Məhkəmə qərarları › İş №1(029)-27/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-27/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-27/2023 14.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın şəhəri, N.Nərimanov küçəsi, ev 107-də qeydiyyatda olmaqla Bakı şəhəri, N.Nərimanov rayonu, M.Məmmədzadə küçəsi ev 10, mənzil 66-da yaşayan, 07 dekabr 2022-ci il tarixdə barəsində Qusar rayonu Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Qusar şəhərində şəhid ailələrinə ayrılacaq güzəştli mənzil təşkil edəcəyini vəd edərək vahid niyyətlə sonuncudan Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Rossiya” marketdəki “eManat” terminalından xx.xx.2022-ci il tarixdə 1500 manat, zərərçəkmiş şəxsin oğlu Şahid1 X5 Kompeksində Zərərçəkmiş şəxs məxsus 2000 manat, 29 mart 2022-ci il tarixdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Pioneer” marketdəki “eManat” terminalından 1200 manat məbləğində pul vəsaitini terminal vasitəsilə özünə məxsus “Unibank” tərəfindən verilmiş **********001927 nömrəli “Albalı” plastik kartına göndərtdirməklə və 4300 manat pul vəsaitini Zərərçəkmiş şəxs sonuncunun evində nağd şəkildə almaqla, cəmi 9000 manat pulu ələ keçirməklə vəd etdiyini etməməklə və əldə olunan pulları öz ehtiyaclarına sərf edib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxs X1 bir ildən çox tanımışdır. Belə ki, o, kəndləri gəzməklə məişət əşyalarının satışı ilə məşğul olmuş və zərərçəkmişlə də bu yolla tanış olmuş, evlərinə gəlib-getmiş və sonuncudan öyrənmişdir ki, onun oğlu İİ Qarabağ müharibəsində şəhid olmuşdur. 2022-ci ilin fevral ayında zərərçəkmişin evində olduğu zaman Qusar şəhərində tikilən binalardan ucuz qiymətə mənzil təşkil edə biləcəyini bildirmişdir. İradə onunla razılaşmış və bu məqsədlə 2022-ci ilin fevral ayından aprel ayına kimi hissə-hissə ona cəmi 9000 manat pul vermişdir. Həmin pulu o, Zərərçəkmiş şəxs aldatmaq məqsədi ilə almamışdır. Onun atası da İ Qarabağ müharibəsində şəhid olmuş, Orxan adlı tanışı onun şəhid ailəsi olduğunu və ona mənzil təşkil edəcəyini demiş, o, Orxana inanmış və bu məqsədlə həmin şəxsə 5600 ABŞ dolları məbləğində pul vermişdir. Sonradan o, Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncuya Orxan adlı şəxsin şəhid ailısi kimi ona mənzil təşkil edəcəyini demiş, Zərərçəkmiş şəxs isə onun da mənzil istədiyini demişdir. Bundan sonra o, bu barədə Orxana demiş, sonuncu burada olmadığını, sənədləri düzəldib təqdim etməsini, 2022-ci ilin may ayına kimi mənzil veriləcəyini demişdir. O, Zərərçəkmiş şəxs ona verdiyi pulları Orxanın tanışının kart hesabına göndərmiş, may ayına kimi mənzil verilməmiş, bu barədə Orxanla danışmış, sonuncu avqust ayının 6-da mənzilin veriləcəyini demişdir. Lakin, avqust ayının 6-da da mənzil verilməmiş, İradənin oğlu Elmarla danışmış, sonuncuya mənzilin verilmədiyi təqdirdə pulu qaytaracağını demişdir. Bundan sonra o, Orxanın Bakı şəhərindəki “Caspian Plaza”nın yanında yerləşən ofisinə getmiş, orada ona Orxanın qaçıb gizləndiyini bildirmişlər. O, bu barədə müxtəlif orqanlara müraciət etmiş, məlum olmuşdur ki, Orxan axtarışdadır, bir neçə şəxsləri aldadıb qaçmışdır. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmiş, o, polisdə izahat verərkən Zərərçəkmiş şəxs pulunu qaytarmaq üçün ona möhlət verilməsini xahiş etmiş, lakin ona möhlət verilməmişdir. İbtidai istintaq zamanı Orxanın adını istintaq aparan şəxslərin məsləhəti ilə, ona daha ağır ittiham irəli sürülməməsi məqsədilə izahat və ifadələrində bildirməmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyan onun səhvinə görə olmuş, buna görə əməlindən peşmandır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş mülki iddia ilə əlaqədar bildirmişdir ki, mülki iddianı qəbul edir, lakin həbsdən azad olunmadığı tədqirdə Zərərçəkmiş şəxs pulunu ödəyə bilməyəcək. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, oğlu İlyas Niftəliyev İİ Qarabağ Müharibəsində şəhid olmuşdur. Təqsirləndirilən şəxsla isə sonuncunun işlədiyi “Cehizlik əşyalar” firmasından alış-veriş edərkən tanış olmuş, həmin şəxsdən tozsoran almışdır. Azər bir neçə dəfə onların evlərinə gəlib-getmiş, şirkətin digər əməkdaşları ilə hədiyyələr gətirmiş və beləliklə də münasibətləri yaranmışdır. 2022-ci ilin yanvar ayında Azər onlarda olduğu zaman şəhid ailələrinə güzəştli kreditlə mənzil verildiyini, onun da atasının İ Qarabağ müharibəsində şəhid olduğunu və onlar da bu qaydada mənzil aldıqlarını deyərək ona da Qusar rayonunda tikilən yeni binalarda həmin mənzildən təşkil edə biləcəyini bildirmişdir. O, razı olduqdan sonra 26 fevral 2022-ci il tarixdə oğlu Elmar Qusar şəhərində yerləşən “Rossiya” marketdəki pul terminalından Azərin təklifinə əsasən sonuncuya məxsus “Albalı” kartına köçürmüşdür. xx.xx.2022-ci il tarixdə Azər əlavə pul lazım olduğunu bildirdikdən sonra oğlu Elmar işlədiyi X2 öz iş yerində Azərə vermiş, sonuncu isə həmin pulu öz kartına köçürmüş və müvafiq qəbzi təqdim etmişdir. Bundan sonra da 2022-ci ilin mart-aprel aylarında 1200 manat oğlu Elman tərəfindən pul terminalı vasitəsilə, 4300 manat isə yaşadığı evdə şəxsən Azərə vermişdir. Lakin, bir qədər sonra Azərin hərəkətlərindən şübhələnərək Azərdən pulun qaytarılmasını istəmiş, sonuncu isə müxtəlif bəhanələrlə bundan yayınmağa başlmışdır. O, bir dəfə avtobusda olarkən Azərin bir neçə şəxsləri aldadıb qaçdığını eşitmişdir. Bundan sonra o, müvafiq ərizə ilə Qusar RPŞ-nə müraciət etmiş və araşdırma zamanı sonuncuya pul köçürülmələrini təsdiq edən qəbzləri istintaq orqanına təqdim etmişdir. Polisdə araşdırma aparılarkən Azər pulu qaytarmaq üçün ondan dəfələrlə vaxt istəmiş, o bir neçə dəfə həmin şəxsə vaxt vermiş, lakin pulu qaytarmamışdır. Azər ona Orxan adlı şəxs barədə əvvəlcədən heç nə bildirməmiş, mənzili məhz onun özünün təşkil edəcəyini, əvvəlcə mənzilin 2022-ci ilin may ayında, daha sonra isə avqustun 6-na kimi veriləcəyini demiş, lakin mənzil verilməmişdir. O, Azərə ümumilikdə 9000 manat məbləğində pul vermiş, həmin pulun 6000 manat hissəsini mənzilə görə, 3000 manat hissəsini isə mənzilin təmirinə görə vermişdir. Azər ona özü üçün qırmızı rəngli “Ford” markalı avtomobil aldığını demiş, həmin avtomobili onun özü də görmüşdür. O, Orxan adlı şəxsi tanımamış, Azər həmin şəxs barədə polisdə bildirmiş, polis tərəfindən araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs 2021-ci ildən Azərbaycan Respublikasından çıxıb getmiş, burada yaşamır. Vurulan zərər ona ödənilmədiyindən, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Mülki iddiaçı qismində izahatında Zərərçəkmiş şəxs qaldırılmış iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, qardaşı İlyas Niftəliyev İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Qusar rayonunda fəliyyət göstərən “Cehizlik əşyalar” dükanında işləyərək şirkətin digər əməkdaşları ilə onların evinə hədiyyələr gətirmiş və onunla münsibət yarnmış, o, bir neçə dəfə onlara gəlmişdir. 2022-ci ilin yanvar ayında Azər şəhid ailələrinə güzəştli şərtlərlə mənzil verildiyini, bu işdə onlara köməklik göstərib Qusar rayonunda tikilən binaların birində mənzil təşkil edə bilcəyini bildirmiş, anası isə belə bir mənil almaq istədiyini bildirdikdən sonra bu məqsədlə 2022-ci ilin fevral ayından başlayaraq Azərə ümumilikdə 9000 manat pul ödəmişdir. İlkin olaraq o, anasının verdiyi 1500 manat pulu “Rossiya” marketində yerləşən “eManat” terminalından Azərə məxsus “Albalı” kartına köçürmüş, buna dair qəbzi isə evdə anasına vermişdir. Bundan sonra Azər əlavə olaraq 2000 manat lazım olduğunu bildirmiş və o, özünün iş yeri olan X2 anasından aldığı həmin məbləğdə pulu şəxsən Azərə vermişdir. Azər həmin pulu öz kartına köçürdükdən sonra qəbzini təqdim etmişdir. Bundan sonra Azərə pul terminalı vasitəsilə 1200 manat özü göndərmiş, anası isə 4300 manat pulu hissə-hissə şəxsən nağd qaydada vermişdir. Lakin bundan sonra onlar Azərin hərəkətlərindən şübhələnməyə başlamışlar. Belə ki, Azər həmin mənzilləri may ayında paylandığını bildirsə də, bu baş tutmamışdır. Onlar pulun qaytarılmasını tələb etdikdə isə, müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bundan sonra məcbur olaraq Qusar Rayon Polis şöbəsinə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəməyə təqdim edilmiş AZ-İV 780311 saylı doğum haqqmda şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü Ayla adlı bir azyaşlı uşağı vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi aldatmamasına, əmlakını bu yolla ələ keçirməsi fikirində olmamasına dair məhkəmə iclasında verdiyi ifadələrinə qiymət verib bu nəticəyə gəlir ki, zərərçəkmiş və şahidlərin işin faktiki hallarına, o cümlədən təqsirləndirilən şəxsin özünün ibtidai istintaqda verdiyi ifadəsində zərərçəkmişdən aldığı pulları məhz özünün xərclərinə sərf etməsinə dair ifadələri ilə təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi bu ifadəsinə tənqidi yanaşır. Məhkəmə bununla yanaşı həm də təqsirləndirilən şəxsin cinayət işi başlananadək və ibtidai istintaq dövründə aldığı pulları hər hansı bir başqa şəxsə verməsi ilə bağlı izahat və ifadə vermədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin qəsdi məhz zərərçəkmişin etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirməyə yönəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 05 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdehə) qarşı irəli sürülmüş mülki iddianı müzakirə edərək bu nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 9000 manat məbləğində maddi ziyanın vurulması tam sübuta yetirildiyindən mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 9000 (doqquz min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 9000 (doqquz min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar