Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-30/2021 19.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, 13 yanvar 2021-ci il tarixdə tutulmuş, barəsində Qusar rayon məhkəməsi tərəfindən 15 yanvar 2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 19.11.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, onun bir hissəsini özü üçün istifadə etmiş, digər 2 kağız bükümü narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq saxlamış və daşımış, 22 noyabr 2020-ci il tarixdə saat 13:15 radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, saxlanılıb Qusar RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd kağız bükümdə doldurulmuş təmiz çəkisi 0,125 qram və əynində olan gödəkçənin sol iç cibində 1 ədəd kağız bükümdə doldurulmuş təmiz çəkisi 9,151 qram, ümumilikdə isə təmiz çəkisi 9,276 qram narkoitik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respubılikasının CM-nin 221-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilmişdir. 3-4 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 19 noyabr 2020-ci il tarixdə Qusar şəhərində “Atlant” mağazasının yaxınlığında yerləşən şüşə sexinin yanındakı zibil yeşiyinin yanından falqaya bükülmüş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuana tapmış, həmin marixuananın bir hissəsini çəkmiş, qalan hissədən bir dəfə istifadə üçün ayırmış, qalanını isə saxlamışdır. Həmin narkotik vasitədən heç kimə satmamış, yalnız öz istifadəsi üçün saxlamışdır. Bundan sonra 22 noyabr 2020-ci il tarixdə o, yaşadığı evə gedərkən polis əməkdaşları onu saxlayıb Qusar rayon Polis Şöbəsinə aparmışlar və orada onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitənin ümumi çəkisi 9,276 qram olmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır, həmin hərəkətlərə görə utanır, sıxılır, bir daha narkotik vasitədən istifadə etməyəcəyi barədə tövbə etmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin İTB-nin polis nəfəri vəzifəsində işləyir. 22 noyabr 2020-ci il tarixdə o, digər polis nəfəri Şahid4la birlikdə Qusar şəhəri Z.Əliyeva küçəsində xidmətdə olarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs tibbi maskadan istifadə etmədiyi üçün ona yaxınlaşaraq özlərini təqdim etmişlər və şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özünü aqressiv apararaq söyüş söymüş və qaçmağa başlamış, onlar həmin şəxsin dalınca qaçmışlar, Elvin onları görüb özünü itirmiş, hasardan aşmağa çalışmış, lakin onlar həmin şəxsi tutub saxlamışlar. Hasardan aşmağa cəhd edərkən Elvin üzərində narkotik vasitə olduğunu bildirmiş, həmçinin o, həmin şəxsin narkotik vasitədən istifadə etməsi səbəbindən sərxoş vəziyyətdə olmasını hiss etmişdir. Bundan sonra, onlar əlavə polis əməkdaşları çağırmışlar və Təqsirləndirilən şəxs Qusar RPŞ-nə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərindən həqiqətən də biri kiçik, biri isə böyük olmaqla iki büküm narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 noyabr 2020-ci il tarixdə Qusar RPŞ-nin polis nəfərləri Şahid3 və Şahid4, Qusar şəhəri Z.Əliyeva küçəsində tibbi maskadan istifadə etmədiyinə görə Təqsirləndirilən şəxs yaxınlaşmışlar, həmin vaxt Elvin qaçmağa cəhd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Qusar RPŞ-nə aparılmış və orada həmin şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Həqiqətən də, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən iki büküm marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmuş, sonradan Elvin avtoqəza törətmiş, sonradan isə həmin şəxsin sadəcə narkotik vasitələrdən istifadə etməsi barədə məlumat olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin ümumi çəkisi 9,276 qram olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 noyabr 2020-ci il tarixdə günorta saatlarında polis nəfərləri Şahid3 və Şahid4 Qusar şəhəri Z.Əliyeva küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmışlar, lakin Elvin həmin polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış və bu səbəbdən də, həmin şəxs Qusar RPŞ-nə aparılmışdır. Həmin vaxt Elvin narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun şalvarının və gödəkçəsinin iç cibindən iki büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitənin ümumi çəkisi təxminən 9,276 qram olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, sonradan isə yalnız istifadə etməsi barədə əməliyyat məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14 noyabr 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 17:05-dən saat 17:20-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən müdafiəçi X10, Qusar RPŞ-nin KTQ-nin inspektorkriminalisti X5, həmin polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X7 və əməliyyat müvəkkili X4 iştirakları ilə Qusar RPŞ-nin TB-nin xidməti otağında Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun əynində olan gödəkçənin sağ yan cibindən 02 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər yaşıl rəngli kütlələr aşkar edilmişdir. Həmin kütlələr ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 106 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı video və fotoçəkiliş aparılmış, protokola əlavə olunmuşdur. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 22 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 24 noyabr 2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saat 12:10-da tutulmadan azad edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 22 noyabr 2020-cu il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 13:45-dən saat 13:57-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən Müdafiəçi, Qusar RPŞ-nin KTQ-nin inspektor-kriminalisti X5, həmin polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid1 iştirakları ilə Qusar RPŞ-nin TB-nin xidməti otağında Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində 01 ədəd siqaret qutusunda olan kağız bükümdə narkotik vasitəyə bənzər kütlə, gödəkçənin sol iç cibindən kağız bükümdə narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 02 ədəd kağız bükümündəki narkotik vasitəyə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 106 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı video və fotoçəkiliş aparılmış, protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 15 noyabr 2020-ci il tarixli 7/803 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs Samir oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunan...” sözləri yazılmış zərfdə 02 (iki) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,398 qram və 0,500 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-0,898 qramdır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi-0,898 qram, cəmi tədqiqata sərf edildi-0,1 qram (hər 1-2 №li obyektdən 0,05 qram götürüldü), qalıq-0,798 qramdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 23 noyabr 2020-ci il tarixli 7/814 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunan...” sözləri yazılmış zərfdə 02 (iki) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 9,151 qram və 0,125 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-9,276 qramdır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi-9,276 qram, cəmi tədqiqata sərf edildi-0,1 qram (hər 1-2 №li obyektdən 0,05 qram götürüldü), qalıq-9,176 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2020-ci il tarixli 7/803 saylı və 23 noyabr 2020-ci il tarixli 7/814 saylı məktublarından görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 178,0 (yüz yetmiş səkkiz) manat təşkil edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 25 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 9,176 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 25.11.2020-ci il tarixli 117 saylı mədaxil qaiməsindən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 9,176 qram narkotik vasitə olan qurudulmuş marixuana Qusar RPŞ-nin təminat hissəsinin kiçik inspektoru Urfan Aydəmirova təhvil verilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 14 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 14.11.2020-ci il tarixdə aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,798 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 14.01.2021-ci il tarixli 120 saylı mədaxil qaiməsindən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 0,798 qram narkotik vasitə olan qurudulmuş marixuana Qusar RPŞ-nin təminat hissəsinin kiçik inspektoru Urfan Aydəmirova təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2021-ci il tarixli 167 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 05 yanvar 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan 05 yanvar 2021-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 13 yanvar 2021-ci il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Bakı şəhəri ərazisində müəyyənləşdirilərək saxlanılmış və istintaqa təqdim olunmasından ötrü Qusar RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 15 yanvar 2021-ci il tarixli 4(029)-5/2021 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 11 fevral 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizalardan sonra qalıq qalmış 9,176 qram və 0.798 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221, 234.4.1 və 315-ci maddələri ilə cinayət təqibinə başlanmaması, barəsində Azərbaycan Respublikasının İXM-nin 206, 211.2, 510 və 535.1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qusar RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 21.04.2021-ci il tarixli 3(029)-212/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04.12.2020-ci il tarixli tələbnamədən və Qusar rayon məhkəməsinin 01 aprel 2011-ci il tarixli 1(029)-28/2011 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hazırda məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsinin 05 may 2021-ci il tarixli 1687/2021 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. O, həmin cəzanı 22.04.2012-ci il tarixdə tam çəkmiş və üzərində heç bir çəkilməmiş cəzası qalmamışdır. Cinayət işinin materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 23.12.2020-ci il tarixli 1707/12-20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Mənzil istismarı Müəssisəsinin 01 dekabr 2020-ci il tarixli 329 saylı arayışından görünür ki, Qusar şəhəri Z.Əliyeva küçəsi 126 saylı binanın 14 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası X9, anası X2 və bacısı X6 ibarətdir. Cinayət işinin materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Mənzil istismarı Müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar şəhəri Z.Əliyeva küçəsi 126 saylı binanın 14 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, cəmi 9,276 qram narkotik vasitə olan marixuananı qanunsuz olaraq saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 22 noyabr 2020-ci il tarixdən 24 noyabr 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunacaq cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər xuliqanlıq cinayətini törətdiyinə görə məhkum olunmuş, lakin buna baxmayaraq islah olunmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, ekspertizadan sonra qalıq qalmış 9.176 qram çəkidə və 0.798 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 178,00 (yüz yetmiş səkkiz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 22 noyabr 2020-ci il tarixdən 24 noyabr 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 178,00 (yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, ekspertizadan sonra qalıq qalmış 9.176 qram çəkidə və 0.798 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-30/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-30/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver