Məhkəmə qərarları › İş №1(029)-28/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-28/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-28/2025 22.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Masallı rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Liman şəhəri Şirinsu kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 05:40 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs sol bud nahiyəsindən bir dəfə bıçaq zərbəsi ilə qəsdən vuraraq ona sol budun aşağı 1/3-nin ön bayır səthində kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərdi ki, o, Lamiyəni bir müddətdir ki, tanıyır. O, özü “Köhnə Dostlar” kafesində qeyri-rəsmi işləyir. 16 dekabr 2025-ci il tarixdə saat 04 radələrində o, Qusar şəhərində yerləşən “MM” kafesinə getmiş, orada tanışı Turalla pivə və araq içmişdir. Bundan sonra isə hesabı vermədən kafedən getmişdir. Qusar şəhərində yerləşən “Köhnə Dostlar” kafesinin arxa hissəsində yerləşən fərdi yaşayış evində olan zaman Lamiyə ona zəng etmiş və hesabı ödəməsini tələb etmişdir. O, da gəlib pulunu aparmasını lamiyəyə bildirmişdir. Bundan sonra Lamiyə onun müvəqqəti yaşadığı ünvana gəlmiş və o, Lamiyəyə 20 manat pul vermişdir. Həmin vaxt Lamiyyə taksi ilə gəldiyini bildirərək və taksinin də pulunu verməsini ondan tələb etdiyinə görə aralarında söz-söhbət yaranmışdır. O, əsəbləşib evə keçmiş, evdən bıçağı götürüb çölə çıxmış, həmin bıçaqla Lamiyənin sol budundan bir dəfə vurmuşdur. Sonradan əməlindən peşman olmuş, Lamiyədən üzr istəmiş, həmin şəxslə barışmış və həmin şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir müddət əvvəldən tanıyır. O, “MM” kafesində qeyri-rəsmi olraq ofisiant işləyir. 16 dekabr 2024-cü il tarixdə saat 04 radələrində o, işdə olduğu zaman Səminə Tural adlı tanışı ilə kafeyə gəlmiş və yeyib-işdikdən sonra hesabı ödəmədən getmişlər. Bundan sonra o, Səminənin mobi telefonunu taparaq ona zəng edərək hesabın ödənilməsini tələb etmiş, Səminə gəlib pulu evindən götürməsini demişdir. Bundan sonra o, kafedə işləyən Şahid2 və Şahid1 Səminənin ödəməli olduğu pulu götürmək üçün taksi ilə Səminənin yaşadığı ünvana getmişlər. Qapıya çatdıqda Səminə özü həyətdən çölə çıxdı və ödəməli olduğu pulu ona vermişdir. O, Səminəyə gəldikləri taksinin də pulunu ödəməsini bildirmiş, həmin zaman Səminə əsəbləşib mübahisə etməyə başlamış, sonra isə evə girib-çıxmışdır. O, isə elə bilmişdir ki, Səminə taksinin pulunu gətirir. Həmin vaxt Səminə belindən bıçağı çıxardaraq sol bud hissəsidən bir dəfə vurmuşdur. Bundan sonra Şahid2 və Şahid1 onu taksi ilə yaşadığı ünvana aparmışlar. Sonra isə o, bu barədə polisə və təcili tibbi yardım stansiyasına məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə birlikdə “MM” adlı kafedə qeyri-rəsmi olaraq ofisiant kimi işləyir. 16 dekabr 2024-cü il tarixdə saat 04 radələrində sonradan adını bildiyi Səminə kafeyə gələrək yeyib-içmiş, lakin hesabı ödəmədən çıxıb getmişdir. Bundan bir az sonra Lamiyə bildirmişdir ki, Səminə ilə əlaqə saxlamış və sonuncu yaşadığı ünvana gedib pulu ondan götürməsini bildirmişdir. Ona görə də kafenin qarşısında dayanmış taksilərin biri ilə Səminənin yaşadığı ünvana getmişlər. Evin qarşısına çatanda Səminə həyətdən çölə çıxmış, o, avtomobildə qalmış, Lamiyə isə avtomobildən düşərək Səminənin yanına getmiş, Səminə ödəməli olduğu məbləği Lamiyəyə vermişdir. Daha sonra Lamiyə taksiyə verilməli olduğu pulu da Səminədən tələb etmişdir. Həmin zaman Səminə evə getmiş, bir dəqiqə sonra isə geri qayıtmış və belindən bıçaq çıxardaraq Lamiyənin sol bud nahiyəsindən bir dəfə vurmuşdur. Onlar dərhal Lamiyəni avtomobilə əyləşdirib yaşadığı ünvana aparmışlar və bundan sonra Lamiyə hadisə ilə bağlı polisə və təcili tibbi yardıma məlumat vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 1036 saylı 16 dekabr 2024-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və raportdakı məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar edilmiş xəsarət- sol budun aşağı 1/3-nin ön bayır səthində kəsilmiş-deşilmiş yara kəsici-deşşici əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda, 16 dekabr 2024-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilın vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 3/1991 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1991 nömrəli məktubuna əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan təhqiqat orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, iş üzrə maddi sübut qismində götürülmüş bir ədəd bıçaq saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 23 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran şəhər İHB-nın Lənkəra şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən 21 yanvar 2025-ci il tarixdə təqdim olunmuş ərizəsindən görünür ki, həmin şəxs təqsirləndirilən şəxslə barışmış, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi zərər çəkmiş şəxs təqsirləndirlən şəxslə barışdığından, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə 64,0 (altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321.2.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi və Qusar RPŞ-də saxlanılan bir ədəd bıçaq məhv edilsin. İş üzrə 64 (altmış dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar