Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-3/2025 15.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə, xx xxxxx 1989-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə, xx xxxxxx 1987-c il tarixdə Xaçmaz rayonu, Vasilyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinirək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl şərti azad edilmiş) məhkumluğu ödənilməmiş, ünvan 4 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat təxminən 02-03 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq, evin həyətindəki tövləyə girib oradan 1100 manat dəyərində təmiz ət çəkisi təxminən 80 kq olan 1 baş dananı, 3000 manat dəyərində təmiz ət çəkisi təxminən 250 kq olan 1 baş inəyi gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat təxminən 02-03 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq, evin həyətindəki tövləyə girib oradan 2000 manat dəyərində təmiz ət çəkisi 150 kq olan baş inəyi gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 mart 2024-cü il tarixdə gecə saatlarında Xaçmaz rayonu Qaradağ-Buduq kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin qarşısına gələrək, evin darvazasını itələyərək açmaqla həyətə, oradan isə həyətdəki tövləyə qanunsuz daxil olmaqla tövlədən 400 manat dəyərində diri çəkisi 50 kiloqram olan 2-3 aylıq 01 baş dişi buzovu, 1800 manat dəyərində diri çəkisi 300 kiloqram olan 8 illik boğaz 01 baş inəyi və 1500 manat dəyərində diri çəkisi 270 kiloqram olan 1 baş 10 illik inəyi gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 3700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat təxminən 02-03 radələrində tanışları X4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq, evin həyətindəki tövləyə girib oradan 1100 manat dəyərində təmiz ət çəkisi təxminən 80 kq olan 1 baş dananı, 3000 manat dəyərində təmiz ət çəkisi təxminən 250 kq olan 1 baş inəyi gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat təxminən 02-03 radələrində tanışları X4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq, evin həyətindəki tövləyə girib oradan 2000 manat dəyərində təmiz ət çəkisi 150 kq olan baş inəyi gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat təxminən 02-03 radələrində tanışları X4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq, evin həyətindəki tövləyə girib oradan 1100 manat dəyərində təmiz ət çəkisi təxminən 80 kq olan 1 baş dananı, 3000 manat dəyərində təmiz ət çəkisi təxminən 250 kq olan 1 baş inəyi gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat təxminən 0203 radələrində tanışları X4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq, evin həyətindəki tövləyə girib oradan 2000 manat dəyərində təmiz ət çəkisi 150 kq olan baş inəyi gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun bu cinayətlərlə əlaqəsi yoxdur. Cinayəti etiraf etməsinin səbəbi digər şəxslərin ona qarşı ifadə vermələri olmuşdur. Digər təqsirləndirilən şəxslərin ona qarşı ifadə vermələrinin səbəbini bilmir. Təqsirləndirilən şəxs3 onun qonşusu olmuş, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 vasitəsi ilə tanış olmuşdur. İbtidai istintaq zamanı ona qarşı fiziki və psixi təsir olmuşdur. Bu barədə heç bir orqana şikayət etməmişdir. İbtidai istintaq zamanı vəkillə təmin olunmuş, ona edilmiş fiziki və psixi təsirlər barədə vəkilə məlumat verməmişdir. İbtidai istintaq zamanı ifadələrə məcbur olub imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs1 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 vasitəsi ilə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs3 ona tanışı Təqsirləndirilən şəxs2 özünə məxsus iribuynuzlu heyvanları satmaq istədiyini soruşmuş, o da Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs2 yanında gedib, iribuynuzlu heyvanların kimə məxsus olduğunu soruşan zaman Təqsirləndirilən şəxs2 yalandan Məşğulluq İdarəsindən dolanması üçün verilmiş ümumilikdə 21 baş xırda buynuzlu heyvanları satıb onların əvəzinə 3 baş iribuynuzlu heyvanlar aldığını bildirmiş, o da sonuncuya inanıb, iribuynuzlu heyvanların alışı və satışı ilə məşğul olan tanışı Şahid1 zəng edib, satılıq heyvanların olduğunu bildirmişdir. Həmin gün Şahid1, Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gəlib, 820 manata ondan 2 baş iribuynuzlu heyvanları almış, Təqsirləndirilən şəxs3la ona isə satılıq heyvanları satdıqlarına görə adama 50 manat pul vermişdir. 11 mart 2024-cü il tarixdə Xaçmaz rayon polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 satdığı 2 baş iribuynuzlu heyvanlar oğurluqdur, onun bununla bağlı əvvəlcədən heç bir məlumatı və əlaqəsi olmamışdır. 31 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3la Xaçmaz şəhəri ərazisində görüşüb, Qusar rayonu Kuzun qışlaq kəndi ərazisindən birlikdə oğurluq etməyi təklif etmiş, sonuncu da öz razılığını vermişdir. Bu zaman Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 da çağırmasını və oğurluğa getməzdən əvvəl mobil telefonları söndürməyi təklif etmişdir. 31 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixə keçən gecə, saat təxminən 01 radələrində onlar birlikdə onun idarə etdiyi “Qazel” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Kuzun qışlaq kəndinə getmişlər. Həmin gecə saat təxminən 02-03 radələrində idarə etdiyi "Qazel” markalı avtomobili qaranlıq yerdə saxlamış, onlar avtomobildən düşdükdən sonra o, ətrafı gözətləmək üçün avtomobilin yanında qalmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs3la birlikdə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 evinin həyətinə giriş qapıdan daxil olub, evin həyətindəki tövləyə giriş qapıdan girib oradan 2 baş iribuynuzlu heyvanları oğurlayıb, ona məxsus “Qazel” markalı avtomobilin yük hissəsinə yükləmişlər. Daha sonra isə onlar yaxınlıqda olan əvvəllər tanımadığı Qabil Osmanova məxsus evə tərəf getmiş, Təqsirləndirilən şəxs3 evin həyətinə tək başına giriş qapıdan daxil olmuş, Təqsirləndirilən şəxs2 isə ətrafı gözətləmək üçün küçədə qalmış və bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 1 baş iribuynuzlu heyvanı oğurlayıb küçəyə çıxarmış və onlar birlikdə həmin heyvanı ona məxsus “Qazel” markalı avtomobilin yük hissəsinə yükləyib, Xaçmaz şəhərinə qayıtmışlar. 01 aprel 2024-cü il tarixdə səhər saatlarında onlar Təqsirləndirilən şəxs2 yaşadığı evdən təxminən 200 metr yaxınlığında düşürüb iribuynuzlu heyvanları alışı və satışı ilə məşğul olan tanışları Şahid2 yaşadığı evə gedib, satılıq heyvanların olduğunu bildirmiş, sonuncu onlardan heyvanları oğurluq olub-olmadığını soruşan zaman onlar heyvanların oğurluq olmadığını bildirmiş, Şahid2 da onlara inanıb 3 baş iri buynuzlu heyvanlara görə onlara 3000 manat pul vermişdir. Bu zaman o, 1000 manat pulu özündə saxlamış, qalıq qalan 2000 manat pulu isə Təqsirləndirilən şəxs3 vermişdir. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bu cinayəti törətməmişdir.Onu gəlib yaşıl bağda iş yerindən aparmışlar. Onu Qusar rayonu, Polis şöbəsində döymüşlər, o da, Xaçmaz rayonunda oğurluq etdiyini demiş, lakin Qusar rayonunda heç bir oğurluq etmədiyini bildirmişdir. İfadə verən zaman heç kimin cinayət törətdiyini bildirməmişdir. İş materialları ilə tanış olmuş, ifadəsinə oxumadan imza etmişdir. İbtidai istintaq zamanı fiziki və psixi təsirə məruz qalmışdır. Barəsində qətimkan tədbirinə məhkəmədə baxılan zaman hakimə polislər tərəfindən fiziki və psixi təsirə məruz qalması barədə birdirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs2 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 yanvar 2024-cü il tarixdə işsiz və maddi imkanı aşağı olduğuna görə Məşğulluq İdarəsindən ona dolanması üçün ümumilikdə 21 baş xırda buynuzlu heyvanlar verilmiş, onları 1 həftə saxlayıb, daha sonra isə heyvanları saxlamaq üçün şəraiti və otu olmadığına görə 7 fevral tarixdə tanımadığı şəxsə ümumildikə 3.500 manata satmışdır. 29 fevral 2024-cü il tarixdə axşam saatlarında Xaçmaz rayonu, Qaradağ-buduq kəndində kafelərin birində tək başına oturaraq pivə içib, 01 mart 2024-cü il tarixdə saat təxminən 00-01 radələrində piyada evə qayıtmaq üçün kafedən çıxmışdır. Həmin gecə Xaçmaz rayonu Qaradağ-Buduq kəndində yerləşən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 evin yaxınlığından keçən zaman inək səsi eşidib, evin həyətinə tərəf yaxınlaşıb, evin həyətinin giriş qapısını əli ilə itələyib açıb daxil olmuş, daha sonra isə evin həyətindəki tövlənin giriş qapısını da əli ilə itələyib açaraq içəri girib oradan 3 baş iribuyznu heyvanları oğurlayıb özünə məxsus evin həyətindəki tövləyə salmışdır və anası Gülbəz Ərəstanovaya yalandan xırdabuynuzlu heyvanların satışından əldə etdiyi pulla özünə 3 baş iribuynuzlu heyvanları aldığını bildirmişdir. 09 mart 2024-cü il tarixdə səhər radələrində Xaçmaz şəhərin ərazisində tanışı Təqsirləndirilən şəxs3la görüşüb, sonuncuya özünə məxsus 1 baş inəyi satmaq istədiyi bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs3 onu tanışı Bəxtiyar Kanafıyevlə tanış edib, sonuncunun da vasitəçi olduğunu bildirmiş və Bəxtiyar Kanafıyev ondan iribuynuzlu heyvanın kimə məxsus olduğunu soruşan zaman yalandan Məşğulluq İdarəsindən ona dolanması üçün ümumilikdə 21 baş xırda buynuzlu heyvanları satıb onların əvəzinə 3 baş iribuynuzlu heyvanlar aldığını bildirmiş, Bəxtiyar Kanafıyev də ona inanıb, iribuynuzlu heyvanların alışı və satışı ilə məşğul olan tanışı Şahid1 zəng edib, satılıq heyvanların olduğunu bildirmişdir Həmin gün Şahid1 onun yaşadığı ünvana gəlib, 820 manata ondan 2 baş iribuynuzlu heyvanları almışdır. 11 mart 2024-cü il tarixdə Xaçmaz polis şöbəsinə dəvət olunmuş və orada törətdiyi oğurluq hadisəsini səmimi etiraf edərək, evin həyətindəki tövlədə saxladığı digər 1 baş iri buynuzlu heyvanı da polis əməkdaşlarına təhvil vermişdir. 31 mart 2024-cü il tarixdə axşam radələrində evdə olan zaman Təqsirləndirilən şəxs3 onun yaşadığı ünvana gəlib, birlikdə iribuynuzlu heyvanları oğurlamağı təklif etmiş, o da öz razılığını vermişdir. Həmin gün axşam radələrində Xaçmaz şəhərin ərazisində Bəxtiyar Kanafıyev və Təqsirləndirilən şəxs3la görüşüb, söhbət etmişlər. Söhbət zamanı Bəxtiyar Kanafıyev onlara oğurluğa gedən zaman mobil telefonları söndürməyi təklif etmiş, onlar da öz razılığını vermişlər. 31 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixə keçən gecə Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Bəxtiyar Kanafıyevlə birlikdə sonuncunun idarə etdiyi “Qazel” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Kuzun qışlaq kəndinə getmişlər. Həmin gecə saat təxminən 02-03 radələrində Bəxtiyar Kanafıyev idarə etdiyi "Qazel” markalı avtomobili qaranlıq yerdə saxlamış, onlar avtomobildən düşdükdən sonra Bəxtiyar Kanafıyev ətrafı gözətləmək üçün avtomobilin yanında qalmış, o isə Təqsirləndirilən şəxs3la birlikdə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 evinin həyətinə giriş qapıdan daxil olub, evin həyətindəki tövləyə də giriş qapıdan girib oradan 2 baş iribuynuzlu heyvanları oğurlayıb, Bəxtiyar Kanafıyevə məxsus “Qazel” markalı avtomobilin yük hissəsinə yükləmişlər. Daha sonra isə onlar yaxınlıqda olan əvvəllər tanımadığı Qabil Osmanova məxsus evə tərəf getmiş, Təqsirləndirilən şəxs3 evin həyətinə tək başına giriş qapıdan daxil olmuş, o, isə ətrafı gözətləmək üçün küçədə qalmış və bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 1 baş iribuynuzlu heyvanı oğurlayıb küçəyə çıxarmış və onlar birlikdə həmin heyvanı Bəxtiyar Kanafıyevin idarə etdiyi “Qazel” markalı avtomobilin yük hissəsinə yükləyib, Xaçmaz şəhərinə qayıtmışlar. 01 aprel 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onu yaşadığı evdən təxminən 200 metr yaxınlığında düşürüb çıxıb etmişlər. Həmin gün saat təxminən 12-13 radələrində Təqsirləndirilən şəxs3 onunla Xaçmaz şəhərin ərazisində görüşüb, oğurladıqları iribuynuzlu heyvanların satışından əldə olunmuş 3000 manat puldan 1000 manat pulu ona vermiş və o, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bu cinayəti törətməmişdir. Anar və Bəxtiyar, onun yaşadığı evdən bir az aralıda qalmışlar. Onu Polis şöbəsinə aparıb zorla cinayəti ona etiraf etdirmişlər. İbtidai istintaq zamanı polis əməkdaşları nə demişlərsə onu da yazmışdır. İbtidai istintaq zamanı onu polis əməkdaşları döymüşlər. Polis əməkdaşları tərəfindən döyüldüyünə görə heç bir orqana şikayət etməmiş, hətta bu barədə müdafiəçisinə də bildirməmişdir. O, zərərçəkmiş şəxslərə 1000 manatı ibtidai istintaq zamanı ödəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs3 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 mart 2024-cü il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs2la Xaçmaz şəhərin ərazisində görüşmüş və sonuncu satılıq 1 baş inəyin olduğunu bildirmişdir. Bu zaman tanışı Təqsirləndirilən şəxs1 zəng edib, tanışı Təqsirləndirilən şəxs2 satılıq iribuynuzlu heyvanların olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 də onların yanına gəlib, Təqsirləndirilən şəxs2 iri buyznulu heyvanların kimə məxsus olduğunu soruşan zaman sonuncu Təqsirləndirilən şəxs1 yalandan Məşğulluq İdarəsindən dolanması üçün verilmiş ümumilikdə 21 baş xırda buynuzlu heyvanları satıb onların əvəzinə 3 baş iribuynuzlu heyvanlar aldığını bildirmiş, Təqsirləndirilən şəxs1 də inanıb, iribuynuzlu heyvanların alışı və satışı ilə məşğul olan tanışı Şahid1 zəng edib, satılıq heyvanların olduğunu bildirmişdir Həmin gün Şahid1, Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gəlib, 820 manata ondan 2 baş iribuynuzlu heyvanları almış, Bəxtiyar Kanafıyevlə ona isə satılıq heyvanları tapdıqlarına görə adama 50 manat pul vermişdir. 11 mart 2024-cü il tarixdə Xaçmaz polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 satdığı 3 baş iribuynuzlu heyvanlar oğurluqdur, onun bununla bağlı əvvəlcədən heç bir məlumatı və əlaqəsi olmamışdır. 31 mart 2024-cü il tarixdə X6 şəhərin ərazisində görüşən zaman, sonuncu Qusar rayonu Kuzun qışlaq kəndin ərazisindən birlikdə iri buynuzlu heyvanları oğurlamağı təklif etmiş, o da öz razılığını vermişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona tanışı Təqsirləndirilən şəxs2 da çağırmasını və oğurluğa getməzdən əvvəl mobil telefonları söndürməyi təklif etmişdir. 31 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixə keçən gecə, saat təxminən 01 radələrində onlar birlikdə Bəxtiyar Kanafıyevin idarə etdiyi “Qazel” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Kuzun qışlaq kəndinə getmişlər. Həmin gecə saat təxminən 02-03 radələrində idarə etdiyi "Qazel” markalı avtomobili qaranlıq yerdə saxlamış, onlar avtomobildən düşdükdən sonra Bəxtiyar Kanafıyev, ətrafı gözətləmək üçün avtomobilin yanında qalmış, Təqsirləndirilən şəxs2 isə onunla birlikdə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 evinin həyətinə giriş qapıdan daxil olub, evin həyətindəki tövləyə də giriş qapıdan girib oradan 2 baş iribuynuzlu heyvanları oğurlayıb, Bəxtiyar Kanafıyevə məxsus “Qazel” markalı avtomobilin yük hissəsinə yükləmişlər. Daha sonra isə onlar yaxınlıqda olan əvvəllər tanımadığı Qabil Osmanova məxsus evə tərəf getmiş, o, evin həyətinə tək başına giriş qapıdan daxil olmuş, Təqsirləndirilən şəxs2 isə ətrafı gözətləmək üçün küçədə qalmış və bir neçə dəqiqə sonra o, evin həyətindəki tövlədən 1 baş iribuynuzlu heyvanı oğurlayıb küçəyə çıxarmış və onlar birlikdə həmin heyvanı Bəxtiyar Kanafıyevə məxsus “Qazel” markalı avtomobilin yük hissəsinə yükləyib, Xaçmaz şəhərinə qayıtmışlar. 01 aprel 2024cü il tarixdə səhər saatlarında onlar Təqsirləndirilən şəxs2 yaşadığı evin təxminən 200 metr yaxınlığında düşürüb iribuynuzlu heyvanları alışı və satışı ilə məşğul olan tanışları Şahid2 yaşadığı evə gedib, satılıq heyvanların olduğunu bildirmiş, sonuncu onlardan heyvanların oğurluq olub-olmadığını soruşan zaman onlar heyvanların oğurluq olmadığını bildirmiş, Şahid2 da onlara inanıb 3 baş iri buynuzlu heyvanlara görə onlara 3000 manat pul vermişdir. Bu zaman Bəxtiyar Kanafıyev 1000 manat pulu özündə saxlamış, qalıq qalan 2000 manat pulu isə ona vermişdir. Həmin gün saat təxminən 12, 13 radələrində Xaçmaz şəhərin ərazisində Təqsirləndirilən şəxs2la görüşüb, sonuncuya 1000 manat pul vermişdir Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəni iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 01 aprel 2024-cü il tarixdə, saat 06:30 radələrində evin həyətindəki tövləyə girən zaman təmiz ət çəkisi 150 kq olan 1 baş inəyin oğurlandığını görmüşdür. Həmin gecə qonşusu Zərərçəkmiş şəxs2 məxsus təmiz ət çəkisi 250 kq olan 1 baş inəyin və təmiz ət çəkisi 80 kq olan 1 baş dananın oğurlandığını xəbər tutmuş, buna baxmayaraq oğurluq hadisəsini törətmiş şəxsi özü tapmaq istədiyi üçün polisə məlumat verməmişdir. 29 aprel 2024-cü il tarixdə Qusar rayon polis şöbəsində ona məlum olmuşdur ki, ona məxsus 1 baş, qonşusu Zərərçəkmiş şəxs2 məxsus 2 baş iri buynuzlu heyvanları oğurlayan şəxslər Xaçmaz şəhər sakinləri Anar, Sərkər və Bəxtiyar adlı şəxslərdir. Halhazırda ona vurulmuş olan maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 01 aprel 2024-cü il tarixdə, saat 06:30 radələrində evin həyətinin və tövlənin giriş qapıların açıq olduğunu görüb arvadı Nahidə Nemətova ilə birlikdə tövləyə girən zaman ona məxsus təmiz ət çəkisi 250 kq olan 1 baş inəyin və təmiz ət çəkisi 80 kq olan 1 baş dananın oğurlandığı görmüş və qeyd olunan məsələ ilə bağlı Qusar RPŞ-nə ərizə ilə müraciət etmişdir. 01 aprel 2024-cü il tarixdə gecə saatlarında qonşusu Zərərçəkmiş şəxs1 məxsus təmiz çəkisi 150 kq olan 1 baş inək də oğurlanmışdır, lakin sonuncu oğurluq hadisəsini törətmiş şəxsi özü tapmaq qərarına gəldiyi üçün polisə məlumat verməmişdir. 29 aprel 2024-cü il tarixdə Qusar rayon polis şöbəsində ona məlum olmuşdur ki, ona məxsus 2 baş, qonşusu Zərərçəkmiş şəxs1 məxsus 1 baş iri buynuzlu heyvanları oğurlayan şəxslər Xaçmaz şəhər sakinləri Anar, Sərkər və Bəxtiyar adlı şəxslərdir. Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Sonda Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs3 isə 150 manat pul tələb etdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı isə şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, Xaçmaz rayonu ərazisində iribuynuzlu heyvanların satışı və alışı ilə məşğul olaraq, öz ailəsini dolandırmışdır. 09 mart 2024-cü il tarixdə tanışı Bəxtiyar Kanafıyev ona zəng edib, satılıq iribuynuzlu heyvanı olduğunu bildirmiş, o da əvvəllər tanımadığı Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedib, heyvanları baxıb, onların evin həyətində olduğunu, həmçinin sonuncunun da heyvanların oğurluq olmadığını dediyini görüb, inanmış və 820 manat Təqsirləndirilən şəxs2 2 baş iribuynuzlu heyvanları almışdır. 10 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 aldığı 2 baş iri buynuzlu heyvanları Xaçmaz şəhərində yerləşən heyvan bazarında satmaq istəyən zaman ona məlum olmuşdur ki, həmin heyvanlar oğurluqdur, bundan əvvəl onun həmin heyvanların oğurluq olması barədə heç bir məlumatı və əlaqəsi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, Xaçmaz rayonun ərazisində qəssab kimi işləyərək, öz ailəsini dolandırmışdır. 01 aprel 2024-cü il tarixdə səhər tezdən tanışları Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Bəxtiyar Kanafıyev sonuncunun idarə etdiyi “Qazel” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı ünvana gəlib, satılıq 3 baş iri buynuzlu heyvanların olduğunu bildirmişlər. Bu zaman heyvanlara baxıb, Təqsirləndirilən şəxs3 və Bəxtiyar Kanafıyevi uzun müddət iri buynuzlu heyvanların alverçiləri kimi tanıdığı üçün onlara inanıb 3 baş iribuynuzlu heyvanlara görə onlara 3000 manat pul vermişdir. Bir müddət sonra Qusar polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 və Bəxtiyar Kanafıyevin ona satdığı 3 baş iri buynuzlu heyvanlar oğurluqdur və həmin heyvanları Bəxtiyar, Sərkər və Anar adlı şəxslər Qusar rayonu ərazisindən oğurlamışlar. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 01 mart 2024-cü il tarixdə saat 05:30 radələrində evin həyətindəki tövləyə girən zaman ona məxsus təmiz ət çəkisi 50 kq olan 1 baş dana, təmiz ət çəkisi 300 kq olan 1 baş inək və təmiz ət çəkisi 270 kq olan 1 baş inəyin olmadığını görüb, tövləyə və küçəyə ətraflı baxış keçirib, heyvanların oğurlandığından əmin olduqdan sonra həmin gün səhər 06:21-də DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. 10 mart 2024-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhərində yerləşən heyvan bazarında ona məxsus heyvanları görüb, polisə məlumat vermişdir. Xaçmaz rayon Polis şöbəsində ona məlum olmuşdur ki, ona məxsus iribuynuzlu heyvanları oğurlayan şəxs Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2dur və ona məxsus oğurlanmış 3 baş iribuynuzlu heyvanlar qaytarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 aprel 2024-cü il tarixli 9/2205 nömrəli rəyindən görünür ki, 2024-cü ilin mart ayında diri çəkisi 50 kiloqram olan 2-3 aylıq 01 baş dişi buzovun dəyəri 400 manat, diri çəkisi 300 kiloqram olan 8 illik 01 baş boğaz inəyin dəyəri 1800 manat, diri çəkisi 270 kiloqram olan 01 baş 10 illik inəyin dəyəri isə 1500 manat təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 iyun 2024-cü il tarixli 9/3556 nömrəli rəyindən görünür ki, təmiz ət çəkisi təxminən 80 kq olan 01 baş malın dəyəri 1100 manat, təmiz ət çəkisi təxminən 250 kq olan 01 baş malın dəyəri 3000 manat, təmiz ət çəkisi təxminən 150 kq olan 01 baş malın dəyəri 2000 manat təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 ilə birlikdə Xaçmaz rayonu Qaradağ-buduq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs3 oğurlanmış 03 baş iri buynuzlu heyvanların oğurluq hadisəsindən əvvəl saxladığı tövləni göstərmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu Qaradağ-buduq kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evin həyəti setka hasarlanıb, evin qapı və pəncərələri bağlıdır, kənar şəxslərə giriş qadağandır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə birlikdə Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs2 oğurlanmış 02 baş iri buynuzlu heyvanların oğurluq hadisəsindən əvvəl saxladığı tövləni göstərmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evin həyəti mişar daşı hasarlanıb, evin qapı və pəncərələri bağlıdır, kənar şəxslərə giriş qadağandır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs1 oğurlanmış 01 baş iri buynuzlu heyvanın oğurluq hadisəsindən əvvəl saxladığı tövləni göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 tanışları Bəxtiyar Kanafıyev və Sərkrə Bayramovla birlikdə oğurluq etdikləri evə daxil olma üsulunu, iri buynuzlu heyvanları götürdüyü yerləri, oğurlanmış heyvanları “Qazel” markalı avtomobilə yüklədikləri yerləri göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 tanışları Bəxtiyar Kanafıyev və Təqsirləndirilən şəxs3la birlikdə oğurluq etdikləri heyvanı “Qazel” markalı avtomobilə yüklədikləri, ətrafı gözətləmək üçün dayandığı yerləri götərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması istintaq hərəkətləri keçirilmiş, Təqsirləndirilən şəxs2 oğurluq etdiyi evə daxil olma üsulunu, iri buynuzlu heyvanları götürdüyü yerləri və ifadələrində göstərdikləri bu və ya digər xüsusatlar foto çəkiliş vasitəsilə lentə alınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs X2 ifadələrinin yerində yoxlanılması istintaq hərəkətləri keçirilmiş, Bəxtiyar Kanafıyev oğurluq etdiyi evə daxil olma üsulunu, iri buynuzlu heyvanları götürdüyü yerləri və ifadələrində göstərdikləri bu və ya digər xüsusatlar təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 ifadələrinin yerində yoxlanılması istintaq hərəkətləri keçirilmiş, Təqsirləndirilən şəxs3 oğurluq etdiyi evə daxil olma üsulunu, iri buynuzlu heyvanları götürdüyü yerləri və ifadələrində göstərdikləri bu və ya digər xüsusatlar təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Qusar Rayon Polis şöbəsinin məktubundan görünür ki, X4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə Qusar Rayon Polis şöbəsinin MSY-nə gətirildikdən sonra həkim müayinəsi aparılmış, bədənlərində hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində olan cinayət işinə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs3 Qusar RPŞ-nin əməkdaşları tərəfində döymə və psixi təsirə məruz qalmasını bildirməsi ilə bağlı Qusar rayon prokurorluğu vasitəsi ilə Baş Prokurorluğa daxil olmuş məhkəmənin məlumatı əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və araşdırma ilə Qusar RPŞ-nin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün xx.xx.2024-cü il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və bu barədə hüquqları izah olunmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq məlumatlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinirək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur. 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə. 83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs3 törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş və onun əməlində cinayətlərin residivi mövcuddur. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs3 əməllərində cinayətlərin residivi olduğuna görə ona təyin ediləcək cəza təqsirli bilindikləri maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluq cinayət törətmiş şəxslə dövlət arasında xüsusi cinayət-hüquqi münasibətlərin yaranmasına səbəb olur. Məhkumluğun mahiyyəti ondan ibarətdir ki, cəzasını çəkmiş şəxs yeni cinayət törətmə şübhəsi altında qalmaqda davam edir və şəxsin yeni cinayət törətməsi halında onun məhkumluğu əlavə cinayət-hüquqi yüklülüyün yaranması üçün əsas olur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi təqsirli bilinirək 05 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 318.1, 334.1-ci maddələri təqsirli bilinirək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri təqsirli bilinirək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2-ci maddələri təqsirli bilinirək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,xx.xx.2019-cu il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur. 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə. 83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla təqsirləndirilən şəxslər X4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməlini törətməkdə təqsirlidirlər, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildikləri CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər X4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X2 himayəsində bir azyaşlı uşağı var. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X4 başqa ölkələrin ərazisində məhəlli müharibələrində və hərbi münaqişələrində hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə 80 manat pensiya alır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X4 müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X4 zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs X2 himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs X2 ölkələrin ərazisində məhəlli müharibələrində və hərbi münaqişələrində hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə 80 manat pensiya almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs X2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, X4 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə X3 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, X2 dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X2 üzərinə yaşadığı Xaçmaz şəhəri, A.Səlimov küçəsi, ev 53-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, X4 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, X4 barəsində 02 may 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin tarixdə də Qusar RPŞ-nin MSYdən azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, X2 məhkəməyədək icraat zamanı 30 aprel 2024-cü il tarixdən 02 may 2024-cü il tarixə kimi tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və X2 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağı var. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs3 150 manat tələb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi digər epizodlar üzrə zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağın olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini, ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi hallarını Cinayət Məcəlləsinin 59.1.4; 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivi onların cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residivi mövcuddur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 hazırda islah olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 02 may 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməllərində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu andan yəni,15 aprel 2025-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Ərəstun oğlu zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 Ərəstun oğlunun zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Ərəstun oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 Ərəstun oğlunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Ərəstun oğlu azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 Ərəstun oğluna cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Əvvəllər, Təqsirləndirilən şəxs2 Ərəstun oğlu cinayət törətməyə görə məhkum olunsa da hal-hazırda məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Ərəstun oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Ərəstun oğluna təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs2 Ərəstun oğlu dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 53-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 mart 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin icraatında olan iş üzrə 12 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsindən “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; Təqsirləndirilən şəxs2 12 mart 2024-cü il tarixdən hazırkı iş üzrə hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmalıdır Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 12 mart 2024-cü il tarixdən hazırkı iş üzrə hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il, 01 (bir) ay, 03 (üç) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 02 ədəd fotoşəkillər, “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 05 ədəd fotoşəkillər, Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 04 ədəd fotoşəkillər, “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 08 ədəd fotoşəkillər, “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 03 ədəd fotoşəkillər, “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024cü il tarixli protokol və protokola əlavə edilmiş 04 ədəd fotoşəkillər, “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokol,“İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokollar cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs3 məxsus 3 baş iri buynuzlu heyvanların Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci 100 (yüz) manat X1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs3 isə 150 manat pul tələb etməsi ilə bağlı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 məhkəməyədək icraat zamanı həbsdə qaldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, X3 təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və X3 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin X2 üzərinə yaşadığı Xaçmaz şəhəri, A.Səlimov küçəsi, ev 53-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X4 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 30 aprel 2024-cü il tarixdən 02 may 2024-cü il tarixə kimi şübhəli qismində tutulduğu 2 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı Qusar rayon məhkəməsi tərəfindən həbs edildiyi tarixdən 15 aprel 2025-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs3 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 12 mart 2024-cü il tarixdən hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il, 01 (bir) ay, 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 2 (iki) il, 02 (iki) ay, 06 (altı) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq 09 (doqquz) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 53-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə maddi sübut olan Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 02 ədəd fotoşəkillər,“Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 05 ədəd fotoşəkillər, Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 04 ədəd fotoşəkillər, “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 08 ədəd fotoşəkillər, “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 03 ədəd fotoşəkillər, “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024cü il tarixli protokol və protokola əlavə edilmiş 04 ədəd fotoşəkillər, “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokol,“İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokollar cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Zərərçəkmiş şəxs3 məxsus 3 baş iri buynuzlu heyvanların Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci 100 (yüz) manat X1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (həbsdə olan Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan) Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-3/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-3/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver