədə məlumatı yoxdur, onunla orada işləyən Cahid və Ehtiram da ora qayıtmamış, çünki işi Robertlə o, danışmışdır. Evdə qaz sobası, işıq sayğacı, divan olmuş, o biri otaqda köhnə paltarlar olmuş, sandıq isə olmamışdır. Orada olan işıq sayğacını divarla birlikdə onlar sökmüşlər. Evi tam sökməmişlər, polis gəlmiş, işi saxlamışlar. Orada hasar olmuş, sökülən yer hasarın içində olmuşdur. İşə görə Robert onlara 500 manat verməli olmuş, lakin 300 manat vermişdir. Əgər polislər gəlməsəydi evi tam sökəcəkdilər. Anfisa ona zəng edib məsələni özləri həll edəcəklərini demiş, onlara narahat olmamalarını demişdir. Evin həyətində olan kol-kosları təmizləmişlər. Ev yaşayış üçün yararsız olmuş, damı tam çökmüş, evdə stol, stul olmamışdır. Onlar həmin yerə iki gün dalbadal getmişlər, bir gün həyəti təmizləmişlər, ilkinci günün yarısında, evi sökərkən polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ilin yaz aylarında, təxminən mart ayında tanışı Robertin Qusar şəhəri, Ç.Qurbanov küçəsi 32 ünvanda yerləşən qayınanası Anfisaya məxsus məzilləri sökmək və onların qarşısını kol-kosdan təmizləmək üçün Qusar şəhərinə dəvət etdiyini bildirmişdir. Təxminən 2020-ci ilin mart ayın əvvəllərində həmkəndlisi Ehtiramla birlikdə qeyd olunan ünvana gedib, Robertlə görüşərək, mənzillərə baxış keçirib, onları sökülməsi və qarşısının kol-koslardan təmizlənməsi üçün 500 manat pul istəmiş, sonuncu da qayınanası ilə məsləhətləşib xəbər verəcəyini bildirmişdir. Təxminən 4-5 gün sonra həmkəndliləri Ehtiram və Cahidlə birlikdə Qusar şəhərinə gəlib, Robertlə görüşümş və sonuncu onlara görüləcək işi tapşıraraq çıxıb getmiş, onlar isə mənzillərin qarşısını kol-kosdan təmizləyərək çıxıb kəndə qayıtmışlar. Növbəti gün isə həmkəndliləri Ehtiram və Cahidlə birlikdə Qusar şəhərinə gəlib, mənzillərdə söküntü işləri aparıb, mənzildəki köhnə istifadəyə yarasız vəziyyətdə olan stol-stul, qaz peçı, divana toxunulmamış, mənzildə hər hansı bir sənəd və ya qiymətli əşya aşkar etməmişlər, daha sonra isə Robertin gətirdiyi nahar yeməyini yeyib iki mənzil arasında qalan divarı sökmək istəyən zaman Mahmud və polis əməkdaşları həmin ünvana gəlmişlər. Həmin vaxt polis əməkdaşları Robertdən söküntü apardığı mənzilə dair sənədləri tələb etmiş, sonuncu isə bu barədə Anfisaya zəng edərək məlumat vermiş, Anfisa da həmin torpaq sahəsinin və mənzilin ona məxsus olduğunu bildirməsinə baxmayaraq Robert polis əməkdaşların tələbi ilə söküntü işlərini dayandırmışdır. Həmin gün Robert onlara görülmüş işlərə görə 300 manat pul vermiş, o, həmkəndlisi Ehtiramla kəndə qayıtmış, Cahid isə Qusar şəhərində yaşayan əmisinin evində qalmışdır. Bundan sonra onlar qeyd olunan ünvana qayıtmamışlar və orada hər hansı başqa bir iş görməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. 2020ci ilin təxminən aprel-may aylarında həmkəndlisi Narvik ona zəng edərək Qusar şəhərində bir köhnə evi sökmək lazım olduğunu demiş, onlar həmin yerə birinci gələndə Robert də orada olmuş, həmin vaxt Robert onlara evi sökmək lazım olduğunu bildirmiş və həmin işə görə onlara 500 manat verəcəyini bildirmiş, onlar da razılaşmışlar. Həmin işi gördükləri tarix dəqiq yadında qalmamışdır. Ev hasarın içində olmuş, evin qapısı olmamışdır. Onlar birinci gün həyəti təmizləmişlər, həmin vaxt orada Robert də olmuşdur. İkinci gün evin damını tam sökmüşlər, bir-iki divar qalmışdır. Evin həyət tərəfini sökmüşlər, ara divarlar qalmışdır. Evin qapı və pəncərələri köhnə olmuşdur. İkinci gün görüləsi bir az iş qalmış, lakin həmin gün polis əməkdaşları gəlmiş və işi saxlatdırmışlar. Polis əməkdaşları gəlib onlara sənədləri göstərmiş və söküntü işlərinin dayandırılmasını tələb etmişlər. Sonradan həmin yerə gəlib işi davam etdirməmişlər, qalan hissəni kimin sökdüyünü bilmir. Anfisa onlara həmin evin sökülməsinə göstəriş verməmiş, onlarla-yəni Narviklə işi Anfisanın kürəkəni Robert danışmış, Anfisa öz kürəkəninə həmin evi sökməyə göstəriş vermiş, onların yanında telefonla danışmışdır. Polis əməkdaşları gələndə onlarla Robert danışmış, nə danışdığını bilmir. Sonradan gördükləri işə görə Robert onlara 300 manat pul vermişdir. Robert həmin evin öz qaynanasına məxsus olduğunu demişdir. Birinci evin həyətini təmizləmişlər, həmin vaxt Robert qaynanasına zəng etmiş və evi sökəcəyini demişdir. Həyət hasarla bağlanmış, hasar mişar daşdan hörülmüş, hündür hasar olmuş, hasarın tək qapısı da olmuş, qapıya yarısına kimi kubik yığılmışdır. Evin damı çökmüş, yararsız vəziyyətdə olmuş, ümumiyyətlə ev yaşayışa yararlı olmamışdır. Evin həyətə və yan tərəfə olan divarlarını sökmüşlər, içəri tərəfdə olan arakəsmələri isə qalmışdır. Evin divarları taxtadan olmuş, ev çox köhnə olmuşdur. Həmin evdə köhnə qaz sobası, paltar tikən maşının alt hissəsi, köhnə bir-iki divan olmuşdur. Evin damı şiferdən olmuş, həyətində çoxlu kol-kos olmuş, orada onlardan başqa şəxs işləməmişdir. Polis əməkdaşları gələndə Robert orada olmuş, polis onlara orada işləsə problem olacağını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 şahidlər Şahid3 və Şahid1 ilə analoji ifadə verərək onların məhkəmə istintaqı zamanı göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, ünvan 2 ünvanda yaşayır. Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs yolun o biri tərəfində yaşayır. Nəriman Hacıyevi də tanıyır, həmin şəxs onun divar qonşusu olan qadının oğludur. Onunla qonşuluqda Nərimanın anası yaşamış, Nəriman özü isə Rusiyada olmuşdur. O, 2020-ci ildə Rusiya Federasiyasına uşaqlarının yanına getmiş, pandemiya ilə əlaqədar uzun müddət qayıda bilməmiş, yalnız 2021-ci ilin may ayının axırlarında qayıtmışdır. O, Rusiyaya gedəndə divar qonşusu olan Nərimanın evi yerində olmuş, lakin qayıdanda həmin evin yerində olmadığını, tam söküldüyünü görmüşdür. Anfisanın qardaşının evi də onun evi ilə bitişikdir. O, öz evində 1977-ci ildən yaşayır. O, sökülən evin Anfisa tərəfindən söküldüyünü görməmiş, çünki həmin vaxt Rusiyada olmuşdur. Anfisanı gördükdə, həmin şəxs Nərimanın evinin olduğu yeri aldığını, sənədinin də olduğunu, imkanı olanda orada ev tikəcəyini demiş, o isə Anfisaya xeyirli olsun demiş, lakin Anfisadan evi kimin sökdüyünü soruşmamış, düşünmüşdür ki, əgər həmin yeri Anfisa almışdırsa, yəqin evi də o sökmüşdür. Nərimanın evi ilə onun evinin sərhəd divarı taxtadan olmuş, həmin ev söküldüyünə görə və taxta divar açıq qaldığına görə Anfisdan xahiş etmişdir ki, hansı ev tikəcəksə tiksin, yoxsa yağış, qar taxta divarı isladıb evə soyuqluq verəcəkdir. Anfisa isə ona narahat olmamasını, həll edəcəyini demiş, daha sonra qırmızı kərpiclə divarın arxasına çöl tərəfdən divar çəkmişdir. Onun evinin girişi hasara alınmış tərəfdən deyil, başqa tərəfdəndir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X25 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1977-ci ildən etibarən ünvan 3 ünvanda yerləşən 4 saylı mənzildə yaşayır. Yaşadığı mənzilin yerləşdiyi bina 4 mənzildən ibarətdir. Əvvəllər yaşadığı binanın 1 və 2 nömrəli mənzillərində Kafiyat və qızı Liza, 3 nömrəli mənzildə isə Tamara yaşamışdır. Tamara təxminən 2008-ci ildə mənzilini Anfisaya sataraq Rusiya Federasiyasına köçmüşdür. Təxminən 1998-ci ildə Liza, 2007-ci il ildə isə Kafiyat öldükdən sonra onların mənzilləri Nərimanın mükiyyətinə keçmişdir. Nəriman 10 ildən artıqdır ki, Rusiya Federasiyasına getmiş və həmin müddət ərzində geri qayıtmamışdır. X16 getdikdən sonra sonuncuya məxsus ünvan 4 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillər boş və baxımsız vəziyyətdə qalmış, mənzillərdə yaşayış olmamış, mənzillərin qarşısını kol-kos bağlamışdır. xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan oğlunun yanına getmiş və xx.xx.2020-ci il tarixdə geri qayıtmışdır. Evinə qayıtdıqdan sonra Nərimana məxsus 1 və 2 nömrəli mənzillərin söküldüyünü görmüş, qonşularla söhbətdən ona məlum olmuşdur ki, mənzillər Anfisa tərəfindən sökülmüşdür. Anfisa ilə görüşdüyü zaman sonuncu mənzilləri və torpaq sahəsini aldığını, bunu təsdiq edən sənədinin olduğunu, mənzilləri də sökdüyünü bildirmişdir. Nərimana məxsus 1 nömrəli mənzil onun mənzili ilə divar qonşusu olmuş, mənzil söküldükdən sonra sökülən hissədən qışda mənzilinə ziyan dəyə biləcəyini bildirərək Anfisadan həmin hissəni hörməsini istəmiş, sonuncu da həmin hissəsini hördürmüşdür. Qusar RPŞ-də ona məlum olmuşdur ki, Anfisa, Nərimana məxsus ünvan 5 ünvanda yerləşən hər iki mənzilləri heç bir sənədi olmadan özbaşına sökmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Qalacıq kəndində yaşayır. Zərər çəkmiş şəxs Nəriman Hacıyevi həmkəndlisi kimi 2016-cı ildən tanımış, həmin şəxs Rusiyada yaşamışdır. Nərimanı onun dayısı oğlu Davudun vasitəsi ilə tanımışdır. Davudu isə 2015-ci ildən tanıyır. Nəriman Qusar şəhərində evi olduğunu, sənədlərini düzəltmək üçün ona köməklik göstərməsini xahiş etmiş, o, da razılaşmışdır. Nəriman həmçinin ona evə arada gedib baxmasını da xahiş etmiş və o, mütəmadi olaraq aradabir gedib həmin evə baxmışdır. 2020-ci ilin mart ayında o, Mahmud adlı tanışının maşını ilə Qusar şəhərinə gəlmiş, həmin vaxt gedib Nərimanın evinə baxanda görmüşdür ki, evi sökürlər. O, həmin şəxslərdən evi kimin icazəsi ilə və nə üçün sökdüklərini soruşmuş, sonradan tanıdığı Robert adlı şəxs evin onun qaynanasına məxsus olduğunu, bu barədə sənədlərinin olduğunu və qaynanasının göstərşi ilə evi sökdüklərini demişdir. O, evin sahibinin Nəriman olduğunu, sonuncunun isə Rusiyada olduğunu demişdir. Həmçinin, Mahmuda bu barədə polisə məlumat verməsini demiş, özü isə Nərimana zəng edərək evinin söküldüyünü demişdir. Nəriman əvvəlcə ona inanmamış, o, mobil telefonu ilə həmin yerin şəkillərini çəkib votsapla Nərimana göndərmiş və sonuncu Rusiyadan özünün Qusar rayon Polis şöbəsinə ərizə ilə müraciət edəcəyini demişdir. Orada 3 nəfər başqa şəxs də olmuş, onlar fəhlə kimi işləmişlər. O, həmin yerə getdikdə Nərimanın evi demək olar ki, tamamilə sökülüb qurtarmışdı, orada ocaq qalanmış yer də olmuş, taxtalar yandırılmışdı. Evin damı, divarları yerində olmamış, yalnız 1 metr hündürlükdə bünövrəsi qalmışdı. Evin kərpicdən olan arxa divarı və taxtadan olan yan divarı qalmış, əvvəlcə o elə bilmişdir ki, həmin divarlar Nərimanın evinin divarlarıdır. Lakin, sonradan bilmişdir ki, o, Robertin qaynanası Anfisanın özünün evinin divarlarıdır. Nərimanın evi əvvəllər yaşayışa tam yararlı olmuş, həyəti təmiz olmuş, orada Fövqəladə Hallar Nazirliyində işləyən şəxs kirayədə yaşamış, sonradan Nəriman həmin şəxsi evdən çıxarmışdır. O, Nərimanın evinin söküldüyü vaxtdan təxminən 3 ay əvvəl Rusiya Federasiyası Dağıstan Respublikasına getmiş, sonuncu dəfə Nərimanın evinə baxmağa gedəndə və evin söküldüyünü görəndə Rusiyadan təzə qayıtmışdı. Rusiyaya getməmişdən 3 ay əvvəl isə Nərimanın evində yuxarıda qeyd etdiyi şəxs yaşayırdı. Yəni, ev sökülməmişdən təxminən 6 ay əvvəl həmin evdə yaşayış olmuşdur. 6 ay ərzində həmin evdə heç kimin yaşaması və evin baxımsız qalması səbəbindən orada kol-kosun bitməsi isə normal haldır. Nəriman 2021-ci ildə 1 həftəlik Azərbaycana gəlmiş, gələndən sonra evin sənədlərini düzəltmək üçün onun adına etibarnamə vermiş və bundan sonra Qusar rayon Polis Şöbəsində aparılan araşdırma zamanı ekspert xərclərini də Nərimanın adından o, özü ödəmiş, çünki Nəriman həmin vaxt Rusiyada olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Şirvanlı kənd sakini Davudu tanıyır. 2019-cu ilin yay aylarında, dəqiq tarix yadında deyil Davud ona bibisi oğlu RF-sı vətəndaşı və hal-hazırda Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşayan X18 Qusar şəhəri N.Şərifov küçəsi ev 32 ünvanında yerləşən fərdi yaşayış evində ona məxsus iki mənzilin olduğunu bildirmiş, lakin həyatyanı torpaq sahəsinin sənədinin olmadığını deyib və buna görə də ondan xahiş etmişdir ki, həmin torpaq sahəsi üçün sənədləri rəsmiləşdirməyə ona köməklik etsin. O, da razı olmuşdur. Həmin vaxt onunla Qusar şəhəri Ç.Qurbanov (N.Şərifov) küçəsi 32 saylı ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərə baxış keçirmişlər, qeyd olunan mənzillərin qarşısını kol-kos basmış, həmin mənzillərdə yaşayış olmamış, həmin mənzillər baxımsız vəziyyətdə olmasına baxmayaraq qeyd olunan mənzillər faktiki olaraq yerində olmuş və həmin mənzillərin yerləşdiyi həyətyanı torpaq sahəsi setka ilə hasarlanmış vəziyyətdə olmuşdur. Təxminən 2019-cu ilin oktyabr-noyabr ayında o, Davudla təkrar Nərimanın ünvan 5 ünvanda yerləşən mənzillərə baxış keçirmiş, mənzillər həmin qaydada qalmış, həyətyanı torpaq sahəsi də setka ilə hasarlanmış vəziyyətdə olmuşdur. O, Davuda Nərimana məxsus mənzillərin yerləşdiyi setka ilə hasarlanmış həyətyanı torpaq sahəsini onun adına rəsmiləşdirmək tələb olunan sənədləri və rüsumları barədə məlumat vermişdir. Həmin vaxt Davud ona bibisi oğlu Nərimanla məsləhətləşib ona xəbər verəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin mart ayının əvvəllərində o, Davudla birlikdə ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərə baxış keçirməyə gedən zaman görmüşlər ki, mənzillərin yerləşdiyi həyətyanı torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Həmin vaxt onlar qonşulardan maraqlanmışlar və onlara bildirmişlər ki, həmin həyətyanı torpaq sahəsini Təqsirləndirilən şəxs hasarlamış və həmin torpaq sahəsini aldığını, hamıya həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etdiyini bildirmişlər. Həmin vaxt Davud məsələ ilə bağlı Nərimana zəng edib, məlumat verəcəyini bildirmiş, lakin Nəriman COVİD 19 pandemiyası ilə bağlı Qusar şəhərinə qayıda bilməmişdir. Təxminən 2020-ci ilin may ayında o, həmkəndlisi Mahmudla birlikdə Qusar rayonu Qalacıq kəndindən ünvan 6 ünvanda yerləşən Nərimana məxsus 1 və 2 nömrəli mənzillərə baxış keçirməyə getmiş, həmin vaxt görmüşlər ki, əvvəllər tanımadığı, adlarını sonradan bildiyi Robert, Cahid, Narvik və Ehtiram adlı şəxslər Qusar şəhəri Ç.Qurbanov (N.Şərifov) küçəsi 32 saylı ünvanda yerləşən Nərimana məxsus 1 və 2 saylı mənzilləri sökürlər. Robert adlı şəxsi həmkəndlisi Mahmud tanımışdır. Həmin vaxt onlar Robertə yaxınlaşıb, söküntü işləri apardığı mənzillərin hal-hazırda Rusiya Federasiyasının Sverdlovski vilayətində yaşayan X26 məxsus olduğunu bildirmişlər, lakin Robert onlara inanmamış, hər iki mənzilin və mənzillərin yerləşdiyi torpaq sahəsinin onun qayınanası Anfisaya məxsus olduğunu, onun sənədləri də olduğunu, həmçinin onun tapşırığı ilə həmin mənzillərin həyətyanı torpaq sahəsini kol-kosdan təmizlədiyini, hal-hazırda isə mənzilləri sökdüklərini bildirmişdir. Bu zaman o, Davuda zəng edib, məlumat vermişdir. Daha sonra isə Mahmud həmin ərazinin sahə rəisi Ceyhuna zəng edib məlumat vermişdir. Təxminən 10-15 dəqiqə ərzində Ceyhun polis nəfəri Azad adlı şəxslə birlikdə onların yanına gəlmişdir. Həmin vaxt Şahid6 də gəlmiş, bundan sonra sahə rəisi Ceyhun Heydərov, Robert və orada işləyən fəhlələrə söküntü işlərini dayandırmağı tapşırmışdır. Həmin vaxt Robert, Cahid, Narvik və Ehtiram adlı şəxslər Nərimanın evinin yarısını sökmüşlər. Bundan təxminən 1 ay sonra o, Mahmudla Qusar şəhərinə gələn zaman Nəriman Hacıyevə məxsus mənzillərə baxış keçirməyə getmişlər və həmin vaxt görmüşlər ki, hər iki mənzillər tamamilə sökülmüşdür. O, dərhal Şahid6 zəng edib Nəriman Hacıyevə məxsus mənzillərin tamamilə sökülməsi barədə məlumat vermişdir. İş materiallarında olan Şahid4 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi haqqında 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, təxminən 2020-ci ilin aprel-may aylarında Anfisa ona demişdir ki, ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzilləri və onların yerləşdiyi torpaq sahəsini almış, sənədləri də vardır. Buna görə də, Anfisa ondan həmin mənzillərin həyətyanı torpaq sahəsini kol-kosdan təmizləmək və orada olan mənzilləri sökmək üçün fəhlələr tapmağını xahiş etmiş, o isə razılaşmışdır. O, həmin işləri görmək üçün Qusar rayon sakinləri, əvvəllər tanımadığı Cahid, Narvik və Ehtiram adlı şəxsləri tapmış, onlar isə 500 manata həmin işi görəcəklərini bildirmişlər. O, gəlib Anfisaya bununla bağlı məlumat vermiş, sonuncu öz razılığını bildirmiş, bundan sonra o, həmin fəhlələri dəvət etmişdir. Təxminən 2020-ci ilin aprel-may aylarında Cahid, Narvik və Ehtiram adlı şəxslər həmin həyətyanı torpaq sahəsini kol-kosdan təmizləmişlər, növbəti gün isə həmin mənzilləri sökməyə başlamışlar. Onlar həmin mənzilləri sökməyə başladıqdan təxminən 1,5-2 saat sonra tanışı Mahmud və əvvəllər tanımadığı Elnur adlı şəxs gəlmişlər. Həmin vaxt Mahmud ona sökülən mənzillərin Rusiya Federasiyası Sverdlovski şəhərində yaşayan Nəriman adlı şəxsə məxsus olduğunu bildirmiş, o, isə buna inanmamış, həmin mənzillərin və həyətyanı torpaq sahəsinin Anfisaya məxsus olduğunu bildirmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra sahə rəisi Ceyhun və polis nəfəri Azad adlı şəxslər də gəlmişlər. Polis əməkdaşları söküntü işlərini dayandırmağı onlardan tələb etmiş, o, Anfisaya zəng edərək bu barədə ona bildirmiş, Anfisa mənzillərin və torpaq sahəsinin özünə məxsus olduğunu demiş, buna baxmayaraq o, söküntü işlərini dayandırmış, fəhlələrə 300 manat pul vermişdir. İş materiallarında olan X18 Qusar RPŞ-nə ünvanladığı 09 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Qusar şəhər sakini Təqsirləndirilən şəxs ona məxsus olan, ünvan 5 ünvanda yerləşən 1 və 2 saylı mənzilləri 2020-ci ilin yaz aylarında özbaşına sökdüyünü və ona 60000 manat maddi ziyan vurduğunu göstərərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli Seriya MH ******* saylı ********** qeydiyyat nömrəli və Seriya MH ******* saylı ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların surətlərindən görünür ki, Qusar şəhəri N.Şərifov küçəsində istifadəsində olan 0.01392 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli binanın 2-girişində, 1-ci mərtəbəsində, 28.8 kv.metr ümumi, 21.1 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil və həmin binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 27.9 kv.metr ümumi, 20.2 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X18 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 11 xüsusi mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. İş materiallarında olan Qusar bələdiyyəsinin 27 yanvar 2021-ci il tarixli M-013 saylı məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən çoxmənzilli evin həyətyanı torpaq sahəsi Qusar bələdiyyəsinin mülkiyyətindədir, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına aiddir, sahəsi 260 kv.metr təşkil edir, həmin torpaq sahəsini Təqsirləndirilən şəxs zəbt edərək mişar daşı ilə hasarlayaraq hal-hazırda qanunsuz istifadə edir. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X30 tərəfindən həmin tarixdə saat 10:30-dan saat 11:35-dək Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X6, hal şahidləri X33 və X31 iştirakları ilə X18 şikayət ərizəsinə əsasən Qusar şəhəri Ç.Qurbanov küçəsi ev 32-nin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən torpaq sahəsinin mişar daşı ilə hasarlandığı müşahidə olunmuşdur. Torpaq sahəsinin giriş hissəsi dəmir barmaqlıqlarla düzəldilmiş, iç hissəsi isə taxta materiallardan olan qapıdan ibarətdir. Torpaq sahəsinin qapısı dəmir qıfıllı açarla bağlanmışdır. Baxış zamanı hasarın düzbucaq şəklində tikildiyi müşahidə olunur. Baxış keçirilən torpaq sahəsinin qapıdan 4 metr sol tərəfdə işıq dirəyinin yerləşdiyi müşahidə olunur. Torpaq sahəsinin giriş qapısının üstündən qaz xəttinin keçdiyi müşahidə olunur. Torpaq sahəsinin mişar daşı ilə hasarlanmış sahəsi təxminən 260 kv.metr təşkil edir. Bundan başqa, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər faktlara rast gəlinməmişdir. Baxış keçirilən ünvandakı mənzilin və torpaq sahəsinin istifadəsində olduğu Təqsirləndirilən şəxs baxış keçirilməsinə əvvəlcədən dəvət olunsa da, heç bir səbəb göstərmədən gəlməkdən imtina etmişdir. Baxış zamanı “Canon” markalı fotoaparatla fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyev tərəfindən Qusar rayonu Qalacıq kəndində yaşayan Şahid8, hal şahidləri X29 və X19 iştirakları ilə Şahid8 təqdim etdiyi “Samsung” markalı mobil telefona Qusar RPŞ-nin İB-nin xidməti otağında həmin tarixdə saat 12:40-dan saat 13:30dək baxış keçirilmişdir. Baxış keçirilən zaman şahid qismində dindirilmiş Şahid8 istifadə etdiyi “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Baxış zamanı Şahid8 təqdim etdiyi telefonla təxminən 2020-ci ilin may ayında ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərə həmkəndlisi Mahmudla birlikdə baxış keçirməyə gedən zaman həmin ünvanda söküntü işlərinin aparıldığını görüb orada işləyən fəhlələrə nəzarət edən Robert adlı şəxsin xəbəri olmadan 3 ədəd fotoşəkil çəkdiyini bildirmişdir. Baxış zamanı Şahid8 telefonun yaddaşında saxladığı həmin 3 ədəd fotoşəkilləri təqdim etmişdir. Həmin telefona baxış keçirilən zaman ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin yarımçıq söküldüyü müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillərdən görünür ki, 1 və 2 nömrəli mənzillərin yerləşdiyi həyətyanı torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Baxış keçirilən zaman Şahid8 təqdim etdiyi telefon və yaddaşda olan şəkillərin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 19 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi X27 tərəfindən X20, Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru X11, mütəxəssis-Xaçmaz LTİ-nin mühəndisi X21, hal şahidləri X22 və X7 iştirakları ilə həmin tarixdə saat 10:00-dan saat 10:30-dək ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin həyətyanı torpaq sahəsinə baxış keşirilmişdir. Baxış keşirilən həyətyanı torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Baxış keçirilən ünvanda yerləşən mənzillər tamamilə sökülmüşdür, bəzi yerlərində mişar daşından və kərpicdən olan kürsü hissəsinin qalıqları, döşəmə, tavan qalıqları, ətrafda çoxlu sayda taxta materialdan olan qalıqlar müşahidə olunmuşdur. Baxış zamanı beton qarışdırmaq üçün qab, 01 ədəd taxta materialdan pəncərə, 01 ədəd taxta materialdan nərdivan, şüşə qırıntıları, 01 ədəd qaz sobası aşkar edilmişdir. Baxış zamanı Şahid5 məxsus 4 nömrəli mənzilin arxa divarının qırmızı kərpicdən tikilməsi müəyyən edilmişdir. Baxış keçirilən yer mişar daşı ilə hasarlanmışdır. Baxış keçirilən yerin sol tərəfində Əlidə Əliyevaya məxsus fərdi yaşayış evi, sağ tərəfində Təqsirləndirilən şəxs məxsus 3 nömrəli mənzil və onun həyətyanı torpaq sahəsi, arxa tərəfdə isə Şahid5 məxsus fərdi yaşayış evinin olması müşahidə edilmişdir. Baxış zamanı Xaçmaz LTİ-nin mühəndisi Faiq Mirzəyev baxış keçirilən ərazinin koordinatlarını aşağıdakı kimi qeyd etmişdir: X=********** Y=4590112.2127; X=286806.7718 Y=4590102.8833; X=286787.2839 Y=4590089.7048; X=286782.0489 Y=4590098.6149; X=286782.1462 Y=4590099.1912; X=286794.1308 Y=4590107.1511; X=286794.0354 Y=4590107.3186; X=286796.3584 Y=4590109.1497; X=286796.2287 Y=4590109.3803. Baxış keçirilən, mişar daşı ilə hasarlanmış ərazinin ümumi sahəsi 252 kv.metr təşkil edir. Hasarın uzunluğu 24 metr, hündürlüyü 2 metr 13 sm. Hasar 10 cərgə mişar daşından ibarətdir. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X37 tərəfindən həmin tarixdə saat 14:00-dan saat 15:00-dək Qusar bələdiyyəsinin sədri X3, Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi X8 və Təqsirləndirilən şəxs, hal şahidləri X23, X9 iştirakları ilə Qusar şəhəri Ç.Qurbanov küçəsi 32 ünvanda yerləşən hasarlanmış əraziyə baxış keçirilmişdir. Torpaq sahəsi küçə tərəfdən mişar daşı ilə hasara alınmışdır. Küçədə üzü şərqə tərəf durduqda torpaq sahəsi sol tərəfdə yerləşir. Küçənin sağ tərəfində də hasarlanmış torpaq sahəsidir. Baxış zamanı sol tərəfdə hasarlanmış ərazinin daxilində hava elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Qusar rayon Elektrik Şəbəkəsinin baş mühəndisi X12 bildirmişdir ki, qeyd edilən hava elektrik xətti Qusar EŞ-nin balansında və istismarında olan 2 saylı 10 Kv-luq şəhər hava xəttidir. Ölçü işləri aparıldıqda qeyd edilən hasarın xətdən 7,4 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “X17” MMC-nin eksperti Ələsgər Mirzəyev tərəfindən verilmiş məhkəmə tikinti texniki ekspertizasının 05 may 2021-ci il tarixli 115 saylı ekspert rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin 2020-ci ilin yaz ayları üçün orta bazar qiyməti ilə təqribi dəyəri 8505,00 manat məbləğində müəyyən edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 15 aprel 2021-ci il tarixli 10/747 saylı rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillər tamamilə sökülmüşdür. Mənzillər söküldüyündən və faktiki olaraq mövcud olmadığından həmin mənzillərin proyekt texniki layihədə göstərilən sxemə (texniki pasporta) uyğun olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Mənzillərin, yaşayış evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış binalarının və s. bazar qiymətləri ilə dəyərinin müəyyən olunması xüsusi bilik tələb etmədiyindən, sözügedən mənzillərin 2020-ci ilin yaz ayları üçün orta bazar qiymətinin müəyyən olunması ilə bağlı tədqiqat aparılmamışdır. Təqdim olunmuş texniki pasport sənədlərində mənzillərin bütün texniki göstəriciləri (mənzillərin tavanının, döşəməsinin, mənzillərin qapılarının, pəncərələrinin, mənzillərin təmirində istifadə olunan digər tikinti materialları barədə məlumat olmadığından və mənzillərin faktiki olaraq sökülməsi (mövcud olmaması) səbəbindən həmin mənzillərin təmirinə çəkilən xərci müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin 01 iyun 2021-ci il tarixli 1- 519 saylı məktubundan və ona əlavə olunmuş ünvan 10 ünvanda olan X26 məxsus sökülmüş 1 və 2 saylı mənzillərin bərpası üçün tərtib edilmiş smetalardan görünür ki, 1 saylı mənzilin bərpasına 7888.8 (yeddi min səkkiz yüz səksən səkkiz manat səksən qəpik), 2 saylı mənzilin bərpasına 7389.8 (yeddi min üç yüz səksən doqquz manat səksən qəpik), hər iki mənzilin bərpasına isə cəmi 15278.6 (on beş min iki yüz yetmiş doqquz manat altmış qəpik) manat vəsait tələb olunur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 14 iyun 2021-ci il tarixli 10/2568 saylı rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin bərpası üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 12902,0 manat məbləğində müəyyən olunur. ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin qarşısında olan, uzunluğu 24 metr, hündürlüyü 2 m 13 sm olan 10 cərgə mişar daşından ümumi hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.17 bəndinə əsasən tikinti-quraşdırma işlərinə aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 09 avqust 2021-ci il tarixli 10/3650 saylı rəyindən görünür ki, Qusar EŞ-nin istismarında olan 10 kV-luq hava elektrik xətti ilə mübahisə predmeti olan hasar tikilisi arasındakı məsafənin 7.4 m olduğunu nəzərə alaraq, mübahisə predmeti olan hasar tikilisinin bütövlükdə Qusar EŞ-nin istismarında olan 10 kV-luq hava elektrik xəttinin mühafizə zonasına düşdüyü müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 12-ci bəndinin tələbinin həmin hasarı inşa edən şəxs tərəfindən pozulduğu müəyyən olunur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 dekabr 2021-ci il tarixli 10/6530 saylı rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən 1 və 2 nömrəli mənzillərin bərpası üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 12902,0 manat məbləğində müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2021-ci il tarixli 10/747 saylı, 14 iyun 2021-ci il tarixli 10/2568 saylı, 09 avqust 2021-ci il tarixli 10/3650 saylı və 08 dekabr 2021-ci il tarixli 10/6530 saylı ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 dekabr 2021-ci il tarixli 10/6530 saylı rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X13 xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına zəbt etmə faktına görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaqın davam etdirilməklə qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Qusar RPŞ-nin İBnə göndərilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyevin 08 aprel 2021-ci il və 09 aprel 2021-ci il tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsindən həmin Məcəllənin 188.1 və 186.1-ci maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqının həmin maddələrlə davam etdirilməsi qərara alınmışdır. X32 zərər çəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyevin 23 iyun 2021-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 222-2.1-ci maddəsinə tövsif olunmuş, Azərbaycan Respublikasının CM-nin 186.1 və 188.1-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işi də həmin Məcəllənin 186.1, 188.1 və 222-2.1-ci maddələrinə tövsif edilmiş və istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə göndərilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 18 oktyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 222-2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X28 20 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X14 Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra öldüyü üçün ********* nömrəli cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 186.1 və 188.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Qusar rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, barəsində istintaq edilən cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyevin 11 noyabr 2021-ci il tarixli “cinayət işinin icraatına hissəvi xitam verilməsi, tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Cinayət işi Azərbaycan Respublikasının CM-nin 186.1 və 188.1-ci maddələrindən həmin Məcəllənin 186.1-ci maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqının həmin maddə ilə davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Ümüd Xankişiyevin 08 fevral 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Əməliyyat tapşırığına əlavə edilmiş 01 ədəd CD disk, çıxarış və diskə baxış protokolu iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 04 fevral 2022-ci il tarixli 1(029)- 19/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. İş materiallarında olan Qusar rayon prokurorluğunun 22 fevral 2022-ci il tarixli 210280008/11 cin saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi aidiyyəti üzrə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 12 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 6(029)-9/2021 saylı qərarının surətindən görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı X27 tərəfindən Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş tutulma qanunsuz hesab edilmiş və 16 noyabr 2021-ci il tarixli «ittiham elan etmək üçün təqsirləndirilən şəxsi tutma haqqında» qərar və protokol ləğv edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında tutulmadan dərhal azad edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 26 aprel 2022-ci il tarixli 1(029)- 27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Femida” Vəkil bürosunun vəkili X1 ibtidai istintaq orqanına verdiyi 05 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, X26 dəymiş 60000 manat maddi və 10000 manat mənəvi ziyanın Təqsirləndirilən şəxs tutulmasını və onu sonuncuya qarşı mülki iddiaçı qismində tanımağı xahiş etmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 05 noyabr 2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma haqqında” qərarından görünür ki, iş üzrə zərər çəkmiş şəxs X18 nümayəndəsi X2 hazırkı iş üzrə həmçinin mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 05 noyabr 2021-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs həmçinin mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 5(029)- 28/2021 saylı qərarının surətindən görünür ki, Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 11 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 18 fevral 2021-ci il tarixli 5(029)- 29/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan, Qusar şəhərində yerləşən 0,06 ha və 0,02 ha torpaq sahələrinin iddianın təmini tədbiri kimi özgəninkiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (notariat kontorunda alqı-satqısının) qarşısını almaqla mülki iddianı təmin etmək məqsədi ilə həmin torpaq sahələrinin üzərlərinə həbs qoyulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin iş üzrə 15 mart 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, zərər çəkmiş şəxsin nümayəndəsi və vəkili, mülki iddiaçı “Femida” Vəkil Bürosunun vəkili X2 tərəfindən verilmiş mülki iddia geri qaytarılmış və cinayət prosesində onun mülki iddiaçı kimi, Təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi iştiraklarına xitam verilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 181/02-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X4 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Naftalan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ordusuna tibbi yardımın təşkilində könüllü xidmətinə görə təltif olunmuşdur. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 15 iyun 2021-ci il tarixli fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində iştirak etdiyinə və səhiyyə sistemində səmərəli əmək fəaliyyətinə görə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X26 məxsus olan, ünvan 5 ünvanda yerləşən binanın 1 və 2 nömrəli mənzillərinin sökülməsi barədə göstəriş verməməsi, yalnız həmin binanın həyətyanı torpaq sahəsinin kol-kosdan təmizlənməsi barədə göstəriş verməsi barədə məhkəmədə və ibtidai istintaq orqanında verdiyi ifadələrini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadələr həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə Şahid4 üzləşdirilməsi haqqında protokolla, eləcə də digər sübutlarla tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs yaxın qohumu, kürəkəni olan Şahid4 istər məhkəmədə, istərsə də ibtidai istintaq orqanına verdiyi ifadələrində, o cümlədən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə üzləşdirilməsi zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan, Nərimana məxsus mənzillərin ona məxsus olduğunu bildirərək həmin mənzilləri sökmək və orada olan kol-kosu təmizləmək barədə ona göstəriş verdiyini, buna görə də, Cahid, Narvik və Ehtiram adlı şəxslərlə danışaraq 500 manat müqabilində həmin işləri görməyi həmin şəxslərə həvalə etdiyini, mənzillərin bir hissəsini sökdükdən sonra polis əməkdaşlarının oraya gələrək söküntü işlərini dayandırdığını, gördükləri işə görə fəhlələrə 300 manat məbləğində pul verdiyini bildirmişdir. Bundan başqa, həmin işi fəhlə kimi icra etmiş Cahid, Narvik və Ehtiram adlı şəxslər də öz ifadələrində söküntü işlərini aparmağı Şahid4 Təqsirləndirilən şəxs göstərişi əsasında onlara həvalə etdiyini bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs öz ifadəsində sökülən mənzillərin yerləşdiyi binanın həyətyanı torpaq sahəsinin əvvəllər ər-arvad münasibətlərində olduğu, sonradan vəfat edən Sabir adlı şəxsin hasarlayaraq ona verdiyini, sökülən mənzillərin səhvən məhz özünə məxsus olduğunu güman etdiyini bildirmişdir ki, bu da mənzillərin sökülməsi işlərinin fəhlələr tərəfindən məhz onun göstərişi əsasında həyata keçirildiyini təsdiq edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Bundan başqa, məhkəmə müdafiə tərəfinin Nəriman Hacıyevə məxsus mənzillərin bütövlükdə deyil, yarısının sökülməsi barədə dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs göstərişi əsasında həyata keçirilmiş söküntü işləri Nəriman Hacıyevin mülkiyyətində olan mənzillərin təyinatlarını tamamilə pozmuş, mənzillər yaşayış üçün tam yararsız hala salınmış, onların konstruksiya elementləri məhv edilmişdir. Hazırda həmin mənzillərin təmir-bərpası, yaşayış üçün yararlı hala salınması yalnız onların əvvəlki layihəyə uyğun yenidən qurulması yolu ilə mümkündür. Odur ki, məhkəmə müdafiə tərəfinin həmin dəlillərini əsassız sayaraq qəbul etmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 12 mart 2020-ci il tarixdə özünə məxsus ünvan 5 binanın 3 saylı mənzilin qonşuluğunda yerləşən, Rusiya Federasiyasında yaşayan, əslən Qusar rayonundan olan X18 xüsusi mülkiyyətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli və xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli çıxarışlar əsasında olan Qusar şəhəri Ç.Qurbanov küçəsi 32 nömrəli 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 27,9 kv.m ümumi, 20,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli və həmin binanın 2-ci girişində, 1-ci mərtəbəsində 28,8 kv.m ümumi, 21,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzilləri, Nəriman Hacıyevin son bir neçə ildə Azərbaycan Respublikasına gələ bilməməsindən istifadə edərək, fəhlələr vasitəsi ilə onlara mənzillərin özünə məxsus olduğunu yalandan deyib aldadaraq, özbaşına sökdürüb özgə əmlakını qəsdən məhv etməklə zərər çəkmiş şəxs Nəriman Hacıyevə cəmi 12902,00 manat olmaqla xeyli miqdarda maddi ziyan vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Robert, Cahid, Narvik və Ehtiram adlı şəxslər ifadələrində yuxarıda göstərilə mənzillərin bir hissəsini sökdüklərini bildirsələr də, müəyyən olunmuşdur ki, həmin söküntü işləri nəticəsində mənzillər yaşayış üçün yararsız hala salınmaqla onların əvvəlki layihəsinə uyğun konstruktiv elementləri məhv olunmuş, həmin elementləri bərpa etmək isə qeyri-mümkündür. Odur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq mənzillərin Təqsirləndirilən şəxs tərəfindən tamamilə sökülməsi qənaətinə gəlinmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə- cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 12 mart 2020-ci il tarixdə törətmişdir. Həmin cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətdir və həmin cinayət əməlinin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə iclasında cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi əsası ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 186.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsinə razı olmadıqlarını göstərmişlər. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2, 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 186.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən, lakin həmin şəxs barəsində həmin əsasa görə həmin maddə ilə cinayət təqibinə xitam verilməsinə razı olmadığından o, CM-nin 186.1-ci maddəsi ilə təqsirli bilinməli, CM-nin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməməlidir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9, 9.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 11, 11.4-cü bəndlərində göstərilmişdir ki, bu Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində tətbiq edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olsa da, onun tərəfindən zərər çəkmiş şəxs X26 dəymiş ziyan indiyədək ödənilmədiyindən barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs X26 dəymiş ziyan indiyədək ödənilmədiyindən Qusar rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı üzərinə həbs qoyulmuş Seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 11 ünvanda yerləşən mənzilin və Qusar rayon məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş, Təqsirləndirilən şəxs mülkiyyətində olan, Qusar şəhərində yerləşən 0,06 ha və 0,02 ha torpaq sahələrinin həbsdən azad edilməsi məqsədəmüvafiq deyildir. Bundan başqa, zərər çəkmiş şəxsin nümayəndəsi və vəkili, mülki iddiaçı “Femida” Vəkil Bürosunun vəkili X2 tərəfindən verilmiş mülki iddia geri qaytarıldığından, və cinayət prosesində onun mülki iddiaçı kimi, Təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi iştiraklarına xitam verildiyindən məhkəmə mülki iddiaya dair hər hansı qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmir, bununla belə hesab edir ki, zərər çəkmiş şəxs X26 dəymiş ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılsa da, ona hər hansı cəza təyin edilmədiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərcləri 300 (üç yüz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X10, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 44, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə 300 (üç yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X10, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Zərər çəkmiş şəxs X26 dəymiş ziyanın ödənilməsi barədə mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar