Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-30/2022 05.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 01 dekabr 2021-ci il tarixdən 02 dekabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində Qusar şəhəri Qasım Əliyev küçəsində yerləşən Qusar rayonu Balaqusar kənd sakini Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi mağazaya giriş qapısını özü ilə gətirdiyi 01 ədəd dəmir parçası ilə açıb qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus 120 manat nəğd pul, dəyəri 7,70 manat olan 01 ədəd 0,7 litrlik “Pioneer” markalı viski, cəmi dəyəri 65 manat olan 2, 3 və 5 manatlıq AZERCELL danışıq kartlarını, cəmi dəyəri 30 manat olan 6 ədəd 5 manatlıq NAR danışıq kartlarını, cəmi dəyəri 6 manat olan 03 ədəd 2 manatlıq BAKCELL danışıq kartlarını və cəmi dəyəri 30 manat olan 1 blok (10 qutu) “Davidoff Reach” markalı siqaretləri gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs cəmi 258,7 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, 01 dekabr 2021-ci il tarixdə axşam saatlarında dostu Abdullahla birlikdə Qusar şəhərində yerləşən “Kristal” kafesinə getmiş, orada bir qədər oturduqdan sonra gecə saatlarında oradan çıxıb yaşadığı evinə tərəf getməyə başlamış, dostu Abdullah da onun dalınca gəlmişdir. Həmin vaxt onun kredit borcu və əlavə borcları olduğundan, həmçinin işdən azad olunduğundan pula ehtiyacı olmuş və oğurluq etmək qərarına gəlmişdir. O, küçədə gedərkən Abdullaha bir qədər gözləməsini demiş, yolun kənarında dəmir tullantılarını görüb oradan bir ədəd dəmir parçası götürmüş və qarşısına çıxan, əvvəllər bir dəfə alış-veriş etdiyi mağazaya yaxınlaşmış, mağazanın qapısı bağlı olmuş və o, əlində olan dəmir parçası ilə mağazanın qapısını açaraq içəri daxil olmuşdur. Bundan sonra o, mağazadan pul, danışıq kartları və siqaretlər götürüb bayıra çıxmış, Abdullah onu qapının ağzında görmüş və ona “sən nə edirsən, bizi tutacaqlar” demişdir. O, da Abdullaha “heç nə ola bilməz” demiş və oradan çıxıb getmişlər. Onlar oradan birlikdə onun əmisinin həyətinə getmişlər, orada əmisinin maşınında oturmuşlar, o, oğurladığı siqaretlərdən bir neçəsini Abdullaha vermiş, pul və danışıq kartları isə özündə qalmışdır. Onun oğurluq etməsindən Abdullahın əvvəlcədən xəbəri olmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır, usta yanında maşınların motorlarını yığmağı öyrənir. Zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji, məhkəmə-psixiatrik ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar şəhərində yerləşən mağazanı icarə müqaviləsi əsasında işlədir. 02 dekabr 2021-ci il tarixdə səhər saatlarında mağazaya gəlmiş, həmin vaxt mağazanın qapısının aralı olduğunu görmüşdür. O, əvvəlcə fikirləşmişdir ki, yəqin mağazanın qapısını əvvəlki gün axşam bağlamadan getmişdir. Bundan sonra o, mağazaya daxil olmuş, orada hər şeyin yerində olduğunu görmüşdür. Lakin, pul olan yerə baxdıqda isə görmüşdür ki, orada pul yoxdur. Bundan sonra o, mağazaya bitişik olan evin sahibinə mağazadan pul oğurlandığını bildirmiş, daha sonra isə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Məlum olmuşdur ki, mağazadan 120 manat pul, bir ədəd viski, danışıq kartları, bir blok siqaret oğurlanmışdır. Polis tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Hazırda, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onun həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onunla barışmışdır. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Əlişirinin oğurluq etməsindən sonradan xəbər tutmuş, onun özü bunu etiraf etmişdir. O, Əlişirindən niyə oğurluq etdiyini soruşduqda, sonuncu çəkməyə siqareti və xərcləməyə pulu olmadığından oğurluq etdiyini, mağazadan pul, danışıq kartları, siqaretlər, viski oğurladığını bildirmişdir. Buna görə o, Əlişirini danlamış, səhv etdiyini ona demişdir. Şahid3 Azərbaycan Respublikasının CPM-nin 95.6.4-cü maddəsinin tələblərinə uyğun olaraq yaxın qohumuna-yəni oğlu Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmək hüququndan istifadə edərək məhkəmədə ifadə verməkdən imtina etmişdir. Məhkəmə istrintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, bir neçə il əvvəl əri Bəxtiyardan ayrılmış və həmin vaxtdan oğlu Əlişirin arada bir onunla, arada bir isə atası Bəxtiyarın yanında qalmışdır. 01.12.2021-ci il tarixdə səhər radələrində evdən çıxıb işə getmiş, oğlu Əlşirin isə evdə yatıb qalmışdır. Həmin gün axşam radələrində Əlişirin ona zəng edib atası Bəxtiyarın evində qalacağını bildirmişdir. 11.12.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Əlşirin 01.12.2021-ci il tarixdən 02.12.2021-ci il tarixə keçən gecə Qusar şəhəri Q.Əliyev küçəsində yerləşən Təranənin işlətdiyi mağazadan oğurluq etmiş, həmçinin Qusar şəhəri K.Kərimov küçəsində yerləşən evə baxış keçirilən zaman 03 ədəd 2 manatlıq “Azercell” və 01 ədəd 3 manatlıq “Azercell” istifadə olunmuş danışıq kartları aşkar edilərək götürülmüşdür. Bundan başqa Əlşirin Cabbarovun 2021-ci ilin dekabr ayının əvvəllərində onun istifadə etdiyi ***-***-**-** SİM nömrəsinə yüklədiyi 2 ədəd 5 manatlıq AZERCELL danışıq kartları da oğurluq olduğu ona Əlişirin tutulandan sonra məlum olmuş, onun bununla bağlı əvvəlcədən heç bir məlumatı və əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 01.12.2021-ci il tarixdən 02 dekabr 2021-ci il tarixə keçən gecə saat 02 radələrində Qusar şəhəri 3 saylı tam orta məktəbin yuxarı tərəfində yerləşən Q.Əliyev küçəsində yerləşən mağazaya 100 metr məsafə qalarkən Əlişirin ona həmin mağazadan oğurluq etmək qərarına gəldiyini bildirmiş, o, isə Əlişirini oğurluq etmək fikrindən yayındırmaq istəsə də Əlişirin ona qulaq asmamış və həmin küçədə yerləşən Təranənin icarə müqaviləsi əsasında işlətdiyi mağazanın giriş qapısına yaxınlaşaraq, üstündə saxladığı 01 ədəd dəmir parçasını mağazanın plastik giriş qapısının yuxarı tərəfinə salıb qapını açıb içəri daxil olmuş, o, isə qorxub kənarda dayanmışdır. Həmin vaxt o, Əlişirinin mağazadan çıxmadığını, mağazanın giriş qapısını açıb qorxduğunu və onun başını işə salacağını bildirərək, Əlişirindən mağazadan çıxmasını tələb etmişdir. Bundan sonra Əlişirin mağazadan çıxaraq, onunla birlikdə əmisi Adilin yaşadığı ünvana tərəf gedib, gecə olduğu üçün onun evinin qarşısında yerləşən Adilə məxsus “Hyundai Accent” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuşlar. Həmin vaxt Əlişirin mağazadan oğurladığı 120 manat nəğd pul, AZERCELL və BAKCELL danışıq kartlarını və 2 qutu “Davidoff Reach” markalı siqaretləri özündə saxlamış, 6 ədəd 5 manatlıq NAR danışıq kartlarını ona 10 manata nisyə satmış, həmçinin 04 qutu “Davidoff Reach” markalı göy siqaretləri isə təmənnasız olaraq vermiş, 04 ədəd “Davidoff Reach” markalı göy siqarətləri və 01 ədəd 0,7 litrlik “Pioneer” markalı viskini isə əmisi Adilin avtomobilində saxlamışdır. 02.12.2021-ci il tarixdə saat 09 radələrində onlar birlikdə Qusar şəhər Avtovağzal dairəsi ərazisində yerləşən dönərxanada çörək yemiş, daha sonra isə o, avtobusla kəndə qayıtmışdır. 02.12.2021-ci il tarixdə günorta radələrində o, Qusar rayonu Köhnə Xudat kəndinin avtobus dayanacağında həmkəndliləri Elman və Ruslanla görüşüb, söhbət etmişdir. Söhbət zamanı o, tanışı Ruslana 2 ədəd 5 manatlıq, Elmana isə 01 ədəd 5 manatlıq Nar danışıq kartlarının mənbəsini gizlətməklə təmənnasız vermiş, qalıq qalan 03 ədəd 5 manatlıq Nar danışıq kartlarını isə istifadə etdiyi ***-***-**-** Nar nömrəsinə yükləmiş, bundan başqa 04 qutu “Davidoff Peach” markalı siqaretləri də özü istifadə etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X16 tərəfindən Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Təklif Vəlimətovun, Zərərçəkmiş şəxs, X1, hal şahidləri X8 və X17 iştirakları ilə tərtib edilmiş 11 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 09:10-dan saat 10:10-dək Qusar şəhəri Q.Əliyev küçəsində yerləşən Qayıtmaz Qayıtmazova məxsus və icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs istifadə etdiyi mağazaya baxış keçirilmişdir. Mağaza iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşir, ümumi sahəsi 30 kv metr təşkil edir. Mağaza mişar daşından tikilmişdir. Mağazanın girişində və içərisində müşahidə kameraları var. Mağazada spirtli içkilər, məişət əşyaları, ərzaq və meyvə tərəvəz satışı həyata keçirilir. Mağazanın girişində ağ rənglı plastik qapı vardır. Həmin qapının yuxarı hissəsində küt əşya ilə müdaxilə izləri müşahidə edilmişdir. Baxış zamanı giriş qapısının içərı tərəfdən əl-barmaq izlərinin nümunələri götürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs “Pioner” markalı viski, “Davidoff” markalı siqaretlər, həmçinin pul və danışıq kartlarının olduğu yeri göstərmişdir. Baxış zamanı viskinin yerləşdiyi vitrindən, həmçinin pul və danışıq kartları olan piştaxtanın üzərindən əl-barmaq izlərinin nümunələri götürülmüşdür. Baxış zamanı piştaxtanın altında siqaretlərin yerləşdiyi siyirmədən də əl-barmaq izlərinin nümunələri götürülmüşdür. Zərərçəkmiş şəxs 01.12.2021-ci il tarixdə satdığı **********57 seriyalı, nömrəli 5 manatlıq NAR danışıq kartını təqdim edərək həmin kartı 01.12.2021-ci il tarixdə mağazada müştəriyə satdığını və həmin tarixdən onda qaldığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, hadisə yerindən əl-barmaq izlərinin nümunələr götürülmüş və qablaşdırılmış, baxış protokoluna əlavə edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əlavə fakt və hallar aşkar edilməmişdir. Baxış zamanı mağazanın giriş qapısında da əl-barmaq izlərinin nümunələri götürülmüş və qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X16 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Təklif Vəlimətovun, hal şahidləri X9 və X18 iştirakları ilə tərtib edilmiş 11 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:31-dən saat 10:45-dək Qusar RPŞ-nin İBnin xidməti otağında Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9” markalı qara rəngli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun “Mesajlar” bölümündə 2525 ünvanından gələn mesajlara baxış keçirilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, mağazadan oğurladığı 65 manat dəyərində SİM danışıq kartlarını 02.12.2021-ci il tarixdən 09.12.2021-ci il tarixədək olan müddət ərzində istifadə etdiyi ***-***-**-** SİM nömrəsinə yükləmiş, daha sonra isə 02.12.2021-ci il tarixdən 09.12.2022-ci il tarixədək olan müddət ərzində yüklədiyi danışıq kartları ilə müxtəlif vaxtlarda 1 və 3 saatlıq internet paketləri yükləmişdir. 2525 ünvanına qeyd olunan müddət ərzində 1S və 3S məzmunlu mesajlar göndərmiş və hər dəfə sorğunun təsdiq olunduğu və nömrədə 3 saat və 1 saat internet paketinin aktiv edildiyi, istifadə müddəti 1-3 saat kimi göstərilmişdir. Bundan başqa, 2525 paketin sona çatması barədə xəbərdaredici mesajı gəlmişdir. Telefona baxış keçirilən zaman iş üçün əlavə əhəmiyyət kəsb edən hal və fakt aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Qusar RPŞ-yə ünvanlanmış 11.12.2021-ci il tarixli ərizədən görünür ki, həmin şəxs ünvan 3 ünvanda yerləşən evə baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X16 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Təklif Vəlimətovun, hal-şahidləri X2 və X3 iştirakları ilə tərtib edilmiş 11 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 18:30-dən saat 19:00-dək Təqsirləndirilən şəxs yaşadığı Qusar şəhəri K.Kərimov küçəsi ev 96-da yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs yatdığı otaqda stolun üstündə olan şifrəsi silinmiş **********, **********, ********** seriyalı 2 manatlıq və ********** seriyalı 3 manatlıq SİM danışıq kartlarını 02.12.2021-ci il tarixdə mağazadan oğurladığını və bir neçə gün əvvəl, təxminən 2-3 gün əvvəl istifadə etdiyi ***-***-**-** SİM nömrəsinə yüklədiyini bildirmişdir. Baxış zamanı evdə iş üçün əhəmiyyət kəsb edən əlavə hallar aşkar edilməmişdir. Baxış zamanı aşkar edilmiş 04 ədəd şifrələri silinmiş SİM danışıq kartları qablaşdırılıb götürülmüşdür. Bundan başqa, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 21.12.2021-ci il tarixli 011-12035-1221 saylı məktubundan görünür ki, Qusar RPŞ-nin 11.12.2021-ci il tarixli 149-27715-1221 nömrəli məktubu vasitəsi ilə 02.12.2021-ci il tarixdə Qusar rayonu Qasım Əliyev küçəsində vətəndaş Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 18.12.2021-ci il tarixdə KTİ-yə daxıl olmuşdur. Həmin əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərində 02 ədədi (ADİS-in məlumat bazasına Qusar RPŞ-dən daxil olan) xx.xx.1999-cu ildə Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, adsız barmaqlarının, digər 03 ədədi isə (ADİS-in məlumat bankına Binəqədi RPİ-dən daxil olan) xx.xx.2007-ci il tarixdə Qusar rayonunda anadan olmuş Şahid2 sol əlinin şəhadət, orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 19 yanvar 2022-ci il tarixli 3/06 saylı rəyindən görünür ki, HK-1/893 nömrəli material ilə əlaqədar tədqiqata təqdim edilmiş 1,2,3,4,5,6,7 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 8 saylı daktilolentin səthindəki “a”, “b”, “s” əl-barmaq izləri müqayisəli tədqiqat üçün yararlıdır. HK-1/893 nömrəli material ilə əlaqədar tədqiqata təqdim edilmiş 1,2,3,4 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta, adsız barmaqlarından qalmışdır. Tədqiqata təqdim edilmiş 5,6,7 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 8 saylı daktilolentin səthindəki “a”, “b”, “s” əl-barmaq izləri Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş 9-13 saylı daktilolentlərin səthlərindəki əl-barmaq, ovuc və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22.12.2021-ci il tarixli 9/9108 saylı ekspert rəyindən görünür ki, 01 dekabr 2021-02 dekabr 2021-ci il tarixlərə respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: -01 qutu “Davidoff Reach” markalı göy siqaret 3,0 manat; -01 ədəd 0,7 litrlik “Pionerr” markalı viski 7,70 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli 3/06 saylı və 22.12.2021-ci il tarixli 9/9108 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 111,29 (yüz on bir manat iyirmi doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan Qusar rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş 15.01.2022-ci il tarixli rəydən görünür ki, 1 ədəd plastik qapının bərpası üçün sərf olunan vəsait 5 manat təşkil edir. İş üzrə keçiririlmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 01.02.2022-ci il tarixli 245 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə və ondan əvvəl hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. İş materiallarında olan ibtidai istintaq orqanının 22 yanvar 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və yaşadığı evə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş **********435, **********067, **********472 seriyalı hər biri 2 manatlıq “Azercell” və **********587 seriyalı 3 manatlıq “Azercell” danışıq kartları maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 22 fevral 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Qusar şəhəri Q.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazadan götürülmüş əl izləri, yəni 13 ədəd daktilolent və 01 ədəd daktiloxəritə maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 24 fevral 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 170.3, 177.2.1 və 186.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və yaşadığı evə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş **********435, **********067, **********472 seriyalı hər biri 2 manatlıq “Azercell” və **********587 seriyalı 3 manatlıq “Azercell” danışıq kartları maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması nəzərə alınmışdır. Qusar şəhəri Q.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazadan götürülmüş əl izləri, yəni 13 ədəd daktilolent və 01 ədəd daktiloxəritə maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması nəzərə alınmışdır. X5, Şahid3, Şahid1, X10 və X11 barələrində Azərbaycan Respublikasının CMnin 194.1-ci maddəsi ilə cinayət təqibinə başlanılması rədd edilmişdir. X12 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 194.1 və 307.1-cü maddələri ilə cinayət təqibinə başlanılması rədd edilmiş, onun barəsində zəruri profilaktiki tədbirlər görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyati üzrə Qusar RPŞ-nin İTB-nin YYÇPİTQ-na göndərilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTBnə verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 28 mart 2022-ci il tarixli 3(029)- 106/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə-yəni 5 (beş) manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 12 yanvar 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli 051/01-22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X4 həkim narkoloqun qeydiyyatında yoxdur. “Mülayim dərəcə ifadə olunmuş nevrosteniya” diaqnozu ilə həkim psixiatrın qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 20.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli 2738 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 29.03.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan aradan qaldırılmaqla ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdən 02 dekabr 2021ci il tarixə keçən gecə saat 02 radələrində Qusar şəhəri Qasım Əliyev küçəsində yerləşən Qusar rayonu Balaqusar kənd sakini Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi mağazaya giriş qapısını özü ilə gətirdiyi 01 ədəd dəmir parçası ilə açıb qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus 120 manat nəğd pul, dəyəri 7,70 manat olan 01 ədəd 0,7 litrlik “Pioneer” markalı viski, cəmi dəyəri 65 manat olan 2, 3 və 5 manatlıq AZERCELL danışıq kartlarını, cəmi dəyəri 30 manat olan 6 ədəd 5 manatlıq NAR danışıq kartlarını, cəmi dəyəri 6 manat olan 03 ədəd 2 manatlıq BAKCELL danışıq kartlarını və cəmi dəyəri 30 manat olan 1 blok (10 qutu) “Davidoff Reach” markalı siqaretləri gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs cəmi 258,7 manat maddi ziyan vurmaqla oğurluq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, xəstə olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam ödəməklə zərər çəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X4 həkim psixiatrın qeydiyyatında olmaqla psixi xəstəlikdən əziyyət çəkir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və iş materialarına əlavə olunmuş hər biri 2 manatlıq **********435, **********067, **********472 seriyalı “Azercell” və 3 manatlıq **********587 seriyalı “Azercell” istifadə olunmuş danışıq kartları iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və iş materialarına əlavə olunmuş 13 ədəd daktilolent və 01 ədəd daktiloxəritə iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 111,29 (yüz on bir manat iyirmi doqquz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materialarına əlavə olunmuş hər biri 2 manatlıq **********435, **********067, **********472 seriyalı “Azercell” və 3 manatlıq **********587 seriyalı “Azercell” istifadə olunmuş danışıq kartları iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materialarına əlavə olunmuş 13 ədəd daktilolent və 01 ədəd daktiloxəritə iş materiallarında saxlanılsın. İş üzrə 111,29 (yüz on bir manat iyirmi doqquz qəpik) manat məbləğində məhkəmə xərcləri Cabbarov Əİişirin Bəxtiyar oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-30/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-30/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver