Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-3/2021 09.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: xx xxxxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Müdafiəçi: Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx xxxxxx 1976-cı ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 Təcili Yardım Bölməsinin X25 üzrə həkimi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə təqsirli bilinir ona görə ki, o, xx xxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində qeyri rəsmi ər-arvad münasibətində olduğu Şahid2 yaşadığı, Qusar rayonu Urva kəndində yerləşən evdə anasından xəbərsiz yaşadıqları evdən bir manat pul götürməsi səbəbindən bu kimi işləri bir daha etməməsi üçün tənbeh etmək məqsədilə mətbəx bıçağının tiyəsini odun sobasında qızdırıb qəsdən sonuncunun qızı, xx xxxxxx 2012-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hər iki əlini bir neçə yerdən yandıraraq ona güclü fiziki ağrı yetiməklə sol və sağ əllərinin arxa səthinin və sağ əlinin 4-cü barmağının yan səthinin İİ dərəcəli yanıq yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə əzab vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2003-cü ildən Qusar rayon Urva kəndində yerləşən tibb məntəqəsinin müdiri vəzifəsində 2020-ci ilin yanvar ayına kimi işləmiş, hazırda Qusar rayon X7 X23 Yardım Bölməsinin X25 üzrə həkimi vəzifəsində işləyir. O, Qusar rayon Urva kəndində yerləşən tibb məntəqəsinin müdiri vəzifəsində işlədiyi vaxtda, 2017-ci ilin yay aylarında Qusar rayonu Hil kənd sakini Şahid2 həmin məntəqəyə tibb bacısı təyin olunmuşdur. Romella Qusar rayonu Urva kəndində yerləşən tibb məntəqəsinə tibb bacısı təyin olunduqdan sonra onunla bir yerdə işləməyə başlamışdır. O, Urva kəndində Romellanın yaşaması üçün ev tapmış, ona maddi köməklik göstərmiş və ona digər şəraitin yaradılmasında köməklik etmiş, kənddə tapılmayanı o, Qusar şəhərindən alıb aparmışdir. Ancaq aralarında başqa münasibət olmamışdır. 2020-ci ilin aprel ayının sonlarında dəqiq tarix yadında deyil, işdə olduğu vaxt Romella ona zəng edərək uşağı Qızxanımı həyətdə uşaqları ilə oynayarkən əllərinin yandığını demiş və onun telefonuna şəkilləri də göndərmişdir. O, da telefonda Romellaya narahat olmağa əsas olmadığını, yanmış yerlərə evdə olan maz sürtməsini məsləhət görmüşdür. xx xxx 2020-ci il tarixdə Romella ona zəng edərək əl-üz yuyanın sındığını, təzəsini alıb gətirməsini ondan xahiş etmiş, o, da xx xxx 2020-ci il tarixdə əl-üz yuyanı alıb aparıb Romellanın yaşadığı evdə quraşdırmış, həmin vaxt Romella evdə olmuş, heç yerə getməmişdır. Həmin vaxt o, balaca qızın əllərində, böyük qızın alnında yanıq ləkələrinin olduğunu həm də qonşu uşaqların əllərində yanıq ləkələrinin olduğunu görmüşdür. May ayının 11-də o, Romellanın ad gününə getmişdir. Təxminən 10-15 gündən sonra Romella onun mobil telefonuna zəng edərək uşağın əllərinin yanması ilə əlaqədar polis əməkdaşlarının gəldiyini bildirmişdir. Həmin günlərdə qızın atazı Rizvan da ona zəng edərək qızının əllərinin onun tərəfindən yandırdığını deyib, onunla görüşmək istədiyini demiş, lakin Rizvan onunla görüşməyə gəlməmişdir. Romellanın qızı Qızxanımın əlinin yanması ilə əlaqədar xx xxx 2020-ci il tarixdə polis əməkdaşları ondan izahat almış, həmin izahatda o, olduğu kimi yazmışdır. İzahat verəndən sonra Fuad adlı polis əməkdaşı onu yenidən şöbəyə çağırmış, ona Romellanın da şikayət etdiyini, ona izahatı dəyişdirmək lazım olduğunu demişdir. O, etirazını bildirəndə həmin gün səhərə kimi o, şöbədə soyundurulmuş vəziyyətdə saxlanılmış, səhərisi gün onu rəisin yanına apamış, orda da ona izahatı dəyişmək lazım olduğunu bildirmiş, yenə də o buna razı olmamışdır. O, polis əməkdaşlarına işə getmək lazım olduğunu, işə gecikdiyini deyəndə ona “sən dəlisən” deyərək yenə də onu soyundurub bir otağa salmışlar. Şöbənin müstəntiqi Etibar ona CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlayacağını, işi boynuna götürməsini demiş, narazı olduğu halda onun barəsində Səhiyyə Nazirliyinə təqdimat göndərəcəyini demişdir. İzahatında evdən pulu oğurladığına görə uşağın danlanması məsələsini və Romella ilə ər-arvad münasibətlərində olmasını polis əməkdaşları yazmışlar. Guya həmin hal uşağa tənbeh etməsi kimi onun üçün yaxşı olacağını demişlər. Buna görə də o, məcbur qalaraq sonradan izahatını dəyişmiş və istintaq zamanı vermiş olduğu izahatlarını oxumadan imza etmişdir. O, heç vaxt Romellanın uşaqların üstünə qışqırmamış, qızı Qızxanımın əllərini yandırmamışdır. Buna görə də onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü ildən Qusar rayon Urva kəndində yerləşən tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş və orada işlədiyi vaxtda, 2017-ci ilin yay aylarında Qusar rayonu Hil kənd sakini Şahid2 həmin məntəqəyə tibb bacısı təyin olunmuşdur. Romella Qusar rayonu Urva kəndində yerləşən tibb məntəqəsinə tibb bacısı təyin olunduqdan sonra onunla bir yerdə işləməyə başlamış və aralarında səmimi münasibət yaranmış, aralarında olan söhbət zamanı da Romella ərindən boşandığını və himayəsində iki azyaşlı övladının olduğunu bildirmiş, daha sonra isə Romella ilə onun münasibəti sevgi münasibətlərinə çevrilmiş və qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamağa başlamışlar. Belə ki, o, Urva kəndində Romellanın yaşaması üçün ev tapmış, ona maddi köməklik göstərmiş və ona digər şəraitin yaradılmasında köməklik etmiş, hərdən də gedib onunla birlikdə qalmışdır. xx xxxxxx 2020-ci il tarixdən isə o, “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 Təcili Yardım Bölməsinin X25 üzrə həkimi vəzifəsinə təyin edilərək orada işləməyə başlamış, ancaq Romella ilə münasibətləri davam etmişdir. xx xxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində o, Romella ilə birlikdə “Bir may” bayramını qeyd etmək üçün Romellanın yaşadığı Qusar rayonu Urva kəndində yerləşən evə gedərək onunla görüşmüş, həmin vaxt Romella iki azyaşlı uşağı Qızxanım və Marinanın evdə olmadığını bildirmiş, sonra isə qonşuluqda olan xəstəyə baş çəkmək üçün getmişdir. Bundan sonra o, evin qarşısına çıxmış, həmin vaxt da qoşuluqda yaşayan Cavanşir adlı şəxslə rastlaşmış və ondan Romellanın uşaqlarını görüb-görməməsini soruşmuş, Cavanşir də Qızxanımın öz evlərindən bir manat pul oğurladığını və ona məxsus olan bağda gizləndiyini bildirmiş, o, da Cavanşirə məxsus olan bağa daxil olaraq Qızxanım və Marinanı evə çağırmışdır. Qızxanım və Marina evə gəldikdən sonra o, Marinanı su gətirməyə göndərmiş, daha sonra isə evdən pul götürdüyü üçün Qızxanımı tənbeh etmiş və bir daha oğurluq etməməsi üçün onu tənbeh etmək məqsədilə evdə olan mətbəx bıçağını əlinə götürərək odun sobasında qızdırıb onun əllərini bir neçə yerdən yandırmışdır. Həmin vaxtdan bir neçə dəqiqə keçdikdən sonra isə Romella evə gəlmiş, o, da baş verənlər barədə Romellaya məlumat vermiş, Romella da evdən pul oğurladığı üçün Qızxanımı danlamışdır. Həmin vaxtdan bir neçə gün sonra isə o, Rizvanın şikayət etdiyini eşitmiş, ona görə də gecə saatlarında Qızxanıma xəsarət yetirdiyi bıçağı evdən götürərək su kanalına atmışdır. Məhkəmə iclasında Qanuni nümayəndə və Qusar rayon Təhsil Şöbəsinin metodisti X2 iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş xx xxxxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun 7 yaşı vardır, məktəbdə 2-ci sinifdə oxuyur. O, anası Romella və bacısı ilə bir yerdə yaşayır. Anası işə gedəndə onların yanında nənəsi Ulduz qalır. Onun əli həyətdə uşaqlarla oynayanda yanmışdır. Həyətdə zibillərə od vurmuşdur. Onun əli yanar plasmas butulkanı çubuqla tutub yuxarı qaldıranda əriyib əlinə düşərək yanmışdır. O, butulkanı sağ əlində tutmuşdur. Həmin vaxt bacısının yanağı və onunla oynayan qonşu uşaqların əlləri də yanmışdır. Sol əli həmin gün yanmamışdır, sol əli ondan sonra yanmış, sol əli onların həyətində yanmamış, küçədə yanmışdır. Əli yanarkən onun yanında Nərmin, Nəzrin və bacısı olmuşdur. Zaur doktoru tanıyır, o, anası ilə bir yerdə işləyir. Zaur onların evinə gelir ancaq gecə onlarda qalmır. Anası ona pul verəndə bacısı ilə bir yerdə dondurma alır. Onun və bacısının tərbiyəsi ilə anası məşğul olur, Zaur heç vaxt onu və bacısını danlamamışdır. O, anası evdə olmayanda evdən heç vaxt pul götürməmişdir. Onun əli yananda Zaur onlara gəlməmiş, sonradan xalası gəlmişdir. Xalası ona “sənin əlin harda yandı” demiş, o, həyətdə uşaqlarla oynayanda yandığını demişdir. Polisdə də belə demişdir. Bıçaq söhbəti olmamışdır. Polisə gedəndə atası onun yanında olmuşdur. Atası polisdə ona nə dediyi yadında qalmamışdır. Cavanşir onun qonşusudur, o, Cavanşirin həyətində də oynayır, əli yananda öz həyətində oynayırdı. Onun əllərini Zaur yandırmayıb. Polisdə dedikləri düz deyildir, polisdə ifadə verərkən onu məcbur etmişlər, həmin vaxt o, elə-belə yalan demişdir. Hazırda onun məhkəmədə verdiyi ifadə doğrudur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qanuni nümayəndə onun doğma atasıdır, ancaq atası ilə anası boşandığı üçün o, anası Şahid2 himayəsində Qusar rayonu Urva kəndində yaşayır. X24 rayon Urva kənd tibb məntəqəsinə tibbi bacısı kimi işə başladığı vaxtdan sonra həmin tibb məntəqəsində həkim işləyən Təqsirləndirilən şəxs onların evinə gəlib getməyə başlamışdır. 2020-ci ilin may ayının əvvəlində evdə heç kim olmayan vaxtda o, anası Romellaya məxsus olan çantadan bir manat pul götürərək mağazaya gedib oradan özünə 20 qəpiyə dondurma almış, qalan 80 qəpik pulu isə gətirib anasının çantasına qoymuşdur. Həmin vaxtdan sonra isə Zaur onların evinə gəlmiş, o, isə bacısı Marina ilə birlikdə qonşuluqda yaşayan Cavanşir adlı şəxsin bağına gedib orada oynamağa başlamışdır. Bundan sonra Zaur oraya gələrək Marina ilə onu evə çağırmış, o, da Marina ilə birlikdə evə gəlmiş, həmin vaxt anası Romella evdə olmamış və evdə olan zaman Zaur həkim Marinaya gedib su gətirməsini tapşırmış, Marina da su gətirmək üçün evdən çıxıb getmiş, bundan sonra Zaur ondan nəyə görə evdən pul oğurladığını, soruşmuş, o, da heç nə deməmişdir. Daha sonra Zaur onun əlindən tutub sobaya yaxınlaşdırmış, qara rəngli dəstəyi olan mətbəx bıçağını əlinə götürərək sobada qızdırıb onun əllərini bir neçə yerdən yandırmış, həmin vaxtdan bir neçə dəqiqə sonra isə anası Romella evə gəlmiş və o, da pul oğurladığı üçün onu danlamışdır. Həmin vaxtdan sonra o, bu barədə heç kimə heç nə deməmiş, sonradan isə xalası Şahid3 yaşadığı evə getmiş və orada olan zaman əllərini ona göstərərək Zaur tərəfindən yandırılması barədə ona bildirmiş, həmin vaxtdan bir neçə gün keçdikdən sonra isə atası Rizvan onun yaşadığı evə gələrək onunla görüşmüş, o, da baş verənləri ona demiş, daha sonra isə Rizvan mətbəxdən ona bir bıçaq gətirib verməsini xahiş etmiş, ancaq o, Zaurun xəsarət yetirdiyi bıçağı tapmamış, sonra isə bacısı Marina mətbəxdə anası Romellanın istifadə etdiyi bıçaqlardan birini gətirib Rizvana vermiş, ancaq həmin bıçaq Zaurun ona xəsarət yetirdiyi bıçaq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2007ci ildə X4 ilə ailə həyatı qurmuş və onların birgə nikahlarından Marina adlı qız övladı dünyaya gəlmiş, ancaq sonradan münasibətləri pozulduğu üçün 2008-ci ildə o, Daimdən ayrılmışdır. Bundan sonra o, 2010-cu ildə Qanuni nümayəndə ilə tanış olaraq onunla ailə həyatı qurmuşdur. Rizvanla rəsmi nikahı olmasa da qeyri rəsmi ər-arvad münasibətlərindən xx xxxxxx 2012-ci ildə Qızxanım adlı övladı dünyaya gəlmiş, ancaq 2017-ci ildə o, Rizvandan da ayrılmışdır. Bundan sonra, 2017-ci ilin yay aylarında o, Qusar rayon Urva kənd tibb məntəqəsinə tibb bacısı kimi işə təyin olunmuşdur. Təqsirləndirilən şəxs həmin tibb məntəqəsinin müdüri olmuş, onunla ancaq işçi münasibəti olmuş, aralarında başqa heç bir münasibət olmamışdır. Həmin vaxtdan Təqsirləndirilən şəxs ona çox köməyi dəymişdir. Zaur heç vaxt onun evində gecə qalmamışdır. Aprel ayının ya 26 ya da 27-də saat günorta 14.00-dan sonra uşaqlar həyətdə yığılmış zibillərə od vurmuş, qızı Qızxanım çubuqla tutaraq plastmas butulkanı odda yandıran vaxt butulka əriyib əllərinə düşmüşdür. Həmin vaxt digər qızı Marinanın yanağı və onların yanında olan qonşunun uşaqların əllərinə də düşərək yanmışdır. Həmin gün axşam onun bacısı Alyona və əri Valeh onlara gəlməli idi, buna görə də o, uşağın yanmış əllərin şəkillərini çəkib bacısı Alyonaya göndərərək gələndə aptekdən yanmış yerlərə sürtmək üçün maz almasını xahiş etmişdir. Axşam bacısı Alyona və əri Valeh gəlmiş, Qızxanımın yanmış əllərini görmüşdür. Onun bacısına göndərdiyi şəkillər bacısı Valehə göndərmişdir. Rizvan Valehin evində olanda Valeh həmin şəkilləri Rizvanın telefonuna göndərmişdir. O, Valehdən niyə şəkilləri Rizvanın telefonuna göndərdiyini soruşanda, cavab verə bilməmişdir. Qızxanımın əllərinin yanması ilə əlaqədar polis əməkdaşları onun yaşadığı evə gəlmiş və həmin vaxt o, uşağın əllərinin həyətdə başqa uşaqlarla oynayanda yandığını demişdir. Polis şöbəsində imzaladığı ifadəni oxumamışdır, polis əməkdaşları onun və uşağın ifadələrini oxumağa qoymamışdır. Polisdə müstəntiq ona “Sizə kömək edirik” demişdir. Onun evində bir yaşıl rəngli böyük bıçaq olmuş, qalanlar yağ bıçaqlardır. İstintaqda verdikləri ifadələri müstəntiqin dediyi formada yazmış, həmin ifadələri oxumadan imzalamışdır. Rizvan onun bacısı Alyonanın işlədiyi gözəllik salonuna gələrək ona, “gəl Zauru tutduraq, sənə ev də tikərəm” demişdir. Polis şöbəsində ondan izahat alanda müstəntiq Etibar ona işin məhkəməyə göndərməyəcəyini demişdir. Qızı Qızxanımın əllərini Zaur yandırmamışdır. Rizvandan qızı Qızxanım üçün aliment tələb etdiyinə görə ondan və Zaurdan şikayət etmişdir. İstintaq zamanı verdiyi ifadələr doğru deyil, hazırda məhkəmə iclasında verdiyi ifadə doğrudur. Şahid2 məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2007-ci ildə X4 ilə ailə həyatı qurmuş və onların birgə nikahlarından Marina adlı qız övladları dünyaya gəlmiş, ancaq sonradan münasibətləri pozulduğu üçün 2008-ci ildə o, Daimdən ayrılmışdır. Bundan sonra o, 2010-cu ildə Qanuni nümayəndə ilə tanış olaraq onunla ailə həyatı qurmuş, Rizvanla rəsmi nikahı olasa da qeyri-rəsmi ər-arvad münasibətlərindən xx xxxxxx 2012-ci ildə Qızxanım adlı övladları dünyaya gəlmişdir, ancaq 2017-ci ildə o, Rizvandan da ayrılmışdır. Bundan sonra, 2017-ci ilin yay aylarında o, Qusar rayon Urva kənd tibb məntəqəsinə tibbi bacısı kimi işə təyin olunmuş və həmin vaxtdan sonra sözü gedən tibb məntəqəsinin müdiri işləyən Təqsirləndirilən şəxs ilə onun arasında sevgi münasibətləri yaranmış, Zaurla o, qeyri rəsmi olaraq ər-arvad münasibətində yaşamağa başlamış, belə ki, Zaur Urva kəndində onun yaşaması üçün ev tapmış və digər şəraitin yaradılmasında ona köməklik etmiş, hərdən də gəlib onun evində qalmışdır. Birgə yaşadıqları müddət ərzində Zaurla onun münasibəti həmişə normal olmuş, Zaur onun özünə və himayəsində olan iki azyaşlı uşağına yaxşı münasibət göstərmişdir. xx xxxxxx 2020-ci il tarixdən isə Zaur “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 X25 Şöbəsində həkim vəzifəsinə təyinat almış, ancaq buna baxmayaraq həmin vaxtdan sonra da münasibətləri davam etmiş və Zaur mütəmadi olaraq onun yaşadığı evə gəlib-getmişdir. xx xxx 2020-ci il tarixdə günorta saatlarında da o, yaşadığı evdə olan zaman Zaur oraya gələrək onunla görüşmüş, Zaur onun evinə gələn zaman azyaşlı uşaqları Qızxanım və Marina evdə olmamışlar və Zaur evə gəldikdən bir neçə dəqiqə sonra o, qonşuluqda olan xəstəyə baxmaq üçün evdən çıxıb getmiş, Zaur isə evdə qalmışdır. O, xəstəya baş çəkib qayıtdıqdan sonra azyaşlı qızı Qızxanımın ağladığını görmüş, nəyə görə ağladığını soruşduqda isə Qızxanım əllərini ona göstərərək Zaurun onun əllərini yandırdığını bildirmiş, o, da bu barədə Zaurdan soruşduqda Zaur Qızxanımın evdən bir manat pul götürdüyünü, ona görə də onun Qızxanımı evə gətirərək onu tənbeh etdiyini, sonra isə bir daha oğurluq etməməsi üçün mətbəx bıçağını evdə olan odun sobasında qızdıraraq onun əllərini bir neçə yerdən yandırdığını demişdir. Həmin vaxtdan bir neçə gün sonra isə Zaur gecə saatlarında evə gələrək Qızxanıma xəsarət yetirdiyi bıçağı götürərək aparıb su kanalına atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Nurmət qızı ifadəsində göstərdi ki, bacısı Şahid2 birinci ərindən boşandıqdan sonra 2010-cu ildə Qanuni nümayəndə ilə tanış olaraq onunla ailə həyatı qurmuş 2012-ci ildə onların Qızxanım adlı övladları dünyaya gəlmişdir. 2017-ci ildə isə Romella Rizvandan ayrılmışdır. Təqsirləndirilən şəxs onların ailə həkimi olmuş, uşaqlar xəstə olanda Zaur müalicə etmişdir. Onun və bacısı Romellanın uşaqların doğum günləri bir olduğundan uşaqların ad günləri bir yerdə qeyd etməkdən ötrü məsləhətləşmək üçün bacısı Romellanın yaşadığı Qusar rayon Urva kəndindəki evinə getmək istəmişdir. Aprel ayının 25-i ya da 26-da bacısı Romella ona zəng edərək qızı Qızxanımın əllərinin yandığını, təcili uşağın əllərinə vurmaq üçün maz göndərməsini xahiş etmişdir. Onun işi çox olduğundan əri Valehə tapşırmış, Valehin də işi olduğuna görə axşam gedəndə gətirəcəyini demişdir. Romella uşağın əllərinin şəkillərini onun telefona göndərmiş, o, da həmin şəkilləri əri Valehin telefona göndərmişdir. Onlar Romellanın qaldığı evinə gedəndə Qızxanımın əllərinin üst tərəfinin və barmaqların aralarının yandığını görmüşdür. Qızxanımdan əllərinin necə yandığını soruşanda Qızxanım həyətdə uşaqlarla “Baklaşkanı”, yəni plastmas butulkanı odun üstündə yandıranda əllərinə düşdüyünü, bundan başqa bacısının və yanında olan qonşu uşaqların da əllərinə düşdüyünü demişdir. Rizvan onun işlədiyi gözəllik salonuna gələrək qızı Qızxanımın əllərinin Zaur tərəfindən yandırdığını, onu tutdurmaq istədiyini, bu işdə ona kömək etməsini xahiş etmişdir. X17 xoşu gəlmirdi. Xalası uşağı görəndə uşaqdan əllərinin kimin yandırdığını soruşmuş, uşaq da əllərinin oynayarkən yandığını demişdir. Xalası özünün Gəncə şəhərində olan qohumuna zəng edərək uşağın əllərinin Zaurun yandırdığını demiş, həmin adam da Rizvana demişdir. Polis şöbəsində verdiyi ifadə müstətiqin dediyinə görə yazılmışdır, müstəntiq ona işin məhkəməyə göndərməyəcəyini, işi orada bağlayacağını demiş, buna görə də o həmin formada ifadə vermişdir. Müstəntiqə verdiyi ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi doğrudur. Şahid3 Nurmət qızının məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, bacısı Şahid2 birinci ərindən boşandıqdan sonra 2010-cu ildə Qanuni nümayəndə ilə tanış olaraq onunla ailə həyatı qurmuş 2012-ci ildə onların Qızxanım adlı övladları dünyaya gəlmişdir. 2017-ci ildə isə Romelle Rizvandan ayrılmış və bundan sonra Qusar rayon Urva kənd tibb məntəqəsinin müdiri işləyən Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. 2020-ci ilin may ayının ortalarında o, Qusar rayonu Urva kəndinə gedərək bacısı Romella və onun uşaqları ilə görüşmüş, həmin vaxt da Qızxanımın hər iki əlində yanıq izləri görmüş, nə baş verdiyini soruşduqda isə Qızxanım Zaur həkimin bir neçə gün əvvəl bıçağı qızdırıb onun əllərini yandırdığını bildirmiş, Romella da Qızxanımın bir neçə gün əvvəl evdən pul oğurladığını, onun bu hərəkətləri bir daha etməməsi üçün də Zaurun bıçağı sobada qızıdırıb onun əllərini yandırdığını demişdir. Bundan sonra o, öz yaşadığı evə qayıtmış və yaşadığı evə qayıdan zaman Romellanın azyaşlı qızları Marina və Qızxanımı özü ilə yaşadığı evə gətirmiş, orada olan zaman da xalası Myasa Qızxanımın əllərinin yandığını görmüş və Qızxanım baş verənləri ona da danışmışdır. Bundan sonra o, özünə məxsus olan mobil telefonla Qızxanımın əllərinin fotoşəklini çəkərək əri X10 göndərmiş, sonradan da Valeh həmin fotoşəkilləri telefon vasitəsilə Rizvana göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərər çəkmiş şəxs xx xxxxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, 2010-cu ildə Şahid2 ilə tanış olmuş, sonra isə onunla ailə həyatı qurmuş və Romella ilə rəsmi nikahı olmasa da qeyri-rəsmi ər-arvad münasibətindən xx xxxxxx 2012ci il tarixdə Qızxanım adlı qız övladı dünyaya gəlmişdir. Sonradan 2017-ci ilin yay aylarında isə Romella ilə onun arasında olan münasibət soyumuş və bu səbədən də ayrılmaq qərarına gəlmişlər, ona görə də Romella Marina adlı qızını özü ilə götürərək Bakı şəhərində yaşadıqları ünvandan çıxıb Qusar şəhərinə gəlmiş, Qızxanım isə onunla qalmışdır. Romella ondan ayrılıb getdikdən sonra təxminən iki ay ərzində Qızxanım onunla birlikdə Bakı şəhərində qalmış, sonra isə Romella öz anasi ilə birlikdə onun yaşadığı ünvana gələrək Qızxanımı özü ilə aparmaq istədiyini bildirmiş, o, da Romella ilə razılaşaraq Qızxanımı ona vermişdir. Həmin vaxtdan sonra Qızxanım Romella ilə birlikdə Qusar rayonunda yaşamağa başlamış, o, da mütəmadi olaraq gedib onlara baş çəkmişdir. Sonra o, Romellanın Qusar rayon Urva kənd tibb məntəqəsinin müdiri işləyən Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığını eşitmiş, daha sonra isə Romella Qızxanıma aliment verilməsi ilə bağlı 2018-ci ildə onun barəsində məhkəmədə iddia qaldırmış və Qusar rayon Məhkəməsi tərəfindən onun Qızxanıma alimnet ödəməsi barədə qətnamə qəbul olunmuşdur. Həmin vaxtdan sonra o, yenə də qızı Qızxanıma baş çəkməkdə davam etmiş və sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə Qızxanımın yeddi yaşının tamam olması münasibətilə Romellanın yaşadığı Qusar rayonu Urva kəndinə gələrək orada Qızxanımın ad gününü qeyd etmiş, sonra isə qayıdıb Bakı şəhərinə getmiş və həmin vaxtdan sonra Qusar rayonuna gəlməmişdir. Həmin vaxtdan sonra, xx xxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində o, Bakı şəhərində olan zaman Romellanın Gəncə şəhərində yaşayan qohumu telefonla ona zəng edərək bir neçə gün əvvəl Qusar şəhərində Romellanın bacısı Alyonagildə olan zaman Qızxanımın əllərinin yanmış vəziyyətdə olduğunu gördüyünü və Zaur tərəfindən ona xəsarət yetirildiyini bildirmişdir. Buna görə də o, həmin gün telefonla Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə zəng edib Zaurun qızı Qızxanıma xəsarət yetirməsi barədə məlumat vermişdir. xx xxx 2020-ci il tarixdə o, Qusar şəhərinə gələrək Romellanın bacısı Alyonanın əri X14 ilə görüşmüş, aralarında olan söhbət zamanı Valeh Qızxanımın əllərinin fotoşəkillərini telefon vasitəsilə ona göndərmişdir. O, xx xxx 2020-ci il tarixdə Romella ilə görüşmək məqsədilə Qusar rayon Urva kəndinə getmiş, lakin Romella evdə olmadığı üçün onunla görüşə bilməmiş, qızı Qızxanımla görüşmüş və onun əllərinə baxan zaman hər iki əlində yanıq izlərinin olduğunu görmüşdür. Qızından nə baş verdiyini soruşduqda qızı Qızxanım 2020-ci ilin may ayının əvvəlində anasından xəbərsiz evindən bir manat pul götürərək dondurma aldığını, sonra isə evə gəldiyini, həmin vaxt anası Romellanın onu danladığını, daha sonra isə Zaurun evdə olan mətbəx bıçağını sobada qızdıraraq onun hər iki əlini yandırdığını bildirmişdir. Həmin vaxt o, Qızxanımın hər iki əlinin fotoşəkillərini çəkmiş, sonra isə Romellanın digər qızı Marina ona dəstəyinin rəngi yaşıl olan mətbəx bıçağı gətirib verərək Zaurun həmin bıçaqla Qızxanıma xəsarət yetirdiyini bildirmiş, o, da həmin bıçaq və çəkdiyi fotoşəkilləri gətirib Qusar rayon polis şöbəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət hərəkətini törədəndə qızı Qızxanımın anası Şahid2 da evdə olmuş, həmin cinayəti onlar bir yerdə törətmişlər. Buna görə də Şahid2 da cinayət məsuliyyətinə cəlb olunmalıdır və qızı Qızxanım Şahid2 alınıb ona verilməlidir. Qızı Qızxanım istintaqda onun və müəllimin iştirakı ilə sərbəst olaraq ifadə vermişdir, həmin vaxt ona heç bir təsir və təzyiq göstərilməmişdir. Hazırda qızı Qızxanımın məhkəmə iclasında verdiyi ifadəsi doğru deyildir, o, anası Ramella tərəfindən öyrədilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş ziyan aradan qaldırılmışdır, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, hazırda Qusar RPŞ-nin İB-nin baş müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun icraatında olmuşdur. xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işini icraata qəbul etmək haqqında qərarla ibtidai istintaq davam etdirilməsi üçün cinayət işi ona həvalə edilmiş, həmin tarixli qərarı ilə xx xxxxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan onun atası Qanuni nümayəndəsi qismində tanınmışdır. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu üçün, qanuni nümayəndəsi Qanuni nümayəndə və Qusar RTŞ-nin metodisti X11 iştirakları ilə dindirilmişdir. Həmin vaxt azyaşlı Zərərçəkmiş şəxs sərbəst ifadə verərək Təqsirləndirilən şəxs onun əlindən tutub qaz sobasına yaxınlaşdıraraq qara rəngli dəstəyi olan mətbəx bıçağını sobada qızdırıb əllərini bir neçə yerdən yandırdığını demişdir. İfadə verəndə azyaşlı Qızxanıma heç kim təzyiq göstərməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs sərbəst izahat vermiş, ona heç kim təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda da təhqiqatda verdiyi izahata uyğun ifadə vermişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs izahatı dəyişilməmişdir. Təqsirləndirilən şəxs həmin cinayətin Qızxanımın anası Şahid2 iştirakı ilə törətməsi ibtidai istintaqda sübuta yetirilməmişdir. Buna görə də xx xxxx 2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsi və iş üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs ilə birlikdə cinayət törətməkdə hər hansı bir formada iştirak etmə xüsusatı üzrə Şahid2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan Qanuni nümayəndə məhkəmə nəzarəti qaydasında şikayət vermiş, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 6(029)- 5/2020 saylı qərarı ilə onun şikayəti təmin edilməmişdir. Qanuni nümayəndə Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 6(029)-5/2020 saylı qərarından apelyasiya şikayəti vermiş, Sumqayıt apelyasiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Qanuni nümayəndə şikayət təmin edilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, hazırda Qusar rayon Təhsil Şöbəsində metodist vəzifəsində işləyir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs dindirilməsində iştirak etmişdir. Həmin vaxt Qızxanım sərbəst ifadə vermişdir. Birinci bir az çəkinmiş sonra sərbəst olmuşdur. Dindirmə zamanı ona nə atası və də müstəntiq tərəfindən heç bir təzyiq olunmamışdır. Atasının Qızxanıma qarşı kobud rəftarı, uşağın üstünə qışqırması olmamışdır. Qızxanım ifadəsində əllərinin anasının evdə olmadığı vaxtda Zaur tərəfindən qızdırılmış bıçaqla yandırıldığını demişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Qusar rayon şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 242 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol və sağ əllərinin arxa səthinin və sağ əlinin 4-cü barmağının yan səthinin İİ dərəcəli yanıq yaraları yüksək temperatura malik əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni müayinə olunan vaxtdan 2-3 həftə əvvəl yetirməyə uyğundur. Qyed olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarına olan Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(029)-2020 saylı qərardan görünür ki, həmin cinayət işi üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Cinayət işinin materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Qusar rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 242 saylı ekspert rəyinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol və sağ əllərinin İİ dərəcəli yanıq yaraları xarakterinə, yerləşmə nahiyəsinə və bucaq formasında olmasına görə demək olar ki, qızdırılmış dəmir bıçaq tiyəsinin uc hissəsi ilə və ya ona bənzər digər dəmir əşyalar ilə, həmçinin qızdırılmış yağa salınmış bıçaqla dağlama (dəri səthinə basılma) nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan yanıq xəsarətləri yanan vəziyyətdə olan plasmas butulkanın əllə tutulması zamanı əmələ gəlməsi xarakterik deyil. İş materiallarında olan qanuni nümayəndə qismində tanına haqqında xx xxxx 2020ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan cinayət işinin başlanılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarət yetirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 11:46-da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:00-da Qusar RPŞ-nin X9 dərhal azad olunuşdur. İş materiallarında olan cinayət əməlinin tövsif edilməsi və iş üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi həmin Məcəllənin 133.2.4-cü maddəsi ilə tövsif edilmiş və cinayət işinin istintaqı həmin Məcəllənin 133.2.4-cü maddəsi ilə davam etdirilmişdir. İş materiallarında olan cinayət əməlinin tövsif edilməsi və iş üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə yenidən ittiham olunmuş və barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməmişdir. İş materiallarında olan cinayət əməlinin tövsif edilməsi və iş üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə cinayət törətməkdə hər hansı bir formada iştirak etmə xüsusatı üzrə Şahid2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx xxxx 2020-ci il tarixli qərarda görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan İcbari Tibbi Sığorta Üzrə Dövlət X21 Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” X28 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİ № 224561 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 rayon Qeydiyyat Şöbəsində xx xxxxxx 1996-cı il tarixdə 36 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Şamuradova soyadı verilmişdir. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, arvadı Nərgia Şamuradovadan, oğlu Kamil Şamuradovdan, qızı Ayşə Şamuradovadan və oğlu Ömər Şamuradovdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə xarakter kimi qiymətləndirir, onun əməli iş materialları, ekspertiza rəyləri, təqsirləndirilən və zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin və məhkəmə iclasında əlavə şahid qismidə dindirilmiş şahidlərin ifadələri ilə ona tam sübuta yetirilmişdir. xx xxxxxx 2012-ci il təvəllüdlü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında əllərində olan yanıq izlərinin plasmas btulkanın yanması nəticəsində əmələ gəldiyini göstərməsi məhkəmə iclasında özünün ziddiyyətli ifadəsi ilə yanaşı, dindirilmiş əlavə şahidlərin ifadələri, ekspert rəyləri ilə təkzib olunur və onun əllərinin Təqsirləndirilən şəxs tərəfindən yandırılmamasını göstərməsini məhkəmə inandırıcı hesab etmir və onun ibtidai istintaq zamanı heç bir təsir olunmadan sərbəst vermiş olduğu ifadəsini əsas götürür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2012-ci il təvəllüdlü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən təqdim edilmiş, notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli ərizələrdən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan ödənilmişdir, onunla barışmışdır və bu səbəbdən onu bağışlamışdır, bu məsələ ilə əlaqədar bir daha heç bir hüquq mühafizə orqanlarına və ümumiyyətlə heç bir yerə müraciət edilməyəcək, Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə tövsif olunmuşdur, törətdiyi cinayət əməlini etiraf etməmiş, məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, onun barəsində bəraət hökmünün çıxarılması üçün heç bir əsas yoxdur. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs törədilən cinayətdə təqsiri sübuta yetirilmiş və o, Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsinin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi və dəymiş zərəri aradan qaldırması cəzanı yüngülləşdirən hal kimi, iş yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Lakin məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cəzasını yüngülləşdirən və şəxsiyyətini müsbət cəhətdən səciyyələndirilən halları, ailəsinin maddi və mənəvi vəziyyətini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq tətbiq edilməsi nəticəsinə gəlir və barəsində sınaq müddəti müəyyən edilməklə həmin müddət ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlarla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə onu da qeyd edir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (bax, Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə xx xxxx 1996-cı il tarixli qərar, 42-ci b.) İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışına nəzarət etmək yaşayış yeri üzrə icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-3/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-3/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver