Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-29/2022 21.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Qusar rayonu Urva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qusar rayonu Urva kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saat 22 radələrində, yaşadığı kəndin mərkəzində küçədə həmkəndlisi Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sigaret istəmiş, Zərərçəkmiş şəxs2 isə sigaretinin olmadığını bildirdiyi zaman aralarında yaranmış mübahisə zəminində sonuncunun sifət nahiyyəsinə qəsdən yumruqla vuraraq yerə yıxmış və təpik zərbələri ilə bədəninə vuraraq ona ”sol göz orbiti ətrafının qançır-hematoması, sol yanağın hematoması, sol gözün bayır küncünün, sol əlin arxa səthinin sıyrıqları” ilə ifadə olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 177.2.2 və 177.2.3cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral ayında azadlığa çıxdıqdan sonra Qusar rayonu Urva kəndində yerləşən evinə gəlmiş, bir il həmin evdə tək yaşamış, yaşadığı kənddə yerləşən həmkəndlisi Məmmədrəsula məxsus evə 2017-ci ilin dekabr ayında ağac və kollardan çəkilmiş hasardan keçərək evin taxta qapısının cəftəsini əlində olan dəmirlə açdıqdan sonra daxil olmuş, həmin evdən 60 manat nağd pul, 01 ədəd mis məcməyi, 01 ədəd 2 litr tutumlu mis su qabı, 01 ədəd mis aş süzən, 01 ədəd ipək xalçanı və 01 ədəd mis səhəngi oğurlamış və yaşadığı ünvana geri qayıtmışdır. Bundan sonra həmkəndlisi Hicrana taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün zəng etmiş və özünü kənddən götürməsini bildirmişdir. Hicran onun yaşadığı ünvana gəlmiş və sonuncu oğurladığı mis qabları Hicranın idarə etdiyi “VAZ 2107” markalı, **-BF- *** dövlət nömrə nişanlı avtomobilə yığmış, bundan sonra satmaq üçün Hicranla birlikdə Qusar şəhərində “Zareçka” adlanan yerə, yəni həmin yerdə əlvan və qara metal qəbul edən Elxana həmin əşyaların özünə məxsus olduğunu bildirmiş və cəmi 84 manat pulun müqabilində həmin əşyaları satmışdır. Elxan ondan şəxsiyyət vəsiqəsini istəmiş, lakin o, Elxana şəxsiyyət vəsiqəsinin olmadığını bildirmiş, ona görə də Elxan, Hicranın idarə etdiyi avtomobilin şəklini çəkmişdir. O, həmin puldan 10 manat Hicranın avtomobilinə yanacaq almış, qalan pulu isə göndəlik tələbatda xərcləmişdir. Məmmədrəsulun evindən oğurladığı xalçanı isə satması üçün Qusar şəhərində yaşayan həmkəndlisi İsbəndiyar adlı şəxsə vermiş, lakin o, xalçanı sata bilməmişdir. Bundan əlavə kəndə gəldiyi vaxtdan da həmkəndlisi Zərərçəkmiş şəxs2 Mövlüddin oğlu ilə dostluq münasibətində olmuşdur. 29 yanvar 2018-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvanda şam yeməyi zamanı spirtli içki qəbul etdikdən sonra siqareti qurtardığı üçün küçəyə çıxmış, lakin həmin vaxt ətrafda heç kim olmadığı üçün digər həmkəndlisi Tariyelin işlətdiyi çayxananın qarşısına getmişdir. Həmin vaxt orada həmkəndliləri Qarik və Valodya qaz borusunun üzərində əyləşib söhbət etmiş, Qarikdən siqaret istəmiş, lakin Qarik narazı formada siqaretinin olmadığını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və o, yumruq zərbəsi ilə Qarikin sifətinə vurmuş, sonuncu yerə yıxılmış, yenidən təpik və yumruq zərbələri ilə Qariki yerdə döymüşdür. Həmin vaxt orada olan Valodya onu sakitləşdirmişdir. Bundan sonra o, yaşadığı ünvana qayıtmış, lakin Qarikin hadisə barədə polis orqanına məlumat verəcəyini bilmiş və yaşadığı ünvanı tərk edərək kənd ərazisində yerləşən meşədə gizlənməyə başlamışdır. Bundan sonra polis əməkdaşlarının özünü axtardığını bilmiş və meşələrdə gizlənməyə başlamış, bir daha evə qayıtmamışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə saat 02 radələrində piyada meşə ərazisi ilə Qusar rayonu Cağar kəndinə getmiş, həmin kənddə olduğu zaman adını sonradan bildiyi Ruslana məxsus mağazanın alış-veriş üçün istifadə olunan pəncərəsini yaxınlıqda yerləşən traktorun kənarında olan balta ilə açmış və içəri daxil olmuşdur. Həmin mağazadan 622 manat nağd pul, 10 ədəd “Rothmans”, 03 ədəd “Winchester” markalı siqaretləri və 5 ədəd hərəsi 2 manat olmaqla “Azercell” danışıq kartlarını götürmüş, mağazanın pəncərəsindən küçəyə çıxmış, baltanı götürdüyü yerə qoymuş və meşədə yaşamaq üçün hazırladığı komaya qayıtmışdır. Kənddən çıxdığı zaman isə oğurladığı 5 ədəd 2 manatlıq konturları izi itirmək üçün ora tullamış, bundan sonra axtarışda olduğunu bildiyi üçün gündüzlər ümumiyyətlə çölə çıxmamış, lakin nəsə almaq lazım olanda gecə saatlarında çölə çıxmışdır. Ona qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai zamanı verdiyi ifadəsi ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, həmkəndlisi Alim ilə münasibətləri yaxşı olmamışdır. 29 yanvar 2018-ci tarixdə günorta saatlarında Qusar şəhərində yerləşən kafelərdən birində bir litr pivə qəbul etmiş, bundan sonra axşam saatlarında isə həmkəndlisi Valodya ilə birlikdə yaşadığı evdə 0,75 litr həcmində bir şüşə araq da qəbul edərək sərxoş olmuşdur. Daha sonra Valodyanı yaşadığı ünvana yola salmaq üçün birlikdə həmin tarixdə saat 20 radələrində kəndin mərkəzi küçəsi ilə qardaşı Tehrana məxsus kafe istiqamətində piyada hərəkət etmiş, bu zaman Valodyaya çay içməyi təklif etmişdir. Lakin həmin vaxt qardaşının oğlu Tariyel kafeni bağladığını bildirərək onları küçəyə çıxartmışdır. Buna görə də onlar kafenin qarşısında olan qaz borusunun üzərində əyləşib söhbət etmiş və siqaret çəkmişdir. Həmin vaxt həmkəndlisi Alim sərxoş vəziyyətdə onlara yaxınlaşmış, ondan siqaret istəmiş, siqareti olmadığını bildirdikdə ona “Kişi deyilsən? Siqaret al qoy cibinə!” demiş, o da, “Sən də kişisənsə, səndədə siqaret olmalıdır” deyərək cavab vermiş, borunun üzərindən qalxaraq oradan uzaqlaşmaq istədiyi zaman Alim ona arxadan yaxınlaşaraq çiynindən tutub özünə tərəf çevirmiş və yumruq zərbəsi ilə sifət nahiyəsinə vuraraq yerə yıxmışdır. Daha sonra Alim təpik zərbələri ilə onu yerdə döyməyə başlamış, orada olan Valodya Alimi kənara çəkərək saitləşdirmiş, bundan sonra yaşadığı ünvana gələrək bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaq zamanı ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibb ekspertizasının 31 yanvar 2018-ci il tarixli 48 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol göz orbiti ətrafının qançırhematoması; sol yanağın hematoması; sol gözün bayır küncünün, sol əlinin arxa səthinin sıyrıqları küt əşyanın(əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2018-ci il tarixdə yumruq və təpik zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs» anlayışının şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində əks olunmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs» anlayışı ilk dəfə bu növ cinayətlərdən birini törətmiş və ya həmin cinayətlərdən bir neçəsini törətmiş, lakin bu əməllərə görə ona qarşı ittiham irəli sürülməmiş şəxsi nəzərdə tutur. İş materiallarından da görünür ki,Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs» anlayışının şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında göstərilmiş maddələrlə üzrə məhkum olunmamışdır. Məhkəməyə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 epizodu üzrə əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 epizodu üzrə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 383-385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-29/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-29/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver