Məhkəmə qərarları › İş №1(029)-3/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-3/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-3/2023 04.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, iştirakları ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş( Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş) məhkumluğu ödənilməmiş, işləməyən, Qusar rayonu Bədirqala kəndində qeydiyyatda olan, həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 07 Cəzaçəkmə Müəssisəsində cəza çəkən, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qusar rayonu Hil kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəltdirəcəyinə söz verib 20 yanvar 2020-ci il tarixdə, saat təxminən 11 radələrində Zərərçəkmiş şəxs və dayısı Şahid1 ilə Bakı şəhəri Avtovağzal ərazisində yerləşən kafedə görüşərkən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun onun əmisi olduğunu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsində işləyən general rütbəli tanışı olduğunu, Zərərçəkmiş şəxs işini həmin general vasitəsi ilə həll edəcəyini deyib onu FHN-nin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəltdirəcəyi adı ilə aldadıb həmin generala verəcəyini deyib Zərərçəkmiş şəxs Şahid1 iştirakı ilə 5.000 (beş min) manat məbləğində pul almış, daha sonra eyni niyyətlə Zərərçəkmiş şəxs işinin düzəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tibbi komissiyasından keçirilməsinə görə əlavə olaraq yenə də pul verməli olduqlarını bildirib komissiya üzvlərinə verəcəyini deyib 2020-ci ilin təxminən mart-may aylarında, saat təxminən 08:30 radələrində X7 Kompleksinin yanında Şahid1 ilə görüşüb ondan Zərərçəkmiş şəxs məxsus 700 manat məbləğində pulu almış, eləcə də bundan başqa həmin niyyətlə Zərərçəkmiş şəxs anası Şahid2 müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs həmin tibbi komissiyadan keçirilməsindən ötrü komissiya üzvlərinə verəcəyini deyib əlavə olaraq yenə pul verməli olduqlarını bildirdiyindən, Şahid2 tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 08:57:21-də öz adına olan ******************** nömrəli kart hesabına Qusar şəhəri, N.Şərifov küçəsi, Şahdağ-Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 500 manat, xx.xx.2021-ci il tarixdə, saat 08:49:50-də Qusar şəhəri, N. Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 200 manat, xx.xx.2021-ci il tarixdə, saat 08:43:59-də həmin “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 30 manat olmaqla, cəmi 730 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olmaqla, bu yolla da Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəltdirəcəyi adı ilə aldadıb vahid niyyətlə onun cəmi 6.430 (altı min dörd yüz otuz) manat məbləğində pul vəsaitini ələ keçirərək bu pulu başqa vəzifəli şəxslərə verib onun işini həll edəcəyini deyib, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə onu təhrik etmiş, ancaq onu aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz yolla ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2019-cu ilin son aylarında Qusar şəhərində yerləşən “Bayraq” meydanında restoran işlətdiyi vaxt iş üçün ona müraciət etməsi ilə əlaqədar tanımışdır. Lakin həmin restoran tam olaraq işə düşmədiyinə görə Zərərçəkmiş şəxs işə götürə bilməmişdir. 2019-cu ilin təxminən noyabr-dekabr aylarında Zərərçəkmiş şəxs dayısı Şahid1 ona zəng edərək X5 Nazirliyinə yanğın söndürən kimi işə düzəltdirmək üçün görüşmək istədiyini bildirmişdir. Bundan sonra Şahid1 və Zərərçəkmiş şəxsla Qusar şəhərində fəaliyyət göstərən “Xutorok” istirahət mərkəzində görüşmüşdür. Görüş zamanı onlara Zərərçəkmiş şəxs Azərbaycan Respublikası FHN-də işə qoymaq üçün elə bir güclü tanışının olmadığını, lakin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovla yaxın münasibətlərinin olduğunu, bu işlə bağlı ona müraciət edib Emilə kömək etməsini xahiş edəcəyini bildirmişdir. Həmin vaxt hər ehtimala qarşı Emildən onun şəxsiyyət vəsiqəsi, hərbi biletini və sağlamlıq haqqında arayışını götürüb onlara məlumat verəcəyini demişdir. Daha sonra Şahid1lə danışıb ona bu işin alınmayacağnı bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs anası Şahid2 da ona müraciət edərək oğlu Emilə onun Qusar şəhərində “Bayraq” meydanının yanında işlətmək üçün götürdüyü restoranda iş verməsini xahiş etmişdir. O, Şahid2 restoranın kommunal borclarının yığıldığını, stol-stul olmadığını, restoranın hələ tam işə düşmədiyini demişdir. Beləliklə də, Şahid2 ilə də aralarında münasibət yaranmışdır. Bir müddət sonra Şahid2 yenidən ona zəng edib oğlu Emili restoranda işə düzəltməsinin mümkün olub-olmadığı ilə maraqlananda, Şahid2 restorana stol-stul almaq, kommunal borclarını ödəməkdən ötrü 1000 manat məbləğində borc verməsini, restoran işə başladıqdan sonra Emili də yanına işə götürəcəyini bildirmişdir. Şahid2 da ona 1000 manat borc verəcəyinə söz vermişdir. Bu söhbətdən sonra Şahid2 onun bank kartına 730 manat məbləğində pul göndərmişdir. Bu pulları da müxtəlif vaxtlarda 500 manat, 200 manat, 30 manat olmaqla göndərmişdir. Lakin Şahid2 bu pulları ona göndərdikləri tarixləri dəqiq olaraq xatırlamır. Bundan sonra Aydın Əzizovun şikayəti əsasında 27 mart 2021-ci il tarixdə Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq barəsində cinayət işi başlanılmış, daha sonra isə həbs edilmişdir. Bu səbəbdən Şahid2 aldığı 730 manat məbləğində borcu qaytara bilməmişdir. Bundan başqa nə Şahid2, nə də onun oğlu Zərərçəkmiş şəxs işə qoymaqla bağlı heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 Şahid5 ilə aralarında olan söhbətdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs Qusar şəhərində “Bayraq” Meydanında işlətdiyi kafeyə gəlib ondan iş istəməsi ilə əlaqədar tanımışdır. Şahid2 və Şahid1 ilə də Emil vasitəsi ilə tanış olmuş, yəqin onun nömrəsini də onlara Emil özü vermişdir. Şahid5 ümumiyyətlə Zərərçəkmiş şəxs işə düzəlməsi məsələsinə aidiyyatı olmamışdır. 2019-cu ilin sonlarında “Xutorok” Ailəvi istirahət mərkəzində Şahid1 və Zərərçəkmiş şəxsla X5 Nazirliyinə yanğın söndürən kimi işə düzəltdirmək üçün görüşərkən ora Şahid5 çağırması, Bəylərin həmin yerə gəlməsini, onlarla oturmasını xatırlamamışdır. Heç vaxt Zərərçəkmiş şəxs və Şahid1 ilə Bakı şəhərində görüşməmiş, onlar ona heç bir məbləğdə pul verməmişlər, yalnız Lalə Feyzullayevdan 730 manat məbləğində borc almışdır. O, heç vaxt nə Zərərçəkmiş şəxs, nə Şahid2, nə də Şahid1 Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsində işləyən general rütbəli tanışı vasitəsilə işə qoyacağını, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası FHN-nə işə düzəltmək üçün 5000 manat pulu həmin generala verəcəyini bildirməmişdir. 2020-ci ilin təxminən mart-may ayları aralığında, Zərərçəkmiş şəxs FHN-nin tibbi komissiyasından keçirilməsi ilə bağlı komissiya üzvlərinə vermək üçün X7 Kompleksinin yanında Şahid2 və Şahid1lə görüşüb onlardan 700 manat məbləğində pul götürməmiş, belə hadisə olmamışdır. Şahid2 730 manat məbləğində pulu ona Azərbaycan Respublikası FHN-nin Tibb komissiyasının üzvlərinə vermək üçün deyil, borc kimi vermişdir. O, heç vaxt Zərərçəkmiş şəxs Bakı şəhərinə çağırıb onu heç bir idarəyə aparmamış, Zərərçəkmiş şəxsla Bakı şəhərində görüşməmişdir. Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 ilə müxtəlif vaxtlarda telefonla əlaqə saxlamış, aralarında telefon danışıqları olmuş, lakin həmin telefon danışıqların məzmununu xatırlamamışdır. Qusar rayon polis şöbəsinin müstəntiqi ona 4730 manat pul yazdığını, onun işin bağlayıb Şüvəlana göndərəcəyini demişdir. İfadəyə nə yazıldığını fikir verməmiş, ifadəyə oxudumadan imza etmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi özünü təqsirli bilməməsinə dair xüsustalarla üzrə halları özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs oğlu məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ilkin ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti qismən etiraf etməsinə dair ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayəti qismən törətməsinə dair ifadəsini iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə baxmayaraq onun həmin cinayət əməlini törətməsi aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən payız aylarında anası Şahid2 işlədiyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Qusar rayonu Ləzə kənd sakini Bəylər adlı şəxsi görərkən onunla onun işə düzəlməsi məsələsi haqqında danışarkən Bəylər ona sonradan tanıdıqları, Qusar rayonu Bədirqala kənd sakini Təqsirləndirilən şəxs mobil telefon nömrəsini verərək kömək edə biləcəyini demişdir. O, anası Şahid2 və dayısı Şahid1 Təqsirləndirilən şəxsla onun istifadəsində olmuş “050 979-05- 74” və “050 585- 75-54” saylı mobil telefon nömrələri ilə və “whatsapp” mobil tətbiqi ilə müxtəlif vaxtlarda əlaqə saxlamışlar. Dayısı Şahid1 Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edib təxminən 2019-cu ilin sonlarında onunla Qusar şəhərində yerləşən “Xutorok” Ailəvi istirahət mərkəzində görüşüb onun işə düzəlməsi barədə söhbət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs dayısına onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəltdirəcəyinə söz vermiş bu işin həlli üçün ona 5.000 (beş min) manat pul verməli olduqlarını demiş, onlar da Həsənə inanıb razılaşmışlar. Təqsirləndirilən şəxs onlara özünü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qohumu kimi təqdim edərək geniş əlaqələrinin, tanışlarının olduğunu bildirib inandırmışdır. Təqsirləndirilən şəxs bu işi həll etmək üçün onun şəxsiyyət vəsiqəsi, hərbi bileti və sağlamlıq haqqında arayışı istədiyi üçün həmin sənədləri ona vermişlər. Həsən həmin sənədlərin əsillərini özündə saxlayaraq onun işini danışıb həll edəcəyinə söz vermişdir. Həsən onun işini həll etmək üçün ona 5.000 manat pul vermələrini bildirdiyindən, xalası Sitarədən 2000 manat, digər xalası Səxavətdən də 3000 manat borc götürüb 5000 manat pul düzəltmişlər. 20 yanvar 2020-ci il tarixdə, saat təxminən 11 radələrində dayısı Şahid1lə birlikdə Bakı şəhəri Avtovağzal ərazisində yerləşən, adını bilmədiyi kafedə Təqsirləndirilən şəxslə görüşmüşlər. Təqsirləndirilən şəxs bir daha onu FHN-nin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəltdirəcəyinə söz vermiş, Eldar Əzizovun onun əmisi olduğunu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsində işləyən general rütbəli tanışının olduğunu, onun işini həmin general vasitəsi ilə həll edəcəyini, eləcə də başqa işə düzəlmək istəyən şəxslər olduğu halda ona xəbər etmələrini, həmin işin başqaları tərəfindən səkkiz-on min manata düzəldildiyini, lakin özünün isə beş min manata tam olaraq onu işlə təmin elətdirəcəyini demişdir. Təqsirləndirilən şəxs onun işə qəbul olunması üçün 5000 manat pulu həmin generala verəcəyini, işi düzəldəndən sonra da onun özünə imkanları çatan qədər hörmət etməli olduqlarını bildirmişdir. Onlar da bir daha ona inanmışlar. Dayısı Sahil elə orada Həsənə 5000 manat məbləğində pul vermişdir. Həsən bu pulu alıb gözləmələrini, təxminən iki ay müddətinə onu işə düzəltdirəcəyini demişdir. Onlar sonra oradan Qusar rayonuna qayıtmışlar. 2020-ci ilin təxminən yanvar ayının axırları - fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə zəng edərək FHN-də general rütbəli tanışının ona baxıb yoxlamaq istədiyini, ona görə də Bakı şəhərinə getməsini bildirmişdir. O da Bakı şəhərinə getmiş, Həsənlə görüşmüşdür. Təqsirləndirilən şəxs “KİA” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı, boz rəngli avtomobili ilə təxminən 5 dəqiqə ərzində hərəkət etdikdən sonra Həsən generalın olduğu idarəyə çatdıqlarını bildirmişdir. Onlar içəri daxil olduqda Həsən ona dəhlizdə gözləməsini demiş, həmin binanın birinci mərtəbəsində dəhlizdə gözləyərkən Həsən ikinci mərtəbəyə qalxıb düşmüşdür. Sonra isə ona yaxınlaşıb general rütbəli tanışının kamera cihazlarından onu gördüyünü və bəyəndiyini bildirmişdir. Həsən onu inandırmaq üçün yalandan generalın onu nəzərdə tutaraq “qırmızı yanaq” oğlanı bəyəndiyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs bir dəfə də Bakı şəhərinə gəlib tibbi komissiyadan keçdikdən sonra işinin düzələcəyini demişdir. Bundan sonra isə Həsənlə Qusar rayonuna qayıtmışlar. Həsən işinin düzəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tibb komissiyasından keçirilməsi üçün, həmin komissiyanın üzvlərinə vermək məqsədilə əlavə olaraq yenə də pul verməli olduqlarını demişdir. Ona görə də, bu pulu düzəltmək üçün xalası Sitarədən 700 manat borc almışlar, 2020-ci ilin təxminən mart- may ayları aralığında X7 Kompleksinin yanında anası və dayısı Şahid1 ilə görüşmüş, həmin vaxt dayısı Şahid1 Təqsirləndirilən şəxs 700 manat məbləğində pul vermişdir. Həsən bu pulun da komissiya üzvlərinə çatacağını bildirmişdir. Təqsirləndirilən şəxs onu tibbi komissiyadan keçirmək adı ilə anası Şahid2 müxtəlif vaxtlarda həmin komissiyanın üzvlərinə vermək üçün əlavə olaraq yenə də pul istəmişdir. Ona görə də, anası Şahid2 xx.xx.2020-ci il tarixdə, saat 08:57:21-də Təqsirləndirilən şəxs adına olan, onun bildirdiyi ******************** kart hesab nömrəsinə Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 500 manat, xx.xx.2021-ci il tarixdə, saat 08:49:50-də həmin “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 200 manat, xx.xx.2021-ci il tarixdə, saat 08:43:59-də həmin “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 30 manat olmaqla, cəmi 730 manat məbləğində pul göndərmişdir. Həsən hər dəfə anasına komissiyadan keçmək üçün pulun az olduğunu deyib bu pulları almışdır. Dəfələrlə Təqsirləndirilən şəxs işinin nə yerdə qaldığı barədə maraqlansalar da, o, hər dəfə gözləməli olduqlarını deyib onları aldatmış, onun işini isə düzəltməmişdir. 18 oktyabr 2020-ci il tarixdə könüllü olaraq İİ Qarabağ Müharibəsinə yollanmışdır. Müharibədə olduğu müddətdə anası Lalə və dayısı Sahil Qusar rayonu Bədirqala kənd sakini Təqsirləndirilən şəxsla dəfələrlə əlaqə saxlasa da, o, onları aldatmağa davam etmiş, müxtəlif aldadıcı vədlər vermişdir. Təqsirləndirilən şəxs özündə saxladığı onun şəxsiyyət vəsiqəsinin əslini 2020-ci ilin əvvəllərində, hərbi biletinin əslini isə həmin ilin sonlarında qaytarmışdır. 09 yanvar 2021-ci il tarixdə müharibədən qayıtdıqdan sonra Həsənlə “whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxladıqda Həsən ona “Novruz bayramı”na qədər işinin həll olunacağını bildirsə də, bundan sonra işin nə yerdə olduğunu öyrənmək üçün dəfələrlə Təqsirləndirilən şəxs ilə “whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlasa da o, əvvəlcə zənglərinə cavab verməmiş, daha sonra isə onun telefon nömrəsinə bir daha zəng çatmamış, Həsən onunla görüşməkdən yayınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onu aldatdığını başa düşmüşdür. Təqsirləndirilən şəxs onu işə düzəldəcəyini yalandan vəd verib cəmi 6.430 (altı min dörd yüz otuz) manat məbləğində pulunu ələ keçirmişdir. Bu pulun bir qismini də xalalarından borc götürmüşlər, bir hissəsini də özü əziyyətlə qəpikqəpik yığıb düzəltmişdir. Anası Şahid2 Təqsirləndirilən şəxs “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə göndərdiyi 730 manat məbləğində pullar da ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs onlara Azərbaycan Respublikası FHN-də rəhbər vəzifədə işləyən general rütbəli tanışının ad və soyadını deməmiş, bu barədə ətraflı məlumat verməmişdir. Həsənə çox etibar etdiklərinə, özünü hər yerə əli çatan adam kimi təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun qardaşı oğlu olduğunu bildirdiyinə görə onun sözlərinə inanmışlar. Təqsirləndirilən şəxs onunla “050 979-05-74” və “050 585-75-54” saylı mobil telefonlarla və “whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxsla Bakı şəhəri Avtovağzal ərazisində yerləşən kafedə görüşüb ona 5000 manat məbləğində pul verərkən orada özü, dayısı Şahid1 və Təqsirləndirilən şəxs başqa heç kəs olmamışdır. Hazırda ona vurulmuş olan maddi ziyan ödənəilməmiş, həmin pulun qaytarılmasını, qaytarmadığı halda ona cəza verilməsini xahiş etmişdir Məhkəmə islasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də dermoid kista və öd kisəsindən əməliyyat olunaraq orada stasionar qaydada müalicə olunmuşdur. Həmin vaxtlarda xəstəxananın cərrahiyə şöbəsində porter işləyən, Qusar rayonu Hil kənd sakini Şahid2 tanımış, onunla ailə haqqında söhbətlər apararkən Lalə oğlu Zərərçəkmiş şəxs haqqında ona danışmışdır. 2019-cu ilin təxminən noyabr ayında qaynı X4 vasitəsi ilə Qusar rayonu Bədirqala kənd sakini Təqsirləndirilən şəxslə tanış olmuşdur. Onunla görüşüb söhbət etdiyi müddətlərdə özünü tanışlı-bilişli şəxs, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qohumu olduğunu, əlinin hər yerə çatdığını, istənilən məsələ ilə bağlı ona müraciət edə biləcəyini dedi. Şahid2 ona oğlu Zərərçəkmiş şəxs işsiz olduğunu, onun üçün iş axtardığını dediyinə görə o, da Şahid2 ilə danışarkən tanışlı-bilişli Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu bildirmişdir. Şahid2 da həmin şəxsin ona oğlunun işə düzəlməsində köməklik göstərməsi üçün onun mobil telefon nömrəsini soruşmuş, o, da Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona demişdir. Bir müddət sonra 2019-cu ilin təxminən dekabr ayında Həsən ona zəng etmiş Şahid2 oğlu Emilin işə düzəltməsi üçün ona müraciət etdiyini, bu məsələ ilə bağlı Emillə Qusar şəhərində yerləşən “Xutorok” Ailəvi istirahət mərkəzində görüşəcəyini deyib ora gəlib Emillə onu tanış etməsini xahiş etmişdir. O, da Həsənin xahişini yerə salmamış “Xutorok” Ailəvi istirahət mərkəzinə getmişdir. Orada Həsənlə görüşə Emilin dayısı Sahil gəldi, onlarla görüşüb birlikdə restoranda olan kabinetlərdən birinə keçib 1 stəkan çay içib söhbətlərini rahat danışmaları üçün stoldan qalxmışdır. Bir neçə dəqiqə bayırda telefonla danışdıqdan sonra onlarla sağollaşıb getmiş, Həsənlə Sahil arasında olan söhbətdə iştirak etməmişdir. Sonradan Şahid2 öyrənmişdir ki, Təqsirləndirilən şəxs Şahid2 oğlu Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi işə düzəltdirəcəyini yalandan vəd verib aldadaraq xeyli miqdarda pullarını ələ keçirib, bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aldadıldığı üçün oğlu Zərərçəkmiş şəxs onun barəsində şikayət ərizəsi ilə Qusar rayon prokurorluğuna müraciət etmişdir. Təqsirləndirilən şəxslə tanış olarkən ona özünü tanışlı-bilişli şəxs, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qohumu olduğunu, əlinin hər yerə çatdığını bildirmişdir. Buna baxmayaraq onun Qusar rayonu Hil kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon dövlət yanğından mühafizə hissəsinə yanğınsöndürən kimi hansı yolla, kimin vasitəsi ilə işə düzəltmək istədiyi barədə dəqiq bilməmişdir. Bu məsələni sonradan Şahid2 öyrənmişdir. Həsən onunla ilk dəfə görüşdükləri vaxtdan özünü Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının yaxın qohumu kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs konkret olaraq başqa hər hansı digər şəxsi işə düzəltdirmək adı ilə aldadıb pulunu ələ keçirib-keçirməməsi, başqa qanunsuz hərəkətlərə yol verib-verməməsi barədə dəqiq məlumatı olmamamışdır. Həsən onunla ilk dəfə görüşdükləri vaxtdan özünü Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının yaxın qohumu kimi təqdim etmişdir. Şahid2 onun oğlunun işə düzəlməsində köməklik göstərməsi üçün Həsənin mobil telefon nömrəsini vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 Bünyad qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri aparılmış və üzləşdirmələr zamanı da Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 ifadələrində göstərdikləri xüsusatları onun üzünə qarşı deməklə təsdiq etmişlər. İş materiallarında olan baxış keçirilməsi haqqında 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid2 təqdim etdiyi özünə məxsus “055 656-25-94” saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994 50- 585-75-54” saylı mobil telefon nömrəsi arasında “whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmış 22 vərəqdən ibarət mesajların fotoşəkillərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 may 2020-ci il tarixdə, saat 18:33-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994 50- 585-75-54” saylı mobil telefon nömrəsindən “whatsapp” mobil tətbiqi vasitəsi ilə Şahid2 “Hesen qardawim salam necesen bayraminizda mübarek olsun 1200 manat verdim yene qebul etmedi bunuda qaninda ermeni qani var 1500 awaqi duwmur komissiyanın sediri 10 neferden biride avariyaya duwub onun yerine isteyen olsa xeber edersiz duzelderiy” yazmış, 29 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid2 həmin nömrədən “whatsapp” mobil tətbiqi vasitəsi saat 14:06-da “salam, uwaqdan ne xeber, ayin 10 nuna kimi pulu götürecem, getirib verecem” yazmış, “13 noyabr 2020-ci il tarixdə Şahid2 Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 50 *** ** ** saylı mobil telefon nömrəsinə “whatsapp” mobil tətbiqi vasitəsi ilə kiril qrafikalı əlifba ilə “Сен не вахт пулу гайтарачагсан, не вахта кими гозлейим” yazmış, 26 noyabr 2020-ci il tarixdə, saat 08:22-də Təqsirləndirilən şəxs Şahid2 “sabahin xeyir uwaq geldi? Uwaq gelen kimi xeber ele mene” yazmış, saat 09:14-də Şahid2 “салам гелмейиб, Ушаг гелен Кими нейнирсенки ушагдан, Сен нечесен, сагалмысан” yazmış, Təqsirləndirilən şəxs da cavab olaraq “uwaq gelsin yerlewdirim onu yerine, deyecem özü geder yaxınlawar ora” yazmış, saat 09:26-da Şahid2 Təqsirləndirilən şəxs “Баша душмедим ушагы Хара йерлешдирирсиз?” yazmış, Təqsirləndirilən şəxs saat 09:27-də “iw yerine” yazmış, Şahid2 cavabında “пожарнайа? Гебул елейирлер? Joxca нече?” yazmış, Təqsirləndirilən şəxs da “he hel edecekler” yazmış, saat 09:36-da Şahid2 “Не вахт олачаг иш, Уже инанмырам валлах, Бир ил олду” yazmış, saat 09:37-də Təqsirləndirilən şəxs cavabında “bizim günahımız olmayinki, karantin virus cixardanlara inama, bizim yalnimiz yoxdu” yazmış, xx.xx.2020-ci il tarixdə Şahid2 Təqsirləndirilən şəxs saat 11:43-də “салам нийе чаваб вермирсен” yazmış, Təqsirləndirilən şəxs saat 14:46-da “başqa yerdeyem” yazmış, Şahid2 saat 11:47-də Başqa yerde olanda Cavab vermirler?” yazmış, Təqsirləndirilən şəxs saat ll:47-də “? Uwaq gelib” yazmış, Şahid2 cavabında “Jox” yazmış, Təqsirləndirilən şəxs da cavabında “gelne kimi xeber ele” yazmış, 12 dekabr 2020-ci il tarixdə, saat 21:48-də Şahid2 Təqsirləndirilən şəxs “чаваб вермийечексен? Нийетин неди сенин” yazmış, Təqsirləndirilən şəxs saat 21 :-50-də cavabında “salam uwaq geldi?” yazmış, Şahid2 saat 21:50-də cavabında “йох, нийе чаваб вермирсен” yazmış, Təqsirləndirilən şəxs cavabında “gelde, xeber, ele” yazmış, 03 yanvar 2021-ci il tarixdə Şahid2 saat 15:16-da Təqsirləndirilən şəxs “оглум дейир апреле Кими бурахмыр, оглум келенде апрелде ишин сора демезсенки галмады йери?” yazmış, Təqsirləndirilən şəxs cavabında saat 19:52-də “niye demeliyemki”, yazmış, 05 yanvar 2021-ci il tarixdə saat 20:39-da Təqsirləndirilən şəxs L.Feyzullyevaya “men istemirem hecne” yazmış, Şahid2 cavabında “opa дейирем” yazmış, Təqsirləndirilən şəxs da cavabında “8 min deyirler” yazmış, 11 fevral 2021-ci il tarixdə, saat 20:50-də Təqsirləndirilən şəxs L.Feyzullyevaya “bu ay onun iw sohbetine son qoyacam” yazmış, Şahid2 Təqsirləndirilən şəxs saat 20:51-də “мен иш уже истемирем все, сен пулу гайтар менде борчу гайтарым” yazmış, cavabında Təqsirləndirilən şəxs saat 20:52-də “yoxx iw hell olunub sen ne daniwirsan meni mehv ederler” yazmış, saat 21:07-də Şahid2 Təqsirləndirilən şəxs “бес 1000 фаиз бес дузелмишди дейирдин ушагын иши геленкими ише чыхачаг дейирдин инди не олду, дузелмирсе деки ишин дузелмир ушаг башга ише кетсин” yazmış, saat 22:02-də Şahid2 Təqsirləndirilən şəxs “фекаладанын баш идаресинде таныш адамы тапмышам онан хаиш елейиб бахтырарам ушагын документлери ора вермисен” 12 fevral 2021-ci il tarixdə, saat 15:12-də Təqsirləndirilən şəxs L.Feyzullyevaya “muellimin yandayam yigacam” yazmış, bundan başqa, Təqsirləndirilən şəxsla Şahid2 arasında olan həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs Şahid2 “deyiremki işe girmey isteyir bir oğlan onuda goturub geteribler yanima deyirik bunuda duzelt, ucneferliy yer var, zeng eledim danışdım, az verir 4000 varimdi, mende dedim alinmir”, Şahid2 cavabında “бес демедин 2000 мина дузелтирсен иши”, Təqsirləndirilən şəxs da cavabında “fovqaldiya??” yazmış, baxış zamanı həmçinin 2020-ci ilin avqust-sentyabr ayları ərzində Lalə Feyzulleyva ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs işə düzəldilməsi ilə bağlı Şahid2 Təqsirləndirilən şəxs ona verilmiş pulu və Zərərçəkmiş şəxs sənədlərini geri istəməsi barədə çoxsaylı yazışmaların olması müəyyən müəyyən edilmiş, bundan başqa Şahid2 Təqsirləndirilən şəxsla arasında olan “whatsapp” mobil tətbiqi ilə aparılmış danışıqlarda Təqsirləndirilən şəxs ona 2 ədəd öz fotoşəklini göndərməsi, tətbiqin profil şəkli bölməsində də Təqsirləndirilən şəxs fotoşəkli olması müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 157000/2- 1449 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-1449 saylı məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan plastik kart vasitəsi ilə Qusar şəhəri, E.İbrahimova küçəsi, 6A (Magnit mağazası) və Qusar şəhəri (Pioneer mağazası) ünvanlarında yerləşən bamkomatlar vasitəsi ilə nağdlaşdırma əməliyyatları aparmasına dair görüntülərin əks olunduğu CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat ll:00:07-dən saat ll:00:46-a qədər olan müddətdə Təqsirləndirilən şəxs bankomata yaxınlaşıb pul çıxardıb daha sonra bankomatın qarşısında olan boz rəngli avtomobilə əyləşmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus ******************** mədaxil hesab nömrəsinə pul vəsaitlərini göndərməsinə dair 03 ədəd qəbzə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 08:57:21-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs məxsus ******************** mədaxil hesab nömrəsinə 500 manat məbləğində pul vəsaiti, xx.xx.2021-ci il tarixdə, saat 08:49:50-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs məxsus ******************** mədaxil hesab nömrəsinə 200 manat məbləğində pul vəsaiti, xx.xx.2021 -ci il tarixdə, saat 08:49:50-də Qusar şəhəri, N.Şərifov küçəsi, Rossiya Marketin qarşısında yerləşən “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə Təqsirləndirilən şəxs məxsus ******************** mədaxil hesab nömrəsinə 30 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1227 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “050 979-05-74” və “050 585-75-54”, Şahid1 istifadəsində olmuş “050 637-50- 88” saylı mobil nömrənin 01 yanvar 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş “050 585-75-54” saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş “077 727-22-65”, Şahid1 istifadəsində olmuş “050 637-50-88” və “070 726-88-50”, Şahid2 istifadəsində olmuş “070 508-06-83” nömrələri arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif vaxtlarda danışıqlar aparılması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “050 585- 75-54” mobil telefon nömrəsinin xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Bakı şəhəri ərazisindəki anten dairələrində olduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-14734/22 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Şahid2 istifadəsində olmuş “***-***- **-** saylı”, Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” saylı, Şahid1 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələrin 01 yanvar 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrələrinin Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə telefon danışıqlarının aparılması müəyyən edilmişdir. Baxış zamanı Şahid1 istifadəsində olmuş “***-***-**-** saylı” mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə saat 1 l:33-dən saat 13:23-dək Bakı şəhəri ərazisindəki anten dairələrində olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 157000/2- 1449 saylı məktubdan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs “MilliÖn elektron ödəmə terminal sistemi” vasitəsilə 730 manat pul köçürtdüyü ******************** saylı mədaxil nömrəsinin kimə məxsus olması, Şahid2 həmin hesab nömrəsinə köçürtdüyü xx.xx.2020-ci il tarixdə, saat 08:57:21 - də 500 manat, xx.xx.2021 -ci il tarixdə, saat 08:49:50-də 200 manat, xx.xx.2021-ci il tarixdə, saat 08:43:59-də həmin 30 manat pulun nə vaxt, hansı ərazidə kim tərəfindən nağdlaşdırılması barədə məlumatların "xxxx" ASCdən götürülməsi barədə Qusar Rayon Məhkəməsinin 5(029)-7/2022 saylı qərarına əsasən "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 157000/2-1449 saylı məktubdan görünür ki, qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan plastik kart vasitəsi ilə Qusar şəhəri, E.İbrahimova küçəsi, 6A (Magnit mağazası) və Qusar şəhəri (Pioneer mağazası) ünvanlarında yerləşən bankavtomatlar vasitəsi ilə nağdlaşdırma əməliyyatları aparılmış həmin əməliyyatlara dair görüntülər diskə əlavə edilərək təqdim edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika Şöbəsində həkim narkoloqun qeydiyyatında yoxdur, “F.22.0 Sayıqlama pozunutusu” diaqnozu ilə həkim psixiatrın ambulator qeydiyyatındadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Quba PNRM-nə müraciət etməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1-ci maddələri müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1 (029)- 76/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilmiş, ona 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (060)-115/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 01 il sınaq müddəti ilə müəyyən edilmiş şərti məhkum etmə ləğv edilmiş, həmin hökmlə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (060)- 115/2021 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il (07) yeddi ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-189/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 07 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazrıki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-1520/2022 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə məhkum olunmasına dair 1(101)-189/2022 saylı, 18 may 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Güründüyü kimi Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-189/2022 saylı hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-189/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmdəki ilk epizodu xx.xx.2019-cu il tarixdə, sonuncu epizodu isə xx.xx.2020-ci il tarixdə törətmişdir. Hal-hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs cinayət əməlini isə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək törədir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırkı cinayət işi üzrə cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-189/2022 saylı hökmü elan olunmamışdan və qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-189/2022 saylı hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə CM-nin 66.5-ci maddəsinə əsasən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan halları nəzərə alaraq, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzalarını təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, belə olan halda cəzanın məqsədi təmin edilə bilməz. Təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Hazırkı iş üzrə CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-189/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 mart 2022ci il tarixdən hesablanmaqla ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-189/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həmin hökmlə təyin edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkməsinin müəyyən edilməsi nəzərə alınmalı, həmçinin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 mart 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə üzrə maddi sübut olan Şahid2 Bunyatovanın təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus hesaba pul vəsaitlərinin göndərməsinə dair 03 ədəd qəbz cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2(iki) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-189/2022 saylı hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmə qismən toplamaq yolu ilə ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-189/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həmin hökmlə təyin edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkməsinin müəyyən edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə üzrə maddi sübut olan Şahid2 Bunyatovanın təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus hesaba pul vəsaitlərinin göndərməsinə dair 03 ədəd qəbz cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar