Məhkəmə qərarları › İş №1(029)-31/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-31/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-31/2021 24.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin nümayəndəsi: Şahid1, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1995-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 03 yanvar 2021-ci il tarixdə tutulmuş, Qusar rayon məhkəməsinin 05 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 30 noyabr 2020-ci il tarixdə təxminən saat 22 radələrində onunla birlikdə avtomobil yuma məntəqəsində çalışan Zərərçəkmiş şəxs özü ilə Qusar şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən köhnə tikilinin içərisinə apararaq ona cinsiyyət üzvünü ağzına almağı təkif etmiş, sonuncu isə ona etiraz etdikdə əli ilə başından tutub zorla öz cinsiyyət üzvünü onun ağzına salmış, daha sonra qollarını belində burmaqla ona zor tətbiq edərək üzü aşağı yerə yıxmış, sonra isə əynində olan şalvarını soyundurub öz cinsiyyət üzvünü onun düz bağırsağının arxa keçəcəyi nahiyyəsinə yeritməklə öz cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs anus dəliyində dəyişikliklərlə müşayiət edilən xəsarətlər yetirib seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, o, Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən avtoyuma sexini işlətmişdir. Zərərçəkmiş şəxs iki dəfə onun işlətdiyi avtoyuma sexinə gələrək maşınları yumaqda ona köməklik etmişdir. O, Rinadla cinsi əlaqədə olmamış, həmin şəxsin nə üçün onun barəsində şikayət etdiyini bilmir. 27 dekabr 2021-ci il tarixdə onu Qusar rayon Polis Şöbəsinə çağırmışlar, onun adından ifadə yazmışlar və o, da imza etmişdir. İttihamda yazılıb ki, o, Rinadla 30 noyabr 2020-ci il tarixdə cinsi əlaqədə olmuşdur. Halbuki, o, həmin gün işdə olmamış və həmin gün Rinadı görməmişdir. Onun heç bir günahı yoxdur, odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs Qusar RPŞ-nin TB-nə verdiyi 25.12.2020-ci il tarixli izahatından görünür ki, həmin tarixdən 20-25 gün əvvəl o, Rinadla birlikdə maşını yuyub bitirdikdən sonra işdən çıxan zaman Zərərçəkmiş şəxs demişdir ki, bir işi var və ona görə də, istifadəsiz binaya getməlidirlər. Onlar birlikdə həmin binaya getmişlər, binaya daxil olduqdan sonra o, əynində olan şalvarı çıxarıb cinsi orqanını ona göstərmiş və ağzına almağını istəmişdir. Rinad onun cinsi orqanını ağzına almış və bir neçə dəqiqə bu proses davam etmişdir. Sonra o, Rinadla arxa hissəsindən cinsi əlaqədə olmaq istəmiş, ona demişdir ki, şalvarını çıxarsın. Rinad da, şalvarını aşağı salmışdır. Bundan sonra, o, cinsi orqanını onun arxa dəliyinə salmış və onunla cinsi əlaqədə olmuşdur. Bir dəfə cinsi orqanını saldıqdan sonra Zərərçəkmiş şəxs həmin dəliyinə maz sürtdüyünü demiş və onunla arxadan əlaqədə olmamağını istəmişdir. O, da Rinadla əlaqəni saxlamışdır. Bundan sonra o, cinsi orqanını Rinadın arxa dəliyinə daxil etmədən sürtməklə öz ehtirasını təmin etmişdir. Bu proses 15 dəqiqə çəkmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünün müdafiəçisi Ramiz Aydayevin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, 2020-ci ilin noyabr ayında Radik adlı şəxsə məxsus olan Qusar şəhəri, “Avtobaza” adlanan yerin yaxınlığında yerləşən avtomobil yuma məntəqəsini icarəyə götürmüş, belə ki, aralarında olan şifahi razılaşma əsasında orada avtomobil yumaqla məşğul olmuşdur. 2020-ci ilin noyabr ayının sonlarına yaxın da əvvəllər tanıdığı, Qusar şəhər sakini Zərərçəkmiş şəxs onun işlədiyi avtomobil yuma məntəqəsinə gələrək avtomobillərin yuyulmasında ona kömək etməsini istədiyini bildirmiş, o, da Rinada etiraz etməmiş və Rinad bir neçə avtomobili yumaqda ona köməklik etmişdir. 2020-ci ilin noyabr ayının sonlarında təxminən saat 22 radələrində avtomobil yuma sexində olarkən aralarında olan söhbət zamanı Rinad onun cinsiyyət üzvünü ağzına almaq istədiyini bildirmiş, o, da Rinada etiraz etməmş və sonra ikisi birlikdə işlədikləri avtomobil yuma məntəqəsinin yaxınlığında olan köhnə binanın içərisinə getmişlər. Orada Rinad əvvəlcə onun cinsiyyət üzvünü ağzına almış, sonra isə qeyri-təbii yolla onunla cinsi əlaqədə olmasını istəmiş, ancaq o, Rinadla qeyri-təbii yolla cinsi əlaqədə olmamış və oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, onun nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-tibbi, kompleks məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, iki gün Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən avtoyuma sexinə gedib sexi işlədən Təqsirləndirilən şəxs kömək etmişdir. 30 noyabr 2020-ci il tarixdə axşam saat 10 radələrində Edik onu aldadaraq köhnə yarımçıq tikilidə işi olduğunu və onunla birlikdə getməsini demişdir. Oraya gedib həmin tikiliyə daxil olduqdan sonra Edik onun başından tubub aşağı əymiş, əvvəlcə cinsiyyət orqanını onun ağzına salmış, daha sonra onun qollarını arxaya burub şalvarını və alt paltarını aşağı dartıb cinsiyyət orqanını anus dəliyinə salmışdır. O, istəmədiyini bildirsə də, Edik həmin hərəkəti etmiş, o, isə müqavimət göstərə bilməmişdir. Həmin vaxt onun alt paltarı cırılmışdır. Edik ona bu barədə heç kimə deməməsini, əks halda onu döyəcəyini demişdir. Bundan sonra, o, “Avtobaza”ya getmiş və orada bir oğlan ona Ediklə nə etdiyini soruşmuş, o, isə heç nə deməmişdir. O, həm Edikdən qorxduğuna görə, həm də bu barədə xəbər yayılmasın deyə heç kimə heç nə deməmişdir. O, əvvəlcə bu barədə şikayət etmək istəməmiş, lakin sonradan Edikin ona qarşı etdiyi hərəkətlər barədə xəbər yayıldığına görə əvvəlcə evdəkilərə demiş, daha sonra Qusar PŞ-də əməliyyat müvəkkili işləyən Ceyhuna zəng edib ona demiş, bundan sonra isə polisə şikayət etmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Odur ki, həmin şəxsin bağışlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzgündür, həmin ifadəni təsdiq edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun oğludur, əqli cəhətdən xəstədir. X8 yanında işləməmiş, başqa yerlərdə işləmişdir. Edikə 1-2 gün köməklik etmişdir. O, Ediki əvvəllər tanımamış, məlum hadisədən sonra tanımışdır. 30 noyabr 2020-ci il tarixdə oğlu Rinad evə halı pis vəziyyətdə gəlmiş, əllərində cızıq olmuşdur. O, bu barədə Rinaddan soruşduqda ona heç nə deməmişdir. Rinad paltarlarını soyunub yumağa vermiş, həmin vaxt onun alt paltarının cırıldığını görmüşdür. Rinad bir ay evdən bayıra çıxmamış, çox sarsılmışdır. Təxminən bir aydan sonra demişdir ki, Edik onu köhnə yarımçıq tikiliyə aparmış və orada zorla onunla cinsi əlaqədə olmuşdur. Ona görə də, bu barədə polisə şikayət etmişlər. Hazırda Edik Ramazanova qarşı şikayət və tələbləri yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Zərərçəkmiş şəxs onun qardaşıdır, əqli cəhətdən xəstədir. X7 şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən avtoyuma sexində işləmiş və hər gün evə üst-başı bulaşıq vəziyyətdə gəlmişdir. 30 noyabr 2020-ci il tarixdə qardaşı Rinad yenə axşam saatlarında üst-başı bulaşıq, həmçinin əlləri cızıq vəziyyətdə evə gəlmişdir. O, düşünmüşdür ki, əlləri soyuqdan elə olmuşdur. Rinadın əllərində nöqtəvari yaralar olmuşdur. Həmin vaxtdan təxminən 1 ay ərzində Rinad evdən bayıra çıxmamış, o, düşünmüşdür ki, evdə oyun oynayır. Rinadın evdən çıxmaması ona sərf etmiş, çünki onun əqli geriliyi olmuşdur. Təxminən bir ay keçdikdən sonra anası ona demişdir ki, Rinad şikayət etmək üçün Qusar rayon Polis Şöbəsinə gedir. O, da polis şöbəsinə getmiş və orada bilmişdir ki, Edik adlı şəxs zorla qardaşı Rinadla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla birlikdə avtoyuma sexində işləmiş, ona köməklik etmiş, səhər saat 9-dan axşam saat 6-dək birlikdə hərbi hissədə avtomobilləri yumuşlar. 30 noyabr 2020-ci il tarixdə Edik səhər saat 11-də uşağı xəstəxanaya aparacağını bildirib getmiş, geri qayıtmamışdır. Edik özü “Avtobaza” adlanan ərazidə yerləşən avtoyuma sexi işlətmiş, orada axşam saat 10-11-ə kimi işləmişdir. Hərbi hissədə isə axşam saat 6-dan sonra iş olmamışdır. O, Zərərçəkmiş şəxs də tanımış, həmin şəxsi “Avtobvaza”da gördükdə Edikin ona qarşı cinsi zorakılıq etdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onun əridir. O, inanmır ki, Edik belə hərəkətlər etsin. Çünki, o, ailəsinə və uşaqlarına bağlı insandır. Hadisə barədə ona baldızı Leyla məlumat vermişdir. Əri Edik hər gün səhər saat 9-10 arası işə getmiş, axşam saat 10-11 arası evə gəlmişdir. 2020-ci ilin noyabr ayında uşağı xəstəxanaya aparmamışlar. 2020-ci ilin noyabr ayının 30da Edikin evə nə vaxt gəldiyini xatırlamır. Edik heç vaxt özünü şübhəli aparmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindiriılmiş X3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Zərərçəkmiş şəxs əvvəllər tanımış, sonuncu avtoyuma sexində işləyir, müştərilərə çay gətirir. Rinadın dilində qüsur vardır. 2020-ci ilin dekabr ayında Rinad onun mobil telefonuna zəng edərək bildirmişdir ki, Edik ona qarşı pis seksual hərəkətlər etmişdir. O, isə Rinada anası ilə birlikdə Qusar rayon Polis Şöbəsinə gəlməsini demişdir. Bundan sonra, Rinad anası və qardaşı ilə birlikdə şöbəyə gəlmişlər və şikayət ərizəsi yazmışlar. Şikayət əsasında isə Edik Ramazanbov şöbəyə dəvət olunmuş və izahat alınmışdır. Camaat arasında da yayılmışdır ki, Edik Rinada qarşı cinsi zorakılıq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onların heç biri ilə qohumluğu, eyni zamanda hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. 2020-ci ilin dekabr ayının sonlarına yaxın Qusar rayonu “Avtobaza” adlanan yerdə olan adını bilmədiyi taksi sürücüsündən Edikin Rinada qarşı seksual xarakterli hərəkətlər etdiyini və onunla qeyri-təbii yolla cinsi əladə olduğunu eşitmişdir. Həmin vaxtdan bir neçə gün sonra isə “Avtobaza” adlanan yedə olan zaman təsadüfən Rinadla rastlaşmış və ona yaxınlaşaraq Edikin onunla qeyri-təbii yolla cinsi əlaqədə olubolmamasını soruşmuş, Rinad da həmin vaxtdan təxminən bir ay əvvəl Edikin onu Qusar şəhəri H.Z.Tağıyev küçəsində yerləşən köhnə tikiliyə apararaq orada öz cinsiyyət üzvünü zorla onun ağzına soxduğunu, sonra isə zorla onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. X4 məhkəməyə ərizə göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 28 dekabr 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:50-dən 12:45-dək Qusar şəhəri H.Z.Tağıyev küçəsində yerləşən tikiliyə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olduğu yeri göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 04 yanvar 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirlimiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs zorla öz cinsiyyət üzvünü onun ağzına soxmasını və zorla onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) 24.12.2020-ci il tarixli 656 saylı rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs anus dəliyində olan dəyişikliklər onunla qeyri təbii yolla cinsi əlaqədə olmanın əlamətlərindəndir. Zərərçəkmiş şəxs anus dəliyində qeyd olunan çapıq müayinədən bir (1) aya qədər əvvələ təsadüf edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 “kompleks-məhkəmə psixiatrik və psixoloji ekspertiza” üzrə 21 yanvar 2021-ci il tarixli, 118 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli əqli gerilik (F70) aşkar olunur. Bunu anamnestik məlumatlar – erkən psixi inkişafının ləngimə ilə keçməsi, orta məktəb proqramını mənimsəyə bilməməsi, 4-cü sinifdən sonra faktiki məktəbə getməməsi. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında və SN-nin 1 saylı Respublika Psixitariya Xəstəxanasında müayinə olanarkən “Yüngül dərəcəli əqli gerilik” diaqnozunun təyin olunması, həmçinin hazırki müayinə zamanı mülahizələrinin səthiliyi, intellektin aşağı olması, bilik ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi və sair sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs müayinə zamanı suallara mahiyyətinə uyğun cavab verməsi, məntiqi mülahizələr irəli sürülməsi, tənqidi funksiyalarının kifayət qədər olması, həmçinin istintaqda ardıcıl və ətraflı ifadə verməsi belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə qeyd olunan kəmağıllıq əlamətləri öz ifadə dərəcəsinə görə onu təsvir olunan hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq, yadda saxlamaq və təsvir etmək qabiliyyətindən məhrum etməmişdir. Aparılmış eksperimentalpsixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs qavrama proseslərinin nisbətən zəif olması, təfəkkürünün təhlil-tərkib proseslərində primitivlik, mühakimələrinin səthi olması, maraq dairəsinin məhdudluğu, ola biləcək nəticələri proqnozlaşdırmaqda çətinlik çəkdiyi, dünyagörüşü və biliklərinin aşağı səviyyədə olmaqla yaş xüsusiyyətlərinə uyğun olmadığı müəyyən edilməklə əqli gerilik əlamətləri aşkar olunur. Cinsi əlaqə, intim həyat barəsində kifayət qədər məlumatlı olduğu, yaddaş funksiyalarında kobud pozuntu olmadığı, iş üçün əhəmiyyət kəsb edəcək halları qavrayıb təsvir etmək, bu barədə məlumat vermək qabiliyyətinə malik olduğu, ona qarşı baş vermiş hadisəni danışarkən özündən uydurma əlamətləri nəzərə çarpmadığı, ona qarşı edilən hərəkətləri dərk edə bildiyi müəyyən edilir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli 086/01-21 saylı arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin X6 X1 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan 03 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:27-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 05 yanvar 2021-ci il tarixli 4(029)-1/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.01.2021-ci il tarixli 124 saylı arayışdan görünür ki, Qusar şəhəri H.Məhəmməd küçəsi 12A saylı evdə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid4 və 2019-cu il təvəllüdlü qızı Zəhra Ramazanovadan ibarətdir. İş materiallarında olan AZ-İV 301925 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18.06.2019-cu il təvəllüdlü Zəhra adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.01.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş 18.05.2021-ci il tarixli ərizəsindən görünür ki, həmin şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tamamilə ödədiyini və onunla barışdığını, hal-hazırda həmin şəxsə qarşı heç tələb və şikayətinin olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı cinsi zorakılıq etməməsi barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə və digər sübutlarla tam təkzib edilir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatında cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına və anus dəliyinə salmaqla onunla cinsi əlaqədə olduğunu, müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində isə yalnız cinsiyyət orqanını həmin şəxsin ağzına saldığını bildirmiş, eləcə də, Zərərçəkmiş şəxs apardığı köhnə yarımçıq tikiliyə baxış zamanı Rinad Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olduğu yeri göstərmişdir. Bu, isə bir daha həmin şəxsin əslində həqiqətən də, Rinad Babayevə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinə dəlalət edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Beləliklə, Təqsirləndirilən şəxs həqiqətən də, 30 noyabr 2020-ci il tarixdə təxminən saat 22 radələrində onunla birlikdə avtomobil yuma məntəqəsində çalışan Zərərçəkmiş şəxs özü ilə Qusar şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən köhnə tikilinin içərisinə apararaq ona cinsiyyət üzvünü ağzına almağı təkif etməsi, sonuncunun isə ona etiraz etdikdə əli ilə başından tutub zorla öz cinsiyyət üzvünü onun ağzına salması, daha sonra qollarını belində burmaqla ona zor tətbiq edərək üzü aşağı yerə yıxması, sonra isə əynində olan şalvarını soyundurub öz cinsiyyət üzvünü onun düz bağırsağının arxa keçəcəyi nahiyyəsinə yeritməklə öz cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs anus dəliyində dəyişikliklərlə müşayiət edilən xəsarətlər yetirib seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halları, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, Təqsirləndirilən şəxs cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı yönələn və şəxsiyyətin cinsi azadlığı və cinsi toxunulmazlığı əleyhinə olan cinayət törətməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı özünü qeyri-səmimi apararaq törətdiyi əmələ laqeyd yanaşmış, özünü təqsirli bilməmiş, törətdiyi əmələ görə peşman olduğunu ifadə edən hərəkətlər etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin cəmiyyətdə mövcud olan şəxsiyyətin cinsi toxunulmazlığının və cinsi azadlığının qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 03 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar