Məhkəmə qərarları › İş №1(029)-28/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-28/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-28/2021 19.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi: Nümayəndə1, Müdafiəçilər: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə, 19.09.1989-cu ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, dostu Qusar rayonu Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, arpa toxumu səpmək məqsədi ilə 12-13 avqust 2020-ci il tarixlərdə Qusar rayonu Aşağı Ləyər yolunun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs1nə məxsus “X-286227.96, Y-4592157.70; X-286251.24, Y-4592199.19; X-286269.93, Y-4592228.19; X-286290.41, Y-4592252.66, X- 286301.00, Y-4592268.85, X-286309.05, Y-4592277.26, X-286317.46, Y-4592286.05, X- 286341.77, Y-4592319.32, X-286380.81, Y-4592347.48, X-286421.76, Y-4592382.35, X- 286450.88, Y-4592403.15, X-286481.27, Y-4592422.67, X-286510.07, Y-4592448.58, X- 286532.79, Y-4592480.58, X-286546.86, Y-4592493.70, X-286566.69, Y-4592518.89, X- 286575.38, Y-4592513.12, X-286538.23, Y-4592467.28, X-286522.23, Y-452438.34, X- 286513.59, Y-4592420.11, X-286496.31, Y-4592405.39, X-286453.51, Y-4592381.72, X- 286432.96, Y-4592382.35, X-286336.94, Y-4592294.64, X-286323.33, Y-4592267.57, X- 286320.13, Y-4592260.07, X-286255.88, Y-4592142.23” koordinatları daxilində yerləşən kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olan 0,88 ha və həmin torpaq sahəsinə bitişik Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus “X-286108.53, Y-4591849.12; X-286040.9, Y- 4591883.59; X-286071.67, Y-4591932.98; X-286145.66, Y-4592057.49;X-286190.88, Y- 4592138.73; X-286211.21, Y-4592167.05; X-286254.37, Y-4592142.95; X-286239.67, Y- 4592120.31; X-286145.66, Y-4592057.49; X-286214.66, Y-4592068.12; X-286154.7, Y- 4591947.8; X-286115.89, Y-4591863.1” koordinatları daxilində yerləşən sahibkarlıq torpaqları kateqoriyasına aid olan 2,00 ha torpaq sahələrini özbaşına şumlamış, 2020-ci ilin noyabr ayının ortalarında isə Zərərçəkmiş şəxs1nə məxsus həmin 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,39 ha hissəsinə “Qarabağ 22” arpa toxumu sortunu səpməklə zərərçəkmiş şəxslərin torpaq üzərində mülkiyyət hüququnu pozmuşlar. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, dostu Qusar rayonu Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, arpa toxumu səpmək məqsədi ilə 12-13 avqust 2020-ci il tarixlərdə Qusar rayonu Aşağı Ləyər yolunun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs1nə məxsus “X-286227.96, Y-4592157.70; X-286251.24, Y-4592199.19; X-286269.93, Y-4592228.19; X-286290.41, Y-4592252.66, X- 286301.00, Y-4592268.85, X-286309.05, Y-4592277.26, X-286317.46, Y-4592286.05, X- 286341.77, Y-4592319.32, X-286380.81, Y-4592347.48, X-286421.76, Y-4592382.35, X- 286450.88, Y-4592403.15, X-286481.27, Y-4592422.67, X-286510.07, Y-4592448.58, X- 286532.79, Y-4592480.58, X-286546.86, Y-4592493.70, X-286566.69, Y-4592518.89, X- 286575.38, Y-4592513.12, X-286538.23, Y-4592467.28, X-286522.23, Y-452438.34, X- 286513.59, Y-4592420.11, X-286496.31, Y-4592405.39, X-286453.51, Y-4592381.72, X- 286432.96, Y-4592382.35, X-286336.94, Y-4592294.64, X-286323.33, Y-4592267.57, X- 286320.13, Y-4592260.07, X-286255.88, Y-4592142.23” koordinatları daxilində yerləşən kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olan 0,88 ha və həmin torpaq sahəsinə bitişik Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus “X-286108.53, Y-4591849.12; X-286040.9, Y- 4591883.59; X-286071.67, Y-4591932.98; X-286145.66, Y-4592057.49;X-286190.88, Y- 4592138.73; X-286211.21, Y-4592167.05; X-286254.37, Y-4592142.95; X-286239.67, Y- 4592120.31; X-286145.66, Y-4592057.49; X-286214.66, Y-4592068.12; X-286154.7, Y- 4591947.8; X-286115.89, Y-4591863.1” koordinatları daxilində yerləşən sahibkarlıq torpaqları kateqoriyasına aid olan 2,00 ha torpaq sahələrini özbaşına şumlamış, 2020-ci ilin noyabr ayının ortalarında isə Zərərçəkmiş şəxs1nə məxsus həmin 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,39 ha hissəsinə “Qarabağ 22” arpa toxumu sortunu səpməklə zərərçəkmiş şəxslərin torpaq üzərində mülkiyyət hüququnu pozmuşlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yayında Qusar rayonu Köhnə Xudat kəndində yerləşən, Nümayəndə2 Əlisəftər oğluna məxsus olduğunu bildiyi 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tanışı və həmkəndlisi olan Təqsirləndirilən şəxs2la birlikdə arpa əkmək məqsədilə şumlamışdır. Bundan başqa, o, həmin torpaq sahəsinə bitişik olan, Zərərçəkmiş şəxs1nə məxsus olduğunu sonradan bildiyi əlavə 0.88 hektar torpaq sahəsini də səhvən şumlamış, həmçinin onun bir hissəsinə arpa toxumu səpmişdir. Təxminən 3 il bundan əvvəl, keçmiş deputat Nümayəndə2 kənddə iclas etmiş və ümumi şəkildə bildirmişdir ki, kənddə ona məxsus olan torpaq sahələrini kim istəyirsə əkib-becərə bilər. Həmçinin, Nümayəndə2 şifahi şəkildə ona bildirmişdir ki, 2 ha torpaq sahəsini əkə bilər. O, həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilməmiş, həmin şəxsi görməmiş, onu tanımır, ondan icazə almamış, bununla bağlı müqavilə bağlamamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 sədri Nümayəndə1 ona şumladığı torpaq sahəsinin bir hissəsinin bələdiyyəyə məxsus olduğunu bildirmiş, o, torpaq sahəsinin ona verilməsini xahiş etmiş, bələdiyyə sədri verəcəyini bildirmiş, lakin torpağı ona verməmişdir. Bundan sonra bələdiyyə sədri Nümayəndə1 polisə şikayət etmiş, lakin o, artıq torpaq sahəsini şumladığına görə orada arpa əkmişdir. Polis əməkdaşları oraya gəldikdən sonra isə o, torpaqdan imtina etmişdir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yayında həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən, Nümayəndə2 Əlisəftər oğluna məxsus olan 2 hektar torpaq sahəsini arpa əlmək məqsədi ilə şumlamışdır. Onlar əvvəlcə bunun üçün Nümayəndə2 icazə almamışlar, kənddə eşitmişlər ki, Nümayəndə2 torpaqların əkilməsinə icazə vermişdir. Bu səbəbdən də, onlar torpağı şumlamışlar. Bundan sonra Nümayəndə2 şifahi şəkildə icazə vermiş və onlar orada arpa əkmişlər. Onlar torpaq sahəsini şumlayarkən ona bitişik olan bələdiyyəyə məxsus əlavə 0.88 hektar torpaq sahəsini də səhvən şumlamışlar. Əvvəlcə onlar zənn etmişlər ki, bələdiyyənin 0.33 hektar torpaq sahəsini şumlamışlar, lakin sonradan məlum olmuşdur ki. həmin torpaq sahəsi 0.88 hektardır. Zərərçəkmiş şəxs1 sədri zəng edib bildirmişdir ki, həmin ərazi bələdiyyəyə məxsusdur, şumlamasınlar. Lakin, onlar ona qədər artıq həmin ərazini şumlamışdırlar. Onlar torpaq sahəsini şumlayarkən bilmişlər ki, həmin ərazi onlara məxsus deyildir. Zərərçəkmiş şəxs2 tanımır, həmin şəxsdən icazə almamış, onu görməmişdir. Həmin şəxslə, həmçinin bələdiyyə sədri ilə aralarında torpağa dair heç bir müqavilə olmamışdır. Onlar torpaq sahəsinin bir hissəsinin bələdiyyəyə məxsus olduğunu bildikdən sonra torpaqdan imtina etmişlər. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməsələr də, onların həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı onların özlərinin ifadələri, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 dedikləri yalandır. Onların şumladıqları 2 hektar torpaq sahəsi Zərərçəkmiş şəxs2 məxsus olmaqla sahibkarlıq təyinatlıdır. Həmin şəxslər torpaq sahəsini şumlayarkən Nümayəndə2 xəbəri olmamışdır. Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinə bitişik ərazidə bələdiyyəyə məxsus torpaq sahəsi yerləşir. Həmin torpaq sahələrini ayırmaq üçün orada toxum əkilmişdir. Ona görə də, təqsirləndirilən şəxslər səhv edə bilməzdilər. Həmin şəxslər 2 hektar torpaqdan əlavə bələdiyyəyə məxsus 0.88 hektar torpaq sahəsini də şumlamışlar. Təqsirləndirilən şəxslər torpaq sahəsini şumlayarkən o, əvvəlcə həmin şəxslərin atalarına zəng etmiş və bildirmişdir ki, Elvinlə Yusif həmin ərazini şumlamasınlar. Lakin, həmin şəxslər torpağı şumlamışlar. Bundan sonra o, həmin şəxslərin özlərinə zəng etmiş, Yusif ona bildirmişdir ki, torpağı düzgün edib şumlamışlar, hara istəyirsə şikayət etsin. O, isə bu barədə polisə şikayət etmişdir. Polisə şikayət etdikdən sonra isə həmin şəxslər orada arpa əkmişlər. O, rəsmi qaydada Elvinlə Yusifə xəbərdarlıq məktubu göndərməsə də, bir neçə dəfə bu barədə şifahi şəkildə şəxsən onlara bildirmişdir. O, hətta bir gündə 2-3 dəfə onlara torpağı əkməmələrini bildirmiş, lakin həmin şəxslər ona qulaq asmamışlar, arpanı əkəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 bir dəfə ona müraciət edərək ona torpaq sahəsinin verilməsini xahiş etmiş, o, həmin şəxsə başqa bir yerdən torpaq sahəsi verə biləcəyini şifahi bildirmişdir. Təqsirləndirilən şəxs2 isə ona ümumiyyətlə torpaq barədə müraciət etməmişdir. Hazırkı cinayət işi başlandıqdan sonra isə onlar bələdiyyədən icarəyə torpaq sahəsi istəmişlər. Elvinlə Yusif bələdiyyə torpağını zəbt etmələrinin nəticələrini aradan qaldırmamışlar, o, həmin şəxslərlə barışmamışdır. Odur ki, həmin şəxslərin barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 idtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 04.04.2006-cı il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən və Köhnə Xudat bələdiyyəsinin balansında olan 2,0 ha torpaq sahəsini alıb, həmin torpaq sahəsini həyat yoldaşı Kamilənin adına rəsmləşdirmiş, 06.06.2012-ci il tarixdə isə həmin torpaq sahəsinə **********81 Reyestr Nömrəli çıxarışı əldə etmişdir. 2020-ci ilin sentyabr ayında ona məlum olmuşdur ki, ünvan 2ri Elvin və Yusif, 2020-ci ilin avqust ayında Qusar rayonu Köhnə Xudat kəndində yerləşən Kamiləyə məxsus 2,0 ha torpaq sahəsini onlardan xəbərsiz tamamilə şumlamışlar. Bundan sonra o, Elvin və Yusifə baş vermiş hadisə ilə bağlı öz iradını bildirmiş və gələcəkdə həmin torpaq sahəsinə toxum səpməklə, bəcərmə işləri aparmaq üçün öz razılığını vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Yusif oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. Oğlu Yusif bilmədən 2020-ci ilin yayında Zərərçəkmiş şəxs1nə məxsus torpaq sahəsini şumlamışdır. Bələdiyyə sədri Nümayəndə1 ona zəng edərək oğlunun bələdiyyəyə məxsus torpaq sahəsini şumladığını bildirmiş, o, oğlu Yusiflə sonuncunun tanışı və həmkəndliləri olan Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bələdiyyəyə məxsus torpaq sahəsini şumlamasınlar. Lakin, həmin şəxslər onun xəbəri olmadan bələdiyyə torpağına taxıl toxumu səpmişlər. Məlum olmuşdur ki, X18 Əliyevaya məxsus 2 hektar, Zərərçəkmiş şəxs1nə məxsus 0.88 hektar torpaq sahəsini şumlamışlar. Yusiflə Elvin torpaq sahəsi ilə bağlı bələdiyyəyə müraciət etməmişlər. Torpaq sahəsini şumlamamışdan əvvəl bu barədə icazə alıb-almadıqlarını bilmir. Onda olan məlumata görə Nümayəndə2 şifahi şəkildə bildirmişdir ki, torpağı əkin. Zərərçəkmiş şəxs2 tanımır, həmin şəxsin torpaq sahəsini əkmək üçün ondan icazə alınmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğludur. 2020-ci ilin yayında Zərərçəkmiş şəxs1 sədri Nümayəndə1 ona zəng edərək bildirmişdir ki, oğlu Elvin bələdiyyənin torpağını şumlamışdır, onun barəsində tədbir görsün. O, isə oğlu Elvinə zəng edərək bildirmişdir ki, bələdiyyənin torpağını şumlamasın. Oğlu Elvinin özünün həmin ərazidə torpaq sahəsi yoxdur. Elvin bildirmişdir ki, orada kiminsə 2 hektar torpağı var, orada taxıl əkəcəkdir. Elvinin orada nə əkdiyindən xəbəri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Paşayev Şahid Rəfixan oğlu ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Köhnə Xudat kəndində yaşayır, özünün traktoru var və həmin traktorla sahələrə toxum səpir, 1 hektar torpağa görə 25 manat pul alır. 2020-ci ilin yayında Elvinlə Yusif ona müraciət edərək 2 hektar torpaq sahəsinin olduğunu, həmin torpağı aldıqlarını və özlərinə məxsus olduğunu və oraya arpa toxumu səpmək lazım olduğunu bildirmişlər. Həmin şəxslərlə 50 manata razılaşmış, özündə olan GPS aparatı ilə torpaq sahəsini ölçmüş və həmin torpağın 2 hektar olduğunu müəyyən etmişdir. O, həmin torpaq sahəsinə 420 kq. arpa toxumu səpmişdir. Orada şumlanmış əlavə 0.88 hektar torpaq sahəsi qalmış və Yusiflə Elvin həmin ərazinin bələdiyyəyə məxsus olduğunu bildirmişlər. O, həmin hissəyə toxum səpməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 sədr müavini vəzifəsində işləyir. 2020-ci ilin yayında o, Köhnə Xudat bələdiyyəsinin ərazisində olan zibilxanaya traktor cəlb edərək təmizlik işləri görmüş və həmin vaxt həmin bələdiyyənin ərazisində olan, Aşağı Ləyər yolunun qırağında torpaq sahəsinin şumlandığını görmüşdür. Bundan sonra, məlum olmuşdur ki, həmin torpaq sahəsini Köhnə Xudat kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şumlamışlar. Bələdiyyə sədri Nümayəndə1 həmin şəxslərə zəng etmiş və onlar torpağı şumladıqlarını etiraf etmişlər. Nümayəndə1 nə üçün torpağı şumladıqlarını soruşmuş, həmin şəxslər isə səbəb göstərmədən sadəcə şumladıqlarını bildirmişlər. Həmin şəxslərin şumladıqları torpaq sahəsi 2.88 hektar olmuş, onun 2 hektar hissəsi Zərərçəkmiş şəxs2, 0.88 hektar hissəsi isə bələdiyyəyə məxsus olmuşdur. Bələdiyyə sədri Nümayəndə1 bu barədə polisə şikayət etmiş, polis əməkdaşı gəlib torpağı buraxmalarını bildirmişdir. Buna baxmayaraq, Elvinlə Yusif xəbərdarlıqdan sonra oraya arpa toxumu səpmişlər. Bundan sonra, yenə həmin əraziyə getmişlər, polis əməkdaşları da gəlmişlər, orada ölçmə işləri aparmışlar. Məlum olmuşdur ki, həmin şəxslər bələdiyyəyə məxsus 0.88 torpaq sahəsinin təxminən 40 sota yaxın hissəsinə arpa toxumu səpmişlər, qalanını isə yalnız şumlamışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2015-ci ildən Qusar RİHB-nın Köhnə Xudat İƏD nümayəndəsi vəzifəsində işləyir. 20 avqust 2020-ci il tarixdə Leyla müavini İlqarla birlikdə Köhnə Xudat bələdiyyəsinin balansında olan torpaq sahələrinə baxış keçirən zaman, Qusar rayonu Aşağı Ləyər kəndi yolunun sağ tərəfində yerləşən bələdiyyə ehtiyyat fondunda olan kənd təsərrüfatı torpaqları kateqoriyasına aid 0,88 ha və həmin torpaq sahəsinə bitişik Bakı şəhər sakini Kamiləyə məxsus 2 ha sahibkarlıq təyinatlı torpaq sahələrinin şumlandığını görmüşlər. Bundan sonra Leyla, Qusar rayonu Aşağı Ləyər kəndi yolunun sağ tərəfində yerləşən bələdiyyə ehtiyyat fondunda olan kənd təsərrüfatı torpaqları kateqoriyasına aid 0,88 ha və həmin torpaq sahəsinə bitişik Bakı şəhər sakini Kamiləyə məxsus 2 ha sahibkarlıq təyinatlı torpaq sahələrinin Köhnə Xudat kənd sakinləri Elvin və Yusif tərəfindən şumlandığını aydınlaşdırıb, 22 avqust 2020-ci il tarixdə onlar barəsində ərizə ilə Qusar RPŞ-nə şikayət etmişdir. Bundan sonra isə Elvin və Yusif, Qusar rayonu Aşağı Ləyər kəndi yolunun sağ tərəfində yerləşən bələdiyyə ehtiyyat fondunda olan kənd təsərrüfatı torpaqları kateqoriyasına aid 0,88 ha torpaq sahəsinin 0,39 ha hissəsinə arpa toxum səpməklə, becərmə işləri aparmışlar. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış 22.08.2020-ci il tarixli ərizədən görünür ki, ünvan 2ri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin bələdiyyəyə aid 3.0 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etdikləri bildirilərək həmin şəxslərin barələrində tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Qusar rayon Polis Şöbəsinə ünvanlanmış 27.08.2020-ci il tarixli 64 saylı məktubdan görünür ki, həmin bələdiyyənin mülkiyyətində olan 1.0 ha torpaq sahəsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən şumlanaraq qanunsuz olaraq zəbt edilərək istifadə olunmuşdur. Qeyd olunan torpaq sahəsinin X11 məxsus olması barədə Torpağa mülkiyyət hüququna dair JN-01-1 KOD 30116018 nömrəli dövlət aktı mövcuddur. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı X6 tərəfindən Zərərçəkmiş şəxs1 sədri Nümayəndə1, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Şahid5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə tərtib edilmiş 04 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:30-dan saat 16:50-dək Zərərçəkmiş şəxs1nə və Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus ümumi sahəsi 3 ha olan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən yer Qusar-Aşağı Ləyər yolunun sağ tərəfində yerləşən torpaq sahəsidir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12-13 avqust 2020-ci il tarixlərdə özbaşına, heç bir icazə və razılıq olmadan Zərərçəkmiş şəxs1nə məxsus təxminən 1 hektar torpaq sahəsini və Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus təxminən 2 hektar torpaq sahəsini şumladıqlarını etiraf etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qusar-Aşağı Ləyər yolunun sağ tərəfində yerləşən 335x59 metr ölçülərdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus 2 hektar torpaq sahəsini şumladıqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncuya məxsus “Belarus” markalı traktorla 12.08.2020-ci il tarixdə X11 məxsus təxminən 1 ha torpaq sahəsini, 13.08.2020-ci il tarixdə isə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus 2 ha torpaq sahəsini şumladıqlarını etiraf etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinin tamamən şumlandığı müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin ümumi uzunluğu təxminən 335 metr, eni isə müxtəlif nöqtələrdə 24m, 35m, 95m və 21m təşkil edir. Həmin şəxslərin şumladıqları, X11 məxsus torpaq sahəsinin uzunluğu təxminən 270 metr, eni isə müxtəlif nöqtələrdə fərqli olmaqla 7m, 17m, 23m, 44m, 32m, 48m təşkil edir. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı X6 tərəfindən Zərərçəkmiş şəxs1 sədri Nümayəndə1, həmin bələdiyyənin sədr müavini Şahid5, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Təqsirləndirilən şəxs1, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar şöbəsinin mühəndisi X10, hal şahidləri X5 və X7 iştirakları ilə tərtib edilmiş 08 dekabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:30-dan saat 12:50-dək Qusar-Aşağı Ləyər yolunun sağ tərəfində yerləşən, X11 məxsus 0.88 hektar torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan torpaq sahəsinin bir hissəsinə toxum səpildiyi və toxumun təxminən 3-5 sm cücərdiyi müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə həmin torpaq sahəsinin sərhədində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsini şumlamaqla toxum səpən zaman səhvən Köhnə Xudat bələdiyyəsinin ərazisinə toxum səpdiklərini etiraf etmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 toxum səpdikləri ərazinin ümumi uzunluğunun 135 metr, eni isə 20-50 metr arasında olması müəyyən edilmiş, GPRS aparatı vasitəsi ilə yerində baxış keçirilən zaman 0.88 ha torpaq sahəsinin bir hissəsi olmaqla təxminən 0.45 ha torpaq sahəsinə toxum səpilib becərmə işləri aparıldığı və toxumun 3-5 sm cücərdiyi müəyyən edilmişdir. Baxış keçirilən zaman Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinin hamısına arpa toxumu səpildiyi müəyyən edilmişdir. Baxış zamanı Qusar rayonu Aşağı Ləyər kəndi istiqamətində uzunluğu 135 metr, eni isə müxtəlif nöqtələrdə 20-50 metr məsafədə olan X11 məxsus təxmini sahəsi 0.45 ha olan torpaq sahəsinə arpa əkildiyi müəyyən edilmişdir. Baxış zamanı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar şöbəsinin mühəndisi X4 rayonu Aşağı Ləyər yolunun sağ tərəfində yerləşən, Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus 2 ha torpaq sahəsinin Qusar rayonu Aşağı Ləyər kəndi istiqamətində sərhədləri yerində müəyyən edilmiş, bundan sora isə həmin istiqamətdə X11 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başlandığı müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli **********31 saylı məktubdan görünür ki, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 3 ha torpaq sahəsinin koordinatlarının müəyyən olunması ilə əlaqədar mütəxəssisin iştirakının təmin edilməsinə dair 14 oktyabr 2020-ci il tarixli 149-19517-1220 nömrəli müraciət əsasında həmin xidmətin tabeliyində “xxxx” MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilərək GPS aləti vasitəsi ilə ölçmə işləri aparılmış, tədqiqat obyekti elektron məlumat bazası əsasında araşdırılmışdır. Mübahisəli torpaq sahəsi ümumilikdə 2.88 ha təşkil edir. Bundan başqa, 2.00 ha torpaq sahəsi **********81 nömrəli çıxarışa əsasən Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətinə məxsus, qalan 0.88 ha torpaq sahəsinin hissəsi isə bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli **********53 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən X11 məxsus 0.88 ha torpaq sahəsinin toxum səpilmiş ərazisinə baxış keçirilərək koordinatlarının və dəqiq ölçülərinin müəyyən edilməsinə köməklik göstərilməsi barədə 10 dekabr 2020-ci il tarixli 149-22929-1220 nömrəli müraciətə baxılmışdır. Vətəndaşlar tərəfindən istifadə edilən 0.88 ha torpaq sahəsinin 0.39 ha hissəsində toxum səpilmiş, 0.49 ha hissəsi isə şum edilərək saxlanılmışdır. Ümumilikdə sözügedən 0.88 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fondunda olan kənd təsərrüfatı təyinatlı əkin sahəsidir. İş materiallarında olan Seriya MH ******* saylı 11.12.2009-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 2.0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs2 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin təyinatı (kateqoriyası) ehtiyat fondu torpaqları, məqsədli istifadə növü isə sahibkarlıqdır. İş materiallarında olan X22 İnkişaf Mərkəzi tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli rəydən görünür ki, ünvan 2ri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zəbt edilmiş, X11 məxsus 0.88 ha torpaq sahəsinin bir hissəsinə arpa toxumu səpilməsi ilə əlaqədar məktubun icrası ilə bağlı yerində baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, səpilən arpa toxumunun sortu-“Qarabağ-22”, toxum səpilmiş təxmini müddət-15-20 noyabr 2020-ci il tarixləri, cücərtinin uzunluğu 3-7 sm təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27.11.2020-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli 1687/12-20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin publik hüquqi şəxsin X2 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 07 may 2021-ci il tarixli 614/05-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin publik hüquqi şəxsin X2 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli 175 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı X3, 06.10.2014-cü il təvəllüdlü oğlu Xaliddin Abdullayevdən və 31.08.2016-cı il təvəllüdlü oğlu Seyid Abdullayevdən ibarətdir. İş materiallarında olan AZ-İİİ 407347 və AZ-İİİ 816007 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 06.10.2014-cü il təvəllüdlü Xaliddin və 31.08.2016-cı il təvəllüdlü Seyid adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kənd sakini Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli 174 saylı arayışdan görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2 ailə tərkibi atası Şahid2 Yusif oğlundan və anası X1 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kənd sakini Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 ibtidai istintaq orqanına və məhkəməyə göndərdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özlərini təqsirli bilməsələr də, onların həqiqətən də, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, arpa toxumu səpmək məqsədi ilə 12-13 avqust 2020-ci il tarixlərdə Qusar rayonu Aşağı Ləyər yolunun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs1nə məxsus kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olan 0,88 ha və həmin torpaq sahəsinə bitişik yerləşən sahibkarlıq torpaqları kateqoriyasına aid olan Zərərçəkmiş şəxs2 məxsus 2,00 ha torpaq sahələrini özbaşına şumlamışlar. 2020-ci ilin noyabr ayının ortalarında isə Zərərçəkmiş şəxs1nə məxsus həmin 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,39 ha hissəsinə “Qarabağ 22” arpa toxumu sortunu səpməklə zərərçəkmiş şəxslərin torpaq üzərində mülkiyyət hüququnu pozmaları, bununla da, onların Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, həmin şəxslər özlərinin ifadələrində, 2020-ci ilin yayında şumladıqları Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 2.0 torpaq sahəsinin mülkiyyətçisi olan Zərərçəkmiş şəxs2 ilə torpaqdan istifadəyə dair heç bir müqavilə bağlamadıqlarını, yalnız şifahi şəkildə həmin şəxsin nümayəndəsi olan Nümayəndə2 ümumi qaydada kənd camaatına torpaq sahəsini əkib-becərmələrinə icazə verdiyini bildirmişlər. Bundan başqa, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərinin ifadələri ilə, o cümlədən həmin torpaq sahələrinə baxış keçirilməsi haqqında protokollarla tam təsdiq olunmuşdur ki, həqiqətən də, həmin şəxslər heç bir əmlak hüquqları (mülkiyyət, istifadə, icarə və s.) olmadan qanunsuz olaraq Zərərçəkmiş şəxs2 məxsus 2 ha sahibkarlıq təyinatlı torpaq sahəsini, Zərərçəkmiş şəxs1nə məxsus isə 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə həmin ərazini şumlamışlar, Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinin hamısına, bələdiyyəyə məxsus torpaq sahəsinin isə 0.39 ha hissəsinə arpa toxumu səpməklə istifadə etmişlər. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8 əməlləri Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngüllədirən və ağırlaşdıran halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini cəzanı ağırlaşdıran hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı yüngülləşdirən halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı ağırlaşdıran halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar və ailələri məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətlərinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Qusar rayonu Köhnə-Xudat kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu Köhnə-Xudat kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar