Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-3/2022 15.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, X1 Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə xx.xx.1950-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 24 iyun 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1, sərxoş vəziyyətdə atası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs təşkil etməklə, Qusar rayonu İmamqulukənd kəndində yerləşən, oğlu Zərərçəkmiş şəxs məxsus “İmamqulukənd” marketə gələrək, Zərərçəkmiş şəxs giriş qapısında yapışdırılmış Təqsirləndirilən şəxs1 ailə üzvlərinin adları olan borcluların siyahısını oradan götürməsini tələb edən zaman Zərərçəkmiş şəxs buna etirazını cüzi bəhanə gətirib, balta sapı ilə əvvəl mağazanın giriş qapısının şüşəsini, daha sonra isə mağazaya daxil olaraq əlindəki balta sapı ilə mağazada olan vitrin şüşələrini, 01 ədəd “Sharp” markalı kalkulyatoru və 01 ədəd 0,5 litrlik “Xudat” limonadını sındırdığını və bundan sonra isə Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2la birlikdə mağazanın qarşısında balta sapı və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq döydüyünü görüb mağazanın giriş qapısının yanında olan satlıq balta saplarından birini götürüb Təqsirləndirilən şəxs1 üstünə gedərək əlindəki balta sapı ilə qəsdən 1 dəfə başına vuraraq sonuncuya “təpə nahiyyəsinin əzilmiş-çapılmış yarası, alnın ortasının, sol gicgah nahiyyəsinin sıyrıqları“ ilə ifadə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 24 iyun 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qusar rayonu İmamqulukənd kəndində yerləşən, oğlu Zərərçəkmiş şəxs məxsus “İmamqulukənd” marketə gələrək, Zərərçəkmiş şəxs vuraraq döydüklərini görmüş, bu səbəbdən də, mağazanın yanında olan balta sapını götürüb 1 dəfə Təqsirləndirilən şəxs1 başına vurmuşdur. Həmin əməlindən peşmandır. Hadisə nəticəsində Təqsirləndirilən şəxs1 maddi ziyan vurulmamış, əksinə oğlu Tacibə ziyan vurulmuşdur. Hazırda onun təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Barəsində həmin qərarın tətbiq edilməsinə razıdır. Odur ki, barəsində həmin qərar tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadə verərək göstərmişdir ki, o, Qusar rayonu İmamqulukənd kəndində yaşayır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmuş, Suqovuşanın azad olunmasında iştirak etmişdir. Yaşadıqları kənddə Zərərçəkmiş şəxs mağazası var və onun ailə üzvlərinin həmin mağazaya borcu olmuşdur. Zərərçəkmiş şəxs mağazanın giriş qapısına borclu şəxslərin siyahısını yapışdırmış, onun ailə üzvlərinin adlarının da həmin siyahıda olduğunu eşitmiş və bundan əsəbləşmişdir. 24 iyun 2021-ci il tarixdə axşam saatlarında o, atası Təqsirləndirilən şəxs2 ilə bir qədər araq içmiş, sonra birlikdə mağazaya getmiş, atası çöldə dayanmış, özü təkbaşına mağazaya daxil olaraq Tacibdən ailə üzvlərinin adlarını qapıya yapışdırılmış adlı siyahıdan çıxartmasını tələb etmişdir. Tacib bundan imtina etmiş və o, əsəbləşərək mağazada olan balta sapını götürüb əvvəlcə mağazanın qapısının şüşələrini, vitrinləri və orada olan bəzi əşyaları sındırmış, daha sonra Zərərçəkmiş şəxs vurmuşdur. Bundan sonra həmin yerə onun atası Yuri və Tacibin anası Təqsirləndirilən şəxs3 da gəlmişlər, Zəminə balta sapını onun əlindən almaq istəmiş, həmin vaxt o, Zəminəni itələyib yıxmış, həmçinin əlindəki balta sapı ilə həmin şəxsi də vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs3 əlinə balta sapı alaraq onun başından vurmuş, başı qanamış və yüngül dərəcəli xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs3 qarşı şikayəti və tələbi yoxdur. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadə verərək göstərmişdir ki, o, Qusar rayonu İmamqulukənd kəndində yaşayır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun Tacibə borcu olmuş və kənd sakinlərindən eşitmişdir ki, Tacib onun adını mağazaya borcu olan şəxslərin siyahısına qeyd etmiş və mağazanın giriş qapısına karton kağıza yazıb yapışdırmışdır. Oğlu Şöhrət 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmuş və müharibədən qayıtdıqdan sonra əsəbi olmuşdur. 24 iyun 2021-ci il tarixdə axşam saatlarında o və oğlu Şöhrət bir qədər araq içmişlər, sonra Tacibin mağazasına getmişlər və orada onunla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı oğlu Şöhrət mağazada olan balta sapını götürüb mağazanın qapısının şüşələrini və vitrinləri sındırmış, həmçinin Tacibi vurmuşdur. O, həmin vaxt Şöhrətlə Tacibi ayırmaq istəmiş, lakin sonradan o, da əsəbi olduğundan Tacibi vurmuşdur. Lakin, Tacibi balta sapı ilə vurmamış, yumruqla vurmuşdur. Hadisə yerinə Tacibin anası Zəminə də gəlmiş, həmin şəxs onun xalasıdır, o, sonuncunu vurmamış, əksinə Zəminə əlində olan balta sapı ilə oğlu Şöhrətin başına vurmuş, sonuncunun başı qanamışdır. Hadisədən sonra o, Taciblə barışmaq istəmiş, lakin sonuncu onunla barışmamışdır. Tacibə dəymiş ziyanı ödəyəcəkdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar rayonu İmamqulukənd kəndində yaşayır, həmin kənddə onun mağazası var. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridirlər və həmin şəxslərin ona borcları olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 mağazadan nisyə mal istəmiş, anası Zəminə onun qohumu olduğunu demiş və bu səbəbdən də, həmin şəxsə nisyə mal vermişdir. Sonradan o, Yuriyə bir neçə dəfə borcu ödəməsini desə də, həmin şəxs borcunu ödəməmişdir. O, mağazaya borcu olan şəxslərin siyahısını tərtib edərək mağazanın qapısına yapışdırmış, Yurinin adı da, həmin siyahıda olmuşdur. 24 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Yuri Atluxanonov mağazaya gəlmişlər, Şöhrət içəriyə daxil olaraq onu söymüş, mağazanı dağıdacağını demiş, mağazada olan balta sapını götürüb mağazanın şüşələrini, vitrinləri sındırmışdır. Bundan sonra, Şöhrət balta sapı ilə onun əlinə, dodağına vurmiş, Yuri əvvəlcə onları ayırmaq istəmiş, lakin sonradan arxadan yumruq zərbələri ilə onun başına vurmuşdur. Anası Təqsirləndirilən şəxs3 da, həmin yerə gəlmiş, Şöhrət onun anasını da itələmiş və balta sapı ilə onu da vurmuşdur. Anası Zəminə onu müdafiə etmək məqsədi ilə əlində olan balta sapı ilə Şöhrətin başına vurmuş, sonuncunun başı qanamışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 205 nanat məbləğində ziyan dəymiş, ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar rayonu İmamqulukənd kəndində yaşayır, təqsirləndirilən şəxslər və zərər çəkmiş şəxs onun həmkəndliləridirlər. O, 24 iyun 2021-ci il tarixdə axşam saatlarında meşədən kəndə qayıdarkən kənddə yerləşən, Tacibin işlətdiyi mağazanın qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxslə və Təqsirləndirilən şəxs3 ilə qarşılıqlı olaraq dalaşdıqlarını görmüş, Təqsirləndirilən şəxs3 balta sapı ilə Şöhrətin başına vurmuş və sonuncunun başı qanamışdır. Həmin vaxt Şöhrətin və Zəminənin əlində balta sapı olmuşdur. O, hadisəyə müdaxilə edərək həmin şəxsləri ayırmış, Şöhrətə ilkin tibbi yardım göstərmiş, həmin şəxsi və Təqsirləndirilən şəxs2 sakitlışdirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 24 iyun 2021-ci il tarixdə saat 19 radələrində Tacibə məxsus mağazanın yanında olan zibilləri yığarkən, səs-küy eşidib mağazanın qarşısına keçən zaman Şöhrətin əlindəki balta sapı ilə mağazanın giriş qapısının şüşəsini sındırdığını görüb, qorxduğu üçün kənara çəkilmişdir. Həmin vaxt Şöhrət əsəbi vəziyyətdə, mağazanın giriş qapısının yanında olan satlıq balta saplarından birini götürüb, mağazanın giriş qapısının şüşəsini qəsdən sındırmışdır. Bundan sonra Şöhrət küçəyə çıxıb, Tacibin ünvanına nalayiq ifadələr işlədərək əlindəki balta sapı ilə təkrar mağazanın giriş qapısına zərbələr endirmişdir.Həmin vaxt Zəminə küçəyə çıxıb Şöhrətin əlindən balta sapını almaq istəyən zaman sonuncu Zəminəni qəsdən vurub itələyərək, yerə yıxdıqdan sonra əlindəki balta sapı ilə birlikdə mağazaya daxil olmaqla mağazanın vitrin şüşələrini qəsdən vurub sındırıb küçəyə çıxmışdır. Həmin vaxt Zəminə təkrar Şöhrətin əlindən balta sapını almaq istəyən zaman sonuncu Zəminəni itələyərək yerə yıxmış və əlindəki balta sapı ilə bir dəfə vurmuşdur. Həmin vaxt Yuri mağazanın yanında olmasına baxmayaraq oğlu Şöhrəti sakitləşdirib, kənara çəkmək üçün hər hansı tədbir görməmişdir. Bundan sonra Tacib küçəyə çıxan zaman Şöhrət atası Yuri ilə birlikdə Tacibin üstünə hücum edərək,sonuncunu yumruq zərbələri ilə vurub, döyməyə başlamışlar. Həmin vaxt Tacib özünü müdafiə etmək üçün onlara qarşılıq vermiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Zəminə oğlu Tacibin, Yuri və Şöhrət tərəfindən döyüldüyünü görüb, mağazanın giriş qapısının yanında olan satlıq balta saplarından birini götürüb sonuncuların üstünə getmişdir. Həmin vaxt çətinliklə Tacib, Yuri və Şöhrətin əlindən çıxıb, yerdən özünə məxsus mobil telefonu götürüb mağazaya daxil olaraq, dərhal DİN-nin 102 Mərkəzi zəng xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra Zəminə əlindəki balta sapı ilə Şöhrətin üstünə gedib, sonuncunun başına bir dəfə balta sapı ilə vurmuş və onun başından qan gəlməyə başlamışdır. Həmin vaxt Şöhrət və Yuri, Zəminənin əlindən balta sapını alıb, təkrar onun üstünə hücum etmək istəmiş, lakin Zəminə əlindəki balta sapını buraxmamışdır. O, Təvəkküllə gəlib onları ayırmışlar. Bundan sonra Təvəkkül, Yuri və oğlu Şöhrəti çətinliklə sakitləşdirib, sonuncuları kənara çəkmişdir. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 24 iyun 2021-ci il tarixdə axşam radələrində alış veriş etmək üçün Tacibə məxsus marketə getmişdir. Həmin gün saat 19 radələrində Tacibin mağazasından şəkər tozu alan zaman Yuri oğlu Şöhrətlə birlikdə Tacibə məxsus mağazaya tərəf gəlmişlər. Həmin vaxt Yuri mağazadan təxminən 10-15 metr məsafədə dayanmış, Şöhrət isə təkbaşına mağazaya girən zaman giriş qapısında öz ailə üzvlərinin siyahısının yapışdırıldığını görüb, həmin siyahını oradan götürməsini Tacibdən tələb etmiş, lakin onun mağazaya olan borcu qaytarıldıqdan sonra siyahını götürəcəyini bildirməsi Şöhrəti əsəbləşdirmişdir. Həmin vaxt Şöhrət əsəbi vəziyyətdə, mağazanın giriş qapısının yanında olan satlıq balta saplarından birini götürüb, balta sapı ilə mağazaya daxil olaraq Tacibin üstünə hücum etmək istəyən zaman Zəminə, Şöhrəti küçəyə çıxartmışdır. Həmin vaxt o, mübahisənin böyüməsindən qorxub mağazadan çıxıb öz evinə tərəf getməyə başlamışdır. Bundan sonra Şöhrət küçəyə çıxıb, aqressiv şəkildə əlindəki balta sapı ilə mağazanın giriş qapısının şüşəsini qəsdən sındırmışdır. Həmin vaxt Zəminə küçəyə çıxıb Şöhrətin əlindən balta sapını almaq istəyən zaman sonuncu Zəminəni qəsdən vurub itələyərək, yerə yıxdıqdan sonra əlindəki balta sapı ilə birlikdə mağazaya daxil olmaqla mağazanın vitrin şüşələrini qəsdən vurub sındırıb küçəyə çıxmışdır. Həmin vaxt o, çıxıb öz evinə getmişdir. Növbəti gün isə o, kənd camaatından Tacib və anası Zəminənin, Yuri və oğlu Şöhrət tərəfindən döyülməsini bilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 24 iyun 2021-ci il tarixdə axşam radələrində çayxanada olan zaman Tacibə məxsus mağazadan səs-küy eşidib küçəyə çıxmışdır. Həmin vaxt Şöhrət əsəbi vəziyyətdə, mağazanın giriş qapısının yanında olan satlıq balta saplarından birini götürüb, balta sapı ilə mağazanın giriş qapısının şüşəsini qəsdən sındırmışdır. Həmin vaxt Zəminə küçəyə çıxıb Şöhrətin əlindən balta sapını almaq istəyən zaman sonuncu Zəminəni qəsdən vurub itələyərək, yerə yıxdıqdan sonra əlindəki balta sapı ilə birlikdə mağazaya daxil olmaqla mağazanın vitrin şüşələrini qəsdən vurub sındırıb küçəyə çıxmışdır. Bundan sonra Tacib küçəyə çıxan zaman Şöhrət atası Yuri ilə birlikdə Tacibin üstünə hücum edərək,sonuncunu yumruq zərbələri ilə vurub, döyməyə başlamışlar. Həmin vaxt Tacib özünü müdafiə etmək üçün onlara qarşılıq vermiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Zəminə oğlu Tacibin, Yuri və Şöhrət tərəfindən döyüldüyünü görüb, mağazanın giriş qapısınını yanında olan satlıq balta saplarından birini götürüb sonuncuların üstünə hücum etmişdir. Həmin vaxt çətinliklə Tacib, Yuri və Şöhrətin əlindən çıxıb, yerdən özünə məxsus mobil telefonu götürüb mağazaya daxil olaraq, dərhal DİN-nin 102 Mərkəzi zəng xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra Zəminə əlindəki balta sapı ilə Şöhrətin üstünə gedib, sonuncunu başına bir dəfə balta sapı ilə vurmuşdur. Həmin vaxt Təvəkkül və Polad, Yuri və oğlu Şöhrəti çətinliklə sakitləşdirib, sonuncuları kənara çəkmişdir. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid4 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) 25.06.2021-ci il tarixli 274 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-təpə nahiyəsinin əzilmiş-çapılmış yarası; alnın ortasının, sol gicgah nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24.06.2021-ci il tarixdə əllə və balta sapı ilə vurulması nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan ibtidai istintaq orqanının 23 avqust 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi oilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “Sharp” markalı kalkulyator iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilmiş, lakin gündəlik tələbatda istifadə olunduğu üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd balta sapı və Təqsirləndirilən şəxs3 istifadə etdiyi 01 ədəd balta sapı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. 24 iyun 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokola və 25 iyun 2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 02 ədəd CD disklər, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD disk və 03.07.2021-ci il tarixli əməliyyat tapşırığına əlavə edilmiş 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs Qusar rayonu İmamqulukənd sakini Təqsirləndirilən şəxs2 və onun ailə üzvlərinə 205,70 manat pulun geri qaytarılmasına dair tələbi mülki mübahisəli məsələ olduğundan, ona həmin məsələnin məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221.2.1ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının CMnin 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 186 və 228-ci maddələrin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli 411 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin kənd sakinidir. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş 15.03.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.12 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razıdır. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9, 9.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla o, hazırda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin təsiri altına düşür və həmin şəxs həmin qərarın tətbiq edilmədiyi şəxslərin dairəsinə daxil deyildir. Həmçinin, Təqsirləndirilən şəxs3 məhkəməyə ərizə təqdim etməklə amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Rzabəy qızının Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 321.2.1, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-3/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-3/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver